Əmdulla Mehrabov

Əmdulla Mehrabov (tam adı Əmdulla Oruc oğlu Mehrabov; doğulub - 15.04.1952) — fizik, fizika-riyaziyyat elmlər doktoru.

Əmdulla Mehrabov
Əmdulla Oruc oğlu Mehrabov
Doğum tarixi (72 yaş)
Doğum yeri Gürcüstan Respublikası Bolnisi rayonu
Milliyyəti azərbaycanlı
İxtisası fizik
Təhsili Bakı Dövlət Universiteti
Fəaliyyəti Orta Doğu Texniki Universiteti

Əmdulla Mehrabov 1952-ci il aprel ayının 15-də Gürcüstan Respublikası Bolnisi rayonunda anadan olmuşdur. Bakı Dövlət Universitetini bitirmişdir. Hal-hazırda Türkiyə Cümhuriyyətinin paytaxt şəhəri olan Ankarada yaşayır. Orta Doğu Texniki Universiteti, Metallurgiya və Materiallar Mühəndisliyi Departamentində fəaliyyət göstərir.

Əsas elmi nailiyyətləri

[redaktə | mənbəni redaktə et]

Müdafiə və mülkü sənayenin müxtəlif sahələrində istifadə olunmaq üçün çox-komponentli kristal-, amorf- ve nano-strukturlu yeni yüksək texnologiya materiallarının nəzəri ve kompüter hesaplama metodlarıyla dizaynı, sintezi ve inkişaf etdirilməsi.

Elmi, elmi-pedaqoji və digər fəaliyyəti haqqında məlumat

[redaktə | mənbəni redaktə et]
  • 1974 – Bakı Dövlət Universiteti, Bərk cisimlər fizikası (BCF) ixtisası;
  • Həmin ildə Lomonosov adına Moskva Dövlət Universitetinin (MDU) fizika fakültəsinə BCF ixtisası üzrə məqsədli aspiranturaya qəbul olub;
  • 1978 – MDU-da dissertasiya işini müdafiə edib və fizika-riyaziyyat elmləri namizədi elmi dərəcəsini alıb;
  • 1978-ci ildən – BDU-nun "Optika və Molekulyar fizika" kafedrasında əvvəlcə assistent, sonra baş müəllim, dosent, professor və kafedra müdiri vəzifələrinə qədər yüksəlmişdir;
  • 1984 –1 il müddətində Yaponiyanın Tokyo Universitetindəki "Materiallar Elmi və Mühəndisliyi" departamentinə ezam edilmişdir;
  • 1989 –Tbilisi Dövlət Universitetində doktorluq dissertasiyasını müdafiə edərək fizika-riyaziyyat elmlər doktoru alimlik dərəcəsini almışdır;
  • 1991 – 4 ay müddətinə ABŞ-nin Kaliforniya Universitetindəki "Nüvə və Kimya Mühəndisliyi" departamentinə ezam olunmuşdur;
  • 1992 – Türkiyənin Ankara şəhərindəki Orta Doğu Texniki Universiteti (ODTU), mühəndislik fakültəsindəki "Metallurgiya və Materiallar Mühəndisliyi" departamentinə ezam olunmuşdur; 
  • 1998 – türk həmkarları ilə bərabər "Metallurgiya və Materiallar Mühəndisliyi" departamentində "Yüksək Texnalogiya Materiallarının Dizaynı və İnkişaf Etdirilməsi" (NOVALAB) laboratoriyasını qurmuşdur; 
  • ODTU-da çalışdığı 25 ildən yuxarı müddət ərzində BCF və materiallar elmi və mühəndisliyinin həm nəzəri, həm də praktiki cəhətdən  ən aktual problemlərinin həlli  ilə məşğul olmaqdadır;
  • Dünyanın  tanınmış jurnallarında və beynəlxalq konfransların materiallarında çap olunmuş 200-dən çox elmi məqaləsinə 500-dən artıq istinad verilmişdir;
  • Türkiyənin bir çox dövlət və özəl şirkətlərində məsləhətçi olaraq da fəaliyyət göstərməkdədir; 
  • 2000 – İslam Dünyası Elmlər Akademiyasına həqiqi üzv;
  • 2009 – Akademiyanın illik toplantısında İdarə Heyətinin üzvü seçilmişdir;
  • Həyat və fəaliyyəti, ABŞ-də çap olunan "Marquis Who’s Who" biblioqrafik ensiklapediyasının "Elm və mühəndislikdə kim kimdir" kitabının 8-ci (2005-2006) çapında yer almışdır.
  • Hal hazırda ODTU-da "Metallurgiya və Materiallar Mühəndisliyi" departamentində professor və laboratoriya müdiridir.