Məmmədzəki Dursunzadə

Məmmədzəki Dursunzadə (17 oktyabr 1890, Axalsxi qəzası[d]28 yanvar 1937, Tbilisi) — Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin xüsusi qərarına əsasən dövlət hesabına ali təhsil almaq üçün xaricə göndərilmiş tələbələrdən biri.[1]

Məmmədzəki Dursunzadə
Məmmədzəki Dursunzadə
Doğum tarixi
Doğum yeri Azğur kəndi, Axalsıx qəzası, Tiflis quberniyası, Rusiya imperiyası
Vəfat tarixi (46 yaşında)
Vəfat yeri Tiflis, Gürcüstan SSR, SSRİ

Məmmədtağı Dursunzadə 1890-cı ilin 17 oktyabrında Axalsıx qəzasının Azğur kəndində anadan olmuş, Müəllimlər institutunun hüquq fakültəsini bitirmişdir. Parlamentin 1 sentyabr 1919-cu il tarixli qərarına əsasən 1920–1925-ci illərdə təhsilini tarix-filologiya sahəsində davam etdirmək üçün İstanbul Universitetinə göndərilmişdi. Sonradan təhsilini öz hesabına davam etdirmiş[2][3], Türkiyədən Almaniyaya getmişdir. Təhsilini başa vurduqdan sonra Bakıya qayıtmış, qadın müəllimlər seminariyasında və yer quruluşu texnikumunda müəllimlik etmişdir.

  • Afət adlı qızı olmuşdur.

Repressiya qurbanı

[redaktə | mənbəni redaktə et]

1937-ci ilin 28 yanvarında doğma kəndinə getmiş, orada həbs olunaraq güllələnmişdir.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]
  • ODLAR YURDU UNİVERSİTETİNİN ELMİ VƏ PEDAQOJİ XƏBƏRLƏRİ. HUMANİTAR ELMLƏR SERİYASI/THE SCIENTIFIC AND PEDAGOGICAL NEWS OF ODLAR YURDU UNIVERSITY. HUMANITIES SERIES/НАУЧНЫЕ И ПЕДАГОГИЧЕСКИЕ ИЗВЕСТИЯ УНИВЕРСИТЕТА ОДЛАР ЮРДУ.СЕРИЯ ГУМАНИТАРНЫХ НАУК; ISSN 1682–9123, № 38; Bakı, 2013
  • Vazeh Asgarov. L’immigration des Azerbaïdjanais en France : histoire et perspectives. Histoire. Université de Strasbourg, 2012. Français.
  1. "Azərbaycan Xalq Cümhuriyyəti dövründə xarici dövlətlərə ali təhsil almaq üçün göndərilən tələbələrin siyahısı". 14 January 2019 tarixində arxivləşdirilib.
  2. "Cümhuriyyət tələbələri". 14 January 2019 tarixində arxivləşdirilib.
  3. "Cümhuriyyət tələbələri III fəsil. Tale sorağında". 14 January 2019 tarixində arxivləşdirilib.