Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Zaman amili nəzərə alınmaqla pulun dəyəri
Zaman amili nəzərə alınmaqla pulun dəyəri (pulun zaman dəyəri, pulun zaman dəyəri nəzəriyyəsi, ing. time value of money) — bugünkü pul gəlirinin (xərcinin) eyni məbləğə sabahdan daha dəyərli olması anlayışı. Pulun zaman dəyəri haqqında ifadə maliyyə riyaziyyatının əsas müddəalarından biridir. Dəyər fərqi ona görədir ki, pul yatırıla bilər və gəlir əldə edə bilər. Buna görə də pulun sahibi itirdiyi gəlirə görə kompensasiya tələb edə bilər. İtirilmiş gəlir fürsət dəyəri kimi çıxış edir. İstehlakçı davranışı və seçimi nəzəriyyəsində də oxşar problem yaranır. İstehlakçı cari gəlirinin nə qədərini bu gün istehlak edəcəyi ilə sabah istehlak üçün nə qədər qənaət edəcəyi arasında seçim etməlidir. İstehlakçının optimal seçimi dövrlərarası seçim nəzəriyyəsində nəzərdən keçirilir. Pulun dəyəri ilə gözləmə müddəti arasındakı əlaqə artıq orta əsrlərdə özünü büruzə verirdi.
Alınaq Noyon
Alınaq Noyon (ö. 1284, Elxanilər dövləti) — Elxani dövlətində xidmət etmiş komandanlardan biri və Gürcüstan hakimi. O, Elxani hökmdarı Əhməd Təkudarın kürəkəni idi. Onun Hülakü xanın komandanlarından biri olmuş Tügür Bitikçinin oğlu olduğu ehtimal edilir. Alınaq Əhməd Təkudarın taxt uğrunda mübarizədəki rəqibi Arquna qarşı yürüşı komandanlıq etmişdir. Arqun yazda özünə müttəfiqlər qazanmaq və güc toplamaq üçün Xorasanı tərk etdi. Onun əsas dəstəkçiləri kiçik əsilzadələr və əyanlar idilər. Eyni zamanda Təkudar da özünün ögəy qardaşı olan Qonqurtayın Arqun ilə ittifaq qura biləcəyindən şübhələnməyə başladı. Beləliklə, Qonqurtay Təkudarın Gürcüstan hakimi Alınaq tərəfindən taxta qarşı sui-qəsd planlamaqda ittiham edildi və 17 yanvar 1284-cü ildə həbs edildi. Elə növbəti gün Qonqurtay edam edildi.
Alınmaz qalanın qəhrəmanları
Alınmaz qalanın qəhrəmanları qısametrajlı sənədli-bədii filmi rejissor Elnur Əliyev tərəfindən 2013-cü ildə çəkilmişdir. Film Gədəbəy rayonundan olan dörd Milli Qəhrəmanın həyat və döyüş yollarından bəhs edir. Ekran əsəri Gədəbəy rayonundan olan dörd Milli Qəhrəman — Məzahir Rüstəmov, İsgəndər Aznaurov, İlham Əliyev və Aytəkin Məmmədovun həyat və döyüş yollarından bəhs edir.
Azərbaycan dilində alınma sözlər
Azərbaycan dilinin lüğət tərkibindəki sözlərin böyük çoxluğu (özəlliklə say, əvəzlik və feillərin, demək olar ki, hamısı) milli mənşəli sözlərdir. Başqa xalqlarla müəyyən əlaqələr nəticəsində Azərbaycan dilinə çoxlu alınma sözlər keçmişdir. Azərbaycan dilində alınma sözlər mənşəyinə görə iki qrupa bölünür: Ərəb və fars dillərindən alınma sözlər. Avropa dillərindən alınma sözlər. Ərəb və fars dillərindən alınma sözlərin çoxu fəal ümumişlək sözlərdir və onları əsl Azərbaycan sözlərindən fərqləndirmək çətindir. Məsələn, kitab, alim, dünya, məktəb, tələbə, şagird və s. Rus dilindən keçmiş sözlər: samovar, paraxod, zavod, vedrə və s. Latın dilindən keçən sözlər: direktor, respublika, konstitusiya və s. Alman dilindən keçən sözlər: veksel, kurort, qalstuk, şayba və s. İngilis dilindən keçən sözlər: klub, mitinq, trolleybus, keks, futbol, rels, basketbol və s.
Yapon dilində alınma sözlər
Qayrayqo (外来語, azərb. "alınma söz"‎) – yapon dilindəki alınma sözləri bildirən termin. Müasir yapon dilində alınma sözlər geniş istifadə olunur və katakanadan istifadə edilərək yazılır. Çin dilindən götürülmüş sözlər qayraqo hesab olunmur; onların sayı həm çoxdur, həm də kancilərlə yazıldığı üçün yerli sözlərdən çətin fərqləndirilir. Yapon dilindəki qayrayqoların böyük hissəsi ABŞ və Avropa mənşəlidir. İngilis, holland, portuqal, ispan, rus, fransız dillərindən alınma sözlər müasir dövrdə yapon dilinə keçdiyi halda, qədim dövrlərdə sanskrit, koreya və aynu kimi dillərdən yapon dilinə sözlər keçmişdir. 1956-cı ildə Milli Yapon Dili Tədqiqat İnstitutu tərəfindən aparılmış tədqiqata görə yapon dilinin 10%-ini qayrayqolar təşkil edir və bu göstərici artmağa davam edir. Arakava Sobey tərəfindən yazılmış "Alınma sözlər lüğəti"ndə 25 mindən çox söz yer almışdır. Bəzilərinin fikrincə qayrayqolar yapon dilini zənginləşdirir və xarici dillərlə tanışlığı asanlaşdırır. Bəziləri isə düşünür ki, alınma sözləri "mədəni gerilik" simvoludur və dili qəlizləşdirir.
Alınmaz qalanın qəhrəmanları (film, 2013)
Alınmaz qalanın qəhrəmanları qısametrajlı sənədli-bədii filmi rejissor Elnur Əliyev tərəfindən 2013-cü ildə çəkilmişdir. Film Gədəbəy rayonundan olan dörd Milli Qəhrəmanın həyat və döyüş yollarından bəhs edir. Ekran əsəri Gədəbəy rayonundan olan dörd Milli Qəhrəman — Məzahir Rüstəmov, İsgəndər Aznaurov, İlham Əliyev və Aytəkin Məmmədovun həyat və döyüş yollarından bəhs edir.
Erməni dilində türkmənşəli alınma sözlər
Erməni dilində türk mənşəli alınma sözlər – erməni dilində mövcud olan və türk mənşəli olan alınma sözlərə verilən ad. Erməni dilində xeyli sayda türk mənşəli alınma sözlər mövcuddur və Ermənistan özü türkdilli ərazilər ilə əhatə olunub. Erməni dilinin ən çox türk mənşəli alınma sözə malik ləhçəsi İstanbul ləhçəsidir. Buna baxmayaraq, türk dilləri erməni ədəbi dilinə yox, daha çox ləhçələrinə təsir göstərmişdir. Buna görə də erməni dilindəki türk mənşəli alınma sözlər erməni ədəbiyyatında o qədər də qorunub saxlanılmayıb. Erməni aşıqların istifadə etdiyi danışıq dili türk və fars mənşəli alınma sözlərlə dolu idi. Erməni dilçi Raçiya Açaryan XV-XIX əsrlərdə ermənicə yazılı mənbələrdə təxminən 4200 türk mənşəli söz aşkarlamışdır. Bu türkcə mənşəli sözlərin bəziləri bunlar idi: bayatı, başlug (başlık), bek (bey), biz, bostan, bostancı, debağ, talan, gacag (kaçak), nal, nalband, çıban, tolma (dolma), bozbaş, oba, ana, ata, eziz (aziz), gapı, gesd (kasd), gız (kız), yeası (yiyesi), helal, haram, ağ, ağa, el, ilan, damga, donguz (domuz). Türk Dil Qurumunun keçmiş prezidenti Şükrü Haluk Akalın 2010-cu ildə verdiyi açıqlamada erməni dilində 3166 türk mənşəli sözün olduğunu bildirmişdir. Günay Karaağac tərəfindən hazırlanan və Türk Dil Qurumu tərəfindən yayımlanmış bir əsərdə göstərilmiş, erməni dilindəki bəzi türk mənşəli sözləri bunlardır: acı, aşık, boş, bütün, cenk, civar, çalgı, çolak, derbeder, durgun, eşik, folluk, fulya, göç, kamin, hatun, işik, ehtaç, istek, candarma, kafadar, kogan, leken, lezet, mani, misafir, neçe, nutk, oturak, oya, ös, örtü, paşa, pişgin, irica, silik, irişvet, saygı, şaşkın, şimdik, teyze, uçurma, ügez, üzüm, vazzal, veran, yarlah, zampara, zeybek.
Qalıncaq
Qalınçaq — Azərbaycan Respublikasının İsmayıllı rayonunun inzibati ərazi vahidində kənd. Rayon mərkəzindən 14 km şimal qərbdə İsmayıllı-Qəbələ yolu kənarında, Ax-ox çayın sol sahilində, dağ ətəyində yerləşir. Əhalisi bağçılıq, tütünçülük, baramaçılıq, taxılçılıq və heyvandarlıqla məşğuldur. Kənddə orta məktəb, kitabxana, mədəniyyət evi və tibb məntəqəsi mövcuddur. Əhalisi 1965 nəfərdir ki onunda 1004 nəfəri kişi, 961 nəfəri qadındır. Kənd sakinlərinin əsas iqtisadiyyatı kömür ticarətindən ibarətdir. Bu kəndə hər sakinin həyətində kömür hazırlanır. 1. Elxan Balaəhməd oğlu Bünyadov 1970-25.10.1995 2. Zaman Bağı oğlu Qarayev 1970-30.10.1992 3.
Aşınma
Bastiliyanın alınması
Bastiliyanın alınması (fr. Prise de la Bastille) — Böyük Fransa inqilabının bir epizodu. == Tarixi == Fransada XVIII əsrin sonu Kralın ikiüzlü siyasəti və Parisin çörəklə təchizatının kəskin pisləşməsi cəmiyyətdə gərginliyin artmasına səbəb olur. Parlamenti dəstəkləyən əhalinin gözünə hər yanda "aristokrat sui-qəsdi" görünməyə başlayır, şəhərə şayiə yayılır ki, kral qoşunları Bastiliya qalasının yanında cəmləşəcək. Paris qiyama qalxır. Qiyamçılar silah anbarlarını ələ keçirir, 14 iyul 1789-cu ildə isə hamının kral tiraniyasının rəmzi kimi tanıdığı Bastiliya ələ keçirilir . Bu, artıq qiyam deyil, əsl inqilab idi. Bastiliyanın alınması günü indi Fransada milli bayram kimi qeyd olunur. Bastiliyanın alınmasından dərhal sonra Fransada iri torpaq sahiblərinə qarşı kəndlilərin üsyanı başlayır. Üsyançıları dəstəkləyən Milli Assambleya avqustun 6-da feodal imtiyazlarının və kilsə vergisinin (mədaxilin 10%-i) ləğv olunması barədə dekret qəbul edir.
Kazanın alınması
Rus qoşunlarının Kazan xanlığına qarşı yürüşləri. Kazan xanlığını Osmanlı imperiyası, Krım xanlığı və Noqay ordası dəstəkləyirdi. Kazan qoşunları 1534-cü ildən 1545-ci ilə qədər, hər il Rus dövlətinin şərq və şimal-şərq qıraqlarına yürüşlər edirdi. XVI əsrdə Kazan xanlığında 100 min rus əsiri var idi. Onların çoxusunu Osmanlıya və Aralıq dənizi ölkələrinə satılırdı. Bundan başqa ruslar Volqa və Kama üzərində ticarətlərini genişləndirərək, qaçılmaz olaraq tatarlarla toqquşmalı idilər. Eyni zamanda rus feodallarını xanlığın geniş torpaqları cəlb edirdi, bu ərazilərdə ruslar böyük mülklər əldə etmək fikrində idilər. 1487-ci ildə Moskva knyazı III İvan Kazanı Moskvadan 1521-ci ilə qədər vassal asılı vəziyyətə saldı. III Vasili, Volqanın sağ qollarında dayaq məntəqələri olan, Vasilsursk istehkamının əsasını qoydu(1523) və Temniklər şəhərciyini möhkəmləndirdi. Kazan yürüşləri VI İvanın vaxtında baş verdi.
