Əfsərli

Əfsərli - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indi Qafan rayonunda kənd.[1]

Əfsərli
Ölkə  Ermənistan

Tarixi[redaktə | mənbəni redaktə et]

Rayon mərkəzindən 17 km məsafədə yerləşir. 1960-cı ildə ləğv edilmişdir.

Toponim əfşar qədim türk tayfasının adına[2][3][4] mənsubluq bildirən -li şəkilçisinin artırılması əsasında əmələ gəlib «əfşar tayfasına mənsub olan yer, ərazi, kənd» mənasını ifadə edir. ş~s və a~ə səs dəyişməsi Azərbaycan dili üçün qanunauyğun haldır. Etnotoponimdir. Quruluşca düzəltmə toponimdir.

Əfsərli çayı - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Qafan rayonunda çay. Hidronim əfşar türk tayfasının adı[5] əsasında əmələ gəlmişdir. Etnohidronimdir.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. PDF versiyası. // Qərbi Azərbaycanın türk mənşəli toponimləri. Müəllifi: İ. M. Bayramov; Redaktorları: B. Ə. Budaqov, H. İ. Mirzəyev, S. A. Məmmədov. Bakı: "Elm" nəşriyyatı, 2002, 696 səh. ISBN 5-8066-1452-2
  2. Kaşğari M. "Divani - lügat - it türk", I cilt, Ankara, 1992. s.56
  3. Гейбуллаев Г.А. К этногенезу азербайджанцев, т.1., Баку, «Элм», 1991. s.40
  4. Qızılbaşlar tarixi (tərcümə və şərhlər M.Ə.Məhəmmədindir), Bakı, «Azərbaycan», 1993. s.32
  5. Kaşğari M. "Divani - lügat - it türk", I cilt, Ankara, 1992. s.56