Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Əfsər Cavanşirov
Əfsər Bayram oğlu Cavanşirov (8 noyabr 1930, Horadiz – 20 may 2006, Bakı) — Azərbaycan bəstəkarı, Azərbaycan SSR əməkdar incəsənət xadimi (1982). == Həyatı == Əfsər Bayram oğlu 8 noyabr 1930-cu ildə Füzuli rayonunun Horadiz kəndində doğulmuşdur. 1948-ci ildə orta məktəbi və 2 saylı uşaq musiqi məktəbini bitirmişdir. Bakı Musiqi Texnikumuna daxil olmuşdur. 1952-ci ildə texnikumu tamamlamışdır. Elə həmin ildə Azərbaycan Dövlət Konservatoriyasının bəstəkarlıq fakültəsinə qəbul olmuşdur. 1958-ci ildə professor Cövdət Hacıyevin sinfini bitirmişdir. Azərbaycan Respublikası Dövlət Teleradio Verilişləri şirkətinin "Bənövşə" uşaq xorunun və rəqs ansamblının bədii rəhbəri idi. 1982-ci ildə "Azərbaycan SSR əməkdar incəsənət xadimi" fəxri adına layiq görülmüşdür. Əfsər Cavanşirov 2006-cı il mayın 20-də Bakı şəhərində 75 yaşında vəfat edib.
Əfsər Sadıqov
Sadıqov Əfsər İsa oğlu (8 mart 1966, Alçalı, Salyan rayonu) — "Beynəlxalq Ümumi Hüquq" kafedrasının professoru və "Beynəlxalq hüquq və inteqrasiya problemləri" elmi-analitik və praktiki jurnalın redaksiya heyətinin üzvü, hüquq elmləri doktoru, professordur. == Həyatı == Sadıqov Əfsər 8 mart 1966-cı ildə Salyan rayonu Alçalı kəndində anadan olmuşdur. 1983-cü ildə Qızılağac kənd orta məktəbini bitirmişdir. 1983–1990-cı illərdə ADPU-nun tarix və hüquq fakültəsində təhsil almışdır. Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin Beynəlxalq ümumi hüquq kafedrasının professorudur. AR Prezidenti yanında AAK-ın, BDU-nun təsis etdiyi "Beynəlxalq hüquq və inteqrasiya problemləri" elmi-analitik və praktiki jurnalın redaksiya heyətinin və Vəkillərin İxtisas Komissiyasının üzvüdür. Həmçinin, Azərbaycan Hüquq Jurnalının da redaktə heyətinin üzvüdür. Evlidir, iki övladı var. == Təhsili == 1983-cü ildə ADPU-nun tarix və hüquq fakültəsinə daxil olmuş və 1990-cı ildə həmin fakültəni fərlqlənmə diplomu ilə bitirmişdir.1999-cu ildə isə Fransanın Nitsa universitetində TASİS-TEMPUS proqramı çərəivəsində ixtisasartırma kursunda olmuşdur. AR Təhsil Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyasının və ARDNŞ-in "Neft-qaz hasilatı və AR-in davamlı inkişafı" mövzusunda keçirdiyi Respublika müsabiqəsi1də 2-ci yer qazanmışdır.
Fəqərə
Fəqərə (lat. vertebra) — Onurğanı formalaşdıran 33-34 sümükdən hər birinə verilmiş ad. Kəllə əsasından başlayır və büzdümə qədər davam edir. Onurğada 7 ədəd boyun fəqərəsi (servikal fəqərə), 12 ədəd döş fəqərəsi (torasikal fəqərə), 5 ədəd bel fərəqəsi (lumbar fəqərə), 5 oma fəqərəsi (sakral fəqərə) və 4 ədəd büzdüm fəqərəsi (koksikal fəqərə) mövcuddur. Bu 33 vertebranın ilk 24-ü bir-birinə oynaqlar vasitəsilə bağlanmışdır. Bunlara presakral fəqərələr deyilir. Qalan 9 fəqərədən yuxarı 5-nin birləşməsindən oma sümüyü yaranmışdır. Ən aşağıda yerləşən kiçik və tam inkişaf etməmiş 4 fəqərənin birləşməsindən büzdüm adlanan sümük meydana gəlmişdir.
İsfərə
İsfərə (tac. Исфара) — Tacikistanın şimalında sənaye şəhəri. Suğd vilayətinin İsfərə rayonunun inzibati mərkəzi. == Coğrafiyası == İsfərə dağlarla əhatəlidir. Təbiəti müxtəlifdir. Türküstan sıra dağlarının bir hissəsidir. == İqlimi == == Tarixi == Mərkəzi Asiyanın bir çox böyük və qədim şəhərləri Fərqanə vadisində yerləşir.Bunlardan Xocənd, Əndican, Kokand, Nəməngan, Riştan, Qənibadam, Şorab və İsfərə. Böyük İpək yolu vasitəsilə Çin Avropaya bağlanırdı. Şəhər ilk dəfə Təbərinin "Tarix" kitabında xatırlanır. Abbasilərdən sonra İsfərə Samanilərə tabe oldu.
Əfsanə
Əfsanə (lat. legenda - "oxu", "oxunan") — epik növün janrı. Əfsanə şifahi xalq ədəbiyyatına aiddir. Bu baxımdan, əfsanənin əsas məğzini o hekayətlər təşkil edir ki, onların əsasında möcüzə, söyləyici, yaxud dinləyicilər tərəfindən təsdiq olunmuş, inanılmış tərzdə anlaşılan bir obraz yəqin edilsin. Bununla da rəvayətlərdən fərqli olaraq əfsanələr həmişə öz fantastik məzmun çalarına görə seçilir. Əfsanələr daha çox xalqın tarixini, dünya görüşünü, xəyal və arzularını özündə əks etdirir. Azərbaycan əfsanələri, əsasən, aşağıdakı mövzulardadır: Heyvanlar, quşlar haqqında; Təbiət mənzələri (ağac, çiçək, gül, dağ, daş, qaya, bulaq, çay, dəniz və s.) haqqında; Yer adları haqqında; Tayfa, el, xalq, nəsil haqqında; Səma cisimləri haqqında; Tarixi şəxsiyyətlər haqqında; Nizami mövzuları haqqında; Ailə məişət məsələləri haqqında. . Müstəqil janr kimi özünəməxsus xarakterik xüsusiyyətlərə malik əfsanələrin mətni sabit olmur, süjet isə bütöv yox, yarımçıq, yaxud bir parça, kəsik, epizodik şəkildə təqdim edilir. Folklorun digər janr və növləri kimi əfsanələr də həm tarixi qaynaqlarda — salnamə, xronika, cünk və əlyazmalarında qorunub saxlanmış, həm də şifahi gələnəkdə — dildə-ağızda dolaşa-dolaşa müasir dövrə qədər gəlib çatmışdır. 70ci illərdə bu şifahi xalq ədəbiyyatının əsasını qoymuşdu.
Əfsərli
Əfsərli — Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indi Qafan rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 17 km məsafədə yerləşir. 1960-cı ildə ləğv edilmişdir. Toponim əfşar qədim türk tayfasının adına mənsubluq bildirən -li şəkilçisinin artırılması əsasında əmələ gəlib "əfşar tayfasına mənsub olan yer, ərazi, kənd" mənasını ifadə edir. ş~s və a~ə səs dəyişməsi Azərbaycan dili üçün qanunauyğun haldır. Etnotoponimdir. Quruluşca düzəltmə toponimdir. Oxçu çayının sahilində, dağlıq ərazidə yerləşmişdir. Kəndin digər adı "Əvsərli"dir. Kənddə 1897-ci ildə 92 nəfər, 1926-cı ildə 76 nəfər 1959-cu ildə 101 nəfər azərbaycanlı yaşamışdır.
Əldərə
Əldərə, Aldərə — Yelizavetpol quberniyasının (Gəncə) Zəngəzur qəzasında, indi Meğri rayonunda kənd.Digər adı Əlidamı. == Tarixi == Rayon mərkəzindən 12 km cənub-şərqdə, Araz çayının sahilində yerləşir. Qafqazın 5 verstlik xəritəsində Əlidərə formasında qeyd edilmişdir. XIV–XVI əsrlərə aid albanlarla bağlı tarixi abidələrin (alban kilsəsi, qala və s.) qalıqları indi də durur. == Toponimi == Toponim qədim Azərbaycan dilində "qırmızı" mənasını bildirən al sözü ilə (üzün allanması ifadəsində indi də özünü göstərir) "dərin çuxur" mənasında ifadə edən dərə sözünün birləşməsindən formalaşmışdır və "qırmızı dərə" mənasını ifadə edir. Kəndin salındığı ərazinin torpağı qırmızı suxurlardan ibarət olduğu üçün kənd Aldərə adlandırılmışdır. Relyef əsasında yaranan mürəkkəb quruluşlu toponimdir.Kənd "Əli dərədə" yarandığına görə həmin dərənin adını qəbul еtmişdir. Həmin dərədə yеrləşən və Əlidərə adlanan göl isə XX əsrin 30-cu illərində Alidzor adlandırılmışdır === Aldərə çayı === Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indi Meğri rayonunda çay. Araz çayına axıb tökülür. == Əhalisi == Kənddə 1831-ci ildə 131 nəfər, 1873-cü ildə 911 nəfər, 1886-cı ildə 1077 nəfər, 1897-ci ildə 1094 nəfər, 1904-cü ildə 1505 nəfər, 1914-cü ildə 1987 nəfər yalnız azərbaycanlı yaşamışdır.
