Kələm mənənəsi

Kələm mənənəsi (lat. Brevicoryne brassicae) — buğumayaqlılar tipinin bərabərqanadlılar dəstəsinin mənənələr fəsiləsinə aid olan növ.

Kələm mənənəsi
Elmi təsnifat
Ranqsız:
Ranqsız:
Ranqsız:
Ranqsız:
Ranqsız:
Aləm:
Yarımaləm:
Tipüstü:
Ranqsız:
Ranqsız:
Yarımtip:
Ranqsız:
Yarımsinif:
İnfrasinif:
Ranqsız:
Dəstəüstü:
Yarımdəstə:
İnfradəstə:
Yarımfəsilə:
Yarımfəsilə:
???:
Kələm mənənəsi
Beynəlxalq elmi adı

Xarici quruluşu

[redaktə | mənbəni redaktə et]

Yetkin fərdin uzunluğu 2 mm-dək, rəngi yaşılımtıl olur. Erkəkləri qanadlı, dişiləri qanadlı və qanadsızdır. Ziyanverici cücülərdir. Kələmi və şalğamı zədələyir. Yazda və yayda çoxalır. Payıza yaxın yarpağın altına 1—3 yumurta qoyur. Qışı yumurta mərhələsində keçirir. İldə 8—20 nəsil verir.

Kələm bitkisinin azərbaycanda kələm mənənəsi ilə sirayətlənməsi nəticəsində, hər kələm başı öz çəkisini 200 qram itirir. Şərqi və Qərbi Gürcüstanda kələm mənənəsi kələm bitkisini 80 %-dən çox sirayətləndirir ki, bunun nəticəsində məhsuldarlıq kəskin surətdə azalır. Alma-Ata vilayətində kələm mənənəsi əkilən bütün kələm sortlarını kütləvi surətdə yoluxdurur və məhsuldarlığı 36%-dən 100%-ə qədər aşağı salır. Cənub-Şərqi Qazaxıstanda gec əkilən payız sortlarının mənənə ilə sirayətlənməsi nəticəsində məhsuldarlıq 36-48% azalır.Kələm mənənəsi Abşeron şəraitində yumurta, yetkin dişi fərd və sürfə mərhələsində, kələmi yığılmış və toxumluq kələm sahələrində qışlayır. Zaqafqaziya şəraitində yetkin dişi fərd və sürfə mərhələsində qışlayır.

Kələm mənənəsi qışlamadan çıxdıqdan sonraəmələ gələn qanadlı formaları miqrasiya edir, kələm sahələrində yayılır və qidalanıb inkişaf edir. Kələm mənənəsinin qanadsız formaları az fəaldır, uzaq məsafələrə yayılması qeyri-mümkündür. Qışlamadan çıxan dövrdə, yaz kələm əkin sahələrinə və payız əkin sahələrinə yayılmaq üçün qanadlı fərdlər əmələ gəlmədən onların geniş yayılması mümkün deyil. Qanadlı formalar orta hesabla 25-28 gün, qanadsız dişilər isə 29-34 gün yaşayırlar. Mənənələrin nəsilvermə qabiliyyəti yüksək olduğu üçün və ayrı-ayrı nəsillərin inkişafı iqlim şəraitindən asılı olaraq sürətlə getdiyi üçün, onlara kələm bitkisinin üzərində həmişə rast gəlmək olur. Iqlim şəraitindən asılı olaraq bir dişi fərd gündə 5-6, həyat boyu isə 50-yə qədər yumurta qoya bilir, bakirə dişilər ömrünün yarısına qədər yumurta qoya bilirlər, ən çox baladoğma 8-15 gün müddətində baş verir. Embrionun inkişafı 2-4 gün davam edir. Sürfələr yetkin mərhələyə keçmək üçün 4 dəfə qabıq dəyişir. Ayrı-ayrı yaşlar arasında qabıqdəyişmə yay aylarında 2-3 gün, yaz-payızda 4-8 gün davam edir. Kələm bitkisinin qanadlı fərdlərlə sirayətlənməsi, kələm şitilinin açıq sahəyə əkilməsindən baş bağlama dövrünə qədərki vaxta təsadüf edir.

Kələm mənənəsi dünyada ən geniş yayılmış zərərvericilərdən biridir. Peterbrige F., Wrigt W., Strigland A.N. məlumatlarına görə bu növün İngiltərədə, Vene Y.P Amerikada, Sedlang U. Almaniyada, Lepage H.S., Jiannoti O., Orlando A. Portuqaliyada, Herris J. W. Fransada, İtaliyada, Cənubi Afrikada, Elze D.L. Fələstində yayıldığı və kələm bitkisinə böyük zərər verdiyi göstərilmişdir. Rusiyanın Sankt-Peterburq, Moskva, Rostov vilayətlərində, Krasnodar və Stavropol əyalətlərində, Qərbi Sibirdə, Cənubi Ukraynada, Türkmənistanda, Özbəkistanda, Qazaxıstanda yayıldığı, Boqdanov-Katkov N.N., Nevskiy V.P., Xlebnikova M.İ., Sobakina A.İ., Popov N.V.və başqaları tərəfindən qeyd edilmiş və bu növün kələm bitkisinin qorxulu zərərvericisi olduğu göstərilmişdir. Kələm mənənəsinin qonşu Gürcüstan Respublikasında, Tiflis şəhəri ətrafında, Şərqi və Qərbi Gürcüstanda, Qardabanidə, Misxetdə, Qoridə yayıldığı Uvarov B.P. və başqaları tərəfindən qeyd edilmişdir.

Azərbaycanda kələm mənənəsinin Lənkəran-Astara, Quba-Xaçmaz, Gəncə-Qazax, Kür-Araz düzənliyində, Abşeronda yayıldığı Axundova-Tuayeva və başqaları tərəfindən qeyd edilmişdir.

Mübarizə tədbirləri

[redaktə | mənbəni redaktə et]

Alağı məhv etmək, yığımdan sonra sahəni şumlamaq, bitkilərə insektisidlər çiləmək və s.

  • Səfərova İ.M. Quba-Xaçmaz bölgəsində kələmin zərərvericiləri və başlıca zərərvericilərə qarşı kompleks mübarizə tədbirləri, Gəncə, 2006, s. 54-57.
  • Azərbaycan heyvanlar aləmi. II-Buğumayaqlılar. Bakı, Elm, 2004, -388 səh.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]