Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Sitti-Mükrimə Xatun
Sitti-Mükrimə Xatun (d. ? — ö. 1486), — II Mehmedin yeddi qadınından üçüncüsü və Sultan II Bəyazidin doğma anasıdır. == Həyatı == Sitti-Mükrimə Xatun Dulqədiroğulları bəyliyinin 6. hökmdarı Zülqədiroğlu Süleyman bəyin qızıdır. II Mehmed 15 yaşında ikən 15 dekabr 1446 tarixində, 11 yaşlı Sitti-Mükrimə Xatun ilə evlənmişdir. 3 dekabr 1447 tarixində Sultan II Bəyazidi dünyaya gətirmiş, ancaq 1486 tarixində hələ 53 yaşındaykən vəfat etmiş və Validə sultan ola bilməmişdir. Oğlu şahzadə Bəyazidin təlim-tərbiyəsi ilə isə II Mehmedin digər qadını olan I Gülbahar Xatun maraqlanmışdır. Məzarı Ədirnədə öz adını daşıyan Sitti Şah Xatun Məscidindədir.
Mükri eli
Mükri eli — Kürd əşirəti. == Soy-kökü == Soy-kökü haqqında müxtəlif mülahizələr var. Bəzi tarixçilər bu eli kürd, bəziləri isə türk kökənli sayırlar. Monqol fütuhatı dönəmində Azərbaycana, İrana, Kiçik Asiyaya gələn uluslardan biri də Merkitlər idilər. Rojbəyani Mükri sözünü, Mekritdən gəlməsini söyləyib. Mənbələr mukri(n) və ya muqri(n) tayfalarının avarların tərkibində Qafqaza axını haqqında məlumat verir. Şərəfəddin Bedlisi, mükrilərin nəsəbin İraqın Şəhri Zur şəhərində yaşayan Mükriyyə qəbiləsinə yetirir. == Tarixi == XVI yüzilliyin sonlarında yazılan, kürd tayfalarının tarix və coğrafiyasını əks etdirən və kürd tarixinin araşdırılmasında əsas mənbə rolunu oynayan "Şərəfnamə" kitabında bu gün Savuqbulaq bölgəsində geniş bir əraziyə yiyələnmiş Mükrilərin Osmanlı ərazisindəki Zül şəhəri (Şəhrəzur hazırda İraqa daxildir) ətrafında yaşayan Mükriyə tayfasına bağlı olduğu yazılır. Rəvayətə görə, Baban paşaları nəslinə mənsub Seyfəddin adlı bir şəxs Baban tayfasını və digər kürd əşirətlərini toplayıb Azərbaycandakı Dəryaz bölgəsini Çabuklu türklərindən alaraq orada məskunlaşmışdır. "Seyrüld-əkrad" müəllifinə görə də, Mükri eli XVI yüzilliyin sonlarında Osmanlı torpaqları və Quzey Mesopotamiyadakı İbn Ömər ərazisindən (indiki Suriya) Azərbaycana köç etmişlər.
Mücrim Kərim Vardani
Mücrim Kərim Vardani (XIX əsr, Kərimli) — XIX əsrdə Oğuz rayonunun Vardanlı (Kərimli) kəndində yaşamış şair. == Həyatı == Mücrim Kərim Vardanı XIX əsrin birinci yarısında Vardanlı (indiki Kərimli) kəndində doğulmuş, yazıb yaratmışdır. Azərbaycan yazılı ədəbiyyatında aşıq şerinin görkəmli nümayəndələrindən biridir. Türkiyəyə, Ərəbistana, Dağıstana və Rusiyaya səyahət etmiş, ərəb və fars dillərinə dərindən yiyələnmişdir. Rayonun Kərimli kəndi Mücrim Kərimin adını daşıyır. == Yaradıcılığı == Şair həm klassik qəzəl formasını, həm də Azərbaycan xalq şerini yaxşı bilmiş, hər iki formada ustalıqla öz qələmini sınamışdır. Yazdığı qəzəllər, qoşmalar, təcnislər, bağlamalar, mürebbelər, müstəzadlar, müxəmməslər, gəraylılar Azərbaycan sərhədlərindən kənarlarda da tanınmışdır. Bakıda əlyazmalar fondunda saxlanılan əlyazmada bildirilir ki, o, öz divanını 1840-1841-ci illərdə tərtib edib bitirmiş və ona “Sünbülüstan” adı vermişdir. Professor, xalq yazıçısı Əzizə Cəfərzadə 1978-ci ildə Mücrim Kərim Vardaninin şerlərini ayrıca kitab şəklində “Sünbülüstan” adı ilə Bakıda çap etdrmişdir. Şeirlərini "Mücrim", "Kərim" və "Mücrim Kərim" təxəllüsləri ilə imzalayan Mücrim Kərimin şəxsiyyətinə dair bizdə heç bir məlumat yoxdur.
