Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
İdmançı
İdman (ing. sport) — insanların müəyyən qayda üzrə təşkil edilmiş hərəkəti. ABŞ-nin elm adamlarının uzun müddətli araşdırmalarından sonra idmanın insan orqanizminə olan təsirlərinin ancaq müsbət yöndə olduğu aşkarlanmışdır. İdman ümumiyyətlə fiziki atletizm və ya fiziki çevikliyə əsaslanan fəaliyyət sistemi olaraq qəbul edilir və Olimpiya Oyunları kimi böyük yarışlarda yalnız bu tərifə cavab verən idman növləri qəbul edilir. Avropa Şurası kimi digər təşkilatlar fiziki elementi olmayan fəaliyyətləri idman növü kimi təsnif etmir. == İdmanın faydaları == İdmanla məşğul olmağın orqanizmə bir çox faydaları vardır. Məsələn: İdman insanın əhval-ruhiyyəsini yüksəldir. Belə ki, idmanla məşğul olduqdan sonra insan özünü əvvəlkindən daha yaxşı hiss edir. İdman narahatlığı və gərginliyi aradan qaldırır. Vaxtaşırı idmanla məşğul olmaq ürəyi gücləndirir, yüksək qan təzyiqini və qanda xolesterinin miqdarını nizamlayır ki, bu da bir çox xroniki xəstəliyin qarşısını alır.
İdxal
İdxal (en. import ~ ru. импорт ~ tr. ithal)– (lat. importo - daxil edirəm) görünən, görünməyən və kapitalın importu adlanan üç böyük kateqoriyaya ayrılır. Görünən import real əmtəələrin hərəkəti kimi xaricdən alınan məhsulların ölkəyə gətirilməsi və daxili bazarda satılmasını ifadə edir. Görünməyən import isə xidmətlər sferasında ehtiva olunur. Buraya konkret olaraq ölkə vətəndaşlarına xarici kompaniyaların xidmətlər göstərməsi, xarici banklara pul qoyuluşları, xarici firmalardan alınan turist yollanışlarının alınması və digər müvafiq təyinatlı xidmətlər aiddir. Kapital importuna isə xarici investorların milli müəssisələrin səhmdarlarına çevrilməsi, onların müvafiq istiqamətli müxtəlif layihələrdə investisiya qoyuluşları ilə çıxış etmələri şamil olunur. Bütün import kateqoriyaları eksportla birlikdə ölkənin tədiyyə balansını təşkil edirlər.
İdxalın əvəzlənməsi
İdxalın əvəzlənməsi — idxalın ölkə daxilində istehsal olunan mallarla əvəzlənməsi. İdxalın milli mallarla əvəz edilməsi üçün proteksionist tənzimləmə üsullarından istifadə edilə bilər: tarif və qeyri-tarif. İdxal əvəzediciliyi həm də şəhər azad bazar iqtisadiyyatının şəhərə idxal olunan malları şəhərdə istehsal olunan mallarla əvəz etmək meylini xarakterizə edir. İdeya Ceyn Ceykobs tərəfindən irəli sürülüb. 50-70-ci illərdə idxalı əvəz edən iqtisadi siyasətin həyata keçirilməsi mərhələsi. Yeni sənayeləşmiş ölkələrin əksəriyyəti XX əsri keçmişdir. 1960-cı illərin ortalarına qədər inkişaf etməkdə olan ölkələrdə əvvəllər ASİ-ni müdafiə edən bir çox iqtisadçı siyasətdən və onun nəticələrindən məyus oldu. Müharibədən sonrakı illərdə ISI siyasətlərini qəbul edən bir çox ölkələr 1980-ci illərin sonunda bu siyasətlərdən imtina edərək, hökumətin iqtisadiyyata müdaxiləsini azaldıb və Ümumdünya Ticarət Təşkilatının fəal iştirakçılarına çevriliblər. ASI siyasətindən fərqli olaraq, “dörd Asiya pələngi” (Honq-Konq, Sinqapur, Cənubi Koreya və Tayvan) “ixraca əsaslanan sənayeləşməni” təşviq etmək üçün hökumətin müdaxiləsi kimi xarakterizə olunur. == İdxal əvəzetmə siyasəti == İqtisadi artım Tirlvol qanununa əsasən ödəniş balansı məhdudiyyəti ilə məhdudlaşdırılır, buna görə də ixracı artırmaq və ya idxalı məhdudlaşdırmaq üçün tədbirlər görülməlidir.
