Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
İlanlı
İlanlı (Qobustan) — Qobustan rayonunda kənd. İlanlı (Poldəşt) — İlanlı — Qars vilayətinin Qars qəzasında, indi Amasiya rayonunda kənd. İlanlı — İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, indiki Keşişkənd (Yeğeqnadzor) rayonu ərazisində kənd. İlanlı — İrəvan quberniyasının Aleksandropol qəzasında, indiki Hamamlı (Spitak) rayonunda dağ. İlanlı — İrəvan quberniyasının Göyçə mahalında, indiki Basarkeçər (Vardenis) rayonunun Daşkənd kəndində dağ. İlanlı — Füzüli rayonu ərazisində dağ.
İlqar
İlqar — Kişi adı və təxəllüs. İlqar Məmmədov İlqar Məmmədov (riyaziyyatçı) — Azərbaycanlı alim. İlqar Məmmədov (siyasətçi) — siyasətçi, Respublikaçı Alternativ hərəkatının sədri. lqar Məmmədov (hərbçi) — Ali Hərbi Məktəbin rəisi. İlqar Məmmədov (idmançı) — Azərbaycanlı qılıncoynatma ustası, rapiraçı.
Gilarlı (Germi)
Gilarlı (fars. گيلارلو‎) — İranın Ərdəbil ostanının Germi şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 341 nəfər yaşayır (65 ailə).
Teymur İlyaslı
İlyaslı Teymur Məmməd oğlu (10 oktyabr 1948, Borçalı mahalı) — kimya elmləri doktoru. == Həyatı == 1948-ci il oktyabr ayının 10-da Gürcüstan respublıkasının Borcalı mahalınında anadan olmuşdur. 1966-cı ildə orta məktəbi bitirib ADPU-nun kimya fakultəsinə qəbul olmuş, 1970-ci ildə oranı bitirib Dəvəci rayonunda müəllim işləmişdir. 1979-cu ildə namizədlik, 1992- ci ildə doktorluq dərəcəsi almışdır. Disertasiya mövzusu:”Arsen xalkogenidləri əsasında yeni şüşəvari və kristallik materiallarının sintezinin nəzəri əsaslarının işlənməsi” olmuşdur. == Təhsili, elmi dərəcə və elmi adları == 1966-1970,tələbə, Azərbaycan Döblət Pedaqoji Universiteti 1972-1979, aspirant, Kimya Problemləri İnstitutu, AMEA. 1979, k.e.n., «Arsen və qallium xalkogenidləri qarşılıqlı təsiri », Kimya Problemləri İnstitutu, AMEA. 1992, k.e.d.,«Arsen xalkogenidləri əsasında yeni şüşəvari və kristallik materiallarının sintezinin nəzəri əsaslarının işlənməsi» «Ümumi və Qeyri-üzvi kimya» kafedrası, BDU. == Əmək fəaliyyəti == 1972 -1982, elmi işçi, Azərbaycan Milli Elmlər Akademiyası Ümumi kimya, Qeyri-üzvi kimya, Fiziki-kimyəvi analiz, Yarımkeciricilər kimyası, Qeyri-üzvi biokimya 1988- 1992, ETL müdiri, Ümumi və Qeyri-üzvi kimya, Bakı Dövlət Universiteti 1993, professor, Ümumi və Qeyri-üzvi kimya, Bakı Dövlət Universiteti 1988-2008, baş elmi işçi, Ümumi və Qeyri-üzvi kimya, Bakı Dövlət Universiteti 2005, kafedra müdiri əvəzi, Ümumi və Qeyri-üzvi kimya, Bakı Dövlət Universiteti 350-dən çox elmi əsər 250-dən çox elmi məqalə 13 kitab 8 müəlliflik şəhadətnaməsi 5 patent 4 elmlər namizədi Hal-hazırda Bakı Dövlət Universitetinin Elmi Şurasının elmi katibidir. Ümumi və qeyri-üzvi kimya kafedrasının professoru və kafedra müdiri vəzifəsində çalışır == Tədqiqat sahəsi == Qeryi-üzvi materialşünaslıq, Fiziki-kimyəvi analiz, çox komponentli sistemlərin tədqiqi, şüşəvari maddələrin tədqiqi. == Beynəlxalq seminar, simpozium və konfranslarda iştirakı == Beynəlxalq seminar. Light in Nano-Size Solids, Baku, 2004 Beynəlxalq konfrans “Bərk çisimlər kimyası və funksional materiallar– 2008” Ekaterinburg, 21-24 oktyabr 2008 == Seçilmiş əsərləri == R.F.Abbasova, T.M.Ilyasli, F.I.Rustamli. Raman spectroscopic study of As2Se3-based glasses.
İbrahim İlyaslı
İbrahim İlyaslı (tam adı:Hacıyev İbrahim Musa oğlu; 10 mart 1963, Aslanbəyli, Qazax rayonu) — tanınmış şair, Prezident təqaüdçüsü (1999), Azərbaycan Yazıçılar Birliyinin (1998) üzvü, Türk Edebiyyatı Vakfının Fəxri üzvü (2018), RF Çuvaşıstan Yazıçılar İttifaqının üzvü (2023) == Həyatı == İbrahim İlyaslı 1963-cü il mart ayının 10-da Qazax rayonunun Aslanbəyli kəndində anadan olub. 1990-ci ildə Azərbaycan Politexnik İnstitutunu mühəndis-mexanik ixtisası üzrə bitirib. 1980-ci ildən Sumqayıt şəhərində yaşayır. Ədəbi yaradıcılığa orta məktəb illərindən başlayıb. "Bu bahar oldu" adlı ilk mətbu şeiri Azərbaycan Politexnik İnstitutunun çoxtirajlı "Politexnik" qəzetində dərc olunub. 1988-ci ildə Sumqayıtın gənc ədəbi qüvvələrini yaratdığı "Dəniz" Ədəbi Birliyinə sədr secilib və o vaxtdan taleyini bu şəhərin ədəbi mühiti ilə bağlayıb. 1990-cı ldə Əli Kərim adına Sumqayıt şəhər Poeziya klubuna direktor təyin edilib. 1998-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. "Hamı bir körpüdən keçir" adlı ilk şeirlər kitabı 1998-ci ildə "Ağrıdağ" nəşriyyatında çap olunub. "Mən bir söz bilirəm" adlı ikinci şeirlər kitabı 2004-cü ildə "Adiloğlu" nəşriyyatında, "Yuxuma söykənmiş adam" adlı üçüncü şeirlər kitabı 2011-ci ildə "Avrasiya Press" nəşriyyatında, "Şair olmaq zülümdü" adlı dördüncü şeirlər kitabı isə 2018-ci ildə "Qələm Nəşrlər Evi"ndə nəşr edilib.