Əziz xan Mükri
Əziz xan bin Məhəmməd xan bin Sam bəy bin Mahmud bəy bin Sarəm bəy bin Qubad xan bin Şeyx Heydər Mükri-Nasirəddin şah Qacar dövründə İran ordusunun Əmir Nizamı idi.Bütün Əsgərlərin Sərdari (Sərdare Kolle Əsaker), Acudanbaşı və Darülfünun mədrəsəsinin başçısı və Azərbaycan pişkarı da olub. == Bioqrafiyası == Əziz xan Mükri, 1793-cü ildə Sərdəştin Nestan kəndində dünyaya gəlibdir.İlk təhsil alandan sonra qardaşı Fərəc xan ilə Təbrizə gedib.Sonra savadlı, xoş xətti və nüfuzlu kəlama sahib olduquna görə, Məhəmməd şah Qacar saray adamları ilə əlaqəqələndi və onların vasitəsilə Təbriz ordusuna daxil olub. == Həyat yoldaşları və Uşaqları == Hurizad xanım Əziz xan Mükrinin həyat yoldaşlarında biri idi ki Bukan yaxınlıqında Kəhrizə Hurizad Xanım kəndi hələdə onun adına movcud dur.İkinci həyat yoldaşı Tiləkuy xanım, Divandərə ətrafında olan Tiləku elindən idi və Seyəddin xan onun oğlu idi.Əziz xan Əmir Kəbirin ikinci qızı Əmirzadə xanım ilə də evlənmişdir.Əziz xanın üç oğlu var idi:Əli xan, Hüseyn xan (?-1914 və Seyfəddin xan (?-1914. Əli xan orduda xidmət etmişdir, Seyfəddin xan Savucbulaq Mükri hakimi oldu. Hüseyn xan da Osmanlı imperiyası hücumunda ölübdür.
Məhəmmədəmin Şeyxülislami Mükri
Məhəmmədəmin Şeyxülislami Mükri (kürd. Muhemedemînî Şêxelîslamî Mukrî, fars. محمدامین شیخ‌الاسلامی مُکری‎), həmçinin təxəllüsü ilə Həmin Mükriyani (kürd. Hêmin Mukriyanî, fars. هیمن موکریانی‎; 1 mart 1921, Məhəbad, Qərbi Azərbaycan ostanı – 16 aprel 1986) — kürd əsilli İran şairi, jurnalisti, tərcüməçisi və ədəbi tənqidçisi == Həyatı == Həmin Mükriyani 1921-ci ildə İranın Məhabad şəhəri yaxınlığındakı Laçın kəndində anadan olmuşdur. O, Məhabadda Səadət ibtidai məktəbində, ardınca Şərəfkənd kəndindəki Şeyx Bürxan xanəgahında dini təhsil almışdır. Hemin daha sonra Kürdüstan Dirçəliş Cəmiyyətinə qoşulmuşdur. İkinci Dünya müharibəsi zamanı Qızıl Ordu İranın bəzi hissələrini, o cümlədən Azərbaycanın əksər hissəsini və Kürdüstanın bir hissəsini işğal edərək Azərbaycan böhranına səbəb olmuşdur. Bu dövrdə Kürdüstan Dirçəliş Cəmiyyəti adını Kürdüstan Demokrat Partiyası olaraq dəyişmiş və Məhabad Cümhuriyyətini elan etmişdir. Həmin Mükriyani dostu Əbdülrəhman Şərəfkəndi ilə birlikdə Məhabad Cümhuriyyətinin xalq şairi seçilmiş, cümhuriyyətin baş naziri və dövlət başçısı Hacı Baba Şeyxin katibi olmuşdular.