Aqşin Babayev (idmançı)
Aydın Kərimov(idmançı)
Aydın İbrahimov (idmançı)
Azad Məmmədov (idmançı)
Azad Məmmədov (18 aprel 1974, Şəki) — Azərbaycanlı qaydasız döyüşçü və samboçu; Döyüş sambosu və Pankration (qaydasız döyüş) üzrə Dünya mükafatçısı, Avropa və Rusiya çempionu, Beynəlxalq turnirlərin qalibi; Sambo idman növü üzrə beynəlxalq dərəcəli idman ustası; Samuray (Yaponiya) və Cəngavər (Rusiya) qılınclarının sahibi; "Gladiator İdman Klubu" təsisçisi və rəhbəri (2020-h.h); Mercedes-Benz Azərbaycan Avtomobil Klubunun prezidenti (2019-h.h); Birinci Qarabağ müharibəsi veteranı. == Həyatı == Azad Əsgər oğlu Məmmədov 1974-cü ildə Şəki şəhərinin Qoxmuq kəndində ziyalı ailəsində dünyaya gəlmişdir. 1980–1990-cı illərdə Qoxmuq kənd orta məktəbində orta təhsil almışdır. 1990-cı ildə BDU-nun beynəlxalq münasibətlər və beynəlxalq hüquq fakültəsinə daxil olub, universitetin Bakalavr və Magistr dərəcələrinə yiyələnmişdir. Peşəkar idman karyerasını 2008-ci ildə başa vuran Azad Məmmədov hal-hazırda Şəki şəhərində bir neçə filialı olan Gladiator İdman Klubu"nun təsisçisi və rəhbəri, Mercedes-Benz Azərbaycan Avtomobil Klubunun prezidenti və iş adamı kimi fəaliyyət göstərir. Oğlu Əsgər Məmmədov da atasının yolu ilə gedərək professional Judo idman növü ilə məşğul olur. == Peşəkar karyerası == Üçrəngli bayrağımızın dünya və Avropa ölkələrinin idman meydanlarında dalğalanmasında böyük rolu olan Azad Məmmədov idman sahəsində böyük uğurlar qazanmış idmançılarımızdandır. Hələ uşaq vaxtlarından idmana meyilli olan və Sambo ilə məşğul olan Azad 1988-ci ildə ilk dəfə orta məktəbdə keçirilən yarışda qalib gəlir. Qaydasız döyüşə marağı sonradan yaransa da ən böyük nailiyyətləri məhz bu idman növüylə bağlıdır. Qaydasız döyüş üzrə ilk rəsmi qələbəsi 1999-cu ildə olub.
Azad Əliyev (idmançı)
Azad Əliyev — müstəqil Azərbaycanın Yunan-Roma güləşi üzrə ilk mükafatçısı, 1994-cü ildə "ilin idmançısı", SSRİ birinciliyinin mükafatçısı Azərbaycan Kikboksinq Federasiyasının idarə heyətinin üzvü, əməkdar məşqçi və yunan-roma güləşi üzrə əməkdar idman ustasıdır. == Həyatı == Əliyev Azad Aydın oğlu 23 may 1970-ci ildə Bakı şəhərində anadan olub. Ailəlidir. İki övladı var. === Təhsili === 1977–1987-ci illərdə İdman təmayüllü tam orta məktəbdə oxuyub. 1993–1998-ci illərdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Polis Akademiyası hüquq fakültəsində təhsil alıb. == Əmək fəaliyyəti == Hüquq mühafizə orqanlarında müxtəlif sahələrdə çalışıb. Sonuncu iş yeri Polis Akademiyasında idman müəllimi olub. Hal-hazırda təqaüddə olan polis mayorudur və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin kiçık vergi xidməti müşaviri vəzifəsində çalışır. == Karyerası == Uşaq yaşlarından Yunan-Roma güləşi ilə məşğul olan Azad Əliyev Azərbaycan müstəqil olduqdan sonra idmanın bu sahəsində beynəlxalq arenalarda mükafat qazanan ilk idmançıdır.
