Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Asyo
Asyö (fr. Assieu) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Russilyon kantonuna daxildir. Kommunanın dairəsi — Vyen. INSEE kodu — 38017. Kommunanın 2006-cı il üçün əhalisi 1178 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 220 ilə 407 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 430 km cənub-şərqdə, Liondan 40 km cənubda, Qrenobldan 75 km qərbdə yerləşir.
Ayro
Ayro (ing. Iroh) - Avatar: Aanq haqqında əfsanə cizgi serialın və Axırıncı hava maqı filmin əsas personajlardan biri.
Eyso
Eyso - Eyso sülaləsindən ilk Rükyu kralı. Gihonun baş naziri idi, o taxtdan əl çəkərkən yerinə gəlmişdi. Onun hakimiyyəti dövründə vergi sistemində və idarəetmədə inkişaflar başlamışdı. Kumecima, İheya kimi adalar krala vergi verməyə başlamışdı. Amami-Oşima adası da ələ keçirilmişdi. 1272-ci və 1276-cı illərdə Xubilay xanın elçilərini qəbul etmişdi.
Tayşo
İmperator Tayşo (yap. 大正天皇 Yoşihito (yap. 嘉仁), (31 avqust 1879[…] – 25 dekabr 1926[…]) – 123-cü Yaponiya imperatoru, 1912–1926 illər ərzində hakimiyyətdə olmuşdur Onun hakimiyyət dönəmi Tayşo adlandırılır. == Bioqrafiya == İmperator Tayşo 31 avqust 1879 ildə anadan olmuşdur. O, İmperator Meycinin üçüncü oğlu olmuşdur. Anası Yanaqivara Nauro Saray məslələtcisi Yanaqivari Misinarunun qızı olmuşdur. Yeni doğulan körpəyə Haru adı verilmişdir. 1889-cu ildə Tayşo həliəhdə çevrilir. Elə həmin ilin 3 noyabr tarixində şahzadə titulu alır. Üstəlik o, İmperiya ordusu və donanmasının kiçik leytenantı elan edilir.
Aysu
Aysu — qadın adı. Aysu Devrişova — peşəkar Azərbaycan kikboksçusu. Aysu Gülməmmədli — Ukrayna ictimai-siyasi xadimi Aysu Bankoğlu — hüquqşünas və siyasətçi.
Ayşə
Aişə binti Əbu Bəkr (ərəb. عائشة بنت أبي بكر‎; 614[…], Məkkə – təq. 13 iyul 678, Mədinə) — İslam peyğəmbəri Məhəmmədin həyat yoldaşlarından biri, ilk raşidi xəlifə olan Əbu Bəkr'in qızıdır. Qureyş qəbiləsindəndir. Əhli-sünnəyə görə "Möminlərin Anası" olaraq qəbul edilir. Aişə dövrümüzə qədər gəlib çatan bir çox hədisin mənbəyi olaraq da qəbul edilir. == Haqqında == Aişə binti Əbu Bəkr ibn Əbu Quhafə 605-ci ildə Məkkədə dünyaya gəlmişdir. Qüreyş qəbiləsindəndir və atası məşhur səhabə Əbu Bəkrdir. Aişənin uşaqlıq illəri Məkkədə keçmişdir. 17 yaşında Məhəmməd ibn Abdullahla evlənmişdir.
Aysor soyqırımı
Aysor soyqırımı, Aysor qırğınları və ya — aysorlar arasında adətən Səyfo (arami. ܣܝܦܐ, süry. ܩܛܠܥܡܐ ܣܘܪܝܝܐ və ya süry. ܣܝܦܐ) — Birinci Dünya müharibəsi ərəfəsində Anadoluda yaşayan aysorların sistematik şəkildə məhv edilməsi. Türkiyə Respublikası hadisələri sadəcə aysor-türk qarşıdurması kimi dəyərləndirməkdə və dövlət göstərişinin olmadığını irəli sürsə də bu gün dünyanın bəzi ölkələri soyqırımın varlığı qəbul ediblər.