İlanlı (Ağbaba)
İlanlı, Çaybasar — Qars vilayətinin Qars qəzasında, indi Amasiya rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 17 km şimal-şərqdə, Arpaçayın sağ sahilində yerləşir. «İrəvan əyalətinin icmal dəftəri»ndə, Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Toponim ilanlı etnonimi əsasında əmələ gəlmişdir. Etnotoponimdir. Quruluşca sadə toponimdir. Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 26.IV.1946-cı il fərmanı ilə kəndin adı dəyişdirilib Çaybasar, Ermənistan prezidentinin 19.IV. 1991-ci il fərmanı ilə yenidən adı dəyişdirilərək Aravet qoyulmuşdur. == Əhalisi == Kəndin köklü sakinləri azərbaycanlılar olmuşdur. Erməni mənbələrində kəndin sakinləri kimi qarapapaqlar göstərilir və onlar xalq kimi qeyd edilir. Amasiya rayonunda yaşayan qarapapaqlar azərbaycanlıların bir qrupu olmaqla azərbaycanlı xalqını ifadə etmişdir.
İlanlı (Poldəşt)
İlanlı (fars. ايلانلو‎) — İranın Qərbi Azərbaycan ostanının Poldəşt şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 414 nəfər yaşayır (85 ailə).
İlanlı (Qobustan)
İlanlı — Azərbaycan Respublikasının Qobustan rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 4 dekabr 2001-ci il tarixli, 228-IIQ saylı Qərarı ilə Qobustan rayonunun İlanlı kəndi Dərəkənd kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, Şıxzahırlı kəndi mərkəz olmaqla, Şıxzahırlı kənd inzibati ərazi dairəsi yaradılmışdır. == Toponimikası == Tədqiqatçıların ehtimalına görə, oykonim türkdilli ilanlı tayfasının adı ilə bağlıdır. Türkmənlərin ersarı tayfasının bir qolu da ilanlar adlanır. Belə güman etmək olar ki, həmin tayfanın totemi ilan olduğu üçün bu adı daşımışdır. Eyniadlı yaşayış məntəqələri Cənubi Sibirdə, Səmərqənd vilayətində və Ermənistanda da qeydə alınmışdır. == Tarixi == == Coğrafiyası və iqlimi == Kənd dağətəyi ərazidə yerləşir. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 47 nəfər əhali yaşayır.
İlanlı sütun
İlanlı sütun (yun. Τρικάρηνος Όφις, türk. Yılanlı Sütun) — atik dövrə aid olan, indiki İstanbulun Sultanəhməd meydanında olan bürünc abidə. Yunan-İran müharibələri zamanı, Plateya döyüşündə (B.e.ə 479-cu ildə) vəfat edən farsların silahlarından hazırlanan qurbanlıq üç ayaqlının qorunan hissəsidir. İlk əvvələr abidə Delfidə yerləşirdi. I Konstantin dönəmində Roma İmperiyasının yeni paytaxtı olan İstanbula gətirilmişdir. Başlanğıcda 8 metrlik bir sütun 3 ilan başına sahib idi. 1700-cü ildə abidə qismən məhv dağıdılır. Üç ilan başından biri İstanbul Arxeologiya Muzeyində saxlanılır. == İnşa tarixi == Plateya döyüşündən sonra fars ordularını darmadağın edən Ellinlər böyük qənimətlər əldə edirlər.
İlanlı (kənd)
İlanlı — İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında kənd adı. == Tarixi == 1728-ci ildən mə'lumdur 1918-ci ildə əhalisi qovulduqdan sonra kənd dağılmışdır.. == Toponimi == Azərbaycanda və Ermənistanda "ilan" komponentli çoxlu coğrafi adlar vardır. Azərbaycanda İlanlıdağ (Füzuli rayonu), İlanlı Güney (Kəlbəcər rayonu), İlanlı təpə (Ağdam rayonu, Aşağı Qərvənd k.), İlanlı dərə (Babək, Qazax, Gədəbəy, Masallı rayonları), İlanlı Qobu (İmişli rayonu), İlandağ (Naxçıvan), İlanqaya (Laçın rayonu) və b. Bu toponimlərdə "ilan" sözünün konkret mə'nalarını ayırd etmək çətindir. XIX əsrdə Qars əyalətinin Qars mahalında üç İlanlı kənd adı ilə mənşəcə eynidir. İlanlı kəndin əsasını qoymuş tayfa adıdır. Bu tayfa qədim türkmənşəli Alan tayfasına bağlıdır. Şimali Qafqazda yaşayan qaraçayların və balqarların özünüadlandırmaları "Alan"dır. Ehtimal ki, alanlar eranın əvvəllərində hunların, ya da balqarların tərkibində gəlmişlər.
İlanlı (Amasiya)
İlanlı, Çaybasar — Qars vilayətinin Qars qəzasında, indi Amasiya rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 17 km şimal-şərqdə, Arpaçayın sağ sahilində yerləşir. «İrəvan əyalətinin icmal dəftəri»ndə, Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Toponim ilanlı etnonimi əsasında əmələ gəlmişdir. Etnotoponimdir. Quruluşca sadə toponimdir. Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 26.IV.1946-cı il fərmanı ilə kəndin adı dəyişdirilib Çaybasar, Ermənistan prezidentinin 19.IV. 1991-ci il fərmanı ilə yenidən adı dəyişdirilərək Aravet qoyulmuşdur. == Əhalisi == Kəndin köklü sakinləri azərbaycanlılar olmuşdur. Erməni mənbələrində kəndin sakinləri kimi qarapapaqlar göstərilir və onlar xalq kimi qeyd edilir. Amasiya rayonunda yaşayan qarapapaqlar azərbaycanlıların bir qrupu olmaqla azərbaycanlı xalqını ifadə etmişdir.
İlanlı (Qars)
İlanlı — Türkiyənin Qars vilayətinin Mərkəz rayonunda kənd. Əhalisi 80 nəfərdir (2022).
Qarlı aşırım
Qarlı aşırım — Fərman Kərimzadənin tarixi romanı. Əsər əsasında 1971-ci ildə Kamil Rüstəmbəyovun rejissorluğu, F. Kərimzadənin ssenari müəllifliyi ilə Axırıncı aşırım filmi çəkilmişdir. == Məzmun == Fərman Kərimzadənin "Qarlı aşırım" əsərində sinfi mübarizənin kəskin xarakter aldığı 30-cu illər kəndinin canlı mənzərəsi verilmişdir. . Yazıçı romanda zəngin xarakterlər qalereyası yaratmışdır. Abbasqulu bəy Şadlinski, Xəlil, Şıxəlioğlu, Şabanzadə, Talıbov, Kərbəlayı İsmayıl, Qəmlo kimi surətlərin fonunda qarşı-qarşıya duran iki cəbhənin mübarizəsi real səhnələrlə işıqlandırılmışdır. == Nəşr == Əsər ilk dəfə Bakıda kiril qrafikalı Azərbaycan əlifbası ilə 1971-ci ildə, daha sonra 1987-ci ildə Gənclik nəşriyyatında, latın qrafikalı Azərbaycan əlifbası ilə 2016-cı ildə isə Bakı Kitab Klubunda 400 səhifədə, 100 tirajla təkrar çap olunmuşdur. == İstinadlar == == Həmçinin bax == Axırıncı aşırım (film, 1971) Axırıncı aşırıma qədər (film, 2002) == Xarici keçidlər == "Qarlı aşırım (tarixi roman)" ( (az.)). kitabklubu.org. 2017-09-01. 2017-09-01 tarixində arxivləşdirilib.
