Alınaq Noyon (ö. 1284, Elxanilər dövləti) — Elxani dövlətində xidmət etmiş komandanlardan biri və Gürcüstan hakimi. O, Elxani hökmdarı Əhməd Təkudarın kürəkəni idi.[1] Onun Hülakü xanın komandanlarından biri olmuş Tügür Bitikçinin oğlu olduğu ehtimal edilir.[a][2]
Alınaq Noyon | |
---|---|
– 1284 | |
Sonrakı | Qurumuşi |
Elxani dövlətinin generalı | |
– 1284 | |
– 1289 | |
Şəxsi məlumatlar | |
Vəfat tarixi | 1282 |
Fəaliyyəti | hərbi lider[d] |
Atası | Tügür Bitikçi (dəqiq bilinmir) |
Alınaq Əhməd Təkudarın taxt uğrunda mübarizədəki rəqibi Arquna qarşı yürüşı komandanlıq etmişdir.[1] Arqun yazda özünə müttəfiqlər qazanmaq və güc toplamaq üçün Xorasanı tərk etdi. Onun əsas dəstəkçiləri kiçik əsilzadələr və əyanlar idilər.[3] Eyni zamanda Təkudar da özünün ögəy qardaşı olan Qonqurtayın Arqun ilə ittifaq qura biləcəyindən şübhələnməyə başladı. Beləliklə, Qonqurtay Təkudarın Gürcüstan hakimi Alınaq tərəfindən taxta qarşı sui-qəsd planlamaqda ittiham edildi və 17 yanvar 1284-cü ildə həbs edildi. Elə növbəti gün Qonqurtay edam edildi. Cəzirə ərazisinə Keyxatu və Bayduya qarşı bir ordu göndərildi və onların hər ikisi Xorasana qaçdılar. Onlar Arqunun düşərgəsinə qatılmağı bacarsalar da, Tağaçar və Doladay kimi əmirlər həbs edildilər.[4][5]
Təkudar növbəti həmləsini Alınağı 15 min nəfərlik qüvvə ilə onlara qarşı göndərməklə etdi. Özü də 26 aprel tarixində Muğanın Biləsuvar kəndində qışlayan orduya əlavə olaraq erməni və gürcüləri də cəlb edərək düşməninə qarşı yola düşdü. 4 may tarixində Qəzvinin cənubunda baş vermiş döyüşdı Arqun Alınağa qalib gəlsə də, Xorasana özünün olan torpaqlara geri çəkildi. Gələcəkdə Kübravilik sufi təriqətinin şeyxi olacaq Şeyx Əlaüddövlə Simnani də bu döyüşdə Arqunun ordusunda iştirak etmişdir.[6] Arqun sülh danışıqlarına başlamaq istəsə də, Təkudar öz məsləhətçilərinin ziddinə gedərək bu təklifi rədd etdi. Bu dəfə də Arqunun oğlu Qazanın rəhbərlik etdiyi yeni bir nümayəndə heyyəti Təkudarın 31 may tarixində Semnandakı düşərhəsinə gəldi. Bu dəfəki danışıqlar yaxşı keçdi və Təkudar Arqunun qardaşı Keyxatunu onun yanına girov kimi göndərməsi şərtilə sülhü qəbul etdi. Arqun bu şərti qəbul etdi. O, qardaşı ilə birlikdə Novruzun da daxil olduğu iki əmiri Buğanın nəzarətinə göndərdi. Buğa bu dönəmdə Təkudarın ən nüfuzlu komandanı idi. 13[7] və ya 28 iyun tarixində onu təhvil alan Buğa da öz növbəsində Töday Xatunun düşərgəsinə göndərdi.[8]
Razılığa gəlinməsinə və Arqunun öz öhdəsinə düşənləri yerinə yetirməsinə baxmayaraq, Təkdar onun üzərinə yeni yürüş təşkil etdi. Bu da öz növbəsində Buğanın Təkudara qarşı mənfi yanaşmasının ortaya çıxmasına və Arqunu dəstəkləməyə başlamasına yol açdı. Bir digər tərəfdən o, artıq Təkudarın etibarını itirmək üzərə idi. Çünki Təkudar bir başqa Cəlair generalı Ağ Buğa ilə yaxınlaşmışdı.[9]
Arqun hücuma məruz qaldıqdan sonra Kəlat-e Nadir qalasında cəmi 100 nəfər ilə müqavimət göstərdi. 4 günlük döyüşdən sonra Alınağa məğlub oldu və həbs edildi. Qələbə qazanan Təkudar Arqunu Alınağın düşərgəsində buraxdı və özü Kalpuşda düşərgə salmış əsas ordusunun yanına yollandı. Bundan yararlanan Buğa Alınağın düşərgəsinə hücum etdi və Arqunu azad buraxdı. Döyüşdə Alınaq öldürüldü. Bundan xəbər tutan Təkudar qərbə doğru irəlilədi və Sultaniyə yaxınlığında olan Buğanın ordasını qısas üçün yağmaladı. Vəziyyətin dəyişdiyini anlayan Təkudar 17 iyulda özünün Təxt-i Süleymandakı otlaqlarına, oradan da Dərbəndə getməyi planlayıb yola çıxdı. Onun məqsədi Dərbənd vasitəsiylə Qızıl Ordaya sığınmaq idi. Lakin Buğa tərəfindən göndərilmiş Qaraunas ona çatdı və həbs etdi. 26 iyulda Marağa yaxınlığındakı Ab-e Şor otlaqları yaxınlığında Təkudar Arquna təhvil verildi.[8]
Bu hakimiyyət mübarizəsində ölən Alınağln vəzifəsinə onun oğlu Qurumuşi gətirildi.[10][11]