Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Ağa Cəbrayıl Abasəliyev
Ağacəbrayıl Ağa Saleh oğlu Abasəliyev (26 iyul 1955, Bakı) — məşhur kamança ifaçısı, Azərbaycan Respublikasının xalq artisti == Həyatı == Abasəliyev Ağa Cəbrayıl Ağa Saleh oğlu, 26.07.1955 tarixində Bakı şəhərində anadan olmuşdur. 1962-ci ildə 6 nömrəli musiqi məktəbinə, Əməkdar artist Elman Bədəlovun sinfinə daxil olmuşdur. 3-cü sinifdə (1965) məktəblilər arasında Respublika Festivalının laureatı olmuşdur. 1970-ci ildə Asəf Zeynallı adına musiqi kollecinə daxil olub. 2-ci kursda olarkən (1972), Almaniyanin Rudolfstat şəhərində Tələbə və Gənclərin festivalının laureatı olmuşdur. Həmin ildə (1972) Opera və Balet teatrına Milli Üçlükdə iştirak etməyə dəvət olunmuş, 1975-ci ildə isə həmin teatrda ilk dəfə olaraq Azərbaycan Xalq Çalğı Alətləri ansamblnı yaratmışdır. Bu ansamblla Rübabə Muradova, Qulu Əsgərov, Arif Babayev, Nəzakət Məmmədova və s. tanınmış müğənnilər bir çox ölkələrdə qastrollarda müvəffəqiyyətlə çıxış etmişlər. 1974-cü ildə Ü. Hacıbəyov adına Dövlət Konservatoriyasına qəbul olunmuş, 1979-cu ildə Konservatoriyanın iki fakültəsini — Dirijorluq və Xalq Musiqisi İfaçısı-Solist bitirmişdir. 30 dekabr 2015-ci ildə Azərbaycanın xalq artisti fəxri adına layiq görülmüşdür.
Ağacəbrayıl Abasəliyev
Ağacəbrayıl Ağa Saleh oğlu Abasəliyev (26 iyul 1955, Bakı) — məşhur kamança ifaçısı, Azərbaycan Respublikasının xalq artisti == Həyatı == Abasəliyev Ağa Cəbrayıl Ağa Saleh oğlu, 26.07.1955 tarixində Bakı şəhərində anadan olmuşdur. 1962-ci ildə 6 nömrəli musiqi məktəbinə, Əməkdar artist Elman Bədəlovun sinfinə daxil olmuşdur. 3-cü sinifdə (1965) məktəblilər arasında Respublika Festivalının laureatı olmuşdur. 1970-ci ildə Asəf Zeynallı adına musiqi kollecinə daxil olub. 2-ci kursda olarkən (1972), Almaniyanin Rudolfstat şəhərində Tələbə və Gənclərin festivalının laureatı olmuşdur. Həmin ildə (1972) Opera və Balet teatrına Milli Üçlükdə iştirak etməyə dəvət olunmuş, 1975-ci ildə isə həmin teatrda ilk dəfə olaraq Azərbaycan Xalq Çalğı Alətləri ansamblnı yaratmışdır. Bu ansamblla Rübabə Muradova, Qulu Əsgərov, Arif Babayev, Nəzakət Məmmədova və s. tanınmış müğənnilər bir çox ölkələrdə qastrollarda müvəffəqiyyətlə çıxış etmişlər. 1974-cü ildə Ü. Hacıbəyov adına Dövlət Konservatoriyasına qəbul olunmuş, 1979-cu ildə Konservatoriyanın iki fakültəsini — Dirijorluq və Xalq Musiqisi İfaçısı-Solist bitirmişdir. 30 dekabr 2015-ci ildə Azərbaycanın xalq artisti fəxri adına layiq görülmüşdür.
Abaəli
Abaəli (əvvəlki adı: Abalı) — Azərbaycan Respublikasının Zaqatala rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 1 sentyabr 2004-cü il tarixli, 727-IIQ saylı Qərarı ilə Zaqatala rayonunun Maqov kənd inzibati ərazi dairəsi tərkibindəki Abalı kəndi Abaəli kəndi adlandırılmışdır. == Tarixi == Mənbələrin verdiyi məlumata görə, kəndin əsl adı Abaəlioba olmuşdur. Yerli əhalinin ehtimalına görə, oykonim Abaəli (Dağıstanın Çaroda kəndindən gəlmiş şəxsin adı) və oba (kəndin ərazisində kiçik icma) komponentlərindən ibarətdir. Türk dillərində, o cümlədən Azərbaycan dilinin dialekt və şivələrində aba "ata, baba, əmi; ana, xala, böyük bacı" mənalarında işlənir. Oykonimi Dədəli, Babalı və s. etnotoponimlərinin omonimi kimi qəbul etmək lazımdır. Bu oykonim sonrakı illərdə Abasalı (1979), Abaslı (1986) variantlarında qeydə alınmışdır. == Əhalisi == Əhalisi 120 nəfərdir (2008). == İqtisadiyyatı == Əhalinin əsas məşğuliyyəti taxılçılıq, tütünçülük, fındıqçılıq, tərəvəzçilik, bağçılıq və maldarlıqdır.
