Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Bəckəm
Bəckəm (v. 21 aprel 941) — X əsrdə Abbasilər zamanı xidmət etmiş türk mənşəli Xilafət sərkərdəsi. == Həyatı == Əbülhüseyn Bəckəm Təbəristandakı Ələvi hökmdarlarının sərkərdələrindən Makan bin Kakinin xidmətində muzdlu əsgər ikən seçilmiş və daha sonra Ziyari əmiri Mərdavic bin Ziyarın məiyətinə daxil olmuşdur. Mərdavicin türklərdən ibarət əsgəri birliklərinə qarşı pis davranmasına görə bunlar Bəckəmin idarəsində üsyan edərək hicri 323-cü (935-ci) ildə onu öldürdülər. Bu üsyandan sonra artıq Təbəristanda qala bilməyən Bəckəm yanındakə türklərlə birlikdə Abbasi xəlifəsinin ordusuna girmək məqsədiylə Bağdada hərəkət etdi. Fəqət xəlifənin mühafizəçiləri onların Bağdada girməsinə əngəl oldular. Buna görə Vasit və Bəsrə valisi İbn Raik bunları əsgəri birlikləri arasına aldı və Bəckəmi türklər və deyləmlilərdən ibarət qüvvəli bir ordunun sərkərdəliyinə təyin etdi. Bu səbəblə ona Bəckəm ər-Raiki deyilirdi. İbn Raik hicri 324-cü sonlarında (noyabr 936) xəlifə Radi-Billah tərəfindən əmirülüməralığa təyin edildikdən sonra Bəckəm, xəlifənin nizam-intizamsız mühafizəçiləri və Əhvaz valisi Əbu Abdullah əl-Bəridiyə qarşı mübarizəsində onun başyardımçısı oldu və bu uğurları səbəbiylə sahibüşşurtalığa və eyni zamanda şərq əyalətləri valiliyinə təyin edildi (fevral 937). Əbülhüseyn Bəckəm İbn Raiki məğlub edərək Bəsrəyə girmiş olan Bəridini qüvvələrinin sayıca az olmasına rəğmən məğlub etməsi Bəckəmə böyük bir etibar qazandırdı.
Kerem
Kərəm — kişi adı. Kərəm Mirzəyev — Azərbaycanın Milli Qəhrəmanı; Qarabağ müharibəsi şəhidi. Kərəm Həsənov — Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Əliyev — Azərbaycan Respublikası Milli Məclisinin II çağırış deputatı. Kərəm Kərimov (həkim) — tibb elmləri doktoru Kərəm Əsədov — biologiya elmləri doktoru Kərəm Tunçeri — Türk peşəkar basketbolçu. Kərəm Hacızadə — Aktyor Qaçaq Kərəm — tanınmış qaçaq. Kərəm Karabulut — Kərəm Əkbərov — === Kerem === Kerem Behnke — Kerem Bursin — Yaşayış məntəqələri Qaçaq Kərəm (Ağstafa) — Azərbaycan Respublikasının Ağstafa rayonunun inzibati ərazi vahidində kənd. Digər Kərəm bulağı — Gədəbəy rayonunun Pərizamanlı kəndində yerləşən bulaq Yanıq Kərəm — Azərbaycanın milli rəqsi.
Keçəl
Keçəl – başında tük olmayan və ya saçı tökülmüş adam. Keçmişde keçəllik çox yayılmış xəstəlik olmuşdur. Bu antisanitariya vəziyyətindi olan ailələrdə başın tez-tez yuyulmaması, qırxılmaması, bit-sirkə düşməsi üzündən törəyirdi. Kirli, uzun dırnaqlarla başı qaşımaq, başda çirkdən qatmaq bağlamaq halları başın dərisində iltihablı yaralar əmələ gətirirdi. Xalq təbabətində bu xəstəliyin müalicəsi üçün müxtəlif bitkilərin çiçəklərindən, meyvə qabıqlarından istifadə edilir. Məsələn, gəndəlaşın yetişmiş meyvələrini əzib yaraların üstünə qoymaq olar. İt soğanı, zanbaq şəklində başında bənövşəyi çiçəkləri olan bitkilər bu xəstəliyin dərmanı hesab olunurdu. Onun köklərini əzib yumurta ağına qatıqdan sonra başdakı yaralara yaxırlar. Pəlpətöun bitkisinin bitkisinin şirəsini çıxara və ya sirkəyə qatmaqla alınan məhlulla yaralıların qanını və irini təmizləyərmişlər. Yaralar sağaldıqdan sonra yara düşən dəriyə bir də tük gəlmədiyindən başda keçəllik qalarmış.
