Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
İssık-Kul
İssık-Kul(qırğ. Ысык-Көл - Isık-Köl). Qırğızıstanın şimal şərqində, Qazaxıstan sərhədinə yaxın bir bölgədə olan qapalı hövzə gölüdür. == Coğrafiya == Cənubi Amerikadakı Titikaka gölündən sonra dünyanın ikinci ən böyük dağ gölüdür. İssık-Kul dünyanın ən böyük krater gölüdür. Qarla örtülü dağlarla əhatələnmiş olmasına baxmayaraq, gölün suları heç vaxt donmur, buna görə gölün adı "istilik və ya isti, ilıq göl" mənasını verən qırğız dilində "Isık-Köl"dür. Qırğızlar bu gölü "Qırğızıstanın bermeti (incisi)" deyə adlandırmışlar. Gölün uzunluğu qərb-şərq istiqamətində 182 km, şimal-cənub istiqamətində eni 60 km-dir. Sahil xəttinin uzunluğu 988 km, səthinin sahəsi 6.236 km²-dir. Gölün orta dərinliyi 278 m., ən dərin yeri isə 668 m-dir.
Qara İssıq xaqan
Qara İssıq xaqan (553-554) —Aşina sülaləsindən Göytürk II xaqanı. Jujanlarla müharibədə Yuyçzülyü Denqçunu məğlub edərək qalib gəlmişdi. 554-cü ildə öldü.
İssık-Kul çökəkliyi
İssık-Kul çökəkliyi—Qırğızıstanda Tyan-Şan dağlarının şimalında çökəklik. == Ümumi məlumat == İssık-Kul çökəkliyi ən böyük dağ arası çökəkliklərdəndir. O, Kunqey və Tersk-Alatau dağları arasında yerləşib, qərbdən- şərqə uzunluğu 240 km-ə, eni isə 75 km-ə çatır. İssık-Kul çökəkliyinin mərkəzi alçaq hissəsində eyni adlı göl yerləşir. Onun sahil xəttinin mütləq yüksəkliyi 1623 m- dir. İssik-Kul çökəkliyinin göldən kənarda qalan sahəsinin sahəsinin relyefi üçün bir sıra çökəklik, daxili yüksəklikləri və maili düzənliklərin olması səciyyəvidir. Kunqey Tersi Alatau dağlarının ən dağ sahələri göl səviyyəsindən 700 m- ə qədər ucalır. İssık- Kul çökəkliyinin qərb davamını Koçkar çökəkliyi, Şərqi davamını Keqen və Tokes çökmə sahələri təşkil edir. Tyan-Şanda torpağın üst qatında humusun miqdarı 12–15 % təşkil edir. 70 −85 sm dərinlikdə karbonatlı horizontn aydınseçilir.
Seyithan İzsiz
Seyithan İzsiz (1976, Çatağ[d], Van ili) — iş adamı və siyasətçi; Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı. == Həyatı == Seyithan İzsiz 1976-cı ildə Van ilinin Çatağ ilçəsində anadan olub. İstanbul Universiteti İqtisadiyyat və İdarəetmə Bölməsindən məzun olub. İstanbul Gelişim Universitetində siyasi elmlər üzrə magistr dərəcəsi alıb. Uzun illər iş adamı olaraq çalışıb. Van Federasiyasının prezidenti, Bəylikdüzüdə Könüllülər Vəqfinin qurucu prezidenti və İstanbul Şərqi - Cənub-Şərqi Üst Çatı Platformasının qurucu üzvü olub. Həmçinin İstanbul Ticarət Palatasının Şura üzvü və Komitə sədrinin müavini vəzifələrində çalışıb. Siyasi fəaliyyəti ərzində AK Partiya və İYİ Partiyanın üzvü olub. 2014-cü ildə İstanbul BB Məclis üzvü seçilib. 2023-cü ildə İYİ Partiyanın namizədi olaraq İstanbul ilindən Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı seçilib.
Dişsiz balinalar
Dişsiz balinalar, bığlı balinalar (lat. Mystacoceti) — balinakimilər dəstəsindən məməlilər yarımdəstəsi. Üst çənəsində diş əvəzinə "balina bığı" adlanan uzun buynuz lövhələr var (ikinci adı da buradandır). Bığların kənarı uzun qılcıqlara ayrılıb. Dişsiz balinaların qidası olan su orqanizmlərini süzən narın, ələyəbənzər süzgəç əmələ gətirir. Burnunda tək-tək yerləşən vibrislər (duyğu orqanı) var. Başının təpə hissəsində 2 burun dəliyi olur. Dişsiz balinaların ən irisinin uzunluğu 33 m, kütləsi 160 t-dur. 4 müasir fəsiləsinə aid 10 növü məlumdur: Qrenlandiya balinası Seyval Kiçik cənub zolaqlı balina boz balina qozbel balina göy balina finval seyval Kiçik zolaqlı balina Brayde zolaqlı balina. Bütün okeanlarda geniş yayılmışdır.