Azər Əhmədov (idmançı)
Bahadur Həziyev (idmançı)
Bahadur Bahadur oğlu Həziyev (20 yanvar 1971, Qəzyan, Qubadlı rayonu – 14 noyabr 2023) — “Əməkdar məşqçi”, İdman ustası, Azərbaycan çempionu. == Həyatı == Bahadur Həziyev 20 yanvar 1971-ci ildə Qubadlı rayonunun Qəzyan kəndində anadan olmuşdur. Yunan-roma güləşi ilə məşqul olur. İdman ustasıdır. 1988, 1989, 1990, 1991, 1993, 1994, 1997, 1998, 1999, 2001 və 2003-cü illərdə Azərbaycan çempionu olub. 2010-cu ildə “Əməkdar məşqçi” fəxri adı verilib. Qubadlı rayon Uşaq-Gənclər İdman məktəbində məşqiçi-müəllim işləyib.
Bəxtiyar Abbasov (idmançı)
Bəxtiyar Abbasov (30 noyabr 1985, Qaradağlı)— Azərbaycanlı peşəkar MMA döyüşçüsü. == Həyatı == 30 noyabr 1985-ci ildə Xocavənd rayonu Qaradağlı kəndində andan olan Bəxtiyar Abbasov, gənc yaşlarından qardaşı Şəhriyar Abbasovun təşəbbüsü ilə idmanla məşğul olmağa başlayıb beləki, əvvəllər idmanın cüdo və sambo növləri ilə məşğul olan Abbasov sonradan idmanın qaydasız döyüş növündə də öz gücünü sınamışdır. Abbasov bir çox beynəlxalq turnirlərdə və yarışlarda Azərbaycanı təmsil edərək uğurlar əldə etmişdir. Bəxtiyar Abbasov 2012-ci ildə cüdo üzrə beynəlxalq dərəcəli idman ustası adınada layiq görülmüşdü Bəxtiyar Abbasov 01.07.2008 - ci ildə Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev tərəfindən Azərbaycan Respublikasının "Vətən uğrunda " medalı ilə təltif olunub . Bəxtiyar Abbasov 16.12.2016 - cı ildə Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev tərəfindən Azərbaycanda Sambo idman növünün inkişafında xüsusi xidmətinə görə fəxri fərmanı ilə təltif olunub.
Bəxtiyar Quliyev (idmançı)
Ceyhun Məmmədov (idmançı)
Ceyhun Məhəmməd oğlu Məmmədov (23 may 1968, Ağdam) — sambo üzrə 9 dəfə dünya çempionu, 2003-cü ildən etibarən Azərbaycan Sambo Federsiyasının prezidentidir. == Həyatı == Ceyhun Məmmədov 23 may 1968-ci ildə Ağdam şəhərində anadan olub. 1985-ci ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutuna qəbul olub. 1991-ci ildə həmin institutun məşqçilik fakültəsini bitirib. 1992–1997-ci illərdə Məhəmməd Əmin Rəsulzadə adına Bakı Dövlət Universitetinin Hüquq fakültəsində təhsil alıb, hüquqşünasdır. Ceyhun Məmmədov həmçinin polis polkovnik leytinantı rütbəsini daşıyır. == Fəaliyyəti == 1985-ci ildə SSRİ idman ustası adına layiq görülüb. 1986-cı ildə Azərbaycan SSR Ali Sovetinin Fəxri Fərmanı ilə təltif olunub. 1987-ci ildə Beynəlxalq dərəcəli idman ustası adına layiq görülüb. 1990-cı ildə "SSRİ-nin Əməkdar idman ustası" fəxri adı verilib.
