Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Pyentsa
Pyentsa (it. Pienza) — İtaliyanın Toskana regionunda şəhər.
Senitsa
Senitsa (slovak. Senica, alm. Senitz‎, mac. Szenice) — Slovakiyanın qərbində, Trnava bölgəsində şəhər. Əhalisi 23 700 nəfərdir (2004-cü il). Şəhər Zahorska dağ yamaclarının şimalında, Miyava çayının sahilində yerləşir. == Tarix == == Əhali == === Əhalinin etnik mənsubiyyəti === Slovaklar – 94,60 %Çexlər – 1,56 %Qaraçılar – 0,84 %Macarlar – 0,14 %digərləri === Əhalinin konfessional mənsubiyyəti === roma-katolikləri – 47,28 %ateistlər – 31,18 %yevangelik kilsə v.d. – 17,03 %yunan-katolikləri – 0,29 %pravoslavlar – 0,11 %digərləri == Tanınmış Senitsalılar == Vlado Adásek – Slovakiyalı rejissor və ssenari müəllifi. Jozef Bossanyi – tanınmış slovak tarixçisi, dilçi və təbiyətşünası Vladimír Fajnor – (1875 – 1952), siyasətçi Jozef Kvetoslav Holub – slovak pedaqoqu Viliam Pauliny-Tóth – slovak siyasətçisi, belletris və publisisti.
Benisa
Benisa (isp. Benisa) — İspaniyada yerləşən bələdiyyə. Bələdiyyə Marina-Alta ərazisinin 69,71 km² hissəsini əhatə edir. 2010-cu ildə hesablamalara görə əhali 13369 nəfərə çatmışdır. == Qalereya == == Həmçinin bax == Marina-Alta Denia Xavea == İstinadlar == == Xarici keçidlər == Página oficial del Ayuntamiento de Benisa Arxivləşdirilib 2011-07-23 at the Wayback Machine Índice estadístico de Benisa.
Senixa
Senixa (isp. Senija) — İspaniyada yerləşən bələdiyyə. Bələdiyyə Marina-Alta ərazisinin 4,80 km² hissəsini əhatə edir. 2010-cu ildə hesablamalara görə əhali 661 nəfərə çatmışdır. Əyalət paytaxt şəhərindən 75 km uzaqlıqda yerləşir.
Penis
Kişi cinsiyyət üzvü və ya Penis (lat. penis; yun. phallos) — xarici cinsiyyət orqanı olub, vəzifəsi spermanı (toxumu) və sidiyi ifraz etməkdir. Bu mağaralı toxumadan təşkil olunmuş bir cüt penisin mağaralı cismindən — lat. corpora cavernosa penis və bir ədəd penisin süngəri cismindən — lat. corpus spongiosum penis (corpus cavernosum urethrae - BNA) ibarətdir. Penis qasıq nahiyəsində xayalığın önündə asılaraq üç hissəyə bölünür: 1) arxa hissə — penis kökü — lat. radix penis qasıq sümüklərinə bağlanmışdır; 2) orta hissə — penis cismi — lat. corpus penis; 3) ön hissəsi — penis başı — lat. glans penis (yun.
Anna Uşenina
Anna Uşenina (ukr. Анна Юріївна Ушеніна; 30 avqust 1985, Xarkov) — 2012-ci ilin noyabrında Qadınların Dünya Şahmat Çempionatının qalibi olmuş və bu adı 2013-cü ilin sentyabrına kimi qoruyub saxlamış Ukraynalı qrosmeyster. == Şəxsi həyatı == Uşenina doğulduğu şəhər olan Xarkovda yaşayır. 7 yaşı olanda anası musiqi və rəssamlıqla yanaşı onu şahmatla tanış etdi. O, düz 15 ildən sonra (20 yaşında) Ukraynada qızlar arasında keçirilən çempionatda çempion oldu. 2000–2002-ci ildə Xarkov idman məktəbində şahmat öyrənməsinə baxmayaraq, o, şahmat bacarıqlarının çoxunu özü öyrənmişdi. Bu idman məktəbində onun məşqçisi Beynəlxalq Usta Artem Tsepotan idi. == Qadınların dünya çempionatı == 2012-ci il Qadınların Dünya Şahmat Çempionatının finalında Antoaneta Stefanova üzərində tay-brekdə qələbə qazandı. Bu çempionluq ona qrosmeyster adını almaq hüququnu verdi. O, 2013-cü ildə Qadınların Dünya Şahmat Çempionatında Hou Yifana uduzaraq, bu adı itirdi.
