Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Dursun
Dursun — Kişi adı. Dursun Hüseynov — tibb elmləri doktoru, professor. Dursun Əhmədov — Belorusiya SSR Volkovısk Şəhər Xald Deputatları Sovetinin deputatı.
Dursun Hümbətov
Dursun Hümbətov (tam adı: Dursun Oruc oğlu Hümbətov (Şahzeynallı); 10 mart 1930 – 9 sentyabr 1990, Bakı) — alim, pedaqoq. == Həyatı == Dursun Hümbətov 1930-cu il mart ayının 10-da Gürcüstan Respublikasının Marneuli rayonunun Qurdlar kəndində anadan olmuşdur. Onun ata babası Borçalı bəylərindən biri-Hümmət Şahzeynallı olmuşdur. Məhz bu səbəbdən Dursun Hümbətovun atası Oruc Hümbətov bəy oğlu kimi 1937-ci ildə Stalin repressiyasının qurbanı olmuş, 10 il müddətinə SSRİ-nin uzaq Arxangelsk vilayətinə, siyasi dustaqlar koloniyasına göndərilmişdir. === Təhsili === Dursun Hümbətov 1945-ci ildə səkkizillik kənd orta məktəbini əla qiymətlərlə bitirdikdən sonra orta təhsilini Marneuli şəhərindəki Pedaqoji Texnikumda davam etdirmişdir. 1949-cu ildə isə texnikumu fərqlənmə diplomu ilə bitirərək V.Lenin adına Azərbaycan Pedaqoji İnstitutunun (indiki Azərbaycan Dövlət Pedaqoji Universiteti) fizika-riyaziyyat fakültəsinə qəbul olunmuşdur. O, həm fakültənin həmkarlar təşkilatının sədri, həm institutun komsomol komitəsinin büro üzvü, həm də qrup nümayəndəsi idi. Hümbətov ikinci kursdan etibarən Stalin adına Dövlət təqaüdünə layiq görülmüşdür. Həmin dövrdə Dursun Hümbətovun elmi istedadı professor A.A.Abbaszadənin diqqətindən yayınmamışdır. A.A.Abbaszadənin rəhbərliyi altında D.Hümbətovun ilk elmi məqalələri və məruzələri institutda təşkil edilmiş müxtəlif elmi konfranslarda böyük əks-səda doğurmuşdur.
Dursun Hüseynov
Hüseynov Dursun Yaqub oğlu — tibb elmləri doktoru, professor, əməkdar elm xadimi, "Tərəqqi" medalı laureatı(17.06.2000) == Həyatı == Dursun Hüseynov 1915-ci ildə Qəbələ rayonu Vəndam qəsəbəsində anadan olub. ATU-nun farmakologiya kafedrasının professoru olmuşdur. 1990-cı ildə Azərbaycanın əməkdar elm xadimi fəxri adına layiq görülmüşdür. == Əsərləri == Yeni dərman preparatları. Bakı, 1970. Ümumi və xüsusi reseptura Bakı, 1976. Dərman preparatları, I hissə. Bakı, 1983. Dərman preparatları, II hissə. Bakı, 1985.
Dursun Özbək
Dursun Aydın Özbek (25 mart 1949) — türk iş adamı və Türkiyənin "Qalatasaray F. K" çoxşaxəli idman klubunun 36-cı klub prezidenti. Qalatasaray Liseyini və İTU Maşın Mühəndisliyini bitirib. 1974-cü ildən bəri avtomobil sektorunda fəaliyyət göstərən Özbək, 1988-ci ildən bəri İstanbul və Ankarada Nippon və Point Hotel şəbəkələri, Antalyada isə Kimeros və Mabiçe otelləri ilə turizm sektorunda həm investor, həm də operator kimi fəaliyyət göstərir. Ailəlidir, iki övladı var.
