Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Zadir Rzayev
Zadir Rza oğlu Rzayev (10 oktyabr 1937, Şürük, Lənkəran rayonu – 29 yanvar 2010, Bakı) — Azərbaycan Silahlı Qüvvələrinin generalı, keçmiş sovet ordusunun 18110 saylı hərbi hissəsinin bazasında yaradılmış ilk hərbi hissə komandiri. == Bioqrafiyası == === 1937–1958: Uşaqlıq və gənclik illəri === Zadir Rzayev 1937-ci ilin oktyabrın 10-da Lənkəran rayonunun Şürük kəndində anadan olub. Milliyyətcə talışdır. Orta təhsili İkinci Dünya Müharibəsi dövrlərinə təsadüf etdiyindən təhsil almasında böyük çətinliklər yaranıb. Orta məktəbi bitirdikdən sonra Bakı şəhərinə gəlib. 1955-ci ildə Azərbaycan Pedaqoji Universitetin fizika-riyaziyyat fakültəsinə daxil olsa da ailə vəziyyəti ağır olduğundan təhsilini yarımçıq qoyub. 1958-ci ildə sənədlərini geri götürərək o vaxtkı Bakı Ali Ümumqoşun Komandirlər Məktəbinə təqdim edib və qəbul olub. === 1958–1971: Bakı Ali Ümumqoşun Komandirlər Məktəbi === 1958–1962-ci illərdə Bakı Ali Ümumqoşun Komandirlər Məktəbini qırmızı diplomla bitirdikdən sonra leytenant rütbəsi alaraq 5 il Almaniyada yerləşən Sovet Silahlı Qüvvələrinin tərkibində xidmətə göndərilib. Yüksək hərbi göstəricilərinə görə o, Zaqafqaziya Hərbi Dairəsində — Ermənistanın Gümrü şəhərinə hərbi xidmətini davam etdirməyə göndərilib. Gümrü şəhərində xidmtə etdiyi hərbi hissədə əvvəlcə taborun qərargah rəisi, az sonra isə tabor komandiri olub.
Badara
Badara — Azərbaycan Respublikasının Xocalı rayonununun Daşbulaq kənd inzibati ərazi dairəsində kənd. Yuxarı Qarabağın Xaçın nahiyəsində kənd adı.Azərbaycanda dağlıq yerlərə xas olan kicik əkin sahəsinə badar deyilir. Oykonim "kiçik əkin sahəsi olan yer" deməkdir. == Tarixi == Keçmişdə Xaçın nahiyəsində kənd olub. Qarabağ xanı İbrahim xana məxsus mülklərin siyahısında adı Badarat kimidir. 1828-ci ildə İrandan köçürülmüş ermənilər burada yerləşdirildikdən sonra Ptresek adlandırılmışdır. Gürcüstanda Başeti adı ilə eynidir. 1992-ci ildən 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olub. 2005-ci ildə Dağlıq Qarabağda keçirilən əhalinin siyahıyaalmasına əsasən Badara kəndinin əhalisinin faktiki sayı 827 nəfər, qeydiyyatdakı əhalinin sayı 849 nəfər təşkil edirdi. İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən imzalanmış 10 Noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq Badara kəndi Rusiya Sülhməramlı qüvvələrinin nəzarətində olmuş, 19 sentyabr 2023-cü ildə aparılan lokal xarakterli antiterror əməliyyatları nəticəsində Azərbaycan Respublikası Silahlı Qvvələrinin nəzarətinə qaytarılmışdır.