Kseniya Babiçeva
Kseniya Lvovna Babiçeva (6 (19) noyabr 1907, Varşava – 16 iyun 1984, Bakı) — aktrisa, Azərbaycan SSR xalq artisti (1946), Azərbaycan SSR Ali Sovetinin deputatı. == Həyatı == 1938–1983-cü illərdə S.Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrında çıxış etmişdir. Azərb. SSR Ali Sovetinin (2-ci və 9-cu çağırış) deputatı, Ali Sovetin Mədəniyyət komissiyasının üzvü olmuşdur. Rolları: Xuraman ("Vaqif", S.Vurğun), Sona ("1905-ci ildə", C.Cabbarlı), Tugina ("Son qurban", A.Ostrovski), Nadejda, Sofya ("Düşmənlər", "Zıkovlar", M.Qorki), Nadejda Leonidovna ("Kino çəkilir…," E.Radzinski), Məryəm ("Dairəni genişləndirin", İ.Qasımov) və s. == Mükafatları == "Azərbaycan SSR əməkdar artisti" fəxri adı — yanvar 1941 "Azərbaycan SSR xalq artisti" fəxri adı — may 1946 "Qırmızı əmək bayrağı" ordeni — 9 iyun 1959; 28 noyabr 1977 == İstinadlar == == Ədəbiyyat == Театральная энциклопедия: [в 6 т.] / гл. ред.: С. С. Мокульский. Т. 1. А — «Глобус». М.: Советская энциклопедия.
Kseniya Dudkina
Kseniya Pavlovna Dudkina (d. 25 fevral 1995; Omsk, Rusiya) — Rusiyanı təmsil edən bədii gimnast. Kseniya Dudkina, Rusiyanı 2012 London Olimpiadasında təmsil edib və qızıl medal qazanıb. == Karyerası == Kseniya Dudkina, 2012-ci ildə Rusiya bayrağı altında Birləşmiş Krallığın paytaxtı London şəhərində baş tutan XXX Yay Olimpiya Oyunlarına qatıldı. O, qrup yarışlarında komanda yoldaşları Anastasiya Bliznyuk, Ulyana Donskova, Alina Makarenko, Anastasiya Nazarenko və Karolina Sevastyanova ilə birgə finalda 57.000 xal toplayaq 1-ci yeri tutdu və Olimpiya Oyunlarının qızıl medalını qazandı.
Kseniya Kovalenko
Kseniya Kovalenko — Belarusdan milliləşdirilmiş azərbaycanlı qadın voleybolçu. 1986-cı ildə noyabr ayının iyirmi biri Belarusun Bereza şəhərində anadan olmuşdu. Əqrəb bürcündəndir, evli və ali təhsillidir. Hündür boyu ilə seçilən voleybolçunun (190 sm) blok yüksəkliyi 295 santimetrdir. Bu göstərici onun zərbələri zamanı 300 santimetrə qədər çata bilir. Blokçu mövqeyində oynayan Kseniya 2004-cü ildən etibarən qadınlardan ibarət Azərbaycan milli voleybol komandasının şərəfini qoruyur. Milli komanda ilə birlikdə müvafiq olaraq 2006 və 2014-cü illərdə keçirilən Voleybol üzrə qadınlararası dünya çempionatında da iştirak etmişdi. Son klubu Azəryol Bakıdır. Bu komandada "iki" nömrəli formanı tərlədir. == Karyerası == === Altı illik Azərreyl macərası === Karyerasına 2003-cü ildə Azərreyldə başlayan voleybolçu bu komanda ilə bir sıra uğurlar qazanmışdı.
