Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Nemuro
Nemuro (yap. 根室市) — Yaponiyanın Hokkaydo adasında və Hokkaydo prefekturanın Nemuro sabprefekturanın eyni adlı paytaxt.
Ngialo
Ngialo (vyet. Nghĩa Lộ) — Vyetnamın şimal-qərbində, Yenbay vilayətində şəhər (birinci dərəcəli inzibati vahid). Bilayətin cənub hissəsində, inzibati mərkəzi Yenbay şəhərindən cənub-qərbdə, dəniz səviyyəsindən 264 metr yüksəklikdə yerləşir. Txia çayı (Xonqxa çayının qolu) şəhərdən axır. Ngialonun sahəsi 29,67 km2-dir. 2009-cu ilin məlumatlarına görə əhalinin sayı 27,336 nəfərdir.
Neman
Neman (rus. Неман) — Rusiya Federasiyasında yerləşən şəhər. Kalininqrad vilayətinə daxildir.
Nepal
Nepal (nepal. नेपाल) və ya rəsmi adı ilə Nepal Federativ Demokratik Respublikası (nepal: सङ्घीय लोकतान्त्रिक गणतन्त्र नेपाल) – Cənubi Asiyada dövlət. Nepal Himalay dağlarının ətəklərində yerləşir. Şimalda Çin, cənub, qərb və şərqdə Hindistanla həmsərhəddir. Paytaxtı və ən böyük şəhəri Katmandu şəhəri, ümumi sahəsi 147,181 kvadrat kilometrdir. Ölkənin sərhədləri daxilində dünyanın ən yüksək zirvəsi olan Everest yerləşir. == Tarixi == Böyük Britaniya müstəmləkəsi olan Nepal dövlət müstəqilliyini 1923-cü ildə qazanmışdır. Ölkə İkinci dünya müharibəsinin sonuna qədər 1846-cı ildə ingilislərin köməyi ilə hakimiyyəti ələ keçirmiş Rana feodal ailəsinin nümayəndələri tərəfindən idarə olunurdu. İrsi olaraq baş nazir vəzifəsini tutan həmin şəxslər kralın bütün hüquqlarını da mənimsəmişdilər. Kral hakimiyyəti nominal bir xarakter daşıyırdı.
Qəmlo
Qəmlo (tam adı: Qəmbəralı İsmayıl oğlu Abbasov; 1893-1931) — Azərbaycan xalq qəhrəmanı. == Həyatı == Qəmbəralı İsmayıl oğlu Abbasov 1893-cü ildə Vedi rayonunun Hand kəndində doğulub və 1931-cı ildə orada vəfat edib. Qəmlo kimi tarixdə və Vedi camaatının yaddaşında iz qoyan Qəmbəralı İsmayıl oğlu təkcə doğulub boya-başa çatdığı Hand kəndində deyil, bütün Qərbi Azərbaycanda qoçaqlığı, cəsarəti ilə ad çıxarıbmış. Sərrast atıcı imiş, atdığı güllə boşa çıxmazmış. Yaxın-uzaq 72 kənddə onun dediyi qanun imiş. Basdığını kəsməz, dost olduğu, duz-çörək kəsdiyi insanlar üçün canını qurban verərdi. Sovet hökuməti qurulana qədər Abbasqulu bəy Şadlinskinin Ermənistan ərazisində yaşayan azərbaycanlıları daşnakların hücumlarından qorumaq üçün yaratdığı "Özünümüdafiə dəstəsi”nin (1921-ci ildən “Qırmızı Tabor” adlandırılmışdır) ən döyüşkən üzvlərindən olub. İstər 1905, istərsə də 1918-çi illərdə daşnaklara qarşı çiyin-çiyinə vuruşduğu bu insanın sağ əli və ən etibarlı adamı sayılırdı. Bolşevik hökumətinin qurulması ilə əski dostlar da ayrı-ayrı cəbhələrdə yer alırlar. Şadlinski Vedidə bolşevik hökumətinin qurulmasının tərəfdarlarından olduğu halda, Qəmlo yeni hökumətə qarşı çıxır.