Elçin Hüseynov (idmançı)
Elçin Zeynalov (idmançı)
Elçin Zeynalov (Elçin Hidayət oğlu Zeynalov; 1 aprel 1948, Kirovabad) — Azərbaycanın sərbəst güləş üzrə məşqçisi, SSRİ əməkdar məşqçisi və əməkdar idman ustası, Azərbaycan Respublikasının əməkdar bədən tərbiyəsi və idman xadimi. Olimpiya çempionu Toğrul Əsgərovun şəxsi məşqçisi. == Həyat və fəaliyyəti == Elçin Zeynalov 1 aprel 1948-ci ildə Gəncə şəhərində anadan olub. 1968-ci ildə Kirov adına Bədən Tərbiyəsi İnstitutunun qiyabi şöbəsinə daxil olub. Hal-hazırda sərbəst güləş idman növü üzrə məşqçilik fəaliyyətini davam etdirən Gəncə şəhər yığma komandasının baş məşqçisi vəzifəsində çalışır. Bir çox yetirməsi Dünya, Avropa çempionatlarının, Dünya Kubokunun qalibi və mükafatçılarıdır. Bunlardan Abil İbrahimov, Rza Xəlilov, Vüsal Həsənov və Rəhim Əliyevi misal göstərmək olar. Elçin Zeynalovun yetirməsi Toğrul Əsgərov 2012-ci ildə London Olimpiya Oyunlarının qızıl medalını qazanıb, 2016-cı il Rio de-Janeyro Olimpiya Oyunlarında gümüş medala yiyələnib. Güləşin inkişafındakı xidmətlərinə görə Elçin Zeynalov 1973-cü ildə SSRİ idman ustası, 1989-cu ildə əməkdar məşqçi adlarına layiq görülüb. == Mükafatları == Azərbaycan Respublikası Prezidentinin 25 dekabr 2008-ci il Sərəncamı ilə "Əməkdar bədən tərbiyəsi və idman xadimi" fəxri adı 31 avqust 2012-ci il tarixli Sərəncamı ilə "Şöhrət" ordeni 29 iyun 2015-ci il tarixli Sərəncamı ilə "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu" 1 sentyabr 2016-cı il tarixli Sərəncamı ilə "Tərəqqi" medalı ilə təltif olunub.
Emin Quliyev (idmançı)
Emin Quliyev - Azərbaycanlı futbolçu. Hazırda Keşlə klubunda yarımmüdafiəçi mövqeyində çıxış edir. == Karyerası == Emin gənc futbolçu kimi “Keşlə”nin gənclər klubunun üzvü olub. 2018-ci ilin iyulundan isə “Keşlə”də çıxış edir. Quliyev 2017/18 mövsümünü icarə əsasında Bakının MOİK klubunda keçirib. 2018-ci ilin sentyabrında “Keşlə”nin "Qəbələ" ilə Premyer Liqa matçı üçün əsas heyətinə cəlb olunub.
Faiq Rəfiyev (idmançı)
Fərid Ağayev (idmançı)
Fərşid Rostami (idmançı)
Fərşid Rüstəmi (idmançı)
Mehman Məmmədov (idmançı)
Mehman Məmmədov (31 mart 1988-ci il, Bakı) — Azərbaycanlı idmançı. Hal hazırda Qarışıq döyuş sənətləri (MMA) üzrə yarışlarda iştirak edir. Müxtəlif illərdə Ciu-citsu, Kunq fu Sanda, Pankration ilə məşğul olub. 2021-ci ildə, "Eagles Fighting Championship" təşkilatının Moldovada təşkil elədiyi turnirdə 57 kiloqram çəki dərəcəsi üzrə çempion olub. == Həyatı və karyerası == Mehman Məmmədov 1988-ci il mart ayının 31-də Bakıda anadan olub. İdman ilə məşğul olmağa uşaq yaşlarından Bakıda başlayıb. 2004-cü ildə Cui citsu üzrə Azərbaycan çempionu olur. Bu uğurunu 2005, 2006 və 2010-cu illərdə təkrarlayır. 2009-cu ildə free fighting üzrə Azərbaycan çempionu olur. Ardınca Gürcustanın paytaxtı Tiflis şəhərində keçirilən beynəlxalq turnirin qalibi olur.