Qalınçaq bələdiyyəsi
İsmayıllı bələdiyyələri — İsmayıllı rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Qolçomaqlıqdan salınma
Qolçomaqlıqdan salınma (rus. раскулачивание, translit. raskulaçivanie; ukr. розкуркулення, translit. rozkurkulenniya) - İlk beş illik planın 1929-1932-ci illərində milyonlarla qolçomaq (varlı kəndli) və onların ailələrinin tutulması, deportasiyası və edam olunması da daxil olmaqla Sovet siyasi repressiyaları kampaniyası idi. Əkin sahələrinin müsadirə edilməsini asanlaşdırmaq üçün Sovet hökuməti qolçomaqları SSRİ-nin sinfi düşmənləri kimi göstərdi. 1930-1931-ci illərdə 1,8 milyondan çox kəndli sürgün edildi. Kampaniya əks-inqilabla mübarizə və kəndlərdə sosializm qurmaq məqsədi güdürdü. Sovet İttifaqında kollektivləşmə ilə eyni vaxtda həyata keçirilən bu siyasət Sovet Rusiyasındakı bütün kənd təsərrüfatını və bütün əməkçiləri səmərəli şəkildə dövlət nəzarəti altına aldı. Qolçomaqlıqdan salınma zamanı aclıq, xəstəlik və kütləvi edamlar 1929-cu ildən 1933-cü ilədək ən az 530.000-dən 600.000 nəfərin ölümünə səbəb oldu, lakin daha yüksək hesablamalar mövcuddur: tarixçi Robert Konkvest 1986-cı ildə 5 milyon insanın öldüyünü təxmin etdi.
Ədənin alınması
Ədənin alınması — 1547-ci ildə yerli əl-Tevlaki qəbiləsinin nəzarətinə keçən Ədənin Portuqaliya imperiyasının işğal etməsinə qarşı 26 Fevral 1548-ci ildə Piri Rəisin komandanlığı altında Osmanlı imperiyası tərəfindən keçirilən hərbi əməliyyat. Ədən əməliyyatı Osmanlı-Portuqaliya müharibəsi (1538-1557) zamanı əsas hadisələrdən olmuşdur. Yəmən və onun ən əhəmiyyətli limanı olan Ədən, Məmlük Sultanlığına daxil olduğu üçün 1517-ci ildə Ridaniyə döyüşüdən sonra, bu ölkənin bütün torpaqları ilə Osmanlı imperiyasının tabeliyinə keçdi. Tahirilər sülaləsinin nümayəndələri tərəfindən idarə olunan bölgənin strateji əhəmiyyəti və yerli hökmdarların Qırmızı dəniz bölgəsində getdikcə daha təhlükəli olan Portuqaliyaya rəğbət bəsləməsi səbəbindən Yəmən və Ədənin birbaşa Osmanlı rəhbərliyi altında olacağı təxmin edilirdi. Lakin portuqaliyalıların artan iddiası Osmanlı imperiyasını xüsusilə narahat edirdi. Onlar hər vəchlə Hind Okeanında nəzarəti ələ alaraq, Avropa ilə bütün Şərqi Asiyanın ticarətini inhisara almağa çalışırdılar. Bu səbəbdən portuqallar Ərəbistan yarımadasında olan əsas liman və boğazları ələ keçirməyə çalışırdılar. Məmlük dövlətinin süqutundan sonra Portuqaliyalılara mübarizə aparacaq yeganə dövlət Osmanlı imperiyası idi. Çünki, regionda olan daha bir müsəlman dövləti Səfəvi imperiyasının donanması və odlu silahı az olduğundan onlarla mübarizə aparacaq potensiala malik deyildi. Bu məqsədlə 1525-ci ildə Salman Rəisin komandanlığı altında 18 gəmidən ibarət Osmanlı donanması Ədəni ələ keçirməklə Portuqaliyanın bu bölgədəki mövqelərinə ciddi zərbə vurdu.
