Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Bavil
Aşağı Bavil (Üskü)
Cavia
Cavia (lat. Cavia) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin gəmiricilər dəstəsinin caviidae fəsiləsinə aid heyvan cinsi.
Cavid
Cavid — kişi adı; təxəllüs. Hüseyn Cavid İsmayılov — Animator. Fon rəssamı. İkinci rəssam. Fazaçı rəssam. Dekor rəssamı. Cavid Təvəkkül — rejissor, ssenari müəllifi. Cavid İmamverdiyev Cavid İmamverdiyev (rejissor) — rejissor Cavid İmamverdiyev (futbolçu) — futbolçu Cavid Əliyev — Operator Cavid Əhədov — Rejissor Cavid Səfərov — Cavid Səmədov — Cavid Cabbarzadə — Cavid Xaspoladov Cavid Manafov — Cavid Xıdırov — Bu təxəllüsü olan tanınmış şəxslər Hüseyn Cavid — Azərbaycan şairi Turan Cavid — C.Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyinin direktoru, şair Hüseyn Cavidin qızı.
Davil
Davil - İranın Ərdəbil ostanının Ərdəbil şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il siyahıya alınmaya görə kənddə 184 nəfər yaşayır (39 ailə).
Bir Tavil
Bir Tavil (ərəb. بيرطويل‎ "uzun bulaq") — şimaldan Misirlə, qərbdən, cənubdan və şərqdən Sudanla həmsərhəd olan ərazi. Adını yerli su mənbəyinin adından almışdır (hazırda fəaliyyət göstərmir). Hər iki ölkə Bir Tavilə iddialarından imtina edir; beləliklə, o, terra nullius, "heç kəsin torpağı" statusuna malikdir. Bir Tavil dördbucaqlı formasına malikdir, lakin buna baxmayaraq, bəzən onu "Bir Tavil üçbucağı" da adlandırırlar. 2014-cü ildə Alastair Bonnett əsərində Bir Tavili Yer kürəsində yaşayış üçün əlverişli olan, lakin heç bir tanınmış hökumət tərəfindən iddia edilməyən yeganə yer kimi təsvir etmişdir. == Tarixi == 1899-cu ildə Sudanda İngiltərə-Misir kondominium müqaviləsinə əsasən, Misir və Sudan arasındakı sərhəd 22-ci paralel boyunca keçməli idi. Lakin 1902-ci ildə İngiltərə "siyasi sərhəd"dən asılı olmayaraq yeni "inzibati sərhəd" çəkdi və nəticədə Həlaib Üçbucağı Sudan administrasiyasının nəzarətinə keçdi. Eyni zamanda, Bir Tavil Misirin nəzarətinə keçdi. Çünki onun ərazisi Misirdə yaşayan Ababde tayfası tərəfindən otlaq kimi istifadə edilirdi.
Cabarzadə Cavid
Cavid Cabarzadə (10 avqust 1997, Bülbülə – 24 oktyabr 2020, Xocavənd) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən Müharibəsinin şəhidi. == Həyatı == Cavid Cabarzadə 1997-ci il avqustun 10-da Bakı şəhərinin Bülbülə qəsəbəsində anadan olub. == Hərbi xidməti == Cavid Cabarzadə 2016-cı ildə Aprel döyüşlərində iştirak etmişdir. Azərbaycan Ordusunun əsgəri olan Cavid Cabarzadə 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Cəbrayılın, Füzulinin və Xocavənd rayonunun azadlığı uğrunda gedən döyüşlərdə iştirak etmişdir. Cavid Cabarzadə oktyabr 24 — də Hadrutun azad edilməsi zamanı şəhid olub. II Fəxri Xiyabanda dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Cavid Cabarzadə ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Cavid Cabarzadə ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.
Cavid Məmmədov
Şeyx Cavid (tam adı: Cavid Məmmədov; Babazanlı, Salyan, Azərbaycan SSR) — azərbaycanlı ilahiyyatçı-alim; Höccətül-islam vəl-müslimin, Əjdərbəy məscidinin axundu (2015-h.h.). Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxül-İslam Allahşükür Paşazadə 13 oktyabr 2015-ci ildə Cavid Məmmədovu Əjdərbəy məscidinin axundu təyin etmişdir.