Dişsiz məməlilər
Cücüyeyənlər (lat. Pilosa) — kəmdişlilər dəstəüstünə aid heyvan dəstəsi.
Adsız
İssop
Adsız 153
Adsız #153 — amerikalı fotoqraf Sindi Şerman tərəfindən 1985-ci ildə yaradılıb. 2010-cu ildə foto hərracda 2.7 milyon dollara satılıb ki, bu da onu tarixin ən bahalı fotolarından birinə çevirib.
Adsız adası
Adsız adası — Bakı arxipelaqında Azərbaycana məxsus ada. Heç bir yaşayış əlaməti yoxdur. Maksimum uzunluğu 0,1 km təşkil edir. Sahildən 17,5 km uzaqlıqda yerləşir Ada Səngi-muğan və İqnat daşı (Daşlı adası) adasının arasında yerləşir.
Adsız burnu
Adsız burnu — Novxanı qəsəbəsi Sarıqaya yaşayış massivinin Xəzər dənizi sahilində yerləşir. Burun sahilləri balıqqulağı və dəniz qumları ilə örtülüdür. Burada Novxanı çimərliyi yerləşir. Sahil boyunca dalğavari şəkildə dayazlıqlar bir-birini əvəz edir.
Adsız venalar
== İstinadlar ==
İsso
Isso (it. Isso) — İtaliyada Lombardiya bölgəsinin , Berqamo vilayətində kommuna. Əhalisi 665 nəfərdir (2008), əhalinin sıxlığı 136 nəfər / km²-dir. Sahəsi 5 km² ərazini əhatə edir. Poçt kodu — 24040. Telefon kodu — 0363. Kommunanın hamisi müqəddəs Həvari Andreydir .
Atsız Xarəzmşah
Əlaəddin Əbülmüzəffər Atsız ibn Məhəmməd Xarəzmşah (1097 - 1156)—Xarəzmşahlar dövlətinin hökmdarı (1128-1156). == Həyatı == Səlcuqlu hökmdarı Sultan Səncərin Xarəzm valisi Qütbəddin Məhəmmədin oğlu və I Məlikşahın ibrikçibaşısı Anuş Təkinin nəvəsidir. Hicri 490-cı ilin rəcəb ayında (iyun-iyul 1097-ci ildə) dünyaya gəlmişdi. Vəliəhdliyi sırasında atasına yardımçı olur, onun təzimlərini ərz etmək üzrə iki ildə bir Mərvə, Sultan Səncərin yanına gedərdi. Hətta İbn əl-Əsirin verdiyi bilgiyə görə Atsız, türkmənlərin məskunlaşdığı Manqışlağı vəliəhd ikən fəth etmişdir . Ayrıca onun, Sultan Səncərin 512-ci (1118-ci) ildə qardaşı oğlu Mahmud ibn Məhəmməd Təpərə qarşı apardığı səfərə qatıldığı da bildirilir . Atsız 1128-ci ildə, ciddi bir çətinliklə qarşılaşmadan atasının yerinə keçdi. Hökmdarlığının ilk ilərində Sultan Səncərə sədaqətlə xidmət etdi. Bu münasibətlə, Qaraxanlı Tamgac xanın üsyanı dolayısıyla Sultan Səncərin 524-cü (1129-1130-cu) ildə Mavəraünnəhrə, 1132-ci ildə İraqa, 1135-ci ildə də Qəznəyə apardığı səfərlərə qatıldı. Bununla bərabər bir tərəfdən Sultan Səncərə xidmət edərkən digər tərəfdən də ölkəsini genişlədib, qüvvəsini artırmaq üçün qonşu Türk ölkələrinə səfərlər düzənlədi.