Hadera
Hadera (ivr. ‏חֲדֵרָה‏‎ Ḥadera ; ərəb. الخضيرة‎ al-Ḫuḍayrah ) İsrailin Hayfa dairəsində yerləşən şəhərdir. Şaron bölgəsinin şimalında, ölkənin əsas şəhərləri olan Tel-Əviv və Hayfa şəhərlərindən təqribən 45 km məsafədə yerləşir. Şəhər Aralıq dənizi boyunca 7 km uzunluğunda sahilə sahibdir. 2016-cı il hesablamalarına əsasən şəhər əhalisi 91,707 nəfər təşkil edir. 1990-cı ildən bəri Efiopiya və keçmiş SSRİ-dən gələn immiqrantların hesabına əhalinin artım tempi yüksəlmişdir. Hadera şəhəri Rusiya İmperiyası dövründə 1891-ci ildə Litva və Latviyadan gəlmiş Hovevey Zion qruplaşmasının üzvləri tərəfindən inşa olunmuşdur. 1948-ci ildən etibarən 11,800 nəfər əhalisi ilə regional mərkəz rolu oynamağa başlamışdır. Hadera 1952-ci ildə şəhər statusu almışdır.
Kadima
Kadima (ivr. קדימה, az. öncül) — İsraildəki siyasi partiyalardan biridir. Mərkəzçi bir partiyadır və liberal görüşə malikdir. Ariel Şaron tərəfindən qurulan partiyanın hazırkı lideri Şaul Mofazdır. Kadima partiyası başqa bir partiya ilə koalisiyaya girmək istəmir. İsrail sistemini gücləndirmək üçün siyasi sistemdə islahatlara ehtiyac olduğunu bildirir. Bundan əlavə, partiyanın fikrincə, Qüds böyük bir yəhudi yaşayış məskəni kimi İsrailin bir hissəsi olaraq qalmalıdır. Partiyanın ümumi prinsiplərində İsraildə yəhudilərin mütləqiyyətinin təmin edilməsinin vacib olduğu bildirilir. Partiya İsrail-Fələstin probleminin həlli olaraq iki dövlətli həll yolunu görür, bunun üçün də, partiya Fələstin sektorunun terrorizmdən təmizlənməsini, Fələstin xalqının əllərindəki silahların toplanılmasını və hücumların bitməsinin vacib olduğunu bildirir.
Kaşira
Kaşira — Rusiya Federasiyasında yerləşən şəhər Moskva vilayətinə daxildir.
Madita
Madita (tam adı: Edita Malovçiç, bosn. Edita Malovčić, səhnə adı ilə alm. Madita‎; 21 yanvar 1978, Vyana) — Avstriya müğənnisi və Bosna əsilli aktrisa. Atası bosnalı folklor mahnılarının ifaçısı Kamal Malovçiçdir. Madita sinti pop, R&B və caz da daxil olmaqla müxtəlif janrlarda ifa edir. == Həyatı == Edita Malovçiç Vyanada bosnalı folklor mahnılarının ifaçısı Kamal Malovçiçin Serbiyalı xanımla olan ilk nikahından dünyaya gəlmişdir. Maditanın bildirdiyinə görə, o, atası ilə uzun müddət əlaqə saxlamamışdır və atası ilə bağlı heç də "xoş xatirələri yoxdur". 2003-cü il təvəllüdlü bir oğlu var. == Karyerası == === Aktrisalıq karyerası === Madita musiqişünaslıq təhsili ilə yanaşı özəl aktyorluq dərsləri almışdır. 1999-cu ildə bir çox mükafata layiq görülmüş Avstriya istehsalı Şimal ətəkləri filmində oynamışdır.
Mazira
Mazira (fr. Mazirat) — Fransada kommuna, Overn regionunda yerləşir. Departament — Alye. Marsiyya-an-Kombray kantonuna daxildir. Kommunanın dairəsi — Monlyuson. INSEE kodu — 03167. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 289 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 177 nəfər (15-64 yaş) arasında 125 nəfər iqtisadi cəhətdən fəal, 52 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 70,6%, 1999-cu ildə 64.5%). Fəal olan 125 nəfərdən 105 nəfər (63 kişi və 42 qadın), 20 nəfər işsiz (12 kişi və 8 qadın) idi. Aktiv olmayan 14 nəfər arasında şagird və ya tələbə, 25 nəfər təqaüdçü, 13 nəfər digər səbəblərə görə fəaliyyətsizdir.