Dursun Əhmədov
Dursun Əhməd oğlu Əhmədov (10 may 1929, Qaçağan – 23 yanvar 1980, Qaçağan, Marneuli rayonu) — Sovet İttifaqı Sosialist Əməyi Qəhrəmanı, 1950-1952-ci illərəd Belorusiya SSR Volkovısk Şəhər Xald Deputatları Sovetinin deputatı. == Həyatı == Dursun Əhməd oğlu Əhmədov Gürcüstan SSR Borçalı qəzasının Qaçağan kəndi dünyaya gəlmiş, uşaqlığı və ilk gənclik illərini Borçlıda yaşamaışdır. 1950-ci ildə Sovet İttifaqı Silahli Qüvvələrində həqiqi hərbi xidmətə çağrılmış və həyatının 3 ili Belorusiya SSR-in Volkovısk şəhərində keçmişdir. 1953-ci ildən sonra Borçalıya. Qaçağan kəndi dönmüş və ömrünün sonuna qədər Qaçağan kəndində yaşamışdır. == Söykökü == == Fəaliyyəti == 1941-ci ildə Qaçağan kənd orta məktəbini bitirən yeniyetmə Dursun Əhmədov Qaçağan "Kommunizm" Kolxozunda əmık fəaliyyətinə başlamışdır. O, zəmətsevər və təşşəbüskar olduğunu üçün 1944-cü ildə manqa başçısı təyin edilir. 1949-1952-ci illərədə Belorusiya SSR Qrodnı vilayəti Volıkovısk rayonunda dislokasiya olunan SSRİ Silahlı Qüvvələri Quru Qoşunları 28-ci Ümumqoşun Ordusu 6-cı Qvardıya tank Diziyasında həqiqi hərbi xidmət keçmişdir. 1949-cu ildə D.Əhmədovun başçılıq etdiyi manqa "Trabzon" tütünü becərərk, yüksək məshuldarlıq əldə edir. Bu məsuldarlıq göztəricisi bütün Sovet İttifaqı üzrə birinci yerdə idi.
Hamza Dursun
Hamza Dursun (11 fevral 1994) — Türkiyəli xizək yürüşçüsü. Hamza Dursun Türkiyəni 2018-ci ildə Cənubi Koreyada təşkil edilən XXIII Qış Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Hamza Dursun birinci dəfə Olimpiya Oyunlarına 2018-ci ildə qatıldı. O, Cənubi Koreyada baş tutan XXIII Qış Olimpiya Oyunlarında kişilər klassik sprint yarışlarında iştirak etdi. Dursun 3:36.53 saniyəlik nəticəsi ilə 80 atlet arasında 71-ci yeri tutdu və növbəti mərhələyə vəsiqə qazana bilmədi.
Molla Dursun
Molla Dursun, Şaumyan — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indiki Üçkilsə (Eçmiədzin) rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 5 km şimalda, Abaran çayının yanında yerləşir. 1590-cı ildə tərtib edilmiş "İrəvan əyalətinin müfəssəl dəftəri"ndə, Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Kənd Molla Dursun adlı şəxs tərəfindən salınmışdır, kəndi onun şərəfinə Molla Dursun adlandırmışlar. Kəndin adı 1920-ci ildə dəyişdirilərək Şaumyan (26-ların başçısı Stepan Şaumyanın şərəfinə) qoyulmuşdur. == Toponimi == Monqol dilində mayla "tala", "əkin sahəsi" sözündən və Dursun şəxs adından ibarətdir. "Dursunun əkin sahəsi" mə’nasındadır. == Əhalisi == Burada 1828-ci ilə kimi yalnız azərbaycanlılar yaşamışdır. Türkmənçay müqaviləsindən sonra, 1828–1829-cu illərdə İrandan buraya ermənilər köçürülmüşdür. Kənddə 1831-ci ildə 75 nəfər azərbaycanlı, 45 erməni, 1873-cü ildə 124 nəfər azərbaycanlı, 114 erməni, 1886-cı ildə 134 nəfər azərbaycanlı, 146 erməni, 1897-ci ildə 147 nəfər azərbaycanlı, 150 erməni yaşamışdır.
Sərdar Dursun
Serdar Dursun (19 oktyabr 1991, Hamburq) — Türk futbolçu. Almaniyada yetişmişdir. Hücumçu mövqeyində oynayır. Super Liqa komandalarından biri olan Fənərbaxçada oynayır. == Klub karyerası == === İlk illər === Almaniyada Sakaryadan bir Türk işçi ailəsində anadan olan Serdar Dursun, "Concordia Hamburq" infrastrukturunda futbol oynamağa başladı. Daha sonra "Hannover 96" komandasına köçdü. Burada oynadıqdan sonra iki mövsüm sonra "Hannover 96 II" heyətinə daxil edildi. Hannover 96 II-də rəsmi debütü Regionalliga Süd-də 6 Avqust 2010-cu ildə "SC Freiburg II"-yə qarşı keçirdi. Buradakı ilk mövsümündə mütəmadi olaraq ilk on birdə yer alır və yaxşı çıxış edirdi. Liqanı 5 qol və 6 asistlə tamamlayan futbolçu, xüsusən də, Türkiyədən bir çox transfer təklifləri aldı.