MakSim
MakSim (əvvəlki adı Maxi-M; əsl adı - Marina Sergeevna Abrosimova (anası tərəfdən Maksimova); 10 iyun 1983, Kazan) bir rus müğənni, müəllif, ifaçı və musiqi prodüseridir. Müvəffəqiyyət müğənniyə 28 Mart 2006-cı ildə 1,5 milyon nüsxədən çox satılan "Трудный возраст" (Çətin yaş) albomunun çıxması ilə gəldi və 2007-ci ildə MakSim Rusiyada gəlir baxımından ən çox uğur qazanan müğənni oldu. MakSim iki dəfə - MTV Russian Music Awards və Muz-TV Mükafatlandırma mərasimində ən yaxşı ifaçı nominasiyasını qazandı. 2 fevral 2008-ci ildə "Московский комсомолец" (Moskvanın komomolitləri) və “Звуковая дорожка” (Soundtrack) qəzetlərinin illik mükafatlandırma mərasimində müğənni “İlin ən yaxşı ifaçısı” nominasiyasını qazandı. MakSim, 15 "Qızıl Qrammofon" mükafatının sahibidir. Müğənninin ikinci albomu - "Мой рай" (Mənim cənnətim) albomunun 1,3 milyondan çox nüsxəsi satıldı. Müğənninin satılan albomlarının məcmu tirajı altı milyon nüsxədən çoxdur. MakSim, 7 singli MDB ölkələrinin ümumi radio siyahısında ardıcıl olaraq birinci yeri tutan yeganə müğənnidir. 2008-ci ildə "Бегущая по волнам" (Dalğaların üstündə qaçmaq) filminə eyniadlı soundtrack yazdırdı. 2009-cu ilin dekabrında müğənninin qızıl statusu və iki platin aldığı üçüncü studiya albomu - "Одиночка" (Tənha) çıxdı.
Müşrik
Şirk (ərəb. شرك‎) — Allaha şərik qoşmaq. Ümumiyyətlə şirk tövhidin ziddidir. Şirkin böyük günah olduğu açıq-aşkardır. Bu barədə kifayət qədər Quran ayələri və hədislər mövcuddur. "Loğmаn öz oğlunа nəsihət edəndə belə dedi: "Oğlum, Allаhа şərik qoşmа. Çünki şirk böyük zülmdür". Başqa bir ayədə buyurulur: "...Kim Rəbbi ilə qarşılaşacağına (qiyamət günü dirilib haqq-hesab üçün Allahın hüzurunda duracağına) ümid bəsləyirsə (yaxud qiyamətdən qorxursa), yaxşı iş görsün və Rəbbinə etdiyi ibadətə heç kəsi şərik qoşmasın!" Nəql olunan hədislərdə şikin ən aşağı səviyyəsi nədir də bəyan olunur: "Şirkin ən аşаğı dərəcəsi budur ki, insаn meyvə çərdəyinə "bu bir xırdа dаş pаrçаsıdır", dаş pаrçаsınа dа "bu bir çərdəydir" desin. Sonrа dа, özünün bu sözünə inаnsın və ondаn dönməsin.", yaxud "Şirkin ən aşağı səviyyəsi öz rəyinə, əqidəsinə bidət gətirən, sonrа dа onа xаtir sevən və düşmənçilik edən şəxsdir". Bəzən insan şirk etdiyindən xəbərsiz olur, bu da elmsizliyindən qaynaqlanır.
