Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Suxoe Ozero (Əbyəlil)
Suxoe Ozero kəndi (başq. Северный) - Rusiyanın Başqırdıstan Respublikası Əbyəlil rayonu Alməhəmməd kənd sovetliyinə daxil olan kənd. == Əhali == == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Askorovo): 42 km., kənd sovetliyindən (Selin): 21 km. ən yaxın dəmiryol stansiyasından (Suxoe Ozero stansiyası): 0 km. == İstinadlar == == Mənbə == Совет муниципальных образований Республики Башкортостан.
SuRie
Suzanna Mari Kork (ing. Susanna Marie Cork) və ya səhnə adı ilə SuRie — Britaniya müğənnisi və bəstəkarı. O, "Storm" mahnısı ilə Böyük Britaniyanı 2018 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmişdir. == Həyat və karyerası == SuRie Londonda yerləşən Kraliyyət Musiqi Akademiyasında təhsil almışdır. Piano və qoboyda ifa edə bilir. O, peşəkar səviyyədə vokal dərsləri almış və 12 yaşından mahnı yazmağa başlamışdır. O, hal-hazırda Mountview Teatr İncəsənəti Akademiyasında müəllimə kimi fəaliyyət göstərir. SuRie kiçik yaşlarında Uels şahzadəsi Çarlzın qarşısında çıxış etmişdir. O, həm də Vill Yanq və Coldplay qrupunun solisti Kris Martinin dəstək vokalçısı olmuşdur. == Avroviziya Mahnı Müsabiqəsi == SuRie BBC telekanalının Portuqaliyanın paytaxtı Lissabonda keçirilən 2018 Avroviziya Mahnı Müsabiqəsi üçün təşkil etdiyi milli seçim turunda iştirak etmiş və ifa etdiyi "Storm" mahnısı ilə yarışmada qalib gələrək, Böyük Britaniyanı Avroviziya 2018-də təmsil etmək hüququnu qazanmışdır.
Sufle
Sufle (fr. Soufflé) —18-ci əsrə aid fransız şirniyyat növü. Sufle sözü fransızca "üfürmək", "şişirmək" mənalarını ifadə edən "souffler" feilindən yaranmışdır. Tərkibindən asılı olaraq əsas yemək, yaxud desert olaraq təqdim oluna bilər. Suflenin bir çox növü vardır.
Sukre
Sukre (Sucre) — Boliviyanın paytaxtı. Şəhərdə ölkənin Ali Məhkəməsi yerləşir. Digər hökumət rezidensiyaları əvvəlki paytaxt La Pasda yerləşir. Əhalisi 2006-cı ildə 247 300 nəfər olmuşdur. == Tarixi == Şəhər 1538-cu ildə kapitan Peransures tərəfindən salınıb. Müstəmləkəşilik dövründə Çarkas, müstəqillik elan ediləndən 1839-cu ilə qədər Çukisaka adlanıb.
Suvon
Suvon - Cənubi Koreyanın şəhəri. Müxtəlif tarixi abidələri ilə seçilən şəhərlərdən biri. Koreya müharibəsi zamanı bu şəhərə xeyli zərər dəymişdir. Samsung Electronics şirkətinin baş ofisi bu şəhərdə yerləşir. Kyung Hee Universitetinin bir kampusu bu şəhərdə yerləşir. Azərbaycan Respublikasının prezidenti, İlham Əliyev bu universitetin fəxri doktorudur.
Süldə
Süldə xan — türk və altay mifologiyasında döyüş tanrısıdır. Züldə xan da deyilir. İnsanın qoruyucu ruhudur (iyəsidir). Onları başqa düşmən soyların zərərlərinə qarşı qoruyur. Onun tərəfindən qorunan insanlar güclü, düşüncəli və cəsur olarlar. Çox qüvvətli, ürküdücü tanrıdır. Çox qüvvətlidir. Orduları idarə etməkdə, döyüşləri qazanmaqda, düşməni məğlub etməkdə komandirlərə köməkçi olar. Qırmızı bayraqlıdır, sarı buğra kürəyində oturar. Sarı və ya ağ rəng ilə işarələrlər.
Sünnə
Sünnə (ərəb. سُنَّة‎; hərf. xüsusi; misal) — müsəlman icmasında (ümmət) islam peyğəmbəri Məhəmmədin həyatından nümunələr verən ənənə. Sünnə islam hüququnun (fiqh) Qurandan sonra ikinci mənbəyidir və onunla sıx bağlıdır. Ənənəçilər üçün Məhəmməd peyğəmbərin sünnəsinə əməl etmək müsəlmanın həyatının əsas məzmunudur. Müsəlmanların dini təhsilinin mühüm hissəsi sünnənin öyrədilməsidir. Heç bir islam hüquqşünası (fəqih) sünnədən kifayət qədər biliyə malik olmadıqda islam hüququ sahəsində nüfuz sahibi sayıla bilməz. == Mənbə == === İstinadlar === === Ədəbiyyat === Пиотровский М. Б. ас-Сунна // Ислам: энциклопедический словарь / Отв. ред. С. М. Прозоров. — М. : Наука, ГРВЛ, 1991.