Cavid Nuruyev
Cavid Əşirəf oğlu Nuruyev (3 mart 1998, Şərur, Naxçıvan Muxtar Respublikası – 4 oktyabr 2020, Tərtər rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin leytenantı, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Cavid Nuruyev 1998-ci il martın 3-də Şərur şəhərində anadan olub. 2015–2019-cu illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (AAHM) ali hərbi təhsil alıb. == Hərbi xidməti == Cavid Nuruyev 2019-cu ildən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında xidmət edirdi. Azərbaycan Ordusunun leytenantı olan Cavid Nuruyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Tərtər rayonunun Suqovuşan qəsəbəsinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Cavid Nuruyev oktyabrın 4-də Madagizin azad edilməsi zamanı şəhid olub. Şərur şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Cavid Nuruyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarının rəhbəri olan, düşmənin canlı qüvvəsinin məhv edilməsində rəşadət göstərən, vəzifə borcunu ləqayətlə və vicdanla yerinə yetirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Cavid Nuruyev ölümündən sonra 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edildi.
Cavid Nəcəfov
Cavid Nəcəfqulu oğlu Nəcəfov (1929, Novxanı – 21 may 2007) — dövlət xadimi Azərbaycan SSR "Kənd təsərrüfatı istehsalının mexanizasiya və elektrifikasiyası" idarəsində rəisi. == Həyatı == Əslən Novxanı kəndindən olan C.Nəcəfov 1929-cu ildə Bakı şəhərində anadan olub. Onun Məktəb illəri Böyük Vətən müharibəsinin ağır illərinə təsadüf edib. Ona görə də balaca Cavid çox çətinlik və ehtiyac içində, öz zəhməti, ağlı və biliyi sayəsində 1947-ci ildə orta məktəbi başa vurur və indiki Azərbaycan Texniki Universitetinin "Nəqliyyat" fakültəsinə daxil olur. 1952-ci ildə Azərbaycan Texniki Universitetini bitirdikdən sonra C.Nəcəfov elə həmin il əmək fəaliyyətinə başladı. İlk olaraq Azərbaycan SSR Kənd Təsərrüfatı Nazirliyində mühəndis-mexanizator kimi işə qəbul edilib. 1953–54-cü illərdə həmin nazirlikdə böyük mühəndis vəzifəsinə keçirildi. Bu illərdə öz işgüzarlığı və zəhmətkeşliyi ilə digər işçilərdən fərqlənirdi. Ona görə də 1954–55-ci illərdə onu Karyaqin (indiki Füzuli) rayonunda MTS — da baş mühəndis vəzifəsinə təyin edirlər. Bundan sonra 1955–61-ci illərdə Azərbaycan SSR Kənd Təsərrüfatı Nazirliyində əvvəlcə böyük mühəndis, sonra isə "Mexanizasiya və elektrifikasiya" idarəsində rəis müavini – baş mühəndis vəzifələrinə qədər yüksəlmişdir.
Cavid Osmanov
Cavid Osmanov (6 fevral 1975, Ağdaş) — Azərbaycan Respublikası Milli Məclisinin deputatı. == Həyatı == Osmanov Cavid Həmid oğlu 6 fevral 1975-ci ildə Ağdaş şəhərində anadan olub. 1982-ci ildə Ağdaş şəhəri M. Qorki adına orta məktəbin birinci sinfinə daxil olub, 1992-ci ildə həmin məktəbin onuncu sinfini bitirib. 1997-ci ildə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasına daxil olub, 2000-ci ildə həmin Akademiyanı bitirərək dövlət və bələdiyyə idarəetməsi ixtisasına yiyələnmişdir. Evlidir. İki övladı var. 2001-ci ilin aprel ayından 2002-ci ilin iyul ayınadək Ağdaş rayon Gənclər, İdman və Turizm idarəsində baş inspektor, 2002-ci ilin iyul ayından 2005-ci ilin iyul ayınadək həmin idarənin rəisi vəzifəsində çalışmışdır. == Siyasi fəaliyyəti == 2005-ci ilin dekabr ayından 2006-cı ilin iyul ayına kimi Ağdaş rayon İcra Hakimiyyəti başçısının Ağdaş şəhəri üzrə nümayəndəsi, 2006-cı ilin iyul ayından 2016-cı ilin iyul ayına kimi Ağdaş rayon İcra Hakimiyyəti başçısının birinci müavini vəzifələrində işləmişdir. 18 iyun 2016-cı il tarixdə 90 saylı Ağdaş Seçki Dairəsi üzrə Azərbaycan Respublikası Milli Məclisinə keçirilən təkrar seçkilərdə namizədliyi Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülmüş və deputat seçilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 5 iyul 2016-cı il tarixli qərarına əsasən Azərbaycan Respublikası Milli Məclisinə deputat seçilməsi təsdiqlənmişdir.