Abbasəli Abbasəliyev
Abbasəli Abbasəliyev (22 aprel 1970, Ağbulaq, Krasnoselsk rayonu) — həkim kardioloq, Azərbaycanda angioqrafiya və stent əməliyyatlarının icrasında, başqa sözlə invaziv kardiologiya üzrə ilk yerli mütəxəssis. Respublika Müalicə Diaqnostika Mərkəzinin Kadiologiya şöbəsinin müdiri, Azərbaycan Kardiologiya Cəmiyyəti idarə heyətinin üzvü, tibb elmləri namizədi.Azərbaycan Respublikası prezidenti İlham Əliyevin 14.11.2016 tarixli sərəncamı ilə "Tərəqqi" medalı ilə təltif edilmişdir. == Həyatı == Abbasəli Abbasəliyev 1970-ci il 22 apreldə anadan olub. Orta məktəbi müvəffəqiyyətlə bitirdikdən sonra qardaş ölkə olan Türkiyə ilə imzalanmış müqaviləyə əsasən Türkiyədə tibb təhsilini davam etdirmişdir. 1991–1997-ci illərdə Turkiyənin İzmir şəhərində Dokuz Eylül Unversitetinin Tibb fakültəsində təhsil alıb. 1997–2001-ci illərdə İzmir Ege Universitetinin Kardiologiya Kafedrasında ixtisaslaşma keçərək, elmi işini müdafiə edib kardiologiya mütəxəssisi adını alıb. 2001–2003-cü illərdə İzmirdə xüsusi Atakalb Ürək Xəstəlikləri Xəstəxanasında işləmişdir. == Əmək fəaliyyəti == 2003-cü ilin aprelindən 2006-cı ilin müvafiq dövrünə qədər Bakıda Mərkəzi Klinik Xəstəxanasında kardiologiya bölməsinin müdiri vəzifəsində işləyib. 2006-cı ildən Mərkəzi Neftçilər Xəstəxanasında İntervension Kardiologiya (İnvaziv kardiologiya) bölməsinin müdiri vəzifəsində çalışır. 2003-cü ilin aprelindən 2006-cı ilin müvafiq dövrünə qədər Bakıda Mərkəzi Klinik Xəstəxanasında kardiologiya bölməsinin müdiri vəzifəsində işləyib.
Abbasəli Həsənov
Abbasəli Kərəm oğlu Həsənov (1953, Gədəbəy rayonu) — Azərbaycan Respublikasının Tacikistan Respublikasında fövqəladə və səlahiyyətli səfiri , şərqşünas, diplomat. == Həyatı == Abbasəli Həsənov 1953-cü ildə Gədəbəy rayonunda anadan olub. Əslən Göyçə mahalının Ardanış kəndindəndir. == Siyasi fəaliyyəti == 1998-ci ildən Azərbaycan Respublikasının İranda Fövqəladə və Səlahiyyətli səfiridir. Eyni zamanda 1998-ci ildən EKO-da İqtisadi Əməkdaşlıq Təşkilatında idarə heyətinin üzvü, hazırda isə sədridir. Azərbaycan prezidenti İlham Əliyevin 10 fevral 2012-ci il tarixli sərəncamı ilə Abbasəli Kərəm oğlu Həsənov Azərbaycan Respublikasının Tacikistan Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.
Abbasəli Kərimov
Abbasəli Kərimov (1931, Ardanış – 2004, Bakı) — Azərbaycan şairi, publisisti, pedaqoqu; qabaqcıl təsərrüfat rəhbəri. == Həyatı == Abbasəli Kərimov 1931-ci ildə Göyçə mahalının Ardanış kəndində anadan olub. 1949-cu ilin sentyabrına kimi kolxozda işləmişdir. 2004-cü ildə Bakı şəhərində vəfat edib. == Təhsili == Abbasəli Kərimov 1952-ci ildə orta təhsilini tamamlamışdır. 1952–1956-cı illərdə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun (indiki Azərbaycan Dövlət Pedaqoji Universiteti) fizika-riyaziyyat fakültəsində təhsil almışdır. 1971-ci ildə Bakı Ali Partiya Məktəbinə oxumağa göndərilmişdir. == Fəaliyyəti == === Pedaqoji fəaliyyəti === 1956-cı ildən pedaqoji fəaliyyətə başlayan Abbasəli Kərimov, 1966-cı ildə qonşu Cil kəndində məktəb direktoru vəzifəsinə təyin olunmuşdur. === Siyasi fəaliyyəti === Abbasəli Kərimov 1968-ci ildə Krasnoselo rayon Partiya Komitəsinin Təbliğat-təşviqat şöbəsinin təlimatçısı vəzifəsinə irəli çəkilmişdir. === Təsərrüfat rəhbəri kimi === 1974-cü ilin yanvar ayında öz doğma kəndində Ardanış kolxozu İdarə Heyətinin sədri (kolxoz sədri) vəzifəsinə təyin olunmuşdur.
Abbasəli Novruzov
Abbasəli Ramazan oğlu Novruzov - Azərbaycan Respublikası Milli Təhlükəsizlik nazirinin müavini-Sərhəd Qoşunlarının Komandanı (1994-2001-ci illər). Sərhəd Qoşunları Komandanının baş müşaviri, general-mayor, respublikanın Əməkdar hüquqşünası. == Həyatı == Sərhəd Qoşunlarının əsas vəzifəsi dövlətin siyasi, hərbi, iqtisadi mənafelərini qorumaq, quru və dəniz sərhədlərini müdafiə etməkdir. Silahlı qüvvələrin tərkib hissəsi olmasına baxmayaraq, öz strukturuna görə digərlərindən fərqlənir. Sərhədçilər ilboyu Vətənin hüdudlarını qorumaqla yanaşı, həm də xarici təcavüzü ilk olaraq üzərinə götürən qoşun növüdür, dövlət təhlükəsizliyimizin qarantlarından biridir. General-mayor Abbasəli Novruzov da 75 illik ömrünün 57 ilini sərhədlərimizin müdafiəsinə bağlayan sərkərdələrimizdəndir. Hər şey əsgərlik illərindən başlayıb. Çağırışçı kimi Sərhəd Qoşunlarına düşüb. Və taleyini əbədi olaraq sərhədə bağlayıb. Əvvəlcə SSRİ DTK Sərhəd məktəbinin hüquq bölməsini, sonra isə Dövlət Təhlükəsizlik Akademiyasını bitirmişdir.
Abbasəli Nəzərəliyev
Abbasəli QaraGöz oğlu Nəzərəliyev - 20 yanvar şəhidi. 1962-cu ildə 25 noyabrda Babək rayonunun Əliabad kəndində anadan olub.Tikintidə dülgər işləyib. Şövkət adında bir qızı qaldı. Yanvarın 18—19-da kəndin müdafiəsində iştirak edib. 19-u gecə Qaraburun postunda İdris Məmmədovun qətlə yetirilməsi xəbəri Abbasəlini də sarsıdıb. Onun arxasınca gedib. Yolda ona da güllə dəyib. Dostunun dadına çatmamış Abbasəli də həlak olur.Abbasəli Nəzərəliyevin adı Babək rayonundakı Əliabad kənd məktəbinə verilmiş, "İzmir" kooperativi barelyefini düzəldib məktəbin qarşısına vurmuşdur.Anadan olduğu və yaşadığı Əliabad kəndində dəfn edilmişdir. == Həmçinin bax == "20 Yanvar Şəhidi" fəxri adı alanların siyahısı Azərbaycan Respublikasının Azadlıq uğrunda mübarizlərinin siyahısı Şəhidlər Xiyabanında dəfn olunanlar == Xarici keçidlər == Qulu Kəngərli. 20 Yanvar şəhidləri (PDF).
Abbasəli Pənbeyi
Abbasəli Kərbəlayı Baxşəli oğlu Pənbeyi (1897–1977)—Xiyabani və Pişəvəri hökumətinin fəallarından. == Həyatı == Abbasəli Kərbəlayı Baxşəli oğlu Pənbeyi 1897-ci ildə Miyana şəhərində anadan olmuşdu. 1945-ci ildə başlanan hərəkatda fədailərin hərbi qərargahına Azərbaycan Demokrat Firqəsinin Mərkəzi Komitəsi və mahallarda onun təşkilatları rəhbərlik etmişdir. Azərbaycan Demokrat Firqəsinin fədai dəstələrinin arasında bütün siniflərin nümayəndələri, hətta qadınlar olmuşdur. Azərbaycan xalqının uğurlu gələcəyinə, azadlığına inamı olanlar, xalq arasında təmizliyi ilə hörmət qazananlar fədailərin sırasını təşkil edirdi. Hərbi sahəni bilmək, özünün silahı olmaq, xalq üçün, vətən üçün ölümü qəbul etmək əsas məqsəd götürülmüşdü. Fədai dəstələrinin hazırlanmasında, başçılarının təyin edilməsində firqə təşkilatları əsas rol oynamışlar. Azərbaycan şəhərlərinin şah qoşunlarından təmizlənməsi buna ən bariz nümunə kimi təqdim oluna bilər: Miyana: Noyabrın 14-dən 17-nə qədər; Komitənin sədri Əli Şəmidə, fədai başçıları Qulam Yəhya Danişyan, Abbasəli Pənbeyi, Teymur Mədədi və başqaları. Abbasəli Pənbeyi 1977-ci ildə vəfat edib.
