Şüşə — Na2CO3 + SiO2 = Na2SiO3 + CO2CaCO3 + SiO2 = CaSiO3
Öz keyfiyyət göstəricilərinə görə insan həyatında böyük rol oynayan süni material. Fiziki kimyəvi xüsusiyyətlərinə görə qeyri-üzvi maddə, bərk cisim, strukturuna görə anorf, izotrop; bütün şüşə növləri ilkin materialın əridilməsi nəticəsində kristallaşma müddətində ən yumşaq vəziyyətdən şüşə vəziyyətinədək gəlib çatırlar[1][2]. Şüşənin ərimə temperturu 300-dən 2500 °C-dək olaraq şüşə əmələgətirən (oksidlərin, ftoridlərin, fosfatların və s.) miqdarından asılıdır[2]. Şüşə materialları strukturlarına görə möhkəm olmurlar və zərbəyə davamsızdırlar.
Materialın adı müxtəlif dillərdə eyni cür səslənir. Roman dillərində olan adlar (it. vetro, fr. verre, isp. vidrio, port. vidro) (lat. vitrum ) latın dilindəki adı təkraralayır. Ancaq rumın dilindəki (rum. sticlă) sözü slavyan dillərindən götürülüb. Latın dilindəki vitrum k’woit - «işıqlı» (o isə ing. white) sözündən götürülüb.
German dillərindəki ing. glass, alm. Glas, holland, danimarka və isveç dilindəki glas sözü p.ger. *glasan ~ glazandən götürülüb, o isə g’hel- «parıldayan».
Slavyan dillərindəki (rus. стекло, belar. шкло, ukr. скло; q.slav. стькло, bolq. стъкло, mak. стакло, serb-xorv. стакло, sloven. steklo; çex. sklo, slovak. sklo, pol. — szkło) — qot stikls («kubok», «boşqab», < qədim german dili *stikkon — «deşmək», ing. stick, götürülüb.
Nobel mükafatçısı Uoren Anderson deyib: “Bərk hal nəzəriyyəsində ən dərin və maraqlı həll olunmayan problemlərdən biri şüşənin təbiətində gizlənir”. Şüşə bəşəriyyətə min illər ərzində tanış olsa da, onun unikal və mexaniki xassələrini alimlər dərk etmirlər. Məktəb illərindən şüşənin maye olmadığını xatırlayırıq. Bu belədirmi? Alimlər maye və bərk fazalar arasındaki keçidin, şüşə fazanın təbiətini və hansı proseslərin şüşənin əsas xüsusiyyətlərinə təsir etdiyini hələ də dəqiq bilmirlər. Şüşənin formalaşması prosesini bu günkü bərk maddə fizikası alətlərinin, çoxsaylı nəzəriyyələr və ya maye nəzəriyyəsinin köməyi ilə izah etmək mümkün olmayıb. Əgər qısa izah etsək, mayeyədək əridilmiş şüşə soyudulduqda yavaş-yavaş qatılaşaraq, sonda bərkiyir. Eyni zamanda, kristal bərk maddələrin (məsələn, qrafit) formalaşmasında, atomlar bir anda özlərinə xas olan dövrü struktur əmələ gətirirlər. Molekulyar dinamikanın tətqiqatçısı Tarun Çitra müxtəlif maddələrdə molekulların formalaşmasını rəqs misalında izah edir. İdeal bərk maddə həzin rəqsə bənzəyir, orada iki cütlük digər cütlüklərlə birgə öz başlanğıc vəziyyətlərindən rəqs meydanında hərəkət edirlər. İdeal maye tanışlıq gecəsi kimidir, hamı bir-biri ilə eyni otaqda oynamağa çalışır. Bu xassə erqodiklik adlanır. Burada hamının rəqs etdiyi orta sürət eynidir. Bu analogiya ilə böyük qruplar kiçik qruplara bölünür və hər biri öz ətrafında fırlanır. Siz öz partnerunuzu ətrafınızda olanlarla dəyişə bilərsiniz və bu rəqs sonsuzadək davam edir. Şüşənin özünü necə aparmasını tarazlıqlı statistik mexanika qanunları ilə təsvir etmək hələ ki, qeyri-mümkündür. O cümlədən, şüşənin subeksponensial avtokorrelyasiya və krosskorrelyasiya funksiyası sonsuz stoxastik proseslər nəticəsində alına bilər. Hər hansı müddətədək sistem az-çox aydın və izaholunan şəkildə işləyir, lakin uzun müddətli müşahidələrdə biz görürük ki, bəzi xüsusiyyətlər nisbilik və stoxastik proseslər nəzəriyyəsi ilə daha yaxşı izah olunur. [3]
Kimyəvi tərkib | |||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|
Şüşə | SiO2 | B2О3 | Al2O3 | MgO | CaO | BaO | PbO | Na2O | K2O | Fe2O3 | SO3 |
Pəncərə | 71,8 | — | 2 | 4,1 | 6,7 | — | — | 14,8 | — | 0,1 | 0,5 |
Tarnolu | 71,5 | — | 3,3 | 3,2 | 5,2 | — | — | 16 | — | 0,6 | 0,2 |
Qab-qacaq | 74 | — | 0,5 | — | 7,45 | — | — | 16 | 2 | 0,05 | — |
Xrustal | 56,5 | — | 0,48 | — | 1 | — | 27 | 6 | 10 | 0,02 | — |
Kimya laboratoriyası | 68,4 | 2,7 | 3,9 | — | 8,5 | — | — | 9,4 | 7,1 | — | — |
Optik | 41,4 | — | — | — | — | — | 53,2 | — | 5,4 | — | — |
Kvarslı | 96 | 3,5 | — | — | — | — | — | 0,5 | — | — | — |
Elektrokolbalı | 71,9 | — | — | 3,5 | 5,5 | 2 | — | 16,1 | 1 | — | — |
Elektrovakumlu | 66,9 | 20,3 | 3,5 | — | — | — | — | 3,9 | 5,4 | — | — |
Tibbi | 73 | 4 | 4,5 | 1 | 7 | — | — | 8,5 | 2 | — | — |
İstiliyə davamlı | 57,6 | — | 25 | 8 | 7,4 | — | — | — | 2 | — | — |
Termodavamlı | 80,5 | 12 | 2 | — | 0,5 | — | — | 4 | 1 | — | — |
Termometrik | 57,1 | 10,1 | 20,6 | 4,6 | 7,6 | — | — | — | — | — | — |
Qoruyucu | 12 | — | — | — | — | — | 86 | — | 2 | — | — |
Radiasiyaya davamlı | 48,2 | 4 | 0,65 | — | 0,15 | 29,5 | — | 1 | 7,5 | — | — |
Şüşə lifi | 71 | — | 3 | 3 | 8 | — | — | 15 | — | — | — |
Şüşəyaradan maddələr aşağıdakılardır:
Oksidlər:
və s.
Şüşə istehsalında rəng də qatılır və bu yolla materialın fiziki-kimyəvi xüsusiyyətləri möhkəmləndiriilir.