Aysu Devrişova
Aysu Dəvrişova
Aysu Gülməmmədli
Ayşe Kulin
Ayşe Kulin (26 avqust 1941, İstanbul) — Türk roman yazarı. == Həyatı == Ayşe Kulin 26 avqust 1941-ci ildə İstanbulda anadan olmuşdur. Yazdığı bioqrafik əsərləri və romanları ilə ən çox oxunan yazarlardan birinə çevrilmiş və bir çox mükafatlara layiq görülümüşdür. Üslubundakı axıcılıq və açıqlıq yazarın kitablarının ssenariləşdirilib ekranlaşdırılmasının əsas səbəbidir. Arnavutköy Amerika Qız Kollecinin Ədəbiyyat fakultəsini bitirib. Bir çox qəzet və dərgilərdə redaktor və jurnalist kimi işləyib. Həmçinin də, uzun illər boyu televiziya, reklam və filmlərdə səhnə prodüseri və ssenarist kimi çalışmışdır. == 1984–1996-cı illər == Hekayələrdən ibarət ilk kitabı "Üzünü günəşə tərəf döndər" 1984-cü ildə işıq üzü görüb. Kitabdakı "Gülizar" adlı hekayə "Sınıq gəlincik" adı ilə 1986-cı ildə ekranlaşdırıldı və Mədəniyyət Nazirliyinin mükafatına layiq görüldü. 1996-cı ildə Münir Nureddinin yaşamını əks etdirən "Şirin bir sakitlik" adlı kitabı nəşr olundu.
Ayşe Şasa
Ayşe Şasa(d. 1 yanvar 1941, İstanbul, Türkiyə Respublikası - 16 iyun 2014, İstanbul, Türkiyə Respublikası) — çərkəz əsilli türkiyəli senarist və yazıçı. == Həyatı == Çərkəz əsilli ana və yarı çərkəz əsilli atanın övladı olaraq dünyaya gələn Ayşe Şasa 1 yanvar 1941-ci ildə İstanbulda anadan olmuşdu. Babası Bəkir Şasa Meşə İdarələrində müdirlik etmişdir. Ankaranın Əskişəhər çıxışında onun xatirəsinə həsr edilmiş meşə sahəsi mövcuddur. 3 evliliyi olmuşdur. İkinci evliliyi məşhur rejissor Atıf Yılmaz ilə olmuşdur. Atıf Yılmaz öz dövrünün məşhur rejissoru, senaristi və film prodüseri olmuşdur. 16 iyun 2014-cü ildə bir müddət müalicə aldığı ağciyər iltihabından vəfat etmişdir. Sahrayıcedid məzarlığında dəfn edilmişdir.
Ayşə Dittanova
Ayşə Dittanova (krımtat. Ayşe Dittanova, Айше Диттанова, ukr. Айше Диттанова; 27 fevral 1918, Yalta – 15 noyabr 2015, Nyu-York, Nyu-York ştatı) — Krım tatar aktrisası, Krım Tatar Dram Teatrının yenindən qurulmasının təşəbbüskarı, Ukrayna əməkdar artisti (1993). == Həyatı == Ayşə Dittanova Yalta yaxınlığındakı kiçik Derekoy kəndində anadan olmuşdur, hazırda o yer şəhərin rayonlarından biri hesab olunur. 1933-cü ildə Simferopol Teatr Kollecini bitirmişdir, sonra Krım Tatar Dram Teatrının truppasında işləməyə başladı. "Baxçasaray fəvvarəsi" tamaşasında aldığı rol onun karyerasının ən vacib rollardan biri sayılır. Krım tatarlarının deportasiyası zamanı Tacikistana düşdü, 1946-cı ildə burada yenidən peşəkar teatr səhnəsinə qayıtdı. SSRİ-nin siyasətinə görə Dittanova və eləcə də Krım tatar mənşəli digər aktyorlar milli sənətlə məşğul ola bilmirdilər. Ayşə xanım 1988-ci ildə Krıma qayıtdı, Krım Tatar teatrının bərpası işinə başladı və 1990-1996-cı illərdə burada işlədi, sonra mədəniyyətin inkişafındakı əhəmiyyətli töhfələrinə görə "Ukraynanın əməkdar artisti" fəxri adını aldı. 1996-cı ildən vəfatına qədər Nyu-Yorkda yaşadı, buna baxmayaraq dəfələrlə Krıma səfər etmişdir.