Abbasəli hamamı
Abbasəli hamamı — Abşeron rayonu Fatmayı kəndinin daxilindən keçən Cəlil Cavadov küçəsinin sağ tərəfində yerləşir. == Tikili == L hərfi formasına malik hamam iki hissədən ibarətdir. İki hücrədən ibarət olan hamam müvafiq olaraq 2 günbəzə sahibdir. Girişi qərb hissədəndir. == Tarixi == Hamamın XIX əsrdə tikilməsi qeyd olunur. Hamam hazırda istifadəsiz və baxımsız vəziyyətdədir. Hamamın adının onu inşa etdirən şəxsin adı ilə bağlı olması ehimal edilir.
Abbasəli İsmayılov
Abbasəli İmamqulu oğlu İsmayılov (20 sentyabr 1995, Babək rayonu, Naxçıvan Muxtar Respublikası – 22 oktyabr 2020, Qubadlı rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin baş leytenantı, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Abbasəli İsmayılov 1995-ci il sentyabrın 20-də Babək rayonunun Qahab kəndində anadan olub. İlk təhsilini Qahab kənd tam orta məktəbində alandan sonra 2010–2013-cü illərdə Naxçıvandakı Heydər Əliyev adına Hərbi Liseyi, 2013–2017-ci illərdə isə Azərbaycan Ali Hərbi Məktəbini bitirdikdən sonra hərbi xidmətə başlayıb. == Hərbi xidməti == Azərbaycan Ordusunun baş leytenantı olan Abbasəli İsmayılov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Cəbrayılın, Füzulinin və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Abbasəli İsmayılov oktyabrın 22-də Qubadlının azad edilməsi zamanı şəhid olub. Babək rayonunda dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Abbasəli İsmayılov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarının rəhbəri olan, düşmənin canlı qüvvəsinin və döyüş texnikasının məhv edilməsində rəşadət göstərən, vəzifə borcunu ləqayətlə və vicdanla yerinə yetirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Abbasəli İsmayılov ölümündən sonra "Azərbaycan Bayrağı" ordeni ilə təltif edildi. Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Abbasəli İsmayılov ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi. Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Abbasəli İsmayılov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.
Abbasəli Əsədi
Əsədi Abbasəli Əsədulla oğlu - Təbriz teatrının yarandığı ilk günlərdən bu sənət ocağı ilə bağlı olan teatr fəadailərindən biri. == Həyatı == Abbasəli Əsədi 1888-ci ildə Təbrizdə şöhrətli hərbçi ailəsində doğulub. İbtidai təhsilini şəhərdəki "Loğman" mədrəsəsində alıb. Elmə, maarifə rəğbət bəsləyən Əsədulla kişi təhsilini davam etdirmək üçün Abbasəlini Tehran şəhərinə göndərib. Abbasəli Əsədi burada orta təhsilə yiyələnib. Bayram günlərində bu məktəbin dram dərnəyində fars dilində kiçik məzhəkə və məsxərələr hazırlanıb oynanılırdı. Abbasəli göstərilən məzhəkələrdən birində uşaq rolu oynamaqla səhnəyə ilk dəfə qədəm basıb. Təhsilini başa vurub Təbrizə qayıdan Abbasəli Əsədi 1918-ci ildə inqilabi hərəkata qoşulub. İnqilab yatırılanda Təbrizi tərk etməli olub. 1921-ci ildə Cəlil Məmmədquluzadə ilə Əhar şəhərində görüşüb.
Aşıq Abbasəli
Aşıq Abbasəli (tam adı:Xəlilov Abbasəli Süleyman oğlu) — aşıq, şair. == Həyatı == Aşıq Abbasəli 31 dekabr 1913-cü ildə Göyçə mahalının Daşkənd kəndində anadan olub. Şair Məmmədhüseynin nəticəsidir. 1941–1945-ci illərdə Böyük Vətən müharibəsində iştirak etmiş, orden və medallarla təltif olunmuşdur. Aşıq Abbasəli müharibədən qayıtdıqdan sonra uzun müddət Gədəbəy rayonunda yaşamışdır. 1953-cü ildə ata-baba yurdu olan Göyçə mahalından həmkəndliləri və qohumları deportasiya olunduqdan sonra 1965-ci ildə Aşıq Abbasəli də Bərdə rayonunun Yeni Daşkənd kəndinə köçmüşdür. Aşıq Abbasəli 93 il yaşamış və 30 sentyabr 2007-ci ildə Bərdə rayonunun Yeni Daşkənd kəndində vəfat etmişdir. Yeni Daşkənd kənd qəbiristanlığında dəfn edilmişdir. == Yaradıcılığı == Aşıq Abbasəlinin ustadı Göyçə mahalının Yarpızlı kəndindən olan Aşıq İslam olmuşdur. Aşıq Abbasəli qardaşı Aşıq Novruzun ustadı idi.
