Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
1944 (mahnı)
1944 — Ukraynanın 2016 Avroviziya Mahnı Müsabiqəsindəki mahnısı və eyni zamanda müsabiqənin qalibi. Camala "1944" mahnısı ilə Ukraynanı İsveçin Stokholm şəhərində keçirilən Avroviziya 2016-da təmsil etmiş və finalda 534 xal toplayaraq qələbə qazanmışdır. Mahnı 1944-cü ildə Krım tatarlarının Mərkəzi Asiyaya deportasiyası zamanı müğənninin nənəsinin itirdiyi qızı haqqındadır və mahnının sözləri Camalanın özü tərəfindən 2014-cü ildə yazılmışdır. Rus şərhçilər mahnının Rusiyanın Krıma hərbi müdaxiləsi və Donbass müharibəsi barəsində olduğunu iddia edərək, bu tip siyasi mövzuda olan mahnının müsabiqənin qaydalarını kobud şəkildə pozduğunu bildirmişdirlər. Lakin mahnıda hansısa birbaşa siyasi ismarış olmaması səbəbindən mahnının Avroviziyanın qaydalarını pozmadığı daha öncə Avropa Yayım İttifaqı tərəfindən təsdiqlənmişdir. Camala da verdiyi müsahibələrdə ifa etdiyi mahnının siyasi mövzuda olmadığını və mahnını yazmaqda əsas məqsədinin 1944-cü ildə nənəsinin yaşadığı acıları, dəhşətli anları dinləyiciyə çatdırmaq olduğunu bildirmiş və mahnının onun üçün yalnız şəxsi anlam daşıdığını vurğulamışdır.
Mahnı
Mahnı — musiqi ilə müşayiət olunan şeir, mətn. == Mahnı necə yarandı? == Azərbaycan musiqisinin, eləcə də digər xalqların musiqisinin ən çox işlənən və ən çox sevilən növü mahnıdır. Yəqin ki, mahnıların yaşı insanın, bəşər övladının yaşı ilə eynidir. Mahnının insanın danışmağa başlamasından əvvəl yaranması şübhə doğurmamalıdır: bu, sözsüz mahnılar, melodiyalar dövrü idi. Dilin, danışığın, sözün yaranmasından sonra isə sözlü mahnı, yəni şeiri müsiqi ilə ifa etməkdən yaranan söz-musiqi vəhdəti yarandı. Bu mahnıların müəllifləri həssas və istedadlı insanlar idilər. Musiqi alətləri meydana çıxdıqdan sonra mahnı üç ölçüyə malik oldu – səs, söz və çalğı (müşayiət). Bu dövrdə mahnı müəllifləri ya müğənnilər, ya çalğıçılar, ya da bu məclislərin istedadlı, musiqi duyumlu iştirakçıları arasından çıxırdı. Mahnılar ifa oluna-oluna cilalanır, yadda qalır, sevilir, nəsildən nəsilə yol gedirdi.
22 (mahnı)
22 — İrlandiyanın 2019 Avroviziya Mahnı Müsabiqəsindəki mahnısı.. Sara MakTernan "22" mahnısı ilə İrlandiyanı İsrailin Tel-Əviv şəhərində keçirilən Avroviziya 2019-da təmsil etmişdir. Mahnı Niderlandlı bəstəkarlar Cenik Devi, Marsiya "Mişa" Sondeyker və Roel Rats tərəfindən bəstələnmişdir.
Always (mahnı)
Always bu mənalara gələ bilər:
Apeshit (mahnı)
Apeshit — amerikalı müğənni Beyonce və amerikali reper Jay-Znin duetidir. Mahnıya klipi Ricky Saiz çəkmişdir. Klip Fransanın paytaxtı Paris şəhərindəki Luvr muzeyində çəkilmişdir.
Arcade (mahnı)
Arcade (azərb. Arkada‎) — Niderlandın 2019 Avroviziya Mahnı Müsabiqəsindəki mahnısı. Dankan Lourens "Arcade" mahnısı ilə Niderlandı İsrailin Tel-Əviv şəhərində keçirilən Avroviziya 2019-da təmsil etmiş və nəticədə Niderlanda 5-ci Avroviziya qələbəsini qazandırmışdır. Mahnı Dankan de Mur, Coel Syöö və Vuter Hardi tərəfindən bəstələnmişdir.
Artsak (mahnı)
Artsak (erm. Արցախ) — Ermənistan bəstəkarı Ara Gevorkyanın 1999-cu ildə "Ani" albomunda yayımlanmış instrumanetal xalq musiqisi. Yayımlanmasından qısa müddət sonra, mahnı Ermənistanda məşhurlaşmışdır. Musiqi kompozisiyasında Fikrət Əmirovun Hüseyn Cavidin "Şeyx Sənan" dram əsərinin tamaşası əsaında çəkilmiş "Kor Ərəbin mahnısı" filmi üçün bəstələdiyi 4 dəqiqə 16-saniyyəlik mahnının ilk və son parçalarından istifadə olunur (melodiyanın 4-dəfə sürətləndirilmiş şəkli oranjman edilib, 25-50-ci saniyyələrində və 03:05-03:55-ci saniyyələrində). Musiqi bir çox mədəni, idman və siyasi mərasimlərdə istifadə edilmişdir. Dünyanın müxtəlif ölkələrindən fiqurlu konkisürənlər, gimnastlar və digər idmançılar da dəfələrlə bu musiqiyə müraciət etmişlər. == İdmanda istifadəsi == == Digər == Ermənistan Pan-Armenian Oyunları Rusiya Pervıy kanalda yayımlanan "Buz dövrü" adlı televiziya şousunda müğənni Aleksandra Savaleva və Rusiyada doğulmuş İsrail fiqurlu konkisürəni Sergey Saxnovski bu musiqinin sədaları altında çıxış etmişlər. ABŞ 2017-ci ildə National Geographic Channel tərəfindən çəkilmiş “Hidden Cities Revealed: Baku” sənədli filmində (43-44-cü dəq.) istifadə edilib. == Qalmaqal == 2007-ci ildə Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu "Artsak" mahnısında Azərbaycan musiqisindən istifadə edilməsini bildirmişdir. Ara Gevorkyan bu iddiaya cavab verərək, mübahisənin Rusiyanın Pervıy kanalında yayımlanan "Lednikoviy period" teleşousunun epizodlarından birində baş vermiş qarışıqlıqla əlaqəli olduğunu bildirmişdir.
Aviation (mahnı)
"Aviation" – The Last Shadow Puppets qrupunun ikinci studiya albomu olan Everything You've Come to Expect-dən üçüncü sinql. 16 mart 2016-cı ildə Domino Records tərəfindən buraxılıb. == Mahnı klipi == Klipdə Törner və Keyn çimərlikdə çuxur qazırlar, onlar torpağı qazarkən bir kişi və gəlin paltarı geyinmiş qadın maşından düşüb onlara yaxınlaşır. Keyn birdən qayıdıb kişini öpür ki, bu da onların arasında dava olmasına səbəb olur. Bu vaxt qadın sahilə qaçır, Törner və Keyn isə kişinin adamları tərəfindən torpağa basdırılır. Klipin sonrası "Everything You've Come to Expect" mahnısında göstərilir. Video Malibudakı Point Dume-də çəkilib və rejissoru Saam Farahmanddır. Klip 16 mm ilə çəkilib, Chung Chung-hoon, videonun vizual keyfiyyətini təmin edərək, çəkilişlər üzrə rejissor vəzifəsini icra etdi.
Aya (mahnı)
Azərbaycan (mahnı)
Azərbaycan — Cənubi Qafqazda dövlət. Həmçinin aşağıdakı mənalara da gələ bilər: == Coğrafiya == Azərbaycan SSR — ZSFSR (1920–1936) və SSRİ (1936–1991) tərkibində mövcud olmuş sovet respublikası. Azərbaycan Xalq Cümhuriyyəti — 1918–1920-ci illərdə mövcud olmuş müstəqil Azərbaycan dövləti. Qərbi Azərbaycan — tarixi Azərbaycan, indiki Ermənistan ərazisi. Cənubi Azərbaycan — İranın şimal-qərbində tarixi bölgə. Şərqi Azərbaycan ostanı — müasir İranın şimal-qərbində yerləşən ostan. Qərbi Azərbaycan ostanı — müasir İranın şimal-qərbində yerləşən ostan. Azərbaycan Milli Hökuməti — Cənubi Azərbaycan ərazisində de-fakto müstəqil dövlət (1945–1946). Azərbaycan (tarixi ərazi) — tarixi Azərbaycan ərazisi. Azərbaycan (toponim) — müxtəlif dövrlərdə müxtəlif ərazilər və hal-hazırda müasir Azərbaycan Respublikası üçün istifadə edilən toponim.
Bad (mahnı)
Bad — Maykl Cekson tərəfindən ifa olunmuş mahnıdır. Epic Records tərəfindən 1987-ci ilin sentyabrında satışa çıxarılmış mahnı Ceksonun eyni adlı albomundan olan ikinci sinqldır. Mahnının sözləri və musiqisi Cekson tərəfindən yazılmışdır. Prodüser kimi Kuinsi Cons və Maykl Cekson çalışmışdır. Cekson mahnını yazarkən real həyat hadisələrindən təsirləndiyini qeyd etmişdir. Ümumilikdə “Bad” müasir musiqi tənqidçiləri tərəfindən yaxşı qəbul edilmiş, bəzi tənqidçilər isə, bu mahnının Maykl Ceksonun yaradıcılığının “Bad” dövründə kəskin səhnə imicinin formalaşdırılmasında mühüm rol oynadığını qeyd etmişlər. Billboard Hot 100 hit paradında birinci yerə yüksəlmiş mahnı, mövqeyini iki həftə qorumaqla Maykl Ceksonun bu hit paradın zirvəsinə qalxmış ikinci sinqlı olmuş, ümumilikdə isə hit paradlarda birinciliyə yüksəlmiş yeddinci mahnısı olmuşdur. Beynəlxalq miqyasda da mahnı yaxşı gəlir gətirmiş, on bir ölkədə top onluğa, həmçinin, Birləşmiş Krallıq, Fransa, İtaliya, Norveç, İsveçrə və İsveç hit paradlarında ilk beşliyə daxil olmuşdur. Niderland və Avropa hit paradlarında isə mahnı birinciliyə yüksəlmişdir. Martin Skorsisin rejissorluğu ilə çəkilmiş Bad musiqi videosunda o zaman hələ kəşf edilməmiş Uisli Snayps ilk rollarından birini canlandırmışdır.
Bayatılar (mahnı)
Bayatılar — musiqisi Eldar Mansurov tərəfindən 1988-ci ildə yazılmış, sözləri Vahid Əzizin olan mahnıdır. Vahid Əzizin bu şeiri 1985-ci ildə "Əllərimin kölgəsi" kitabında çap olunub. Şair Vahid Əziz bəstəkar Eldar Mansurovun xahişi ilə şeirə mahnı üçün yeni bənd əlavə edib. Mahnı ilk dəfə 1989-cu ildə Brilliant Dadaşova tərəfindən ifa edilərək lentə alınmışdır. == Digər versiyaları == Mahnı Brilliant Dadaşovadan sonra dünyanın bir çox dillərində və ən müxtəlif ölkələrdən olan ifaçılar tərəfindən müxtəlif adlarla ifa edilmişdir. Həmin ifaçılar (Aşqabad qrupu istisna olmaqla) mahnının musiqisini saxlasalar da adını və sözlərini dəyişərək ifa etmişlər. Azərbaycanda isə bu mahnını müxtəlif illərdə müğənnilərdən İlqar Muradov (1989) və Faiq Ağayev (1996), skripkada isə Natiq Nuriyev (1989) və Kazbek Əliyev (1995) ifa ediblər.
Believe (mahnı)
Believe — Rusiyani 2008 Avroviziya Mahnı Müsabiqəsində təmsil edən mahnıdır. 2008 Avroviziya Mahnı Müsabiqəsində ifa etdiyi "Believe" ("İnan") mahnısı ilə 26 yaşlı Dima Bilan Avroviziya Mahnı Müsabiqəsində 272 xal toplayaraq qalib gəldı.
Ben (mahnı)
Ben — Volter Şarf və Don Blek tərəfindən yazılmış və Maykl Cekson tərəfindən 1972–ci ildə Motown leyblı üçün ifa edilmiş mahnı. Mövzusu 1972–ci ildə çəkilmiş eyniadlı filmdən götürülən mahnının çıxışından bir həftə sonra Billboard Hot 100-də zirvəyə yüksəlmişdir. Mahnı həmçinin Avstraliya hit paradında da birinci yerə yüksəlmiş və səkkiz həftə birinciliyini qorumuşdur. Britaniya hit paradında isə mahnı ilk yeddiliyə qədər yeksələ bilmişdir. == Haqqında == Əslində Donni Osmondun ifası üçün yazılmış mahnı, Osmondun o zaman konsert turunda olması səbəbiylə Maykl Ceksona verilmişdir. Cekson o zaman hər nə qədər gənc olsa da, artıq onun bir sinqlı ("I Want You Back" "The Jackson 5"la birgə 1970–ci ildə ifa edilmiş mahnı) hit paradlarda birinciliyə yüksəlmişdi. "Ben" Maykl Ceksonu on dörd yaşında hit paradlarda birinciliyə yüksəlmiş üçüncü gənc müğənni kimi tarixə saldı. Ondan əvvəl yalnız Stivi Uander "Fingertips, Pt. 2" mahnısı və Donny Osmond 1971–ci ildə "Go Away Little Girl" mahnısı ilə birinciliyə yüksəlmişdi. Mahnı, həm də Ceksonun ən çox satılan mahnılarından olmaqla, The Jackson 5 Anthology, The Best of Michael Jackson, Michael Jackson Anthology, Jackson 5: The Ultimate Collection, The Essential Michael Jackson, Michael Jackson: The Ultimate Collection, Hello World: The Motown Solo Collection, The Definitive Collection, Number Ones və King Of Pop albomlarında satışa çıxarılmışdır.
Bilmədim (mahnı)
Chameleon (mahnı)
Chameleon (azərb. Buqələmun‎) — Maltanın 2019 Avroviziya Mahnı Müsabiqəsindəki mahnısı. Mikela Paç "Chameleon" mahnısı ilə Maltanı İsrailin Tel-Əviv şəhərində keçirilən Avroviziya 2019-da təmsil etmişdir. Mahnı Yoakim Persson, Paula Vinqer, Borislav Milanov və Yohan Alkaenas tərəfindən bəstələnmişdir.
Courage (mahnı)
Courage (azərb. Cəsarət‎) – Haruka Tomatsu tərəfindən ifa olunmuş sinql. 3 dekabr 2014-cü ildə CD + DVD formatında buraxılmışdır. Mahnı "Sword Art Online II" anime serialının 15-24-cü seriyalarının açılış mahnısı olmuşdur. Haruka Tomatsu həmçinin Asuna personajının seyyusudur.
Cücələrim (mahnı)
Cücələrim — uşaq mahnısı. == Haqqında == "Cücələrim"in qəribə taleyi olub. Mahnı yazılandan düz 10 il sonra məşhurlaşıb. 1949-cu ildə bəstəkar Qəmbər Hüseynli şair Tofiq Mütəllibova bir musiqi dinlədir və ondan xahiş edir ki, buna söz yazsın. O dönəmlər uşaq şeirləri yazan Tofiq Mütəllibov musiqiyə söz yazıb verir Qəmbər Hüseynliyə. Mahnının ilk ifaçısı, deyilənə görə, indi Muğam Teatrının direktoru çalışan Arif Qazıyev olur. Mahnının ulduzu düz 10 il sonra parlayır. 1959-cu ildə Moskvada keçirilən Azərbaycan incəsənəti dekadasında "Cücələrim"i indi hamımızın tanıdığı aktrisa və rəssam-florist Suqra Bağırzadə oxuyur. Mahnı "ura "yla qarşılanır və tezliklə dillər əzbərinə çevrilir, sovetlər məkanını aşaraq bütün dünyaya yayılır. Müxtəlif dillərə (100-dən çox dilə !) çevrilir.
Dangerous (mahnı)
Dangerous – Maykl Ceksonun 1991-ci ildə çıxardığı eyniadlı albomuna daxil olan mahnı. Həmin albom Maykl Ceksonun səkkizinci solo studio albomudur. Müəllifləri Maykl Cekson Bill Bottrell və Teddy Riley olan mahnı albomdan çıxarılacaq onuncu sinql kimi düşünülmüşdü. Lakin 1993–cü ildə Maykl Ceksona qarşı uydurma uşaqbazlıq iddianaməsi kompaniyasından sonra bu planlar təxirə salındı. Həmçinin Ceksonun albomdan çıxardığı digər sinqlların da hit parad taleyi o qədər də parlaq olmadı. Dangerous albomu satışa çıxarıldıqdan sonra bir çox mütəxəssislər eyniadlı mahnının sinql kimi ayrıca satışa çıxarıldığı halda böyük uğur qazanacağını söyləyirdilər. Həqiqətən də mahnı dinləyicilər arasında çox böyük sevgi qazandı. Jackson mahnını axırıncı dünya turnesi olan və 1996 – 1997-ci illəri əhatə edən HIStory World Tour zamanı dəfələrlə canlı şəkildə ifa etdi. 1994 – cü ildə Ceksonun Dangerousu Crystal Cartierdən oğurlaması haqqında iddialar ortaya çıxdı. Lakin hakim ədalətlə qərar verdi və tutarlı dəllilərin olmamasını əsas gətirərək Crystal Cartierin iddiasını rədd etdi.
Deli (mahnı)
Deli — Türkiyəni 2008 Avroviziya Mahnı Müsabiqəsində təmsil edən mahnı. Bu mahnı ilə Türkiyə Avroviziyada 43 ölkə arasında 7-ci oldu. Mahnını rok qrupu olan Mor ve Ötesi ifa edirdi. Mahnının sözləri də bu qrupa məxsus idi.
Despacito (mahnı)
Despasito — Puerto-Rikolu müğənni Luis Fonsi, Daddy Yankeenin duetidir. Despasito ispancadan "yavaşca, sakitcə" kimi tərcümə olunur. 12 yanvar 2017-ci ildə işıq üzü görən mahnı YouTubeda ən çox izlənilən videodur. Mahnı Billboard Music Awards, American Music Awards, Latin Grammy Awards kimi mükafatlara layiq görülmüşdür.
Deutschland (mahnı)
Deutschland (alman dilindən – «Almaniya») — Almaniya rok musiqi qrupu olan "Rammstein" mahnısı. Mahnı musiqi qrupunun gözlənilən adsız yeddinci studiya albomunun baş sinqlıdır. Bu, musiqi qrupunun 2012-ci ildə çıxardığı "Mein Herz brennt" mahnısından sonra çıxardığı ilk mahnıdır. "Deutschland" mahnısı "Rammstein" musiqi qrupunun Almaniyada ən çox qulaq asılan mahnı tituluna qazanan ikinci mahnı olmuşdur. Birincisi 2009-cu ildə çıxarılan "Pussy" mahnısı idi. 26 mart 2019-cu ildə musiqi qrupunun rəsmi "YouTube" kanalında 35 saniyəlik bir promo videosu yayımlanmışdır. Bu videonun sonunda rum rəqəmləri ilə 28 mart 2019-cu il tarixi və "Deutschland" sözü görünür. İki gün sonra – 28 mart 2019-cu il tarixində mahnının klipi yayımlanır. Bu klipdə Roma imperiyasının qədim Almaniyaya hücumu, orta əsrlərdə Müqəddəs Roma imperiyası, Napoleon müharibələri, İkinci Dünya müharibəsi və Berlin divarı kimi Almaniya tarixindən müxtəlif hadisələr, eləcə də indiki dövr və gələcək nümayiş olunur. Klipin bir səhnəsində Nasist Almaniyasının bir həbs düşərgəsində ölüm hökmü ilə edam olunan məhbuslar nümayiş olunur.
