Kərkicahanın işğalı

Xankəndinin işğalı və ya Kərkicahanın işğalı — Dağlıq Qarabağın ən böyük şəhəri olan Xankəndinin erməni qüvvələri tərəfindən işğal edilməsi. İşğaldan sonra Azərbaycan tərəfi şəhəri mühasirəyə almışdır. 1992-ci ilin mayınadək bu şəhər və erməni əhalisi Azərbaycan tərəfindən bir neçə ay davam edən qəsdən bombardman kampaniyasının hədəfində idi.[6] Azərbaycan tərəfindən tam mühasirə şəraitində baş verən bombardman, Xankəndi və ona bitişik qəsəbə və kəndlərdə geniş dağıntılara və çoxsaylı mülki ölümlərə səbəb oldu.[7][8]

Xankəndinin işğalı
Dağlıq Qarabağ münaqişəsi
Tarix noyabr 1991[1] — 9 may 1992[2][3]
Yeri Xankəndi, Azərbaycan
Nəticəsi Ermənistanın qələbəsi
 • Mühasirə bitdi • Şuşanın işğalı
Münaqişə tərəfləri

 Azərbaycan

 Ermənistan

İtkilər

34 mülki şəxs həlak oldu və 150 şəxs yaralandı.[4]

169 mülki şəxs həlak oldu.[5]

Human Rights Watch təşkilatının hesabatına görə, Azərbaycan Silahlı Qüvvələrinin Xankəndini bombalamaq üçün istifadə etdiyi əsas bazaların Xocalı və Şuşa şəhərlərini əhatə edirdi. Azərbaycan qüvvələri BM-21 Qrad reaktiv yaylım atəş sistemi kimi silahlardan istifadə edirdi. Snayper atışları və hava hücumları yüzlərlə mülki şəxsi öldürdü və ya yaraladı, qanuni hərbi hədəf olmayan evləri, xəstəxanaları və digər binaları dağıtdı və ümumiyyətlə mülki əhalini terrorizm etdi.[9] Azərbaycanın etdiyi hücum nəticəsində 40 mindən çox insan məcburi köç etdi.[10]

Memorial İnsan Hüquqları Mərkəzindən verilən məlumata görə, həm Xankəndinin, həm də Şuşanın yaşayış sahələri artilleriya və raketlər ilə mütəmadi olaraq atəşə tutulub. Xankəndində Şuşadakından daha çox dağıntı və itki var idi ki, bu da Xankəndinin ovalıqda yerləşməsi və Azərbaycanın Ağdamdakı Sovet depolarını və digər bölgələrdəki 11.000 vaqon raketi ələ keçirməsi səbəbiylə Şuşadan atəşə tutulma dərəcəsinin daha yüksək olması ilə izah edilə bilər.[11][12]

Şəhərin mühasirəsi Şuşanın işğalından sonra bitmişdir.[1][13]

Arxa plan[redaktə | mənbəni redaktə et]

Xankəndi Dağlıq Qarabağın mərkəzindəki Qarabağ yaylasında yerləşən bir şəhərdir. Erməni mənbələrində buranın adı içindən axan çayın adı olan Vararakn (erm. Վարարակն) adını daşıyır.[14][15] Azərbaycan mənbələrinə isə görə XVIII əsrin sonlarında Qarabağ xanlığı xanlarının xüsusi iqamətgahı olduğu üçün Xankəndi adlandırılmışdır.[16][17]

Aprel işğalından sonra Azərbaycan SSR Mərkəzi İcraiyyə Komitəsinin 10 avqust 1923-cü il tarixli fərmanı ilə Xankəndinin adı Stepan Şaumyanın şərəfinə Stepanakert olaraq dəyişdirilmişdir.[18] Bundan sonra Xankəndi Dağlıq Qarabağ Muxtar Vilayətinin paytaxtı oldu və bölgədəki ermənilər üçün əsas şəhər oldu.[19] 1979-cu il statistikasına əsasən şəhərdə 38.980 nəfər yaşayırdı. Bunun əksəriyyəti erməni (87%), dörd mindən çoxu isə azərbaycanlı idi.[20]

SSRİ-də aparılan Yenidənqurma siyasəti dövründə Ermənistanda və Dağlıq Qarabağda erməni millətçiliyi güclənməyə başladı. 1987-ci il boyunca Xankəndidə yerləşən DTK idarəsinin rəhbərliyi Bakıdakı Azərbaycan SSR rəhbərliyinə İrəvandan göndərilən emissarların və DQMV rəhbərliyindəki şəxslərin qanunazidd əməlləri haqqında məlumatlar verirdi.[21] 1988-ci ilin sentyabrında şəhərin etnik azərbaycanlı əhalisinə qarşı Xankəndi poqromu kimi tanınan kütləvi talan və poqrom baş verdi. Nəticədə şəhərin azərbaycanlı əhalisi şəhərdən qaçdı.[22][23]

Blokada[redaktə | mənbəni redaktə et]

Azərbaycan 1989-cu ildən bəri dəmir yolu xətlərini və Ermənistana və Dağlıq Qarabağa neft və təbii qaz tədarükünü blokadaya almışdı. 1991-ci ilin payızından bəri tətbiq olunan mühasirə tam və davamlı hala gəldi. Blokadalar Ermənistan iqtisadiyyatını darmadağın etdi, sosial iğtişaşlara səbəb oldu və dağıdıcı bir humanitar böhran yaratdı.[24] 1992-ci ilin yazında Xankəndi mühasirədə idi. Azərbaycan Ermənistanla Dağlıq Qarabağ arasındakı bütün quru əlaqəsini kəsmişdi. Xankəndinin 2 ilə yaxındır ki Ermənistana avtomobil yolu bağlanmışdı və xarici dünyaya tək çıxışı vertolyotla dağlardan keçərək Ermənistana getmək idi.[25]

Azərbaycan tərəfindən mühasirənin sərtləşdirilməsi nəticəsində su, elektrik enerjisi, qida məhsulları və dərmanlar daxil olmaqla bütün zəruri təchizat praktik olaraq kəsildi.[10] Human Rights Watch-a görə:

" 1991-1992-ci ilin qışında, Azərbaycanın üç illik iqtisadi və nəqliyyat blokadası nəticəsində Dağlıq Qarabağda yanacaq, işıq, su, kanalizasiya qurğuları və istehlak malları qıtlığı yaranmışdı. "

Bu ümumi mühasirədə Azərbaycan Xankəndini atəşə və bombardmana məruz qoydu.[26]

Mühasirə[redaktə | mənbəni redaktə et]

1991–92-ci illərin qışında Xankəndi Azərbaycan qüvvələri tərəfindən top və hava atəşinə məruz qaldı. 1992-ci ilin may ayında Helsinki Watch Xankəndinə gələndə şəhər artıq ağır dağıntılara məruz qalmışdı. 22 – 24 avqust tarixlərində Azərbaycanın atəşləri ən azı 40 mülki ölümə səbəb olmuş və 100 nəfər yaralanmışdı.

Bu bombardman erməni mülki əhalisini qorxutmaq və Qarabağdan qovmaq və hərbi nəzarəti ələ keçirmək məqsədi daşıyırdı. 1992-ci ildə Azərbaycanın dövlət katibi Lalə Şövkət: "100 gündən çoxdur ki, Xankəndini atəşə tuturduq, lakin ermənilər oranı tərk etmədilər" demişdir.

Coğrafi olaraq Xankəndi ən həssas yerdə idi. şərqdən Ağdam, şimaldan Xocalı, cənubdan Şuşa ilə həmsərhəd idi. Azərbaycan nəzarətində olan Şuşa və Xocalı Xankəndinə yaxın idi və buranı atəşə tutmaq və bombalamaq üçün əsas baza kimi istifadə olunurdu. Helsinki Watch yazır ki, "Azərbaycan qüvvələri Xankəndinə baxan Şuşa şəhərini tutarkən, Qrad və ağır artilleriya atışları ilə mülki insanları, yaşayış sahələrini, xəstəxanaları və bu kimi şeyləri vurdular… Rus pilot Anatoli Çistyakov "Azərbaycanlılar müntəzəm olaraq muzdlu pilotlardan mülki vətəndaşlar arasında çaxnaşmaya səbəb olmaq üçün gözyaşardıcı qaz atmağı xahiş edirlər." demişdir.[10]

10 yanvar 1992-ci ildə başlayan və 4 ay davam edən bombardmanda istifadə edilən silahlar Sovet istehsall olan, eyni vaxtda 40 raket atışı edə bilən BM-21 QradKatyuşa idi. Qrad Katyuşaya bənzəyirdi, yaxşı idarə olunan raket sistemi yox idi və buna görə vuracağı yeri müəyyənləşdirmək çətin idi. Uzun, nazik formalarına görə "uçan telefon dirəkləri" adlandırılan raketlər yaşayış evlərinin, məktəblərin, şəhərin ipək fabrikinin, doğum evinin və ən azı bir uşaq bağçasının dağıdılması da daxil olmaqla dağıdıcı ziyan vurmuşdur.[27]

"

6 ay Azərbaycan raketlərinin gündəlik bombardmanından sonra 70.000 erməninin yaşadığı bu təcrid olunmuş şəhərdə görünən ziyan kifayət qədər qorxuncdur. Demək olar ki, hər binada qarışıq deşiklər var. Su, işıq, qida və ya yanacaq yoxdur.[1]

"

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1 2 3 Witt, Howard. "Besieged Armenians Live In Daze". Chicago Tribune. 31 May 1992. 13 April 2014 tarixində arxivləşdirilib. İstifadə tarixi: 19 June 2013.
  2. Taylor; Francis. The Europa World yearbook 2004 (45th). London: Europa. 2004. 554–555. ISBN 978-1-85743-254-1.
  3. Eastern Europe, Russia and Central Asia (3rd). London: Europa Publications Limited. 2002. səh. 130. ISBN 978-1-85743-137-7.
  4. "Azərbaycanın Xankəndi şəhərinin ermənilər tərəfindən işğalından 21 il ötür". Azəri Press Agentliyi (az.). 28 December 2012. 29 December 2012 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 28 November 2020.
  5. Denber, Rachel. Bloodshed in the Caucasus: Indiscriminate Bombing and Shelling by Azerbaijani Forces in Nagorno Karabakh (PDF). Human Rights Watch/. July 1993. 11, 5. 2017-01-05 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2016-12-04.
  6. Human rights and democratization in the newly independent states of the former Soviet Union, Volume 4; Volume 85. United States. Congress. Commission on Security and Cooperation in Europe. 1993. 125.
  7. The Daily Telegraph, Azeri jets bomb capital of enclave — Aug 23, 1992
  8. Denber, Rachel. Bloodshed in the Caucasus : escalation of the armed conflict in Nagorno Karabakh. New York, N.Y.: Helsinki Watch. 1992. səh. 32. ISBN 1-56432-081-2.
  9. "Human Rights Watch World Report – The Former Soviet Union". Human Rights Watch. 2015-02-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-12-04.
  10. 1 2 3 Denber, Rachel. Bloodshed in the Caucasus : escalation of the armed conflict in Nagorno Karabakh. New York, N.Y.: Helsinki Watch. ISBN 1-56432-081-2.
  11. "Report of Memorial Human rights center (In Russian)". 2014-06-22 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2012-03-28.
  12. "Группа Российских Войск в Закавказье (ГРВЗ)". 13 iyun 2010. 13 iyun 2010 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 fevral 2021.
  13. Ambrosio, Thomas. Irredentism : ethnic conflict and international politics. Westport, Conn.: Praeger. 2001. ISBN 0-275-97260-7.
  14. Chorbajian, Donabédian və Mutafian, 1994. səh. 139
  15. Степанакерт // Erməni Sovet Ensiklopediyası (rus). 11. Yerevan: Ermənistan Milli Elmlər Akademiyası. 1985. səh. 124–125.
  16. "Dağlıq Qarabağ münaqişəsi: Tammətnli elektron materiallar məcmuəsi" [Nagorno-Karabakh conflict: A collection of full-text electronic materials] (PDF) (az.). Azerbaijani Presidential Library. 2005. səh. 123. March 5, 2022 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: September 17, 2020.
  17. Afandizadeh, Rana Makhmudovna. Архитектура Советского Азербайджана [Architecture of the Soviet Azerbaijan] (rus). Stroizdat. 1986. səh. 76.
  18. Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә ]. X ҹилд: ФростШүштәр. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев . 1987. С. 49.
  19. Hewsen, Robert H. Armenia: A Historical Atlas. Chicago: University of Chicago Press. 2001. səh. 265. ISBN 0-226-33228-4.
  20. "НАГОРНО-КАРАБАХСКАЯ АО (1979 г.)". Ethno-kavkaz.narod.ru (rus). 24 may 2012 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 sentyabr 2020.
  21. Vəzirov, Əbdürrəhman. Parterin ön sıralarında. 2 April 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 31 may 2022.
  22. "Карабах: хронология конфликт" [Karabakh: Chronology of the conflict]. BBC Russian (rus). BBC. August 29, 2005. July 11, 2012 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 sentyabr 2020.
  23. "Заключение Комитета ВС РСФСР по правам человека" [Conclusion of the Human Rights Committee of the RSFSR Supreme Council]. Karabakh Records (rus). 24 aprel 2012. 10 oktyabr 2019 tarixində arxivləşdirilib.
  24. Denber, Rachel. Bloodshed in the Caucasus: Indiscriminate Bombing and Shelling by Azerbaijani Forces in Nagorno Karabakh (PDF). Human Rights Watch/Helsinki. July 1993. 11, 5. 2017-01-05 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2016-12-04.
  25. De Waal, Thomas. Black garden: Armenia and Azerbaijan through peace and war. 2003. 175. ISBN 978-0-8147-1945-9.
  26. "Caroline Cox and John Eibner – Ethnic Cleansing in Progress: War in Nagorno Karabakh". sumgait.info. 5 yanvar 2013 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 fevral 2021.
  27. Wines, Michael. "Trying to Tell a Truce From a War". The New York Times. May 27, 2001. 1.8. İstifadə tarixi: 2007-03-14.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]