Sitti-Mükrimə Xatun

Sitti-Mükrimə Xatun (d. ? — ö. 1486),[1]II Mehmedin yeddi qadınından üçüncüsü və Sultan II Bəyazidin doğma anasıdır.

Sitti-Mükrimə Xatun
ستی شاہ خاتون
Doğum tarixi 1435
Doğum yeri
Vəfat tarixi '"`UNIQ--ref-00000000-QINU`"'?..1486
Vəfat yeri Ədirnə
Dəfn yeri
Həyat yoldaşı II Mehmed
Uşağı II Bəyazid
Atası Zülqədiroğlu Süleyman bəy
Fəaliyyəti əsilzadə

Sitti-Mükrimə Xatun Dulqədiroğulları bəyliyinin 6. hökmdarı Zülqədiroğlu Süleyman bəyin qızıdır. II Mehmed 15 yaşında ikən 15 dekabr 1446 tarixində, 11 yaşlı Sitti-Mükrimə Xatun ilə evlənmişdir. 3 dekabr 1447 tarixində Sultan II Bəyazidi dünyaya gətirmiş, ancaq 1486[1] tarixində hələ 53 yaşındaykən vəfat etmiş və Validə sultan ola bilməmişdir. Oğlu şahzadə Bəyazidin təlim-tərbiyəsi ilə isə II Mehmedin digər qadını olan I Gülbahar Xatun maraqlanmışdır. Məzarı Ədirnədə öz adını daşıyan Sitti Şah Xatun Məscidindədir. Məzarı dağıldığına görə məzar daşı Ədirnə muzeyinə aparılmış, bərpa edildikdən sonra yenidən öz yerinə qaytarılmışdır.

  1. 1 2 Necdet Sakaoğlu. Bu mülkün kadın sultanları: Vâlide sultanlar, hâtunlar, hasekiler, kadınefendiler, sultanefendiler. Oğlak Yayıncılık. 2008. 116. ISBN 978-9-753-29623-6. 2019-02-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-12-04..