Abasbəyli — Azərbaycan Respublikasının Masallı rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Masallı rayonunun Yeyənkənd inzibati-ərazi vahidi tərkibindəki yaşayış məntəqəsi Abasbəyli kəndi adlandırılmış və rayonun yaşayış məntəqələri uçot məlumatına daxil edilmişdir.[1]
Abasbəyli | |
---|---|
39°01′00″ şm. e. 48°36′00″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
1933-cü ildə Dəvəçi və Sabirabad rayonları ərazisində də Abasbəyli kəndləri qeydə alınmışdır. Bu oykonimlər abasbəyli etnonimi ilə bağlıdır.[2]
Kəndin tarixi XVIII əsrdən başlanır. XVIII əsrdən Viləş çayı kənarında məskən salmışlar. Sonralar çayın selindən qorunmaqdan ötrü çaydan biraz aralıda yerləşmişlər.
Əhalisi 760 nəfərdir.[3] Kənd əhalisini azərbaycanlılar təşkil edir.
Bu kənd Lənkəran ovalığında, Viləş çayı sahili və dağətəyi zonada yerləşir. Qonşu kəndləri şimal-şərqdə Masallı yolu üzərində Yeyənkənd kəndi, Cənubdan Xəlfələr, şimal-qərbdən Tatyan, cənub-şərqdən Allahyarlı ilə əhatə olunmuşdur. Abasbəyli kəndi suptropik iqlimdə yerləşir.
Kəndin öz iqtisadiyyatı demək olar ki, yoxdur. Əhalinin bir qismi əkinçilik, bir qismi heyvandarlıqla məşğuldur. Əhalinin bir hissəsi Rusiyada (əsasən Kazan şəhəri) ticarətlə məşğuldur.
Masallı rayonu ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |