1977 Avroviziya Mahnı Müsabiqəsi (ing. Eurovision Song Contest 1977; fr. Concours Eurovision de la chanson 1977) — sayca 22-ci Avroviziya Mahnı Müsabiqəsidir. Brotherhood of Man qrupunun ifa etdiyi "Save Your Kisses for Me" mahnısı ilə 1976 Avroviziya Mahnı Müsabiqəsində qələbə qazanmasının ardınca 1977-ci ildə Böyük Britaniya müsabiqəyə altıncı dəfə ev sahibliyi etmək hüququ qazanmışdı. Müsabiqə ölkənin paytaxtı London şəhərində Wembley Conference Center arenasında keçirilmişdir. Müsabiqə 1977-ci ilin 7 may tarixində baş tutmuşdur.
1977 Avroviziya Mahnı Müsabiqəsi | |
---|---|
Final | 7 may 1977 |
Aparıcı(lar) | Ancela Rippon |
Kanal | BBC |
Keçirilən yer | Wembley Conference Center, London, Böyük Britaniya |
Qalib mahnı | Fransa "L'oiseau et l'enfant" |
Seçki sistemi | Hər bir ölkənin münsif heyəti bəyəndikləri on mahnıya 12, 10, 8, 7-1 xallar verirdi |
İştirakçıların sayı | 18 |
İlk dəfə iştirak edən ölkələr | Olmayıb |
Yenidən iştirak edən ölkələr | İsveç |
İştirakdan imtina edən ölkələr | Yuqoslaviya |
İştirakçı xəritəsi
İştirak edən ölkələr İştirakdan imtina edən ölkələr
| |
Avroviziya Mahnı Müsabiqəsi | |
◄ 1976 1978 ► |
1977-ci ildə bir illik fasilədən sonra İsveç müsabiqəyə geri dönmüşdür. Yuqoslaviya isə maliyyə problemlərini səbəb göstərərək, müsabiqədən iştirakdan imtina etmişdir. Ümumilikdə 18 ölkənin iştirak etdiyi müsabiqədə Fransa təmsilçisi Mari Miriam ifa etdiyi "L'oiseau et l'enfant" adlı mahnı qalib gəlmişdir. Bu Fransanın Avroviziyada 22 ildə beşinci qalibiyyəti idi.
№ | Ölkə | Dil | Müğənni(lər) | Mahnı | Azərbaycanca | Yer | Xal |
---|---|---|---|---|---|---|---|
01 | İrlandiya | İngiliscə | The Swarbriggs Plus Two | "It's Nice To Be In Love Again" | Yenidən sevmək gözəldir | 3 | 119 |
02 | Monako | Fransızca | Mişel Torr | "Une petite française" | Kiçik fransız qız | 4 | 96 |
03 | Niderland | Niderlandca | Heddi Lester | "De mallemolen" | Karusel | 12 | 35 |
04 | Avstriya | Almanca, İngiliscə | Schmetterlinge | "Boom Boom Boomerang" | Bum-bum Bumeranq | 17 | 11 |
05 | Norveç | Norveçcə | Anita Skorqan | "Casanova" | Kazanova | 14 | 18 |
06 | Almaniya | İngiliscə | Silver Convention | "Telegram" | Teleqram | 8 | 55 |
07 | Lüksemburq | Fransızca | Ann-Mari B. | "Frère Jacques" | Jak qardaş | 16 | 17 |
08 | Portuqaliya | Portuqalca | Os Amigos | "Portugal no coração" | Portuqaliya mənim qəlbimdədir | 14 | 18 |
09 | Böyük Britaniya | İngiliscə | Linsi De Pol və Mayk Moran | "Rock Bottom" | Ən dərində | 2 | 121 |
10 | Yunanıstan | Yunanca | Pasxalis, Marianna, Robert və Bessi | "Mathima Solfege" ("Μάθημα σολφέζ") |
Solfecio dərsi | 5 | 92 |
11 | İsrail | İvritcə | İlanit | "Ahava Hi Shir Lishnayim" ("אהבה היא שיר לשניים") |
Sevgi iki nəfər üçün nəğmədir | 11 | 49 |
12 | İsveçrə | Almanca | Pepe Lienhard Band | "Swiss Lady" | İsveçrəli xanım | 6 | 71 |
13 | İsveç | İsveçcə | Forbes | "Beatles" | Bitlz | 18 | 2 |
14 | İspaniya | İspanca | Miki | "Enséñame a cantar" | Mənə oxumağı öyrət | 9 | 52 |
15 | İtaliya | İtalyanca | Mia Martini | "Libera" | Azad | 13 | 32 |
16 | Finlandiya | Fincə | Monika Aspelund | "Lapponia" | Laplandiya | 10 | 50 |
17 | Belçika | İngiliscə | Dream Express | "A Million in One, Two, Three" | Milyon birdə, ikidə, üçdə | 7 | 69 |
18 | Fransa | Fransızca | Mari Miriam | "L'oiseau et l'enfant" | Quş və uşaq | 1 | 136 |