Kələm
Kələm (lat. Brassica) — bitkilər aləminin kələmçiçəklilər dəstəsinin kələmkimilər fəsiləsinə aid bitki cinsi. == Xalq təbabəti == Kələmin elmi cəhətdən təsdiqlənmiş digər faydası da mədə və on iki barmaq bağırsaqda əmələ gələn yaralara müsbət təsir etməsidir. Bunun üçün 4-5 həftə ağ kələm suyunu içmək lazımdır. Kələm suyunu əldə etmək üçün təzə kələm yarpaqları yaxşıca yuyulur, suyu süzülür, nazik şəkildə doğranır və mətbəx robotundan keçirilir. Mədədə yaranan yanma və ağrı hissləri kələm suyunu içdikdən sonra demək olar ki, yox olacaq. Gündə bir litr kələm suyu yeməkdən sonra içilməlidir. Amma kələm suyunun təzə olmasına diqqət yetirilməlidir ki, tərkibindəki maddələr organizmə müsbət təsir göstərsin. Bəzi insanlarda kələm suyu qarında şişmə və köp əmələ gətirir. Buna görə də 1 fincan qaynar suya 1 çay qaşığı zirə qatmaq, üstünə qapaq örtmək və 10 dəqiqədən sonra içmək lazımdır.
Kərəm
Kərəm — kişi adı. Kərəm Mirzəyev — Azərbaycanın Milli Qəhrəmanı; Qarabağ müharibəsi şəhidi. Kərəm Həsənov — Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Əliyev — Azərbaycan Respublikası Milli Məclisinin II çağırış deputatı. Kərəm Kərimov (həkim) — tibb elmləri doktoru Kərəm Əsədov — biologiya elmləri doktoru Kərəm Tunçeri — Türk peşəkar basketbolçu. Kərəm Hacızadə — Aktyor Qaçaq Kərəm — tanınmış qaçaq. Kərəm Karabulut — Kərəm Əkbərov — === Kerem === Kerem Behnke — Kerem Bursin — Yaşayış məntəqələri Qaçaq Kərəm (Ağstafa) — Azərbaycan Respublikasının Ağstafa rayonunun inzibati ərazi vahidində kənd. Digər Kərəm bulağı — Gədəbəy rayonunun Pərizamanlı kəndində yerləşən bulaq Yanıq Kərəm — Azərbaycanın milli rəqsi.
Rubikonu keçmək
E.ə. 49-cu ildə təxminən yanvarın 10-da Yuli Sezar Qalliyadan qayıdarkən XIII Legion Gemina ilə Romaya doğru irəliləyirdi. Bu, həmin dövrdə respublika qanunlarına zidd idi. Tarixçi Svetoni bu hadisəni təsvir edərkən qeyd edir ki, Sezar Rubikon çayını keçməzdən əvvəl xeyli tərəddüd içində idi, lakin fövqəltəbii bir hadisə nəticəsində bu addımı atmağa qərar verdi. Svetoninin dediyinə görə, Sezar məşhur ālea iacta est ("Püşk atılmışdır") ifadəsini həmin vaxt işlədir. "Rubikonu keçmək" ifadəsi isə bu hadisədən sonra bir şəxs və ya qrup tərəfindən geri dönüşü olmayan riskli addım atmaq mənasında istifadə edilir. Sezarın sürətli hərəkətini görən Senat və konsullar ona qarşı döyüşməyə hazır deyildilər, buna görə də, Romanı tərk edərək Pompeyə ordu yığmaq səlahiyyəti verdilər.