İlqar Qurbanov
İlqar Qurbanov (25 aprel 1986[…], Bakı) — azərbaycanlı futbolçu. == Həyatı == 1986-cı il aprel ayının 25-də Azərbaycanın paytaxtı Bakı şəhərində anadan olub. Azərbaycan yığmasının futbolçusudur. Yarımmüdafiənin sağında və hücumda oynayır. Karyerasına 2000-ci ildə "Fənərbaxçada" başlayıb. 2006-cı ilə qədər Fənərbaxçanın PAF komandasında oynayan İlqar 2006-cı ildə Azərbaycanın "Xəzər-Lənkəran" komandasına keçir. 1 il burda oynayan İlqar, 2007-ci ildə Türkiyənin "Sivasspor" klubuna 3 illiyinə transfer olur və Türkiyə pasportu da alır. 2008–2009 mövsümündə Türkiyənin birinci liqasında çıxış edən Boluspora icarəyə verilmişdir. 2009-cu ildə "Olimpik-Şüvəlan" klubuna transfer olunmuşdur.
İlqar Qılıcov
İlqar Qılıcov — Azərbaycan Respublikası Milli Məclisinin II çağırış deputatı. == Haqqında == Qılıcov İlqar Səyyad oğlu 07 yanvar 1966-cı ildə Tovuz şəhərində anadan olmuşdur. Ailəlidir, 2 övladı var. Fəlsəfə elmləri namizədi alimlik dərəcəsi verilmişdir. Qarabağ müharibə veteranıdır. 1982–19871982-ci ildə Moskva şəhəri SSRİ Müdafiə Nazirliyinin Hərbi İnstitutunun hüquq fakültəsinə daxil olmuş, 1987-ci ildə həmin institutunu bitirmişdir. 1986–1987 Alma-Ata qarnizonu stajor müstəntiq vəzifəsini icra edən (Alma-Ata şəhəri); 1987–1991 Gəncə qarnizonu hərbi prokurorluğunun müstəntiqi; 1991–1992 Azərbaycan Respublikası Baş Prokuroru yanında xüsusilə mühüm işlər üzrə müstəntiq; 1992–1993 Milli Təhlükəsizlik orqanlarında istintaqa Azərbaycan Respublikası Silahlı Qüvvələrində və Millətlərarası Əlaqələrdə qanunların icrasına nəzarət idarəsinin prokuroru işləmiş; 19941994-cü ilin yanvar ayından noyabr ayınadək Milli Təhlükəsizlik üzrə qanunların və Gömrük qanunvericiliyinin icrasına nəzarət idarəsi 1-ci şöbənin prokuroru, rəisi; 1994–1995 Sosial İqtisadi sahələrdə qanunların icrasına, hüquqi aktların qanuniliyinə nəzarət idarəsi, iqtisadi sahədə qanunların icrasına nəzarət şöbəsinin böyük prokuroru işləmiş; 1997–2000 Respublika Prokurorluğunda İqtisad məhkəmələri qərarlarının qanunuliyinə nəzarət şöbəsinin prokuroru işləmiş; 2000–2001 Baş Prokurorluğunun Beynəlxalq hüquq şöbəsinin rəis müavini işləmiş; 2001–2005 Azərbaycan Respublikası Milli Məclisinin deputatı olmuşdur. 2006 h/h2006-cı ilin aprel ayının 26-dan Azərbaycan Respublikası Ali Məhkəmənin hakimidir.
İlqar Ramazanlı
Ramazanov İlqar Etibar oğlu (2 noyabr 1994 – 3 noyabr 2020, Şuşa) — Azərbaycan Respublikası Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Ramazanlı İlqar 2 noyabr 1994-cü ildə anadan olub. Əslən Qərbi Azərbaycanın Pəmpək mahalı, Qursalı kəndindəndir. == Hərbi Xidməti == Azərbaycan Ordusunun əsgəri olan İlqar Ramazanlı 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzuli rayonun azad olunması uğurunda gedən döyüşlərdə iştirak edib. İlqar Ramazanlı 03.11.2020-ci ildə Şuşa uğurunda gedən döyüşlərdə həlak olmuşdur. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən İlqar Ramazanlı ölümündən sonra "Vətən uğrunda", “Xocəvəndin azad olunmasına görə” və “Füzulinin azad olunmasına görə” medalı ilə təltif edildi.
İlqar Rəhimov
Rəhimov İlqar Elxan oğlu (7 fevral 1964, Bakı) — 1996-cı ildən Azərbaycan Milli Paralimpiya Komitəsinin Prezidentidir. İlqar Rəhimov 2 fevral 2016-cı ildə paralimpiya hərəkatının inkişafında xidmətlərinə görə Vətənə xidmətə görə ordeninə, 15 fevral 2021-ci ildə Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin 25 illiyi münasibətilə Azərbaycan idmanının inkişafında xidmətlərinə görə Əmək ordeninə layiq görülmüşdür. XVI Tokio Yay Paralimpiya Oyunlarında qazanılmış yüksək nailiyyətlərə və Azərbaycan idmanının inkişafında xidmətlərinə görə "Şöhrət" ordeni ilə təltif edilmişdir. == Həyatı == İlqar Rəhimov 7 fevral 1964-cü ildə anadan olub. 1985–1991-ci illərdə Maliyyə Nazirliyində, 1991–1993-cü illərdə Azərbaycan Prezidentinin İcra Aparatında müxtəlif vəzifələrdə işləyib. 1993-cü ildən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini vəzifəsində ,1999-cu ildən nazirin I müavini, 2004-cü ildən 30 oktyabr 2018-ci ilədək nazir müavini vəzifəsində çalışıb. 1996-cı ildən Azərbaycan Milli Paralimpiya Komitəsinin Prezidentidir.12 oktyabr 2021-ci il tarixində Milli Paralimpiya Komitəsinin prezidenti İlqar Rəhimov Beynəlxalq Görmə Məhdudiyyətli İdmançılar Asossiyasiyasının (İBSA) hesabat-seçki konfransında qurumun vitse-prezidenti vəzifəsinə seçilib. 1996-cı ildən başlayaraq Azərbaycan Milli Paralimpiya Komitəsinin Prezidenti kimi 7 dəfə Yay Paralimpiya Oyunlarında Azərbaycan nümayəndə heyətinə rəhbərlik edib. İlqar Rəhimov Azərbaycan Respublikasının Prezidentinin 2 fevral 2016-cı il tarixli sərəncamı ilə "Azərbaycan Respublikasının Milli Paralimpiya Komitəsinin yaradılmasının 20 illik yubileyi münasibətilə və Azərbaycanda paralimpiya hərəkatının inkişafında xidmətlərinə görə" 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib, 15 fevral 2021-ci ildə Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin 25 illiyi münasibətilə Azərbaycan idmanının inkişafında xidmətlərinə görə "Əmək" ordeninə layiq görülmüşdür . XVI Tokio Yay Paralimpiya Oyunlarında qazanılmış yüksək nailiyyətlərə və Azərbaycan idmanının inkişafında xidmətlərinə görə "Şöhrət" ordeni ilə təltif edilmişdir.