Turan Dursun
Turan Dursun (d. 1934, Şarkışla - ö. 4 sentyabr 1990, İstanbul) — türk yazıçı, mütəfəkkir, daha əvvəlində imam və müfti. İbn əl-Ravəndinin təqibçilərindən olub, etmiş olduğu araşdırmalarında İslamı və peyğəmbəri Məhəmmədi ağır bir şəkildə tənqid etmişdir. Təktanrılı dinlər tarixi təhsili görüb ateist olmadan əvvəl müfti olaraq çalışmışdır. İslam dinini açıqca tənqid ötəri fundamentalist kəslər tərəfindən təhdidlər almışdır. 4 sentyabr 1990-cı ildə evinin qarşısında təşkil edilən sui-qəsd ilə öldürülmüşdür. == Həyatı == Sivasın Şarkışla mahalının Gümüştəpə kəndində 1934-ci ildə anadan olub. İmam olan atası, daha o doğulmadan "Bəsrədə və Kufədə belə görülməyəcək bir alim" etmə sevdasındaydı. İbtidai məktəbə göndərmədi, uşaqlıq həyatı şeyxlərin və din müəllimlərinin yanlarında müxtəlif təkkə və dərgahlarda keçdi.
Şıx Dursun
Şıx Dursun (əvvəlki adı: Sıxtoraşen) — Azərbaycan Respublikasının Xocavənd rayonunun Qırmızı Bazar qəsəbə inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı ilə Xocavənd rayonunun Sıxtoraşen kəndi Şıx Dursun kəndi adlandırılmışdır. 2 oktyabr 1992-ci ildən 10 noyabr 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olmuşdur. İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən imzalanmış 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq Şıx Dursun kəndi Rusiya sülhməramlı qüvvələrinin nəzarətinə keçmişdir. 19 sentyabr 2023-cü ildə aparılan lokal xarakterli antiterror əməliyyatları nəticəsində yenidən Azərbaycan Respublikasının nəzarətinə qayıdıb. == Toponimikası == XIX əsrin 20-ci illərində İrandan köçüb gəlmiş erməni ailələri burada məskunlaşdıqdan sonra kəndi Sıxtoraşen (erm. "sarımsaqlı kənd") adlandırmışdılar. 1992-ci ildə kəndin əvvəlki adı bərpa edilmişdir. Kənd Şeyx Dursun adlı şəxsin adını daşıyır. == Tarixi == === Tarixi abidələri === Şıx Dursun kəndində aşağıdakı daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmışdır: == Coğrafiyası və iqlimi == Kənd Köndələnçayın (Arazın qolu) sahilində yerləşir.
Ahmet Dursun
Ahmet Dursun (25 yanvar 1978, Helzenkirxen, Şimali Reyn-Vestfaliya) — Türkiyənin keçmiş milli futbolçusudur. Futbola "SG Wattenscheid 09" da başlayan futbolçu karyerasına 1996-cı ildə " Kocaelispor" a keçərək Türkiyədə başlayıb. 1999–2003-cü illər arasında liqa çempionluğu qazandığı Beşiktaş, karyerası ilə zirvəyə çatdı. Çin və Azərbaycanda da futbol oynayan Dursun 2014-cü ildə peşəkar karyerasına son qoyub, 2016-cı ildə həvəskar kimi futbola qayıdıb və 2018-ci ildə doğma şəhəri "Tokatspor" da futbolu tərk edib. == Klub karyerası == === Almaniya və Kocaelispor === Almaniyada əmisi Kurtuluş Şahinin dəstəyi ilə futbola başlayan Ahmet Dursun, 1995-96 mövsümündə 2. Bundesliqa komandası SG Wattenscheid 09-da iştirak etdi. 20 aprel 1996-cı ildə 1. FSV Mainz 05-ə qarşı debüt etdi. İlk mövsümündə onun dörd oyun oynamaq şansı var idi. 1996–97 mövsümündə Mustafa Dənizlinin rəhbərliyi altında SG Wattenscheid 09 komandasından " Kocaelispor" a transfer olunub və bu müddət ərzində gənclərdən ibarət milli komandaya çağırılıb.