Aksis (fəqərə)
Aksis , Oxlu fəqərə (lat. axis) — onurğa sütununun II və eyni zamanda II boyun fəqərəsi. Digər boyun fəqərələrindən xüsusi qurluşuna görə fərqlənir ki, bu da onun atlas ilə oynaq əmələ gətirməsi ilə izah olunur. Cisminin diş çıxıntıya (lat. Dens axis) malik olması əmələ gətirdiyi atlant-aksis oynağından boyunun sağa və sola 90° bucaq altında dönməsinə, ümumiyyətlə hərlənmə hərəkətinə imkan verir.
Atlas (fəqərə)
Atlas (lat. atlas) — onurğa sütununun ilk və eyni zamanda I boyun fəqərəsi. Digər boyun fəqərələrindən xüsusi qurluşuna görə fərqlənir ki, bu da onun kəllənin ənsə sümüyü ilə oynaq əmələ gətirməsi ilə izah olunur.
Mulan (əfsanə)
Hua Mulan, Fa Mulan və ya sadəcə Mulan-yarıəfsanəvi, yarıhəqiqi Çin xalq "qəhrəmanı". Çin xalqı onun şərəfinə "Mulan haqqında mahnı" yazmışlar. lakin bayatının orijinal variantı günümüzə qədər gəlib çatmamışdır, amma daha sonra, XII əsrdə Qo Maodzan eyniadlı və eyni süjetli bi bayatı yazmışdır və Qo Maodzanın bayatısı indidə çinlilər arasında çox oxunmaqdadır. Hua Mulan haqqında bir çox cizgi filmi və kino çəkilmişdir. Misal olaraq Walt Disney Pictures tərəfindən çəkilən Mulan və Mulan 2 çizgi filmlərini, və yenədə Walt Disney Pictures tərəfindən çəkilən Mulan filmini gətirmək olar. == Həyatı == Bir dəfə, Çin imperatoruna xəbər verirlər ki, Şimallı işğalçılar (türklər) Çinə hücüm etmək istəyir. İmperator əmr edir ki, hər bir ailədən bir kişi əsgərliyə gəlib türklərlə savaşmağa kömək etsin. Əsgərlər Mulangilin qapısını döyürlər və bu xəbəri Hua Mulanın ailəsinə çatdırırlar, lakin Mulanın qardaşı olmur, odur ki, Mulanın atası Hua Co savaşa getməli olur. Ancaq, Hua Co xəstə olur və savaşa getmək əhval-ruhiyyəsində olmur. Mulan özünü kişi yerinə qoyur və savaşa gedir.
Məntiqi səfsətə
Fəlsəfədə formal səfsətə, deduktiv səhv, məntiqi səfsətə və ya non sequitur ( Latınca "təqib etmir" mənasını verir ) məntiqi quruluşundakı bir qüsur ilə etibarsız göstərilən bir standartda səliqəli şəkildə ifadə edilə bilən düşüncə nümunəsidir. məntiq sistemi, məsələn təklifi məntiqi . Belə arqument etibarsız olan deduktiv arqument kimi təyin olunur. Mübahisənin özü həqiqi əsaslara sahib ola bilər, lakin yenə də yalan bir nəticəyə malikdir . Beləliklə, formal səfsətə deduksiyanın yanlış olduğu üçün məntiqi bir proses deyil. Bu, nəticənin həqiqətinə təsir göstərə bilməz, çünki rəsmi məntiqdə etibarlılıq və həqiqət ayrıdır.
Yaşayan əfsanə
Yaşayan əfsanə — mükəmməl fəaliyyətinə görə hələ sağ ikən həddən artıq məşhur olan şəxs. Yaşayan əfsanə olmaq həmin insan üçün şərəf hesab edilə bilər. Bunun özü də qarışıq duyğulara səbəb olur. Bu ifadə müsbət konotasiyaya malikdir və ümumən möhtərəm xüsusiyyətlərlə əlaqələndirilir. Bəzi insanlar hətta özlərini yaşayan əfsanə adlandırırlar. Onların arasında peşəkar idmançılardan Useyn Bolt və Zlatan İbrahimoviç də var.