Dollhouse (mahnı)
"Dollhouse" — amerikalı müğənni Melani Martinesin ilk sinqlı. Mahnı Martinesin 9 fevral 2014-cü ildə aparıcı sinqlı kimi buraxıldığı, özünün adını daşıyan ilk mini-albomunda (2014) səslənmişdir. "Dollhouse" daha sonra Martinesin debüt studiya albomu Cry Baby (2015)-də aparıcı sinql kimi yer almışdır. Bundan əlavə, mahnı ABC Family-də yayımlanan "Pretty Little Liars" teleserialının önizləməsində səsləndirilib. == Fon və kompozisiya == Məlum oldu ki, "Dollhouse" "Cry Baby" albomunun digər sinqlı olan "Sippy Cup"ın prekvelidir (əvvəl baş verənlər). Burada alkoqolik ana ərini və onun məşuqəsini öldürmək qərarına gəlir, öz qızına da əziyyət verir. Lirik olaraq, "Dollhouse" Martinesin fikrincə, "plastik divarın arxasında gizlənən" disfunksiyalı bir ailə haqqındadır. Martines onu da qeyd edib ki, "Dollhouse" insanların məşhurlara və onların mükəmməl görünən ictimai həyatlarına baxışlarının metaforasıdır. == Mahnı klipi == Mahnının klipinin rejissorluğunu Nathan Skial və Tom McNamara edib və 9 fevral 2014-cü ildə Martinesin YouTube kanalına yüklənmişdir. Video kiçik bir qızın kukla evində gəlincikləri ilə oynaması ilə başlayır.
Duy (mahnı)
Formidable (mahnı)
Formidable Belçikalı müğənni Stromaenin mahnısı. Mahnı 2013 ildə iyunun 4 yayımlanmışdır və Racine Carrée albomunun sayca ikinci mahnısı sayılır. Fransa musiqi çartlarında birinci yerə çıxmışdır. Bu mahnı Stromaenin 2009-cu ildə yayımlanan "Alors on dance" mahnısından snora ən uğurlu mahnısıdır. == Mahnı videosu == 21 may 2013-cü ildə YouTube'da Stromaenin içkili halda olan həvəskar videosu yayımlandı. Video Brüsseldə "Louise/Louiza" metro stansiyasında çəkilmişdir. Videoda həmçinin insanlar Stromae və onunla birlikdə üç polisin şəklini də çəkir.
"What if?" (Dinə Qaripova mahnısı)
...Və uşaqlar mahnı oxuyurdular (film, 1987)
1956 Avroviziya Mahnı Müsabiqəsi
Avroviziya Mahnı Müsabiqəsi ilk dəfə 1956-cı ildə mayın 24-ü İsveçrənin Luqano şəhərində keçirilib. Müsabiqənin aparıcısı Loenqrin Filipello olmuşdur. Müsabiqədə 7 ölkə iştirak etmişdir. Müsabiqənin qalibi isə İsveçrəni təmsil edən Liz Assianın oxuduğu Refrain adlı mahnı olmuşdur. Müsabiqənin keçirildiyi zalda kamera olmasına baxmayaraq müsabiqə bir radio proqramını xatırladırdı. Bunun səbəbi o vaxtlar avropalıların çoxunun televizorunun olmaması idi. Bu müsabiqə ondan sonra keçirilən müsabiqələrdən bir çox cəhətdən fərqlənirdi. Belə ki 1956-cı il müsabiqəsində hər ölkə iki mahnı ilə təmsil olunurdu, səsvermə gizli keçirilirdi. Yalnız bir aparıcı var idi. Müsabiqənin tam lent yazısı indiki dövrə gəlib çıxmayıb.
1957 Avroviziya Mahnı Müsabiqəsi
1957 Avroviziya Mahnı Müsabiqəsi — ikinci Avroviziya Mahnı Müsabiqəsidir. Müsabiqə 3 mart 1957-ci ildə Almaniyanın Frankfurt şəhərində təşkil edilmişdir. Bu müsabiqə də ilk Avroviziya Mahnı Müsabiqəsi kimi radio verilişinə bənzəyirdi. Müsabiqədə İtaliya təmsilçisinin ifa etdiyi mahnının 5 dəqiqədən artıq, Böyük Britaniya təmsilçisinin ifa etdiyi mahnının isə cəmi 1 dəqiqə 30 saniyə olması bundan sonrakı müsabiqələrdə mahnılar üçün 3 dəqiqəlik limitin müəyyənləşdirilməsinə gətirib çıxarmışdır. 1957-ci ildə keçirilən Avroviziya Mahnı Müsabiqəsinin qalibi isə Niderland təmsilçisi olmuşdur. == Keçirilən yer == Adətən Frankfurt adlandırılan Frankfurt Mayn şəhəri Mayn çayının hər iki sahilində, Taynus dağının cənub-qərb yamacında yerləşir. Frankfurt-Mayn Hessen federasiyasının ən böyük şəhəridir. Şəhərin cənub hissəsinə Almaniyanın şəhərlərindəki ən böyük meşə olan Frankfurt şəhər meşəsi aiddir. Frankfurtun şəhər mərkəzi Mayn çayının şimal tərəfində yerləşir. Frankfurtun İkinci dünya müharibəsində bombalanmasından sonra Frankfurt özünü Avropanın ən nüfuzlu maliyyə mərkəzlərindən birinə çevirdi.
1958 Avroviziya Mahnı Müsabiqəsi
1958 Avroviziya Mahnı Müsabiqəsi (ing. Eurovision Song Contest 1958; fr. Concours Eurovision de la chanson 1958) — 3-cü Avroviziya Mahnı Müsabiqəsidir. Kori Brokkenin "Net als toen" mahnısı ilə 1957 Avroviziya Mahnı Müsabiqəsində qələbə qazanmasının ardınca 1958-ci ildə Niderland müsabiqəyə ev sahibliyi etmək hüququ qazanmışdı. Müsabiqə ölkənin Hilversum şəhərində AVRO Studiosda keçirilmişdir. Müsabiqənin 1958-ci ilin 12 mart tarixində baş tutmuşdur.
1959 Avroviziya Mahnı Müsabiqəsi
1959 Avroviziya Mahnı Müsabiqəsi (ing. Eurovision Song Contest 1959; fr. Concours Eurovision de la chanson 1959) — 4-cü Avroviziya Mahnı Müsabiqəsidir. Andre Klavyönün "Dors, Mon Amour" mahnısı ilə 1958 Avroviziya Mahnı Müsabiqəsində qələbə qazanmasının ardınca 1959-cu ildə Fransa müsabiqəyə ev sahibliyi etmək hüququ qazanmışdı. Müsabiqə ölkənin Kann şəhərində Palais Des Festivals-da keçirilmişdir. Müsabiqə 1959-cu ilin 11 mart tarixində baş tutmuşdur.