Sürmə
Sürmə — hansısa bir mebelə aid olan girib-çıxan yeşik. Ən çox evlərdə və ofislərdə işlənilir, balaca əşyaların mühafizəsi və gizliliyi üçündür. Bəzi sürmələr açarla bağlanır. "Sürmə" sözü "sürmək" (sürümək) feilindən yaranıb.
Sürvə
Sürvə və ya adaçayı (lat. Salvia) — dalamazkimilər fəsiləsinə aid bitki cinsi. == Əhəmiyyəti == Sürvə çiçək qruplarında toplanan efir yağlarına görə becərilir. Onun çiçək qruplarında 0,11–0,3 % efir yağı vardır. Bu yağların tərkibinə linalilasetat (58–70 %), linalol (10–15 %) və başqa maddələr daxildir. Sürvə yağı və ondan hazırlanan məhsullar ətriyyat kosmetika sənayesində, qida və əczaçılıq sənayesində istifadə edilir. Sürvənin meyvələrində 31 %-ə qədər quruyan yağ vardır. İstehsal tullantılarından qiymətli ətir tənzimləyicisi – sklyarol alınır. Sürvə bitkisi gözəl bal verən bitkidir. == Yayılması == Sürvə elə də çox qədimdən becərilən bitki deyildir.
Sürxə
Sürxə — İranın Simnan ostanının şəhərlərindən və Sürxə şəhristanının mərkəzidir.2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 9 062 nəfər və 2 686 ailədən ibarət idi. Əhalisi sürxə dilində danışır.
Süzmə
Süzmə - suyunu süzərək qatılaşdırılmış qatıq. Süzməni qurudaraq qurut hazırlamaq olar.
Səhnə
Səhnə — İranın Kirmanşah ostanının şəhərlərindən və Səhnə şəhristanının mərkəzidir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 34,133 nəfər və 8,861 ailədən ibarət idi.
Şunbə
Şunbə— İranın Buşehr ostanının Dəşti şəhristanının Şunbə və Təsuc bəxşində şəhər və onun mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 2,414 nəfər və 505 ailədən ibarət idi.
Şuçye
Şuçye — Rusiya Federasiyasında yerləşən şəhər Kurqan vilayətinə daxildir
Şüşşə
Şüşə — Na2CO3 + SiO2 = Na2SiO3 + CO2CaCO3 + SiO2 = CaSiO3 Öz keyfiyyət göstəricilərinə görə insan həyatında böyük rol oynayan süni material. Fiziki kimyəvi xüsusiyyətlərinə görə qeyri-üzvi maddə, bərk cisim, strukturuna görə anorf, izotrop; bütün şüşə növləri ilkin materialın əridilməsi nəticəsində kristallaşma müddətində ən yumşaq vəziyyətdən şüşə vəziyyətinədək gəlib çatırlar. Şüşənin ərimə temperturu 300-dən 2500 °C-dək olaraq şüşə əmələgətirən (oksidlərin, ftoridlərin, fosfatların və s.) miqdarından asılıdır. Şüşə materialları strukturlarına görə möhkəm olmurlar və zərbəyə davamsızdırlar. == Adın yaranması == Materialın adı müxtəlif dillərdə eyni cür səslənir. Roman dillərində olan adlar (it. vetro, fr. verre, isp. vidrio, port. vidro) (lat.
Sahə
Sahə (ölçü parametri) — səthin sahəsini ölçmək üçün kəmiyyət; Sahə (film, 2010) — Nariman Film tərəfindən çəkilmiş tammetrajlı bədii film; Sahə (Fizika) — müəyyən fiziki xassələrə malik boşluq; Yaşayış sahəsi — Yaşayış massivi nəzərədə tutulur; Elm sahəsi — Bir ixtisas daxilində təmərküzləşən elmi təsvir edir; Torpaq sahəsi — Yerin səthinin bir hissəsi; Fəaliyyət sahəsi — bir şəxsin və ya firmanın fəaliyyət göstərdiyi mövzu dairəsi.