İlqar Safat
Məmmədov İlqar Kamil oğlu və ya İlqar Safat (23 yanvar 1972, Bakı) — kino və teatr rejissoru, ssenarist, yazıçı, şair, rok-bard. == Həyatı == İlqar Safat 1972-ci ildə Bakı şəhərində anadan olub. 1995-ci ildə "rus dili və ədəbiyyatı" ixtisası üzrə M. F. Axundov adına Azərbaycan Pedaqoji İnstitutunu bitirib. 2012-ci ildə ailə həyatı qurub. Bir qızı var. == Yaradıcılıq fəaliyyəti == 1995-ci ildən 2000-ci ilə qədər şeirləri Bakıda müxtəlif qəzet və ədəbi jurnallarda dərc olunub. Öz mahnıları ilə Bakının və Moskvanın müxtəlif meydançalarında çıxış edib. Yüzə yaxın mahnının müəllifidir. 2002-ci ildə Moskvada SRAK (Senaristlər və Rejissorlar Ali Kursunu) bitirib: V. İ. Xotinenkonun emalatxanası. 2002-ci ildə Qafqaz Layihəsi çərçivəsində Avropanın müxtəlif şəhərlərində Azərbaycanı bir neçə il təmsil etmiş "Dağın nəvəsi" filmini çəkib.
İlqar Sarıyev
İlqar Mahmud oğlu Sarıyev - Azərbaycanlı şəhid. == Həyatı == Sarıyev İlqar Mahmud oğlu 10 mart 1970-ci ildə Gədəbəyin Heriknaz kəndində anadan olub. 6 may 1994-cü ildə şəhid olub. == Təhsili == O, 1987-ci ildə Gədəbəy rayonu Hacıalılar kənd orta məktəbini bitirmişdir. 1987-ci il sentyabr ayında Abşeron rayonu 147 saylı peşə məktəbinə daxil olub, ekskavator maşinisti peşəsinə yiyələnmişdir. 1991-ci il 2 fevralda isə Gədəbəy şəhəri 148 saylı TPM-ə daxil olmuş, 4 noyabr 1991-ci ildə 5-ci dərəcəli baytar operatoru peşəsini almışdır. == Hərbi xidməti == 20 iyun 1988-ci ildə hərbi xidmətə getmiş, 19 iyun 1990-cı ildə xidmətini başa vurmuşdur. 1993-cü ilin noyabr ayında Milli Ordumuz yaradılarkən könüllü olaraq torpaqlarımızın azadlığı uğrunda döyüşə yollandı. Bir ay Seyfəlidə poliqonda iştirak etmiş, orada pulemyotçuluğu öyrəndikdən sonra Ağdam rayonu uğrunda gedən döyüşlərdə fəal iştirak etmişdir. == Vəfatı == 6 may 1994-cü ildə şəhid olub.
İlqar Əbdürəhmanov
İlqar Şair oğlu Əbdürəhmanov (27 mart 1979, Bakı) — rusiyalı və azərbaycanlı futbolçu. Azərbaycan milli futbol komandasının şərəfini qorumuşdur. == Karyerası == === Klub === Furbolçu karyerasına Y-18 yığmasında başlamışdır. 1996—1998-ci illərdə Azərbaycan çempionatında iştirak etmişdir. 1999-cu ildə Moskvanın "Lomomativ-2", sonradan isə "KAMAZ" futbol klublarında oynamışdır. 2001-ci ildə 2 mart tarixində keçirilən Rusiya futbol çempionatında Anjinin şərəfini qoruumuşdur. 2004-cü ildə Azərbaycan milisinin şərəfini qoruyan Dimitri Kramarenko ilə birlikdə "Jenis" klubunda oynamışdır. Qazaxıstan cempionatında 30 oyun keçirmiş və 3 qol vurmuşdur. Onun sözlərinə görə 2006-cı ilin dekabrında onunla yenidən Jenis klubu maraqlanır. O Futbol üzrə Azərbaycan çempionatı 2006/2007 mövsümünün ortalarında Qazaxıstana gedə bilərdi.
İlqar Əbilhəsənov
İlqar Əbilhəsənov (tam adı: Əbilhəsənov İlqar Yusif oğlu; 19 avqust 1967, Bakı – 20 yanvar 1990, Bakı) — "20 Yanvar" şəhidi. Ölümündən sonra "20 Yanvar Şəhidi" fəxri adına layiq görülüb. == Həyatı == İlqar Əbilhəsənov, 19 avqust 1967-ci il tarixində Bakıda anadan olub. Ailənin 5 uşağından ən kiçiyi idi. 1984-cü ildə Nəsimi rayonu 42 saylı orta məktəbi bitirib. Həmin məktəb bu gün onun adını daşıyır. Məktəbi bitirdikdən sonra hərbi xidmətə yollanır. Atası Yusif Əbilhəsənovun Naxçıvanın daxili işlər naziri olması İlqarı da bu yolla getməyə ilhamlandırıb. Hərbi xidmətdən qayıtdıqdan sonra keçmiş Xalq Təsərrüfatı İnstitutu, indiki Azərbaycan Dövlət İqtisad Universitetinin Əmtəəşünaslıq fakültəsinə daxil olub. Üç il oxuyandan sonra axşam növbəsinə keçib, milis orqanlarında işə düzəlir, oxuya-oxuya işləyir.
İlqar Əbülhəsənov
İlqar Əbilhəsənov (tam adı: Əbilhəsənov İlqar Yusif oğlu; 19 avqust 1967, Bakı – 20 yanvar 1990, Bakı) — "20 Yanvar" şəhidi. Ölümündən sonra "20 Yanvar Şəhidi" fəxri adına layiq görülüb. == Həyatı == İlqar Əbilhəsənov, 19 avqust 1967-ci il tarixində Bakıda anadan olub. Ailənin 5 uşağından ən kiçiyi idi. 1984-cü ildə Nəsimi rayonu 42 saylı orta məktəbi bitirib. Həmin məktəb bu gün onun adını daşıyır. Məktəbi bitirdikdən sonra hərbi xidmətə yollanır. Atası Yusif Əbilhəsənovun Naxçıvanın daxili işlər naziri olması İlqarı da bu yolla getməyə ilhamlandırıb. Hərbi xidmətdən qayıtdıqdan sonra keçmiş Xalq Təsərrüfatı İnstitutu, indiki Azərbaycan Dövlət İqtisad Universitetinin Əmtəəşünaslıq fakültəsinə daxil olub. Üç il oxuyandan sonra axşam növbəsinə keçib, milis orqanlarında işə düzəlir, oxuya-oxuya işləyir.