Ayşə Seyidmuradova
Ayşə Seyidmuradova (Krım tatarcası:Ayşe Seitmuratova, rusca:Айше Сеитмуратова, d. 11 fevral 1937) — Krım tatarı olan insan hüquqları müdafiəçisi və aktivisti. == Həyatı == 1937-ci ilin 11 fevralında Krımın Acı Eli kəndində Krım tatarı olan ailədə dünyaya gəlmişdir. O, uşaq yaşlarında ikən onun ailəsi və mənsub olduğu millət Mərkəzi Asiyaya deportasiya edilmişdir. Uşaq olsa da, bu deportasiyadan sağ qurtula bilən Seyidmuradova bundan sonra həyatına "xüsusi məskun" kimi davam etmişdir. Akademik göstəricilərinin çox yüksək olmasına baxmayaraq, deportasiyaya məruz qalmış millətin üzvü olmasına görə universitetə qəbul edilməmişdir. Etnik mənsubiyyətinə görə bu cür münasibətlə qarşılaşan Seyidmuradova bundan sonra Krım tatarları haqları müdafiəçisinə çevrilir və hərəkatın üzvü olur. Krım tatarlarına tətbiq edilmiş bəzi məhdudiyyətlərin aradan qaldırılmasına və Sovet rəhbərliyi ilə görüşməyə nail olduqdan sonra, o, Moskvada öz fəaliyyətinə davam etmişdir. Bu dövrdə onun fəaliyyətinin əsas istiqaməti Krım tatarlarına öz vətənlərinə - Krıma geri dönməyə icazə verilməsi idi. Bu haqq Krım tatarları ilə eyni dövrdə deportasiyaya məruz qalmış bir çox xalqa artıq verilmişdi.
Ayşə Soysal
Ayşə Soysal (d. 24 iyun 1948, İstanbul, Türkiyə) — Professor, YÖK üzvü (2009-2013), Boğaziçi Universitetinin rektoru (2004-2008), Boğaziçi Universitetinin ilk qadın Ədəbiyyat Fakültəsinin dekanı və rektoru adlarını daşıyır. == Həyatı == Ayşə Soysal 24 iyun 1948-ci ildə İstanbulda dünyaya gəlib. 1967-ci ildə Arnavutköy Amerikan Qız Kollecini sinif birincisi olaraq bitirib. 1967-ci ildə Robert Kollecini, sonra isə Robert Kollecinin Ali Məktəbini müvəffəqiyyətlə bitirib. 1971-ci ildə universitetin fizika-riyaziyyat ixtisasından məzun oldu. Ayşə Soysal 1976-cı ildə Boğaziçi Universitetinin riyaziyyat fakültəsində müəllim olaraq işə başladı. 1981-ci ildə dosent, 1991-ci ildə professor vəzifəsinə yüksəlib. 1992-ci ildə Boğaziçi Universitetinin Ədəbiyyat fakültəsinin ilk qadın dekanı seçilib. Ayşe Soysal 19.09.2008 - 19.09.2012 tarixləri arasında TÜBİTAK Elm Heyətinin üzvü kimi də çalışmışdır.
Ayşə Sultan
Aişə Sultan — 8. Osmanlı sultanı II Bəyazidin qızı Aişə Sultan — 12. Osmanlı sultanı III Muradın qızı Aişə Sultan — 14. Osmanlı sultanı I Əhmədin qızı Aişə Sultan — 22. Osmanlı sultanı II Mustafanın qızı Aişə Sultan — 23. Osmanlı sultanı III Əhmədin qızı Aişə Sultan — 34.
Ayşə Xatun
Ayşə Xatun (1476, Bağçasaray – 1539, Konstantinopol) — 9-cu Osmanlı sultanı Yavuz Sultan Səlimin xanımı və Krım xanı Məngli Gərayın qızı. == Həyatı == Həyatı haqqında yetərli məlumat yoxdur. Atası Məngli Gəray həm Krımdakı səltənətini gücləndirmək, həm də Osmanlıda davam edən taxt mübarizəsində yer almaq məqsədilə şahzadələrdən birinə yaxınlaşmaq niyyətində idi. İlk seçimi Sultan Bəyazidin ən kiçik oğlu və Krım yaxınlığındakı Kəfədə sancaqbəyi olan Şahzadə Mehmed oldu. Gəlinən qarşılıqlı razılığa əsasən, Ayşə Xatun 1504-cü ildə Şahzadə Mehmedlə nikahlandı. Bəzi mənbələrə görə, şahzadənin Fatma xanım Sultan (ö. 1566) adlı yeganə övladı məhz bu nikahdan dünyaya gəlmişdir. Ancaq taxt mübarizəsinin qızğın ərəfəsində ikən Şahzadə Mehmed 1507-ci ildə anidən vəfat etdi. Üstəlik onun taxt mübarizəsini davam etdirəcək bir oğlu da yox idi. Bu səbəblə yeni evlilik sazişi bağlananadək Ayşə Xatun Krıma geri qaytarıldı.