Keçə
Keçə — döyülüb basmaqla (sixmaqla) hazırlanan sıx yun materialdır. Əsasən türk xalqları arasında geniş yayılıb. Keçə gözəl mədəniyyət nümunəsi olmaqla yanaşı, əvvəllər məişətdə geniş istifadə olunub: alaçıq qurmaqda, at çulu, palan düzəltməkdə çox geniş istifadə etmişdir. == Keçə sənəti Azərbaycanda == Azərbaycan xalqının mədəni tarixinə aid çoxsaylı faktlarla zəngin "Kitabi Dədə Qorqud" dastanında keçə haqqında maraqlı məqamlar yer alıb. Dastanda keçədən alaçıqların tikilməsində, çobanların yapıncı kimi keçədən istifadə etməsindən, babalarımızın atlarını keçə ilə bəzəməsindən geniş söhbət açılır. Keçə sənəti Azərbaycanda qədim zamanlardan inkişaf edib. Hörmə, tikmə, toxumadan fərqli olaraq, bu peşə basma üsulu ilə ixtisaslaşmış ustalar tərəfindən aparılırdı. Keçə hazırlamaqla məşğul olan ustalar "həllac" və ya "atıcı" adlanırdı. Azərbaycanda maldarlığın, xüsusən də qoyunçuluğun geniş yayılması keçəçiliyin təşəkkülünə zəmin yaradıb. Keçənin hazırlanmasında yun əsas material olduğu üçün burada qoyun bəslənməsi və qırxılması vacib elementdir.
Dünyamalı Kərəm
Dünyamalı Kərəm (azərb. Dünyamalı Kərəm oğlu Əliyev‎; 1920, Qoçulu, Bolnisi bələdiyyəsi) — şair-jurnalist, Gürcüstan SSR-in Əməkdar jurnalisti (1979), Azərbaycan Yazıçılar Birliyinin üzvü. Azərbaycanlı uzunömürlü. == Həyatı == Dünyamalı Kərəm 1920-ci ildə Gürcüstanın Borçalı mahalının Qoçulu kəndində anadan olub. === Təhsili === İlk təhsilini doğma kəndində, orta təhsilini qonşu kəndin orta məktəbində alıb. 1937-1940-cı illərdə Tiflisdəki Pedaqoji Məktəbdə təhsil alıb və bu maarif ocağını bitirdikdən sonra təyinatla İmirhəsən və Qoçulu kənd orta məktəblərində direktor vəzifəsində çalışıb. Dünyamalı Kərəm 1954-cü ildə Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib. == Yaradıcılığı == Bir müddət "Kommunist" qəzetində müxtəlif vəzifələrdə çalışıb. Dünyamalı Kərəm "Sovet Gürcüstanı" qəzetində uzun müddət məsul katib işləyib. 1994-cü ildə onun "Borcalım mənim" adlı şeirlər kitabı nəşr olunub.
Gül kələm
Gül kələm (lat. Brassica oleracea) — bitkilər aləminin kələmçiçəklilər dəstəsinin kələmkimilər fəsiləsinin kələm cinsinə aid bitki növü. == Sinonimləri == Brassica alba Boiss. [Illegitimate] Brassica alboglabra L.H.Bailey Brassica arborea Steud. Brassica bullata Pasq. Brassica campestris subsp. sylvestris (L.) Janch. Brassica capitala DC. ex H.Lév. Brassica cauliflora Garsault [Invalid] Brassica caulorapa (DC.) Pasq. Brassica cephala DC. ex H.Lév.
Kerem Behnke
Kerem Behnke (alm. Kerem Behnke‎; d:1.5.1994) — Almaniyanın 4-cü liqasında çıxış edən "Neustrelitz" futbol klubunda oynayan Azərbaycan milli futbolçusu. "Volfsburq" klubunun yetirməsidir. U-21 Avropa çempionatının təsnifat mərhələsində Rusiya milisi ilə keçirilən görüşdə 2 dəfə fərqlənmiş və Azərbaycan millisi 3-0 hesabı ilə qalib gəlmidir.
Kerem Bursin
Kerem Bursin (4 iyun 1987, İstanbul) — türk aktyoru və prodüseri.Hollivudda çəkilən filmlərdə ingiliscə və türkcə rollar aparır.
Kerem Demirbay
Kerem Demirbay (3 iyul 1993) — Qalatasaray FK klubunda yarımmüdafiəçi mövqeyində çıxış edən Almaniyada doğulmuş Türkiyə futbolçusu. O, Türkiyə millisinin gənclər komandasında çıxış etsə də sonradan Almaniyanın əsas milli komandasını seçdi.
Kerem Kirsever
Keçəl (oyun)
Keçəl - Azərbaycanda əsasən yazqabağı (bayramqabağı) günlərdə, əsasəndə Novruz bayramı ərəfəsində uşaq və gənclər arasında geniş şəkildə oynanılan qədim oyunlarından biridir. == Mənbə == Novruz bayramı ensklopediyası. Bakı-2008 (Şərq-Qərb). səh.108.
Keçəl (İran)
Keçəl (fars. كجل‎) — İranın Ərdəbil ostanının Xalxal şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 460 nəfər yaşayır (127 ailə).
Keçəl Məmmədli
Keçəl Məmmədli — Azərbaycan Respublikasının Cəbrayıl rayonunun Soltanlı kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == 19 oktyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir.
Kələm (Vərziqan)
Kələm (fars. كلم‎) — İranın Şərqi Azərbaycan ostanının Vərziqan şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 47 nəfər yaşayır (10 ailə).
Kələm dolması
Kələm güvəsi
Kələm güvəsi (lat. Plutella maculipennis) — buğumayaqlılar tipinin pulcuqqanadlılar dəstəsinə aid olan növ. == Həyat tərzi == === Zərərvericiliyi === Azərbaycanda kənd təsərrüfatı bitkilərinin zərərvericiləri və xəstəlikləri haqda 1960-cı ilin icmalı və 1961-ci ildə proqnoz məlumatlarına əsasən 1960-cı ildə Abşeronda kələm bitkisinin kələm güvəsi ilə zədələnməsi 60-90% olmuşdur. === Nəsilvermə və inkişaf === Kələm güvəsinin kütləvi çoxalmasını Q.Y.Bey-Byenko səciyyələndirərək yazır ki, bir cüt kələm güvəsinin orta məhsuldarlığı 200 yumurta olarsa, 3-4 nəsil verdikdən sonra 1003 və ya 1004 ola bilər. Şübhəsiz ki, nəsildən-nəsilə bu növün miqdarı sürətlə artırır. Kələm güvəsi pup mərhələsini toxuduğu barama içərisində keçirir və orada da qışlayır. Qışlama məhsul qalıqları və yabanı xaççiçəkli bitkilər üzərində gedir. Aprel ayında puplardan çıxan kəpənəklər həmin bitkilərin üzərinə yumurta qoymağa başlayır. Bir dişi fərd hər topada 3-4 ədəd yumurta olmaqla 300-ə qədər yumurta qoya bilir. Yumurtadan çıxan I yaş tırtıllar yarpaq toxumasına girib onun içərisində açdığı lağımda yaşayır.
Kələm kəpənəyi
Kələm kəpənəyi-(lat. Pieris brassicae) Buğumayaqlılar tipinin Kəpənəklər dəstəsinə aid olan növ == Xarici quruluşu == Açılmış halda qanadlarının uzunluğu 55–60 mm-dir. Üstdən ağ, ön qanadlarının zirvəsində oraqşəkilli qara haşiyə və iki qara ləkə (dişilərdə ləkələr daha tünddür), altdan isə yaşılımtıl-sarıya çalır. Bığcıqları sançaqşəkillidir. Ön qanadlarının yuxarı küncləri qaradır. Yumurtaları sarı rəngdə olub, uzununa istiqamətdə 16 qırışı vardır. Uzunluğu 1,25 mm-dir. Tırtılın 3 cüt döş, 5 cüt qarıncıq ayağı vardır. Bədəni üst tərəfdən yaşıl, alt tərəfdən sarı rənglidir. Pupu sarımtıl-yaşıldır, üzərində qara, nöqtə şəkilli ləkələr vardır.
