Ataməli Seyidməmməd oğlu Musaoğlu və ya Musayev (5 mart 1995, Lökbatan – 16 oktyabr 2020, Tərtər rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin tabeliyindəki Azərbaycan Ordusunun Xüsusi Təyinatlı Qüvvələrinin baş kəşfiyyatçısı, İkinci Qarabağ müharibəsi şəhidi.
Ataməli Musaoğlu | |
---|---|
Ataməli Seyidməmməd oğlu Musaoğlu | |
Şəxsi məlumatlar | |
Doğum adı | Ataməli Musayev |
Doğum tarixi | 5 mart 1995(1995-03-05) |
Doğum yeri | |
Vəfat tarixi | 16 oktyabr 2020(2020-10-16) (25 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | Lökbatan Şəhidlər Xiyabanı |
Vətəndaşlığı | |
Atası | Seyidməmməd Musayev |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Qoşun növü | Xüsusi Təyinatlı Qüvvələr |
Xidmət illəri | 2020 |
Rütbəsi | Baş kəşfiyyatçı |
Döyüşlər | İkinci Qarabağ müharibəsi |
Təltifləri | 2020 |
Ataməli Seyidməmməd oğlu Musaoğlu əslən Neftçaladan olsa da Lökbatan qəsəbəsində doğulub. Neftçi Qurban adına 288 sayılı tam orta məktəbdə təhsilini almışdır. BDU məzunu olub. Xəzər universitetində magistr tələbəsi olan Ataməli psixoloq kimi fəaliyyət göstərirdi və çox uğurla karyerasını yüksəldirdi. 2 yaşında Gül adlı qızı var. Evin tək oğlu idi. Səfərbərlik zamanı işini, qızını arxada qoyub könüllü cəbhəyə yollanmışdı. Suqovuşana bayraq sancanlardan olub. Yaralı dostunu xilas edərkən düşmən tərəfindən ürəyindən nişan alınıb və atasının ad günündə 16 oktyabr tarixində Ağdərə rayonunda qəhrəmancasına şəhidlik zirvəsinə yüksəlib.
Azərbaycan Silahlı Qüvvələrinin Baş Kəşfiyyatçısı olan Ataməli Musaoğlu 2020-ci il oktyabrın 16-da Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Ağdərənin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Ataməli Musaoğlu oktyabrın 16-də Ağdərə döyüşləri zamanı şəhid olub. Lökbatan rayonunda şəhidlər xiyabanında dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zaman igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 09.12.2020-ci il tarixli Sərəncamına əsasən Ataməli Musaoğlu “Vətən Uğrunda”, 29 dekabr 2020 tarixli sərəncamı ilə “Suqovuşanın azad olunmasına görə” və “Cəsur Döyüşçü” medalı ilə təltif edilib.