Qurşun Cami (tərcümədə "qurğuşun məscidi" mənasını verir) — XIV əsrə aid olunan krım tatarlarının keçmiş məscidi. Starıy Krım şəhərində yerləşir. Hal hazırda xarabalıqlar qalıb. Rusiyanın mədəni irsi statusuna malikdir.[1]
Qurşun Cami | |
---|---|
Qurşun Cami | |
Yerləşməsi | |
Ölkə | Ukrayna |
Şəhər | Starıy Krım |
Memarlıq | |
Vəziyyəti | xarabalıq |
|
Məscidin qalıqları rəssam İvan Ayvazovskinin keçmiş mülki ərazisində yerləşir.[2] "Qurğuşun məscidi" adı ola bilsin onunla bağlıdır ki, məscidin inşası zamanı üzlük daşları qurğuşun səddləri ilə bitişdirilmişdir və ya günbəzin qurğuşun örtüyü səbəbindən belə adlandırılmışdır.
Övliya Çələbinin məlumatlarına görə, məscid 1396-cı ildə Timur Qutluq xanın qız nəvəsi Bay Buqla Hatunun göstərişi ilə tikilmişdir və öncəki illərdə təkyə (dərvişlərin iqamətgahı) hesab olunurdu. 1398-ci ildə məhəllə məscidinə çevrildi.[3]
Tikilinin plan quruluşu düzbucaqlıdır (12.5 × 17.5 m). İnşa zamanı əhəngli məhlul əsasında yırtıq (qaba) daş və kvadrat kərpicdən istifadə edilmişdir. Məscidin girişi pilonlu portal şəklində qurulmuşdur.[3] Bu məscidin əhəmiyyətli memarlıq xüsusiyyəti qərb və şərq divarlarını gücləndirən cüt daş kontrforslardır, bayır divarını möhkəmləndirən belə şaquli çıxıntılar 1125-ci ildə Qahirədə inşa edilən Əl-Akmar məscidində də istifadə olunmuşdur. Digər kontrfors cənub divar tərəfdə mehrabın taxçasında yerləşir. Bu taxça əvvəlcə düzbucaqlı idi, lakin sonra çoxbucaqlı halına gələrək formasını dəyişdi. Minarə şimal-şərq küncdə yerləşirdi. Məscidin içərisi müxtəlif ölçülü iki hissəyə bölünmüşdü: günbəzlə örtülmüş mehrabı olan geniş kvadrat formalı otağ (10.5 × 10.6 m) və üç yarımdairəvi qübbə ilə örtülmüş kiçik düzbucaqlı şimal otağı (10.5 × 4.5 m).[3]