Ahmet Haluk Dursun
Ahmet Haluk Dursun (1957, Hereke[d], Kocaeli ili – 19 avqust 2019, Ərciş, Van ili) — Türk tarix professoru və bürokrat. == Təhsili və akademik karyeri == Ahmet Haluk Dursun Qalatasaray liseyini bitirib. İstanbul Universiteti Ədəbiyyat Fakültəsi Son Çağ və Türkiyə Respublikası tarixi kürsüsündən məzun olub. Bundan sonra Mərmərə Universiteti Atatürk Təhsil Fakültəsində köməkçi olaraq işə başladı. Mərmərə Universitetində müasir dövrün tarixi üzrə magistr və doktorluq dərəcələrinə yiyələnib. == Cəmiyyətdə tutduğu vəzifələr == İstanbul Böyükşəhər Bələdiyyəsi Mədəniyyət A. Ş. Ümumi Müdir müşaviri olaraq Miniatürk Proyektinin hazırlanmasında vəzifə almış, Daxili İşlər Nazirliyi tərəfindən Türkiyə Turing və Avtomobil Təşkilatının İdarə heyəti üzvlüyünə təyin edilmiş, 2005–2006-cı illər ilə 2011-ci illər tarixlərində eyni təşkilatda prezident Vekilliyi vəzifəsini icra etmişdi. 2007-ci ildə İstanbul İl Mədəniyyət və Turizm Müdir Köməkçisi vəzifəsini icra etmişdi. 2006–2012-ci illərdə Ayasofya Muzeyinin prezidenti, 2009–2011-ci illərdə Ayasofya Muzeyinin direktoru vəzifələrində çalışmışdır. 2012-ci ilin iyul ayından etibarən 2014-cü ilin ortalarına qədər Topqapı Sarayı Muzeyinin direktoru təyin edilmişdi. 2012–2014 illəri arasında İstanbul Topqapı Sarayı Aşiqlər Dərnəyinin sədri seçildi.
Ertuğrul Dursun Önkuzu
Ertuğrul Dursun Önkuzu — Ankara Kişi Texniki Liseyində oxuyarkən solçu tələbələr tərəfindən işgəncə ilə öldürülən Ülküçülü tələbədir. Onun adına şeirlər və xalq mahnıları yazıldı. Yazıçı Emine Işınsu "Sancı" romanı ilə Dursun Önkuzunun həyatını izah etdi. Sənətçi Mustafa Yıldızdoğan şair Niyazi Yıldırım Gençosmanoğlunun "Önkuzu" şeirini bəstələyərək albomuna daxil etdi. 12 sentyabr çevriliş dövründən bəhs edən Lütfü Şehsuvaroğlunun " Kafes" kitabından tərtib edilmiş Kafes filmi Dursun Önkuzunun canlandırıldığı səhnələrdə yer alıb. Film 2 oktyabr 2015-ci ildə nümayiş olundu. == İstinadlar == Emine Işınsu: Sancı, 1977 (ISBN 975-437-044-3) Yeniden Milli Mücadele Dergisi, 18 aprel 972, Sayı 116.
Şeyx Dursun türbəsi
Şeyx Dursun türbəsi — Azərbaycanın Ağsu ərazisində yerləşən türbə. Şeyx Dursun türbəsi Ağsu şəhərindən 1 kilometr aralıda yerləşir. Bu ağ daşdan tikilmiş səkkiztərəfli piramida şəklində olan abidə gözəl sənətkarlıq nümunəsidir. Türbənin hər tərəfınin eni 1,6 metr, hündürlüyü 3 metrdir. Türbənin üstü tikintinin gövdəsinə uyğun olaraq səkkiztərəfli prizma şəklindədir. Abidə sadə üslubda, lakin çox böyük sənətkarlıqla inşa edilmişdir. Qapısı üç bütöv yonulmuş daşdan ibarətdir: iki yan portal və qapının üst hissəsi, ümumiyyətlə, türbə ağ daşdan tikilmişdir. Türbənin üzərindəki ikisətirlik gözəl xətlə bütöv bir daş lövhə üzərində həkk olunmuş kitabədən göründüyü kimi türbədə 1399-cu ilin yayında vəfat etmiş Əhməd Padarın oğlu Şeyx Dursun dəfn edilmişdir. Şamaxının Kalaxana kəndindəki məşhur «Yeddi günbəz»lərdə dəfn olunmuş şəxslər onun 32 nəslindəndir. Rus şərqşünası, akademik B.Domun fondunda Şamaxı şeyxləri haqqındakı arayışda deyilir ki, «Şeyx Dursunun nəsli Şirvan əhlindəndir.
Əhməd Haluk Dursun
Ahmet Haluk Dursun (1957, Hereke[d], Kocaeli ili – 19 avqust 2019, Ərciş, Van ili) — Türk tarix professoru və bürokrat. == Təhsili və akademik karyeri == Ahmet Haluk Dursun Qalatasaray liseyini bitirib. İstanbul Universiteti Ədəbiyyat Fakültəsi Son Çağ və Türkiyə Respublikası tarixi kürsüsündən məzun olub. Bundan sonra Mərmərə Universiteti Atatürk Təhsil Fakültəsində köməkçi olaraq işə başladı. Mərmərə Universitetində müasir dövrün tarixi üzrə magistr və doktorluq dərəcələrinə yiyələnib. == Cəmiyyətdə tutduğu vəzifələr == İstanbul Böyükşəhər Bələdiyyəsi Mədəniyyət A. Ş. Ümumi Müdir müşaviri olaraq Miniatürk Proyektinin hazırlanmasında vəzifə almış, Daxili İşlər Nazirliyi tərəfindən Türkiyə Turing və Avtomobil Təşkilatının İdarə heyəti üzvlüyünə təyin edilmiş, 2005–2006-cı illər ilə 2011-ci illər tarixlərində eyni təşkilatda prezident Vekilliyi vəzifəsini icra etmişdi. 2007-ci ildə İstanbul İl Mədəniyyət və Turizm Müdir Köməkçisi vəzifəsini icra etmişdi. 2006–2012-ci illərdə Ayasofya Muzeyinin prezidenti, 2009–2011-ci illərdə Ayasofya Muzeyinin direktoru vəzifələrində çalışmışdır. 2012-ci ilin iyul ayından etibarən 2014-cü ilin ortalarına qədər Topqapı Sarayı Muzeyinin direktoru təyin edilmişdi. 2012–2014 illəri arasında İstanbul Topqapı Sarayı Aşiqlər Dərnəyinin sədri seçildi.