Cəmali Təbrizi
Cəmali Təbrizi — XV əsr azərbaycan şairi == Həyatı == == Yaradıcılığı == Kitabxananın kataloq tərtibatçısı Q.Ete göstərir ki, burada olan nəzirə nüsxələrindən biri heç bir kitabxanada yoxdur. Bu Cəmalinin “Xəmsə”si kimi qeyd olunur. İndiyə qədər Nizaminin “Xəmsə”sinə ilk tam həcmli nəzirəni Əşrəf Marağayinin yazdığı məlum idi. Lakin tədqiqat göstərir ki, Ə.Marağayinin ilk poeması “Mənhəc əl–əbrar” 1428-ci ildə, Cəmali Təbrizinin II, III, IV poemaları isə bu tarixdən daha əvvəl, 1402-1427-ci illərdə qələmə alınmışdır. Buradakı nəzirələr aşağıdakı kimi qruplaşır: “Sirlər xəzinəsi”nə, “Töhvətül – əbrar”; “Xosrov və Şirin”ə – “Mehr – o Nigar”; “Leyli və Məcnun”a – “Məhzun – o Məhbub”; “Yeddi gözəl”ə – “Həft – o urəng”; “İsgəndərnamə” – yə isə eyni adlı “İsgəndərnamə” uyğun gəlir.
Kemali Bülbül
Kemali Bülbül (d. 1928 – ö. 23 sentyabr 2012) — Müasir türk aşıq şeirinin təmsilçilərindən biri. == Həyatı == Əsl adı Kemal Bülbül olan Kemali Bülbül 1928-ci ildə Samsun ilinin Kavak ilçəsin Kozansıkı məhəlləsində anadan olmuşdur. İbtidai təhsilini doğma kəndində almışdır. "Konya Aşıqlar Günü" və Türkiyənin müxtəlif bölgələrində təşkil edilən şənliklərə qatılmış və birincilik də daxil olmaqla müxtəlif mükafatlar almışdır. Samsunda bir müddət "Torun" və "Vicdan səsi" qəzetlərinin naşiri olmuşdur. Bir çox radio və televiziya proqramında iştirak etmişdir. Onun şeirləri müxtəlif jurnallarda və qəzetlərdə dərc olunmuşdur. 1975-ci ildə, Xalq Ozanlarını Tanıtma və Əsərlərini Yaşatma Dərnəyinin təsisçilərindən biri olmuş və həmin dərnəyin ilk rəhbəri seçilmişdir.
Kəmalə Abdullayeva
Kəmalə Hüseynova (tam adı: Kəmalə Müzəffər qızı Hüseynova; 29 may 1967, Nuxa) — Azərbaycan aktrisası, Azərbaycanın əməkdar artisti (2011). == Həyatı == Kəmalə Müzəffər qızı Hüseynova 29 may 1967-ci ildə Şəki şəhərində anadan olmuşdur. 1986–1990-cı illərdə Azərbaycan Dövlət İncəsənət İnstitutunun "Dram və kino aktyorluğu" fakültəsində ali təhsil almışdır. İnstitutda oxuduğu illərdə filmlərə çəkilməyə başlamışdır. Artıq dördüncü kursda Kəmalə Hüseynova Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrına dəvət olunmuşdur. O zaman birbaşa baş rolda, Əli Əmirlinin "Ərizə" tamaşasındakı Reyhan rolunda çıxış etmişdir. 1 avqust 1990-cı ildən Gənc Tamaşaçılar Teatrının aktrisasıdır. Azərbaycan kinematoqrafiyasının inkişafındakı xidmətlərinə görə 2011-ci ilin avqust ayında Əməkdar Artist fəxri adına layiq görülmüşdür. 30 aprel 2014-cü ildə, 6 may 2015-ci ildə, 6 may 2016-cı ildə, 1 may 2017-ci ildə, 9 may 2018-ci ildə, 7 may 2020-ci ildə, 7 may 2021-ci ildə və 10 may 2022-ci ildə Prezident Mükafatına layiq görülmüşdür. 10 dekabr 2018-ci il tarixində Azərbaycanda teatr sənətinin inkişafında xidmətlərinə görə "Tərəqqi" medalı ilə təltif edilmişdir.