Kseniya Levkovska
Kseniya Yuriyivna Levkovska (ukr. Ксенія Юріївна Левковська; 13 oktyabr 1989, Xarkov) — Ukrayna əsilli Azərbaycanlı triatlonçu. == Həyatı və karyerası == Kseniya Levkovska 13 oktyabr 1989-cu ildə Ukraynanın Xarkov şəhərində anadan olmuşdur. Kseniya Levkovska 2008-ci ildən idman ilə məşğul olur. Kseniya Levkovska orta təhsilini Xarkov şəhərində 25 nömrəli məktəbdə alıb. Ali təhsilini isə o Xarkov Bədən Tərbiyəsi Akademiyasında alıb. Kseniya Levkovska birinci uğurunu 2011-ci ildə qazandı. O Qazaxıstanın Kökşetau şəhərində keçirilən Asiya Kubokunda 3-cü yeri tutdu və bürünc medal qazandı. O həmçinin 2012-ci ildə İspaniyada keçirilən Gənclərin Avropa Çempionatında 10-cu yeri tutdu. Kseniya Levkovska 2015-ci ildə Azərbaycanı Bakı şəhərində keçirilən I Avropa Oyunlarında təmsil etdi.
Kseniya Maksimova
Kseniya Marinkoviç
Kseniya Marinkoviç (tam adı: Kseniya Marinkoviç, xorv. Ksenija Marinković; 18 aprel 1966, Virovitiça) — Xorvatiya kino, televiziya və teatr aktrisası. == Həyatı == Kseniya Marinkoviç 1966-cı ildə Virovitiça şəhərində anadan olmuş və burada orta məktəbi bitirmişdir. Hələ səkkiz yaşından etibarən Zaqrebdəki Dramatik İncəsənət Akademiyasına daxil olanadək Virovitiça teatrında həvəskar aktrisa kimi çıxış etmişdir. Akademiyanın tələbəsi kimi Qavella Dram Teatrı və Histrioni truppası ilə əməkdaşlıq etməyə başlayır. Akademiyadan məzun olduqdan sonra Teatar u gostimada bir il çalışır və 1989-cu ildə Zaqrebdəki ZKM Teatrında işə düzəlir. Elə ən mühüm rollarını da həmin teatrda canlandırmışdır. O, əhəmiyyətli bir neçə rollarını həm də teatrdan kənarda ifa etmiş, televiziya və bədii filmlərə çəkilmişdir.
Kseniya Mustafayeva
Kseniya Mustafayeva — 8 iyun 1995-ci ildə Belarusun paytaxtı Minsk şəhərində anadan olmuşdur. Belarus əsilli Fransalı bədii gimnastdır. Fransanı 2015 Avropa Oyunlarında təmsil etmişdir. 2013 Aralıq dənizi Oyunlarının bürünc medalçısıdır. == Həyatı == Kseniya Mustafayeva 8 iyun 1995-ci ildə Belarusun paytaxtı Minsk şəhərində anadan olmuşdur. == Karyerası == Kseniya Mustafayeva karyerasının ən böyük uğurunu 2013-cü ildə Mərsində qazandı. O 2013 Aralıq dənizi Oyunlarında bürünc medal qazandı. Kseniya Mustafayeva Türkiyənin Mərsin şəhərində keçirilən 2013 Aralıq dənizi Oyunlarında çoxnövçülükdə 3-cü yeri tutdu. Kseniya Mustafayeva 2015-ci ildə Belarusu 2015 Avropa Oyunlarında təmsil etdi.
Kseniya Petrovna
Kseniya Petrovna (erz. Петрова, Ксения Семёновна 1892, Buquruslan, Samara quberniyası[d] – 1942) — Erzyan şairə, yazıçı, dramaturq. == Bioqrafiyası == Kseniya Semenovna Petrova 1892-ci ildə Samara əyalətinin Buquruslan şəhərində torpaqsız təsərrüfat fəhləsi ailəsində anadan olub. Məktəbdə yalnız üç ay təhsil almağı müvəffəq olur. 1919-cu ildə müəllim adı almaq üçün imtahan verməli olur. Bundan sonra məktəbdə dərs deyir. Böyüklər arasında savadsızlığın aradan qaldırılmasında fəal iştirak edir. Vətəndaş müharibəsi illərində Buquruslan qəzasındaə Ağ Qvardiya və Çexoslovakiya üsyançılarına qarşı vuruşur. Döyüşlərin birində ağır yaralanır. 1920-ci ildə Buquruslan qəzası xalq maarif şöbəsinin müdiri işləyir.