Əfsanə Hüseynova
Əfsanə Hüseynova — Azərbaycan cüdoçusu. 25 oktyabr 1995-ildə Azərbaycanın Sumqayıt şəhərində anadan olub. 2009-cu ildən Sumqayıt şəhəri 2 №-li Uşaq-Gənclər İdman Məktəbində Sahib İsmayılovun rəhbərliyi altında idmanın cüdo növü üzrə məşqlərə başlamış, 2010-cu ildə Sumqayıtda və Bakıda keçirilmiş şəhər birinciliklərinin qalibi olub. 2010-cu ildə Bakı şəhərində keçirilən yeniyetmələrin beynəlxalq turnirində iştirak etmiş və III yerə layiq görülmüşdür. 2011-2012-ci ildə keçirilmiş Cüdo üzrə açıq Azərbaycan çempionatının ikiqat qalibi olmuşdur. Qadın cüdoçu əsasən 48 və 57 kiloqramda güləşib. 2011-ci ildə Rusiyanın Anapa şəhərində keçirilən beynəlxalq turnirdə Azərbaycanı təmsil etmiş və bütün rəqiblərini məğlub edərək yarışın qalibi olmuşdur. 2012-ci ildə Türkiyənin Antalya şəhərində keçirilən Avropa kubokunda iştirak edərək yığma ilə birlikdə yarışın IV yerinə layiq görülmüşdür, həmçinin Monteneqronun Bar şəhərində Avropa çempionatında və Maltanın Kottonera şəhərində cüdo üzrə keçirilmiş beynəlxalq turnirlərin iştirakçısı və qalibidir. 2012-ci ildə səhhətində yaranan problemlərlə əlaqəli olaraq idmanı buraxmalı oldu. == İstinadlar == 2010-cu il UGİM yeniyetmələrinin beynəlxalq yaşılarda göstərdikləri naliyyətlər Yığmamız Avropa kubokunun 4-sü oldu Bu gün Çernoqoriyanın Bar şəhərində yeniyetmə cüdoçuların növbəti Avropa birinciliyi başlayır.
Əfsanə Məmmədova
Əfsanə İbad qızı Məmmədova (17 sentyabr 1979, Bakı) — Azərbaycan şərqşünas alimi, filologiya üzrə fəlsəfə doktoru, tərcüməçi. == Həyatı == Əfsanə Məmmədova Bakı şəhərində anadan olmuşdur. Orta təhsil aldığı 20 saylı litseyi fərqlənmə ilə bitirdikdən sonra 1996-cı ildə Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin “Ərəb dili və ədəbiyyatı” şöbəsində təhsilini davam etdirmiş, 2000-ci ildə adı çəkilən fakültənin bakalavr, 2002-ci ildə isə magistratura pillələrini fərqlənmə ilə bitirmişdir. 2004-2008-ci illərdə Azərbaycan Milli Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun Dünya xalqları ədəbiyyatı şöbəsinin aspiranturasında təhsilini davam etdirmiş, ərəb ədəbiyyatı üzrə namizədlik dissertasiyası müdafiə edərək, Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının 5 yanvar 2009-cu il tarixli qərarı ilə filologiya üzrə fəlsəfə doktoru alimlik dərəcəsi almışdır. == Fəaliyyəti == Əfsanə Məmmədova 2003-2004-cü illərdə “Celt” Dil Mərkəzində ərəb dili müəllimi, 2004-2005-ci illər ərzində “İrşad” İslam Araşdırmalar Mərkəzində tərcüməçi və “Şəffaf Seçkilər” analitik mətbuat orqanında redaktor köməkçisi, 2006-2007-ci illərdə “İnterfax” İnformasiya Agentliyində şöbə redaktoru qismində çalışmışdır. 2009-2013-cü illərdə Sosial Maarifçilik və Milli Tərəqqi” İB-nin həmtəsisçisi və vitse-prezidenti kimi fəaliyyət göstərmişdir. Əfsanə Məmmədova 2008-2011-ci illər ərzində Azərbaycan Milli Məclisinin ştatdankənar tərçüməçisi qismində çalışmışdır. 2008-ci ildə Azərbaycan Parlamentinin 90 illik yubiley tədbiri, 2009-cu ildə Şərqşünaslıq İnstitutu rəhbərliyinin Çinə rəsmi səfəri, 2010-cu ildə Azərbaycan və Küveyt parlamentarilərinin qarşılıqlı səfərləri və 2011-ci ildə Küveyt kral ailəsinin rəsmi səfəri zamanı işçi heyətinin üzvü (tərcüməçi) olmuşdur. 2011-2012-ci illərdə "Gənclərin İntellektual İnkişaf Mərkəzi və Gənc Alim Aspirant və Magistrlər Cəmiyyəti"ndə layihə müəllifi, elmi-təşkilat komitəsinin sədri kimi fəaliyyət göstərmiş və bir neçə uğurlu layihələrə imza atmışdır. Hazırda Əfsanə Məmmədova AMEA-nın Şərqşünaslıq İnstitutunun Yazılı abidələrin tədqiqi və nəşri şöbəsində böyük elmi işçi vəzifəsində işləyir və eyni zamanda "Elm çırağı" İB-nin İdarə Heyətinin üzvüdür.