Atsız məcmuə
Atsız məcmuə - adını tarixçi, yazıçı, şair, türk millətçiliyinin ideoloqlarından olan Hüseyn Nihal Atsızdan alan jurnal. Fasiləsiz olaraq 17 sayı çıxmışdır. Jurnalda ədəbiyyat, tarix, millətçilik, türk xalq ədəbiyyatı, sosial mövzular və müxtəlif fikirlərlə bağlı yazılar nəşr edilmişdir. Jurnalın əsas mövzusu kommunizmə qarşı yazılar ilə Ülküçülük və Turançılıq düşüncəsidir. Yazı heyətinə Mehmed Fuad Köprülü, Zəki Validi Toğan kimi şəxslərin də olduğu bu jurnal, 25 sentyabr 1932-ci ildə qapadılmışdır. == Haqqında == Jurnalın ilk sayı 15 may 1931-ci ildə nəşr edilmişdir, bu sayıda jurnalın məqsədi "Bir quş baxışı" adlı məqalədə açıqlanmışdır. Bu yazıda I Dünya müharibəsi və Türkiyə İstiqlaliyyət müharibəsindən sonrakı ictimai həyatdan bəhs edilmiş, jurnalın xalqın içinə girəcəyini, xalqdan yana əsərlər verəcəyini, kəndlini və kəndləri qurtarmağa və ucaltmağa çalışacaq gənclərin jurnalı olduğu vurğulanmışdır. Bu məqalə jurnalın 17 saylıq həyatının əsas fikir mövzusu olmuşdur. Jurnalda ən çox Səbahətdin Əli və Hüseyn Nihal Atsızın şerləri nəşr edilmişdir. Şerləri nəşr edilən digər şəxslər isə Fevziyə Abdullah və Nihad Sami Banarlıdır.
Buğra Atsız
Buğra Atsız (14 iyul 1946, Kadıköy, İstanbul ili) — türk tarixçi və yazıçıdır. Hüseyn Nihal Atsız və Bədriyə Atsızın kiçik oğlu, Nejdət Sançarın qardaşı oğlu, Yağmur Atsızın qardaşıdır. Türkçü və Turançı düşüncələri ilə məşhurdur. == Həyatı == 1946-cı ilin 14 iyulunda İstanbul şəhərində anadan olmuşdur. Uzun illər Almaniyada yaşamışdır, hal-hazırda Kanada yaşayır. === Təhsili === İstanbulda yerləşən Avstriya liseyində təhsil almışdır. Bundan sonra ali təhsil almaq üçün Almaniyaya getmiş və orada Türkologiya üzrə təhsil almışdır. Doktarantura təhsilini də burada tamamlayan Buğra Atsızın araşdırma mövzusu Osmanlı sultanlarından IV Murad olmuşdur. == Ailəsi == Hüseyn Nihal Atsızla Bədriyyə Atsızın ailəsində anadan olmuşdur. Yağmur Atsızın kiçik qardaşı, Nejdət Sançarın qardaşı oğludur.
Nihal Atsız
Hüseyn Nihal Atsız (12 yanvar 1905; Kadıköy – 11 dekabr 1975; İstanbul)— Türk yazıçısı, şair, tarixçi və ideoloqdur. Nejdət Sançarın böyük qardaşıdır. Yağmur Atsız və Buğra Atsızın atasıdır. Rza Nurun mənəvi oğludur. Özünü Türkçü və Turançı olaraq tanıtmışdır. O, İslama nifrət edirdi və onu “Ərəblər tərəfindən ərəblər üçün yaradılmış bir din” kimi təyin edirdi. == Ailəsi == Atsızın atası Gümüşhanenin Torul qəzasının Midi kəndinin Çiftçioğulları ailəsindən Deniz Güverte Binbaşısı Mehmet Nail bey, anası Trabzonun Kadıoğulları ailəsindən Deniz Yarbayı Osman Fevzi bəyin qızı Fatma Zəhra xanımdır. Çiftçioğulları ailəsindən müəyyənləşdirilə bilən ən böyük babası, XIX əsrin əvvəllərində yaşadığı hesab edilən Əhməd ağadır. Əhməd ağanın İsmayıl, Süleyman, Hüseyn və Şakir adlı dörd oğlu olmuşdur. İsmayılın övladları Mididən, Yozğadın Ağdağmədəni bölgəsinin Dayılı kəndinə köşmüşdür.
Otri-İssar
Otri-İssar (fr. Autry-Issards) — Fransada kommuna, Overn regionunda yerləşir. Departament — Alye. Suvinyi kantonuna daxildir. Kommunanın dairəsi — Mulen. INSEE kodu — 03012. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 332 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 216 nəfər (15-64 yaş arasında) arasında 165 nəfər iqtisadi fəal, 51 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 76.4%, 1999-cu ildə 66.2%). Fəal olan 165 nəfərdən 150 nəfər (78 kişi və 72 qadın), 15 nəfər işsiz (4 kişi və 11 qadın) idi. Aktiv olmayan 16 nəfər arasında şagird və ya tələbə, 24 nəfər təqaüdçü, 11 nəfər digər səbəblərə görə fəaliyyətsizdir.
Sato İssay
Sato İssay (佐藤一斎, 14 noyabr 1772 – 19 oktyabr 1859, Edo[d]) – Edo dövrünün Yaponiyasında yaşamış konfutsiçi alim. == Həyatı == Sato İssay 1772-ci ildə İvakura hanının yüksək rütbəli xidmətçi ailəsində doğulmuşdur. Sato daymyonun oğlu olan Matsudayra Tayranın müşayiətçisi təyin olunmuşdu. Daha sonra Matsudayra şoqunluğun rəsmi konfutçi alimləri kimi xidmət göstərən Hayaşi ailəsinə övladlıq olaraq verilmiş və Hayaşi Cussay adını götürmüşdür. Sato 1791-ci ildə Osakaya gedərək Nakay Çikuzanla, daha sonra isə Kiotoya gedərək Minaqava Kienlə təhsil almışdır. 1793-cü ildə Edo şəhərinə gedərək Cussay ilə birlikdə oxumuşdur. 1805-ci ildə şoqunluğun konfutsiçi məktəbi olan və Cussayın başçılıq etdiyi Şoheykonun baş müəllimi təyin edilmişdir. Cussayın 1841-ci ildəki ölümündən sonra Sato məktəbin professoru vəzifəsinə yüksəlmiş və tez-tez şoqunluğa məsləhətlər vermək üçün çağırılmışdır. Satonun 3000-ə yaxın tələbəsi olmuşdur. Onların arasında bir neçə daymyo və Ohaşi Totsuan, Sakuma Şozan və Vatanabe Kazan kimi alimlər olmuşdur.
Yağmur Atsız
Yağmur Atsız (4 noyabr 1939, İstanbul) — türk tarixçi, şair, türkoloq və türk millətçiliyinin ideoloqlarından olan Hüseyn Nihal Atsızın oğlu, türkoloq Buğra Atsızın böyük qardaşı. == Həyatı == 1939-cu ilin noyabr ayının 4-də İstanbul şəhərində Nihal Atsızın ailəsində anadan olmuşdur. === Təhsili === Heydərpaşa liseyində orta təhsilini başa vurduqdan sonra İstanbul universitetinin Hüquq fakültəsinə qəbul olmuşdur. Buradakı təhsilini bitirdikdən sonra Almaniyanın Bonn Universitetinə təhsil almaq üçün getmişdir. == Fəaliyyəti == 1967-ci ildə buradakı təhsilini bitirdikdən sonra bir müddət Türkiyədə Mətbuat-Nəşriyyat İdarəsində işləmişdir. 1971-ci ildə Almaniyaya geri dönən Atsız, televiziya və radio qurumlarında film çəkilişi və siyasi şərhçiliklə məşğul olmuşdur. 1977-ci ildən etibarən 2 il müddətinə Türkiyənin Bonn şəhərindəki konsulluğunun mətbuat katibliyini etmişdir. === Mətbuat sahəsindəki fəaliyyətləri === Nöqtə, Bazar postası, Yeni yüz il, Tərcüman, Milliyyət, Maya, Türk ədəbiyyatı kimi qəzet və jurnallarda yazılar yazmışdır. 31 dekabr 2014-cü il tarixinə qədər Star qəzetində köşə yazıları yazmışdır. 2016-cı ilin oktyabr ayından etibarən Qərar qəzetində yenidən köşə yazıları yazmağa başlasa da, qısa müddət sonra bu fəaliyyətini də dayandırmışdır.
İskır çayı
İskır çayı (bolq. Искър) — Bolqarıstanın qərbindən axan Dunay çayının sağ qolu. == Əsas göstəricilər == Çayın uzunluğu-340 km, hövzəsinin sahəsi isə-8650 кm²-dir. Bu çay başlanğıcını Rili massivindən götürür, Ağ və Qara İskır çaylarının birləşməsindən yaranır. Bu çay bir çox regionlarıdan axır. Belə ki, Bolqarıstanın paytaxtı Sofiya şəhərindən, Vraçko, Loveç və Plevensk əyalətlərindən keçir. İskır yeganə çaydı ki, Balkan dağlarını kəsir. Roma imperiyası dövründə bu çay- Oescus adlanırdı.
İssay Şur
İssay Şur (29 dekabr 1875 (10 yanvar 1876), Mogilyov, Mogilyov quberniyası[d], Rusiya imperiyası – 10 yanvar 1941) — həyatının çox hissəsini Almaniyada keçirmiş riyaziyyatçı. Belarusiyanın Mogilyov şəhərində doğulub. Təhsilini Berlində alıb. Nəzəri fizika sahəsi ilə yaxından maraqlanıb. Riyaziyyatda "Ədədlər nəzəriyyəsi" isə onun əsas çalışdığı sahələrdəndir. Adına məşhur Şur lemması vardır. Şur 1941-ci il, 10 yanvar tarixində Tel-Əviv şəhərində vəfat etmişdir, burada, Trumpeldor qəbirstanlığında dəfn olunmuşdur.