Kseniya Poznyak
Kseniya Kovalenko — Belarusdan milliləşdirilmiş azərbaycanlı qadın voleybolçu. 1986-cı ildə noyabr ayının iyirmi biri Belarusun Bereza şəhərində anadan olmuşdu. Əqrəb bürcündəndir, evli və ali təhsillidir. Hündür boyu ilə seçilən voleybolçunun (190 sm) blok yüksəkliyi 295 santimetrdir. Bu göstərici onun zərbələri zamanı 300 santimetrə qədər çata bilir. Blokçu mövqeyində oynayan Kseniya 2004-cü ildən etibarən qadınlardan ibarət Azərbaycan milli voleybol komandasının şərəfini qoruyur. Milli komanda ilə birlikdə müvafiq olaraq 2006 və 2014-cü illərdə keçirilən Voleybol üzrə qadınlararası dünya çempionatında da iştirak etmişdi. Son klubu Azəryol Bakıdır. Bu komandada "iki" nömrəli formanı tərlədir. == Karyerası == === Altı illik Azərreyl macərası === Karyerasına 2003-cü ildə Azərreyldə başlayan voleybolçu bu komanda ilə bir sıra uğurlar qazanmışdı.
Kseniya Rappoport
Kseniya Rappoport (rus. Ксения Раппопорт; d. 25 mart 1974, Leninqrad) — Rusiya aktrisası. == Həyatı == 25 mart 1974-cü ildə Leninqradda doğulub.
Kseniya Sankoviç
Kseniya Andreyevna Sankoviç (27 iyul 1990; Minsk, Belorusiya SSR, SSRİ) — Belarusu təmsil edən bədii gimnast. Kseniya Sankoviç 2008 və 2012-ci illərdə Belarusu Olimpiya oyunlarında təmsil edib. == Karyerası == Kseniya Sankoviç 2008-ci ildə Belarus bayrağı altında Çinin paytaxtı Pekin şəhərində baş tutan XXIX Yay Olimpiya Oyunlarına qatılıb. O, qrup yarışlarında komanda yoldaşları Qlafira Martinoviç, Anastasiya İvankova, Zinaida Lunina, Olesya Babuşkina və Alina Tumiloviç ilə birgə finalda 34.900 xal toplayaraq 3-cü yeri tutub və Olimpiya oyunlarının bürünc medalını qazanıb. Kseniya Sankoviç növbəti dəfə Olimpiya oyunlarına 2012-ci ildə Böyük Britaniyanın paytaxtı London şəhərində baş tutan XXX Yay Olimpiya Oyunlarına qatılıb. O, qrup yarışlarında komanda yoldaşları Marina Qançarova, Nataliya Leşçik, Aleksandra Narkeviç, Anastasiya İvankova və Alina Tumiloviç ilə birgə finalda 55.500 xal toplayaraq 2-ci yeri tutub və Olimpiya oyunlarının gümüş medalını qazanıb.
Kseniya Simonova
Kseniya Simonova (ukr. Ксенія Симонова; 22 aprel 1985, Evpatoriya, Krım vilayəti[d]) — 1985-ci ildə Ukraynada anadan olan sənətçi dünyanın qabaqcıl qum animasiya sənətçisi olaraq bilinir. O, iştirak etdiyi bir çox qum sənəti yarışında birincilik mükafatını alıb.
Kseniya Sitnik
Kseniya Sitnik (rusca: Ксения Ситник; 15 may 1995, Mozir, Qomel vilayəti) — Belarus müğənnisi. 2005-ci il Avroviziya Uşaq Mahnı Müsabiqəsində Belarusu "Мы вместе" ("Biz birlikdə") mahnısı ilə təmsil etmiş və qalib olmuşdur.
Kseniya Sobçak
Kseniya Anatolyevna Sobçak (rus. Ксения Анатольевна Собчак), d. 5 noyabr 1981) — Rusiyalı teleaparıcı, jurnalist, siyasətçi. == Həyatı == Teleaparıcı və aktrisa Kseniya Sobçak 5 noyabr 1981-ci ildə anadan olub. Sankt-Peterburq meri Anatoli Sobçakın və Federasiya Şurasının keçmiş üzvü Lüdmila Narusovanın qızıdır. Atası vəkil olan Anatoli Aleksandroviç Sobçak 1991-ci ildən 1996-cı ilə qədər Sankt-Peterburqun meri olub. 1998-ci ildə Sankt-Peterburq Universitetinin Beynəlxalq münasibətlər fakültəsinə qəbul olan Sobçak daha sonra Moskva Dövlət Universitetinə köçürmə alıb. "Forbes" jurnalının araşdırmasına görə, onun təkcə 2008-2009-cu illər ərzində gəliri 1.2 milyon dollar olub. Gənc xanımın şəxsi həyatı da hər zaman qalmaqallı olub. Doğrudur, heç zaman rəsmi nikahda olmayıb.
Kseniya Sokolyanskaya
Kseniya Aleksandrovna Sokolyanskaya (rus. Ксения Александровна Соколянская; 11 mart 1987, Moskva) — Rusiya televiziya aparıcısı, jurnalist, "Настоящее время" telekanalının xəbər aparıcısı. == Həyatı == 1987-ci ildə Moskvada anadan olmuşdur. 2009-cu ildə Moskva Dövlət Universitetinin jurnalistika fakültəsini bitirmişdir. Sokolyanskaya 2009-2011-ci illərdə "Kinopremyeralar" (rus. Кинопремьеры) və "Ulduz müsahibəsi" (rus. Звёздное интервью) proqramlarının aparıcısı kimi "Russia.ru" internet kanalında çalışıb. 2011-ci ilin sentyabrından 2017-ci ilin noyabrınadək "Москва 24" telekanalında: xəbər efirinin (30 iyun 2014-cü ilədək), həmçinin "Meqapolis" (rus. Мегаполис), "Moskva 24/7" (rus. Москва 24/7), "Həyat tərzi" (rus.
Kseniya Egiz
Xenia Egiz (rus. Ксения Борисовна Эгиз; 19 sentyabr 1855 və ya 1854, Simferopol – 1937, Simferopol) — təhsil sahəsində sosial-mədəni karait xadimi, Simferopolda özəl 3-cü kateqoriyalı ibtidai məktəbin təsisçisi və rəhbəri. Simferopolda rus gimnaziyasının altıncı sinfini bitirən və kişi gimnaziyasında ev müəllimi adı üçün imtahan verən ilk karaite qadın. == Mükafatlar == Karaitlər müəllimlərini yüksək qiymətləndirirdilər: dəfələrlə onun üçün təntənəli təltiflər təşkil etdilər. Yubiley günlərində Simferopol və Evpatoriyanın karait icmaları ona bahalı yaddaqalan hədiyyələr təqdim etdilər: Pedaqoji fəaliyyətin 20 illiyi şərəfinə ona brilyant broş hədiyyə edilib; 25 illik yubileyi şərəfinə - brilyantlarla işlənmiş qızıl nişan; 35 illik yubileyi şərəfinə təşəkkür məktubu və qiymətli daşlarla bəzədilmiş qızıl medalyon təqdim etdilər. Təhsil Nazirliyi tərəfindən xalq təhsili sahəsində 35 illik faydalı fəaliyyətinə görə Kseniya Borisovna Anninski “Çalışmaya görə” yazısı olan qızıl medala lentinə və ayda 49 rubl 42 qəpik artırılmış pensiyaya layiq görülüb. == Sosial və mədəni fəaliyyətlər == Ömrünün sonuna qədər Kseniya Borisovna karaite ictimai işlərində iştirak etdi, 1925-ci ilə qədər Simferopol Karaite icmasının idarə heyətinin üzvü və 1925-1931-ci illərdə Krım Karaite İcmaları Birliyinin (KrımOKO) idarə heyətinin üzvü idi. == Nəşrlər == Karaite mahnıları (notlarla) // Karaite həyatı. - M., 1912. - No 10-11.