Fərid Dursunov
Fərid Fazil oğlu Dursunov (26 iyul 1986, Qax rayonu – 28 sentyabr 2020, Kəlbəcər rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin kapitanı, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Fərid Dursunov 1986-cı il iyulun 26-da Qax rayonunun Qorağan kəndində Fazil və Mirvari Dursunovların ailəsində anadan olub. Fərid Dursunov 1992-ci ildə Qax rayonunda Səfa Rəhimov adına Qorağan kənd tam orta məktəbinin birinci sinfinə qəbul olub və 2003-cü ildə oranı bitirib. Orta təhsilini başa vurandan sonra sənədlərini Azərbaycan Ali Hərbi Məktəbi (AAHM) verən Fərid Dursunov, 2008-ci ildə oranı bitirir və xarici dövlətə qısa müddətli təlimlətə göndərilir. Məryəm Dursunova ilə ailəli idi. Ömər və İsa adında oğulları yadigar qaldı. == Hərbi xidməti == Azərbaycan Ordusunun kapitanı olan Fərid Dursunov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Kəlbəcər rayonunun Murovdağ istiqamətində gedən döyüşlərdə savaşıb. Fərid Dursunov sentyabrın 28-də Murovdağ döyüşləri zamanı şəhid olub. Qax rayon Qorağan kəndində dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Fərid Dursunov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Məmmədzəki Dursunzadə
Məmmədzəki Dursunzadə (17 oktyabr 1890, Axalsxi qəzası[d] – 28 yanvar 1937, Tbilisi) — Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin xüsusi qərarına əsasən dövlət hesabına ali təhsil almaq üçün xaricə göndərilmiş tələbələrdən biri. == Həyatı == Məmmədtağı Dursunzadə 1890-cı ilin 17 oktyabrında Axalsıx qəzasının Azğur kəndində anadan olmuş, Müəllimlər institutunun hüquq fakültəsini bitirmişdir. Parlamentin 1 sentyabr 1919-cu il tarixli qərarına əsasən 1920–1925-ci illərdə təhsilini tarix-filologiya sahəsində davam etdirmək üçün İstanbul Universitetinə göndərilmişdi. Sonradan təhsilini öz hesabına davam etdirmiş, Türkiyədən Almaniyaya getmişdir. Təhsilini başa vurduqdan sonra Bakıya qayıtmış, qadın müəllimlər seminariyasında və yer quruluşu texnikumunda müəllimlik etmişdir. === Ailəsi === Afət adlı qızı olmuşdur. == Repressiya qurbanı == 1937-ci ilin 28 yanvarında doğma kəndinə getmiş, orada həbs olunaraq güllələnmişdir. == Həmçinin bax == Cümhuriyyət tələbələri Əşrəf Əliyev (mühəndis) == Xarici keçidlər == "Студенты Республики" Hüseyn Cavidin qızı ailəsi ilə bağlı müsahibəsində bir çox mətləblərdən danışıb – Çox maraqlıdır + MÜSAHİBƏ == Mənbə == ODLAR YURDU UNİVERSİTETİNİN ELMİ VƏ PEDAQOJİ XƏBƏRLƏRİ. HUMANİTAR ELMLƏR SERİYASI/THE SCIENTIFIC AND PEDAGOGICAL NEWS OF ODLAR YURDU UNIVERSITY. HUMANITIES SERIES/НАУЧНЫЕ И ПЕДАГОГИЧЕСКИЕ ИЗВЕСТИЯ УНИВЕРСИТЕТА ОДЛАР ЮРДУ.СЕРИЯ ГУМАНИТАРНЫХ НАУК; ISSN 1682–9123, № 38; Bakı, 2013 Vazeh Asgarov. L’immigration des Azerbaïdjanais en France : histoire et perspectives. Histoire.
