Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Əsədulla Axundov
Əsədulla Cavad oğlu Axundov (1873, Bakı – 1927, Ənzəli, Gilan ostanı) — Ümumrusiya Müəssislər Məclisinin üzvü, Hümmət Partiyası qurucularından biri, azərbaycanlı inqilabçı, redaktor. == Həyatı == 1873-cü ildə Bakıda anadan olub. 1901-ci ildən Rusiya Sosial Demokrat Fəhlə Partiyasının üzvü olmuşdur. XIX əsrin axırlarında inqilabi hərəkata qoşulmuş, 1905–1907 illər inqilabı dövründə Bakı fəhlələrinin mübarizəsində iştirak etmişdir. Hümmət Partiyası qurucularından biri, Neft Sənayəsi Fəhlələri Həmkarlar İttifaqı İdarə Heyətinin üzvü, "Yoldaş" qəzetinin redaktoru və nəşri olmuşdur. Nicat Cəmiyyətində fəaliyyət qöstəmiş, 1917-ci ilin iyununda Hümmət Partiyasının büro üzvü seçilmişdir. 1909 ildə İrandaki Məşrütə hərəkatında iştirak etmişdir. 1918 ildə İranda inqilabi iş aparmışdır. Azərbaycan Sovet Sosialist Respublikası qurulduqdan sonra Azərittifaqın və Zaqafqaziya Sosialist Federativ Sovet Respublikası Xarici Ticarət İdarəsinin İranda müvəkkili olmuşdur. Qafqaz Sosial Demokrat Təşkilatının 3-cü qurultayına nümayəndə seçilmişdir.
Əsədulla Cəfərov
Əsədulla Cəfərov (tam adı: Əsədulla Qüdrət oğlu Cəfərov) — AMEA-nın Arxeologiya, Etnologiya və Antropologiya İnstitutunda Daş dövrü arxeologiyası şöbəsinin müdiri, tarix elmləri doktoru. == Həyatı == Əsədulla Qüdrət oğlu Cəfərov 1949-cu il martın 14-də Masallı rayonunun Ərkivan kəndində anadan olmuşdur. O, 1966-cı ildə C.Cabbarlı adına Ərkivan kənd orta məktəbini bitirib. 1966-ci ildə Azərbaycan Dövlət Universitetinin Tarix fakültəsinə daxil olub, 1973-cü ildə oranı bitirib. Əsədulla Cəfərov 1968-1970-ci illərdə Azərbaycan Elmlər Akademiyası Geologiya İnstitutu H.Zərdabi adına Təbiət-tarix muzeyində işləyib. 1971-ci ildən Azərbaycan EA Tarix, Arxeologiya və Etnoqrafiya İnstitutunda işləyib. 1973-1974-cü illərdə Sovet ordusu sıralarında hərbi xidmətdə olub. 1975-ci il noyabrın 1-dən 1977-ci il noyabrın 1-dək SSRİ EA Arxeologiya İnstitutu Leninqrad bölməsində təcrübəçi-tədqiqatçı işləyib. 1977-ci ildə noyabrın 1-dən 1984-cü il yanvarın 9-dək Azərbaycan EA Tarix İnstitutunda kiçik elmi işçi, 1984-cü il yanvarın 10-dan 1992-ci il dekabrın 1-dək baş elmi işçi, 1992-ci il dekabrın 1-dən 1994-cü il noyabrın 1-dək aparıcı elmi işçi, 1994-cü il noyabrın 1-dən isə Arxeologiya, Etnologiya və Antropologiya İnstitutunda Daş dövrü arxeologiyası şöbəsinin müdiri vəzifəsində işləyir. 1979-cu il iyunun 6-da SSR EA Arxeologiya İnstitutu Leninqrad bölməsinin Elmi Şurasında namizədlik dissertasiyanı müdafiə edib, tarix elmləri namizədi elmi dərəcəsi alıb.
Əsədulla Qurbanov
Qurbanov Əsədulla Cuci oğlu (1936, Katex, Balakən rayonu – 18 mart 2024) — Fəlsəfə elmləri doktoru, Bakı Dövlət Universiteti Fəlsəfə kafedrasının professoru, 91-lərin fəal üzvü, Azərbaycan Respublikası "İdeal Sülhün Təbliği Fondu" – nun Vitse prezidenti, Beynəlxalq Sülh Səfiri. == Həyatı == 1936-cı ildə Balakən rayonunun Katex kəndində anadan olmuşdur. 1954-cü ildə Katex kənd orta məktəbini bitirmişdir. Həmin il peşə-texniki məktəbini, daha sonra isə Mədəni maarif texnikumunu başa vurmuş, 1961-ci ildə Azərbaycan Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinə daxil olmuşdur. == Təhsili, elmi dərəcəsi və elmi adları == 1961-ci ildə Azərbaycan Dövlət Universitetinin Şərqşünaslıq fakültəsi 1976-cı ildə — fəlsəfə elmlər namizədi 1978-ci ildə — dosent 1992-ci ildə — fəlsəfə elmləri doktoru 2002-ci ildə — professor Namizədlik dissertasiyasının adı "Azərbaycan kəndlisinin şüurunda sekulyarlaşmanın xarakterik xüsusiyyətləri" (Şəki – Zaqatala zonasının materialları əsasında). Doktorluq dissertasiyasının adı "Milli və millətlərarası münasibətlər kontekstində sekulyarlaşmanın xarakterik xüsusiyyətləri" (Azərbaycan Respublikasının materialları əsasında) == Əmək fəaliyyəti == 1957–1973-cü ilə kimi Azərbaycan SSR Mədəniyyət Nazirliyində məsul əməkdaş. 1973–1978-ci ilə kimi Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə və Hüquq İnstitutunda elmi işçi. 1978–1984-cü ilə kimi Azərbaycan Dövlət və İncəsənət Universitetində dosent. 1984-cü ildən hal-hazıra kimi Bakı Dövlət Universitetində əvvəlcə dosent, sonra isə professor. 5 monoqrafiya, 10 kitab, 10 nəfər elmlər namizədi, 3 nəfər elmlər doktoru.
Əsədulla Əhmədov
Əsədulla Əhməd oğlu Əhmədov (1867, Şamaxı – 1941, Bakı)— Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin üzvü. == Həyatı == Əsədulla Əhməd oğlu Əhmədov 1867-ci ildə Şamaxı şəhərində anadan olmuşdur. Şamaxıda baramaçılıqla məşğul olan atası Əhməd bəy baramaçılıq üzrə ilk artelləri yaradaraq, xeyriyyəçiliklə məşğul olur. İlk təhsilini mədrəsədə alan Əsədulla bəy 9 yaşında ikən atasını itirir, Hacı Zeynalabidin Tağıyevin yaxın qohumu (əmisi oğlu?) olan dayısı Əlabbas Tağıyev onu himayəsinə götürür və özü ilə Bakıya aparır. Burada dayısının evində yaşayan Əsədulla fərdi müəllimlərdən dərs alıb, alman, rus, fransız dillərini öyrənmişdir. 1880-ci ildən dayısına məxsus dükanlarda çalışmışdır. Ticari qabiliyyətini inkişaf etdirən Əsədulla bəy "Bakinskiy Lombard" aksioner cəmiyyətinin idarə heyətinin üzvü, daha sonra sədri olmuşdur. 1883-cü ildə dayısının qızı Səyyarə Tağıyeva ilə ailə həyatı qurmuşdur. Bu evlilikdən 3 oğlu, 2 qızı dünyaya gəlmişdir. 1930-cu ildə Bakı şəhərində NKVD müstəntiqi tərəfindən yazılmış dindirilmə protokolunda Əsədulla bəy, qız nəvələri 12 yaşlı Kərimağa, 9 yaşlı Süleyman və 6 yaşlı Mustafa ilə birgə yaşadığını qeyd edir.
Əsədulla Dibirov
Əsədulla Dibirov — Qafqaz müsəlmanlarının VII Müftisi. == Bioqrafiyası == Hacı İbrahim Əfəndi vəfat etdikdən sonra 1956-cı ildə Zaqafqaziya müsəlmanlarının IV Qurultayında Göyçay məscidinin imamı Əsədulla Dibirov Zaqafqaziya Müsəlmanları Ruhani İdarəsinə müfti seçildi. O, 1959-cu ilə qədər bu vəzifəni icra edib. Müfti Əsədulla Dibirov çalışdığı müddətdə sünni və şiə dindarları arasında ayrı-seçkiliyi pisləyib, müsəlmanları birliyə və sülhə çağırıb. Ondan sonraki müfti Şərif Vəlizadə seçildi. == İstinadlar == == Mənbə == Fuad Nurullayev. Şeyxulislamlıq zirvəsi: Hacı Allahşükür Paşazadə. Bakı, "Nurlar", 2014, səh.116.
Mir Əsədulla Mirqasımov
Mir Əsədulla Mir Ələsgər oğlu Mirqasımov (17 noyabr 1883, Bakı – 20 iyul 1958, Bakı) — Azərbaycan cərrahı, Azərbaycan SSR EA-nın ilk prezidenti (1945–1947), Azərbaycanın ilk tibb elmləri doktoru (1927), professor (1929), Azərbaycan SSR EA-nın həqiqi üzvü (1945), Azərbaycan SSR əməkdar elm xadimi (1936). İlk azərbaycanlı alim-cərrah. SSRİ Ali Sovetinin (1–3-cü çağırış) deputatı. == Həyatı == Mir Əsədulla Mirqasımov 17 noyabr 1883-cü ildə Bakı şəhərində ruhani seminariyasının müəllimi ailəsində anadan olmuşdur. 1908-ci ildə gimnaziyanı qurtarmışdır. Gimnaziyanın yuxarı siniflərində oxuyarkən o, ictimai fəaliyyətə başlamış, qəzet və jurnallara məqalələr yazmışdır. Bu məqalələrdə müəllif, əsasən, Şərq ölkələrində müsəlman qadınlarının acınacaqlı vəziyyəti məsələsindən bəhs etmişdir. 1913-cü ildə Odessa şəhərində yerləşən Novorossiya İmperator Universitetinin (hazırda İ. İ. Meçnikov adına Odessa Milli Universiteti) tibb fakültəsini bitirmişdir. 1916-cı ilədək Odessada həkim, 1916–1929 illərdə Bakıda hərbi lazaretdə, indiki Əzizbəyov adına 1 №-li doğum evində cərrah, Azərb. Dövlət Universitetinin tibb Fakültəsində dosent işləmişdir.
Seyid Əsədulla Xərqani
Seyid Əsədulla Xərqani (d. 1838 - ö. ?) — müctəhid. == Həyatı == Seyid Əsədulla Mir Səlami 1838-ci ildə Qəzvinin Şiznəd kəndində anadan olmuşdu. Əslən Xərqanın Mir Səlami seyidlərindəndir. Musəvi kökənlidir. Atası Seyid Zeynalabdin ibn Seyid İsmayıl bin Seyid Həsənxandır.Babaları Qəzvinə Marağa şəhərindən köçmüşdülər. Marağalı Mir Səlam bu silsilənin kökündə dayanır.Mir Səlam Səfəvi sultanlarının yaxını idi. Seyid Əsədulla Xərqani 15 yaşında Qəzvinə gələrək dini təhsilə yiyələnmişdi. 1858-ci ildən 1860-cı ilədək Tehran şəhərində mədrəsədə ali təhsil almışdı.Mirzə Əbülhəsən Cilvənin şagirdlərindən idi.
Əsədulla bəy Muradxanov
Muradxanov Əsədulla bəy (18 sentyabr 1866, Salyan – 28 yanvar 1942, Salyan, Salyan rayonu) — ictimai-siyasi xadim, maarifpərvər-publisist. Rusiyanın 1-ci Dövlət Dumasının deputatı. Görkəmli pedaqoq-alim, professor Mərdan Muradxanovun atasıdır. == Həyatı == Qori Müəllimlər Seminariyasını bitirmiş (1886), həmin ildən Kürdəmirdə müəllim işləmişdir. Uzun illərdən sonra müəllimlikdən uzaqlaşan Əsədulla bəy Cavad qəzasının kəndlilərlə əlaqə şöbəsində kargüzar və tərcüməçi kimi fəaliyyət göstərmişdir. 1906-cı ildə Bakı quberniyasının Cavad qəzasından Rusiyanın 1-ci Dövlət Dumasına deputat seçilmişdir. O, Rusiya 1 Dövlət Dumasına seçilmiş ilk Salyanlı deputatdır. Dumada Xalq Azadlıq Partiyasına mənsub olmuşdur. Əlimərdan bəy Topçubaşov, İsmayıl xan Ziyadxanov, Məmmədtağı Əliyevlə birlikdə çarizmin Rusiya imperiyasında yaşayan xalqlar arasında ədavət salmaq siyasətinə qarşı çıxmış, qeyri-rus xalqlarını milli muxtariyyəti ideyasını müdafıə etmişdir. Duma çar Nikolay tərəfindən qovulduqdan sonra Muradxanov Peterburqdan Salyana qayıtmış, burada bir neçə maarifçinin fəal iştirakı ilə əhali arasında mədəni-maarif işləri aparmış, "Cəmiyyəti-xeyriyyə" yaratmış, kitabxana-qiraətxana açmış, həvəskar teatr cəmiyyəti təşkil etmiş və s.
Əsədulla bəy Yadigarov
Əsədulla bəy Yadigarov — azərbaycanlı hərbçi. == Həyatı == 20 dekabr 1844-cü ildə Borçalı mahalının Təkəli kəndində anadan olan Əsədulla bəy Yadigarovu qohumu Mirzə Cəfər Topçubaşov təhsil almaq üçün Peterburqa aparır. On altı yaşlı Əsədulla bəy Peterburq yaxınlığındakı Pavlov kadet korpusunda oxumağa başlayır. Hərbi məktəbi müvəffəqiyyətlə bitirən kornet Əsədulla bəy 1863-cü il iyunun 12-dən Əlahiddə Qafqaz Ordusunun piyada qoşunlarında xidmətə başlamışdır. İki il sonra, 1865-ci il fevralın 9-da 21 yaşlı Əsədulla bəy Yadigarova poruçik rütbəsi verilmişdir. Nizami orduda otuz iki illik xidmətdən sonra 1895-ci il oktyabrın 12-də ona general-mayor rütbəsi verilib. XIX əsrin ortalarında Peterburqun zadəgan dairələrində bəy nəslindən olan Yadigar oğulları – general-leytenant İsrafil bəy, saray müşaviri Ağabəy Yadigarov və onların bibisi oğlu, görkəmli şərqşünas-alim, Peterburq Universitetinin professoru Mirzə Cəfər Topçubaşov (1784-1869) xüsusi hörmətə malik idilər. Xüsusilə, Mirzə Cəfər qohumlarının təlim-tərbiyəsinə və təhsil almalarına daha çox qayğı göstərirdi. Gürcüstan mərkəzi Dövlət Arxivindəki 1899-cu ilə məxsus "Qafqaz Hərbi Dairəsində xidmətdə olan generalların və zabitlərin siyahısı" kitabında göstərilir ki, gənc zabit əla xidmətinə görə səxavətlə təltif olunmuşdur. O, 1866-cı il martın 12-də ştabs-rotmistr rütbəsinə, iki il sonra "Müqəddəs Stanislav" ordeninin üçüncü dərəcəsinə layiq görülmüşdür.
Əsədulla bəy Şahtaxtinski
Əsədulla bəy Şahtaxtinski (1885-1939) — folklorçu və tərcüməçi. Əsədulla ağa 1885-ci ildə Şahtaxtı kəndində doğulub. Kiyev Tibb İnstitutunu bitirib. Uzun illər Gəncədə işləmişdir. O, həm də folklorçu və tərcüməçi olmuşdur. "Əsli və Kərəm" dastanını tərcümə yolu ilə rus oxucusuna çatdıran ziyalılarımızdan biri də Əsədulla bəy Şahtaxtinski olmuşdur. O, 1906-cı ildə "Kaspi" qəzetində bu dastanın orijinal kimi Azərbaycan variantını götürmüş və tərcümə yolu ilə rus oxucusuna çatdırmışdır. Bu məqalədə müəllif Azərbaycan xalqının özü haqqında oxucuya məlumat verir və xalqımızın cəsurluğu və qonaqpərvərliyindən söhbət açır. Ə.Şahtaxtinski eyni zamanda el sənətçilərimiz – aşıqlar haqda danışır, onları bir çox xalqların el sənətçiləri ilə müqayisə edir və onlar arasında ümumi bir yaxınlıq axtarır. "Əsli və Kərəm" dastanından söz açan müəllif onun əsas kimi Azərbaycan variantından istifadə etmiş və hadisələrin cərəyan etdiyi məkanın da Azərbaycan olduğunu göstərmişdir…".
Əsədulla xan Hüseynpur
Əsədulla xan Əhəd ağa oğlu Hüseynpur (fars. اسد الله حسین پور‎) (1882–1954) — Qacarlar dövlətinin polkovniki, İran Kazak diviziyasının zabiti. == Həyatı == Əsədulla xan Əhəd ağa oğlu 1882-ci ildə Tehran şəhərində anadan olmuşdu. Hüseynpurun ailəsi Şimali Azərbaycandan mühacirət etmişdi. Mustafa xan Xançobanlının nəvəsi Hüseyn xan Sərkərin nəvəsidir. Atası Əhəd ağa və əmilərini gənc yaşda itirdikdən sonra Ərak mahalından qalma miras mülklərlə çox varlanmışdı. 12 yaşında anasını itirdi. Bacısı da Ərak hakimi Abdullah Mustofi ilə evləndikdən sonra vəfat etdi. Bu hadisədən sonra könüllü olaraq İran Kazak diviziyasına qoşuldu. 1910-cu ildə hərbi təhsilini bitirdi.
Əsədulla xan Əbülfətzadə
Əsədulla xan Əbülfət xan oğlu Əbülfətzadə (1881-1918) — İran Kazak diviziyasının generalı. == Həyatı == Əsədulla xan Əbülfətzadə əslən Naxçıvanın Kəngərli elinin Şərurlu tayfasından olan mühacir Əbülfət xan Mirpəncin oğludur. II Rusiya-İran müharibəsindən sonra bir çox insanlar kimi onlar da rus dövlətinə tabe olmayaraq İrana mühacirət etdilər. Əsədulla xan əvvəlcə İran Kazak diviziyasının əsgəri olmuş, burada general rütbəsinə qədər yüksəlmişdir. O, Məşrutə inqilabının (1905-1911) ilk dövrlərindən milyonlarla insana qoşularaq Məhəmmədəli şah əleyhinə çıxmış, kazak divizyasından istefa verən hərbçilərdən biri olmuşdur. Ə. Əbülfətzadə 24 iyul 1908-ci ildə Məclis topa tutulan gecə Məşrutə inqilabının fəal mücahidlərindən biri kimi məclisin müdafiəsində iştirak etmişdir. O, bu hadisədən sonra milli-azadlıq hərəkatına qoşulan milyonlardan biri kimi tanınırdı. 1907-ci ildə də mücahidlərin Tehrana daxil olması üçün millətin Tehran və Qəzvinə tərəf hərəkətinin təşkili işində fəal iştirak etmişdir. Ə. Əbülfətzadə Tehran fəth olunduqdan sonra idarə heyəti tərəfindən şahzadə Məsud mirzə Qovanlı-Qacarın yanına göndərilmişdi. İnqilab yatırıldıqdan sonra Avropaya qısamüddətli səfər etmiş Ə. Əbülfətzadə 1912-ci ildə amerikalı Morqan Şusterin əvəzinə baş xəzinədar təyin olunmuş belçikalı Mornard tərəfindən Savucbulaq və Şəhriyara dövlət vergilərini yığmağa göndərilmiş, burada maliyyə işləri ilə məşğul olmuşdur.
