Deutschland (mahnı)

Deutschland (alman dilindən«Almaniya») — Almaniya rok musiqi qrupu olan "Rammstein" mahnısı. Mahnı musiqi qrupunun gözlənilən adsız yeddinci studiya albomunun baş sinqlıdır. Bu, musiqi qrupunun 2012-ci ildə çıxardığı "Mein Herz brennt" mahnısından sonra çıxardığı ilk mahnıdır. "Deutschland" mahnısı "Rammstein" musiqi qrupunun Almaniyada ən çox qulaq asılan mahnı tituluna qazanan ikinci mahnı olmuşdur. Birincisi 2009-cu ildə çıxarılan "Pussy" mahnısı idi.

"Deutschland"
Mahnının rəsmi afişası.
Mahnının rəsmi afişası.
Rammstein tərəfindən Rammstein[ing.] albomunda ifa olunmuş sinql
B tərəfi «Richard Z. Kruspe Remix»
Yayımlanma tarixi 28 mart 2019
Format sinql
Janr
Dil alman dili
Müddət 5:23
Prodüser
Sözlərin müəllifi
Leybl Vertigo[d], Capitol Records[d], Universal Music Group
Rammstein sinqllarının xronologiyası
"Mein Herz brennt"
(2012)
"Deutschland"
(2019)
"Radio"
(2019)
Audio nümunəsi
Mahnıdan 30 saniyəlik bir fraqment.

26 mart 2019-cu ildə musiqi qrupunun rəsmi "YouTube" kanalında 35 saniyəlik bir promo videosu yayımlanmışdır. Bu videonun sonunda rum rəqəmləri ilə 28 mart 2019-cu il tarixi və "Deutschland" sözü görünür. İki gün sonra – 28 mart 2019-cu il tarixində mahnının klipi yayımlanır. Bu klipdə Roma imperiyasının qədim Almaniyaya hücumu, orta əsrlərdə Müqəddəs Roma imperiyası, Napoleon müharibələri, İkinci Dünya müharibəsiBerlin divarı kimi Almaniya tarixindən müxtəlif hadisələr, eləcə də indiki dövr və gələcək nümayiş olunur. Klipin bir səhnəsində Nasist Almaniyasının bir həbs düşərgəsində ölüm hökmü ilə edam olunan məhbuslar nümayiş olunur. Bu səhnə Almaniya KİV-lərinin və yəhudi icmasının sərt tənqidlərinə məruz qalmışdır.

26 mart 2019-cu il tarixində "Rammstein" musiqi qrupunun rəsmi "YouTube" kanalında 35 saniyə uzunluğunda bir promo videosu yayımlanmışdır.[1][2] Çox keçmədən bu videonun izlənmə sayı 1.000.000-u keçmişdir.[3] Bu videoda musiqi qrupunun üzvləri Nasist Almaniyasının təsis etdiyi həbs düşərgələrinin birində ağ-qara zolaqlı məhbus forması geyinərək boyunlarından kəndir asılmış formada bir eşafotun üzərində dayanırlar. Onların birinin sinəsində sarı rəngli və altı guşəli bir ulduz var. Bu, Davud ulduzudur.[4][5] Videonun sonunda rum rəqəmləri ilə XXVIII. III. MMXIX – 28 mart 2019-cu il tarixi, eləcə də "Deutschland" sözü görünür.[3] İki gün sonra – 28 mart 2019-cu il tarixində Mərkəzi Avropa vaxtı ilə 18:00-da (Bakı saatı ilə 21:00) mahnının tam klipi yayımlanmışdır.[6][7] Klipin rejissoru Spekter Berlindir.[8]

Mahnının klipi Almaniya tarixindən dramatik, qəddar, zalım hadisələrin interpretasiyalarını nümayiş etdirir.[7] Dövrün hadisələri klipə sıx şəkildə yerləşdirilib. Səhnələrin əksəriyyətində musiqi qrupunun üzvləri ilə yanaşı qırmızı lazerlər də var. Bunun birləşmə zamanı istifadə olunan "qırmızı sap" metaforası olduğu ehtimal olunur. Doqquz dəqiqəlik bu klipdə çoxlu istinadlar və "pasxa yumurtaları" var.[9] Video boyunca Almaniyanın təcəssümü olan "Germaniya" rolunu canlandıran qaradərili bir qadın (Rubi Kommi)[10] ön plandadır.[11] "Germaniya" döyüşə hazırlıqla olan hərbi geyimli güclü bir qadın olaraq təsvir edilib. Onun geyimində Almaniya gerbi, eləcə Almaniya bayrağındakı qara-qırmızı-qızılı rəng kombinasiyası, başında isə bir tac var.[9]

"Deutschland" mahnısının klipindən bir kadr.