İnəgölün alınması
İnəgölün alınması və ya Bizans mənbələrindəki adı ilə Angelokoma mühasirəsi İnəgöl Təkfurluğunun (Angelokoma Təkfurluğu) təkfuru olan Aya Nikola ilə Osmanlı imperiyasının Ordu komandanı olan Turqut bəy arasında baş vermiş olan müharibədir. Müharibə türklərin qələbəsi ilə başa çatmışdır. Bu qələbə Osmanlı tarixində Qulacahisarın alınmasından sonrakı ilk qələbələrdən biridir. Bu qələbə zamanı Osman Qazinin böyük qardaşı olan Gündüz bəy şəhid olmuş, Nikola isə Turqut Alp tərəfindən öldürülmüşdür. Bu qələbə 1299-cu ildə baş vermişdir. Bu qələbədən sonra Qoyunhisar müharibəsi (1302), Bursanın mühasirəsi (1326) və Osmanlı imperiyasının yaradılması baş vermişdir.
Qulacahisarın alınması
Qulacahisarın alınması və ya Qulacahisar hücumu; 1285-ci ildə Osman bəyin komandanlığı altında olan türk qoşunları ilə Bizans imperiyası arasında baş vermiş olan müharibədir. I Osman İnəgöldən bir neçə fərsəx uzaqda yerləşən və Əmirdağın ətəyində olan bu qalanı Ermənibeli müharibəsində qardaşı Savcı bəyin oğlu olan Bayhocanın öldürülməsindən sonra ələ keçirmişdi. 300 nəfərlik hərbi qüvvə ilə gecə basqını nəticəsində qala türklərin əlinə keçmişdir. Bu, Osmanlı imperiyasının tarixində ilk qala alınmasıdır. Xristian xalq Osman bəyin sultanlığını qəbul etdiyi üçün oradakı insanlara zərər vurulmamışdır. Osman bəy qalanı yerlə-yeksan etmiş olsa da, camaatın canını bağışlamış və onları əsir götürmüşdür.
Orqanik aşınma
Şaxtadan aşınma
Fiziki aşınmanın bir növüdür. Şaxta aşınması soyuq sahələrdə (qütb ölkələrində və ya dağların nival qurşağındal) süxurların arasına dolan suyun donması nəticəsində onların mexaniki parçalanması və dağılmasıdır.
Aşınma qabığı
Aşınma qabığı — litosferin üst hissələrində (əsasən aerasion zonada) aşınma amillərinin təsiri altında maqmatik, metamorfik və çökmə süxurların dəyişilməsi nəticəsində əmələ gələn süxurlar kompleksi. Səth sularının daha dərinə süzülməsi (filtrasiya) üçün münasib şərait (süxurların kontaktı, parçalanma zonaları üzrə və b.) olduqda aşınma qabığı alt sərhədi aerasiya zonasından aşağı enir. Aşınma qabığı anlayışına ilkin süxur quruluş əlamətlərini saxlayan tipik elüviumdan başqa, həmçinin aşınma zamanı mad-dənin şaquli yerdəyişməsi nəticəsində bu əlaməntləri itirmiş elüvium törəmələri də (məsələn, əhəngdaşıları, halogen süxurlarının aşınması nəticəsində əmələ gələn elüvium, həmçinin bəzi infiltrasion törəmələr) aid edilir. Fiziki və biokimyəvi proseslər nəticəsində əmələ gələn aşınma qabığı ayrılır. İlkin süxurların dəyişmə dərəcəsi və xüsusiyyətindən asılı olaraq, bir sıra geokimyəvi qabıq tipləri ayrılır: laterit, sialit, oksidləşmiş filiz, qırıntılı və b. Ən çox yayılmış mineraloji aşınma qabığı növlərinə cipsit, kaolinit, montmorillinit, oksidləşmiş sulfid filizləri, sulfat və b. aid edilir. Aşınma qabığı litosferin üst hissəsində, ana süxurların əsasən öz yerlərində fiziki, kimyəvi və bioloji aşınma və denudasiya nəticəsində əmələ gələn, kövrək təbəqədən ibarət geoloji formasiyaya deyilir. Əmələgəlmə dövrünə əsasən, aşınma qabığı iki yerə ayrılır: müasir qədim == Mənbə == fiziki aşınma kimyəvi aşınma üzvi aşınma Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press.