Minako Ayno
Seylor Venera (セーラーヴィーナス, Sērā Vīnasu) — Naoko Takeuçi tərəfindən yaradılmış "Seylor Mun" manqasından personaj. Əsl adı Minako Ayno (愛野 美奈子, Aino Minako) olan Seylor Venera Günəş sistemini qorumaq üçün yaradılmış Seylor döyüşçüləri komandasının üzvüdür. Minako Aynonun kandzi tərcüməsi "sevgi" (愛, ai), "vətəndaş" (野, no), "gözəlik" (美, mi), "necə" (奈, na) və "uşaq" (子, ko) şəklindədir. Minako Ayno Usaqi tərəfindən tapılmış 4-cü və sonuncu Seylor döyüşçüsü olsa da, güclərini əldə edən ilk Seylor döyüşçüsüdür. Gücləri məhəbbət və gözəllik əsasında qurulmuşdur. Manqalarda və animelərdə ən böyük arzusu məşhur kumir olmaqdır. Minako əvvəlcə Naoko Takeuçinin 1991-ci ildə yaratdığı "Codename: Sailor V" manqasında peyda olmuş və manqanın baş qəhrəmanı olmuşdur. Daha sonra "Gözəl Qoruyucu Seylor Mun" a keçmişdir. Bu manqada və "Seylor Mun" un əvvəllərində Minako Seylor Venera deyil, "Venera" sözünün qısaltması ilə əmələ gəlmiş Seylor V (セーラーV, Sērā V) təxəllüsündən istifadə etmişdir. Seylor Venera həm də Seylor Mars ilə birlikdə "Rey və Minakonun qız məktəbi döyüşü" manqasında yer almışdır.
Ayşə Cəlal
Ayşə Cəlal (1956, Lahor, Qərbi Pakistan; urdu عائشہ جلال‎) — Pakistan əsilli amerikalı tarixçi. O, Tafts Universitetində Meri Riçardson adına tarix professorudur və 1998-ci ildə Makartur Vəqfi Təqaüdünə layiq görülmüşdür. == Mükafatlar == Ayeşə Cəlal Pakistanın, eləcə də Cənubi Asiyanın aparıcı tarixçisi hesab olunur və çoxsaylı mükafatlar və təşəkkürlər alıb: Triniti Kolleci (Kembric) Təqaüdü(1980–1984) Makartur Təqaüd Proqramı Təqaüdü (1998–2003) Pakistan Prezidenti tərəfindən Sitarə-i İmtiaz (Fərqlənmə Ulduzu) (2009) == Tərənnüm == Hindistanda məşhur "The Hindu" qəzeti onu "…Pakistanın ən məşhur tarixçilərindən biri…" kimi adlandırır və Pakistanın "Ekspres Tribune" qəzeti "…Cəlal bütün dünyada ciddi metodlara malik bir tarixçi kimi hörmətlə qarşılanır" kimi qeyd edib. 16 aprel 2016-cı ildə Pakistanın BMT-dəki səfiri Maleeha Lodhi "Pakistanın yetişdirdiyi ən böyük tarixçi" olduğunu söylədi.
Ayşə Keşir
Aysu Bankoğlu
Aysu Bankoğlu (1989, Bartın) — hüquqşünas və siyasətçi; Türkiyə Böyük Millət Məclisinin 27 və 28-ci çağırış deputatı. == Həyatı == Aysu Bankoğlu 1989-cu ildə Bartın ilində anadan olub. Koç Universitetinin Hüquq bölməsini bitirib. Birləşmiş Krallığın Kembric Universiteti və Birləşmiş Ştatların Kornell Universitetində təlim proqramları alıb. Koç Universitetinin Sosial Elmlər İnstitutunun İctimai hüquq bölməsində isə magistr dərəcəsi alıb. İstanbul Vəkillər Kollegiyasında çalışıb. Siyasətə Cümhuriyyət Xalq Partiyasında (CHP) qoşulub. CHP İctimaiyyətlə əlaqələr üzrə sədr müavini olub. 2023-cü ildən CHP Məclis üzvüdür. 2018 və 2023-cü illərdə Bartın ilindən Türkiyə Böyük Millət Məclisinin deputatı seçilib.