Mirzə Əsədulla xan Naziməddövlə
Mirzə Əsədulla xan Mirzə Ələsgər oğlu Nizaməddövlə (1840-1901) — İranın ictimai-siyasi xadimi. == Həyatı == Təbrizli Mirzə Əsədulla xan Nasirəddin şah Qacar hakimiyyəti dövrünun ictimai xadimləri icərisində oz bacarığı və nüfuzu ilə seçilən səxsiyyət olmuşdur. Əsədullla xan Azərbaycanın tanınmıs sülalələrindən olub, Xarici İşlər nazirliyinin əməkdaşı idi və İranı bir sıra xarici dövlətlərdə diplomat kimi təmsil etmişdir. Mirzə Əsədulla xan Azərbaycan alimi Mirzə Məhəmmədrəfi Nizamulüləmanın qardaşı, Mirzə Ələsgər Mustofi Təbrizinin oğludur. (70, s. 206). O, 1884-1887-ci illərdə İranın Peterburqda səlahiyyətli nümayəndəsi olmuş və Vəkilulmulk ləqəbini almışdır. 1887-ci ildə Peterburqdan geri çağırılaraq, vəfat etmiş Mustafa xanın yerinə Ərdəbil və Xoy hakimi təyin olunmuşdur. O, hələ Peterburqdan əvvəl, yəni 1877-ci ildə Tiflisdə Baş konsul kimi çalışmısdır. Mirzə Əsədulla xan 1890-1892-ci illərdə İranın İstanbulda səfiri olmus və Nizamuddovlə ləqəbini almışdır.
Mirzə Əsədulla xan Nizaməddövlə
Mirzə Əsədulla xan Mirzə Ələsgər oğlu Nizaməddövlə (1840-1901) — İranın ictimai-siyasi xadimi. == Həyatı == Təbrizli Mirzə Əsədulla xan Nasirəddin şah Qacar hakimiyyəti dövrünun ictimai xadimləri icərisində oz bacarığı və nüfuzu ilə seçilən səxsiyyət olmuşdur. Əsədullla xan Azərbaycanın tanınmıs sülalələrindən olub, Xarici İşlər nazirliyinin əməkdaşı idi və İranı bir sıra xarici dövlətlərdə diplomat kimi təmsil etmişdir. Mirzə Əsədulla xan Azərbaycan alimi Mirzə Məhəmmədrəfi Nizamulüləmanın qardaşı, Mirzə Ələsgər Mustofi Təbrizinin oğludur. (70, s. 206). O, 1884-1887-ci illərdə İranın Peterburqda səlahiyyətli nümayəndəsi olmuş və Vəkilulmulk ləqəbini almışdır. 1887-ci ildə Peterburqdan geri çağırılaraq, vəfat etmiş Mustafa xanın yerinə Ərdəbil və Xoy hakimi təyin olunmuşdur. O, hələ Peterburqdan əvvəl, yəni 1877-ci ildə Tiflisdə Baş konsul kimi çalışmısdır. Mirzə Əsədulla xan 1890-1892-ci illərdə İranın İstanbulda səfiri olmus və Nizamuddovlə ləqəbini almışdır.
Mirzə Əsədulla xan Qalib
Mirzə Əsədulla xan Qalib (27 dekabr 1797, Aqra – 15 fevral 1869) — Azərbaycanlı şair, Böyük Moğollar imperiyasının saray şairi, tarixçi, vəzir, sərkərdə == Həyatı == Mirzə Əsədulla xan Abdullabəy xan oğlu 27 dekabR 1797-ci ildə Hindistanın Əkbərabad (Aqra) şəhərinin Qalamahal adlı məhəlləsində anadan olub. Əslən Azərbaycanlıdır. XVIII yüzilin ikinci yarısında, Aləm şahın (1759–1806) hakimiyyəti dövründə atası və əmisi Nəsrullabəy xan Təbriz şəhərindən Hindistana gəlmişlər və Böyük Moğollar imperiyasında hərbi xidmətə daxil olmuşdular. O, hərbi əyan silkinə mənsub idi. Atası 1806-cı ildə döyüşdə öldürüldüyündən əmisi tərəfindən tərbiyə edildi. Bacısı Çiçək (Çoti) bəyim Yusifi xanədanının nəvvablarından olan İlahibəxş xana verildi. Mirzə Əsədulla xan Qalib mükəmməl mədrəsə təhsili almışdı. Şeir yazmağa tələbəlik illərindən başlamışdı. İlk təxəllüsü Əsəd idi. Sonra Qalib təxəllüsünü seçdi.
Əsədulla xan Əsəd Bahadur
Əsədulla xan Məhəmmədəli xan oğlu Əsəd Bahadur (1876–1939)—İran diplomatı, İranın İsveçdə ilk səfiri. == Həyatı == Əsədulla xan Əsəd Bahadur 1876-cı ildə İranın Kaşan şəhərində anadan olmuşdu. Atası Məhəmmədəli xan İqbülülvüzəra Qacarlar dövlətinin Tiflis şəhərində baş konsulu vəzifəsində çalışırdı. O, ibtidai təhsilini ailədə, orta təhsilini Tiflis kişi gimnaziyasında almışdı. Sonra Sankt-Peterburqda Hərbi məktəbə qəbul olmuşdu. Hüquq fakültəsində oxumuşdu. rus dili ilə yanaşı fransız dilini də bilirdi. Əsədulla xan Əsəd Bahadur bir müddət Müzəffərəddin şah Qacarın sarayında çalışmışdı. Ona sarayda "Acudani-hüzur" deyirdilər. Bir müddət sarayda mütərcim kimi çalışdıqdan sonra Xarici İşlər vəzarətinə daxil olmuşdu.