Altındağ
Altındağ — Ankara böyükşəhər bələdiyyəsinə bağlı ilçə. 1984-cü ildə ilçə statusu verilmişdir. Türkiyə Cumhuriyətinin elan edildiyi ilk Türkiyə Böyük Millət Məclisi bu ilçədədir.
Altınçağ
Qızıl Əsr (türkcə Altınçağ) — türk mifologiyasında, xalq inancında və ictimai fəlsəfədə mükəmməl dünya idealı. Dövri-səadət deməkdir. Müxtəlif türk dillərində Altınçak və ya Altanşak olaraq da deyilər. Monqolcada Altangalav və ya Altangalab olaraq bilinir. İnsanların xoşbəxtlik, zənginlik və rahatlıq içində azad və döyüşsüz yaşadığı keçmiş bir dövrü izah edər. Bəziləri isə bunu gələcəyə istiqamətli bir utopiya halına gətirərək, insanların üst səviyyə bir şüura çatdığı, ictimai bir quruluşu izah etmək üçün istifadə etmişdir. Türk Əfsanə Sözlüyü, Dəniz Qaraqurd, Türkiyə, 2011, (OTRS: CC BY-SA 3.0) (türk.) Mifologiya ilə əlaqədar olan bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin.
Alyaskanın satın alınması
Alyaskanın satın alınması — ABŞ-nin Alyaska torpaqlarını Rusiya imperiyasından 1867-ci ildə 7.2 milyon dollara almasını verilən ad. Satın alınma prosesi zamanı aparılan danışıqlarda ABŞ tərəfindən ölkənin xarici işlər naziri Vilyam Sivard təmsil etmişdir. Alınan torpaqların ərazisi 1.518.800 km²'dir.
Bakının alınması (1501)
Bakının mühasirəsi — Bakının 1501-ci ildə İsmayılın başçılıq etdiyi qızılbaşlar tərəfindən mühasirəyə alınması. Burada İsmayıla bildirilir ki, Bakı əhalisi Səfəvilərin nümayəndələrinə itaət etməkdən və "xərac verməkdən" imtina edir. Belə olduqda İsmayıl, Məhəmməd bəy Ustaclı və İlyas bəy Xunuslunu Bakını tutmaq üçün göndərir. Qalanı ələ keçirmək üçün sərkərdələrinin göstərdiyi cəhdlərin müvəffəqiyyətsizliyini görən İsmayıl 1501-ci il yazın əvvəlində özünün başlıca qüvvələri ilə Mahmudabaddan Bakıya hərəkət edir. Əmirlərin müşayiəti ilə şəhərə yaxınlaşan İsmayıl qala divarlarını, qüllələri, qapıları və xəndəyi bir-bir gəzib nəzərdən keçirir. Qalaya hücumun çətinliklərlə bağlı olacağını və itkilərlə nəticələnə biləcəyini başa düşən Səfəvilər bakılılarla dialoqa girib, şəhəri təslim etməyə razı salmağı qərara alır. Qalanın müdafiəsinə, Fərrux Yəsarın oğlu olan Qazı bəyin arvadı başçılıq edirdi. İsmayıl öz səfirini "Qazı bəyin və onun arvadının" hüzuruna göndərir. Qızılbaş səfirinin təslim olmaq haqqında tələbinə cavab olaraq Qazı bəyin arvadı onun edam olunmasını əmr edir. Belə olanda Bakı darğası Əbülfəth bəy onu İsmayılın qəzəbi ilə qorxudaraq bu addımı atmaqdan çəkindirməyə cəgd göstərir.