Aso vulkanı
Aso (yap. 阿蘇山 Aso-san) — Yaponiyanın Kyuşu adasında, Kumamoto prefekturasında yerləşən vulkan. Aso böyük bir kalderdir. Ən yüksək nöqtəsinin hündürlüyü 1592 metrdir. Kalderin diametri 24х18 km-dir. Kalderin çevrəsinin uzunluğu 120 km-dir. Aso vulkanı 300 000–90 000 il əvvəl, pleystosen epoxasında formalaşmışdır. Kalderin mərkəzində 17 konus mövcuddur. Əsas beş zirvə mövcuddur: Takadake (1592), Nekodake, Ebosidake, Kidzimadake və Nakadake. Ən aktiv krater Nakadakedir.
Taro Aso
Taro Aso (yap. 麻生 太郎 Asō Tarō) — Yaponiya siyasi xadimi. Yaponiyanın Maliyyə Naziri və Baş Nazirinin Müavvini (2012-günümüz). Yaponiyanın 92-ci Baş Naziri (2008-2009). == Həyatı == Katolik olan Aso 1940-cı ilin sentyabrın 20-də Fukuoka prefekturasının İizuka şəhərində anadan olub. O, Qakuşuin Universitetinin Siyasət və İqtisadiyyat fakultəsini bitirib. Qakuşuini qurtarıb, Aso Stenford Universitetində oxumaq üçün ABŞ-a köçür, lakin bir müddət sonra ailəsi (özəlliklə babası, Şiqeru Yoşida) onu "həddən artıq Amerikanlaşdığına" görə geri çağırıb. O, ailəsi ilə insafa gəlmək çalışıb, lakin onlar Taronun pullarını kəsəndən sonra, o Yaponiyaya gedən gəmiyə minmək məcbur olub. Sonra Aso yenə xaricə, bu dəfə London Universitetinə oxumağa gedib. Londondan sonra, o Syerra Leone bir almaz mədənçiliknən məşqul olanşirkətdə işləyirdi.
Ayos-Nikolaos (Lasition)
Ayos-Nikolaos, həmçinin Aqios-Nikolaos (yun. Άγιος Νικόλαος), gündəlik həyatda Ayos istifadə olunur (Άγιος) – Yunanıstanda şəhər, inzibati mərkəzi eyniadlı icmadır (dima) və Krit periferiyasında periferiya vahidi Lasitiondur. Kritin şimal sahillərində yerləşən Mirabelon Körfəzinin qərb tərəfində yerləşən İerapetra şəhəri (36 km) şimalındakı Heraklion adasının paytaxtı və Sitiya şəhərinin (73 km) qərbindəki 63 km şərqdə yerləşir. Şəhərin adı Ayos-Nikolaos Körfəzində yerləşən Bizans kilsəsindən gəlir. Ən qədim adı — Mandraki (Μαντράκι). Kəndlilər arasında işlədilən ən məşhur adı — Yalos (Γιαλός). 2001-ci ildə siyahıya alınmaya əsasən əhalinin sayı 11.421 nəfərdir.
Ayşə Bibi (mavzoley)
Ayşə Bibi (qaz. Айша бибі) ― Tarazın qərbində, Ayşə Bibi kəndində yerləşən, zadəgan bir qadına aid 11-12-ci əsr mavzoleyi. Tikili yerli əhali arasında sevgi və sədaqət abidəsi olaraq məşhurlaşmışdır. == Dizayn == Rəvayətə görə, məqbərə Qaraxanilər sülaləsinin hökmdarı tərəfindən sufi şairi Xakim-Atanın qızı, gözəl nişanlısı Ayşə Bibi üçün tikilmişdir. Mavzoleyin memarlıq formaları və bəzəkləri incə krujeva xatırladır. Bütün bina 60 müxtəlif çiçəkli həndəsi naxış və xəttatlıqdan istifadə edilərək oyulmuş terrakota plitələrlə örtülmüşdür. Ayşə Bibi mavzoleyi üslub baxımından Buxaradakı Samani türbəsinin davamçılarındandır. === Abidə === Ayşə Bibi daha böyük bir kompleksin bir hissəsidir. Tikilidən on metr məsafədə Babacı Xatun ("müdrik kraliça") adlı ikinci bir məqbərə, yolun qarşı tərəfində isə müqəddəsləşdirilmiş əhəng daşı mağarası var. Kompleks qərbdən Taraz vahəsinə baxan silsilədə yerləşir.