Cavid Paşayev
Cavid Vəlican oğlu Paşayev (1 yanvar 1997; Gülməmmədli, Cəlilabad, Azərbaycan — 23 oktyabr 2020; Qubadlı, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Cavid Paşayev 1 yanvar 1997-ci il tarixdə Cəlilabad rayonu Gülməmmədli kəndində anadan olub. 2015-2017-ci illərdə müddətli hərbi xidmətdə olmuşdur. Evli idi, ölumundən sonra oğlan övladı dünyaya gəlmişdir. == Hərbi xidmətləri == 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Cavid Paşayev Cəbrayıl və Qubadlı şəhərlərinin işğaldan azad edilməsində iştirak edib. O, 23 oktyabr 2020-ci ildə Qubadlı istiqamətində gedən döyüşlərdə şəhid olub. Cəlilabadda dəfn edilmişdir. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda qoyulmuş tapşırıqların icrası zamanı verilmiş tapşırıqları şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Cavid Paşayev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Cavid Paşayev ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi. Azərbaycanın Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Cavid Paşayev ölümündən sonra "Qubadlının azad olunmasına görə" medalı ilə təltif edildi.
Cavid Paşazadə
Cavid Telman oğlu Paşazadə (27 avqust 2001, Bakı – 29 oktyabr 2020, Xocavənd rayonu) — Azərbaycan Milli Ordusunun əsgəri. == Həyatı == Cavid Paşazadə 27 avqust 2001-ci ildə Bakıda Sulutəpə qəsəbəsində doğulub. Orta təhsilini bacıları ilə birlikdə 217 nömrəli orta məktəbdə alıb. Üç bacının bir qardaşı olan Cavid bacısının doğum günündən bir gün öncə ailəsinə zəng edib. Özü yanlarında olmasa da, bacısı üçün ad günü keçirmələrini xahiş edib. Səhəri gün bacısının ad günündə şəhid olduğu xəbəri gəlib. == Hərbi xidməti == 2019-cu ilin oktyabrın 1-də həqiqi hərbi xidmətə çağırılıb. 2020-ci ilin oktyabrın 29-da Xocavənd istiqamətində gedən döyüşlərdə şəhid olub. == Təltifləri == Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak etdiyinə və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə 15 dekabr 2020-ci ildə əsgər Paşazadə Cavid Telman oğlu (ölümündən sonra) "Vətən uğrunda" medalı ilə təltif edilmişdir.
Cavid Yüzbaşiyev
Cavid Cavanşir oğlu Yüzbaşiyev (20 iyul 1995, Hənifə, Balakən rayonu – 16 oktyabr 2020, Tərtər rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən Müharibəsi şəhidi. == Həyatı == Cavid Yüzbaşiyev 20 iyul 1995-ci ildə Balakən rayonunun Hənifə kəndində anadan olub. 2002-2013-cü illərdə M.P.Vaqif adına 1 saylı Tülü kənd tam orta məktəbində təhsil alıb. == Hərbi xidməti == Cavid Yüzbaşiyev 2014-cü ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb. 2014-2016-cı illərdə Azərbaycan Silahlı Qüvvələrinin “N” saylı hərbi hissəsində xidmət edib. Cavid Yüzbaşiyev 2016-ci ilin 2-5 aprelində baş verən döyüşlərin iştirakçısı olub. Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Cavid Yüzbaşiyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Cavid Yüzbaşiyev oktyabrın 16-də Madagizin azad edilməsi zamanı şəhid olub. Balakən rayonunun Hənifə kəndində torpağa tapşırılıb. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Cavid Yüzbaşiyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Cavid Zeynalov
Cavid Vaqif oğlu Zeynalov (17 oktyabr 1990, Mirimli, Yardımlı rayonu – 30 sentyabr 2020, Füzuli rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin baş çavuşu, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Cavid Zeynalov 1990-cı il oktyabrın 17-də Yardımlı rayonunun Mirimli kəndində anadan olub. == Hərbi xidməti == Azərbaycan Ordusunun baş çavuşu olan Cavid Zeynalov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Cavid Zeynalov sentyabrın 30-da Füzulinin azad edilməsi zamanı şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Cavid Zeynalov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Cavid Zeynalov ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi. Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Cavid Zeynalov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi. == Təltifləri == (15. dekabr 2020) — "Vətən uğrunda" medalı (ölümündən sonra) (24. iyun 2021) — "Cəbrayılın azad olunmasına görə" medalı (ölümündən sonra) (24.