Həmdulla Abdullayev
Həmdulla Aslan oğlu Abdullayev (19 mart 1994; Bəhrəmtəpə, İmişli rayonu — 7 noyabr 2020; Şuşa rayonu, Azərbaycan) – Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Həmdulla Abdullayev 1994-cü il martın 19-da İmişli rayonunun Bəhrəmtəpə qəsəbəsində anadan olub. 2000–2011-ci illərdə K. Əsədov adına Hacıbabalı kənd tam orta məktəbində təhsil alıb. Subay idi. == Hərbi xidməti == Həmdulla Abdullayev 2012-ci ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb. 2012–2013-cü illərdə Azərbaycan Silahlı Qüvvələrinin "N" saylı hərbi hissəsində xidmət edib. Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Həmdulla Abdullayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzuli, Zəngilan, Qubadlı, Xocavənd və Şuşa rayonunun azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Həmdulla Abdullayev noyabrın 7-də Şuşanın azad edilməsi zamanı şəhid olub. İmişli rayonunun Bəhrəmtəpə qəsəbəsində torpağa tapşırılıb. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Həmdulla Abdullayev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Həmdulla Aslanov
Həmdulla Aslanov (tam adı:Həmdulla İsrafil oğlu Aslanov; 16 fevral 1950, Şamaxı rayonu) — Azərbaycan riyaziyyatçısı, fizika-riyaziyyat elmləri doktoru, professor, AMEA Riyaziyyat və Mexanika İnstitutunun "Funksional analiz" şöbəsinin müdiri. [1] [2] == Həyatı == Aslanov Həmdulla İsrafil oğlu, Funksiyalar nəzəriyyəsi və funksional analiz sahəsi üzrə mütəxəssis, 16 fevral 1950-ci ildə Şamaxı rayonunun Cəyirli kəndində anadan olmuşdur.1957-ci ildə Şamaxı rayonunun Cəyirli kəndində birinci sinifə getmiş, 1967-ci ildə rayonun Nərimankənd orta məktəbini bitirmişdir. 1967-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) mexanika-riyaziyyat fakültəsinə daxil olmuş, 1972-ci ildə həmin fakültəni fərqlənmə diplomu ilə bitirmişdir. 1972-ci ildə Azərbaycan SSR Elmər Akademiyasının Riyaziyyat və Mexanika institutnun aspiranturasına daxil olmuş, 1975-ci ildə aspiranturanı bitirmiş və 23 iyun 1976-cı ildə Riyaziyyat və Mexanika İnstitutunda akademik Mirabbas Qasımov və professor Məmməd Bayramoğlunun rəhbərliyi ilə "Bəzi öz-özünə qoşma olan və öz-özünə qoşma olmayan diferensial operatorların məxsusi ədədlərinin asimptotik paylanması (01.01.01)" mövzusunda namizədlik, 1996-cı ildə "Hilbert fəzasında xüsusi törəməli operator-diferensial tənliklər üçün, həllolunma, tamlıq və spektrin asimptotikası" mövzusunda doktorluq dissertasi müdafiə etmişdir. O, əmək fəaliyyətinə 1975-ci ildə Riyaziyyat və Mexanika İnstitutunda elmi işçi kimi başlamış, 1978–1988-ci illərdə Azərbaycanın Dağlıq Qarabağ Muxtar Vilayətinin mərkəzində Sovet Azərbaycanının 60 illiyi adına Stepanakert Pedaqoji İnstitutunda baş müəllim, dosent və "Riyazi analiz" kafedrasının müdiri işləmişdir. 1988-ci ildə Dağlıq Qarabağda baş verən qanlı hadisələrlə əlaqədar olaraq Stepanakert Pedaqoji İnstitutu öz fəaliyyətini dayandırmış və o, həmin ildə Çingiz İldırım adına Azərbaycan Politexnik insitutunun "Ali riyaziyyat" kafedrasına dosent vəziəsinə keçirilmişdir. 1997-ci ildə Azərbaycan Texniki Universitetinin "Ali riyaziyyat" kafedrasının professoru vəzifəsinə seçilmişdir. Professor Həmidulla Aslanov 170-elmi, tədris-metodiki, elmi-populyar məqalələrin, tədris proqramlarının və 6 dərs vəsaitinin müəllifidir. Onun rəhbərliyi ilə 3 nəfər namizədlik disserasiyası müdafiə etmişdir. Hazırda 3 nəfər doktranta elmi rəhbərlik edir.2006-cı ildən AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunda baş elmi işçidir.2013-cü ildən AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunda "Funksional analiz" şöbəsinin müdiridir.
Həmdulla Cəfərov
Həmdulla Yunis oğlu Cəfərov (d. 15 iyun 1962; Quba, Azərbaycan SSR) — azərbaycanlı dövlət və siyasi xadim, Azərbaycan Milli Məclisinin I çağırış üzvü. == Həyatı == Həmdulla Cəfərov 1962-ci il iyunun 15-də Quba şəhərində anadan olub. St. Peterburq Maliyyə-İqtisad İnstitutunda sənayenin planlaşdırılması üzrə ali təhsil alıb. Rus dilini bilir. Bitərəfdir. Həmdulla Cəfərov ailəlidir, 2 övladı var. == Fəaliyyəti == 1995-ci il noyabrın 26-da baş tutan Parlament seçimlərində 63 nömrəli Quba dairəsindən bitərəf namizəd olan Həmdulla Cəfərov I çağırış Milli Məclisin deputatı seçilib. 1995-ci il noyabrın 26-dan səlahiyyətlərinin icrasına başlayan Həmdulla Cəfərov Milli Məclisin Büdcə məsələləri Daimi Komissiyasının və Azərbaycan—Moldova parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü olub.