Klipin ilk saniyələrində səhnənin vaxtı və yeri – "Germania Magna, 16" göstərilir. Klipdə həmin səhnə Roma ordusunun əsgərlərinin alman xalqının və Almaniyanın personifikasiyası – "Germaniya" ilə qarşılaşmasıyla başlayır.[12] "Germaniya" ölü bir döyüşçünün başını kəsir və onu əlində alır. Bunu görən romalılar "Germaniya" personifikasiyasına hücum etməyə başlayır. Bir sıra publikasiyalar bu səhnənin Roma generalı Publi Kvintili Varın 36.000 nəfərdən ibarət ordusu ilə german tayfaları üzərinə yürüşü və germanların böyük qələbə əldə etdiyi Tevtoburq meşəsi döyüşü olduğunu iddia edir, halbuki həmin döyüş 9-cu ildə gerçəkləşmişdir. 16-cı ildə gerçəkləşən döyüş İdistavisa döyüşü idi. Bu döyüşdə Roma generalı Yuli Sezar Germanik 50.000 nəfərlik ordusuyla german tayfalarını məğlub etmişdir. Növbəti səhnədə kosmonavtların dəmir və şüşədən hazırlanmış bir tabutu daşıması, arxaplanda isə Birinci Dünya müharibəsiİkinci Dünya müharibəsində istifadə olunmuş "U-boat" sualtı qayıqları nümayiş olunur. Bu səhnədən sonra orta əsrlərdə cəngavərlər arasında baş verən bir döyüş nümayiş olunur. Bundan sonra Veymar Respublikası dövründə, bir kabaredə reallaşan və iştirakçıların əllərinə beşbarmaq taxdığı, "Germaniya" personifikasiyasının isə flepperlər geyinərək ofisiantlıq etdiyi bir boks müsabiqəsi nümayiş olunur. Növbəti səhnədə "Hindenburq" dirijablının qəzaya uğraması (1937-ci il) nümayiş olunur. Səhnələrin birində Almaniya Demokratik Respublikasının rəsmi vəzifəliləri nümayiş olunur. Burada Erix Honekker aydın şəkildə təsvir olunmuşdur. Həmin səhnənin arxaplanında Karl MarksVladimir Leninin büstləri, eləcə də ADR gerbi mövcuddur. Bu rəsmi vəzifəlilər ADR-ın hökumət binasının otağında bir orgiya təşkil edirlər. Həmin səhnədə sadəcə iki qadın var. Onların sarışınlıqları ilə rus stereotipinin vurğulandıqları və Almaniyanın şərqinin SSRİ-nin kuklası olduğu dövrləri simvolizə etdiyi ehtimal olunur. Klipdə başqa heç bir yerdə – "Germaniya" istisna olmaqla – qadın yoxdur. Ehtimal olunur ki, bu, alman xalqının patriarxal strukturuna bir işarədir. Bu səhnə həmçinin, Yerin orbitinə çıxan ilk alman kosmonavtı Ziqmund Yenə istinad edir. Bundan sonra əllərində məşəl olan keşişlərin birlikdə irəliləməsi və onların ayaqları arasında çoxlu siçanların olması nümayiş olunur. Bu, yəqin ki, "Hameln siçovultutanı" əfsanəsinə bir istinaddır. Başqa bir səhnədə bu keşişlər qrotesk bir tərzdə, acgözlüklə masanın üzərində uzanmış "Germaniya" personifikasiyasının üzərindən ətkələm turşusu yeyirlər. Bunun kilsənin alman xalqını illərlə istismar etməsinin təmsil etdiyi ehtimal olunur. "Germaniya" personifikasiyasının altındakı qabda sadomazoxist üslubda geyinən naməlum şəxslər də zülm edilən xalqı simvolizə edir. Həmin səhnədə çox qısa şəkildə 1700-cü illərin Prussiya əsgərləri geyimində şəxslər oturub içirlər.[8][9][12]