Əfsanə Nəcmabadi
Əfsanə Nəcmabadi (fars. افسانه نجم‌آبادی‎; 1946[…], İran) — İranəsilli ABŞ tarixçisi, gender nəzəriyyəçisi, arxivşünası və pedaqoqu. O, Harvard Universitetində tarix və qadın, gender və cinsiyyət tədqiqatları üzrə Frensis Li Higinson professorudur. == Həyatı == Əfsanə Nəcmabadi 29 dekabr 1946-cı ildə İranda anadan olmuşdur. O, Tehran Universitetində tələbə olmuş və 1966-cı ildə Redkliff Kollecinə keçmişdir. Nəcmabadi 1968-ci ildə Harvard Universitetinin Redkliff Kollecində fizika üzrə bakalavr dərəcəsini və 1970-ci ildə Harvard Universitetində fizika üzrə magistr dərəcəsini almışdır. Bunun ardınca ilk olaraq Amerika Birləşmiş Ştatlarında, sonra isə İranda akademik maraqları ictimai fəallıqla birləşdirərək sosial tədqiqatlar aparmışdır. O, 1984-cü ildə Birləşmiş Krallığın Mançester Universitetində sosiologiya üzrə fəlsəfə doktoru dərəcəsi almışdır. == Siyasi fəaliyyətlər == O, 1991-ci ildə ABŞ-nin İraqa müdaxiləsini dəstəkləmişdir. Nəcmabadi hücumu tənqid etdiyinə görə Eduard Səidə sərt şəkildə qarşı və onun fikrini "siyasi qətlin ritorik ekvivalenti" kimi təsvir etmişdir.
Musiqi əsəri
Musiqi əsəri - bütün musiqi əsərləri, o cümlədən xalq mahnısı və musiqi improvizasiyası. Musiqi əsərlərinə daxili tamamlıq, forma və məzmunun fərdiliyi, not yazılışı xarakterikdir. Musiqi əsəri anlayışı cəmiyyətə çox gec gəlib. O, not yazılışı və bəstəkar əsərlərindən sonra sistemləşdirildi. Musiqinin yekun nəticəyə gəlməsi fikri qəbul edildi. Müasir dövrdə bu anlayışı müxtəlif tərəfdən dəyişmək cəhdlərinə rast gəlinir. == Mənbə == Назайкинский Е. В. Логика музыкальной композиции.М., изд., "Музыкальный энциклопедический словарь", 1982. Чередниченко Т. В. Музыкальное произведение, М., изд., "Музыкальный энциклопедический словарь", 1982.
Üçlük əsəri
"Üçlük" əsəri —"Üçlük" ( "Su daşıyan uşaqlar") - Məşhur rus rəssamı Vasili Perov 1866-cı ildə çəkilmişdir. Hal-hazırda əsər Moskvada Tretyakov Qalereyasında sərgilənir. == Əsərin Quruluşu == “Üçlük” əsəri Perovun ən emosional və geniş formata malik əsəridir. Ağır kəndli həyat tərzinə həsr edilmiş əsəri tabloya köçürtmək üçün uzun müddət hazırlıq işləri görmüşdür. Kimsəsiz uşaqlar mövzusuna bir neçə dəfə müraciət etmişdir.( “Kimsəsiz uşaqlar”(1864) ,“Ölünü yola salma”(1865), “Oğlan” (1865), və.s ) === Sujet xətti === Rəssam bu əsərdə uşaq zəhməti mövzusuna muraciət etmişdir. Yorulan, donmuş uşaqlar qarlı havada üzərində çəllək olan ağır sankanı daşıyır. Çəlləkdən axaraq suyun donmuş olması uşaqlara nə dərəcədə soyuq olduğunu göstərir. Buzlu havada külək uşaqların üzünə vurur. Əsərin sol tərfində olan it uşaqların yan tərəfində gedərək arabanı müşaiət edir. Arxa hissədən arabanı naməlum kişi irəli dartaraq aparmağa köməklik göstərir.