Həmdulla Mehrabov
Həmdulla Oruc oğlu Mehrabov — fizik, fizika-riyaziyyat elmləri doktoru, Orta Doğu Teknik Universitetinin professoru. Həmdulla Oruc oğlu Mehrabov 1952-ci ildə Gürcüstanın qədim Borçalı mahalındakı Bolus rayonunun Saraçlı kəndində anadan olmuşdur. 1969-cu ildə Saraçlı orta məktəbini əla qiymətlərlə bitirdikdən sonra Azərbaycan Dövlət Universitetinin fizika fakültəsinə qəbul olunmuşdur. ADU-nun fizika fakültəsindən 1974-cü ildə əla qiymətlərlə məzun olmuş və həmin il müvəffəqiyyətlə imtahan verərək Lomonosov adına Moskva Dövlət Universitetinin (MDU) fizika fakültəsində "Bərk Cisimlər Fizikası" (BCF) ixtisası üzrə aspiranturaya qəbul olunmuşdur. MDU-nun professoru, dünya şöhrətli alim doktor, professor A.A. Kaçnelsonun rəhbərliyi ilə "İkiqat metal ərintilərində atomların yaxın nizamlı düzülüşünün nəzəri və təcrübi metodlarla tədqiqi" mövzusu üzərində çalışmağa başlamış ve MDU-nun tarixində ilk dəfə olaraq dissertasiyasını vaxtından əvvəl yazaraq MDU-nun Elmi Şurasına təqdim etmişdir. 1978-ci ildə MDU-da dissetasiya işini yüksək səviyyədə müdafiə edərək, BCF ixtisası üzrə fizika-riyaziyyat elmləri namizədi alimlik dərəcəsi almışdır. 1978-ci ildə MDU-dan Azərbaycan Dövlət Universitetinə fizika-riyaziyyat elmləri namizədi kimi qayıdan Həmdulla Mehrabov, o vaxtdan bəri ADU-nun "Optika və Molekulyar Fizika" kafedrasında əvvəlcə assistent, sonra baş müəllim, dosent, professor və kafedra müdiri vəzifələrinə qədər yüksəlmişdir. 1984-cü ildə, Həmdulla Mehrabov o zamankı Sovet Sosialist Respublikaları İttifaqında keçirilməkdə olan ağır imtahanlar və seçmə etaplarını başarı ilə keçərək, Yaponiyada 10 aylıq elmi-tədqiqat işləri aparmaq və dərs vermək üçün ezam olunmaq haqqı qazandı. Qeyd edək ki, Həmdulla Mehrabov fizika sahəsində Yaponiyaya uzunmüddətli ezam olunan ilk və tək azərbaycanlı alimdir. Həmdulla Mehrabovun Yaponiya səfəri çox uğurlu keçdi.
Həmdulla Qəzvini
Həmdullah Mustovfi Qəzvini (fars. حمدالله مستوفى قزوینی‎; 1281, Qəzvin, Elxanilər dövləti – ≥ 1339, Qəzvin) — İran məmuru, tarixçisi, coğrafiyaşünası və şairi. O, monqol Elxanilər dövlətinin son dövründə və ondan sonrakı fətrət dövründə yaşamışdır. Əslən Qəzvindən olan Həmdullah mustovfilər (maliyyə mühasibləri) ailəsində anadan olmuş, ona görə də bu adı almışdır. O, onu tarixi-coğrafi əsərlər yazmağa ruhlandırmış, dövrün qabaqcıl vəziri və tarixçisi Rəşidəddin Həmədaninin yaxın yoldaşı olmuşdur. Qəzvini üç əsərin müəllifidir: "Tarix-i güzidə" (Seçilmiş tarix), "Zəfərnamə" və "Nüzhət əl-qulub" (Qəlblərin əyləncəsi). Böyük nüfuzlu şəxsiyyət olmuş Qəzvininin İran tarixini və coğrafiyasını konseptuallaşdırmaq üsulu XIII əsrdən bəri digər tarixçilər tərəfindən istifadə edilmişdir. O, doğulduğu Qəzvin şəhərində, Uzun Günbəz türbəsində dəfn olunmuşdur. == Həyatı == Həmdullah Mustovfi Qəzvini 1281-ci ildə İranın qərbində, Əcəm İraqında yerləşən Qəzvin şəhərində anadan olmuşdur. Onun ailəsi IX–X əsrlərdə şəhər valisi vəzifəsində və sonralar Qəznəvilərin yüksəlişi dövründə mustovfi (yüksək rütbəli maliyyə mühasibləri) vəzifəsində çalışmış ərəblərin nəslindəndir.
Əhmədullah Gülməhəmmədov
Əhmədullah Gülməhəmmədov (8 yanvar 1936 – 25 sentyabr 2015, Mahaçqala) — Sovet və rus Qafqazşunas-dilçi mütəxəssisi, filologiya elmləri doktoru (1978), professor, Rusiya Təbiət Elmləri Akademiyasının həqiqi üzvü (1997), Rusiya Federasiyasının əməkdar elm xadimi (1998) və Dağıstan Respublikası, Dağıstan Dövlət Universitetinin dilçilik ümumi və müqayisəli şöbənin müdiri, Rusiya Elmlər Akademiyası Dağıstan Elmi Mərkəzinin Təbiət Elmləri İnstitutunda Rusiya Federasiyası xalqlarının dilləri və ədəbiyyatı üzrə doktorluq dissertasiyalarının müdafiəsi şurasının sədr müavini, "Dağıstanda dilçilik" illik kitabının baş redaktoru. == Bioqrafiya == 8 yanvar 1936-cı ildə Dağıstan Respublikasının Məhərrəmkənd rayonunun Muqerqan kəndində anadan olmuşdur. Muqerqan yeddi illik məktəbini fərqlənmə diplomu ilə bitirdikdən sonra 1951-1954 -cü illərdə Bakı şəhərində Sovet Ticarət Texnikumunda oxuyur․ 1959-cu ildə Dağıstan Dövlət Universiteti tarix-filologiya fakültəsinin Rus-Dağıstan şöbəsini bitirib. 1959-1962-ci illərdə Sovet ordusu sıralarında xidmət etmişdir. 1962-1965-ci illərdə Azərbaycan SSR Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat və Dilçilik İnstitutunun aspiranturasında oxuyub. 1967-ci ilin fevralında "Ləzgi dilinin Kutkaşen dialektləri" mövzusunda namizədlik dissertasiyasını, 1978 -ci ildə "Ləzgi dilinin frazeologiyasının əsasları" mövzusunda doktorluq dissertasiyasını müdafiə edir. 1966-1981-ci illərdə DDU-də rus dili kafedrasının laborantı, müəllimi, baş müəllimi, dosenti, professoru işləmişdir. 1979-1981-ci illərdə xarici tələbələr üçün rus dili kafedrasının müdiri, 1981-ci ildən 1988-ci ilə qədər - ümumi dilçilik və rus dilinin metodologiyası kafedrasının müdiri, 1988-2003-cü illərdə ümumi dilçilik kafedrasının müdiri və 2003-2008-ci illərdə DDU ümumi və müqayisəli dilçilik şöbəsinin müdiri olur. 1997-ci ildən nəşr olunan "Dağıstanda Dilçilik" illik dilçilik jurnalının baş redaktoru idi. 2008-2011-ci illərdə Rusiya Elmlər Akademiyası Dağıstan Elmi Mərkəzinin Təbiət Elmləri İnstitutunun leksikologiya və leksikoqrafiya şöbəsinə rəhbərlik etmişdir.
