Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Böyük döyüş (film, 1972)
Böyük döyüş (ing. The Big Fight) və ya Günəşdəki qan (ing. Blood on the Sun) — 1972-ci ildə Yuan Şinq San və Sunq Tin Mey tərəfindən çəkilən Honkonq döyüş filmi. == Süjet == İkinci Dünya müharibəsində, Çinin şimalında yerləşən bir qəsəbədə işğalçı Yaponiya qüvvələri bacarıqlı döyüşçülərin yerli mübarizəyə qoşulmaqlarından qorxurdu. Buna görə də, onlar çinli döyüşçüləri öldürmək üçün böyük bir turnir həyata keçirirlər. == İstinadlar == == Xarici keçidlər == The Big Fight — Internet Movie Database saytında.
Böyük Zab çayı üzərində döyüş
Böyük Zab çayı üzərində döyüş (ərəb. معركة الزاب‎) — 25 yanvar 750-ci ildə, Üçüncü fitnə əsnasında indiki İraqda, Böyük Zab çayının sahilində Əməvilər və Abbasilər arasında döyüş. Abbasilərin qələbəsi Əməvi xilafətinə son qoymuş və Abbasilər xilafətinin başlanğıcı olmuşdur. == Effektlər == II Mərvan döyüş meydanından qaçmış və Şam şəhərinə qayıtmışdır. Abbasilər ciddi müqavimətlə qarşılaşmadan şəhərə daxil oldular və II Mərvan Misirdəki Əbusir şəhərinə sığınmalı olmuşdur. Suriyadakı kiçik müqavimət göstərən qruplar bir neçə ay ərzində Abbasilər tərəfindən darmadağın edilmişdir. Böyük Zab çayı üzərindəki döyüşündən bir neçə ay sonra II Mərvan 1 və ya 5 avqust 750-ci ildə öldürülmüşdür. Əməvilər sülaləsini Abbasilər sülaləsi əvəz etmişdir. == İstinadlar == == Xarici keçidlər == "Сражение Марван и Абдаллах". vafrike.ru.
Döyüş
Döyüş — bir-biri ilə münaqişədə olan ya müharibə vəziyyətində olan iki tərəf arasında baş verən irimiqyaslı hərbi əməliyyatlara deyilir. Döyüşün adı əsasən hərbin baş verdiyi ərazinin adından götürülür. Döyüş müharibənin gedişatında xüsusi çəkiyə malik olub, onun taleyini tam həll etmiş olur. Qədim Dünyada, Orta Əsrlərdə və yeni Tarixdə döyüş konkret bir məkanda, açıq bir yerdə, dənizdə, donmuş göl üzərində baş verir və bir neçə gündən artıq davam etmirdi. Müasir dövrdə döyüş geniş bir coğrafiyada baş verir və aylarla davam edə bilir.
Göyük
Göyük (Ağcabədi) —
Aaxen döyüşü
Aaxen döyüşü — İkinci Dünya müharibəsi zamanı, 2–21 oktyabr 1944-cü il tarixlərində Aaxen vilayətində və şəhərin özü uğrunda ABŞ və Almaniya qoşunları arasında döyüş. == Döyüş == 7 oktyabrda Ziqfrid xəttinə qarşı döyüşlərdə Kortni Hocesin komandanlığı altındakı 1-ci ABŞ Ordusu Aaxen istehkamlarına hücum etmişdir. Bir sıra döyüşlərdən sonra şəhər 10 oktyabrda mühasirəyə alınmışdır ​​və üç gün sonra amerikalılar şəhərə daxil olmuşdur. Buna baxmayaraq, alman qarnizonu yalnız 21 oktyabrda təslim olmuşdur. == İstinadlar == == Əlavə ədəbiyyat == == Xarici keçidlər == Vikianbarda Aaxen döyüşü ilə əlaqəli mediafayllar var.
Adrianopol döyüşü
Adrianopol döyüşü — Qədim dünya tarixinin ən əhəmiyyət kəsb edən vuruşmalarından biridir. Döyüş 378-ci il avqustun 9-da Roma imperatoru Valentin ilə Fritxigernin komandanlıq etdiyi vestqotlar arasında baş vermişdir.. Döyüş Adrianopoldan (Türkiyənin Avropa hissəsində Yunanıstan və Bolqarıstanın sərhəddində yerləşən indiki Ədirnə şəhəri) 13 km şimalda olmuşdur. Romalılar döyüşdə məğlub olmuş, imperator Valentin öldürülmüşdü. Adrianopol döyüşü Roma imperiyasının süqutunu sürətləndirmişdir.
Afrin döyüşü
Əfrin və ya Ərz əl-Hatim döyüşü — 29 iyun 1149-cu ildə Raymond de Poitiers və Əli ibn Vəfanın komandanlığındakı birləşmiş Antioxiya knyazlığı və Xaşxaşilərin ordusu ilə Suriya atabəy bölmələrinin müttəfiq xaçlı ordusunu yox etdiyi, Antioxiyanı yağmaladığı və xristian knyazlığının şərq torpaqlarını işğaldan qurtardığı döyüşlərdən biridir. == Arxa plan == Atabəy Nurəddin Zənginin atası İmaməddin Zənginin 1146-cı ildə ölümündən sonra Raimund de Poitiers Hələb əyalətini işğal etdi. Bununla birlikdə, 1147-ci ildə Nurəddin Zəngi Hələbin nəzarətini geri aldı və Şamı xaçlılara qarşı uğurla müdafiə etdi. Bundan sonra, 1148-ci ilin sonunda Antioxiya knyazlığını işğal etdi və Apameanı mühasirəyə aldı. Raimund onu məğlub etdi və cəbhəxanasını ələ keçirdi. Atabəy bir neçə ay sonra Jaqra hücum etmək üçün geri döndüyündə Raimund onu yenidən Hələbə geri çəkilməyə məcbur etdi. 1149-cu ilin iyununda Nurəddin Zəngi Antioxiya knyazlığını yenidən işğaldan azad etdi və Şam hökmdarı Unur və türkmənlərin dəstəyi ilə İnab qalasını mühasirəyə aldı. Atabəyin çoxu at üstündə olmaqla, təxminən 6 min döyüşçüsü var idi. Raimund və qonşusu Edessa qrafı II Josselin 1146-cı ildən Raimundun Jesselinə yardım üçün qoşun göndərməməsindən sonra düşmən olmuşdular. II Josselin Raimonda qarşı Nurəddin Zəngi ilə ittifaqa belə girdi.
Aksi döyüşü
Aksi döyüşü — e.ə. 31-ci il sentyabrın 2-də Qədim Romada vətəndaş müharibəsi dövründə Aksi burunu yaxınlığında dəniz döyüşü. Oktavianın Aqrippanın komandanlığı altında döyüşən 260 gəmidən ibarət donanması həlledici vuruşda Antoni və Kleopatranın 230 gəmidən ibarət donanmasını əzmişdir. Döyüşün qızğın çağında savaşın uduzulduğunu zənn edən Kleopatra Misir donanmasına döyüşdən çıxmaq haqqında əmr verdi. Vuruşan gəmilər arasından sivişib qaçan 60 gəmi araya çaxnaşma saldı. Antoni Kleopatranın xəyanətinə inana bilmirdi. Antoni onun uğrunda vuruşub-ölən döyüşçüləri tərk edərək sürətli gəmiyə minib Kleopatranın ardınca getdi. Antoninin sərkərdəsiz qalmış donanması məğlubıyyətə uğradı və təslim oldu. Antoni ilə Kleopatra Misir İsgəndəriyyəsinə gəldilər.
Alacadağ döyüşü
Alacadağ döyüşü — 1877-1878 Rusiya-Osmanlı müharibəsi gedişatında baş tutan döyüş. Qarsın Diqor bölgəsində baş tutan döyüş rusların qələbəsi ilə başa çatmışdır.
Alamana döyüşü
Alamana döyüşü ― Yunanıstan İstiqlaliyyət müharibəsi zamanı 22 aprel 1821-ci ildə yunanlar və Osmanlı imperiyası arasında baş verən döyüş. == Döyüş == 1 aprel 1821-ci ildə Levadiya şəhərinin Afanasios Diakos və Vasilis Busqosun başçılıq etdiyi yunan döyüşçülərindən ibarət kontingentə təslim olandan sonra Hurşid Ahmed Paşa Fessaliyadan olan iki ən səriştəli komandirləri Ömər Vrioni və Köse Mehmedi 8000 nəfər ordu ilə Rumeli üsyanının yatırılmasına və daha sonra Peloponnesə keçərək Tripoli mühasirəsinin dağıdılmasına göndərdi. Dimitrios Panuryas və Yannis Dyovuniotisin döyüşçüləriylə gücləndirilən Afanasios Diakos və dəstəsi osmanlıların Rumeliye irəliləməsini dayandırmaq üçün Fermopillər yaxınlığında müdafiə mövqeləri tutmağı qərar verdi. 1500 nəfərlik yunan qüvvələri üç hissəyə bölündü: Divuniotis Qorqopotamos körpüsünü, Panurgias Halkomata təpəsini və Diakos Alamana körpüsünü qorumalı idi. Lamiya şəhəri yaxınlığında Lianokladidəki düşərgələrini tərk edən osmanlılar qısa müddətdə qüvvələrini böldülər. Əsas güc Diakosa yollandı, digəri sürətlə darmadağın edilən Divuniotisa hücum etdi, Panurgias yaralanandan sonra isə onun adamaları təslim oldular. Yunan qüvvələrinin əksəriyyəti qaçdı, osmanlılar hücumlarını Diakosun Alamana körpüsündəki mövqeyinə yönəltdilər. Məğlubiyyətin zaman məsələsi olduğunu görən Diakosla birlikdə döyüşən Busqos yalvarırdı ki, onunla təhlükəsiz yerə getsin. Diakos qalmağı və bir neçə saat ərzində 48 nəfərlə vuruşmağı seçdi Diakos yaralandı və qılıncının qırılmasından sonra əsir düşdü. === Diakosun vəfatı === Afanasios Diakos Ömər Vrioninin qarşısına gətirildi və ona türk ordusunda zabit rütbəsi təklif olundu.
Alaşkert döyüşü
Ələşgird döyüşü — 29 iyul-1 avqust 1421-ci ildə Qaraqoyunlularla Teymurilər arasında baş vermiş döyüş. == Arxaplan == Qaraqoyunlu dövlətinin (1410-1468) əsas düşmənlərindən biri də Xorasanda bərqərar olmuş Teymuri hökmdarı Şahrux idi. O, 1420-ci ilin yayında 200 minlik qoşunla Azərbaycana doğru hücüma başladı. Təbrizdən düşməni qarşılamaq üçün 50 minlik qoşunla yola çıxan Qara Yusifin qəflətən xəstələnməsi və vəfat etməsi, şahzadələrdən heç birinin ordu qərargahında olmaması ciddi hərc-mərcliyə səbəb oldu. Həmin dövrdə şahzadələrdən Şahməhəmməd Bağdadda, İskəndər Kərkükdə, İspənd Adilcəvazda, Cahanşah Sultaniyyədə Əbu Səid isə Ərzincanda idi. Teymuri qoşunlarının yaxınlaşmasından vahiməyə düşən Qaraqoyunlu əmirləri ordugahdan qaçdılar. Beləliklə heç bir müqavimətə rast gəlməyən Şahrux Azərbaycanı zəbt etdi. Qara Yusifin ölümü ilə Şahrux Mirzə Qaraqoyunlu şahzadələri ilə qarşı-qarşıya qaldı. Qaraqoyunlu əmirlərinin ittifaqı ilə Qara Yusifin yerinə taxta çıxan İsgəndər Mirzə bir tərəfdən Şahruxa öz itaətini bildirmiş, digər tərəfdən isə Mardinə hücum edən Qara Yuluq Osman bəy üzərinə səfər etmək üçün hazırlıqlara başlamışdı . 1421-ci ilin mart ayında Qara Yuluq Osman İsgəndər Mirzə tərəfindən məğlub edildi.
Alaşəhər döyüşü
Alaşəhər döyüşü və ya Antioxiya ad Maeandrum döyüşü — Nikeya imperiyası ilə Anadolu Səlcuqlu dövləti arasında 1211-ci ildə baş vermişdir. Türklərin məğlubiyyəti, Kiçik Asiyanın Ege bölgəsinin sahilində İznik hakimiyyətini davam etdirdi. Səlcuqlu sultanı I Qiyasəddin Keyxosrov döyüş meydanında öldürüldü. Döyüş Aydının Quyucak bölgəsində olan modern Yamalak qəsəbəsi yaxınlarında baş vermişdir. == Arxa plan == İstanbulun IV Səlib yürüşü (1204) qüvvələri tərəfindən ələ keçirilməsinin və Bizans imperiyasının bölünməsinin ardından 1208-ci ildə imperator olan Teodoros Laskaris (1205-1222) qərbi Anadolunun köhnə Bizans torpaqlarında güc formalaşdırdı. Yeni hakimiyyət Nikeya imperiyası olaraq bilinəcəkdi. İznik Bizans imperiyasının mirasına haqq iddia edən başlıca rum varis dövlətlərindən biri idi, digər varis dövlətlər Epirus və daha sonra Yunanıstanın qərbindəki Selanik imperiyası idi. İznik xaçlılar tərəfindən qurulan yeni Latın imperiyası tərəfindən şimaldan və şərqdən Anadolu Səlcuqlu dövləti tərəfindən təhdid edilirdi. Səlcuqlular ilə edilən sülh 1211-ci ilin əvvəllərində köhnə Bizans imperatoru III Aleksiosun (1195-1203) Antalya limanına çatmasıyla pozuldu. Başda Səlcuqlu tərəfindəki Əli ibnül Əsir və Nikiforos Qriqoras adlı əsərləri olmaqla, yaxın çağdaş qanaqlar ilə digər əsərlərdə istinadlarla Nikitas Honiatis tərəfindən Teodoros Laskaris şərəfinə yazılan yazıda döyüş haqqında bəzi detallar mövcuddur.
Almaqulağı döyüşü
Almaqulağı döyüşü — 21 iyun 1503-cü ildə Səfəvilər dövləti və Ağqoyunlu dövləti arasında baş verən döyüş. Bu döyüşdən sonra Ağqoyunluların ikinci qolu süqut etdi. == Döyüş ərəfəsi == 1503-cü ilin yazında I Şah İsmayıl Qənbər ağa adlı müridini məktubla Sultan Muradın yanına göndərib, ondan itaət etməsini tələb etdi. Səfəvilərlə Ağqoyunluların qohumluq əlaqələrini xatırladan qızılbaş rəhbəri onun hakimiyyətini tanıdığı təqdirdə İraqi-Əcəmin bir hissəsini Sultan Murada təklif edirdi. Sultan Muradın cavabı mənfi oldu. Belə olduqda İsmayıl 12 min nəfərlik qoşunla Təbrizdən çıxaraq, Qızılüzən çayını keçdi və cənuba – Həmədana doğru hərəkət etdi. Sultan Murad 70 min nəfərlik böyük qoşun topladı. == Döyüşün gedişatı == Şah İsmayıl tərəfindən Xüləfa bəy və Mənsur bəy Qıpçaği irəlidə hərəkət etmək üçün başçı təyin edildilər. Qarapiri bəy Qacar isə 1500 süvari ilə ehtiyatda saxlanıldı. Qalan qızılbaş əmirləıri – Dədə bəy Talış (Əbdüləli bəy Dədə də odur), Hüseyn bəy Lələ, Məhəmməd bəy Ustaclı, Bayram bəy Qaramanlı, Əbdi bəy Şamlı, Yeqan bəy Təkəli, Sarı Əli (möhrdar) cinahlarda, İsmayıl özü isə mərkəzdə mövqe tutdular.
Amara döyüşü
Amara döyüşü — 19 oktyabr ilə 20 oktyabr 2006-ci il aralığında keçirilmiş, Bədr Təşkilatının çoxsaylı üzvləri ilə Mehdi Ordusu və polislər arasında baş vermiş döyüşdür. == Arxa planda == Amara şəhəri nisbətən müharibə zamanı dinc şəhərlərdən idi. Həmin zamanlarda bu şəhərdə bir-birilə rəqabət aparan polis orduları, Bədr Təşkilatı və Mehdi Ordusu mövcud deyildi. Müharibənin əvvəllərində xeyli rəqib fraksiyalar arasında və məqsədli istiqamətində döyüşlər olub. Britaniya qüvvələri OMS polis ordusu ilə gündəlik təmasda olub. İraq minaatan atəşgahı ilə birlikdə ordu onların qərargahı idi. Britaniya qüvvələri 2006-cı ilin avqustunda Amaranı tərk etdi və İraq hökuməti şəhərə nəzarəti bərpa etdi. Oktyabrın ortalarında Amarada yol kənarında Bədr Təşkilatına məxsus bombanın partlaması nəticəsində Amaranın Polis Rəisi həlak oldu. Buna cavab olaraq, polis Mehdi Ordusunun üzvü olan və şübhəli bilinən terrorçunun qardaşını əsir götürdü. == Döyüş == Döyüşlər oktyabrın 19-da başladı.
Ambon döyüşü
Ambon döyüşü — Hiderland Ost-Hindi əməliyyatı çərçivəsində quruda baş vermiş döyüş. Döyüş Ambon adasında 1942-ci ilin 30 yanvarından 3 fevralına qədər davam etmişdir. Burada Hollandiya və Avstraliya qüvvələri müştərək şəkildə yaponlara qarşı müqavimət göstərmişlər. == Tərəflərin qüvvələri == === Müttəfiqlər === Müharibədən öncə bölgədə sayı 2800 çatan Molukk briqadasına sahib hollanlar və 2 batalyondan ibarət olan Avstraliya qüvvələri cəmləşmişdi. Avstraliya qüvvələri adaya 17 dekabrda gətirilmiş və sayları cəmi 1100 nəfərdən ibarət olmuşdur. Hollandların qüvvələri Kral holland ost-hind ordusu adlanırdı. Hollandların vəziyyəti bu ərəfədə hecdə ürək acan deyildi. Səbəb isə ölkənin avropa hissəsi nasist Almaniyası tərəfindən işğal olunması idi. === Yaponiya === İlk hücum yapon dəniz donanması tərəfindən həyata keçirilir. Hücum zamanı təyyarə daşıyan "Xiryo" və "Soryo", ağır kreyser "Nati" və "Mioko", üztəlik yükgül kreyser "Dzinsu" və 15 esmins iştirak etmişdir.
Amid döyüşü
Amid döyüşü — 359-cu ildə Sasani və Roma arasında baş vermiş döyüş. == Tarixi == II Şapurun Romanın Şərq sərhədlərinə doğru yürüşə hazırlaşdığı vaxt Şərqi Roma İmperatoru II Konstantin general Sabinianı Şərqdəki Roma ordularının komandanı təyin edir. II Şapur Romaya qarşı hərbi səfərə 359-cu ildə başladı. Onun bu yürüşdə müttəfiqləri isə xionidlər, gelanilər, seqestanilər və albanlar idi. Alban döyüşçülərinin başında qədim Azərbaycan dövləti olan Albaniya hökmdarı Urnayr idi. Sasani ordusu Amid şəhərinə kimi heç bir müqavimətə rast gəlmədi. Səbəbi isə o idi ki, amid şəhərinə qədərki bütün Roma şəhərləri sasanilərə təslim olmuşdu. Şəhərlərdəki Roma legionları isə Amid şəhərinə doğru qaçırdılar. Çünki, II Şapurun yürüşündən əvvəl İmperator II Konstansi tərəfindən divarları möhkəmləndirlən Amid şəhəri Sasanilərə təslim olmamışdı. Şəhəri mühasirəyə alan II Şapur əvvəlcə şəhərdəki Roma qarnizonuna könüllü şəkildə təslim olmalarını təklif etdi.
Ankara döyüşü
Ankara döyüşü — Osmanlı sultanı İldırım Bəyazid ilə Teymurləng arasında Ankaranın Çubuq Düzənliyində baş verən döyüş. Orta əsrlər tarixinin ən qanlı döyüşlərindən biri olan və Osmanlıların məğlubiyyəti ilə tamamlanan Ankara döyüşü Osmanlı İmperiyasının parçalanmasına və Fetrət Dövrü (1402–1413) olaraq bilinən bir iqtidar boşluğu dövrünün yaşanmasına gətirib çıxardı. == Ümumi məlumat == Ankara Döyüşü, Teymurla İldırım Bəyazid arasında 20 iyul 1402-ci ildə Ankara ya 20 km. yaxınlıqdakı Çubuq Düzənliyində olmuşdur. Döyüş olmadan əvvəl Teymur, İldırım Bayezidə dörd məktub göndərmiş, İldırım Bəyazid dörd məktubla ona cavab vermişdir. Ancaq bu yazışmalar döyüşü önləyə bilməmişdir. Döyüşün qalibi Teymur olmuş, İldırım Bəyazid əsir düşmüşdür. Bu dörd məktub və cavablarının Türkcə surətləri, Konya Bələdiyyəsi Koyunoğlu Kitabxanası nr. 13435də qeydli olan əl yazması Münşeat və Mükatabatı Sultanıya məcmuəsində mövcuddur. == Döyüşün gedişi == Osmanlı sultanı I Bəyazid İldırımın 70 min ordusuna qarşı Teymurləng 150 minlik ordu və 32 fillə çıxdı.