İssey Miyake
İssey Miyake (三宅 一生, Miyake İssey, 22 aprel 1938, Hiroşima – 5 avqust 2022, Tokio) – Yaponiya dəb dizayneri. Hazırladığı büzməli geyimlərə görə "Büzmələrin kralı" ləqəbi ilə tanınmışdır. 1980-ci illərdə Yaponiyanın moda gücünün simvollarından biri olmuşdur. == Həyatı == İssey Miyake 22 avqust 1938-ci ildə Yaponiyanın Hiroşima şəhərində doğulmuşdur. 1945-ci ildə Hiroşimaya atom bombasının atıldığı an sinifdə idi, lakin bu hadisədən sağ qurtula bilmişdir. Miyake rəqqas və ya atlet olmaq istəsə də, bacısının dəb jurnallarını oxuduqdan sonra dəb dizayneri olmaq qərarına gəlmişdir. Tokio şəhərində yerləşən Tama İncəsənət Universitetində qrafik dizaynerlik təhsili aldıqdan sonra paltar dizaynını öyrənmək üçün 1965-ci ildə Parisə getmişdir. 5 avqust 2022-ci ildə qaraciyər xərçəngindən ölmüşdür. == Karyerası == Miyake moda karyerasına 1966-cı ildə başlamışdır. O, Parisdə Qi Laroş, Ceffri Biin və Yuber de Jivenşi kimi dəb dizaynerləri ilə işləmişdir.
Əlaəddin Atsız
Əlaəddin Əbülmüzəffər Atsız ibn Məhəmməd Xarəzmşah (1097 - 1156)—Xarəzmşahlar dövlətinin hökmdarı (1128-1156). == Həyatı == Səlcuqlu hökmdarı Sultan Səncərin Xarəzm valisi Qütbəddin Məhəmmədin oğlu və I Məlikşahın ibrikçibaşısı Anuş Təkinin nəvəsidir. Hicri 490-cı ilin rəcəb ayında (iyun-iyul 1097-ci ildə) dünyaya gəlmişdi. Vəliəhdliyi sırasında atasına yardımçı olur, onun təzimlərini ərz etmək üzrə iki ildə bir Mərvə, Sultan Səncərin yanına gedərdi. Hətta İbn əl-Əsirin verdiyi bilgiyə görə Atsız, türkmənlərin məskunlaşdığı Manqışlağı vəliəhd ikən fəth etmişdir . Ayrıca onun, Sultan Səncərin 512-ci (1118-ci) ildə qardaşı oğlu Mahmud ibn Məhəmməd Təpərə qarşı apardığı səfərə qatıldığı da bildirilir . Atsız 1128-ci ildə, ciddi bir çətinliklə qarşılaşmadan atasının yerinə keçdi. Hökmdarlığının ilk ilərində Sultan Səncərə sədaqətlə xidmət etdi. Bu münasibətlə, Qaraxanlı Tamgac xanın üsyanı dolayısıyla Sultan Səncərin 524-cü (1129-1130-cu) ildə Mavəraünnəhrə, 1132-ci ildə İraqa, 1135-ci ildə də Qəznəyə apardığı səfərlərə qatıldı. Bununla bərabər bir tərəfdən Sultan Səncərə xidmət edərkən digər tərəfdən də ölkəsini genişlədib, qüvvəsini artırmaq üçün qonşu Türk ölkələrinə səfərlər düzənlədi.
Adsız tablo
Adsız Tablo (ing. unnamed table)— Elxan Elatlı tərəfindən 2003 cü ildə nəşr edilmiş roman == Məzmunu == Bakı şəhəri... 1 aprel 2013-cü il Əslində adi günlərdən biri... Bu tarix hər il dünyada gülüş günü kimi qeyd olunur.Amma hər gün,o cümlədən bu gün də yer üzündə minlərlə insanın müxtəlif səbəblərdən öldüyünü,milyonlarla insanın xəstəlikdən can çəkdiyini düşünəndə,anlayırsan ki, dünyanın vahıd bir gülüş günü ola bilməz.Onsuz da taleyi kimin üzünə gülürsə,o adam qəlbən gülür,kimə sərt üz göstərirsə ağlayır.Heç bir fərq qoyulmadan,ilin hər bir günündə.. Bizdə isə əlavə olaraq bu günə Aldatma Günü də deyilir.