Müdrik
Müdrik — müdrikliyə malik, mütəfəkkir, böyük zəka sahibi insan. Qədim Yunanıstanda "müdriklər" (sophoi) və "müdrikliyi sevənlər" (philosophoi) – filosoflar var idi. Tarixən "müdriklər"i "filosoflar" əvəz etmişdir. Karl Marks yazmışdır ki, "Sofos yunan filosofunun qarşımızda göründüyü ilk obrazdır. O, mifoloji cəhətdən yeddi müdrikdə, praktiki olaraq Sokratda və stoiklər, epikürçülər, yeni akademiklər və skeptiklər arasında ideal kimi görünür". Pifaqorçu insan anlayışına görə, müdrik öz sağlamlığına laqeyd yanaşmır. O, bədəni diqqətin ən vacib (və ya yeganə) obyekti hesab etmir, onu ruhun xeyrinə idarə edir. Müdrik psixoloji arxetiplərdən biridir.
Müdri
Müdri – Azərbaycan Respublikasının İsmayıllı rayonunun inzibati ərazi vahidində kənd. Lahıc turizm zonasında, Müdrü çayının sağ sahilində yerləşir.Kəndin əhalisi 95 nəfərdir. Kənd əhalisi maldarlıqla və bostançılıqla məşğul olur. Kənd elektrik enercisi ilə təmin edilir. Kənddə yeməkxana və çayxana yoxdur. Kəndə yay mövsümündə avtomobillə, qış mövsümündə isə Lahıc qəsəbəsindən sonra 8 km yolu piyada və ya atla eləcə də Namazgah kəndindən Müdrü çayı boyunca 5 km yolu atla və ya piyada getmək olar. Bu zonada yerləşən Müdri, Müdrüsə, Pirəqanım və Bağəli kəndlərindən Küpüc dağını aşmaqla atla və ya piyada Aşağı Cülyan kəndinə yol vardır. == Əhalisi == 1859 — 1864-cü illərdə həyata keçirilmiş kameral siyahıyaalınmaya əsasən Bakı quberniyasının Şamaxı qəzasının Müdri kəndində 34 ev var. Əhalisi 88 nəfərdir ki onunda 39 nəfəri kişi, 49 nəfəri qadındır. === Şəhidləri === 1.
Hayrem Maksim
Ser Hayrem Stivens Maksim (ing. Sir Hiram Stevens Maxim; 5 fevral 1840[…] – 24 noyabr 1916[…], London) - ABŞ-də doğulan britaniyalı ixtiraçı. Onun ən məşhur ixtirası ilk dəfə daşınabilən, tamamilə avtomatik pulemyot olan Maksim pulemyotudur. Maksim saç ütüsü, siçovul tələsi və buxar nasosu kimi çoxlu mexaniki qurğunun patentini özündə saxlamışdı. Onun, hətta elektrik lampasını ixtira etdiyi iddiası da var idi. Maksim mexanikləşdirilmiş uçuşları təcrübə etmişdi; onun geniş təyyarə dizaynları heç vaxt uğurlu olmamışdı. O, "Əsir Uçan Maşını" adlandırdığı əyləncə sürüşü çox yüksək müvəffəqiyyət qazanmışdı. Maksim bu ixtirasını uçuşa olan ictimai marağı artırmaq üçün etmişdi. Maksim 41 yaşında Amerika Birləşmiş Ştatlarında Birləşmiş Krallığa köçdü və 1899-cu ilə qədər burada ABŞ vətəndaşı olaraq yaşadı. Daha sonra vətəndaşlığını dəyişdirdi.
Maksim Boqdanoviç
Maksim Adamoviç Boqdanoviç (belar. Максім Адамавіч Багдановіч, 9 dekabr 1891, Minsk — 25 may 1917, Yalta) — Belarus şairi, publisisti, ədəbi tənqidçisi və tərcüməçisi. Maksim Boqdanoviç Belarus ədəbiyyatının qurucularından biri sayılır. == Bioqrafiya == Maksim Adamoviç Boqdanoviç 9 dekabr 1891 tarixində Minsk şəhərində, əhəmiyyətli Belarus etnoqrafı olan Adam Boqdanoviçin ailəsində anadan olmuşdur. 1892-ci ildə ailəsi ilə birlikdə Qrodno şəhərinə köçdü. Çox vaxt keçmədən şairin anası Mariya vərəm xəstəliyindən vəfat etmişdir. 1896-cı ildə Adam Baqdanoviç uşaqları ilə birlikdə Nijni Novqorod şəhərinə köçdü. Bu vaxt ərzində Maksim, Belarus dilində olan ilk şeirlərini yazmışdır. 1902-ci ildə Boqdanoviç bir gimnaziya məktəbinə qəbul edilmişdir. 1905-ci il inqilabı zamanı onun komilitodları tərəfindən təşkil edilən tətillərin fəal iştirakçısı idi.