Kəmalə Abiyeva
Kəmalə Abiyeva (Abiyeva Kəmalə Aydın qızı) — Azərbaycan şairi, Azərbaycan Yazıçılar Birliyinin üzvü. == Həyatı == Kəmalə Abiyeva Azərbaycanın cənub bölgəsinin Astara şəhərində müəllim ailəsində anadan olub. Kiçik yaşlarından ailəsi Bakıya köçüb. Bakının indiki Yasamal rayonundakı 52 nömrəli orta məktəbi bitirib. ADPU-nin fizika fakültəsində ali təhsil alıb. Pedaqoji fəaliyyətə həmin ildə Abşeron rayon Masazır kəndində başlayıb. 1980-ci ildən Bakının Yasamal rayonundakı Aslan Ağaverdiyev adına 31 nömrəli tam orta məktəbdə işləyir. ”Qabaqcıl təhsil işçi”sidir. 10 və 11-ci sinif “Fizika” dərsliyinin rəyçilərindən biridir. Onlarla elmi-metodiki məqalənin müəllifidir.
Kəmalə Ağayeva
Kəmalə Ağayeva Ağa qızı (10 iyul 1936, Naxçıvan – 18 iyul 2019, Bakı) ― şairə, dramaturq, Azərbaycan Yazıçılar Birliyinin üzvü (1958), Teatr Xadimləri İttifaqının üzvü (1971), Əməkdar mədəniyyət işçisi (1984), Əməkdar incəsənət xadimi (2002), Prezident təqaüdçüsü (2003). == Həyatı == Kəmalə Ağayeva 10 iyul 1936-cı ildə Naxçıvan şəhərində anadan olmuşdur. Burada 2 saylı şəhər orta məktəbində təhsil almışdır. Daha sonra 1953-1957-ci illərdə Azərbaycan Dillər Universitetinin Fransız dili fakültəsində təhsilini davam etdirmişdir. == Fəaliyyəti == === Pedaqoji fəaliyyəti === Kəmalə Ağayevanın pedaqoji fəaliyyət dövrü 1957-1989-cu illəri əhatə edir. Belə ki, o, 1957-1961-ci illərdə Naxçıvanın Şıxmahmud kənd orta məktəbində, daha sonra Naxçıvan şəhərindəki 1 saylı orta məktəbdə və 1961-1986-cı illərdə Naxçıvan şəhər internat məktəbində fransız dili müəllimi işləmişdir. Eyni zamanda 1986-cı ildən C.Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında ilk ədəbi hissə müdiri olmuşdur. Kəmalə Ağayeva 2002-2005-ci illərdə "Ümid çırağı" jurnalının baş redaktoru kimi fəaliyyət göstərmişdir. === Əmək fəaliyyəti === Kəmalə Ağayeva 1965-1983-cü illərdə Azərbaycan KP Naxçıvan Vilayət Partiya Komitəsinin, 1981-1983-cü illərdə Azərbaycan Yazıçılar Birliyinin təftiş komissiyasının və Kitabsevərlər cəmiyyəti idarə heyətinin üzvü seçilmişdir. O, dəfələrlə Naxçıvan şəhər Sovetinin deputatı olmuşdur.
Kəmalə Eyvazova
Kəmalə Eyvazova (Eyvazova Kəmalə Əhliman qızı; 1975, Şamaxı rayonu) — Rusiya alimi, Tibb elmləri namizədi. S.N.Fyodorov adına “Gözün mikrocərrahiyyəsi” SETK rekonstruktiv okuloplastik cərrahiyyə bölməsinin müdiri. == Həyatı == Eyvazova Kəmalə Əhliman qızı 1975-ci ildə Azərbaycan Respublikasının Şamaxı rayonunda anadan olub. 1992-ci ildə Şamaxının 2 nömrəli orta məktəbini gümüş medalla bitirib. Elə həmin il N.Nərimanov adına Azərbaycan Tibb Universitetinə (indiki Azərbaycan Tibb Universiteti) qəbul olub və 1998-ci ildə oranı bitirib. 1998-2001-ci illərdə Moskvada S.N.Fyodorov adına “Gözün mikrocərrahiyyəsi” Sahələrarası Elmi-Texniki Kompleksdə (SETK) klinik ordinaturada təhsil alıb. Görmə orqanları xəstəliklərinin müayinə və diaqnostikasının əsas üsullarına yiyələnib. 2001-ci ilin noyabrından K.Eyvazova S.N.Fyodorov adına “Gözün mikrocərrahiyyəsi” SETK-nın refraksion cərrahiyyə şöbəsinin aspiranturasına qəbul olunub. Təhsil zamanı özünü elmi-klinik işlərdə müstəqil surətdə görə bilən məqsədyönlü, diqqətli, düşüncəli həkim kimi göstərib. Müasir oftalmologiyanın nailiyyətləri ilə mütəmadi maraqlanıb, Rusiya və xarici elmi ədəbiyyatları öyrənərək bilik səviyyəsini daim artırıb.
Kəmalə Hüseynova
Kəmalə Hüseynova (tam adı: Kəmalə Müzəffər qızı Hüseynova; 29 may 1967, Nuxa) — Azərbaycan aktrisası, Azərbaycanın əməkdar artisti (2011). == Həyatı == Kəmalə Müzəffər qızı Hüseynova 29 may 1967-ci ildə Şəki şəhərində anadan olmuşdur. 1986–1990-cı illərdə Azərbaycan Dövlət İncəsənət İnstitutunun "Dram və kino aktyorluğu" fakültəsində ali təhsil almışdır. İnstitutda oxuduğu illərdə filmlərə çəkilməyə başlamışdır. Artıq dördüncü kursda Kəmalə Hüseynova Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrına dəvət olunmuşdur. O zaman birbaşa baş rolda, Əli Əmirlinin "Ərizə" tamaşasındakı Reyhan rolunda çıxış etmişdir. 1 avqust 1990-cı ildən Gənc Tamaşaçılar Teatrının aktrisasıdır. Azərbaycan kinematoqrafiyasının inkişafındakı xidmətlərinə görə 2011-ci ilin avqust ayında Əməkdar Artist fəxri adına layiq görülmüşdür. 30 aprel 2014-cü ildə, 6 may 2015-ci ildə, 6 may 2016-cı ildə, 1 may 2017-ci ildə, 9 may 2018-ci ildə, 7 may 2020-ci ildə, 7 may 2021-ci ildə və 10 may 2022-ci ildə Prezident Mükafatına layiq görülmüşdür. 10 dekabr 2018-ci il tarixində Azərbaycanda teatr sənətinin inkişafında xidmətlərinə görə "Tərəqqi" medalı ilə təltif edilmişdir.