İlin hər bir günündə bir-birimizi aldatmağımız azmış kimi,bunun üçün məxsusi bir gün də ayırmışıq. Yox, narahat olmayin, sizi nə aldatmaq fikrimiz var,nə də güldürmək.Sadəcə, həmişə, hər yerdə baş verə biləcək bir adi əhvalat danışacağıq sizə... Və bəlkə də bir az qeyri adi... Çoxdan susmuş cib telefonu bu gün ikinci dəfə səsləndi.Öz mənzilindəki iş masasının arxasında oturub noutbukla təyyarə bileti sifariş verən polkovnik Qasımlı üz gözünü turşudub işindən ayrıldı.Zəng yad nömrədən gəlirdi.Həm də rəqəmləri ahəngdar ardıcıllıqla düzülmüş xüsusi bir nömrədən. Belə nömrələr həvəskar müştərilərə azı beş yüz manata satılırdı.Adi nömrələrin beş manata olduğunu nəzərə alsaq,yüz dəfə baha idi... Zəng vaxtından əvvəl kəsildi..Demək kimsə onu narahat etməyə çətinliklə cəsarət tapmışdı.Görəsən bu kim idi?Onun telefon nömrəsini çox az adam bilirdi və bu adamlar da çox nadir hallarda zəng vururdular.Məsələn az əvvəl nahar vaxtı Boris Nİkitin Moskvadan zəng vurub onu oğlunun toyuna dəvət etdi.Gör illər necə tez keçib gedirdi.Əgər Qasımlının yeganə övladı olan qızı o vaxt bir yaşında qətlə yetirilməsəydi indi yeniyetmə qız olacaqdı.Borisin oğlundan yeddi-səkkiz yaş kiçik...Boris ondan çox tez evlənmişdi.Toy aprelin 5-də olacaqdı.Ona görə də bir gün əvvələ,gündüz saat 10.40-a bilet sifariş verdi.Deməli,iki əzizini və bolluca xatirələrini qoyub gəldiyi Moskvaya uçmağına üç sutkadan az vaxt qalırdı.
Aksiz
Aksiz — kütləvi istehlak mallarının bəzilərinə (duz, qənd, kibrit, tütün, spirtl i içkilər və s.), xidmətlərə (kommunal, nəql. və s.), həmçinin zinət əşyalarına (zərgərlik məmulatı) və mineral xammala onların qiymətlərinə daxil edilməklə qoyulan dolayı vergi növü. Aksiz vergisi yüksəkrentabelli məhsul istehsalından əldə olunan mənfəəti büdcə gəlirinə əlavə etmək məqsədilə qoyulur. Aksiz dərəcələri hökumət tərəfindən təsdiqlənir və bütün ölkə ərazisində vahid qaydada tətbiq olunur. == Mənbə == Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). 1-ci cild: A – Argelander (25 000 nüs.). Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi. 2009. səh. 246.
Assizi
Assizi (it. Assisi) — İtaliya Respublikasında Umbriya bölgəsində respublika tabeli şəhər. == Əhalisi == Assisinin əhalisi 27.889 nəfərdir.
Başsız
Başsız (Eçmiədzin)
İlbiz
İlbiz — (Gastropod) dəstəsindan bir Molyusk növü. Onların bədənləri 3 əsas hissədən: baş, gövdə və ayaqdan ibarətdir. Əzələli ayaqları qarın hissədə yerləşir. İlbizlər şirin sularda, okeanlarda və bütün ətrafda görüləbilən heyvanlardır. Nəmli yerlərdə, yağışın bol olduğu və havanın tam soyumadığı payız aylarında tez-tez görünərlər. Bədənlərində bol miqdarda su olduğu üçün çox soyuq havalarda donarlar. Çox isti havalarda isə su itirərək quruyabilərlər. Keçdikləri yerdə iz buraxmalarının səbəbi parlaq rəngdə sümüksü bir maye istehsal etmələridir. Qabıqlarıyla gövdələrinin arasındakı qurumuş sümüksü maye, bədənlərindəki nəmi itirməmələrini etməyə imkan verir. Qışda torpaq altına ya da ağac gövdələrinə sığınaraq aktivliklərini sürdürürlər.
İspik
Yaşayış məntəqələri Azərbaycanda İspik (Quba) — Quba rayonunda kənd. Rusiyada İspik (Dağıstan) — Dağıstanda kənd.