Maksim Braun
Maksim Braun (16 aprel 1993) — Qazaxıstanlı biatlonçu. Maksim Braun Qazaxıstanı 2018-ci ildə Cənubi Koreyada təşkil edilən XXIII Qış Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Maksim Braun birinci dəfə Olimpiya Oyunlarına 2018-ci ildə qatıldı. O, Cənubi Koreyada baş tutan XXIII Qış Olimpiya Oyunlarında kişilər 10 km məsafəyə sprint yarışlarında iştirak etdi. Braun 27:46.7 saniyəlik nəticəsi ilə 87 atlet arasında 85-ci yeri tutdu və medalçılar sırasına düşə bilmədi.
Maksim Koçetov
Maksim Koçetov (d.26 iyun 1985, Bakı) azərbaycan doom/death metal qrupu 3,14...-ün həm basçısı həm də vokalçısıdır. 2002-ci ildə Emin Kərimovla birlikdə 3,14... qrupunun əsasını qoymuşdur.
Maksim Krıvonis
Maksim Krıvonis (ölüm 1648, Lvov) — Hmelnitski üsyanında Kazak liderlərindən biri. Həmçinin bir Kazak polkovnikidir.
Maksim Litvinov
Maksim Maksimoviç Litvinov (rus. Макси́м Макси́мович Литви́нов, 17 iyul 1876[…], Belostok, Litva general-qubernatorluğu[d] – 31 dekabr 1951[…], Moskva) — SSRİ-nin xarici işlər komissarı (1930–1939), inqilabçı. == Həyatı == Maksim Maksimoviç Litvinov 17 iyul 1876-cı ildə Rusiya imperiyasının Qrodnenski quberniyasının Belostok şəhərində anadan olmuşdu. Real məktəb bitirmişdi. Bakı şəhərində hərbi xidmətdən keçmişdi. Maksim Litvinov 31 dekabr 1951-ci ildə Moskva şəhərində vəfat edib. == Siyasi fəaliyyəti == Xalq Xarici işlər komissanmn müavini M.M.Litvinov 1921-ci il iyulun 23-də RSFSR hökuməti yanında sovet respublikalarının səlahiyyətli nümayəndəliklərinə məktub göndərdi. Məktubda deyilirdi ki, Şərqin və Qərbin buıjua kapitalizm quruluşu fəhlə- kəndli hökumətini zəiflətmək və məhv etməkdən əl çəkməmişdir. O, fəhlə-kəndli hökumətinin yeni iqtisadi və siyasi quruluş yaratmasına mane olmaq istəyir. Ona görə də Litvinov bir sıra tədbirlərin görülməsinin zəruriliyini irəli sürdü.
Maksim Marduxayev
Maksim Marduxayev (rus. Максим Иосифович Мардухаев; d. 24 fevral 1960, Moskva, RSFSR, SSRİ) — rus əsilli Fransa rejissoru. == Həyatı == Maksim Marduxayev 24 fevral 1960-cı ildə Moskvada anadan olub. 1973-cü ildə anası və kiçik qardaşı Kiril ilə birlikdə Parisə köçmüşdür. Həmin vaxtadək hər il yay tətilini ata nənəsinin yanında - Bakıda keçirmişdir. O, Paris şəhərində təhsilini başa vurmuşdur. Parisdə olarkən Banindən rus dili üzrə dərslər almışdır. Atasının təkidi ilə bir neçə il tibb, daha sonra isə hüquq üzrə ali təhsil almışdır. Ali məktəbi bitirdikdən sonra Hollivuda getmiş, assistent kimi işləmişdir.