Rafiq Hüseynov (idmançı)
Rafiq Radik oğlu Hüseynov (16 may 1988; Daşkənd, Özbəkistan SSR) — Azərbaycanı təmsil edən yunan-roma güləşçisi. Rafiq Hüseynov 2020-ci ildə Yaponiyanın Tokio şəhərinin ev sahibliyində baş tutan XXXII Yay Olimpiya Oyunlarında gümüş medala sahib olub. O, həmçinin 2021-ci ildə Norveçin Oslo şəhərində baş tutan Dünya Çempionatının qalibi olub. Rafiq Hüseynov 2015-ci ildə Azərbaycanda I Avropa Oyunlarının gümüş medalına sahib olub. O, həm də 2011, 2020 və 2022-ci illərdə Avropa Çempionatının qızıl medallarını qazanıb. Rafiq Hüseynov Azərbaycan idmanında xidmətlərinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29 iyun 2015-ci il tarixli Sərəncamına əsasən "Tərəqqi" medalı ilə, 12 avqust 2021-ci il tarixli Sərəncamına əsasən isə 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib. Karyerası ərzində 70 beynəlxalq yarışa qatılan Rafiq Hüseynov onların 17-də qızıl medal, 15-də gümüş medal, 13-də isə bürünc medal qazanıb. Rafiq Hüseynov həmçinin Müdafiə Nazirliyinin zabitidir. == Həyatı == Rafiq Radik oğlu Hüseynov 1988-ci il mayın 16-də Daşkənd şəhərində anadan olub. Əslən İrəvan şəhərindən olan Hüseynovlar ailəsi, 1989-cu ildən Azərbaycanda yaşamağa başlayıblar.
Rasim Həsənov (idmançı)
Rasim Həsənov (11 may 1989: Bakı, Azərbaycan) - azərbaycanlı bodibildinqçi. == Həyatı == Rasim Həsənov 11 may 1989-cu ildə Bakı şəhərində anadan olmuşdur. 2006-2010 -cu illərdə Azərbaycan Dövlət Dəniz Akademiyasında təhsil almışdır. 2010-2011 -ci illərdə hərbi xidmətdə olmuşdur. 2011-2012 -ci illərdə gəmi kapitanı köməkçisi vəzifəsində calışmışdır. 2012-2021 -ci illərdə Danimarkanın Maersk Drilling şirkətində kapitanın baş köməkçisi vəzifəsində çalışmışdır. == Karyerası == 2004-2005 -ci illərdə kikboksla, 2005-2007 -ci illərdə sərbəst güləşlə, 2007-2008 -ci illərdə boksla, 2009-2010 -cu illərdə qaydasız döyüş (MMA) idman növü ilə məşğul olmuşdur. Bodibildinqə 2016- ci ilin əvvəllərində başlamışdır. Həmin ildə AQGF -nin təşəbbüsü ilə keçirilən "Mens Physique" yarışında birinci yerə nail olmuşdur. 2019-cu ildə ATEF şirkətinin keçirdiyi yarışda qizil medal qazanmışdır.
Rövşən Xəlilov (idmançı)
Sadiq Həsənov (idmançı)
Sadiq Həsənov — Azərbaycanlı idmançı və aktyor. Sumqayıt Dövlət Universitetininin tarix fakültəsinin məzunudur. S.Həsənov bakalavrı bitirdikdən sonra magistr təhsilini Çinin Pekin İdman Universitetində dövlət hesabına bitirib. Sonradan həmin universitetdə doktorantura təhsilinə başlayıb və təhsilini davam etdirib. S.Həsənov uzun illər idmanın bir neçə - kiqboks, tayboks, taekvondo, uşu-sanda, qaydasız döyüş növləri ilə məşğul olub və dəfələrlə ölkə çempionu olub. O, mütəmadi olaraq, Çində ölkəmizi bu idman növləri üzrə layiqincə təmsil edib. S.Həsənov həmçinin peşəkar fitneslə də məşğul olub və Çinin müxtəlif şəhərlərində dəfələrlə fitnes-model yarışlarının qalibi olub. İdmançı həmçinin bu ölkədə müxtəlif döyüş səhnələrindən bəhs olunan filmlərə çəkilib. == Həyat və fəaliyyəti == Sadiq Həsənağa oğlu Həsənov 1985-ci il aprelin 10-da Cəlilabad rayonunun Günəşli kəndində müəllim ailəsində anadan olub. Orta məktəb illərində daha çox idman, tarix və ingilis dili dərslərinə böyük maraq göstərib.