Arxiyepiskop Aleksandr (rus. Архиепископ Александр, dünyəvi adı Aleksandr Gennadyeviç İşşein, rus. Александр Геннадьевич Ищеин; 13 iyun 1952, Yaroslavl – 10 iyun 2021[1], Bakı) — Bakı yeparxiyasının arxiyepiskopu.
Aleksandr İşşein Bakı yeparxiyasının arxiyepiskopu | |
---|---|
Orijinal adı | Александр Геннадьевич Ищеин |
Kilsə | Rus Pravoslav Kilsəsi |
Yeparxiya | Bakı yeparxiyası |
Təyin edilib | 28 dekabr 1998 (Bakı və Xəzərsahili yepiskopu kimi) 22 mart 2011 (Bakı və Azərbaycan yepiskopu kimi) 18 iyul 2012 (Bakı-Azərbaycan arxiyepiskopu kimi) |
Sələf | Valentin (Mişuk) |
Təyinatlar | |
Təyinat | 14 yanvar 1999 |
Təqdis | 1975 Antoni (Zavroqodniy) tərəfindən |
Rütbə | Arxiyepiskop |
Şəxsi məlumatlar | |
Doğum | 13 iyun 1952 Yaroslavl, RSFSR, SSRİ |
Vəfat | 10 iyun 2021[1] (69 yaşında) |
Yaşadığı yer | Bakı, Azərbaycan |
Təhsili | Moskva Teoloji Akademiyası |
13 oktyabr 1952-ci ildə Rusiya Federasiyasının Yaroslavl şəhərində doğulmuş, 1975-ci ildə dyakon olmuşdur. Moskva Teoloji Akademiyası məzunudur. 1988-ci ildə arximandrit səviyyəsinə yüksəlmişdir. 1995-ci ildə Bakirə Məryəmin Məsum Hamiləliyi şərəfinə kilsədə fəaliyyətə başlamışdır. 28 dekabr 1998-ci ildə Bakı yeparxiyasının yepiskopluğu statusu təyin olunmuş və 14 yanvar 1999-cu ildə o bu dərəcəyə yüksəldilmişdir. Onun dövründə 24 iyundan bəri Müqəddəs Varfolomeyin anım günü olaraq Bakı yeparxiyasında qeyd olunmağa başlamışdır. 18 iyul 2012-ci ildən bəri dərəcəsi arxiyepiskopu idi.
27 dekabr 2018-ci ildən Azərbaycan İlahiyyat İnstitutunun Himayəçilər Şurasının üzvü idi[2].
Arxiyepiskop Aleksandr 10 iyun 2021-ci ildə Covid-19 infeksiyasının yaratdığı fəsadlardan vəfat etmişdir.[3] O, 13 iyun tarixində Bakıda 1-ci Fəxri Xiyabanda dəfn edilmişdir.[4]
Şəxs və ya bioqrafiya ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |