Abbaslı – Azərbaycan Respublikasının Şəmkir rayonunun inzibati-ərazi vahidində kənd.
Abbaslı | |
---|---|
40°46′04″ şm. e. 46°08′10″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 445 m |
Saat qurşağı | |
Rəqəmsal identifikatorlar | |
Poçt indeksi | AZ 5731 |
Abbaslı/Abaslı Şəmkir rayonunun Seyfəli inzibati ərazi vahidində kənd. Şəmkir çayının sahilində, dağ ətəyindədir. Oykonim abbaslı/abaslı etnonimi ilə bağlıdır. Yerli əhalinin verdiyi məlumata görə, kəndin əsası XIX əsrdə İrəvan quberniyasından gəlmiş eyniadlı nəslə məxsus ailələr tərəfindən qoyulmuşdur. 1917-ci ildə Yardımlı rayonunun Şiləvəngə inzibati-ərazi vahidində Abaslı kənd adı qeydə alınmışdır[1].
Əhalisinin sayı 2970 nəfərdir (2015). Əhalinin əsasə məşğuliyyəti heyvandarlıq və əkinçilikdir.