Kseniya Boquslavskaya
Kseniya Leonidovna Boguslavskaya və ya Ksana Boguslavskaya-Puni (rus. Ксе́ния Леони́довна Богусла́вская; 24 yanvar (5 fevral) 1892[…], Odessa, Xerson quberniyası – 3 may 1972[…], Erble) — Rus rəssamı, qrafika rəssamı, teatr rəssamı və dizayneri. İvan Puninin həyat yoldaşı. Puninə hərtərəfli dəstək olmuş və onun yaradıcılığını populyarlaşdırmaq üçün çox işlər görmüşdür. == Həyatı == Kseniya Leonidovna Boqoslovskaya 24 yanvar 1892-ci ildə Odessada anadan olub. Atası Leonid İvanoviç Boqoslovski, anası isə peterburqlu Vera Fedorovna Boqoslovskaya idi. Kseniya 1899-cu ildə anası və böyük qardaşı ilə birlikdə Kvantun yarımadasında xidmət edən atasının yanına gedib. Ataları dizenteriyadan vəfat etdikdən sonra (22.07.1902-ci il podpolkovnik rütbəsi ilə) ailə Rusiyaya qayıdıb. 1903-cü ilin yayında Kseniya Boquslavskaya qardaşı və anası ilə birlikdə Sankt-Peterburqda məskunlaşıb. 1903-1908-ci illərdə Kseniya Oldenburq şahzadəsi Terezanın qızlar məktəbində (Sankt-Peterburq, Kamennoostrovski pr., 36) təhsil alıb.
Jaume Plensa
Jaume Plensa (isp. Jaume Plensa; 23 avqust 1955[…], Barselona) — İspaniya rəssam və heykəltəraşıdır. == Həyatı == Jaume Plensa Kataloniyanın Barselona şəhərində doğulmuş və “Llotja” məktəbində, daha sonra isə Escola Superior de Belles Arts de Sant Jordi ali incəsənət məktəbində təhsil almışdır. == Yaradıcılığı == Sənətkarın ən məşhur əsəri İllinoysin Çikaqo şəhərindəki Millennium parkında quraşdırılmış Tac fəvvarəsidir. It opened in July 2004. Fəvvarənin açılışı 2004-cü ilin iyulunda baş tutmuşdur. Fəvvarə qara qranitdən işlənmiş əks olunma (reflekt) hovuzu və şüşə kərpiclərdən hörülmüş cüt qüllələrdən ibarətdir. LED işıq lampalarından istifadə edilmiş qüllələrin hər biri 15 metr hündürlüyə malikdir. Plensanın “Blake in Gateshead” adlı digər bir əsəri isə Şimal-Şərqi İngiltərədə yerləşir. Qeytshed şəhərinin Baltik Müasir İncəsənət Mərkəzinin həyətində yerləşən həin əsərin mərkəzindən gecə vaxtı göyə lazer işığı buraxılır.
Sinişa Mixayloviç
Sinişa Mixayloviç (20 fevral 1969, Vуkоvаr – 16 dekabr 2022, Roma) — Yarımmüdafiəçi və müdafiəçi kimi çıxış etmiş Serbiyalı futbolçu. Futbolçu karyerasını başa vurduqdan sonra məşqçi olub. Cərimə zərbələri ustası kimi tanınır. Mixayloviç cərimə zərbəsindən vurduğu 28 qolla cərimə zərbələrindən vurulan qollara görə A Seriyasında rekord sahibidir. == Karyerası == Futbolçu karyerası ərzində müdafiəçi və ya yarımmüdafiəçi kimi çıxış edib. O, 1991 -ci ildə "Srvena Zvezdanın heyətində Avropa Çempionlar Kubokunu qazanıb və karyerasının böyük hissəsini İtaliya A Seriyasında oynayıb, "Roma", "Sampdoriya", "Latsio" və "İnter" klublarında toplam 353 oyun keçirib və sonuncu iki klubla liqa çempionu olub. Bir çoxları tərəfindən bütün zamanların ən yaxşı cərimə zərbəsi vuran oyunçuları arasında hesab edilən o, 28 qolla cərimə zərbələrindən İtaliya A Seriyasında ən çox qol vuran futbolçudur. O , 1991-ci ildən 2003-cü ilə qədər Yuqoslaviya yığmasında 63 oyun keçirib və 10 qol vurub, bunlardan 1991-ci ildə ilk dörd oyunu SFR Yuqoslaviyanı təmsil edib və 1998 FIFA Dünya Kuboku və UEFA Avro 2000 turnirlərində oynayıb. Mixayloviç 2006-cı ildə karyerasını bitirərək "İnter"də baş məşqçinin köməkçisi olub. O, 2008-ci ildən 2022-ci ilə qədər "Bolonya" ilə başlayan və bitirən, həmçinin "Fiorentina", "Torino" və "Milan" klublarıda daxil olmaqla altı A Seriyası klubunu idarə edib.