Arazbar döyüşü
Arbedo döyüşü
Arbedo döyüşü — Milan hersoqluğu ilə İsveçrə konfederasiyası arasında 30 iyun 1422-ci ildə baş vermiş döyüş. == Zəmin == 1419-cu ildə Uri və Untervalden kantonları Bellinson qalasını Sakko baronlarından satın aldılar, lakin onlar qalanın müdafiəsini təmin edə bilmədilər. Belə olduqda, Milan hersoqluğu kantonlara hərbi cəhətdən möhkəmləndirilmiş şəhəri onlardan satın almağı təklif etdi, lakin kantonlar 1422-ci ildə bu təklifdən imtina etdilər. 1407-1419-cu illər arasında Uri və Untervalden Bellinson şəhərini və mahalını Saks baronlarından satın alana qədər, 1419-cu ilə qədər Bellinson Konfederasiya üçün dost şəhər hesab olunurdu. Bundan qısa müddət sonra kondotyer (muzdluların komandiri) Françesko Bussone da Karmanol başda olmaqla Viskonti ailəsinin qoşunları İsveçrə qarnizonunu qovdu və qalanı işğal etdi. Şəhəri geri almaq üçün isveçrəlilər 2500 əsgərdən ibarət böyük bir ordu topladılar və Sen-Qotarddan keçərək Bellinsona getdilər, lakin burada uğursuz hücumdan sonra şəhərin şimalında düşərgə saldılar. == Döyüş == 1419-cu il iyunun 30-da Karmanol İsveçrə düşərgəsinə qəfil hücum etdi. İsveçrəlilər tezliklə kvadrat şəklində düzülüb düşmənin bir neçə süvari hücumunu dəf etdilər. Bundan sonra Karmanyol öz süvarilərinə sürətlə İsveçrə meydanına əsas hücuma keçməyi əmr etdi. Milanlıların sayca üstünlüyü (16.000 əsgər, o cümlədən 5 min nəfər atlı) düşməni geri çəkilməyə vadar etdi.
Aslandüz döyüşü
Aslandüz döyüşü — 1812-ci il oktyabrın 10-da Rusiya-İran arasında Cənubi Azərbaycanda,Muğan ərazisində olan, Rusiyanın qələbəsi ilə nəticələnən döyüş. Bu ərazinin Azərbaycan tarixində xüsusi bir rolu vardı. Gülüstan müqaviləsinə yol, məhz Aslandüzdən keçirdi. Böyük Britaniya hökuməti qüvvədən düşmüş İran ilə Rusiya arasında barışığa yol verməməyə çalışırdı. 1810-cu ildə general Malkolm yenidən İrana gəlib çoxlu top və tüfəng gətirdi. 1811-ci ildə Ouzli Harvord Consun yerinə Tehrana böyük elçi göndərildi. O, 1809-cu il müqaviləsi üzrə nəzərdə tutulan pul yardımının yeni üçillik məbləğini (360 min funt sterlinq və ya 600 min tümən) Fətəli şaha yetirdi. Tezliklə İngiltərədən İrana 12 top,12 min mərmi,12 min tüfəng,12 min əsgərin geyimi üçün mahud göndərildi. 1810–1811-ci illərdə Türkiyə ilə savaşda Rusiyanın bəzi uğurları sülh bağlanmasını tezləşdirdi. 1812-ci il mayın 16-da Buxarest sülh müqaviləsi imzalandı.