1960 Avroviziya Mahnı Müsabiqəsi
1960 Avroviziya Mahnı Müsabiqəsi (ing. Eurovision Song Contest 1960; fr. Concours Eurovision de la chanson 1960) — 5-ci Avroviziya Mahnı Müsabiqəsidir. Teddi Sxoltenin ifa etdiyi "Een Beetje" mahnısı ilə 1959 Avroviziya Mahnı Müsabiqəsində qələbə qazanmasının ardınca 1960-cı ildə müsabiqəyə ev sahibliyi etmək hüququ əldə edən Niderland, daha bir il öncə müsabiqəyə ev sahibliyi etdiyini səbəb göstərərək Avroviziya 1960-a ev sahibliyi etməkdən imtina etmişdir. Rəsmi açıqlamanın ardından müsabiqəyə ev sahibliyi hüququ Avroviziya 1959-da ikinci yeri qazanan Böyük Britaniyaya keçmişdir. Müsabiqə ölkənin paytaxtı London şəhərində Royal Festival Hall-da keçirilmişdir. Müsabiqə 1960-cı ilin 29 mart tarixində baş tutmuşdur. Fransanı müsabiqədə təmsil edən Jakline Boye Tom Pillibi adlı mahnı ilə müsabiqənin qalibi olmuşdur.
1961 Avroviziya Mahnı Müsabiqəsi
'1961 Avroviziya Mahnı Müsabiqəsi (ing. Eurovision Song Contest 1961; fr. Concours Eurovision de la chanson 1961) — 6-cı Avroviziya Mahnı Müsabiqəsidir. Jaklin Boyenin ifa etdiyi "Tom Pillibi" mahnısı ilə 1960 Avroviziya Mahnı Müsabiqəsində qələbə qazanmasının ardınca 1961-ci ildə Fransa müsabiqəyə ikinci dəfə ev sahibliyi etmək hüququ qazanmışdı. Müsabiqə ölkənin Kann şəhərində Festival və konqresslər sarayında keçirilmişdir. Müsabiqə 1961-ci ilin 18 mart tarixində baş tutmuşdur. Lüksemburqu müsabiqədə təmsil edən Jan-Klod Paskal Nous les amoureux adlı mahnı ilə müsabiqənin qalibi olmuşdur.
1962 Avroviziya Mahnı Müsabiqəsi
1962 Avroviziya Mahnı Müsabiqəsi (ing. Eurovision Song Contest 1962; fr. Concours Eurovision de la chanson 1962) — 7-ci Avroviziya Mahnı Müsabiqəsidir. Jan-Klod Paskalın ifa etdiyi Nous Les Amoureux mahnısı ilə 1961 Avroviziya Mahnı Müsabiqəsində qələbə qazanmasının ardınca 1962-ci ildə Lüksemburq müsabiqəyə ev sahibliyi etmək hüququ qazanmışdı. Müsabiqə ölkənin paytaxtı Lüksemburq şəhərində Villa Luvinyidə keçirilmişdir. Müsabiqə 1962-ci ilin 18 mart tarixində baş tutmuşdur. Fransanı müsabiqədə təmsil edən İzabel Obre ifa etdiyi "Un Premier Amour" adlı mahnı ilə müsabiqənin qalibi olmuşdur. Bu Fransanın Avroviziyada 7 ildə üçüncü qalibiyyəti idi.
1963 Avroviziya Mahnı Müsabiqəsi
1963 Avroviziya Mahnı Müsabiqəsi (ing. Eurovision Song Contest 1963; fr. Concours Eurovision de la chanson 1963) — sayca 8-ci Avroviziya Mahnı Müsabiqəsidir. İzabel Obrenin ifa etdiyi Un Premier Amour mahnısı ilə 1962 Avroviziya Mahnı Müsabiqəsində qələbə qazanmasının ardınca qələbə qazanmasının ardınca Avroviziyaya üçüncü dəfə ev sahibliyi etmək hüququ əldə edən Fransa, maliyyə problemlərini səbəb göstərərək Avroviziya 1963-ə ev sahibliyi etməkdən imtina etmişdir. Müsabiqəyə ev sahibliyini Böyük Britaniya ikinci dəfə öz üzərinə götürmüşdür. Beləliklə Avroviziya 1963 Böyük Britaniyanın paytaxtı London şəhərində BBC televiziya mərkəzində keçirilmişdir. Müsabiqə 1963-cü ilin 23 mart tarixində baş tutmuşdur. Müsabiqədə Danimarka təmsilçiləri Qrete və Yörqen İnqmann dueti ifa etdikləri "Dansevise" adlı mahnı ilə qalib gəlmişdir. Səsvermələrdə son ölkə olan Norveçin səsləri əvvəl səhv açıqlanmışdır və İsveçrə qalib olmuşdur. Lakin aparıcı bu səhvini hiss etmiş və Norveç münsifi səsləri təkrar oxumuşdur.
1964 Avroviziya Mahnı Müsabiqəsi
1964 Avroviziya Mahnı Müsabiqəsi (ing. Eurovision Song Contest 1964; fr. Concours Eurovision de la chanson 1964) — sayca 9-cu Avroviziya Mahnı Müsabiqəsidir. Qrete İnqmann və Yörqen İnqmann duetinin ifa etdikləri "Dansevise" adlı mahnı ilə 1963 Avroviziya Mahnı Müsabiqəsində qələbə qazanan Danimarka 1964-cü ildə müsabiqəyə ev sahibliyi etmək hüququ qazanmışdı. Müsabiqə ölkənin paytaxtı Kopenhagen şəhərində Tivolis konsert zalında keçirilmişdir. Müsabiqə 1964-cü ilin 21 mart tarixində baş tutmuşdur. 1964-cü ildə Portuqaliya Avroviziyaya ilk dəfə qoşuldu və İsveç isə müsabiqədə iştirakdan imtina etdi. 16 ölkənin iştirak etdiyi müsabiqədə İtaliya təmsilçisi Cilyola Çinkvetti ifa etdiyi "Non ho l'età" mahnısı ilə ən çox səs toplayaraq, Avroviziya 1964-ün qalibi olmuşdur. Bu İtaliyanın Avroviziyada ilk qalibiyyəti idi. == Format == === İtən kasetlər === Müsabiqənin lent yazısı günümüzə qədər gəlib çıxmamışdır.
1965 Avroviziya Mahnı Müsabiqəsi
1965 Avroviziya Mahnı Müsabiqəsi (ing. Eurovision Song Contest 1965; fr. Concours Eurovision de la chanson 1965) — sayca 10-cu Avroviziya Mahnı Müsabiqəsidir. Cilyola Çinkvettenin ifa etdiyi "Non ho l'età" adlı mahnı ilə 1964 Avroviziya Mahnı Müsabiqəsində qələbə qazanan İtaliya 1965-ci ildə müsabiqəyə ev sahibliyi etmək hüququ qazanmışdı. Müsabiqə ölkənin Neapol şəhərində RAI konsert zalında keçirilmişdir. Müsabiqə 1965-ci ilin 20 mart tarixində baş tutmuşdur. 1965-ci ildə İrlandiya Avroviziyaya ilk dəfə qoşuldu və İsveç isə bir illik fasilədən sonra müsabiqəyə geri döndü. 18 ölkənin iştirak etdiyi müsabiqədə Lüksemburq təmsilçisi Frans Qall ifa etdiyi "Poupée de cire, poupée de son" mahnısı ilə ən çox səs toplayaraq, Avroviziya 1965-in qalibi olmuşdur. Bu Lüksemburqun Avroviziyada ikinci qalibiyyəti idi.
1966 Avroviziya Mahnı Müsabiqəsi
1966 Avroviziya Mahnı Müsabiqəsi (ing. Eurovision Song Contest 1966; fr. Concours Eurovision de la chanson 1966) — sayca 11-ci Avroviziya Mahnı Müsabiqəsidir. Frans Qallın ifa etdiyi "Poupée de cire, poupée de son" mahnısı ilə 1965 Avroviziya Mahnı Müsabiqəsində qələbə qazanmasının ardınca 1966-cı ildə Lüksemburq müsabiqəyə ikinci dəfə ev sahibliyi etmək hüququ qazanmışdı. Müsabiqə ölkənin paytaxtı Lüksemburq şəhərində Villa Luvinyidə keçirilmişdir. Müsabiqə 1966-cı ilin 5 mart tarixində baş tutmuşdur. 18 ölkənin iştirak etdiyi müsabiqədə Avstriya təmsilçisi Udo Yürqens ifa etdiyi "Merci, Chérie" mahnısı ilə ən çox səs toplayaraq, Avroviziya 1966-nın qalibi olmuşdur. Müsabiqədə artıq üçüncü dəfə ölkəsini təmsil edən Udo Yürqens Avstriyaya Avroviziyada ilk qalibiyyətini yaşatmışdı.
1977 Avroviziya Mahnı Müsabiqəsi
1977 Avroviziya Mahnı Müsabiqəsi (ing. Eurovision Song Contest 1977; fr. Concours Eurovision de la chanson 1977) — sayca 22-ci Avroviziya Mahnı Müsabiqəsidir. Brotherhood of Man qrupunun ifa etdiyi "Save Your Kisses for Me" mahnısı ilə 1976 Avroviziya Mahnı Müsabiqəsində qələbə qazanmasının ardınca 1977-ci ildə Böyük Britaniya müsabiqəyə altıncı dəfə ev sahibliyi etmək hüququ qazanmışdı. Müsabiqə ölkənin paytaxtı London şəhərində Wembley Conference Center arenasında keçirilmişdir. Müsabiqə 1977-ci ilin 7 may tarixində baş tutmuşdur. 1977-ci ildə bir illik fasilədən sonra İsveç müsabiqəyə geri dönmüşdür. Yuqoslaviya isə maliyyə problemlərini səbəb göstərərək, müsabiqədən iştirakdan imtina etmişdir. Ümumilikdə 18 ölkənin iştirak etdiyi müsabiqədə Fransa təmsilçisi Mari Miriam ifa etdiyi "L'oiseau et l'enfant" adlı mahnı qalib gəlmişdir. Bu Fransanın Avroviziyada 22 ildə beşinci qalibiyyəti idi.
1978 Avroviziya Mahnı Müsabiqəsi
1978 Avroviziya Mahnı Müsabiqəsi (ing. Eurovision Song Contest 1978; fr. Concours Eurovision de la chanson 1978) — sayca 23-cü Avroviziya Mahnı Müsabiqəsidir. Mari Miriamın ifa etdiyi "L'oiseau et l'enfant" mahnısı ilə 1977 Avroviziya Mahnı Müsabiqəsində qələbə qazanmasının ardınca 1978-ci ildə Fransa müsabiqəyə üçüncü dəfə ev sahibliyi etmək hüququ qazanmışdı. Müsabiqə ölkənin paytaxtı Paris şəhərində "Palais des Congrès" sarayında keçirilmişdir. Müsabiqə 1978-ci ilin 22 aprel tarixində baş tutmuşdur. 1978-ci ildə on bir illik fasilədən sonra Danimarka və iki illik fasilədən sonra Türkiyə müsabiqəyə geri dönmüşdür. Bu Yunanıstan ilə Türkiyənin birlikdə iştirak etdiyi ilk Avroviziya idi. Müsabiqədə ümumilikdə 20 ölkə iştirak etmişdir və bu 23 illik müsabiqə tarixində ən yüksək göstərici idi. Avroviziya 1978-də İsrail təmsilçiləri İzhar Kohen və The Alphabeta qrupu ifa etdikləri "A-Ba-Ni-Bi" adlı mahnı qalib gəlmişdir.
1979 Avroviziya Mahnı Müsabiqəsi
1979 Avroviziya Mahnı Müsabiqəsi (ing. Eurovision Song Contest 1979; fr. Concours Eurovision de la chanson 1979) — sayca 24-cü Avroviziya Mahnı Müsabiqəsidir. İzhar Kohen və The Alphabeta qrupunun ifa etdikləri "A-Ba-Ni-Bi" mahnısı ilə 1978 Avroviziya Mahnı Müsabiqəsində qələbə qazanmasının ardınca 1979-cu ildə İsrail müsabiqəyə ilk dəfə ev sahibliyi etmək hüququ qazanmışdı. Müsabiqə ölkənin paytaxtı Qüds şəhərində Beynəlxalq Konvensiya mərkəzində keçirilmişdir. Müsabiqə 1979-cu ilin 31 mart tarixində baş tutmuşdur. Türkiyə Qüdsdə keçirilən müsabiqədə iştirak etməyə hazırlaşsa da, ərəb ölkələrinin basqısı ilə Türkiyə Radio Televiziya Qurumu iştirakdan imtina etmişdir. Türkiyəni müsabiqədə 11-ci nömrə altında Mariya Rita Epik və 21. Peron rok qrupu "Seviyorum" mahnısı ilə təmsil etməli idi. Lakin Türkiyə 20 il sonra İsrailin paytaxtı Qüdsdə keçirilən 1999 Avroviziya Mahnı Müsabiqəsində iştirak etmişdir.
1980 Avroviziya Mahnı Müsabiqəsi
1980 Avroviziya Mahnı Müsabiqəsi (ing. Eurovision Song Contest 1980; fr. Concours Eurovision de la chanson 1980) — sayca 25-ci Avroviziya Mahnı Müsabiqəsidir. 1979 Avroviziya Mahnı Müsabiqəsinin ev sahibi ölkəsi İsraili təmsil edən Qali Atari və Milk & Honey qrupunun ifa etdikləri "Hallelujah" mahnısı ilə müsabiqədə qələbə qazanmalarının ardınca 1980-ci ildə İsrail müsabiqəyə ikinci dəfə ev sahibliyi etmək hüququ qazanmışdı. Lakin İsrailin dövlət kanalı (IBA) iki il ard-arda Avroviziyanı təşkil etməyə kanalın maliyyə cəhətdən hazır olmadığını açıqlayaraq, ev sahibliyindən imtina etmişdir. 1980-ci ildə Avroviziyaya ev sahibliyini Niderland dördüncü dəfə öz üzərinə götürmüşdür. Müsabiqə ölkənin üçüncü ən böyük şəhəri olan Haaqada "Nederlands Congresgebouw" zalında keçirilmişdir. Müsabiqə 1980-ci ilin 19 aprel tarixində baş tutmuşdur. Avroviziya 1980-nin keçiriləcəyi tarix Avropa Yayımlar Birliyi tərəfindən elan edildiyi gün İsrail həmin müsabiqədə iştirakdan imtina etmişdir. Buna səbəb müsabiqənin keçirildiyi tarixin İsrailin müharibədə həlak olan əsgərləri və eyni zamanda terror qurbanlarını Anım günü ilə üst-üstə düşməsi idi.
1981 Avroviziya Mahnı Müsabiqəsi
1981 Avroviziya Mahnı Müsabiqəsi (ing. Eurovision Song Contest 1981; fr. Concours Eurovision de la chanson 1981) — sayca 26-cı Avroviziya Mahnı Müsabiqəsidir. Conni Loqanın ifa etdiyi "What's Another Year" mahnısı ilə 1980 Avroviziya Mahnı Müsabiqəsində qələbə qazanmasının ardınca 1981-ci ildə İrlandiya müsabiqəyə ikinci dəfə ev sahibliyi etmək hüququ qazanmışdı. Müsabiqə ölkənin paytaxtı Dublin şəhərində RDS Simmonscourt Pavilion-da keçirilmişdir. Müsabiqə 1981-ci ilin 4 aprel tarixində baş tutmuşdur. 1981-ci ildə Kipr adası Avroviziyaya ilk dəfə qoşulmuşdur. Eyni zamanda Yuqoslaviya dörd illik, İsrail isə bir illik fasilədən sonra müsabiqəyə geri dönmüşdür. İsrailin müsabiqəyə geri dönməsi ilə birlikdə Mərakeş etiraz olaraq müsabiqədə iştirakdan imtina etmiş və bir daha Avroviziyaya geri dönməmişdir. Eyni zamanda İtaliya son illərdə ölkədə müsabiqənin reytinqinin aşağı düşməsi səbəbi ilə Avroviziya 1981-də iştirak etməmişdir.
1982 Avroviziya Mahnı Müsabiqəsi
1982 Avroviziya Mahnı Müsabiqəsi (ing. Eurovision Song Contest 1982; fr. Concours Eurovision de la chanson 1982) — sayca 27-ci Avroviziya Mahnı Müsabiqəsidir. Bucks Fizz qrupunun ifa etdiyi "Making Your Mind Up" mahnısı ilə 1981 Avroviziya Mahnı Müsabiqəsində qələbə qazanmasının ardınca 1982-ci ildə Böyük Britaniya müsabiqəyə yeddinci dəfə ev sahibliyi etmək hüququ qazanmışdı. Müsabiqə Böyük Britaniyada yerləşən Harroqeyt kurortunda Harroqeyt Beynəlxalq mərkəzində keçirilmişdir. Müsabiqə 1982-ci ilin 24 aprel tarixində baş tutmuşdur. Müsabiqənin açılışında əvvəlcə Avropanın xəritəsi, daha sonra isə zalda müsabiqədə iştirak edən ölkələrin dilində "Where is Harrogate?" (Harroqeyt haradır?) yazıları görünmüşdür. Fransa son illərdə ölkədə müsabiqənin reytinqinin aşağı düşməsi səbəbi ilə Avroviziya 1982-də iştirakdan imtina etmişdir. Yunanıstan da ilk öncə iştirak etməyi planlaşdırsa da, daha sonra maliyyə çətinliklərini səbəb göstərərək iştirakdan imtina etmişdir. Ümumilikdə 18 ölkənin iştirak etdiyi müsabiqədə Almaniya təmsilçisi Nikol ifa etdiyi "Ein Bißchen Frieden" adlı mahnı ilə qalib gəlmişdir.
1990 Avroviziya Mahnı Müsabiqəsi
1990 Avroviziya Mahnı Müsabiqəsi (ing. Eurovision Song Contest 1990; fr. Concours Eurovision de la chanson 1990) — sayca 35-ci Avroviziya Mahnı Müsabiqəsidir. "Riva" qrupunun ifa etdiyi "Rock Me" mahnısı ilə 1989 Avroviziya Mahnı Müsabiqəsində qələbə qazanmasının ardınca 1990-cı ildə Yuqoslaviya ilk dəfə Avroviziyaya ev sahibliyi etmək hüququ qazanmışdı. Müsabiqə Xorvatiyanın paytaxtı Zaqreb şəhərində Vatroslav Lisinski konsert zalında keçirilmişdir. Müsabiqə 1990-cı ilin 5 may tarixində baş tutmuşdur. Ümumilikdə 22 ölkənin iştirak etdiyi müsabiqədə İtaliyanı təmsil edən dünya şöhrətli müğənni Toto Kutunyo ifa etdiyi "Insieme: 1992" adlı mahnı ilə müsabiqənin qalibi seçilmişdir. Bu sonuncu dəfə Avroviziyada 1964-cü ildə Cilyola Çinkvettinin təmsilində qalibiyyət əldə etmiş İtaliyanın müsabiqədə 26 il sonra ikinci qələbəsi idi. 1990-cı ildə Avroviziyada səslənilən mahnıların bir çoxunun sözləri mərkəzi və şərqi Avropada həmin illərdə yeni başlayan demokratik çevrilişlərə həsr olunmuşdu.