Seyfi Dursunoğlu
Seyfi Dursunoğlu (1 oktyabr 1932, Trabzon – 17 iyul 2020, İstanbul) — tanınmış səhnə adı Huysuz Virjin, türkiyəli ing. drag queen (dreq kvin), müğənni və aparıcıdır. 1970-ci illərdən 2000-ci illərə qədər davam edən əyləncə proqramları ilə Türkiyədə məşhur bir əyləncə simasına çevrilmişdi. == Həyatı və səhnə fəaliyyəti == Seyfi Dursunoğlu 1932-ci ildə Trabzonda anadan olub. Bir müddət Trabzonun Yenicuma rayonunda yaşayıb 1938-ci ildə ailəsi ilə birlikdə İstanbula gəlmişdir. Orta məktəbi bitirdikdən sonra İstanbul Universitetində İngilis dili Filologiyası fakültəsinə daxil olub. Atası müflis olandan sonra orada təhsilini yarımçıq qoyub hərbi xidmətə getməli olmuşdur. Hərbi xidməti başa vurduqdan sonra Sosial Sığorta Müəssisəsində dövlət qulluqçusu kimi fəaliyyətə başladı və 18 il dövlət qulluqçusu işlədikdən sonra işini tərk etmişdir. 1970-ci ildə Huysuz Virjin kimi kiçik klublarda çıxış etməyə başladı. Şöhrəti ağızdan-ağıza yayıldıqca daha böyük klublardan təkliflər almağa başladı.
Zeynali Dursunov
Zeynali Əlləz oğlu Dursunov (16 mart 1999; Fətəlikənd, Saatlı, Azərbaycan — 14 oktyabr 2020; Füzuli, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələri'nin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Zeynali Dursunov 16 mart 1999-cu ildə Saatlıda, Fətəlikənddə doğulub. Əslən Axısqa türklərindəndir. 2006-cı ildə Saatlı rayonu, Ömər Faiq Nemanzadə adına Günəşli kənd ümumi orta məktəbinin birinci sinfinə daxil olan Zeynalı 2014-cü ildə həmin məktəbin doqquzuncu sinfini bitirib. 2014–2016-cı illərdə Adil Çaxoyev adına Fətəlikənd tam orta məktəbində tam orta təhsilini başa vurub. == Hərbi xidmətləri == Zeynalı 2017-ci ilin iyulundan 2019-cu ilin yanvarına qədər Azərbaycan Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdə olub. 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Zeynalı Dursunov Füzulinin azad edilməsində savaşıb. Zeynali Dursunov 2020-ci ildə oktyabrın 14-də Füzuli rayon istiqamətində gedən döyüş əməliyyatlarında düşmən tərəfindən atılan artilleriya atəşi nəticəsində şəhid olub. Saatlıda dəfn edilib. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda qoyulmuş tapşırıqların icrası zamanı verilmiş tapşırıqları şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Zeynali Dursunov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Hilmi Durgun
Hilmi Durgun (1981, Antalya ili) — aqrar mühəndis və siyasətçi; Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı. == Həyatı == Hilmi Durgun 1981-ci ildə Antalya ilində anadan olub. Süleyman Dəmirəl Universiteti Aqrar Bölməsindən məzun olub. Kənd təsərrüfatı sahəsində çalışıb. Uzun illərdir MHP üzvüdür. MHP Antalya il şöbəsinin sədr müavini və sədri vəzifələrində çalışıb. 2023-cü ildə MHP namizədi olaraq Antalya ilindən Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı seçilib. TBMM Kənd Təsərrüfatı, Meşə və Kənd Məsələləri Komissiyasının üzvü vəzifəsində təmsil olunub. İngiliscə bilir. Evli və 1 uşaq atasıdır.
Durğun bağırsaq sindromu
Kor həlqə sindromu (ing. blind loop syndrome) – bağırsaq anastomozlarında nazik bağırsaqda staz nəticəsində bakteriyaların sürətlə artması, malabsorbsiya və steatoreya, oynaq sindromu baş verir. Kor ilgək və ya durğun bağırsaq sindromu nazik bağırsaqda bakteriyaların çox artması ilə (bakteriyaların miqdarı >105/ml) əlaqədar meydana çıxan funksional pozğunluqlar (diareya, steatoreya) və malabsorbsiyadır. Malabsorbsiya malnutrisiyaya, sepsisisə və böyrək çatmazlığına gətirib çıxara bilir.
