Molla Dursun

Molla Dursun, Şaumyanİrəvan quberniyasının Eçmiədzin qəzasında, indiki Üçkilsə (Eçmiədzin) rayonunda kənd.[2]

Molla Dursun
40°12′48″ şm. e. 44°17′48″ ş. u.
Ölkə
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü 940 m
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 1.642 nəf. (2011)[1]
Rəsmi dili
Xəritəni göstər/gizlə
Molla Dursun xəritədə
Molla Dursun
Molla Dursun

Rayon mərkəzindən 5 km şimalda, Abaran çayının yanında yerləşir. 1590-cı ildə tərtib edilmiş "İrəvan əyalətinin müfəssəl dəftəri"ndə, Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Kənd Molla Dursun adlı şəxs tərəfindən salınmışdır, kəndi onun şərəfinə Molla Dursun adlandırmışlar. Kəndin adı 1920-ci ildə dəyişdirilərək Şaumyan (26-ların başçısı Stepan Şaumyanın şərəfinə) qoyulmuşdur.

Monqol dilində mayla "tala", "əkin sahəsi" sözündən və Dursun şəxs adından ibarətdir. "Dursunun əkin sahəsi" mə’nasındadır.[3]

Burada 1828-ci ilə kimi yalnız azərbaycanlılar yaşamışdır. Türkmənçay müqaviləsindən sonra, 1828–1829-cu illərdə İrandan buraya ermənilər köçürülmüşdür. Kənddə 1831-ci ildə 75 nəfər azərbaycanlı, 45 erməni, 1873-cü ildə 124 nəfər azərbaycanlı, 114 erməni, 1886-cı ildə 134 nəfər azərbaycanlı, 146 erməni, 1897-ci ildə 147 nəfər azərbaycanlı, 150 erməni yaşamışdır. 1904, 1914-cü illərin siyahıya almalarında azərbaycanlılar və ermənilər qarışıq şəkildə göstərilmişdir. 1918-ci ilin əvvəlində burada 320 nəfər azərbaycanlı yaşamışdır. 1918-ci ildə kənd erməni təcavüzünə məruz qalaraq azərbaycanlılar qırğınlarla deportasiya olunmuşdur. İndiki Ermənistanda sovet hökuməti qurulandan sonra kəndi tərk etmiş azərbaycanlılardan sağ qalanlar ata-baba torpaqlarına dönə bilmişdir. Burada ermənilərlə yanaşı 1922-ci ildə 14 nəfər, 1926-cı ildə 14 nəfər, 1931-ci ildə 18 nəfər azərbaycanlı yaşamışdır. 1940-cı illərdə kənddə yaşayan azərbaycanlılar sıxışdırılaraq deportasiya olunmuşlar. Axırıncı azərbaycanlı ailəsi kəndi 1954-cü ildə tərk etmişdir, hazırda bu kənddə ermənilər yaşayır.

  1. Հայաստանի 2011 թ. մարդահամարի արդյունքները (erm.).
  2. PDF versiyası. // Qərbi Azərbaycanın türk mənşəli toponimləri. Müəllifi: İ. M. Bayramov; Redaktorları: B. Ə. Budaqov, H. İ. Mirzəyev, S. A. Məmmədov. Bakı: "Elm" nəşriyyatı, 2002, 696 səh. ISBN 5-8066-1452-2
  3. Будагов, Б. Ә.; Гејбуллајев, Г. Ә. Молла Дурсун // Ермәнистанда Азәрбајҹан мәншәли топонимләрин изаһлы лүғәти. Бакы: Оғуз ели. 1998. 452 с.