Maksim pulemyotu
Maksim pulemötu - 1883 amerikan əsilli britaniyalı silah ustası Hayrem Stivens Maksimin düzəltdiyi dəzgahlı pulemyot. Maksim pulemötu ilk avtomatik silah hesab olunur; o geniş olaraq İngilis-bur (1899-1902), Birinci Dünya müharibələrində, eləcə də bir çox hərbi münaqişələrdə istifadə olunmuşdur.
Maksim İniç
Maksim İniç (26 may 1996) — Monteneqrolu üzgüçü. Maksim İniç Monteneqronu 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Maksim İniç birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Rio-de-Janeyroda baş tutan XXXI Yay Olimpiya Oyunlarında kişilər 50 m sərbəst stildə, təsnifat mərhələsində iştirak etdi. 23.88 saniyəlik nəticəsi ilə 51-ci yeri tutdu və yarımfinala vəsiqə qazana bilmədi.
Maksim Şamil
Maksim Şamil və ya Maksim Müəllim (tam adı:Şamil Hümbət oğlu Cabbarov; 9 mart 1952, Daşkənd, Basarkeçər rayonu – 22 mart 2022, Bakı) — Azərbaycan şairi, baş müəllim. == Həyatı == Şamil Cabbarov 1952-ci ildə Göyçə mahalının Daşkənd kəndində anadan olub. 1971–1973-cü illərdə hərbi xidmət keçmişdir. 1979-cu ildə V. İ. Lenin adına Azərbaycan Dövlət Pedaqoji İnstitutunun riyaziyyat fakültəsini bitirmiş və doğma kəndində 1988-ci ilə qədər müəllim və dərs hissə müdiri işləmişdir. Azərbaycan Kooperasiya Universitetinin riyaziyyat kafedrasında baş müəllim işləmişdir. == Yaradıcılığı == Onun çətinliyi artırılmış məsələ və misallardan ibarət "Riyaziyyat nəyi sevir" adlı kitabı riyaziyyat elminə böyük töhfədir. "Tufandan tez yeli çatar" şeirlər kitabında Maksim Şamilin həyata baxışlarının ərməğanı olan ürək sözləri və şeirləri toplanmışdır. Şeirlər tərbiyəvi ruhda yazılmışdır. Ustadnamələrlə zəngin olan kitabda "Sabirsayağı" tənqidi şeirlər də çap olunmuşdur. == Kitabları == "Ehtimal nəzəriyyəsi və riyazi statistika", (Teymurov Fərhad, Həsənov Əvəz və Əfəndiyev Məqsəd ilə birlikdə).
Maksim Şatskix
Maksim Aleksandroviç Şatskix (özb. Maksim Aleksandr o‘g‘il Shatskix, Максим Александр ўғил Шацких; ukr. Максим Олександрович Шацьких; 30 avqust 1978, Daşkənd, Özbəkistan SSR, SSRİ) — özbək futbolçusu, hücumçu. 1999-2011-ci illərdə Özbəkistan milli komandasındasının kapitanı olmuşdur. Klub karyerasının böyük hissəsini (1999-2009) Dinamo Kiyevdə keçirmişdir. Ukrayna çempionatı tarixinin ən yaxşı bombardiridir. (124 qol). == Bioqrafiya == === Klub karyerası === Futbol karyerasına Daşkəndin Paxtakor komandasında başlamışdır. Karyerasının əvvəllərində Rusiyanın aşağı liqa komandalarında çıxış etmişdir. ==== Dinamo Kiyev ==== 1999-cu ildə Dinamo Kiyevə transfer edilmişdir.