Cavid Çələbiyev
Cavid Çələbiyev (17 may 1992, Sumqayıt) — Azərbaycanı təmsil edən boksçu, 2013-cü il Dünya Çempionatının qalibi. == Karyerası == Cavid Çələbiyev 2013-cü ilin iyulunda Rusiyanın Kazan şəhərində baş tutan Universiada Oyunlarını beşinci pillədə başa vurdu. Daha sonra isə Cavid Çələbiyev Qazaxıstanın Almatı şəhərində baş tutan Dünya Çempionatında mübarizə apardı. Cavid Çələbiyev turnirin 1/32 final mərhələsində Tacikistan nümayəndəsi Araz Avzalşoyeva (2:1), 1/16 final mərhələsində isə son olimpiadanın finalçısı olan Monqolustan nümayəndəsi Tugstsogt Nyambayara (2:1) qalib gəldi və Dünya Çempionatının 1/8 final mərhələsinə adladı. Bu mərhələdə onun rəqibi Keniya nümayəndəsi Benson Giçaru oldu. Gərgin idman mübarizəsi şəraitində baş tutan görüşdə Cavid Çələbiyev rəqibi üzərində qələbə qazandı (2:1) və turnirin 1/4 final mərhələsinə adladı. Bu mərhələdə onun rəqibi Hindistan nümayəndəsi Şiva Tapa oldu. Bu görüşdə də Cavid Çələbiyev rəqəbinə qalib gəldi (3:0) və turnirin yarım-final mərhələsinə adladı. Finala gedən yolda isə onun Qazaxıstan nümayəndəsi Kayrat Yerəliyev oldu. Gərgin idman mübarizəsi şəraitində baş tutan görüşdə Cavid Çələbiyev rəqibi üzərində qələbə qazandı (2:1) və Dünya Çempionatının final görüşünə vəsiqə qazandı.
Cavid İmamverdiyev
Cavid İmamverdiyev (rejissor) — Azərbaycan rejissoru. Cavid İmamverdiyev (futbolçu) — yarımmüdafiəçi futbolçu.