Abbasəli bəy Makinski
Abbasəli bəy Bəhram bəy oğlu Makinski (4 (16) iyun 1888, İrəvan, İrəvan qəzası, İrəvan quberniyası, Rusiya imperiyası – 22 mart 1938, Bakı, Azərbaycan SSR, SSRİ) — hüquqşünas, ictimai-siyasi xadim, Azərbaycan Xalq Cümhuriyyətinin Ədliyyə Nazirliyinin müvəkkili, Xarici İşlər Nazirliyinin tərcüməçisi. == Həyatı == Abbasəli bəy Bəhram bəy oğlu Makinski 1888-ci il iyunun 16-da (köhnə təqvimlə 4-də) İrəvan quberniyasının mərkəzi İrəvan şəhərində anadan olub. O, Makinskilər soyunun nümayəndələrindən biridir. Onun soy adı Makinski bu gün İran İslam Respublikasının Qərbi Azərbaycan ostanındakı kiçik Maku şəhərindən alınıb. === Təhsili === Abbasəli bəy Makinski ilk təhsilini doğulduğu İrəvan şəhərindəki realnı məktəbdə, sonra isə Tiflisdəki klassik gimnaziyada alıb. Abbasəli bəy Makinski ali təhsil almaq üçün 1908-ci ildə Kiyev şəhərinə gedir. Ədəbiyyata böyük marağı olsa da Kiyev Universitetinin Hüquq fakültəsində oxumağa üstünlük verir. Yalnız hüquq təhsili almaqla kifayətlənmir, böyük həvəslə fransız, alman və ingilis dillərində danışmağı, latın dilində yazılmış mətnləri oxumağı öyrənir. Tələbəlik illərində özündən bir kurs aşağıda oxuyan, sonralar yazıçı Yusif Vəzir Çəmənzəminli kimi tanınan Yusif Vəzirovla dostlaşır. Onlar birlikdə Kiyevdə oxuyan azərbaycanlı tələbələrin "Zemlyaçestvo" ("Azərbaycan həmyerlilər təşkilatı") yaradırlar.
Abbasəli Əmid Zəncani
Abbasəli Əmid Zəncani (30 mart 1937, Zəncan – 30 oktyabr 2011, Tehran) — Tehran universitetinin rektoru, ayətullah. == Həyatı == Abbasəli Əmid Zəncani 30 mart 1937-ci ildə Zəncan şəhərində anadan olmuşdu. o, fiqh və hüquq sahəsində universitetin mötəbər ustadlarından idi. Hövzənin böyük ustadlarından kəsb etdiyi elm və savad nəticəsində, Cəfəri fiqhinin dəqiq və zərif nöqtələrini universitetlərdə tədris edirdi. O, fiqh və hüquq sahəsində gözəl əsərlər yazmışdır. Abbasəli Əmid Zəncani 2005–ci ildən 2008-ci ilədək Tehran Universitetinin rektoru olmuşdu. Abbasəli Əmid Zəncani 30 oktyabr 2011-ci ildə vəfat edib.
Aşıq Abbasəli Xəlilov
Aşıq Abbasəli (tam adı:Xəlilov Abbasəli Süleyman oğlu) — aşıq, şair. == Həyatı == Aşıq Abbasəli 31 dekabr 1913-cü ildə Göyçə mahalının Daşkənd kəndində anadan olub. Şair Məmmədhüseynin nəticəsidir. 1941–1945-ci illərdə Böyük Vətən müharibəsində iştirak etmiş, orden və medallarla təltif olunmuşdur. Aşıq Abbasəli müharibədən qayıtdıqdan sonra uzun müddət Gədəbəy rayonunda yaşamışdır. 1953-cü ildə ata-baba yurdu olan Göyçə mahalından həmkəndliləri və qohumları deportasiya olunduqdan sonra 1965-ci ildə Aşıq Abbasəli də Bərdə rayonunun Yeni Daşkənd kəndinə köçmüşdür. Aşıq Abbasəli 93 il yaşamış və 30 sentyabr 2007-ci ildə Bərdə rayonunun Yeni Daşkənd kəndində vəfat etmişdir. Yeni Daşkənd kənd qəbiristanlığında dəfn edilmişdir. == Yaradıcılığı == Aşıq Abbasəlinin ustadı Göyçə mahalının Yarpızlı kəndindən olan Aşıq İslam olmuşdur. Aşıq Abbasəli qardaşı Aşıq Novruzun ustadı idi.