İncəsənət əsəri
İncəsənət əsəri bir estetik fiziki maddə və ya bədii yaradıcılıq nümunəsidir. Ədəbiyyat və musiqi əsərləri də daxil olmaqla, incəsənət hesab edilən hər hansısa bir əsər istisna olmaqla, bu terminlər, ilk növbədə təsviri incəsənətin maddi, daşına bilən formalarına aiddir. Təsviri incəsənətdə sənət əsəri peşəkar olaraq müəyyən edilmiş və ya ilk növbədə müstəqil estetik funksiyanı yerinə yetirməsi düşünülən fiziki iki və ya üç ölçülü obyektdir.
Rəsm əsəri
Rəssamlıq — təsviri incəsənətin ən qədim növlərindən biri olub. Sərt və yumşaq kətana rənglərin çəkilməsi, rəqəm texnologiyası və xüsusi texnologiyalarla real predmetə və canlıya oxşar vizual təsvirin yaradılması. Rəssamları digər sənət adamlarından fərqləndirən bir çox xüsusiyyətləri var. Ən əsası odur ki, onlar gözlə görünməyən obrazları belə, cızırlar. Rəssamlıqda real aləmin həcmi, rəngi, məkan, əşyaların maddi forması, işıq və hava mühiti və s. kimi gözlə qavranılan, obyektiv surətdə mövcud olan əlamətlər canlandırılır. Rəssamlıq sənətinin əsas əlamətləri obrazlıq, emosionallıqdır. Bu əsərlərin obrazları ideya və mövzunun, süjet və xarakterlərin vəhdətinə əsaslanır. Bədii obrazın bu komponentləri rəsm, kompozisiya, kolorit, işıq-kölgə, perspektiv, ritm kimi təsvir və ifadə vasitələri ilə konkretləşdirilir. Rəssamlıq sənəti bədii-estetik funksiyaların çoxcəhətliliyi ilə bağlı müxtəlif növlərə bölünür: monumental rəssamlıq; dekorativ rəssamlıq; teatr-dekorativ rəssamlığı; miniatür rəssamlıq; dəzgah rəssamlığı.
Türk əfsanə sözlüyü
Yenidən Səfərə (1972)
== Filmin heyəti ==
Əntərə ibn Şəddad
Əntərə ibn Şəddad (525-608) — ərəb şairi. == Həyatı == Şairin atası Şəddad Əbs qəbiləsinin başçısı idi. Anası həbəşistanlı bir kölə olduğundan Əntərə uzun müddət qəbilənin tam hüquqlu üzvü olmamış, onunla bir qul kimi rəftar edilmiş, onu ən ağır işlərə göndərmişlər. Əntərə böyüdükcə onda öz kölə vəziyyətinə olan etiraz da artır, o başa düşünür ki, atası onu bir oğul kimi qəbul etməyənədək bir qul olaraq qalacaq. Şairin mənsub olduğu Əbs qəbiləsi ərəb qəbilələri içərisində öz döyüşkənliyi və mübarizliyi ilə seçilirdi. Bu qəbilə uzun müddət Zübyan qəbiləsi ilə müharibə aparmışdır. Aramsız müharibələr Əntərənin də bir igid cəngavər kimi formalaşmasına gətirib çıxarır. Cəsur bir döyüşçü kimi tanındıqca Əntərənin azadlıq istəyi də artır və o, köləlikdən qurtarmaq üçün fürsət axtarır. Rəvayətə görə, bir gün Əbs qəbiləsinin kişiləri ovda olarkən, Tayy qəbiləsi hücum edib çoxlu mal-qara, sərvət ələ keçirir. Şəddad Əntərəyə düşməni təqib etməyi əmr etsə də, Əntərə bir kölə olduğu üçün və bu səbəbdən də əsas məşğuliyyətinin mal-qara otarmaq olduğunu bildirib bu yürüşdən imtina edir.
Esege
Eşera
Eşera (gürc. ეშერა) – Gürcüstanın Abxaziya bölgəsinin Suxumi ərazisində yerləşən kənd. Dəniz səviyəsindən 30 m hündürlüktə, Suxumidən 13 km uzağlıktadır. 2008-ci ildə Rusiya Federasiyası tərəfindən işğal edilib. == Ədəbiyyat == ენციკლოპედია „საქართველო“, ტ. 3, თბ., 2014. — გვ. 121.