1991 Avroviziya Mahnı Müsabiqəsi
1991 Avroviziya Mahnı Müsabiqəsi (ing. Eurovision Song Contest 1991; fr. Concours Eurovision de la chanson 1991) — sayca 36-cı Avroviziya Mahnı Müsabiqəsidir. Dünya şöhrətli müğənni Toto Kutunyonun ifa etdiyi "Insieme: 1992" mahnısı ilə 1990 Avroviziya Mahnı Müsabiqəsində qələbə qazanmasının ardınca 1991-ci ildə İtaliya 26 il sonra ikinci dəfə Avroviziyaya ev sahibliyi etmək hüququ qazanmışdı. Müsabiqə İtaliyanın paytaxtı Roma şəhərində "Cinecittà" zalında keçirilmişdir. Avroviziya 1991-in aparıcıları müsabiqədə İtaliyaya qələbə qazandırmış Cilyola Çinkvetti və Toto Kutunyo idi. Müsabiqə 1991-ci ilin 4 may tarixində baş tutmuşdur. 1991-ci ildə Malta adası 15 illik fasilədən sonra müsabiqəyə geri dönmüşdür. Müsabiqənin keçirildiyi tarixin Niderlandın müharibədə həlak olan əsgərləri Anım günü ilə üst-üstə düşməsi səbəbindən Niderlandın Romada keçirilən müsabiqədə iştirakı baş tutmamışdır. Ümumilikdə 22 ölkənin iştirak etdiyi müsabiqədə İsveçi ikinci dəfə təmsil etmək hüququ qazanan Karola ifa etdiyi "Fångad av en stormvind" adlı mahnı ilə müsabiqənin qalibi seçilmişdir.
1992 Avroviziya Mahnı Müsabiqəsi
1992 Avroviziya Mahnı Müsabiqəsi (ing. Eurovision Song Contest 1992; fr. Concours Eurovision de la chanson 1992) — sayca 37-ci Avroviziya Mahnı Müsabiqəsidir. Karolanın ifa etdiyi "Fångad av en stormvind" adlı mahnı ilə 1991 Avroviziya Mahnı Müsabiqəsində qələbə qazanmasının ardınca 1992-ci ildə İsveç üçüncü dəfə Avroviziyaya ev sahibliyi etmək hüququ qazanmışdı. Müsabiqə İsveçin üçüncü ən böyük şəhəri olan Malmödə "Malmömässan" arenasında keçirilmişdir. Müsabiqə 1992-ci ilin 9 may tarixində baş tutmuşdur. 1992-ci ildə Niderland bir illik fasilədən sonra müsabiqəyə geri dönmüşdür. Ümumilikdə 23 ölkənin iştirak etdiyi müsabiqədə İrlandiyanı ikinci dəfə təmsil etmək hüququ qazanan Linda Martin ifa etdiyi "Why Me?" adlı mahnı ilə müsabiqənin qalibi seçilmişdir. Bu sonuncu dəfə Avroviziyada 1987-ci ildə Conni Loqanın təmsilində qalibiyyət əldə etmiş İrlandiyanın müsabiqədə ümumilikdə dördüncü qələbəsi idi. Avroviziya 1992 eyni zamanda daha sonra beş müstəqil dövlətlərə parçalanan Yuqoslaviyanın müsabiqədə son iştirakı ilə yadda qalmışdır.
1993 Avroviziya Mahnı Müsabiqəsi
1993 Avroviziya Mahnı Müsabiqəsi (ing. Eurovision Song Contest 1993; fr. Concours Eurovision de la chanson 1993) — sayca 38-ci Avroviziya Mahnı Müsabiqəsidir. Linda Martinin ifa etdiyi "Why Me?" adlı mahnı ilə 1992 Avroviziya Mahnı Müsabiqəsində qələbə qazanmasının ardınca 1993-cü ildə İrlandiya dördüncü dəfə Avroviziyaya ev sahibliyi etmək hüququ qazanmışdı. Müsabiqə İrlandiyanın Kork qraflığında yerləşən Milstrit şəhərində Green Glens Arenada keçirilmişdir. Müsabiqə 1993-cü ilin 15 may tarixində baş tutmuşdur. 1993-cü ildə Yuqoslaviya Sosialist Federativ Respublikasının parçalanmasının ardınca müstəqillik əldə edən Bosniya və Herseqovina, Sloveniya və Xorvatiya ilk dəfə Avroviziyaya qoşuldular. Həmin illərdə Avroviziyanın ildə cəmi bir gün keçirildiyinə görə müsabiqənin yayım vaxtı 25 ölkədən artıq iştirakçının olmasına şərait yaratmırdı. 1993-cü ildə müsabiqəyə ilk dəfə qoşulmaq istəyən ölkələrin çoxluğunu nəzərə alan Avropa Yayımlar Birliyi müsabiqədə iştirak üçün Sloveniyanın paytaxtı Lyublyanada "Kvalifikacija za Milstreet" adlı seçim turu təşkil etmişdir. 7 ölkənin iştirak etdiyi seçim turunda Bosniya və Herseqovina, Sloveniya və Xorvatiya ilk üçlükdə yer alaraq, Avroviziya 1993-də iştirak hüququ əldə etmişdirlər.
1994 Avroviziya Mahnı Müsabiqəsi
1994 Avroviziya Mahnı Müsabiqəsi (ing. Eurovision Song Contest 1994; fr. Concours Eurovision de la chanson 1994) — sayca 39-cu Avroviziya Mahnı Müsabiqəsidir. 1993 Avroviziya Mahnı Müsabiqəsinin ev sahibi ölkəsi İrlandiyanı təmsil edən Niv Kavana ifa etdiyi "In Your Eyes" adlı mahnı ilə müsabiqədə qələbə qazanmasının ardınca 1994-cü ildə İrlandiya ikinci il ard-arda və ümumilikdə isə beşinci dəfə Avroviziyaya ev sahibliyi etmək hüququ qazanmışdı. Müsabiqə İrlandiyanın paytaxtı Dublin şəhərində "Point Theatre" zalında keçirilmişdir. Müsabiqə 1994-cü ilin 30 aprel tarixində baş tutmuşdur. Avroviziya 1993-də son beşlikdə qərarlaşan Belçika, Danimarka, İsrail, Türkiyə və Sloveniya 1994-cü ildə müsabiqədən kənarlaşdırılmışdır. Müsabiqədən kənarlaşdırılan ölkələri Estoniya, Litva, Macarıstan, Polşa, Rumıniya, Rusiya və Slovakiya əvəz etmişdir. İtaliya və Lüksemburq isə könüllü şəkildə müsabiqədə iştirakdan imtina etmişdir. İtaliya bununla bağlı heç bir açıqlama verməsə də, Lüksemburqun dövlət kanalı müsabiqədə iştirakdan imtina etmələrinə əsas səbəbin son illərdəki aşağı nəticələr olduğunu açıqlamışdır.
Əsgər marşı (mahnı)
Yenilməz Batalyon (Teymurun Mahnısı) (mahnı)
Yenilməz Batalyon (Teymurun Mahnısı) - Azərbaycan musiqiçisi Qara Dərvişin National Pearls albomuna daxil olan mahnısı. == Mahnı haqqında == Mahnının sözləri Qılman İlkinə, bəstə Cahangir Cahangirova, aranjemanı isə Qara Dərvişə aiddir.