Aleksandr Abaşeli
Aleksandr Vissarionoviç Abaşeli (gürc. ალექსანდრე (ისააკ) ბესარიონის ძე აბაშელი;27 avqust 1884 – 27 sentyabr 1954[…], Tbilisi) — gürcü şairi və fantastika yazıçısı. İlk gürcü elmi fantastika romanının (1932) müəllifi. == Həyatı == Aleksandr Abaşeli gənc yaşlarından inqilabi ideyalara valeh olmuş, Rusiyada 1905-1907-ci illər inqilabında bilavasitə iştirak etmişdir. Bunun nəticəsində həbs edilərək Solvıçeqodska (Voloqda vilayəti) sürgün edilmiş, sürgündə olmuşdur. 1908-ci ildə sürgündən qayıtdıqdan sonra o, ilk şeirlərinin (rus dilində) dərc olunduğu “Kavkazisa” və “Novaya reçis” qəzetlərinin redaksiyasında çalışıb. İrtica dövründə Abaşelinin poeziyasına rus simvolistlərinin böyük təsiri olmuşdur. Onun yaradıcılığının ən xarakterik bəndi - "Günəşin gülüşü" (1913) bu dövrə aiddir. Şair 1917-ci il bolşevik inqilabını qəbul etmədi. Gürcüstanın sovetləşməsi illərində Abaşelinin poeziyası bədbinlik, tutqun əhvali-ruhiyyə, inqilaba inamsızlıq və sovet reallığına ikrah hissi ilə doludur.
Namiq Abaslı
Namiq Zülfüqar oğlu Abaslı (12 sentyabr 1997) — Azərbaycanı təmsil edən cüdoçu. 2020-ci ildə Yaponiyanın Tokio şəhərində baş tutan XVI Yay Paralimpiya Oyunlarında bürünc medala sahib olub. == Həyatı == Namiq Abaslı 1997-ci il sentyabrın 12-də anadan olub. 2014-2018-ci illərdə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında (ADBTİA) ali təhsil alıb. == Karyerası == Namiq Abaslı 2018-ci ildə Portuqaliyada baş tutan Dünya Çempionatını yeddinci pillədə başa vurdu. Komanda turnirində isə o, bürünc medalın sahibi oldu. 2019-cu ilin may ayında Qran-Pridə bürünc medal qazanan Namiq Abaslı, həmin ilin iyul ayında İtaliyada baş tutan Avropa Çempionatında da bürünc medala sahib oldu. 2021-ci ilin may ayında isə o, Qran-Prinin qalibi oldu. 2021-ci ilin avqust ayında isə Namiq Abaslı Yaponiyada baş tutan XVI Yay Paralimpiya Oyunlarında mübarizə apardı. Namiq Abaslı Paralimpiadanın 1/4 final mərhələsi çərçivəsində İspaniya nümayəndəsi Serxio İbanez ilə üz-üzə gəldi və rəqibinə məğlub oldu (00:01).
Abasbəyi
Abasbəyi — Çox şirin, şirəli, ətirli yay armudu növü. Armud növü Azərbaycanda qədim zamanlardan bəri becərilir. İlk dəfə Şirvanda yetişdirilməsi ehtimal edilir. Uzunömürlü bitkidir. Çətiri dairəvidir. Ağacının hündürlüyü 10-13 metrdir. Azərbaycanın Aran bölgəsində yaxşı inkişaf edir. 6 illiyində bar verir. Avqust ayında yetişir. Bir ağacdan 75 - 85 kq meyvə yığılır.Meyvəsi uzunsov, qabığı nazik, rəngi açıq-yaşıl rəngdədir.
Abasbəyli
Abasbəyli — Azərbaycan Respublikasının Masallı rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Masallı rayonunun Yeyənkənd inzibati-ərazi vahidi tərkibindəki yaşayış məntəqəsi Abasbəyli kəndi adlandırılmış və rayonun yaşayış məntəqələri uçot məlumatına daxil edilmişdir. == Toponimiyası == 1933-cü ildə Dəvəçi və Sabirabad rayonları ərazisində də Abasbəyli kəndləri qeydə alınmışdır. Bu oykonimlər abasbəyli etnonimi ilə bağlıdır. == Tarixi == Kəndin tarixi XVIII əsrdən başlanır. XVIII əsrdən Viləş çayı kənarında məskən salmışlar. Sonralar çayın selindən qorunmaqdan ötrü çaydan biraz aralıda yerləşmişlər. == Əhalisi == Əhalisi 760 nəfərdir. Kənd əhalisini azərbaycanlılar təşkil edir. == Coğrafiyası və iqlimi == Bu kənd Lənkəran ovalığında, Viləş çayı sahili və dağətəyi zonada yerləşir.