Burşun
Qurşun Cami
Qurşun Cami (tərcümədə "qurğuşun məscidi" mənasını verir) — XIV əsrə aid olunan krım tatarlarının keçmiş məscidi. Starıy Krım şəhərində yerləşir. Hal hazırda xarabalıqlar qalıb. Rusiyanın mədəni irsi statusuna malikdir. == Tarixi == Məscidin qalıqları rəssam İvan Ayvazovskinin keçmiş mülki ərazisində yerləşir. "Qurğuşun məscidi" adı ola bilsin onunla bağlıdır ki, məscidin inşası zamanı üzlük daşları qurğuşun səddləri ilə bitişdirilmişdir və ya günbəzin qurğuşun örtüyü səbəbindən belə adlandırılmışdır. Övliya Çələbinin məlumatlarına görə, məscid 1396-cı ildə Timur Qutluq xanın qız nəvəsi Bay Buqla Hatunun göstərişi ilə tikilmişdir və öncəki illərdə təkyə (dərvişlərin iqamətgahı) hesab olunurdu. 1398-ci ildə məhəllə məscidinə çevrildi. == Arxitekturası == Tikilinin plan quruluşu düzbucaqlıdır (12.5 × 17.5 m). İnşa zamanı əhəngli məhlul əsasında yırtıq (qaba) daş və kvadrat kərpicdən istifadə edilmişdir.
Burdun
Burdun — İrəvan xanlığının Gərnibasar mahalında kənd adı 1828–1832-ci illərdə Azərbaycan türklərindən ibarət əhalisi qovulmuş və kənd dağıdılmışdır (yenə orada). Türk dillərində bor, bur boz və ton təpə sözlərindən ibarətdir.
Bursut
Bursut — Azərbaycan Respublikasının Astara rayonunun Asxanakəran kənd inzibati ərazi dairəsində kənd. Bursut Astara rayonunun Asxanakəran inzibati ərazi vahidində kənd. Dağətəyi ərazidədir. Oykonimi tədqiqatçılar "alış-veriş yeri, bazar" mənasında izah edirlər. Altayda Bursol adlı yaşayış məntəqəsi, Türkiyədə Bursal şəhəri var. == Etimologiyası == Burs talış dilində "alqı-satqı yeri", ut komponenti isə qədim türk dillərində sözdüzəldici şəkilçidir.
Durban
Durban (afrik. Durban, Dyurban; ing. Durban; zulu eThekwini) — CAR-ın Yohannesburq və Keyptaundan sonra üçüncü ən böyük əhalisi olan şəhəri, turizm mərkəzi. == Tarixi == Arxeoloji tapıntılar göstərir ki, yüz min il bundan əvvəl mövcud Durban ətrafı koysan xalqlarına məxsus olan kiçik ovçular və yığıcılar tərəfindən məskunlaşmışdı. Bizim eranın ikinci minilliyin əvvəlində onlar şimaldan köç edən bantu tayfaları tərəfindən tamamilə məhv edildi. 1497-ci ildə Portuqaliya bir ekspedisiya bu yerləri ziyarət edərək, Vasko da Qamanın başçılığı altında Avropadan Hindistana bir dəniz yoluaxtarırdı. O, bu ərazini portuqalca "Natal" yəni "Milad" adlandırmışdır. 1824-cü ildə ilk dəfə "ağ əhali", yəni leytenant Frensis Faruell başçılıq etdiyi 25 ingilis Natal Körfəzinin şimal sahilində düşərgə saldılar. Müharibənin başlanğıcında Zulu qəbilələri tərəfindən məhv edilmək təhlükəsi altında idi, lakin sonra Faruell peyklərindən biri olan Henri Finnə göndərdi, Zulu başçısı Çukça döyüşdə aldığı yarasını müalicə etməklə yoldaşlıq edə bildi. 23 iyun 1835-ci ildə daha 35 kolonist buraya gəlib rəsmi olaraq burada məskunlaşdı.