İlqar Əhmədov
İlqar Əhmədov (tam adı: İlqar Hümmət oğlu Əhmədov; 25 may 1965, Faxralı, Bolnisi rayonu – 20 yanvar 1990, Bakı) — Qanlı Yanvar şəhidi. == Haqqında == 1965-ci il mayın 25-də Gürcüstan SSR Borçalı mahalının Faxralı kəndində anadan olmuşdur. Ç. İldırım adına Azərbaycan Politexnik İnstitutunun "Avtomobil nəqliyyatı" fakültəsinin 4-cü kurs tələbəsi idi. == Şəhid olması == 19-dan 20-nə keçən gecə dostları ilə birlikdə Salyan qazarmasının yanında olub. Əsgərlər dinc əhaliyə divan tutan vaxt İlqar dostları ilə yaralıları və ölüləri maşınlara qoyub xəstəxanaya yola salırdı. Yaralılara kömək eləmək xoşuna gəlmədi imperiya xidmətçilərinin. Vurdular İlqarı da. Gecə saat 02.30 dəqiqədə. Güllə sol gözündən dəymiş, İlqar yerindəcə keçinmişdir. Mərhum Faxralı kəndində, anadan olduğu torpaqda dəfn edilmişdir.
İlqar Əlfioğlu
İlqar Əlfioğlu (tam adı: Qasımov İlqar Əlfi oğlu; 26 mart 1955, Bakı) — Azərbaycanlı jurnalist, yazıçı, teleaparıcı, tərcüməçi. Azərbaycan Televiziyası tarixində ilk tok-şoulardan biri olan Dalğa verilişinin müəllifi və aparıcısı olub. 2014-cü ildən Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin redaktoru == Həyatı == İlqar Əlfioğlu 26 mart 1955-ci ildə Bakı şəhərində anadan olub. Yazıçı Əlfi Qasımovun oğludur. 1961-ci ilə kimi Bakıda, "Həmşəri palanı" küçəsində yaşayıb. Orta təhsilini 1972-ci ildə Bakı şəhərində yerləşən 190 nömrəli məktəbdə tamamlamışdır. Ardınca Azərbaycan Dövlət Unversitetinin Şərqşünaslıq fakültəsində təhsilini davam etdirmişdir. 1978-ci ildən başlayaraq Azərbaycan Dövlət Televeziyasında və müxtəlif redaksiyalarda işləyib. 2014-cü ildə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin şöbə müdiri təyin edilib. Yazıçı Əlfi Qasımovun ailəsində anadan olub.
İlqar Əlləzoğlu
İlqar Hacıyev (İlqar Əlləz oğlu Hacıyev) — iş adamı, iqtisadçı, "Şərəf" ordeni laureatı, Polad Bülbüloğlunun keçmiş müşaviri, "Rusiyada biznesin şəffaflığı və korporativ reydlərə qarşı Mübarizə Mərkəzi"nin təsisçisi. == Həyatı == İlqar Hacıyev 3 iyul 1973-cü ildə Ermənistanın Stepanavan rayonunun Kirov kəndində anadan olub. On yeddi yaşında məktəbi bitirəndən sonra o, bizneslə məşğul olub. İxtisasca iqtisadçıdır. İlqar Hacıyev Rusiyanın Dağıstan Dövlət Universitetinin məzunudur. 2019-cu ilə qədər İlqar Hacıyev Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlunun müşaviri vəzifəsində çalışıb. 2019-cu ilin yanvarında Londonda İlqar Hacıyev "Rusiyada biznesin şəffaflığı və korporativ reydlərə qarşı Mübarizə Mərkəzi"ni təsis edib. === Ailəsi === Hazırda İsveçrədə yaşayır. Ailəlidir, altı övladı var. == Fəalyyəti == === Əmək fəaliyyəti === 2005-2009-cu illər ərzində Azərbaycanda fəaliyyət göstərən və qısa müddətdən sonra Qazaxıstan, Özbəkistan, Ukrayna, Gürcüstan, Türkiyə, Əfqanıstan kimi ölkələrdə də beynəlxalq əhəmiyyətli infrastruktur layihələri yerinə yetirən "Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası" ASC-nin rəhbəri olub.
Aprel işğalı
Bakı əməliyyatı, Aprel inqilabı (azərb. آ ﭘﺭﻳﻞ ﺍﻧﻘﻼﺑﯽ ‎), Aprel çevrilişi və ya Azərbaycanda sovet hakimiyyəti qurulması — Azərbaycan hökumətini devirmək və ölkədə Sovet hakimiyyətinin qurulması məqsədilə, XI Qırmızı Ordu və Volqa-Xəzər hərbi donanmasının Azərbaycan bolşevikləri ilə yaxın koordinasiyalanmış və həyata keçirilən hücum hərbi əməliyyatıdır. Bakı əməliyyatının planı Azərbaycan Kommunist (bolşeviklər) Partiyası (AK(b)P) liderləri olan Qafqaz cəbhəsinin komandiri Mixail Tuxaçevski və Hərbi İnqilab Şuranın üzvü Serqo Orconikidze tərəfindən hazırlanmışdı. 1919–1920-ci illərdə dərin siyasi və sosial-iqtisadi böhran yaşayan Azərbaycanda daxili siyasi vəziyyət gərgin idi: ölkənin qəzalarında müxtəlif siyasi və sosial qruplar arasındakı silahlı münaqişələr baş verirdi. Eyni zamanda, 1918-ci ildə Sovet hakimiyyətinin dağılması anından etibarən, yeraltı cəmiyyətlərdə müxtəlif siyasi partiyalar və sosialist oriyentasiyalı təşkilatlar fəaliyyət göstərirdi. Onlar siyasi məqsədlərinə nail olmaq üçün 1920-ci ilin fevralında AK(b)P ilə birləşdi. 1920-ci ilin aprelində XI Qırmızı Ordu Şimali Qafqazdakı Könüllü ordunu məğlub edərək, Azərbaycanla sərhədə yaxınlaşdı. Azərbaycan bolşevikləri aprelin 26-dan 27-sinə keçən gecəsində başlayan silahlı üsyanlara hazırlaşırdılar. Bakıda baş verən üsyanla paralel olaraq, bir sıra sovet zirehli qatarlar Azərbaycanla sərhədi keçdi və düşmən arxasında uğurlu dərin basqın etdi. Bolşeviklər paytaxtın ən əhəmiyyətli obyektlərinə nəzarəti qurduqdan sonra hakimiyyətin təslim edilməsi haqqında Azərbaycan hökumətinə və parlamentinə ultimatum təqdim etdi.
Araukaniyanın işğalı
Araukaniyanın işğalı ― hərbi hərəkat olub Çili hökuməti tərəfindən həyata keçirilmişdir. Bu hərəkat 1862–1886-cı illəri əhatə etmişdir. Nəticədə bölgə Çilinin ərazisinə cevrilmişdir. == Avropalıların ilk gəlişi == Yerli xalq olan Mapuce bölgəni Araukani adlandırır. Mapucelər uzun zaman İnk İmperiyasına qarşı mübarizə aparmışdır. Nəticədə isə bölgə öz istiqlaliyyətini qoruya bilmişdir. Bu ərazilərə ilk ayaq basan avropalılar İspanlar olmuşlar. Öz adətlərinə sadiq qalaraq ispanlarada boyun əyməmişdilər. Bu səbəbdən İspanlar Mapuce qəbilələrinə qarşı 300 il müharibə aparmışlar. Tarixə bu müharibə Araukaniya müharibəsi kimi düşür.
Ağdamın işğalı
Ağdam uğrunda döyüş (12 iyun-23 iyul 1993) — Qarabağ müharibəsinin gedişində baş vermiş döyüş. Döyüş 23 iyul 1993-ci ildə Ağdam şəhərinin erməni qüvvələri tərəfindən işğalı ilə bitmişdir. == Şəhərin əhəmiyyəti == SSRİ dağıldıqdan sonra Ağdamda yerləşən nəhəng hərbi anbar Azərbaycan ordusuna dövr edilir. Qarabağ müharibəsi zamanı hərbi baza Azərbaycan Ordusu tərəfindən hərbi istinadgah kimi istifadə edilmişdir. Xankəndində Ağdamın əhəmiyyətini anlayır və onu "düşmən yuvası" adlandırırdılar. Münaqişənin ilk mərhələlərində və hərbi əməliyyatların qızışmasına qədər ermənilər Ağdamın sakinlərini "ermənilərin hər kəsdən yaxşı istifadə etdiyi silah" olan terrorizmdən istifadə etməklə ruhdan salmağa çalışırdılar. Bu strategiyanı reallaşdırmaq üçün Ağdam ətrafında erməni millətçiləri tərəfindən bir neçə terror aktı həyata keçirilmişdir. Məsələn, 1990-cı ilin avqustunda erməni terrorçuları Tbilisi-Ağdam marşrutu ilə gedən avtobusu partlatdılar və nəticədə 20 dinc vətəndaş həlak oldu. 1991-ci ilin sentyabrında Ağdam-Xocavənd və Ağdam-Qaradağlı marşrutlarında müvafiq olaraq 5 və 8 sərnişinin həlak olduğu avtobus hücumları həyata keçirdilər. Nəhayət, 28 yanvar 1992-ci ildə ermənilər Ağdamdan Şuşaya uçan mülki helikopteri vurdular, nəticədə 41 dinc sakin, həmçinin 3 ekipaj üzvü həlak oldu.
Dərbəndin işğalı
Dərbəndin işğalı — 1722-ci ildə başlayan Rusiya-Səfəvi müharibəsi zamanı Rusiya çarlığının Dərbənd şəhərini işğal etməsi nəzərdə tutulur. == Arxa plan == 1722-ci ilin avqustunda rus ordusu sürətlə Dərbəndə doğru irəliləməyə başladı. Bu yürüş boyunca rus ordusu həmçinin yerli əhali ilə də başa çıxmalı idi. Dərbəndin ələ keçirilməsi rus ordusu üçü mühüm strateji əhəmiyyət daşımaqda idi. Bu şəhərin ələ keçirilməsindən sonra Xəzər dənizi boyunca sahil şəhərləri ələ keçirilə bilərdi. Dərbənddən sonra ələ keçirilmə növbəsi Bakı şəhərində idi, lakin hava şəraitinə görə bu yürüş həyata keçməsi və növbəti ilə qədər ertələndi. == İşğal == Həştərxandan yola çıxan I Pyotr süvarilərlə birlikdə quru yolu ilə, donanma isə dəniz yolu ilə Dərbəndə doğru irəlilədi. 25 iyul 1722-ci ildə I Pyotr Səfəvi şahına məktub yazdı və bu məktubda onun torpaqlarını işğal etməyə gəlmədiyini, sadəcə onlara problem yaradan, rus tacirlərinin canına və malına qəsd edən üsyançıları cəzalandırmağa gəldiyini bildirdi. 5 avqustda yola çıxan rus sordusu Dərbəndə qədər bəzi müqavimətlə qarşılaşdı. Bu müqaviməti təşkiledən əsas qüvvə Osmanlı imperiyasına bağlı yerli bəyliklər idi.
Fransanın işğalı
Fransa kampaniyası, Fransa döyüşü və ya Fransanın süqutu — ikinci dünya müharibəsi zamanı nasist Almaniyasının Fransavə Aşağı Ölkələri (Niderland, Belçika, Lüksemburq) işğal etməsi ilə nəticələnən hərbi kampaniya. == Arxa plan == 23 mart 1933-cü ildə Çörçill çıxışlarından birində Almaniyada hakimiyyətə gələn Nazi rejiminin Avropadakı sülh rejimini təhdid etdiyini xəbərdar etdi və “Fransız Ordusu üçün Allaha şükür” kəlimələrini söylədi. Aprel ayında yenidən bu mövzuya qayıtdı və qəti şəkildə bildirdi: "Fransa yalnız Avropada sağ qalan yeganə böyük demokratiya deyil, eyni zamanda o ən güclü hərbi gücdür." Bir neçə il sonra müharibə xatirələrinin birinci cildini toplayan Çörçill yazırdı ki, "Fransız Ordusu üçün "Allaha şükür edirəm" deyəndə hamının üzündə gördüyüm ağrı və nifrət görünüşünü xatırladım". Bu güclü ordunun 1940-cı ildə altı həftədə məğlub olması tarixin ən diqqət çəkən hərbi məqamlarından biridir. 1939-cu ildə, İkinci Dünya Müharibəsi yaxınlaşarkən İngilislər və Fransızlar Birinci Dünya Müharibəsi əsnasında 1914-18-də baş verənlərin yenilənmiş bir versiyası ilə mübarizə aparmağı planlaşdırdılar, lakin bəzi əsas fərqlərlə. 1914-cü ildə fransızlar cəbhə hücumlarında böyük itki vermişdilər. Bu dəfə hərbi qüvvələrini və sənaye bazalarını ümumi müharibə aparmaq üçün səfərbər edərkən qərbi Avropada müdafiədə qalacaqdılar. Hərbi əməliyyatların başlamasından təxminən 2-3 il sonra hücum etməyi planlaşdırırdılar. Buna görə də, tarixdə "Majino xətti" adlanan və Fransa-Almaniya sərhədində yerləşən, 1940-cı ildə tikilib qurtarılması planlaşdırılan bir səddin tikintisinə başladılar. Fransız hərbi doktrininə uyğun olaraq Majino xətti alman qoşunları üçün keçilməz sədd olmalıydı.
Küveytin işğalı
Küveytin işğalı — 2 avqust 1990-cı il tarixində İraq tərəfindən qonşu dövlət olan Küveytin ərazisini işğal etmək məqsədilə həyata keçirilmiş iki günlük əməliyyata verilən addır. İraq tərəfindən həyata keçirilmiş bu əməliyyat nəticəsində Küveyt ərazisi yeddi ay boyunca işğal altında qalmışdır. İraqın öz işğalçı qoşunlarını BMT tərəfindən müəyyənləşdirilmiş vaxt ərzində Küveytdən geri çəkməkdən imtina etməsi ABŞ-nin rəhbərliyi altında təşkil olunmuş koalisiya qüvvələrinin işğal olunmuş əraziyə hərbi müdaxiləsi ilə nəticələnmişdir. Bu hadisələr tarixə birinci Körfəz müharibəsi adı ilə daxil olmuş və koalisiya qüvvələrinin hücumu nəticəsində işğalçı İraq qoşunları Küveyt ərazisini tərk etmiş, həmçinin geri çəkilərkən Küveytə məxsus 600-ə yaxın neft buruğunu yandırmışdır. 1990-cı ilin əvvəllərində İraq hökuməti Küveyti neft oğurlamaqda ittiham etdi. Digər tərəfdən, bəzi İraq mənbələrinin verdiyi məlumata görə İraq prezidenti Səddam Hüseynin Küveytə hücum etmək barədə planı hələ aylar əvvəldən qərara alınmışdı. Bəziləri isə İraqın İran-İraq müharibəsi ərzində xaricdən aldığı 14 milyard ABŞ dollarından çox məbləğdə olan borcunu ödəyə bilmədiyi və Küveytin tədarük etdiyi neftin çox olmasının İraq neftinin dəyərini düşürməsi kimi səbəblərin hücumu tətiklədiyini bildirmişdir. 2 avqust 1990-cı ildə başlayan hücum nəticəsində iki gün ərzində Küveyt Silahlı Qüvvələrinin şəxsi heyətinin çox hissəsi ya iraqlılarla döyüşdə dağıdıldı, ya da qonşu Səudiyyə Ərəbistanı və Bəhreyn kimi ölkələrə çəkildi. İşğaldan sonra İraq tərəfindən burada "kukla dövlət" yaradıldı və bir neçə gündən sonra Səddam Hüseyn Küveyti İraqın 19-cu vilayəti olaraq adlandırdı. == Maliyyə borcu üzərində münaqişə == İran-İraq müharibəsi başladıqda Küveyt müharibənin əvvəllərində neytral mövqe nümayiş etdirmiş, hətta İran və İraq arasındakı danışıqlarda vasitəçi olmağa cəhd göstərmişdir.
Kərkicahanın işğalı
Laçının işğalı
Laçının işğalı — 1992-ci ilin mayında, Birinci Qarabağ müharibəsinin əvvəllərində, Ermənistan Silahlı Qüvvələrinin hərbi birləşmələri və separatçı Qondarma Dağlıq Qarabağ Respublikasının döyüşçülərindən ibarət erməni qüvvələri tərəfindən Azərbaycan Silahlı Qüvvələrinə qarşı Laçının nəzarəti uğrunda başladılan hərbi hücum əməliyyatı. Laçın rayonu Azərbaycanın qərbində, Kiçik Qafqazda yerləşir. Şimaldan Kəlbəcər, cənubdan Qubadlı, şərqdən Xocalı, Şuşa və Xocavənd rayonları, qərbdən isə Ermənistanla həmsərhəddir. İşğal ərəfəsində rayonda 60 min nəfərə yaxın azərbaycanlı və kürd yaşayırdı. 1992-ci ilin əvvəllərində Azərbaycanda ağır siyasi böhran yaşanırdı. Azərbaycan Xalq Cəbhəsi (AXC) Azərbaycan Prezidenti Ayaz Mütəllibovun istefa etməsini tələb etmişdi. Xocalı soyqırımı ilə bağlı detalların ictimaiyyətə yayımlanmasından sonra prezident Mütəllibov müxalifətin təzyiqi ilə 6 martda istefa vermişdi. Prezident səlahiyyətlərini Yaqub Məmmədova icra etməyə başlamış, Rəhim Qazıyev isə müdafiə naziri olmuşdu. Buna baxmayaraq, 9 mayda Şuşa işğal edilmiş, bu isə Azərbaycanda daxili siyasi gərginliyi pik həddə çatdırmışdı. Qazıyev vəzifəyə gəldikdən sonra dərhal Moskvaya danışıqlara getmiş, Şuşanın işğaldan azad edilməsi üçün Rusiya Müdafiə Nazirliyinin dəstəyini əldə edə bilmişdi.
Potinin işğalı
Rus ordusu tərəfindən Potinin işğalı — 2008-ci ildə Gürcüstan-Cənubi Osetiya qarşıdurmasının aktiv mərhələsində Gürcüstanın Poti şəhərinin rus ordusu tərfindən işğalı. == İşğaldan əvvəlki vəziyyət == Poti Qara dəniz sahilində Gürcüstanın iqtisadi cəhətdən əsas limanıdır. Poti dənizə çıxışı olmayan Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələri üçün kritik bir giriş nöqtəsidir. == İşğal == Rusiya təyyarələri 8 avqustda Potini bombalayır və liman iki gün bağlı qalır. Rusiya Hərbi Hava Qüvvələri 9 avqustda limana hücum edir. Rusiya hərbi gəmiləri 10 avqust 2008-ci ildə Poti də daxil olmaqla Qara dəniz sahilindəki Gürcüstan limanlarının yaxınlığında yerləşdirilir. Avqustun 11-də gürcü səlahiyyətliləri rus qüvvələrinin Potiyə daxil olduğunu, ancaq Rusiya yalnız kəşfiyyat missiyası göndərdiyini iddia edir. 12 avqustun səhərində, Rusiya prezidenti rus hərbi əməliyyatları dayandıracağını açıqladıqdan bir saat sonra bombardman səsləri eşidilir. Rus qoşunları Poti limanından keçərək onun ətrafında mövqelər tutur.. 12 avqustda Rusiya Qara Dəniz Donanmasının döyüş gəmiləri Poti limanına uğurlu basqın təşkil edir.
Qorinin işğalı
Qorinin işğalı — Qori və ətraf bölgələrinin Rusiya-Gürcüstan müharibəsi çərçivəsində Rusiya hərbi qüvvələri tərəfindən 13 avqust 2008-ci ildə başlayan və 22 avqust 2008-ci il tarixində rus birliklərinin şəhərdən çıxması ilə sona çatan hərbi işğalı idi. == Zəmin və ilk hava hücumları == Qori mərkəzi Gürcüstanda, Tsxinvali şəhərindən təxminən 25 km (16 mil) məsafədə yerləşən strateji bir şəhərdir. Şəhər həmçinin Gürcüstanın böyük bir hərbi quraşdırma və nəqliyyat mərkəzidir. 7 avqustda Qori yaxınlığında 75 tank və zirehli nəqliyyat vasitələri (Gürcüstan hərbi arsenalının üçdə biri) yığılmışdı. 9 avqust 2008-ci il tarixində, səhər saat 6:27 radələrində Reuters, iki rus qırıcısının Gürcüstanın Qoridən 10 km şimalda yerləşən altilleriya mövqeyini bombaladığını bildirmişdir. Yaranan partlayış zamanı bazadan əlavə bir neçə yaşayış binası və bir məktəb də ziyan görmüşdü. Gürcüstan hökuməti yaşayış binalarına bomba düşməsi nəticəsində 60 nəfər mülki vətəndaşın öldüyünü bildirmişdir. Rusiya mətbuatının yazdığına görə, Rusiya təyyarələri silah anbarına üç bomba atmış və anbardalı sursatların partlaması nəticəsində əraziyə bitişik 5 mərtəbəli yaşayış binalarından birinin fasadı zərər görmüşdü. Rus təyyarələri 9 avqusta qədər Gürcüstanın ən az beş şəhərini bombalamışdır. == Gürcüstanın tərk edilməsi == Gürcüstan Ordusu Tsxinvali məğlubiyyətindən sonra yenidən Qoridə toplandı.
Qrenadanın işğalı
Qrenadanın işğalı (ing. Operation Urgent Fury - Təcili Qəzəb) - 1983-cü ildə Karib hövzəsində yerləşən Qrenada adasının ABŞ və bir necə Karib hövzəsi ölkələri tərəfindən işğal edilərək, marksist hökumətin hakimiyyətin kənarlaşdırılması ilə nəticələnmiş hərbi əməliyyat. Soyuq müharibə dövründə Qərb yarımkürəsində baş vermiş ən böyük münaqişələrdən biri olaraq qəbul edilir. Qrenadanın işğalı eyni zamanda Amerika Birləşmiş Ştatlarının Vyetnam müharibəsindən sonra sərhədləri xaricində qoşulduğu ən böyük hərbi qarşıdurma olaraqda qəbul edilir.
Reynlandın işğalı
Reynlandın işğalı — Almaniya İmperiyasının ordusunun 1918-ci ildə darmadağın edilməsindən sonra 1 dekabr 1918-dən 30 iyun 1930-a qədər baş verən işğal hadisəsi. == Müddətləri == Birinci atəşkəs (11 noyabr 1918 - 13 dekabr 1918) Atəşkəsin ilk uzadılması (13 dekabr 1918 - 16 yanvar 1919) Atəşkəsin ikinci uzadılması (16 yanvar 1919 - 16 fevral 1919) Atəşkəsin üçüncü uzadılması (16 fevral 1919 - 10 yanvar 1920) 1920: Müttəfiq Reynlandın Ali Komissiyasının yaradılması (10 yanvar 1920, Versal Anlaşmasının bəndləri 428-431) 1930: 1930: 1925-26-cı il Lokarno müqaviləsi şərtlərinə əsasən müttəfiq birliklər geri çəkildi. 1936: 7 martda Hitlerin rəhbərliyi altında alman qoşunları tərəfindən Reynlandın remilitarizasiyası. == İşğal edən qüvvələr == === Belçika qüvvələri === Bu, Aaxendə qərargahı olan və Krefelddə qoşunları yerləşən 20000 əsgərdən (beş bölmə) ibarət ordu idi. Orduya Armand Hyuz komandirlik edirdi. === Reyn Britaniya Ordusu === Britaniya ordusu 3 dekabr 1918-ci ildə Almaniyanın ərazisinə girdi. Reyn Britaniya Ordusu 1919-cu ilin martında işğalçı qüvvə olaraq quruldu. Qərargahı Köln şəhərində yerləşirdi və The Cologne Post qəzetini buraxırdı. === Reyn Fransız Ordusu === Fransanın səkkizinci və onuncu ordusu əslində işğal planına daxil olan fransız qüvvəllərini meydana gətirdi. Səkkizinci ordu general Oqustin Jerarın komandalığı altında idi və Pfalitsi işğal etmişdi.
Xankəndinin işğalı
İzmirin işğalı
İzmirin işğalı (türk. İzmir'in işgali, yun. Κατοχή της Σμύρνης) və ya İzmir Zonası (türk. İzmir Bölgesi, yun. Ζώνης της Σμύρνης) — Birinci Dünya Müharibəsindən sonra Parisdə yığışan beynəlxalq sülh konfransının qərarı ilə İzmir şəhərinin 1919-cu ilin may ayının 15-də Yunanıstan Krallığı tərəfindən işğalı başlayan və 1922-ci ilin Sentyabr ayının 9-da Türkiyə Ordusunun şəhərə daxil olması ilə sona çatan işğalı. İzmirin İşğalı, Antanta ölkələrinin icazəsi ilə Yunanıstan Yüksək Komissarı Aristidis Sterqiyadis əmri altında edilmişdir. Birinci Dünya Müharibəsində Yunanıstan Krallığı ilə Osmanlı İmperiyası arasında hər hansı bir hərbi qarşıdurma yaşanmaması səbəbiylə işğal, Antanta ölkələri arasında da müzakirə mövzusu olmuşdur. İşğala icazə verən Antanta ölkələrinin əsas məqsədi İtaliya Kralığının Anadoludakı torpaq qazanclarını tənzimləmək idi. İtaliya, Birləşmiş Krallıq və Fransa arasında 1917-ci ilin Aprel ayının 26-da edilən Sen Jan de Mauriyenne müqaviləsi Yunanıstan işğalı ilə uyğunlana bilməyib, çünki İtaliya Kralığına söz verilən İzmir bölgəsi Yunanıstan Kralıığı tərəfindən işğal edilmişdir. Yunanların hərəkatları, Türk Qurtuluş Savaşında İtaliya Krallığı-Türk Milli Hərəkatı arasında yaxınlaşmağa səbəb olmuşdur.
Şuşanın işğalı
Şuşanın işğalı və ya "Dağlarda toy" əməliyyatı (erm. "Հարսանիք լեռներում" ռազմագործողություն) — Birinci Qarabağ müharibəsi zamanı Ermənistan silahlı qüvvələrinin qazandığı ilk əhəmiyyətli hərbi qələbə. Döyüş üçün strateji cəhətdən əhəmiyyətli olan dağ şəhəri Şuşada 8 may 1992-ci il tarixində baş vermiş və erməni qüvvələrinin onu işğal edərək, azərbaycanlıları müdafiə mövqelərindən çıxartması ilə nəticələnmişdir. Döyüşlərin gedişi zamanı erməni silahlı birləşmələrinin qəsdən mülki obyektləri hədəf alması yerli sakinlərin ifadələri ilə təsdiqlənmişdir. Şuşa şəhərinin işğalı müharibənin gedişində həlledici rola malik oldu. Şəhər Azərbaycanın Dağlıq Qarabağda malik olduğu ən mühüm hərbi məntəqə idi. Onun itirilməsi nəticəsində Laçın dəhlizi vasitəsilə Dağlıq Qarabağın Ermənistanla birləşdirilməsi, o cümlədən Xankəndinin işğalı prosesi başa çatdırıldı. == Şuşanın işğal əməliyyatı == 8 may 1992-ci il tarixdə qalmış Qarabağ cəbhəsinin komandanı Arkadi Ter-Tadevosyan Şuşa şəhərinə hücum üçün əmr imzaladı. Əslində isə ermənilərin Şuşa üzərinə hücumlarının icrasına artıq aprel ayının 27-dən başlanmışdı. Arkadi Ter–Tadevosyan bu əmri isə cəbhə boyu ermənilərin hücumlarını rəsmiləşdirməklə bərabər bu hücumları daha da intensivləşməsinə səbəb oldu.