Qabarəli
Qabarəli - İrəvan xanlığının Dərəçiçək mahalında kənd adı. == Tarixi == 1830-cu ildə Azərbaycan türklərindən ibarət əhalisi qovulmuş və kənd dağıdılmışdır. Əsli Kabar eli yə'ni Kabar tayfası. == Toponimi == Mənşəcə Xəzərlərin Kabar (Kəbər) tayfasının adını əks etdirir. Azərbaycanda Kəbirli və Kəlbəcər rayonunda Havarlı (Qabarlıdan təhrif) kənd adları ilə mənşəcə eynidir.
Əbasəlt
Əbasəlt və ya tam adıyla Xacə Əbasəlt Əbdüssəlam ibn Saleh ibn Süleyman Herəvi — On iki imam şiələrinin 8-ci imamı Əli ibn Musa ər-Rza, 9-cu imamı Məhəmməd ibn Əli ət-Təqi və 10-cu imamı Əli ibn Məhəmməd ən-Nəqinin səhabəsi. == Həyatı == H.Q. 160-cı ildə Mədinə şəhərində anadan olmuşdur. Bəsrə, Kufə, Hicaz, Yəmən kimi ərazilərə səfər etmiş və alimlərdən hədis öyrənmişdir. Ərəb xəlifəsi Abdullah Məmunun hakimiyyəti dövründə 1 il həbsdə olmuşdur. Həbsdən çıxdıqdan sonra bir müddət Herat şəhərində yaşamışdır. H.Q. 236-cı ildə vəfat etmiş və indiki Məşhəd şəhərində dəfn olunmuşdur. Sonralar məzarı üzərində türbə-məscid kompleksi inşa olunmuşdur.
Ağasəlim
Ağasəlim — kişi adı.
Bağəli
Bağəli — Azərbaycan Respublikasının İsmayıllı rayonunun inzibati ərazi vahidində kənd. Lahıc turizm zonasında yerləşir. == Əhalisi == Kəndin əhalisi 44 nəfər yaşayır ki, onun da 22 nəfəri kişi, 22 nəfəri isə qadındırdir. Kənd əhalisi maldarlıqla və bostançılıqla məşğul olur. Kənd elektrik enercisi ilə təmin edilir. Kənddə yeməkxana və çayxana yoxdur. Kəndə yay mövsümündə avtomobillə, qış mövsümündə isə Lahıc qəsəbəsindən sonra 5 km yolu piyada getmək olar. == Tarixi == Yaşayış məntəqəsi XIX əsrdə Lahıcdan çıxmış ailələrin Bağəli adlı yerdə məskunlaşması nəticəsində yaranmışdır.
Baləli
Balaəli (Balaəli Maştağalı olaraq da bilinir; tam adıyla: Balaəli Oqtay oğlu Rzayev; d. 28 avqust 1986, Bakı) — azərbaycanlı meyxanaçı. == Həyatı == Balaəli Maştağalı 1986-cı il avqustun 28-də Azərbaycanın Bakı şəhərində doğulub. === Populyarlıq qazanması === 2010-cu və 2011-ci ildə Azərbaycan telekanallarında yayımlanan "De Gəlsin" meyxana yarışmasında iştirak edib. Meyxanaçı 2022-ci ildə "Vurularam hərdən" meyxanası ilə populyarlıq qazanmışdır. == Ailəsi == Ailəlidir, bir qızı var.
Ababəyli bələdiyyəsi
Ağcabədi bələdiyyələri — Ağcabədi rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Ataməli Musaoğlu
Ataməli Seyidməmməd oğlu Musaoğlu və ya Musayev (5 mart 1995, Lökbatan – 16 oktyabr 2020, Tərtər rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin tabeliyindəki Azərbaycan Ordusunun Xüsusi Təyinatlı Qüvvələrinin baş kəşfiyyatçısı, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Ataməli Seyidməmməd oğlu Musaoğlu əslən Neftçaladan olsa da Lökbatan qəsəbəsində doğulub. Neftçi Qurban adına 288 sayılı tam orta məktəbdə təhsilini almışdır. BDU məzunu olub. Xəzər universitetində magistr tələbəsi olan Ataməli psixoloq kimi fəaliyyət göstərirdi və çox uğurla karyerasını yüksəldirdi. 2 yaşında Gül adlı qızı var. Evin tək oğlu idi. Səfərbərlik zamanı işini, qızını arxada qoyub könüllü cəbhəyə yollanmışdı. Suqovuşana bayraq sancanlardan olub. Yaralı dostunu xilas edərkən düşmən tərəfindən ürəyindən nişan alınıb və atasının ad günündə 16 oktyabr tarixində Ağdərə rayonunda qəhrəmancasına şəhidlik zirvəsinə yüksəlib.
Ağacəli (Əhər)
Ağacəli — İranın Şərqi Azərbaycan ostanında kənd. == Coğrafi yerləşməsi == Əhər şəhristanının Vərzəqan bölgəsinin Müvazəxan kəndistanında, Vərzəqan qəsəbəsindən 25 km. qərbdədir.