Klipdə Holokostu təsvir edən Nasist Almaniyasının həbs düşərgələrindən birində gerçəkləşən edam səhnəsinin əvvəlində Almaniya himnindəki "Deutschland über alles" (alman dilindən – "Almaniya hər şeydən yüksəkdədir") şüarının azca dəyişdirilmiş variantı, yəni "Deutschland über allen" (alman dilindən – "Almaniya hər kəsdən yüksəkdədir") səslənir. Orijinal şüar İkinci Dünya müharibəsi sona çatdıqdan sonra nasist şüarı olaraq qiymətləndirilmişdir. Həmin səhnədə musiqi qrupunun bütün üzvləri ağ-qara zolaqlı bir məhbus forması geyirlər. Onların hər birinin sinəsində "cinayət"lərinin simvolu var: çəhrayı rəngli üçbucaq homoseksualları, sarı rəngli altı guşəli ulduz yəhudiləri, qırmızı üçbucaq isə siyasi məhbusları təmsil edir. Səhnənin arxaplanında "Fau-2" ballistik raketi havaya qalxır. Klipin sonunda bu məhbuslar azadlığa buraxılırlar və həbs düşərgəsinin komandirlərini edam edirlər. Till Lindemannın qadın kimi geyindiyi səhnədə Lindemann və musiqi qrupunun digər üzvləri "Germaniya" personifikasiyasını əsir alıb qaçırmağa cəhd edirlər və polisə atəş açırlar. Bu, "Qırmızı Ordu Fraksiyası" (abr. QOF) təşkilatının terrorçu fəaliyyətinə bir istinaddır. Bu təşkilat 1970-ci ildən 1998-ci ilə qədər Qərbi Almaniyada gerilla müharibəsi aparmışdır. Till Lindemannın təşkilatın qurucularından biri olan Qudrun Enslin rolunu canlandırdığı ehtimal olunur. Klipin axırlarında nümayiş olunan etiraz aksiyaları və küçələrdə aparılan döyüşlər səhnəsi Berlin şəhərində gerçəkləşən 1987-ci il Kroytsberq etirazlarının bir interpretasiyasıdır. Klipin bu səhnələri həmçinin, "Germaniya" personifikasiyasını dəri jaket geymiş, üzərində qızıl cəvahirat və patron kəmərləri olmuş, dörd alman çoban itinə öncülük etmiş bir tərzdə təsvir edir. Bu, Brandenburq darvazasının üzərindəki kvadriqanı xatırladır. Müxtəlif səhnələrdə nümayiş olunmuş ağ mərmərdan hazırlanmış fiqurlar Bavariyadakı Valhalla memorialına istinad edir. Tavandan düşən pulların 1920-ci illərdə gerçəkləşən hiperinflyasiyanı təmsil etdiyi ehtimal olunur.[8][9][12]

Növbəti səhnədə kilsə xadimlri inkvizisiya ilə "Germaniya" personifikasiyasını, nasistlər isə kitabları yandırırlar. Klipdə Almaniya tarixində sadəcə 1980-ci illərə qədər – Almaniyanın birləşməsindən əvvəl baş vermiş hadisələr nümayiş olunmuşdur. Bundan sonra hadisələr gələcəkdə cərəyan edir. Kosmonavtlar və cəngavərlər hamilə olan "Germaniya" personifikasiyasının qarnını sığallayırlar. Bu səhnədə "Germaniya" personifikasiyası Rogir van der Veydenin "Bir xanımın portreti" rəsm əsərindəki qadın kimi geyinmiş "Germaniya" personifikasiyası axırda Leonberger cinsindən olan itlər doğur.[13] Bundan sonra çaxnaşmalar baş verir – alman cəngavərlər bir-birləriylə müharibə edir, yəhudi məhbuslar nasistləri edam edir, polislərlə etirazçılar arasında gərgin vəziyyət yaranır. Klipin axırında "Germaniya" bir kosmik gəmidə vəfat edir. O, klipin əvvəlində nümayiş olunan tabutda kosmosa atılır, arxaplanda isə Yer planeti təsvir olunur.[10] Bəzi publikasiyalar bunun Almaniyanın gələcəyini təmsil etdiyini iddia edir.[8][9][12]