İşquz
Azərbaycan ərazisində sak-skif-massaget tayfalarının məskunlaşdığı ərazidə yaradılmış qədim dövlət. Eramızdan əvvəl VII-IV əsrlərdə mövcud olmuş Sak çarlığı Şimali Azərbaycan eləcə də Qərbi Azərbaycan (indiki Ermənistan ərazisində) yaradılmış ilk dövlətdir. == Skif,sak və massagetlərin Azərbaycana gəlişi == Skiflərin Cənubi Qafqaz ərazisindən Cənuba doğru irəlilədiyini göstərən T.Sulimirski onların Cənubi Qafqaza və Güney Azərbaycana gəlmələri tarixini daha əvvələ çəkməyi məsləhət görür. Yazılı mənbələrin verdiyi məlumatlara, həmçinin Qara dənizyanı bozqırların və Qafqazın skiflərə aid edilən arxeoloji materiallarına əsaslanaraq skiflərin gəlmələri arasında iki il fərq olduğunu qeyd edən T.Sulimirski Azərbaycanda kərtmə qəbirlər mədəniyyətini erkən skif mədəniyyəti saymağı təklif edir. O, katakomba mədəniyyəti adamlarını kimmerlərlə eyniləşdirir. Katakomba qəbirləri mədəniyyətinin sonunu isə təqribən e.ə. 700-cü ildə kimmerlərin Urartu dövləti sərhəddlərində görünmələri dövrünə aid edir. Ağ bəzəkli keramika ilə müşahidə olunan Gəncə-Qarabağ mədəniyyətinin yaranmasını o, Cənubi Qafqaza yeni türk tayfaları olan skif və massagetlərin (Q.Qeybullayev qeyd edir ki, onlar skiflər yox, saklar və massagetlər idi) axınları ilə əlaqələndirir. O, qeyd edir ki, Gəncə-Qarabağ mədəniyyəti nümunələri Cənubi Qafqaz cizgiləri ilə yanaşı Qara dənizyanı bozqırların cizgilərini də özündə birləşdirir. T.Sulimirski skiflərin daha öncə bu əraziyə gəlmələrini təsdiqləmək üçün II Aşşurnasirpalın dövrünə aid relyefdəki səhnəni misal gətirir.
Dinsiz
Dinsizlik, kontekstə bağlı olaraq, ateizm, aqnostisizm, deizm, skeptisizm, azad düşüncə və ya dünyəvi humanizm mənası daşıya bilən bir sözdür. İnsanların dini baxışlar üzrə bölgüsündə Dentsu Institute (2006) və Zuckerman (2005) təşkilatlarının statistikası əsas götürülür. Verilən rəqəmlər maksimal qiymətlərdir. Statistikaya görə, 16% dünya əhalisi (1,1 milyard insan) özünü "dinsiz" sayır, buraya aqnostiklər, ateistlər, dünyəvi humanistlər və dini görüş haqda suala "yox", "dini seçimim yoxdur" deyə cavab verən kəslər aiddir. Araşdırmalara görə, varlı ölkələr daha çox dinsizdir, kasıblar isə dindardır; "təhsillilik" və "təhsilsizlik" göstəricisi də buna müvafiqdir.. Hesabatda qeyd olunur ki, dinsizlər müəyyən qədər inanclara malikdirlər, həmçinin dinsizlərin əksəriyyəti Asiya-Sakit okean bölgəsində yaşayırlar. 2012-ci il sorğusu göstərdi ki, ateistlər də daxil olmaqla 36% insan dinsizdir və 2005-ci ildən 2012-ci ilə qədər onların sayı 9% artıb.. Həmin mənbəyə görə, təxminən 40–50% özünü dinə bağlı saymayan insan heç olmasa tək tanrıya və ya hansısa fövqəltəbii qüvvəyə inanır.. == Dünya ölkələrinin göstəriciləri == Cədvəldə ölkələr üzrə dinsiz (qeyri-dindar) əhalinin azalan faizlərlə göstəricisi verilib.
Assit
Assitin — böyük həcmli rezeksiyalarda və sirrotik xəstələrin əksəriyyətində rast gəlməsinə baxmayaraq onun klinik büruzə verən forması 25%—35% xəstədə müşahidə edilir.
Eskiz
Eskiz (yun. σχέδιος – schedios, "ektempore") tez icra olunan, adətən bitmiş iş kimi nəzərdə tutulmayan əl ilə çəkilmiş rəsmdir. Eskiz bir neçə məqsədə xidmət edə bilər: rəssamın gördüyü bir şeyi qeyd edə bilər, sonradan istifadə üçün bir ideyanı qeyd edə və ya inkişaf etdirə bilər və ya təsviri, ideyanı və ya prinsipi qrafik şəkildə nümayiş etdirmək üçün sürətli üsul kimi istifadə edilə bilər. Eskiz ən ucuz sənət vasitəsidir. == Qalereya == === Mövzular, üslublar və media === == Mənbə == Kisholm, Hyu, redaktor Sketch // Britannika Ensiklopediyası. 25 (XI). Cambridge University Press. 1911. səh. 186.
İosif
İosif — ad. I Frans İosif İosif Stalin İosif Yesman — Hidravlika sahəsində görkəmli sovet alimi.