Əfşar
Əfşar İmperiyası — Əfşar dili — Əfşar tayfası — Kəndlər Avşar (Vedibasar) — Vedibasar mahalında kənd. Əfşar (Culfa) — İranda kənd.
Ana (rəsm əsəri)
Ana — azərbaycanlı rəssam Toğrul Nərimanbəyovun 1966-cı ildə çəkdiyi rəsm əsəri. Azərbaycanlı rəssam Toğrul Nərimanbəyovun 1966-cı ildə çəkdiyi "Ana" rəsmində üzü qırışlı bir qadın təsvir olunub. O bu portret üçün öz dayəsini model seçib. == Fon == 1930-cu ilin sonlarında Toğrul Nərimanbəyovun atası Fərman Nərimanbəyov Avropada təhsil almış digər azərbaycanlılar kimi represiyyaya məruz qalır və Sibirin Marinski şəhərinə sürgün edilir. Daha sonra anası da həbs edilərək sürgün edilir. Toğrul Nərimanbəyov bir müddət anası ilə birgə həbsdə yaşayır. Daha sonra məktəbə başlayır və səhərlər dərsə gedib axşam yenidən həbsxanaya qayıdaraq çətin şəraitdə təhsil alır. 1941-ci ildə Fransa Almaniya tərəfindən işğal olunarkən Toğrul Nərimanbəyovun anası İrma xanımın qarşısına Fransa vətəndaşlığından çıxması əks halda sürgün edilməsi şərti qoyulsa da o vətəndaşlıqdan çıxmayaraq əvvəlcə Qostanaya daha sonra Səmərqəndə sürgünə göndərilir. Valideynləri həbsdə olduğu bu illərdə Toğrul və qardaşına Polyak əsilli dayələri Anna Andreyevna baxır. Əsərdə rol modeli məhz Anna Andreyevnadır.
Fillər (rəsm əsəri)
Fillər (isp. Los Elefantes) — ispan sürrealist rəssam Salvador Dali tərəfindən çəkilmiş rəsm əsəri. == Dalinin əsərindəki fillər == Fillərə Dalinin əsərlərində tez-tez rast gəlinir. Onun "Bir narın ətrafında uçan arının səbəb olduğu yuxudan oyanmadan bir saniyə əvvəl", "Müqəddəs Antoninin cazibəsi" və "Filləri əks etdirən qu quşları" əsərlərində fillərə rast gəlinir. "Fillər" sadə arxa fona sahib olması və digər mövzuların çatışmazlığı ilə Dali tərəfindən çəkilmiş heyvanların əsas fokus nöqtəsi olduğu digər əsərlərdən fərqlənir. Belə ki, Dalinin bir çox əsərlərində çoxlu detallar və maraq nöqtələri mövcuddur. Məsələn, "Filləri əks etdirən qu quşları" əsəri "Fillər" ilə müqayisədə Dalinin repertuarında daha çox tanınır. Leyləkayaqlı fil Dalinin yaradıcılığında ən məşhur simvollardan biridir və İspaniyada yerləşən Dali muzeyinin divarlarını bəzəyir. == Simvolizm == Fillərin müxtəlif mədəni təsvirləri vardır. Onlar tez-tez iri cüssə və çəkilərinə görə güc və üstünlük simvolu kimi qəbul edilir.
Suquzğunu (rəsm əsəri)
Suquzğunu — holland rəssam Vinsent van Qoqun kətan üzərində yağlı boya ilə çəkdiyi rəsm əsəri. 1886-cı ilin iyul-dekabr aylarında Parisdə çəkilən rəsm əsəri indi Hollandiyanın Amsterdam şəhərində, Van Qoq Muzeyində saxlanılır. Əsərdə bataqlıqdakı bir suquzğunu təsvir edilir. Quş rəsm əsərinin sağına baxır. Vinsentin adı rəsmin aşağı sol küncündə qeyd olunub.
Bahar Əfşari
Bahar Əfşar (5 iyul 1984, Şahrud, Simnan ostanı) — İranda yaşayan azərbaycanlı teatr və kino aktrisası. == Həyatı == Bahar Kian Əfşar 1984-cü ildə Simnan ostanının Şahrud şəhərində anadan olub. Bahar Kian Əfşar daha çox 2012-ci ildə çəkilən "Günahkarlar" filmindəki Asiman obrazı ilə tanınır.