Austerlits döyüşü
Austerlits vuruşması - 1805, müttəfiq rus - avstriyalı və fransız qoşunları arasında 20 noyabrda Austerlits(indi Slavkov, Çexiya) yanında 1805-ci il Rusiya - Avstriya - Fransa müharibəsinin həlledici vuruşması. == Tərəflərin qüvvələri və mövqeləri == Rus - Avstriya ordusu(86 min nəfər, 350 top) general Kutuzovun komandanlığı altında Braunaudan Olmüza qədər parlaq marş - manevrdan sonra(1805-ci ilin noyabrın ortası) müdafiə üçün rahat Olşan mövqeyində dayandı. Napoleonun ordusu(73 min nəfər,250 top) Brünnadan(indi Brno) şərqə mövqe tutdu. Kutuzov yardım gələnə qədər fəal hərəkət etmək niyyətində deyildi. Napoleon, müttəfiqləri yardım yetişənədək və Prusiyanın ittifaq tərəfində çıxışına qədər vuruşmaya cəlb edərək, fransız ordusunun zəifliyi barədə şaiyələr yayır, barışıq barədə danışıqlar apararaq, Avstriyanı müharibədən çıxmağa sövq etmək istəyirdi. Orduda olan çar I Aleksandr Kutuzovun niyyətlərinə əks olaraq müttəfiq qüvvələrin hucuma keçməsinə israr edirdi, və faktiki olaraq komandanlığı öz üzərinə götürmüşdü. Avstriyalı qeneral F. Veyroterin hazırladığı hucum planı, Napoleonun pasiv hərəkətlərinə hesablanmışdı. Onun mahiyəti - əsas qüvvələrin cənubdan qəliz yandan alma hərəkəti ilə franszı ordusu ilə Vyananın arasını kəsmək və onun Brünnaa yanında darmadağın etmək. Plana uyğun olaraq rus - avstriyalı ordusu beş sütunla Austerlitsa marş etdi. Müttəfiqlərin ləng tərpənməsi Napoleona vaxt qazandırdı.
Avarayr döyüşü
Avarayr döyüşü və ya Avaray döyüşü — Sasani əsarətinə qarşı üsyan edən ermənilərlə İran qoşunu arasında döyüş. Maku ilə Xoy arasındakı Avarayr düzündə, 26 may 451-ci ildə olmuşdur. Üsyana Vardan Mamikonyan başçılıq edirdi. Döyüşdə ermənilərlə birlikdə qonşu iberlər və albanlar da iştirak etmişdi. İran qoşunu sayca az olan üsyançıları məğlub etmişdir. Bu vuruşmada Mamikonyan öldürülmüşdür, lakin Sasanilərin qələbəsi həlledici olmamışdır. 457, 481–484-cü illərdə Cənubi Qafqazda Sasanilərə qarşı yeni üsyanlar baş vermişdir.
Azenkur döyüşü
Azenkur döyüşü - ( Azincourt), Fransanın Kale şəhərindən 60 km cənubda yerləşir. Burada 25 oktyabr 1415-ci ildə Yüzillik müharibənin ən böyük döyüşlərindən biri baş verdi. İngilis kralı V Henrixin qoşunları(3-5 min oxçular və 1 min piyada cəngavər 10 min piyada fransız cəngavəri və arbaletçisinə qarşı), bacarıqlı manevr edərək və ustalıqla sapan silahlardan yararlanaraq, qətiyyətlə rəqibə hucum etdilər. Ş. d' Albrenin başçılığı ilə fransızlar, müdafiə taktikasını seçərək, pərakəndə hərəkət edirdilər, piyada cəngavərlər süvarilərin hucumunu dəstəkləmədi: o, ingilislərin özünü qorumaq üçün çevrələrinə düzdükləri daşınan hasarlarda asanlıqla dəf edildi. Döyüş fransızların ağır məğlubiyəti ilə bitdi. Onlar 4 min ölü və 1,5 min yaralı itki verdilər. Döyüşün uğurundan yararlanan ingilislər bütün Şimali Fransanı və Parisi tutdular. Döyüşdə fransız elitasını - fransız zadəgan kəsiminin böyük hissəsini məhv edən ingilislər, Fransanın böyük ərazisini işğal edərək, uzun müddətə öz üstünlüklərini təmin etdilər. == Mənbə == Советская военная энциклопедия. Военное издательство Министерства обороны СССР. Москва-1976 год.