Satira
Satira (lat. satira) — müəllifin hadisə və adamlara gülüş və qınaq yaradan münasibətinin daha sərt obrazıdır. Bədii gülüşün bir növüdür. Satiranın yumordan fərqi onun açıq tənqid, rəqib və düşmən sözü kimi deyilə bilməsi, öz obyektini ifşa niyyəti daşımasıdır. Satirik obraz sosial məzmun daşıyır, yazıçının siyasi və əxlaqi, dini əqidəsinin əks qütbünü göstərən bir obraz olur. Satirik obraz romanda bir və ya bir neçə surət də, bütün bir hekayə də, dramda personaj da, şeirlə yazılmış əsər də olur. Satiraya ən gözəl misal S.Ə.Şirvanini " Köpəyə ehsan" şeiri sayıla bilər. Harınlamış bəy öz sevimli itini kənd qəbiristanında basdırır. Kənd camaatı narazılıqla mollaya müraciət edir. Bəy mollanın ağzını yummaq üçün ona bir toğlu göndərir.
Zandera
Zaqora
Zaqora, Zaqura (ərəb. زاكورة‎, bər. ⵣⴰⴳⵓⵔⴰ, fr. Zagora) və ya Tazaqurt (bər. ⵜⴰⵣⴰⴳⵓⵔⵜ, fr. Tazagourt) — Mərakeşin cənub-şərqində, Draa-Tafilalet vilayətində şəhər, eyniadlı əyalətiin inzibati mərkəzi. == Coğrafiya == Şəhər mərkəzi dəniz səviyyəsindən 709 metr (2,326 ft) yüksəklikdə yerləşir. Zaqora Varzazat şəhərindən 162 kilometr (101 mil) uzaqlıqda, Atlas dağlarının üzərində yerləşir. Şəhərin yaxınlıqlarında Zaqora dağı yerləşir. == Toponimika == Şəhərin yerli bərbər dilindəki adı – Tazaqurt (bər.
Zaziran
Zaziran — İranın İsfahan ostanının Fəlavərcan şəhristanının Mərkəzi bəxşində şəhər. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 7,670 nəfər və 2,003 ailədən ibarət idi.
Şadara
Şadara - taxılın həşəmdən təmizlənməsi üçün istifadə edilən alət. == Quruluşu == Bir üzünə tor çəkilmiş dairəvi taxtadan ibarət idi. == İstifadə == Şadaranın toru nisbətən böyük gözlü olduğundan, taxıl əvvəl şadarada, sonra isə xəlbirdə təmizlənirdi.
Şakira
Şakira (isp. Shakira; 2 fevral 1977[…], Barrankilya) — Livan əsilli kolumbiyalı müğənni, bəstəkar, rəqqasə və aktrisa == Həyatı == 90-cı illərin sonlarına doğru böyük bir partlama edən Latın pop və Latın rock musiqi furyasındaki ən əhəmiyyətli adlardan biridir. Xüsusilə yarı ərəb yarı latın fiquru rəqsləriylə insanların bəyənisini yığmışdır. Eyni zamanda bəstə də edən sənətçi 2 dəfə Grammy, 8 dəfə Latın Grammy, 14 dəfə Billboard Latın Musiqi Mükafatı qazanmışdır. Şakira 140 milyon dollarlıq dəqiq sərvəti ilə dünyanın ən varlı Latın pop müğənniləri arasındadır. Ən çox satan Kolumbiyalı sənətçidir. "Hips Dont Lie" mahnısı günümüzə qədər 10 milyon sataraq son 10 ilin ən çox satan mahnısı olmuşdur. 2010–ci ildə səsləndirdiyi Dünya Kuboku mahnısı "Waka Waka" 5 milyon sataraq, dünya kuboku tarixinin ən çox satan mahnısı olmuşdur. Həmçinin mahnı Youtube'da 600 milyondan çox izlənilərək ən çox izlənilən 4–cü klip olmuşdur. Şakira; Amerikada, Avstraliyada və İngiltərədə 1 nömrəyə yüksələn tək Cənubi Amerikalı sənətçi olmuşdur.