Abasallı
Abasallı (Yardımlı)
Abaşiri
Abaşiri (yap. 網走市) — Yaponiyanın Hokkaydo adasında və eyni adlı prefekturanın Oxotsk sabprefekturada yerləşən şəhər.
Abbaslı
Abbaslı – Azərbaycan Respublikasının Şəmkir rayonunun inzibati-ərazi vahidində kənd. == Tarixi == Abbaslı/Abaslı Şəmkir rayonunun Seyfəli inzibati ərazi vahidində kənd. Şəmkir çayının sahilində, dağ ətəyindədir. Oykonim abbaslı/abaslı etnonimi ilə bağlıdır. Yerli əhalinin verdiyi məlumata görə, kəndin əsası XIX əsrdə İrəvan quberniyasından gəlmiş eyniadlı nəslə məxsus ailələr tərəfindən qoyulmuşdur. 1917-ci ildə Yardımlı rayonunun Şiləvəngə inzibati-ərazi vahidində Abaslı kənd adı qeydə alınmışdır. == Əhalisi == Əhalisinin sayı 2970 nəfərdir (2015). Əhalinin əsasə məşğuliyyəti heyvandarlıq və əkinçilikdir.
Ağbaşlı
Ağbaşlı — Azərbaycan Respublikasının Xocavənd rayonunda ərazisi yerləşən ləğv olunmuş kənd. Ləğv olunmaqdan qabaq Füzuli rayonunun Veysəlli kənd inzibati ərazi dairəsində kənd idi. Kənd 1993-cü ildə Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilmişdir. Kənd 2020-ci ildə işğaldan azad olunub. 5 dekabr 2023-cü il tarixli Qanunla Füzuli rayonunun inzibati ərazi bölgüsünə daxil olan Veysəlli kənd inzibati ərazi dairəsi tərkibindəki Ağbaşlı kəndi ləğv edilərək Azərbaycan Respublikasının ərazi vahidlərinin Dövlət reyestrindən çıxarılmış, kəndin ərazisi isə Xocavənd rayonunun inzibati ərazisinə verilmişdi.
Abadlı
Təhlə (əvvəlki adı: Abadlı) — Azərbaycan Respublikasının Bərdə rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Bərdə rayonunun Babək adına kolxozun ərazisindəki yaşayış məntəqəsi Abadlı kəndi adlandırılaraq rayonun yaşayış məntəqələri siyahısına daxil edilmiş və bu kənd mərkəz olmaqla Abadlı kənd Soveti yaradılmışdır. Azərbaycan Respublikası Ali Soveti Milli Şurasının 29 aprel 1992-ci il tarixli, 112 saylı Qərarı ilə Bərdə rayonunun Abadlı kəndi Təhlə kəndi adlandırılmışdır.
Abaeni
Abaeni — Urartu dövlətində şəhər. Assuriya çarı I Sarqon VIII yürüşündə Abaenini ələ keçirə bilmişdir. Qriqor Qapantsyan şəhərin Malazgird ilə Bağrevənd arasında olduğuna inanır. Bəziləri bunu Apaxunik vilayəti ilə eyniləşdirir. Adların fonetik yaxınlığı çox güman ki, təsadüfidir.
Abazlı
Abazallı (əvvəlki adı: Abasali) — Azərbaycan Respublikasının Cəlilabad rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 27 mart 2001-ci il tarixli, 110-IIQ saylı Qərarı ilə Cəlilabad rayonunun Təklə kənd inzibati ərazi dairəsi tərkibindəki Abasali kəndi Abazallı kəndi adlandırılmışdır. == Toponimikası == Kəndin adı 2001-ci ildən Abazallı kimi rəsmiləşdirilmişdir. Yardımlı rayonunda yerləşən Abasallı kəndi ilə əlaqəyə malik olduğu düşünülür. Biləsuvar rayonundakı Novomixaylovka (indiki Zəhmətabad) kəndinin adı da 1840-cı ilədək Abazallı olmuşdur. Bu oykonimlər xəzər və peçeneqlərin tərkibində Azərbaycana gəlmiş abaza (avaz/abas/abaz) tayfasının adı ilə bağlıdır. Türkmənistanda Avaza, Xakas MV-də Abaza, Gürcüstanda Abaşa, Abazlar toponimlərinin, Azərbaycanda isə Avazlar, Avaz, Abbazlı (Qazax rayonunun İkinci Şıxlı kəndində tayfa) toponim və etnonimlərinin qeydə alınması bu fikri təsdiq edir. Digər bir fikrə görə kəndin adı əslində Abasalılıdır (Abasəlikənd). Keçmişdə bu ərazidə iki Abasəlikənd olmuşdur: biri Aşağı Qaramanlı, digəri isə indiki Abbasəlli kəndi. == Coğrafiyası və iqlimi == Kənd Burovar silsiləsinin ətəyində yerləşir.