Kəmalə Müzəffər
Kəmalə Hüseynova (tam adı: Kəmalə Müzəffər qızı Hüseynova; 29 may 1967, Nuxa) — Azərbaycan aktrisası, Azərbaycanın əməkdar artisti (2011). == Həyatı == Kəmalə Müzəffər qızı Hüseynova 29 may 1967-ci ildə Şəki şəhərində anadan olmuşdur. 1986–1990-cı illərdə Azərbaycan Dövlət İncəsənət İnstitutunun "Dram və kino aktyorluğu" fakültəsində ali təhsil almışdır. İnstitutda oxuduğu illərdə filmlərə çəkilməyə başlamışdır. Artıq dördüncü kursda Kəmalə Hüseynova Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrına dəvət olunmuşdur. O zaman birbaşa baş rolda, Əli Əmirlinin "Ərizə" tamaşasındakı Reyhan rolunda çıxış etmişdir. 1 avqust 1990-cı ildən Gənc Tamaşaçılar Teatrının aktrisasıdır. Azərbaycan kinematoqrafiyasının inkişafındakı xidmətlərinə görə 2011-ci ilin avqust ayında Əməkdar Artist fəxri adına layiq görülmüşdür. 30 aprel 2014-cü ildə, 6 may 2015-ci ildə, 6 may 2016-cı ildə, 1 may 2017-ci ildə, 9 may 2018-ci ildə, 7 may 2020-ci ildə, 7 may 2021-ci ildə və 10 may 2022-ci ildə Prezident Mükafatına layiq görülmüşdür. 10 dekabr 2018-ci il tarixində Azərbaycanda teatr sənətinin inkişafında xidmətlərinə görə "Tərəqqi" medalı ilə təltif edilmişdir.
Kəmalə Piriyeva
Kəmalə Piriyeva (9 yanvar 1990, Bakı) — Azərbaycan teleaparıcısı və aktrisası. == Həyatı və fəaliyyəti == Kəmalə Piriyeva 1990-cı il yanvar ayının 9-da Bakı şəhərində doğulub. 1996–2007-ci illərdə Nərimanov rayon 73 saylı orta məktəbdə təhsil alıb. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "Televiziya rejissorluğu" fakültəsindən məzun olub. 2007-ci ildə universitetdən Azad Azərbaycan televiziyasına təcrübə keçmək üçün göndərilib. İlk işi 2007-ci ildə 17 yaşında "Yeni ulduz 7" yarışmasında aparıcılıq etmək oldu. Daha sonra isə o, "Bizim səhər", "Xalq ulduzu", "CinemaAtv", "Atv maqazin", "Qaça-Qaç", "Piknik", "Mətbəx işi", "Azərbaycanın Səsi Bala", "Bir balaca oyun" kimi verilişlərdə aparıcılıq edir. Bu illər ərzində o, aktrisalıq fəaliyyəti ilə də məşğul olur. İlk dəfə Atv-də yayımlanan "Sirr" serialında rol alır. Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında "Məhv olmuş gündəliklər" tamaşasında əsas rollardan birini (Anjel) icra edir.
Kəmalə Sarıcalinskaya
Kəmalə Sarıcalinskaya (22 oktyabr 1926, Ağdam rayonu – 2012) — "Əməkdar Hüquqşünas", hüquq elmləri doktoru, professor. == Həyatı == 1926-cı il oktyabrın 22-də Ağdam rayonunda anadan olub. 1944–1950-ci illərdə BDU-nun Hüquq fakültəsində təhsil alıb. 1960–1963-cü illərdə Azərbaycan Dövlət Universitetinin əyani aspiranturasında təhsil alıb. 1967-ci ildə Moskva şəhərində namizədlik dissertasiyasını müdafıə edərək hüquq elmləri namizədi alimlik dərəcəsi alıb. BDU-nun hüquq fakültəsində fəaliyyət göstərən 12.00.08 – "Cinayət hüququ, kriminologiya və cəza-icra hüququ" və 12.00.09 – "Cinayət prosesi, kriminalistika, məhkəmə ekspertizası, əməliyyat-axtarış fəaliyyəti" ixtisaslarında namizədlik dissertasiyalarının müdafiəsi üzrə dissertasiya şurasının sədr müavinidir. Onun rəhbərliyi altında altı nəfər hüquq elmləri namizədi alimlik dərəcəsi almışdır. Hal-hazırda 5 nəfər tədqiqatçının dissertasiyasına elmi rəhbərlik edir. BDU-nun Hüquq fakültəsinin, Azərbaycan Məhkəmə Ekspertizası Mərkəzinin, AMEA İnsan hüquqları İnstitutunun, "Antinarkotizm" Beynəlxalq Elmi Analitik Mərkəzin elmi şuralarının üzvüdür. "Azərbaycan Hüquq jurnalı", "Dirçəliş- XXI əsr", "Qanun", "Antinarkotizm", "Hüquq + Gənclik" jurnallarının redaksiya heyətlərinin üzvüdür İki övladı var.