Misere Mani
Misere Mani – Eric Levinin Era musiqi layihəsi adından çıxardığı Era 2 albomundan olan üçüncü və sonuncu sinql. Sinql 2000-ci ildə Birləşmiş Krallıq və Avropada satışa çıxarılmışdır. Mahnıya həmçinin klip də çəkilmişdir.
Əsgəre Böyük
Əsgər Böyüki Broyan (erm. Ասկյար Բոյիկի Բրոյան) və ya Əsgəre Böyük (kürd. Eskerê Boyîk; 31 avqust 1941, Kondaxsaz, Abaran rayonu) — yezidi əsilli SSRİ şairi və yazıçısı. == Həyatı == Broyan Ermənistan SSR-in Kondaxsaz kəndində, yezidi ailəsində anadan olmuşdur. O, öz kəndində, daha sonra Elegəz kəndində məktəbə getmişdir. İrəvanda iqtisadiyyat üzrə təhsilini davam etdirmiş və 1966-cı ildə o ixtisası bitirmişdir. Broyan erməni və rus dillərində çoxlu məqalələr yazmışdır. O, kürd ədəbiyyatı ilə bağlı araşdırmaları ilə gündəmə gəlmişdir. Broyan 1960-cı illərdə kürdcə şeir və məqalələr yazmağa başlamışdır. O, SSRİ kürdləri ilə bağlı bir çox araşdırmalar hazırlamış, kürdologiyanın inkişafı üçün fəaliyyət göstərmişdir.
Bəhram Əfşar
Bəhram Əfşar və ya Qasım Əfşar (5 noyabr 1951, Tehran – 16 may 2018, Tehran) — İran televiziyasının xəbər ankeri. == Həyatı == Tehran şəhərində dünyaya gəlib.
Lili Əfşar
Lili Avşar (fars. لیلی افشار‎; 9 mart 1960, Tehran – 24 oktyabr 2023, Tonekabun, Mazandaran ostanı) — musiqiçi, gitaraçı. == Həyatı == Lili Əfşar Tehran şəhərində dünyaya gəlib. "Bədii səfir" adına layiq görülüb. X, XI, XII illik "Premier Guitarist" yarışmasının qalibi olub. Memfis İncəsənət Akademiyasının baş mükafatına layiq görülüb. 2000-ci ildə "Bacarıq" mükafatı alıb.
Tərzi Əfşar
Tərzi Avşar Azərbaycani – şair. == Həyatı == Şairin sonrakı tədqiqatçıları əsasən Rzaqulu xan Hidayətin "Məcməül-füsəha"dakı məlumatına istinad etmişlər. Tərzinin poetik irsinin öyrənilməsi və geniş araşdırma dairəsinə daxil edilməsi sahəsində ən mühüm xidmət, şübhəsiz, İran alimi M.Təməddünə məxsusdur. Hələ 1920-ci illərdə o, Berlində çıxan "İranşəhr" jurnalında Tərzi haqqında məqalə ilə birlkidə onun şeirlərindən bəzi nümunələri də dərc etdirmişdir. Şairin divanı üzərində araşdırmalarını davam etdirən M.Təməddün onun bir neçə nüsxə əsasında hazırladığı mətnini müfəssəl giriş sözü ilə 1931-ci ildə Urmiyada çap etdirmişdir. 1959-cu ildə Tehranda həmin divanın ikinci nəşri işıq üzü görmüşdür. Tərzi divanının birinci nəşri tezliklə Y.E.Bertelsin diqqətini cəlb etmiş və o, "Tərzi Əfşar və onun yaradıcılığı" adlı geniş oçerk yazmışdır. Sonralar alimin seçilmiş əsərlərinin beşinci cildinə daxil edilmiş bu oçerk Tərzi yaradıcılığının bəzi mühüm cəhətlərindən (o cümlədən, şairin ana dilində yazdığı şeirlərdən) yan keçməsinə və müəyyən ziddiyyətli məqamlarına baxmayaraq, hələlik şərqşünaslıqda şair haqqında az-çox dolğun təsəvvur verən yeganə mənbə olaraq qalır. Həmid Araslı "XVII-XVIII əsrlər Azərbaycan ədəbiyyatı tarixi" adlı kitabında Tərzi haqqında verdiyi qısa məlumatı, görünür, məhz bu mənbədən əxz etmişdir. Tərzinin divanı ilə tanışlıq zamanı diqqəti cəlb edən başlıca cəhətlərlən biri şeirlərinin güclü avtobioqrafik səciyyə daşımasıdır.