Fərid Fazil oğlu Dursunov (26 iyul 1986, Qax rayonu – 28 sentyabr 2020, Kəlbəcər rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin kapitanı, İkinci Qarabağ müharibəsi şəhidi.
Fərid Dursunov | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | 26 iyul 1986 |
Doğum yeri | |
Vəfat tarixi | 28 sentyabr 2020 (34 yaşında) |
Vəfat yeri | |
Vətəndaşlığı | |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Qoşun növü | Quru Qoşunları |
Xidmət illəri | 2008—2020 |
Rütbəsi | Kapitan |
Döyüşlər |
İkinci Qarabağ müharibəsi • Murovdağ döyüşləri |
Təltifləri |
Fərid Dursunov 1986-cı il iyulun 26-da Qax rayonunun Qorağan kəndində Fazil və Mirvari Dursunovların ailəsində anadan olub.[1] Fərid Dursunov 1992-ci ildə Qax rayonunda Səfa Rəhimov adına Qorağan kənd tam orta məktəbinin birinci sinfinə qəbul olub və 2003-cü ildə oranı bitirib. Orta təhsilini başa vurandan sonra sənədlərini Azərbaycan Ali Hərbi Məktəbi (AAHM) verən Fərid Dursunov, 2008-ci ildə oranı bitirir və xarici dövlətə qısa müddətli təlimlətə göndərilir.
Məryəm Dursunova ilə ailəli idi. Ömər və İsa adında oğulları yadigar qaldı.
Azərbaycan Ordusunun kapitanı olan Fərid Dursunov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Kəlbəcər rayonunun Murovdağ istiqamətində gedən döyüşlərdə savaşıb. Fərid Dursunov sentyabrın 28-də Murovdağ döyüşləri zamanı şəhid olub. Qax rayon Qorağan kəndində dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Fərid Dursunov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.[2]
Azərbaycanın Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Fərid Dursunov ölümündən sonra "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edildi.[3]
Kapitan Fərid Dursunov "Qalatasaray" Futbol Klubunun sadiq fanatlarından idi.[4] Fərid Dursunov İkinci Qarabağ müharibəsi zamanı döyüşlərə qatılmazdan əvvəl şəhid olacağı halda məzarının yanında Azərbaycan bayrağı ilə yanaşı "Qalatasaray"ın bayrağının ucaldılmasını vəsiət eləmişdi.[5][6][7][8] Onun vəsiətinin sosial medialarda ictimailəşməsindən sonra "Qalatasaray" İdman Klubu özünün rəsmi twitter hesabında Fərid Dursunovun məzarının fotosunu paylaşdı və başsağlığı mesajını yayımladı.[7]
"Şəhid olsam məzarıma Azərbaycan bayrağı ilə birgə Qalatasaray bayrağını asın" deyən və vəsiəti yerinə yetirilən Şəhid Fərid Dursunov ilə birgə bütün şəhidlərimizə Allahdan rəhmət diləyirik. Qalatasaraylılıq ölməz…
Orijinal mətn tərcümədə ing. — "{{{1}}}""Şehit olursam mezarıma Azerbaycan bayrağı ile birliкte Galatasaray bayrağını asın" diyen ve vasiyeti yerine getirilen Şehit Ferid Dursunov ile birliкte tüm şehitlerimize Allah'tan rahmet diliyoruz. Galatasaraylılıк ölmez...
Ardınca isə "Qalatasaray" İdman Klubunun başqan yardımcısı Yusuf Günay şəhidin atası Fazil Dursunova zəng elədi və başsağlığı verdi.