Luiziananın satın alınması
Luiziananın satın alınması (ing. Louisiana Purchase) — Missisipi çayının qərbində yerləşən ərazilərin ABŞ tərəfindən Fransadan satın alınmasına verilən ad. Luiziananın satın alınması, ABŞ tarixində ən böyük ərazi genişləndirmək planı hesab olunur. Alınan ərazilərin sahəsi 2.100.000 km² olub. Ərazi üçün Fransaya 15 milyon dollar ödənib. Bununla da hər hektar əraziyə 7 sent düşürdü. Müqavilə 30 aprel 1803-cü ildə Robert Livinqston, Ceyms Monro və Barb Morbois arasında Paris şəhərində imzalanıb. Luiziananın satın alınması nəticəsində ABŞ əraziləri iki dəfə genişləndi. Bununla da Amerikada qərbə axın daha da sürətlənmiş, ölkənin genişlənməsi onun siyasi və iqtisadi gücünün daha da artmasına bir başa təsir göstərmişdir. Sonrakı illərdə satın alınan ərazi müxtəlif ştatlara bölünmüşdür.
Qar şəhərciyinin alınması
Qar şəhərciyinin alınması (rus. Взятие снежного городка) — rus rəssamı Vasili Surikov (1848—1916) tərəfindən 1891-ci ildə çəkilmiş tablo. Sankt-Peterburqdakı Rus Dövlət Muzeyində saxlanılır. Tablonun ölçüsü 156 × 282 sm. Tablo Sibirin kazak əhalisi arasında populyar olan qədim xalq oyununu təsvir edir. Ənənəvi olaraq, bu oyun karnavalın son günündə təşkil edildi və Krasnoyarskda böyüyən rəssam bunu dəfələrlə uşaqlıq dövründə müşahidə etmişdir. Surikov 1889-1890-cı illərdə Krasnoyarskda qaldığı zaman tablo üzərində işləmiş və Moskvaya dönməsindən sonra onu tamamlamışdır. Tablo üzərində işləyərkən, rəssam bir çox yerli və tanış naturşiklərdən istifadə etmişdir. Бенуа А. Н. Художественные письма. 1908—1917.
Qiymətli kağızların alınması
Qiymətli kağızların alınması (uzun alış və ya uzun mövqe, həmçinin yüksək alış) (ing. long buying) — qiymətli kağızların və ya valyutanın dəyərinin artması gözləntisi ilə əldə edilməsi. Valyuta əməliyyatlarının çox hissəsini təşkil edən valyuta əməliyyatlarının ən mühüm növü spot əməliyyatlardır. “Al və saxla” investisiya strategiyasına uyğundur. Səhm və ya istiqraz kimi qiymətli kağızlar baxımından və ya ekvivalent olaraq, qiymətli kağızda uzun müddətə sahib olmaq o deməkdir ki, qiymətli kağızın qiyməti qalxarsa, qiymətli kağızın bahalaşacağı və qazanc əldə edəcəyi gözləntiləri ilə vəzifə sahibi qiymətli kağıza sahibdir. Uzun vəzifələrə investisiya etmək daha çox yayılmış investisiya təcrübəsidir. Gələcəkdə uzun müddət davam etmək o deməkdir ki, mövqe sahibi müqavilənin müddəti başa çatdıqda əsas aləti müqavilə qiymətinə almağa borcludur. Vəzifə sahibi əsas alətin qiyməti artarsa, qazanc əldə edəcək, çünki ödədiyi qiymət bazar qiymətindən az olacaq. Seçim investoru zənglər üzrə satmaq opsionlarını almaq və ya satmaqla əsas investisiyada uzun mövqeyə (texniki jarqonda “in” sözü buraxılır) daxil olur. Bu, əsas aktivi almaq və ya ticarət fyuçersləri ilə uzun müddət davam etməkdən fərqlidir, çünki opsionda uzun müddət davam etmək, əsas alətin qiymətinin qalxacağı təqdirdə opsion sahibinin mənfəət əldə edəcəyi demək deyil.