Durbin
Binokl və ya durbin — uzaqda yerləşən əşyaları hər iki gözlə müşahidə etmək üçün birləşdirilmiş iki paralel görmə borusundan (teleskopdan) ibarət optik cihaz. Əksər binoklların iki əllə istifadəyə hesablanmasına baxmayaraq, onlar opera binokllarından tutmuş ayaqlığa quraşdırılmış iriqabaritli hərbi modellərə qədər geniş ölçüdə dəyişməkdədir. Teleskopdan (monokulyardan) fərqli olaraq, binokl istifadəçiləri üçölçülü təsvirlə təmin edir: hər bir okulyar müşahidəçinin müvafiq gözünə bir qədər fərqli təsvir verir və parallaksın köməyilə görmə korteksində dərinlik təəssüratı yaradılır. == Optik dizaynlar == === Qaliley sistemi === Görünür, hardasa 17-ci əsrdə teleskop icad ediləndən bəri iki teleskopu yan-yana birləşdirilməyin binokulyar görmə üstünlükləri kəşf edilmişdir. İlk binokllar Qaliley optikasından istifadə edirdi; belə ki, obyektiv qabarıq, okulyar isə çökük linzadan ibarət idi. Qaliley sistemi təsviri düz formada təqdim etmə üstünlüyünə malikdir, lakin görüş sahəsi dardır və böyütmə qabiliyyəti çox da yüksək deyil. Bu tip quruluş çox ucuz modellərdə, opera və ya teatr binokllarında hələ də istifadə olunur. Həmçinin Qaliley sistemindən aşağı böyütməli binokulyar cərrahiyə və zərgər lupalarında da istifadə olunur, çünki onlar çox yığcam olduğundan əlavə və ya müstəsna optikaya ehtiyac olmadan şaquli təsvir yaradır, bu isə xərcləri və ümumi çəkini aşağı salır. Həmçinin onlar böyük çıxış bəbəyinə malikdir ki, bu da mərkəzləşdirməni çox da kritik etmir və bu tətbiqlərdə dar görüş sahəsi yaxşı işləyir. Bunlar, adətən, eynəyin çərçivəsinə quraşdırılır və ya xüsusi olaraq eynəklərə uyğunlaşdırılır.
Durqan
Durğan — Azərbaycan Respublikasının Lerik rayonunun inzibati ərazi vahidində kənd. == Əhalisi == Əhalisi 477 nəfərdir. == Toponimiyası == Bəzi tədqiqatçılar bu oykonimi Düğon toponiminin təhrif forması hesab edir, düğ (Zərdüşt dininin təriqət davamçılarına verilən ad) və ən (cəmlik bildirən şəkilçi) komponentlərinə ayıraraq izah edirlər. Əslində, bu coğrafi ad həmin ərazi üçün yad olmayan dolan/dulan tayfa adı ilə bağlı etnotoponimdir.
Durğan
Durğan — Azərbaycan Respublikasının Lerik rayonunun inzibati ərazi vahidində kənd. == Əhalisi == Əhalisi 477 nəfərdir. == Toponimiyası == Bəzi tədqiqatçılar bu oykonimi Düğon toponiminin təhrif forması hesab edir, düğ (Zərdüşt dininin təriqət davamçılarına verilən ad) və ən (cəmlik bildirən şəkilçi) komponentlərinə ayıraraq izah edirlər. Əslində, bu coğrafi ad həmin ərazi üçün yad olmayan dolan/dulan tayfa adı ilə bağlı etnotoponimdir.
Düşün məni (mahnı)
Düşün və Varlan
Düşün və Varlan (ing. Think and Grow Rich) — Napoleon Hil tərəfindən 1937-ci ildə yazılan kitab. Kitabın başlığı zəngin olmaq haqqında olsa da, yazıçı kitabda insanların bütün iş həyatlarında uğurlu olmaları üçün məsləhətlər irəli sürür. Hilin 1970-ci ildəki ölümünə qədər 20 milyondan çox satılan kitab 2011-ci ildə 70 milyona çatmışdır.
Düşün və zənginləş
Düşün və Varlan (ing. Think and Grow Rich) — Napoleon Hil tərəfindən 1937-ci ildə yazılan kitab. Kitabın başlığı zəngin olmaq haqqında olsa da, yazıçı kitabda insanların bütün iş həyatlarında uğurlu olmaları üçün məsləhətlər irəli sürür. Hilin 1970-ci ildəki ölümünə qədər 20 milyondan çox satılan kitab 2011-ci ildə 70 milyona çatmışdır.
Kursan
Kursan(mac. Kurszán;847-904)—macarların başçısı, Arpadın müasiri. == Həyatı == Kursan macarların başçısı idi. 892-ci ildə Böyük Moraviya sərhədlərinə hücum etmişdi. O, çalışırdı ki, Frank dövləti ilə arası pozulmasın və varlığına son qoyulmasın.Onun törəmələri Kartel soyadını daşıyırdılar.
Vurğun
Vurğun — təxəllüs və ad. Səməd Vurğun — Azərbaycanın ilk xalq şairi. Vurğun Əyyub — Filologiya elmləri namizədi, Müsavat başqanının I müavini. Vurğun Hüseynov — peşəkar Azərbaycanlı futbolçu. Toponim Vurğun (Ağstafa) — Ağstafa rayonunun inzibati ərazi vahidində qəsəbə.
Bürsen
Bürsen (fr. Burcin) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Kanton-dü-Qran-Lem kantonuna daxildir. Kommunanın dairəsi — La-Tur-dü-Pen. INSEE kodu — 38063. Kommunanın 1999-cu il üçün əhalisi 370 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 453 ilə 734 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 450 km cənub-şərqdə, Liondan 60 km cənubda, Qrenobldan 36 km şimal-qərbdə yerləşir.