Ayşə Seyidmuradova

Ayşə Seyidmuradova (Krım tatarcası:Ayşe Seitmuratova, rusca:Айше Сеитмуратова, d. 11 fevral 1937) — Krım tatarı olan insan hüquqları müdafiəçisi və aktivisti.

Ayşə Seyidmuradova
Krım tatarcası:Ayşe Seitmuratova
Doğum tarixi (87 yaş)
Doğum yeri Aci Eli kəndi, Krım MSSR, SSRİ
Vətəndaşlığı SSRİ
ABŞ
Milliyyəti Krım tatarı
Fəaliyyəti İnsan haqları müdafiəçisi, dissident
Mükafatları "Cəsarət" ordeni

1937-ci ilin 11 fevralında Krımın Acı Eli kəndində Krım tatarı olan ailədə dünyaya gəlmişdir. O, uşaq yaşlarında ikən onun ailəsi və mənsub olduğu millət Mərkəzi Asiyaya deportasiya edilmişdir. Uşaq olsa da, bu deportasiyadan sağ qurtula bilən Seyidmuradova bundan sonra həyatına "xüsusi məskun" kimi davam etmişdir. Akademik göstəricilərinin çox yüksək olmasına baxmayaraq, deportasiyaya məruz qalmış millətin üzvü olmasına görə universitetə qəbul edilməmişdir. Etnik mənsubiyyətinə görə bu cür münasibətlə qarşılaşan Seyidmuradova bundan sonra Krım tatarları haqları müdafiəçisinə çevrilir və hərəkatın üzvü olur.[1] Krım tatarlarına tətbiq edilmiş bəzi məhdudiyyətlərin aradan qaldırılmasına və Sovet rəhbərliyi ilə görüşməyə nail olduqdan sonra, o, Moskvada öz fəaliyyətinə davam etmişdir. Bu dövrdə onun fəaliyyətinin əsas istiqaməti Krım tatarlarına öz vətənlərinə - Krıma geri dönməyə icazə verilməsi idi. Bu haqq Krım tatarları ilə eyni dövrdə deportasiyaya məruz qalmış bir çox xalqa artıq verilmişdi.[2]

Dəfələrlə Sovet hüquq-mühafizə orqanları tərəfindən həbs edilən Seyidmuradova təzyiqlərin davam edəcəyi təqdirdə özünü Qırmızı Meydanda yandıracağı ilə dövləti hədələdi. Onun fəaliyyəti bir digər insan haqları müdafiəçisi olan Andrey Saxarovun və amerikalı senatorun diqqətini çəkdi. Senator ona Sovet İttifaqından ABŞ-yə miqrasiya etmək üçün olan çətin prosesdə yardım etdi. Krım tatarlarının vətənlərinə geri dönməsinə icazə verilməsi ilə nəticələnən uzun siyasi döyüşlərdən sonra o, ABŞ prezidenti Ronald Reyqanla görüşmüş və bir çox insan haqları konfranslarında iştirak etmişdir.[3][4][5]

İnsan haqları sahəsindəki fəaliyyətinə görə Ukraynanın "Cəsarət" ordeni ilə təltif edilmişdir.

  • Seidametov, Eldar. "Роль Айше Сеитмуратовой в движения солидарности крымскотатарской диаспоры США за возвращение соотечественников на историческую родину — Крым". Культура народов Причерноморья (rus). Кримський науковий центр НАН України і МОН України (№ 144). 2008. ISSN 1562-0808.
  • Guboglo, Mikhail; Chervonnaya, Svetlana. Крымскотатарское национальное движение. Moscow: TsIMO. 1992. ISBN 5201137695. OCLC 29705056.
  • Chervonnaya, Svetlana. Крымскотатарское национальное движение (1994 - 1996). Moscow: Институт этнологии и антропологии РАН. 1997. OCLC 37855118.
  1. Steel, Jonathan; Abraham, Eric. Andropov in Power: From Komsomol to Kremlin (ingilis). Anchor Press/Doubleday. 1984. 100–102. ISBN 9780385189118. 2021-05-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-01-28.
  2. Solovev, Vladimir; Klepikova, Elena. Yuri Andropov: a secret passage into the Kremlin (ingilis). Robert Hale. 1984. 38–42. 2021-05-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-01-28.
  3. Seidametov, 2008. səh. 96-99
  4. Ametov, Enver. "Кому писал письма Мустафа Джемилев?". Милли Фирка (rus). 2011-03-09. 2021-05-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-10-16.
  5. "Крымскотатарской правозащитнице Айше Сеитмуратовой — 82 года". atr.ua (rus). 11 February 2019. 2021-02-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-10-16.