Sülhə məcburetmə — hərbi gücün əksər halda döyüşən tərəfin iradəsinə zidd olaraq bir münaqişədə sülhün bərpa olunması məqsədilə tətbiq edilməsi.[1] Bunun yerinə yetirilməsi üçün əksər hallarda sülhməramlı əməliyyatlardan daha çox hərbi qüvvə tələb olunur. Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının nizamnaməsinin VII fəsli əsasən, təşkilat artıq imzalanan qətnamə və yaradılan atəşkəsləri qüvvəyə mindirmək üçün zorakı qüvvədən istifadə etmək hüququna malikdir.[2][3]
2020-ci ilin sentyabr ayının axırlarında başlayan Qarabağ döyüşləri Azərbaycan hökuməti tərəfindən Ermənistanı sülhə məcburetmə əməliyyatı adlandırılmışdır.[4]