Ağaiani döyüşü
Ağaiani döyüşü — Kaxetiya çarlığının zadəganları ilə Səfəvi imperiyası orduları arasında 1625-ci ildə baş vermiş döyüş. == Arxa plan == 1606-cı ildə I Abbas Kartli zadəganlarının və Teymurazın anası olan Ketevanın istəyi ilə ikisi də mülayim gənclər kimi görünən II Luarsab və I Teymurazı səfəvilərin vassalı olan Kartli və Kaxetiya krallıqlarına hökmdar təyin etdi. Ancaq 1612-ci ildə Teymuraz və Luarsabın Qarabağ valisi də daxil olmaqla, Səfəvi zadəganlarını edam etməsi ilə Gürcüstan ilə Şah arasındakı münasibətlər pozuldu. 1613-cü ildə Şah onları Mazandarandakı ov mərasiminə qatılmağa dəvət edərkən, onlar ya həbs ediləcəklərindən, ya da edam ediləcəklərindən qorxduqlarına görə getmədilər. 1614-cü ilin yazında müharibə başladı. Səfəvi orduları 1614-cü ilin mart ayında iki bölgəni işğal etdi və iki müttəfiq kral Osmanlı vassalı olan İmeretiyə sığındı. Səfəvi saray tarixçisi İsgəndər bəy Münşinin bildirdiyinə görə, I Abbas ən güvəndiyi iki təbbəəsi və qulamının ona olan xəyanətindən dolayı qəzəblənmişdi. 30.000 Kaxetiya kəndlisini Səfəvi imperiyasına sürgün etdi və kral II Aleksandrın nəvəsi İsa xanı Kartli taxtına təyin etdi. İsa xan İsfahandakı sarayda müsəlman olaraq böyüdülmüşdü və Şaha sadiq olacağı düşünülürdü. I Abbas qaçaq kralları ona verməzsə, İmeretini yandırmaqla təhdid etdi, İmereti, Meqrelya və Quriya hökmdarları bu tələbi birlikdə rədd etdilər.
Ağdərə döyüşü
Goranboy əməliyyatı və ya Ağdərə əməliyyatı — 1992-ci ilin yayında Azərbaycan Ordusu tərəfindən keçirilmiş irimiqyaslı hərbi hücum. Məqsəd Dağlıq Qarabağda nəzarəti ələ keçirmək və oradakı qanunsuz separatçılıq əməllərinə son qoymaq olmuşdur. Hücum istənilən şəkildə alınmış, bütöv 6 ildə Dağlıq Qarabağda Azərbaycan Ordusunun uğurlu irəliləyişinin pik nöqtəsi hesab olunur. Bu, həmçinin, yeni, daha gərgin bir mərhələnin başlanğıcı idi. Hücumda 8.000-dən çox qoşun, əlavə 4 batalyon, 90 tank və 70 piyada döyüş maşını, Mi-24 zirehli hərbi döyüş vertolyotundan istifadə edilmişdir. [mənbə göstərin] Azərbaycanın ilkin uğurlu hücumlarından sonra, yenidən yaradılmış erməni qrupları əks-hücuma keçmiş və itirdikləri ərazilərin əksəriyyətini geri qaytarmışdır. == Hücumun başlanması == 12 iyun, 1992-ci il tarixində, Azərbaycan Xalq Cəbhəsi sədri Əbülfəz Elçibəyin prezident seçilməsindən sadəcə 5 gün sonra, Azərbaycan hərbi qüvvələri Dağlıq Qarabağ mərkəzində Əsgəran bölgəsi istiqamətində şərqdən genişmiqyaslı hücum başlayır. Ümumi 4.000 qoşundan ibarət 2 qrup Əsgərana şimal və cənub istiqamətində hücum edir. Şiddətli döyüşlərin nəticəsində azərbaycanlılar Əsgəran rayonunda bəzi yaşayış məntəqələrini ələ keçirirlər: Naxçıvanlı, Dovşanlı, Pircamal, Dəhrəz, Ağbulaq. == Əsas hücum == 13 iyun, 1992-ci ildə Azərbaycan hərbi qüvvələri Dağlıq Qarabağın şimalında 3 gün davam edəcək erməni könüllü dəstələrinin müdafiə etdiyi Goranboy rayonu istiqamətində (Azərbaycan SSR dövründə Şaumyan rayonu) irimiqyaslı hücuma keçdi.
Daysuke
Daysuke — ad. Daysuke Oku — keçmiş Yaponiya futbolçusu.
Doyduk
Doyduk — Nevşəhər ilinin Kozaklı ilçəsində kənd. == Tarixi == Kənd 1907-ci ildən Doyduk adlanır. Nevşəhərdən 91 km, Kozaklıdan 10 km aralıda yerləşir.