Cavid İsmayıl
Cavid İsmayıl (tam adı:İsmayıl Cavid Əjdər oğlu; 1 iyun 1972, Çomaxtur, İliç rayonu) — Azərbaycan iqtisadçısı, hüquqşunas. İqtisad üzrə fəlsəfə doktoru, "İqtisadi araşdırmalar — beynəlxalq jurnal"ın təsisçisi, "Turan Araşdırma Mərkəzi" İctimai Birliyinin sədr müavini. == Həyatı == Cavid İsmayıl 1 iyun 1972-ci ildə Naxçıvan MSSR-nin Şərur rayonunun Çomaxtur kəndində anadan olub. 1988-ci ildə orta məktəbi, 1995-ci ildə Naxçıvan Dövlət Universitetinin iqtisad fakültəsini fərqlənmə diplomu ilə bitirib. 2014-cü ildə NDU-nun "Hüquq" fakültəsini, sonra isə 2018-ci ildə "Beynəlxalq münasibətlər" üzrə üçüncü ali təhsilini almışdır. Cavid İsmayıl hələ yeniyetmə vaxtlarından Azərbaycan xalqının SSRİ imperiyasına qarşı apardığı mübarizəyə, milli azadlıq hərəkatına qoşulmuş və könüllü olaraq Naxçıvan ərazisinə soxulmağa cəhd edən erməni quldurlarına qarşı döyüşlərdə fəal iştirak etmişdi. 1989-cu ildə sərhəd hərakatının və SSRİ imperiyasının sərhədlərinin dağıdığılmasının fəal iştirakçısı oıan yeniyetmə Cavid, 1991-ci ilin yanvar ayının 7-də, o vaxtın ən strateji sərhəd ərazisi sayılan, bugünkü Azərbaycan-Türkiyə sərhədinin yerləşdiyi ərazinin Azərbaycana aid olmasına baxmayaraq sərhəd idarə etmə tabeliyi o vaxtkı Ermənistan SSR-in ərazisində yerləşdiyindən Moskva bütün gücünü toplayaraq bu hissədən keçən sərhəd mühəndis-texniki qurğuların toxunulmazlığını təmin etməsində israrlı olduğu halda Cavid İsmayıl ilk olaraq az bir sayda silahdaşları ilə fədakarlıq göstərərək həmin strateji sahəni dağıtmağa nail oldular. Ümumilikdə milli azadlıq hərəkatı zamanı SSRİ DTK tərəfindən üç dəfə istintaqa cəlb edilən yeniyetmə Cavid İsmayıl məhz Türkiyə ilə sərhəddin açılmasında da fəallığına görə istintaqa da cəlb edilmişdi. Ümumiyyətlə xalq tərəfindən imperiyanın tikanlı məftillərinin dağıdılması və həmin hadisə Moskva şəhərində nəşr edilən ümumittifaq miqyaslı qəzet "Moskovski novosti"nin bir neçə nömrəsində işıqlandırlmışdı. Hərbi mükəlləfiyyətlidir, ailəlidir, üç övladı var.
Cavid İsmayılov
Cavid İsmayılov (25 yanvar 1978, Bakı) — 25.01.1978-ci ildə Bakı şəhərində anadan olmuşdur. Naxçıvan Dövlət Universitetində Təsviri incəsənət və rəsmxət müəllimliyi ixtisası üzrə bakalavr (1999–2003) və Pedoqogika nəzəriyyəsi və tarixi ixtisası üzrə magistr pilləsində təhsil almışdır (2003–2006). Azərbaycan Rəssamlar İttifaqının (2010) və Naxçıvan MR Rəssamlar Birliyinin üzvüdür (2012). Haliyədə Naxçıvan Dövlət Universitetinin İncəsənət fakültəsinin dekanı vəzifəsində işləyir. Təsviri İncəsənət kafedrasının dosentidir. Həmin universitetin Memarlıq və təsviri incəsənət kafedrasında müəllim, baş müəllim (2010–2018), Naxçıvan Müəllimlər İnstitutunda İncəsənət kafedrasının müdiri vəzifələrində işləmişdir (2019–2020). == Uğurları == Əsərləri ABŞ-da – oktyabr 2000-ci ildə "Western Sprinqs" Qadınlar Klubunda, Oktyabr-noyabrda Ford Xatirə Kitabxanasında, yanvar 2001-ci ildə Avrasiya Konfransında, apreldə Beynəlxalq Araşdırmalar, Təhsil Mərkəzində, PUC dərnəyinin iclasında, Nortwest İndiana Dünya Ticarət Şurasında, Perdue Universiteti Calumetdə və may ayında Təşəbbüskarlıq-Ticarət sərgisində nümayiş etdirilmişdir. Naxçıvan Dövlət Universitetində (2004), Naxçıvan Rəssamlar Birliyində (2010, 2012), Türkiyə Cumhuriyyətinin Bolu şəhərində (2010) və Bakı şəhərində fərdi sərgilər keçirmişdir (2019). Naxçıvan MR Rəssamlar Birliyinin təşkil etdiyi "Naxçıvan — bəşəriyyətin beşiyi" I, II, III, IV və V Beynəlxlaq Rəsm Festivallarının iştirakçısıdır (2012, 2014, 2016, 2018, 2021). Respublikamızda və xarici olkələrdə keçirilən bir çox qarışıq sərgilərdə və festivallarda iştirak etmişdir.
Cavid Şahverdiyev
Cavid Əhmədov
Cavid Təvəkkül — rejissor, ssenari müəllifi. == Həyatı == Cavid Təvəkkül (Cavid Təvəkkül oğlu Əhmədov) 24 iyun 1974-cü ildə Tərtərdə anadan olub. Orta məktəbi Mingəçevirdə oxuyub. Tatarıstan Turizm Akademiyasının prodüserlik fakültəsinin məzunudur (1992-1997). Rüstəm İbrahimbəyovun Beynəlxalq Kino Məktəbində rejissorluq təhsili alıb. 2011-ci ildə Azərbaycan Respublikasının prezidenti tərəfidən tərəqqi medalı ilə təltif olunmuşdu. "Mən və şəhər" (2003), "Ağlayan əsgər" (2003) kliplərin müəllifidir. Aktyor Təvəkkül Əhmədovun oğludur. == Mükafatları == 7 may 2021-ci ildə Prezident Mükafatına layiq görülmüşdür. == Filmoqrafiya == Cavad xan.
Cavid Əhədov
Cavid Əhədov — Azərbaycan rejissoru, aktyor. == Həyatı == Cavid Əhədov 1969-cu ildə anadan olmuşdur. 2015-ci ildə "Köhnə saat" animasiya filminin rejissor həllinə görə" Azərbaycan Kinematoqrafçılar İttifaqının mükafatına layiq görülmüşdür. Çəkdiyi "Köhnə saat" filmi 2015-ci ildə "Ən yaxşı cizgi filmi" nominasiyasında "Qızıl Pəri" mükafatına layiq görülmüşdür. == Filmoqrafiya == Ad günü (film, 1992) (cizgi filmi) Zəka yatarsa...
Cavid Əliyev
Cavid Əliyev (əsgər, 1996) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən müharibəsi şəhidi. Cavid Əliyev (əsgər, 2001) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən müharibəsi şəhidi.
Cavid Qarayev
Cavid Əmirxan oğlu Qarayev (5 sentyabr 1984, Kərimbəyli, Füzuli rayonu – 26 oktyabr 2020, Füzuli rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin çavuşu, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Cavid Qarayev 1984-cü il sentyabrın 5-də Füzuli rayonunun Kərimbəyli kəndində anadan olub. == Hərbi xidməti == Azərbaycan Ordusunun çavuşu olan Cavid Qarayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Cavid Qarayev oktyabrın 26-da Füzulinin azad edilməsi zamanı şəhid olub. Füzuli rayonunun Kərimbəyli kəndində dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Cavid Qarayev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Cavid Qarayev ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi. Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Cavid Qarayev ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.
Cavid Qasımov
Qasımov Cavid Sadiq oğlu — şəhid. == Həyatı == Cavid Qasımov 1968-ci ildə Göyçə mahalının Zod kəndində anadan olmuşdur. 4 fevral 1993-cü ildə Xanlar RHK-ndan Milli Orduya çağırılmışdır. Sıravi əsgər, 151-ci hərbi hissənin avtomatçısı Cavid Qasımov 6 mart 1993-cü ildə həlak olmuşdur. Xanlar rayon Şəhidlər xiyabanında dəfn olunmuşdur. == Mənbə == Qəşəm Məhərrəmov, İntiqam Məhərrəmov. Başı dumanlı Göyçə. Gəncə-2007. səh. 43 Azərbaycan Respublikası Xatirə Kitabı, 2-ci cild, Bakı-2002.
Cavid Qurbanov
Qurbanov Cavid Qənbər oğlu (19 sentyabr 1958, Ağdaban, Kəlbəcər rayonu) — Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini, "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin sabiq sədri. Milli Məclisinin III, IV və V çağırışlarin deputatı. Texniki elmləri namizədidir. == Həyatı == Cavid Qurbanov 1958-ci ildə Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Ağdaban kəndində anadan olmuşdur. 1975-ci ildə Kəlbəcər rayon orta məktəbini bitirdikdən sonra 1975–1976-cı illərdə Kəlbəcər şəhərində elektroenergetika sahəsində çalışmışdır. 1977-ci ildə Azərbaycan İnşaat Mühəndisləri İnstitutuna daxil olmuşdur. 1977–1979-cu illərdə ordu sıralarında hərbi xidmət etdikdən sonra 1979-cu ildə 26 Bakı Komissarı nəşriyyatında kuryer vəzifəsi ilə əmək fəaliyyətinə yenidən başlamışdır. 1980–1981-ci illərdə "Azəryollayihə" Layihə İnstitutunda texnik-cizgiçi, 1982–1987-ci illlərdə "Azərnəqliyyattikinti" Trestinin avtobazasında mexanik, baş mexanik, rəis müavini vəzifələrində çalışmışdır. 1985-ci ildə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunu bitirmişdir. 1987–1992-ci "Elektromexanizasiya" Trestinin 4 saylı Avtonəqliyyat Kontorunda direktor, 1992–1993-cü illərdə Respublika İxtisaslaşdırılmış "Avtonəqliyyat" Birliyində baş direktor vəzifəsində çalışmışdır.
Bavıl
Bavıl — İranın Şərqi Azərbaycan ostanının Səhənd qəsəbəsinin cənubunda yerləşən kənd. Meşə və bağları ilə məşhur olan Bavıl Üskü dərəsində, Təbriz-Kəndvan yolunun kənarında yerləşir va Üskü qəsəbəsinə tabedir. Bağlarında cəviz, ərik, badam, gilas, alça, gilənar kimi ağaclar yetişir. Kənd olmasına baxmayaraq, əhalisi daha çox ticarət və idari işlər ilə məşğuldurlar. Kəndin adı haqda fərqli yorumlar müvcuddur. Bəzi yorumlara görə kəndin adı Bavillə və ya Bağvillə idi.
Cahid Camal
Cahid Camal Şamil oğlu (15 noyabr 1928, Gülablı – 17 iyun 2011) — Rusiya Federasiyasının əməkdar rəssamı, Moskva Rəssamlar İttifaqının üzvü, Azərbaycan və Monqolustan Rəssamlar Birliyinin üzvü, Beynəlxalq Rəssamlar Fondunun üzvü. Ata tərəfdən Cahid Camal Sarıcalı xanlarının xətti ilə Qarabağ xanı Pənahəli xanın nəsildən olan Dağlıq Qarabağın bəy ailəsindəndir. == Həyatı == Cahid Camal Şamil oğlu 15 noyabr 1928-ci ildə Azərbaycanın Gülablı kəndində anadan olmuşdur. Ailəsinin evi Şuşadadır. Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbində oxumuş, ərəb dilini bilmişdir. 1953-cü ildə Surikov adına Moskva Rəssamlıq İnstitutunun dekorativ rəssamlıq sinfini bitirmişdir. Zaqolovok və kitab qrafikası sahəsində çalışmışdır. "Raduqa", "Proses" və s. nəşriyyatlarda kitabların illüstrasiyalarını işləyib. Bir neçə il "Soyuzmultfilm" studiyasında cizgi rəssamı kimi fəaliyyət göstərib.
Cahid Camal Şamil oğlu
Cahid Camal Şamil oğlu (15 noyabr 1928, Gülablı – 17 iyun 2011) — Rusiya Federasiyasının əməkdar rəssamı, Moskva Rəssamlar İttifaqının üzvü, Azərbaycan və Monqolustan Rəssamlar Birliyinin üzvü, Beynəlxalq Rəssamlar Fondunun üzvü. Ata tərəfdən Cahid Camal Sarıcalı xanlarının xətti ilə Qarabağ xanı Pənahəli xanın nəsildən olan Dağlıq Qarabağın bəy ailəsindəndir. == Həyatı == Cahid Camal Şamil oğlu 15 noyabr 1928-ci ildə Azərbaycanın Gülablı kəndində anadan olmuşdur. Ailəsinin evi Şuşadadır. Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbində oxumuş, ərəb dilini bilmişdir. 1953-cü ildə Surikov adına Moskva Rəssamlıq İnstitutunun dekorativ rəssamlıq sinfini bitirmişdir. Zaqolovok və kitab qrafikası sahəsində çalışmışdır. "Raduqa", "Proses" və s. nəşriyyatlarda kitabların illüstrasiyalarını işləyib. Bir neçə il "Soyuzmultfilm" studiyasında cizgi rəssamı kimi fəaliyyət göstərib.