Хаditа
Xadita
Xadita (ərəb. حَدِيثَةٌ‎, al-Ḥadīthah) — İraqın Anbar mühafazasında şəhər.
Adıça
Adıça (rus. Адыча, saxa Адыаччы) — Rusiya Federasiyasına bağlı Saxa Respublikasında çay. == Xüsusiyyətləri == Yananın sağ qoludur. Uzunluğu 715 kilometr, hövzəsinin sahəsi 89,8 min kilometr2-dir. Çerski silsiləsinin qərb yamaclarından başlanır. Qar və yağış suları ilə qidalanır. Oktyabrdan maya qədər donmuş olur. == İstinadlar == == Əlavə ədəbiyyat == Adıça // Большая советская энциклопедия: [в 30 т.] (3-е изд.). М.: Советская энциклопедия. гл.
Akira
Akira — ad. Akira Kaci — keçmiş Yaponiya futbolçusu. Akira Kitaquçi — Akira Matsunaqa Akira Matsunaqa (futbolçu, 1914) Akira Matsunaqa (futbolçu, 1948) — Yaponiya futbolçusu.
Aldo Zadrima
Aldo Zadrima (alb. Aldo Zadrima; 15 yanvar 1948, Tirana) — Albaniya şahmatçısı, milli ustad. 1994 Albaniya çempionu. Albaniya komandasının tərkibində altı şahmat olimpiadasında (1972, 1980, 1982, 1984, 1994, 2002) və iki Balkan ölkələri çempionatında (1979 və 1994) iştirak etmişdir. 1995-ci ildə zona turnirində Albaniyanı təmsil edirdi. Beynəlxalq arenada 1972-ci ildən 2003-cü ilə qədər çıxış edirdi. Maksimal reytinqinə (2270 bal) 1995-ci ilin yanvarında çatdı. 2015-ci ilin oktyabr ayında onun reytinqi 2255 bal idi.
Badara monastırı
Badara monastırı — Xocalı rayonunun Badara kəndi ərazisində yerləşən tarix-memarlıq abidəsi. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən ölkə əhəmiyyətli abidə kimi qeydiyyata alınmışdır. Badara monastırı ərazisindən 12 epiqrafik yazı nəşr edilmişdir və həmin kitabələrə əsasən monastırın XII–XIII əsrlərdə tikilmiş olması müəyyən edilmişdir. == Tarixi == Monastır ərazisindən aşkarlanmış kitabəli xaçdaşlar kompleksin tarixini müəyyənləşdirməyə imkan vermişdir. Xaçdaşlar kitabələrlə yanaşı həm də insan fiqurları ilə zəngin bədii kompozisiyalarla bəzədilmişdir. Xaçdaşlarda təsvir edilən insanlar əksər hallarda zirehli geyim və silahlarla təmin olunmuş döyüşçülərdir. Ümumilikdə Badara monastırı ərazisindən 12 epiqrafik yazı nəşr edilmişdir və həmin kitabələrə əsasən monastırın XII–XIII əsrlərdə tikilmiş olması müəyyən edilmişdir. Badara monastırı ərazisində öyrənilmiş ən erkən xaçdaşlar 1156, 1165, 1193, 1216-cı illərə aiddir. == Memarlıq xüsusiyyətləri == Badara monastırı kənd mərkəzindən 7–8 km aralıda – meşəlik ərazidə yerləşir. Ümumilikdə on üç dini və mülki tikilidən ibarət olan monastır kompleksinə daxil olan tikililərdən altısı bir-birinə bitişik olsa da, ayrı qapı və pəncərələrə malikdir.
Indira Levak
Indira Levak – Xorvatiyalı müğənni.
Kadişa dərəsi
Qadişa vadisi (ərəb. وادي قاديشا‎) — Livanın Şimal mühafəzəsinin Beşarri və Zğarta nahiyələrində yerləşir.
Madura adası
Madura adası (ind. Pulau Madura) — İndoneziyaya məxsus olan ada. Malay arxipelaqına daxildir. Yava adasından Madura boğazı ilə ayrılır. Adanın sahəsi 4250 km² təşkil edir. Maksimal hündürlüyü 471 metrdir. Ada 2013-cü il məlumatına görə əhalisinin sayı 3,7 milyon nəfərdir. Onların böyük əksəriyyəti maduralılardır. İnzibati cəhətdən Şərqi Yava vilayəti ərazisinə daxildir. Nisbətən iri taşayış məntəqləri — Pamekasan, Banqkalan, Samkanq, Sumenep.
Madura boğazı
Madura boğazı (ind. Selat Madura) - Malay arxipelaqına daxil olan Yava adasını Madura adasından ayırır. Sakit okeanına daxil olan Bali dənizini Yava dənizi ilə birləşdirir. Qərbdə və qədim İndoneziya mənbələrində Surabay boğazı adlandırılrdı. == Coğrafiyası == Ən dar yeri 4,9 km (Madura rayonunun cənub-qərbində). Boğaz daxilində bir neçə kiçik adalar vardır (Kambinq, Qetenq, Ketapoenq, Qiliraya, Qilitimur). == Təbiəti == Boğazın suyu Bali və Yava dənizinin suyuna nisbətən duzluluğu azdır. Əsas səbəb isə boğaza tökülən Brontas çayıdır. Bu çay təkcə boğazın suyuna deyil, həmdə onun dibinə tonlarla çöküntü gətirir. Sularında 78 bioloji növ yaşayır.
Masira adası
Masira adası (ərəb. مصيرة‎) — Ərəbistan dənizində, Oman sahillərində yerləşən ada. Ada şimal-şərqdən cənub-qərbə 95 km məsafədə uzanır. Eni isə 12 – 14 km-dir. Adanın sahəsi 649 km²-dir. Əhalisi 12 min nəfərdir. Əhali əsasən adanın şimalında cəmləşmişdir. == Coğrafiya və iqlim == Ada Ərəbistan yarımadasından 19 km aralıda yerləşir. yelyefi təpəlidir. Şimalında plato yüksəlir.
Radika çayı
Radika — Makedoniya Respublikasının qərbində çay. Radika Qara Drin çayının sağ qolu olub Srni-Kamen və Çafa-Kadis çaylarının birləşməsi nəticəsində formalaşır. Çayın uzunluğu 52 km-dir. Əgər mənbəni Srni-Kamen hesab etsək, bu zaman çayın ümumi uzunluğu 70 km olacaq. == Mənbə == Srni-Kamen (Qara daş) öz başlanğıcını Vrasa silsiləsinin şimal yamaclarından, Şar dağlarının cənub ətəklərində yerləşən Vrasa zirvəsindən (2582 m) götürür. Çay öncə Gora bölgəsindən keçməklə qərbə doğru axır, Vrasunu dolandıqdan sonra kəskin olaraq cənuba dönür və sonda Çafa-Kadis çayı ilə birləşir. Çafa-Kadis çayı isə Vrasa silsiləsinin cənub ətəklərindən və Manqulova-Kula dağının şimal yamacından formalaşaraq qərbə doğru axır. Niçipur-Planina dağının şimal yamacından keçərək Srni-Kamen ilə birləşir. == Yuxarı Radika == Radikanın yuxarı axarı 8 km uzunluğa malikdir. Axım nizamlayıcı işlər nəticəsində çayın bu hissəsi Egey dənizi hövzəsinə aiddir.