Kəmalə Yanson
Kəmalə Yanson və ya Kəmalə K. Jansson (tam adı: Kəmalə Rafiq qızı Kərimova-Yanson; 18 aprel 1971, Bakı) — azərbaycanlı dekorativ-tətbiqi sənəti ustası, rəssam. Azərbaycan Rəssamlar İttifaqının üzvü (2011-ci ildən) == Həyatı == Kəmalə Rafiq qızı Kərimova 18 aprel 1971-ci ildə Bakı şəhərində anadan olmuşdur. 2010-cu ildən İsveçdə yaşayır. İsveç vətəndaşı ilə ailə qurduqdan sonra Yanson (isv. Jansson) soyadını qəbul etmişdir. == Təhsili == Orta təhsilini Bakı şəhərində — əvvəlcə 172 nömrəli məktəbdə, daha sonra isə 254 nömrəli məktəbdə almışdır. 1986–1989-cu illərdə Bakı şəhəri 84 nömrəli Orta Texniki Peşə Məktəbində "Çini və saxsı məmulatların rəngkarlığı" ixtisası üzrə ixtisaslaşmışdır. 2011–2014-cü illərdə İsveçin Onge əyalətindəki BOBERG Gimnaziyasında İsveç dili üzrə oxumuşdur. 2012–2013-cü illərdə İsveçin Frensta əyaləti Olsta kollecində moda-dizayn sahəsi üzrə təhsil almışdır. 2017–2018-ci illərdə İsveçin Onge əyalətindəki Komvux təhsil mərkəzində tərcüməçilər üçün İsveç dili üzrə təkmilləşdirmə kursu keçmişdir.
Naoko Nemoto
Dewi Sukarno (デ ヴ ィ · ス カ ル ノ Devi Sukaruno) tam adı Ratna Sari Devi Sukarno (ラ ト ナ · サ リ · デ ヴ ィ · ス カ ル ノ; 6 fevral 1940) — Ratona Sari Devi Sukaruno Nemoto Naokoda doğulub (根本 七 保子 Naoko Nemoto); 6 Fevral 1940), Yaponiyada Devi Fujin kimi tanınan (デ ヴ ィ 夫人, Ledi Devi, Madam Devi) yapon iş adamı, moda cəmiyyətində yaxşı tanınmış, televiziyaların qonağı və xeyriyyəçidir. İndoneziyanın ilk prezidenti Sukarnonun xanımlarından biridir. == Bioqrafiya == 19 yaşındakı Naoko Nemoto 57 yaşındakı Sukarnonu Imperial Oteli yaxınlığında, Tokyodakı Ginza hostes barında qarşıladı. Sukarno Yaponiyaya dövlət səfərində o incəsənət tələbəsi və icraçı idi. Naoko 1962-ci ildə İndoneziyada Sukarno ilə evləndi və İslamı qəbul etdi və Sukarno ona İndoneziya adı olan "Yava-sanskrit" mənasını verən bir tanrıça zinətinin mahiyyəti Ratna Sari Devi Sukarno adı verdi. Onların Kartika adlı (indi "Carina" adını istifadə edir) bir qızı vardı. Sukarno General Suxarto tərəfindən 1967-ci il çevrilişi ilə devrildi və üç il sonra vəfat etdi. Devi Sukarno Sukarnonun devrilməsindən sonra Avropaya köçdü və Fransa, İsveçrə və ABŞ-də yaşadı. 2008-ci ildən etibarən Şibuya, Tokio, Yaponiyada yaşayır, burada o xatirə dolu iqamətgahında yaşayır. Devi Sukarno aşkar bir şəxsiyyətiylə tanınır.