İrsən almaq
İrsən almaq (ing. inherit ~ ru. унаследовать ~ tr. kalıt almak) – obyekt-yönlü proqramlaşdırmada: bir sinfin xarakteristikalarının onun əsasında yaradılan başqa bir sinif tərəfindən götürülməsi. İrsən alınmış xarakteristikalar gücləndirilə, məhdudlaşdırıla və ya dəyişdirilə bilər. İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Alisma
Baqəvər (lat. Alisma) — baqəvərçiçəklilər sırasının baqəvərkimilər fəsiləsinə aid bitki cinsi.
Alina
Alina — qadın adı. Alina Zahitova — rusiyalı fiqurçu. Alina Şapoçnikov — Polşa heykəltaraşı və yəhudi mənşəli qrafikçi. Alina Trepina — Azərbaycanı təmsil edən bədii gimnast. Alina Tumiloviç — Belarusu təmsil edən bədii gimnast. Alina Makarenko — Rusiyanı təmsil edən bədii gimnast. Alina Gözəlova — Azərbaycanı təsmil edən bədii gimnast. Alina Abdullayeva — Azərbaycan rejissoru. Alina Puqaç — İsraili təmsil edən qadın badmintonçu. Alina Kabayeva — Rusiyanın əməkdar idman ustası Alina Orlova — Litvalı müğənni.
Əhalinin Siyahıya Alınması (1937)
Altındağ (mifologiya)
Altındağ ilçəsi
Altındağ — Ankara böyükşəhər bələdiyyəsinə bağlı ilçə. 1984-cü ildə ilçə statusu verilmişdir. Türkiyə Cumhuriyətinin elan edildiyi ilk Türkiyə Böyük Millət Məclisi bu ilçədədir.
Altındağ (dəqiqləşdirmə)
Altındağ — Ankara böyükşəhər bələdiyyəsinə bağlı ilçə.
Alisma andrieuxii
Aquarius subalatus (lat. Aquarius subalatus) — bitkilər aləminin baqəvərçiçəklilər dəstəsinin baqəvərkimilər fəsiləsinin aquarius cinsinə aid bitki növü. Alisma subalatum Mart. ex Schult.f. Echinodorus subalatus (Mart. ex Schult.f.) Griseb. Sagittaria palifolia var. subalata (Mart.
Alisma berteroanum
Echinodorus berteroi (lat. Echinodorus berteroi) — bitkilər aləminin baqəvərçiçəklilər dəstəsinin baqəvərkimilər fəsiləsinin exinodorus cinsinə aid bitki növü. Alisma berteroanum Balb. ex Schult. & Schult.f. Alisma berteroi Spreng. Alisma sprengelii Rich. ex Kunth Echinodorus cordifolius var. berteroanus (Balb. ex Schult.
Alisma berteroi
Echinodorus berteroi (lat. Echinodorus berteroi) — bitkilər aləminin baqəvərçiçəklilər dəstəsinin baqəvərkimilər fəsiləsinin exinodorus cinsinə aid bitki növü. Alisma berteroanum Balb. ex Schult. & Schult.f. Alisma berteroi Spreng. Alisma sprengelii Rich. ex Kunth Echinodorus cordifolius var. berteroanus (Balb. ex Schult.
Alisma bolivianum
Helanthium bolivianum (lat. Helanthium bolivianum) — bitkilər aləminin baqəvərçiçəklilər dəstəsinin baqəvərkimilər fəsiləsinin helanthium cinsinə aid bitki növü. Alisma bolivianum Rusby Echinodorus bolivianus (Rusby) Holm-Niels.
Alisma cordifolium
Aquarius cordifolius (lat. Aquarius cordifolius) — bitkilər aləminin baqəvərçiçəklilər dəstəsinin baqəvərkimilər fəsiləsinin aquarius cinsinə aid bitki növü. Alisma cordifolium L. Damasonium cordifolium (L.) Chaz. Echinodorus cordifolius (L.) Griseb. Sagittaria cordifolia (L.) Lam. Echinodorus cordifolius subsp. fluitans (Fassett) R.R.Haynes & Holm-Niels. Echinodorus fluitans Fassett Echinodorus ovalis C.Wright Echinodorus radicans (Nutt.) Engelm. Sagittaria radicans Nutt.