Adsız qiymətli kağız
Adsız qiymətli kağızlar — qiymətli kağız o halda adsız sayılır ki, ona əsasən borclu öhdəliyi bu qiymətli kağızı təqdim edən istənilən şəxsə icra etməyi öz üzərinə götürür. [mənbə göstərin] Adsız qiymətli kağız - Sahibi haqqında heç bir yerdə qeydiyyat aparılmayan qiymətli kağızlar. Bu qiymətli kağızlar üzrə sahiblik hüququ müvafiq sertifikatı təqdim edən şəxsə aiddir. Anonimliyini saxlamaq istəyən investorlar üçün maraqlıdır. (Mülki Məcəllə Komentariyası) Adsız səhmlər - Sahibi haqqında heç bir yerdə qeydiyyat aparılmayan səhmlər. Bu səhmlər üzrə sahiblik hüququ müvafiq sertifikata malik olan şəxsə aiddir.
Adsız qiymətli kağızlar
Adsız qiymətli kağızlar — qiymətli kağız o halda adsız sayılır ki, ona əsasən borclu öhdəliyi bu qiymətli kağızı təqdim edən istənilən şəxsə icra etməyi öz üzərinə götürür. [mənbə göstərin] Adsız qiymətli kağız - Sahibi haqqında heç bir yerdə qeydiyyat aparılmayan qiymətli kağızlar. Bu qiymətli kağızlar üzrə sahiblik hüququ müvafiq sertifikatı təqdim edən şəxsə aiddir. Anonimliyini saxlamaq istəyən investorlar üçün maraqlıdır. (Mülki Məcəllə Komentariyası) Adsız səhmlər - Sahibi haqqında heç bir yerdə qeydiyyat aparılmayan səhmlər. Bu səhmlər üzrə sahiblik hüququ müvafiq sertifikata malik olan şəxsə aiddir.
Aleksandr İşein
Arxiyepiskop Aleksandr (rus. Архиепископ Александр, dünyəvi adı Aleksandr Gennadyeviç İşşein, rus. Александр Геннадьевич Ищеин; 13 iyun 1952, Yaroslavl – 10 iyun 2021, Bakı) — Bakı yeparxiyasının arxiyepiskopu. == Həyatı == 13 oktyabr 1952-ci ildə Rusiya Federasiyasının Yaroslavl şəhərində doğulmuş, 1975-ci ildə dyakon olmuşdur. Moskva Teoloji Akademiyası məzunudur. 1988-ci ildə arximandrit səviyyəsinə yüksəlmişdir. 1995-ci ildə Bakirə Məryəmin Məsum Hamiləliyi şərəfinə kilsədə fəaliyyətə başlamışdır. 28 dekabr 1998-ci ildə Bakı yeparxiyasının yepiskopluğu statusu təyin olunmuş və 14 yanvar 1999-cu ildə o bu dərəcəyə yüksəldilmişdir. Onun dövründə 24 iyundan bəri Müqəddəs Varfolomeyin anım günü olaraq Bakı yeparxiyasında qeyd olunmağa başlamışdır. 18 iyul 2012-ci ildən bəri dərəcəsi arxiyepiskopu idi.
Aleksandr İşşein
Arxiyepiskop Aleksandr (rus. Архиепископ Александр, dünyəvi adı Aleksandr Gennadyeviç İşşein, rus. Александр Геннадьевич Ищеин; 13 iyun 1952, Yaroslavl – 10 iyun 2021, Bakı) — Bakı yeparxiyasının arxiyepiskopu. == Həyatı == 13 oktyabr 1952-ci ildə Rusiya Federasiyasının Yaroslavl şəhərində doğulmuş, 1975-ci ildə dyakon olmuşdur. Moskva Teoloji Akademiyası məzunudur. 1988-ci ildə arximandrit səviyyəsinə yüksəlmişdir. 1995-ci ildə Bakirə Məryəmin Məsum Hamiləliyi şərəfinə kilsədə fəaliyyətə başlamışdır. 28 dekabr 1998-ci ildə Bakı yeparxiyasının yepiskopluğu statusu təyin olunmuş və 14 yanvar 1999-cu ildə o bu dərəcəyə yüksəldilmişdir. Onun dövründə 24 iyundan bəri Müqəddəs Varfolomeyin anım günü olaraq Bakı yeparxiyasında qeyd olunmağa başlamışdır. 18 iyul 2012-ci ildən bəri dərəcəsi arxiyepiskopu idi.
Aslı Iskıt
Aslı İskit (d. 7 dekabr 1993) — Türkiyəni təmsil edən həndbolçu. Aslı İskit, Türkiyə yığmasının heyətində 2017-ci ildə baş tutan IV İslam Həmrəyliyi Oyunlarında gümüş medal qazanıb. == Karyerası == Aslı İskit, 2017-ci ildə Türkiyə yığması ilə birgə IV İslam Həmrəyliyi Oyunlarına qatıldı. Yarışların həlledici, final görüşündə Türkiyə yığması, gərgin oyunun sonunda Azərbaycan yığmasına 26:28 hesabı ilə məğlub oldu və IV İslam Həmrəyliyi Oyunlarının gümüş medalına sahib oldu.