Əsədullah Bayat
Ayətullah Əsədullah Bayat Zəncani (1942) — azərbaycanlı din və siyasət adamı. Əsədullah Bayat İran konstitusiyasının dəyişdirilməsi şurasının üzvü, inqilabdan sonra ilk üç seçkidə zəncanlıların İran parlamentində təmsilçisi, eləcə də məclisin idarə heyətinin üzvü olmuşdur. İran İslam Respublikasının parlamentinə keçirilən üçüncü seçkidən sonra parlamentin naib-rəisi vəzifəsini daşımışdır. O, buna qədər "Mubariz Ruhanilər Birliyi", "Qum Elmiyyə Hövzəsinin Tədqiqatçıları və Ustadları" kimi təşkilatıarlın üzvü olmuşdur. Bayat indi Qumda din mərcəidir, onun vebsaytı İranda hökumət tərəfindən filter olub. == Həyatı == Ayətullah Əsədullah Bayat Zəncanın 25 kilometrliyində Zəncan çayının sahilində yerləşən bir kənddə dünyaya göz açıb. Məktəbxanada Quran, Gülüstan, Tarix-i möəcm və tədris olunan digər bir sıra kitabları mütaliə edib. 13 yaşında ikən Zəncana gedib. 6 il Zəncanda hovzə dərsləri alıb və 19 yaşında ikən Qum Elmiyyə Hövzəsində təhsil almağa başlayıb. Burada dövrünün tanınmış alimlərində və din adamlarından dərs alıb, siyasətlə maraqlanmağa başlayıb.
Əsədullah Bəyat
Ayətullah Əsədullah Bayat Zəncani (1942) — azərbaycanlı din və siyasət adamı. Əsədullah Bayat İran konstitusiyasının dəyişdirilməsi şurasının üzvü, inqilabdan sonra ilk üç seçkidə zəncanlıların İran parlamentində təmsilçisi, eləcə də məclisin idarə heyətinin üzvü olmuşdur. İran İslam Respublikasının parlamentinə keçirilən üçüncü seçkidən sonra parlamentin naib-rəisi vəzifəsini daşımışdır. O, buna qədər "Mubariz Ruhanilər Birliyi", "Qum Elmiyyə Hövzəsinin Tədqiqatçıları və Ustadları" kimi təşkilatıarlın üzvü olmuşdur. Bayat indi Qumda din mərcəidir, onun vebsaytı İranda hökumət tərəfindən filter olub. == Həyatı == Ayətullah Əsədullah Bayat Zəncanın 25 kilometrliyində Zəncan çayının sahilində yerləşən bir kənddə dünyaya göz açıb. Məktəbxanada Quran, Gülüstan, Tarix-i möəcm və tədris olunan digər bir sıra kitabları mütaliə edib. 13 yaşında ikən Zəncana gedib. 6 il Zəncanda hovzə dərsləri alıb və 19 yaşında ikən Qum Elmiyyə Hövzəsində təhsil almağa başlayıb. Burada dövrünün tanınmış alimlərində və din adamlarından dərs alıb, siyasətlə maraqlanmağa başlayıb.
Əsədullah kəndi
Əsədullah kəndi (fars. اسداله كندي‎) - İranın Qərbi Azərbaycan ostanının Çaldıran şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 39 nəfər yaşayır (9 ailə).
Yədulla Ağazadə
Yədulla Ağazadə (azərb. Ağazadə Yədulla Bədir oğlu‎) — folklorşünas, ədəbiyyatşünas, yazıçı-publisist, filologiya elmləri doktoru (2014), professor (2019) == Həyatı == Yədulla Bədir oğlu Ağazadə 1950-ci il iyulun 1-də Lənkəran şəhərində anadan olmuşdur. Orta təhsilini Lənkəran şəhər 5 nömrəli (1957–1961) və Lənkəran şəhər internat (hazırda gimnaziya) (1961–1967) orta məktəblərində almışdır. Bir müddət Lənkəran şəhər meyvə-tərəvəz konserv (1967), Bakı tikinti materialları (1968) və Azərbaycan Boru prokatı zavodlarında fəhlə işləmişdir (1968–1969). 1969–1970-ci illərdə ordu sıralarında xidmət etmişdir. Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsini (qiyabi) bitirmişdir (1975). Pedaqoji fəaliyyətə Lənkəran rayonunun ucqar Gəgiran kənd orta məktəbində Azərbaycan dili və ədəbiyyatı müəllimi kimi başlamışdır (1971–1973). Daha sonra Gəgiran kənd orta məktəbinin direktoru vəzifəsində (1973–1981), rayonun Ləj kənd orta məktəbində tədris işləri üzrə direktor müavini (1981–1990), Lənkəran şəhər 5 nömrəli orta məktəbində Azərbaycan dili və ədəbiyyatı müəllimi vəzifələrində çalışmışdır (1990–1998). Lənkəran Dövlət Universitetində fəaliyyətə başladığı gündən (1992) burada baş müəllim(1992–1998), dosent (1998–2015), professor (2016-cı ildən) vəzifələrində çalışmış, hazırda LDU-nun Azərbaycan dili və ədəbiyyatı kafedrasının professorudur. "Teymur bəy Bayraməlibəyovun folklorşünaslıq fəaliyyəti" mövzusunda namizədlik (1998), "Azərbaycan poeziyasında satirik poeziyasının təşəkkülü və inkişafı" mövzusunda doktorluq dissertasiyalarını müdafiə etmişdir (2013).
Yədulla Bayandur
Yədulla Ələkbər xan oğlu Bayandur (1913, Tehran - 1942, Ənzəli) — İranın Hərbi-Dəniz qüvvələrinin zabiti. == Həyatı == Yədulla Ələkbər xan oğlu Bayandur 1913-cü ildə Tehran şəhərində anadan olmuşdu. İbtidai və orta təhsilini doğma şəhərində almışdı. Sonra Hərbi-Dəniz qüvvələrinin məktəbində oxumuşdu. Məktəbi leytenant rütbəsi ilə tamamlayaraq Xəzər dənizində xidmətə başlamışdı. Vəzifəsində yüksələrək gəmi komandiri olmuşdu. Almaniya təyyarələri tez-tez İran səmasında görünür, bəzi yerləri bombalayırdılar. 1942-ci ildə baş verən belə hücumların birində Yədulla Bayandurun gəmisi sıradan çıxarıldı. Özü isə əbədi gözlərini yumdu.