Tənqidçilərin mövqeyi

[redaktə | mənbəni redaktə et]

Klipin promo videosu Almaniya hökumətinin Antisemitizmlə Mübarizə üzrə Federal Komissiyasının sədri Feliks Klayn və Almaniya Yəhudilərinin Mərkəzi Şurasının keçmiş sədri, Holokost qurbanı Şarlot Kloboxx tərəfindən kəskin şəkildə tənqid edilmişdir. Şarlot Kloboxx musiqi qrupunun "xətti keçdiyini", Feliks Klayn isə klip barədə "bu, incəsənət azadlığının duzsuz istismarıdır" demişdir.[3][5][7] Yəhudi təşkilatlar musiqi qrupunu klipin Nasist Almaniyasının həbs düşərgələrini təsvir etdiyinə görə tənqid etmişdir.[4][14] Bavariya Memorialları Fondunun sədri Karl Fröhler musiqi qrupunun üzvlərini "Daxau" həbs düşərgəsini ziyarət etməyə dəvət etmişdir. Karl Fröhler yayımladığı açıqlamada musiqi qrupuna "Holokost zamanı insanlar əziyyət çəkmişdir. Bu mövzundan reklam və əyləncə məqsədləriylə istifadə etməkdən qaçının" deyə müraciət etmişdir.[15][16] İsrailin Xarici İşlər Nazirliyinin nümayəndəsi Emmanuel Naxşon öz rəsmi "Twitter" hesabında klip barədə yayımladığı paylaşımda "Holokostdan reklam məqsədləriylə istifadə edən bu "Rammstein" klubu biabırçı və uyğunsuzdur. Biz səslərimizi onun tez bir zamanda qaldırılması üçün qaldırırıq" demişdir.[17][18]

Almaniya KİV-lərinin "Rammstein" musiqi qrupunun yayımladığı bu klipə əsasən mənfi rəylər bildiriblər.[19] Buna baxmayaraq, bəzi jurnalistlər klip barədə müsbət fikirlər səsləndiriblər. "Freitag" qəzetinin redaktoru Ulrix-Vilhelm Hayden klip barədə "bu klip məni heyrətləndirdi, çünki bu, möhtəşəm Almaniya haqqındadır, sevmək istədiyin, lakin bəzən nifrət etdiyin Almaniya haqqındadır" demişdir.[11] "Regnum" informasiya agentliyinin jurnalisti Plato Besedin klipi "şahəsər" adlandırmışdır. Onun fikrinə görə, "şahəsər – mənim yazdıqlarım elə-belə deyil. "Rammstein" doğrudan da mükəmməl bir qısametrajlı film çəkib – BerlinKann kinofestivalları onları öz proqramlarına dəvət etməlidirlər". Plato "Rammstein" musiqi qrupunun bu klipinin Almaniyada belə sərt tənqidlərə məruz qalmasına və tənqidçilərin musiqi qrupunun Holokost mövzusundan əyləncə məqsədləri üçün istifadə etdiyini iddia etməsinə görə təəccüblənmişdi.[10] "VarYox" saytının redaktoru Cavid Ağa klip barədə Sloveniya filosofu Slavoy Jijekdən istinadən "ekstrim proqressivliyin nümunəsi olan bu klip alman xalqının fərdləşdirilmiş personajı olan "Germaniya"nın artıq ölmüş olduğunu göstərir. Millət-dövlətlər dövrü bitir, Avropa öz simasını itirir – artıq dünyanın hamının olmaq vaxtı gəlib çatıb. Başqa sözlə, bu neonasizmin ustalıqla hazırlanmış bir tənqididir" demişdir.[12]

Klip internet istifadəçiləri arasında ümumiyyətcə xoş qarşılanmışdır. Onların fikirlərinə görə, musiqi qrupunu Nasist Almaniyasının həbs düşərgələrinin məhbuslarına təhqir etməmişdir. Buna görə də tənqidlər haqqsızdır.[19][20][21]