Kələm milçəyi
Kələm milçəyi (lat. Hylemyia brassicae) — Buğumayaqlılar tipinin İkiqanadlılar dəstəsinin Əsl milçəklər fəsiləsinə aid olan növ. == Xarici quruluşu == Şəffaf qanadlı, nisbətən orta ölçülü milçəklərdir. == Həyat tərzi == Zərərverici pup mərhələsində torpağın 10-15 sm dərinliyində qışlayır. Yazda torpağın 10-15 sm dərinliyində qışlayır. Yazda torpağın qızması ilə laqədar 12-14 °C temperaturda qışlama yerlərindən çıxırlar. Qışlama yerlərində çıxış müddəti kələm bitkisinin vegetasiya dövrünə düşür. Qışlamadan çıxan milçəklər qidalanmaq üçün nektarlı bitkilərin üzərinə qonur və həmin bitkilərin çiçək tozcuqları və şirəsi ilə qidalanırlar. Bir neçə gün (2-3) qidalandıqdan sonra cütləşməyə başlayırlar. Cütləşmədən 8-10 gün sonra dişilər yumurta qoymağa başlayırlar.
Kələm mənənəsi
Kələm mənənəsi (lat. Brevicoryne brassicae) — buğumayaqlılar tipinin bərabərqanadlılar dəstəsinin mənənələr fəsiləsinə aid olan növ. == Xarici quruluşu == Yetkin fərdin uzunluğu 2 mm-dək, rəngi yaşılımtıl olur. Erkəkləri qanadlı, dişiləri qanadlı və qanadsızdır. Ziyanverici cücülərdir. Kələmi və şalğamı zədələyir. Yazda və yayda çoxalır. Payıza yaxın yarpağın altına 1—3 yumurta qoyur. Qışı yumurta mərhələsində keçirir. İldə 8—20 nəsil verir.
Kələm sovkası
Kələm taxtabitisi
Kələm taxtabitisi (lat. Eurydema ventralis) — Buğumayaqlılar tipinin Yarımsərtqanadlılar dəstəsinin Qalxancıqlar fəsiləsinə aid olan növ. == Xarici quruluşu == Qara rəngli, beli və qanadları qırmızı naxışlı böcəklərdir. Yetkin fərdin ön kürəciyi qırmızı rəngdə olmaqla, üzərində 6 qara ləkə vardır. Qalxancıq və qanadüstlüyündə zolaq, qara və qırmızı rəngdə naxışlar vardır. Qarıncıq üst tərəfdən qırmızıdır. Uzunluğu 8–10 mm-dir. Yumurtası silindrvari, çəlləkşəkillidir. Yanlarında yumru ləkələr vardır. Böyüklüyü 1 mm-dir.
Kələm turşusu
Kələm turşusu — bir çox mətbəxdə geniş istifadə olunan, kələmdən hazırlanan turşu növü. Əsasən qış aylarında daha çox istifadə olunur. == Tarixi == Qədim Roma yazıçıları Böyük Katon və Kolumella əsərlərində kələm turşusundan bəhs etmişdirlər. Kapitan Ceyms Kuk səyahətləri zamanı özü ilə kələm turşusu ehtiyatları götürürdü. == Yayılması == Kələm turşusu Şərqi Avropa ölkələrindən Azərbaycan, Rusiya, Belarus, Estoniya, Latviya, Litva, Moroviya, Polşa, Ukrayna mətbəxlərində geniş istifadə olunur. Rusiya mətbəxində bəzən piraşkinin içərisinə kələm turşusu qoyulur. Polşada biqos yeməyinin inqredientidir. Almaniya və Avstriyada kələm turşusu giləmeyvələrlə dadlandırılır. Çilidə kələm turşusu hotdoq və sendviçlərdə istifadə olunur. Pensilvaniyada Yeni il ərəfində kələm turşusu yemək ənənəsi mövcuddur.