Nemuro yarımadası
Nemuro yarımadası Hokkaydo adasının şimal-şərqində yerləşir. Sonucunda Yaponiyanın ucqar şərq nöqtəsi olan Nosappu burnu qərarlaşır. Qərbdən Nemuro-Van körfəzi ilə yuyulur. Yarımada Siretoko yarımadasından fərqli olaraq alçaq platodur. Siqnalnıy, Rifovıy və Storojovoy adalarından Sovet boğazı ilə ayrılır. Yarımadanın mərkəzində 30 000 əhalisi olan Nemuro şəhəri yerləşir. Yarımada yaxınlığında yerləşən adalarda quşlar yuva qurur. İyunda Nemuro yarımadasında Yaponiyada ən tez gün çıxır (3:30). == Flora və fauna == Yarımadada Harayçı qu quşu, Ağquyruq dəniz qartalı, Qara ağacdələn, Əkin qazı və Yapon durnasına rast gəlmək olar. Burada tülkü, maral və dələ kmi məməlilər yaşayır.
Umaro Embalo
Umaro Embalo (6 may 2001-ci ildə anadan olub) — Sequnda Liqa təmsilçilərindən olan Benfika B klubunda hücumçu kimi çıxış edən peşəkar Portuqaliya futbolçusudur. == Klub karyerası == === İlk illəri === 14 yaşı olarkən Embalo ailəsi ilə birlikdə Portuqaliyaya köçmüşdür. O, Benfika klubu tərəfindən təşkil olunan bayram düşərgəsinə Qvineya-Bisaulu gənclər ilə birlikdə getmişdir. O, Migel Velozonun akademiyasına qoşulmaq istəsə də, Lissabon şəhərini təmsil edən Oeiras akademiyasına qəbul olmuşdur. === Benfika B === Embalo Benfika akademiyası vasitəsilə inkişaf etmişdir. Oyunçunu bir müddət Barselona, Real Madrid və Mançester Yunayted klubu transfer etmək istəmişdir. Hətta RB Leypziq klubu Embalo üçün Benfikaya 20 milyon avroluq təklif göndərmişdir. Onun idealı Pari Sen-Jermen klubunun futbolçusu Anxel Di Mariyadır. Embalo öz peşəkar karyerasında debütünü 27 oktyabr 2018-ci ildə Sportinq Kovilya klubuna qarşı oyunda etmişdir. O, 90-cı dəqiqədə Kris Uilloku əvəz etmişdir.
Zəhra Nemati
Zəhra Nemati (30 aprel 1985, Kirman, İran) — İranlı oxatan. Zəhra Nemati İranı 2012-ci ildə Paralimpiya Oyunlarında təmsil etdi və biri qızıl, digəri gümüş medal olmaqla iki medal qazandı. O, həmdə İranı 2016-cı ildə Olimpiya Oyunları və Paralimpiya Oyunlarında təmsil etdi. Olimpiya Oyunlarında uğursuz çıxış etsə də, Paralimpiya Oyunlarında iki qızıl və bir gümüş medal qazandı. O, həmçinin 2016-cı ilin Olimpiya Oyunlarının açılış mərasimində İran bayrağını apardı.
Əli Kəmali
Əli Əkbər oğlu Kəmali (30 mart 1944, Savə, Mərkəzi ostanı – 1 avqust 1999, Savə, Mərkəzi ostanı) — folklorşünas. == Haqqında == Əli Kamali 1944-cü ildə anadan olub. Kasıb bir kəndli ailəsində dünyaya göz açan Əli kiçik yaşlarında mollaxanada, sonra isə Savə və Tehran şəhərlərində oxumuşdu. Yeniyetməliyindən poezyaya böyük maraq göstərən Əli Kamali yaradıcılığa lirik şeirlərlə başlamışdı. 1966-cı ildə Tehran universitetində hüquq fakültəsini bitirib əsgəri xidmətə yollanmışdı. İki il müddətində hərbi məktəbdə hüquqdan dərs demişdi. Əsgəri xidməti başa vurduqdan sonra təhsilini davam etdirərək magistir dərəcəsi almışdı. 1996-cı ilin avqustun 1-də ölmüşdür.
Cemal Süreya
Camal Sürəya (1931[…], Ərzincan, Türkiyə – 9 yanvar 1990, İstanbul, Türkiyə) — atası Kürd ve anası Zazaəsilli türk şair və yazıçı. Əsil adı Cəmalətddin Səbərdir. Camal Sürəya 1931-ci ildə Ərzincan şəhərində doğulub.1938-ci ildə Dersim Üsyanı (Dersim Qətliamı) nəticəsində ailəsi ilə birlikdə Biləcikə sürgün edilir. O yanvarın 9-u İstanbul şəhərində vəfat edib.
Cəmal Qaşıqçı
Camal Qaşıqçı (türk. Cemal Kaşıkçı) və ya Camal Xaşuqci (ərəb. جمال خاشقجي‎; 13 oktyabr 1958, Mədinə – 2 oktyabr 2018, Səudiyyə Ərəbistanının İstanbuldakı Baş Konsulluğu[d]) — Səudiyyə jurnalisti, yazıçısı. İki dəfə nüfuzlu "Əl-Vətən" qazetinin baş redaktoru olub. Səudiyyə hökumətinə qarşı müxalif yazıları ilə tanınırdı. 2 oktyabr 2018-ci il tarixində itkin düşüb. Öldürülməsi ilə bağlı iddialar var. == Həyatı və təhsili == Camal Qaşıqçı1958-ci ildə Mədinə şəhərində anadan olub. Onun babası Məhəmməd Qaşıqçı Kayseridən köçmüş, burada ərəb Samiha Əhməd adlı xanımla ailə həyatı qurmuş türk idi. Babası Səudiyyə Ərəbistanı krallığının qurucusu Əbdüləziz ibn Abdurrəhman Əs Səudun şəxsi həkimi idi.
Fon emalı
Fon emalı – əsas (öncəlikli) məsələnin emalı zamanı yaranan qısamüddətli fasilələrdə bəzi əməliyyatların yerinə yetirilməsidir. Fon emalına misal olaraq sənədin çapı əməliyyatını göstərmək olar. Fon proqramı fon rejimində yerinə yetirilən, yaxud yerinə yetirilə bilən proqramdır. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Görüntünün emalı
Görüntünün emalı – elektron görüntülərin maşın vasitəsilə analizi, emalı, saxlanması və əks etdirilməsi. Görüntünün emalı üç ardıcıl mərhələdən ibarətdir: giriş, emal və çıxış. Giriş (görüntünün qəbulu və rəqəmsallaşdırılması) zamanı qrafik görüntü parlaqlıq və ya rəng fərqlərini aşkarlamaq və kodlaşdırmaq yolu ilə kompüterin artıq emal edə biləcəyi ikilik kəmiyyətlərə çevrilir. Emalın növbəti mərhələsində görüntünü yaxşılaşdırmaq və onun elektron təsvirini (faylı) sıxmaq olar. Üçüncü mərhələ olan görüntünün çıxışı, emal olunmuş görüntünün hər hansı bir möhkəm daşıyıcıda (kağızda, kartonda, “plyonka”da və s.) əks etdirilməsindən (çapından) ibarətdir. Görüntülərin emalı məsələləri televiziya, kino sənayesi, CD-ROM texnologiyaları, tibb, havanın peyk xəritələrinin tərtib edilməsi, dənizlərin tədqiqi, süni intellekt, robototexnika və obrazların maşınla tanınması sahələrinin hamısı üçün səciyyəvidir. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.