Maksim Şemberev
Maksim Şemberev (25 sentyabr 1993) — Ukraynanı və Azərbaycanı təmsil edən üzgüçü. == Karyerası == Maksim Şemberev Ukraynanı 2012-ci ildə Birləşmiş Krallıqın London şəhərində baş tutan XXX Yay Olimpiya Oyunlarında təmsil edib. Nəticədə o, 200 metr məsafəyə fərdi kompleks üsulu ilə üzmə turnirninin təsnifat mərhələsində 2:02.40 dəqiqə nəticə ilə 33-cü pillənin, 400 metr məsafəyə fərdi kompleks üsulu ilə üzmə turnirinin təsnifat mərhələsində isə 4:16.62 dəqiqə nəticə ilə 15-ci pillənin sahibi olub. Maksim Şemberev 2017-ci ildə Azərbaycanda baş tutan IV İslam Həmrəyliyi Oyunlarının dörd qızıl medalına sahib oldu. Daha sonra Maksim Şemberev Azərbaycanı 2021-ci ildə Yaponiyada baş tutan XXXII Yay Olimpiya Oyunlarında təmsil edib. Nəticədə o, 400 metr məsafəyə fərdi kompleks üsulu ilə üzmə turnirinin təsnifat mərhələsində 4:18.40 dəqiqə nəticə göstərdi və 26-cı pillənin sahibi olub.
Maksim Şevçenko
Maksim Leonardoviç Şevçenko — (rus. Максим Леонардович Шевченко), 22 fevral 1966-cı ildə, Moskva, SSRİ-də anadan olub — Rusiya jurnalisti, televiziya aparıcısı. == Həyatı == Maksim Şevçenko Leonardoviç 1966-cı il fevralın 22-də Moskva şəhərində anadan olmuşdur. Maxim Şevçenkonun atası geofizik idi. Sovet dövründə aparıcı instutlardan birində çalışmış, ölkə üçün neft və qaz hasil etmişdir. Türkmənistanda, Manşıqlada, Sibirdə və Peçora tarlalarında işləyirdi. Anası 1932-ci il təvəllüdlü əslən Blaqoveşenskdəndir. Təhsili — 3-cü Alman məktəbini — alman dilini dərindən öyrənən xüsusi məktəbi bitirmişdir. Stanislav Belkovski ilə eyni məktəbdə oxumuşdur. Hərbi xidmətə çağrılmayıb.1990-cı ildə S. Orconikidze adına Moskva Aviasiya İnstitutunu elektron hesablama cihazlarının dizaynı və texnologiyası ixtisası üzrə bitirmişdir.
Maksim Marinin
Maksim Marinin (rus. Максим Маринин; d. 23 mart 1977, Volqoqrad, Rusiya) — Rusiyanı təmsil edən fiqurçu. Maksim Marinin, Totmyanina ilə birgə 1997-ci ildən 2006-cı ilə qədər beynəlxalq yarışlarda mübarizə aparıb. Totmyanina və Marinin cütlüyü, 2006-cı ildə İtaliyanın Turin şəhərinin ev sahibliyində baş tutan XX Qış Olimpiya Oyunlarında qızıl medala sahib olub. Totmyanina və Marinin cütlüyü, həmdə 2002 və 2003-cü illərdə baş tutan Dünya Çempionatlarının gümüş medalına, 2004 və 2005-ci illərdə baş tutan çempionatların isə qızıl medalına sahib olub, 2002 və 2005-ci illərdə ISU Qran-Pri Finalında qızıl medala, üç dəfə (2002, 2003 və 2004-cü illərdə) isə Rusiya Çempionatının qızıl medalına sahib olub. Totmyanina və Marinin cütlüyü, ISU Çin və Yaponiya Qran-Priləri istisna olmaqla, digər dörd Qran-Pri mərhələsinin hamısında qalib olmağı bacaran azsaylı idmançılardandır. Totmyanina və Marinin cütlüyü 2 dəfə Fransa Qran-Prisinin (2002 və 2005-ci illərdə), 2 dəfə Kanada Qran-Prisinin (2002 və 2003-cü illərdə), 2 dəfə Rusiya Qran-Prisinin (2003 və 2005-ci illərdə) və 1 dəfə ABŞ Qran-Prisinin (2002-ci il) qalibi olub. Karyerası ərzində 50 yarışa qatılan Totmyanina və Marinin cütlüyü, onların 20-də qızıl medal, 8-də gümüş medal, 7-də isə bürünc medal qazanıb. 2007-ci ildə Rusiya Federasiyası Prezidenti Vladimir Putin tərəfindən "Şərəf" ordeni ilə təltif ediliblər.