Böyük Səhnə
“Böyük səhnə” – Azərbaycan teleməkanında yeni beynəlxalq musiqi layihəsidir. Layihənin məqsədi yeni ulduzları kəşf etmək və onlara Avropada peşəkar təhsil almaq imkanı verməkdir. Şou 2013-cü ildə ATV kanalında yayımlanıb. 2014-cü ildə isə İctimai Televiziyada yayımlanır. == Layihə == Layihənin məqsədi – ölkənin ən istedadlı vokal ifaçılarını tapmaq və onlara unikal bir imkan - Avropanın və dünyanın ən yaxşı şou-biznes mütəxəssisləri ilə işləmək, bütün mərhələlərdən keçərək beynəlxalq ulduzlardan ibarət münsiflər heyəti qarşısında möhtəşəm şouda çıxış etmək imkanı verməkdir. Layihə Avropanın ən yaxşı musiqi prodüserlərini, musiqiçiləri, bəstəkarları, ulduzları, vokal, xareoqrafiya və aktyor sənəti təlimçilərini cəlb etməklə beynəlxalq komanda tərəfindən həyata keçirilir. “Böyük səhnə” – sadəcə istetad-şousu deyil, bu çox qısa vaxt ərzində yetişmiş ifaçıya çevrilmək imkanıdır - individual tərzə, peşəkar mahnıya, quruluşa və klipə sahib olacaq ifaçıya. == İştirakçıların seçimi == Azərbaycanın ən istedadlı vokalçılarını tapmaq məqsədi ilə dekabrın 24-dən başlayaraq "Böyük səhnə" şousunda iştirak üçün kastinqlərə qeydiyyat başlayıb. Kastinqlər Azərbaycanın dörd şəhərində - Lənkəran, Gəncə, Şəki və Bakıda keçirilib. Kastinqdə iştirak üçün qeydiyyat boyuksehne.com Arxivləşdirilib 2021-11-28 at the Wayback Machine saytı vasitəsi ilə aparılırdı.
Dmitri Şurov
Dmitri İqoreviç Şurov (ukr. Шуров Дмитро Ігорович; 31 oktyabr 1981, Vinnitsa) — Ukrayna musiqiçisi, 2009-cu ildən etibarən PianoBoy layihəsinin solistidir. Keçmişdə — Okean Elzı (2001–2004) və Esthetic Education (2004–2008) qrupların pianoçusu, 2006–2009 Zemfiranın qrupunda pianoçu idi. 2008 və 2009-cu illərdə Qoqolfest çərçivəsində keçirilən Kiyevdə Moloko Music Fest birgə keçirdiyi festivalının təşkilatçısı idi. "Хоттабыч", "Пуговица", "Оранжевая любовь", "Игры в солдатики", "Как найти идеал", "Таинственный остров", "Слуга народа" kimi filmlərin musiqisililərin müəllifidir. 2017-ci ildən — Ukraynanın "X-Factor" layihəsinin səkkizinci mövsümünün münsiflər heyətinin üzvü. == Həyatı == === İlk İlləri === 31 oktyabr 1981-ci ildə Vinnitsada anadan olmuşdur. Atası — şair, sənətçi, televiziya proqramlarının redaktoru. Anası — müəllimə və musiqiçidir. Dörd piyanoyu başladı.
Eugen Suxon
Eugen Suxon (25 sentyabr 1908[…], Pеzinоk, Bratislava diyarı – 5 avqust 1993[…], Bratislava) — slovak bəstəkar, Slovakiya professional musiqisinin banilərindən biri, ÇSSR xalq artisti (1959), ÇSSR Dövlət Mükafatı laureatı (1951, 1954, 1959). == Həyatı == Eugen Suxon Bratislava konservatoriyasında təhsil almışdır. 1933-cü ildən həmin konservatoriyada pedaqoji fəaliyyətə başlamışdır. İlk əsərləri klassik ənənələrlə bağlıdır (fortepiano üçün "Süita-ballada"). 1920–1930-cu illərdə yaradıcılığına ekspressionizm və klassizmin təsiri olmuşdur. "Karpat torpaq haqqında psalm" (1938), "Kənd simfoniyettası" (1957) əsərlərində xalq musiqisindən istifadə etmişdir. Suxon ilk slovak milli musiqi dramının — "Burulğan"ın (1949) müəllifidir. Digər əsərləri Sayatonluk (1959) operası, skripka ilə orkestr üçün "Fantaziyavə bürlesk" (1948), "Metamorfozlar" (1953) simfonik süitası, xor silsilələri, bir sıra dram tamaşaları, kinofilmlər üçün musiqilər və uşaq musiqisindən ibarətdir.
Sukre (departament)
Sukre (isp. Sucre) — Kolumbiyanın şimal hissəsində yerləşən departamentlərdən biri. Departamentin şərq hissəsini Bolivar, qərb hissəsini Kordova departamentləri və şimal hissəsini isə Karib dənizi əhatə edir. İnzibati mərkəzi Sinselexo şəhəridir.
Sukre (şəhər)
Sukre (Sucre) — Boliviyanın paytaxtı. Şəhərdə ölkənin Ali Məhkəməsi yerləşir. Digər hökumət rezidensiyaları əvvəlki paytaxt La Pasda yerləşir. Əhalisi 2006-cı ildə 247 300 nəfər olmuşdur. == Tarixi == Şəhər 1538-cu ildə kapitan Peransures tərəfindən salınıb. Müstəmləkəşilik dövründə Çarkas, müstəqillik elan ediləndən 1839-cu ilə qədər Çukisaka adlanıb.
Süfrə aksesuarları
Süfrə alətləri — insanların yemək yeyərkən istifadə etdikləri qaşıq, çəngəl, bıçaq və s. nəsnələr. == Ən qədim süfrə aksesuarı bıçaq sayılır == Düşünülür ki, bacarıqlı insanlara ilk alətlər kimi onun əlləri deyil, sümükdən və daşdan hazırlanmış bıçaqları kömək etdi. Min illər boyunca bıçaq silah kimi istifadə edilirdi, Xüsusən ovçuluq və müxtəlif işlərlə məşğul olarkən bıçaq mühüm rol oynayırdı. Lakin 5000 il sonra spesefik formada olan və süfrədə istifadəsi yararlı sayılan bıçaqlar yarandı. Orta əsrlərə kimi bütün insanlar müəyyən yerlərə gedərkən öz bıçaqlarınəı özləri ilə birlikdə aparırdılar. Həmin bıçaqlar yalnız yemək zamanı deyil, eyni zamanda iş prosesində də istifadə edilirdi. XV – XVI əsrlərdə məşhur şəxslərin evlərində bahalı bıçaqlar meydana gəlməyə başladı. Bu bıçaqlar qızıldan hazırlanırdı və qulp hissələri bahalı ağaclardan düzəldilirdi. Vaxtın keçməsi ilə bıçaqların yalnız materiallarında dəyişikliklər oldu.
Sülhə məcburetmə
Sülhə məcburetmə — hərbi gücün əksər halda döyüşən tərəfin iradəsinə zidd olaraq bir münaqişədə sülhün bərpa olunması məqsədilə tətbiq edilməsi. Bunun yerinə yetirilməsi üçün əksər hallarda sülhməramlı əməliyyatlardan daha çox hərbi qüvvə tələb olunur. Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının nizamnaməsinin VII fəsli əsasən, təşkilat artıq imzalanan qətnamə və yaradılan atəşkəsləri qüvvəyə mindirmək üçün zorakı qüvvədən istifadə etmək hüququna malikdir. 2020-ci ilin sentyabr ayının axırlarında başlayan Qarabağ döyüşləri Azərbaycan hökuməti tərəfindən Ermənistanı sülhə məcburetmə əməliyyatı adlandırılmışdır.
Sümbə (Bükan)
Sümbə (fars. ثمبه‎) — İranın Qərbi Azərbaycan ostanının Bükan şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 82 nəfər yaşayır (23 ailə).
Səhnə adı
Səhnə adı aktyorlar, komediyaçılar, müğənnilər və musiqiçilər tərəfindən istifadə olunan təxəllüsdür. Bu cür peşəkar qondarma ləqəblər müxtəlif səbəblərə görə qəbul edilir və onlar fərdin doğum adı ilə oxşar və ya demək olar ki, eyni ola bilər. Qeyri-adi olsa da, bəzi ifaçılar bir müddət sonra öz səhnə adlarını qanuni ad kimi qəbul etməyi seçirlər. Ləqəblər və qız soyadları bəzən bir insanın peşə adında istifadə olunur. == İstifadə səbəbləri == İfaçılar tez-tez səhnə adlarından istifadə edirlər, çünki onların əsl adı ya cəlbedici deyil, ya darıxdırıcı və ya istəmədən gülməli sayılır; tələffüz etmək və ya yazmaq çətindir; başqa görkəmli şəxs tərəfindən, o cümlədən tam olaraq eyni olmayan, lakin hələ də çox oxşar adlar istifadə olunur. Digər ifaçılar anonimlik üçün səhnə adından istifadə edirlər, çox vaxt porno ulduzlar, xüsusən də karyeralarını dəyişmək niyyətində olanlar belə edirlər. Yazıçılar arasında ekvivalent anlayışa nom de plume ( təxəllüs adı ) deyilir. Radioda "radio adı" və ya "efir adı" termini istifadə olunur. == Ailə əlaqəsi == Məşhurla qohumluq əlaqəsi olan bəzi şəxslər başqa soyad götürürlər. Nikolas Koppola kimi anadan olan aktyor Nikolas Keyc əmisi rejissor Frensis Ford Koppola ilə müqayisə olunmamaq üçün yeni soyad seçib.