Yədulla Səmədi
Yədulla Səmədi (1951, Marağa, Şərqi Azərbaycan ostanı – 25 sentyabr 2018, Şiraz) — İran kinosu və televiziyasının tanınmış azərbaycanlı rejissoru. == Həyatı və fəaliyyəti == Yədulla Səmədi 1952-ci ildə Marağa şəhərində dünyaya gəlib. Yədulla Səmədinin çəkdiyi bir çox kino-filmin mövzusu türk dili və mədəniyyəti, həmçinin Azərbaycan vilayətlərində baş verən hadisələrə həsr edilib. Rejissorun 1986-cı ildə çəkdiyi "Avtobus" kinofilmi o dövrün ən çox satılan filmlərindən olub. İran Azərbaycanının kəndlərində iki tayfa arasındakı qarşıdurmanı təsvir edən "Avtobus" filminin hekayəsi əslində Səfəvilər dönəmindən bəri davam edən "Heydəri-Neməti" münaqişəsinin bir təmsilidir. Avtobus filmindən 3 il sonra çəkilən "Savalan" filminin hekayəsi də İran Azərbaycanında baş verən hadisələrə əsaslanır. Filmin baş qəhrəmanı Koroğlu Savalan kəndinin əhalisini basqınçıların hücumundan qoruyur. Urmiyə Aşıq Məktəbinin iki böyük ustadı Aşıq Dərviş və Aşıq Yusuf müvafiq olaraq ‘Avtobus’ və ‘Savalan’ filmlərində rol alıb və mahnı ifa ediblər. Rejissorun 1994 və 1997-ci illərində çəkdiyi "Dəli Domrul" və "Saray" filmləri İran Azərbaycanında türk dilində, ölkənin digər bölgələrində isə fars dilində nümayiş olunub. "Saray" filminin musiqisini məşhur günenyli sənətkar Aşıq Çingiz Mehdipur bəstələyib.
Əmdulla Mehrabov
Əmdulla Mehrabov (tam adı Əmdulla Oruc oğlu Mehrabov; doğulub - 15.04.1952) — fizik, fizika-riyaziyyat elmlər doktoru. == Həyatı == Əmdulla Mehrabov 1952-ci il aprel ayının 15-də Gürcüstan Respublikası Bolnisi rayonunda anadan olmuşdur. Bakı Dövlət Universitetini bitirmişdir. Hal-hazırda Türkiyə Cümhuriyyətinin paytaxt şəhəri olan Ankarada yaşayır. Orta Doğu Texniki Universiteti, Metallurgiya və Materiallar Mühəndisliyi Departamentində fəaliyyət göstərir. == Fəaliyyəti == === Əsas elmi nailiyyətləri === Müdafiə və mülkü sənayenin müxtəlif sahələrində istifadə olunmaq üçün çox-komponentli kristal-, amorf- ve nano-strukturlu yeni yüksək texnologiya materiallarının nəzəri ve kompüter hesaplama metodlarıyla dizaynı, sintezi ve inkişaf etdirilməsi. === Elmi, elmi-pedaqoji və digər fəaliyyəti haqqında məlumat === 1974 – Bakı Dövlət Universiteti, Bərk cisimlər fizikası (BCF) ixtisası; Həmin ildə Lomonosov adına Moskva Dövlət Universitetinin (MDU) fizika fakültəsinə BCF ixtisası üzrə məqsədli aspiranturaya qəbul olub; 1978 – MDU-da dissertasiya işini müdafiə edib və fizika-riyaziyyat elmləri namizədi elmi dərəcəsini alıb; 1978-ci ildən – BDU-nun "Optika və Molekulyar fizika" kafedrasında əvvəlcə assistent, sonra baş müəllim, dosent, professor və kafedra müdiri vəzifələrinə qədər yüksəlmişdir; 1984 –1 il müddətində Yaponiyanın Tokyo Universitetindəki "Materiallar Elmi və Mühəndisliyi" departamentinə ezam edilmişdir; 1989 –Tbilisi Dövlət Universitetində doktorluq dissertasiyasını müdafiə edərək fizika-riyaziyyat elmlər doktoru alimlik dərəcəsini almışdır; 1991 – 4 ay müddətinə ABŞ-nin Kaliforniya Universitetindəki "Nüvə və Kimya Mühəndisliyi" departamentinə ezam olunmuşdur; 1992 – Türkiyənin Ankara şəhərindəki Orta Doğu Texniki Universiteti (ODTU), mühəndislik fakültəsindəki "Metallurgiya və Materiallar Mühəndisliyi" departamentinə ezam olunmuşdur; 1998 – türk həmkarları ilə bərabər "Metallurgiya və Materiallar Mühəndisliyi" departamentində "Yüksək Texnalogiya Materiallarının Dizaynı və İnkişaf Etdirilməsi" (NOVALAB) laboratoriyasını qurmuşdur; ODTU-da çalışdığı 25 ildən yuxarı müddət ərzində BCF və materiallar elmi və mühəndisliyinin həm nəzəri, həm də praktiki cəhətdən ən aktual problemlərinin həlli ilə məşğul olmaqdadır; Dünyanın tanınmış jurnallarında və beynəlxalq konfransların materiallarında çap olunmuş 200-dən çox elmi məqaləsinə 500-dən artıq istinad verilmişdir; Türkiyənin bir çox dövlət və özəl şirkətlərində məsləhətçi olaraq da fəaliyyət göstərməkdədir; 2000 – İslam Dünyası Elmlər Akademiyasına həqiqi üzv; 2009 – Akademiyanın illik toplantısında İdarə Heyətinin üzvü seçilmişdir; Həyat və fəaliyyəti, ABŞ-də çap olunan "Marquis Who’s Who" biblioqrafik ensiklapediyasının "Elm və mühəndislikdə kim kimdir" kitabının 8-ci (2005-2006) çapında yer almışdır. Hal hazırda ODTU-da "Metallurgiya və Materiallar Mühəndisliyi" departamentində professor və laboratoriya müdiridir.