Maksim Matlakov
Maksim Sergeyeviç Matlakov (rus. Максим Сергеевич Матлаков, 5 mart 1991, Leninqrad, Rusiya Sovet Federativ Sosialist Respublikası) Rusiya şahmatçısı, qrosmeyster (2010). O, 2009-cu il Sankt-Peterburq Çempionatının qalibi adını qazanmışdır. Matlakov 2012-ci il 13-cü Avropa Şəxsi Çempionatında taybreykdə 6-cı olaraq, 2013-cü il Dünya Kubokuna vəsiqə qazanmışdır. O, birinci raundda Niderland qrosmeysteri Jan Smeetsi məğlub etmiş, ikinci raund taybreykində isə Azərbaycanlı qrosmeyster Şəhriyar Məmmədyarova uduzmuşdur. Matlakov 2009-cu il Gipslis xatirəsinə həsr olunmuş turnirin qalibi olmuşdur. 2013-cü ildə Sankt-Peterburqda Çiqorin xatirəsinə həsr olunmuş turnirdə 1-11-ci yerləri, 2014-cü il Moscow Open turnirində isə 1-4-cü yerləri bölüşdürmüşdür. Matlakov 2013-cü il Avropa Klub Kubokunda 5-ci lövhədə gümüş medal qazanaraq Sankt-Peterburq komandasını təmsil etmişdir. == İstinadlar == == Xarici keçidlər == Maxim Matlakov. Chess-DB.com Arxivləşdirilib 2016-03-23 at the Wayback Machine (ing.) Maxim Matlakov.
Maksim Medvedev
Maksim Borisoviç Medvedev (rus. Максим Борисович Медведев; 29 sentyabr 1989, Bakı) — Azərbaycan futbolçusu, Azərbaycan Milli komandasının və "Qarabağ" futbol klubunun müdafiəçisi. == Həyatı == Maksim Medvedev 1989-cu ildə Bakı şəhərində anadan olub. Milliyətcə rusdur. Kiçik yaşlarından futbol ilə məşğul olmağa başlayan Maksim 2004-cü ildən 2006-cı ilə kimi "Qarabağ"ın əvəzedici heyətində çıxış edib. Daha sonra Qarabağın əsas heyətinə düşərək möhkəmlənən Maksim tezliklə U-17 Azərbaycan millisinə, daha sonra U-21 millisinə çağrılıb. 2009-cu ildə Azərbaycan millisinin əsas heyətinə çağrılan Maksim indiyədək millinin heyətində 20 dəfə forma geyinib. == Klub karyerası == === Qarabağ === Maksim karyerasına Qarabağda başlayıb. O, Ağdam təmsilçisinin heyətində ən çox oyun keçirən futbolçu adına yiyələnib. 2018–2019 mövsümündə Azərbaycan Premyer Liqasının XX turunun "Zirə" ilə evdə keçirilən matçı (0:0) Medvedevin "Qarabağ"ın heyətində, ümumilikdə, 395-ci oyunu olub.
Muarem Muarem
Muarem Muarem (22 oktyabr 1988, Skopye) — makedoniyalı futbolçu. "Qarabağ" futbol klubunun oyunçusudur. == Milliyəti == Muarem Makedoniyada doğulsa da, əslən türkdür. == Karyerası == Muarem Muarem 3 dəfə 17 yaşlılar, 3 dəfə 19 yaşlılar, 3 dəfə isə 21 yaşlılardan ibarət milli komandanın heyətində çıxış edib. 21 yaşadək futbolçulardan ibarət komandanın heyətində 4 dəfə fərqlənib. O, əas milli komandada 7 oyun keçirib və qol vurmayıb.
Murom
Murom — Rusiya Federasiyasında yerləşən şəhər Vladimir vilayətinə daxildir.
Erigeron muirii
Erigeron muirii (lat. Erigeron muirii) — mürəkkəbçiçəklilər fəsiləsinin xırdaləçək cinsinə aid bitki növü.