Həftəlik çartlar

[redaktə | mənbəni redaktə et]
Çart (2019) Ən yüksək
yer
 Avstraliya (ARIA)[22] 39
 Avstriya (Ö3 Austria Top 75)[23] 4
 Belçika (Ultratop Flanders)[24] 23
 Belçika (Ultratop Wallonia)[25] 30
Müstəqil Dövlətlər Birliyi (Tophit)[26] 38
 Çexiya (Singles Digitál Top 100)[27] 11
 Finlandiya (Suomen virallinen lista)[28] 4
 Fransa (SNEP)[29] 100
 Almaniya (Official German Charts)[30] 1
 Macarıstan (Single Top 40)[31] 1
 Macarıstan (Stream Top 40)[32] 11
 İrlandiya (IRMA)[33] 96
 Meksika (Billboard)[34] 38
 Niderland (Single Top 100)[35] 74
 Yeni Zelandiya (RMNZ)[36] 27
 Şotlandiya (Official Charts Company)[37] 29
 Slovakiya (Singles Digitál Top 100)[38] 20
 İsveç (Sverigetopplistan)[39] 44
 İsveçrə (Schweizer Hitparade)[40] 1
 Böyük Britaniya (UK Singles)[41] 98
 Böyük Britaniya (UK Rock and Metal)[42] 4
 ABŞ (US Hot Rock Songs)[43] 14

Trek siyahısı

[redaktə | mənbəni redaktə et]
Rəqəmsal endirmə
BaşlıqMüddət
1."Deutschland"5:23
2."Gib mir deine Augen" (Richard Z. Kruspe Remix)5:46

Buraxılış tarixləri

[redaktə | mənbəni redaktə et]
Ölkə Tarix Format Leybl Kataloq nömrəsi İst.
Müxtəlif 28 mart 2019 Universal N/A [44]
Avropa 12 aprel 2019 Vinil 7761888 [45]
CD 7755354 [46]
Şimali Amerika 30 aprel 2019 Vinil M/D [47]
  1. "XXVIII.III.MMXIX. – Deutschland Preview". Rammstein (ingilis). YouTube. 2019-03-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 aprel 2019.
  2. Loxankin, Kozma. "Видео: вышел тизер нового клипа Rammstein" (rus). Rossitskaya qazeta. 26 mart 2019. 16 aprel 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 aprel 2019.
  3. 1 2 3 "В Германии критикуют новое видео группы Rammstein". www.dw.com (rus). Deutsche Welle. 26 mart 2019. 18 aprel 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 aprel 2019.
  4. 1 2 "Еврейские организации раскритиковали новый клип Rammstein из-за изображения нацистского концлагеря". esquire.ru (rus). Esquire. 26 mart 2019. 21 aprel 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 aprel 2019.
  5. 1 2 "Rammstein стали жертвами нацистских лагерей в «Deutschland» (Видео,18+)". www.intermedia.ru (rus). Intermedia. 28 mart 2019. 30 aprel 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 aprel 2019.
  6. "Rammstein – Deutschland (Official Video)". Rammstein (ingilis). YouTube. 2019-08-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 aprel 2019.
  7. 1 2 3 "История Германии в клипе Rammstein на первую за семь лет песню «Deutschland»". daily.afisha.ru (rus). Afisha Daily. 28 mart 2019. 29 mart 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 aprel 2019.
  8. 1 2 3 4 Nataliya Qredina, Dmitri Karçev. "«Deutschland»: мое сердце в огне. Эпический пересказ самых страшных моментов в истории Германии. Покадровый разбор нового клипа Rammstein". meduza.io. Meduza. 30 mart 2019. 15 aprel 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 aprel 2019.
  9. 1 2 3 4 5 Lloyd, Aleksandra. "We got an Oxford University professor to explain what the f*ck's going on in that Rammstein video". www.loudersound.com (ingilis). Metal Hammer. 30 mart 2019. 30 aprel 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 aprel 2019.
  10. 1 2 3 Besedin, Platon S. "Коллаборационизм со злом: Rammstein возбуждают и пробуждают бесов". regnum.ru (rus). Regnum. 28 mart 2019. 1 aprel 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 aprel 2019.
  11. 1 2 Besedin, Platon. "Новый клип Rammstein заставил говорить о родине". www.kommersant.ru (rus). Kommersant. 30 mart 2019. 2019-04-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 aprel 2019.
  12. 1 2 3 4 5 Ağa, Cavid. ""DEUTSCHLAND"A RESENZİYA". varyox.az (az.). VarYox. 29 mart 2019. 2019-04-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 aprel 2019.
  13. Dmitri Sosnovski, Şamil Keraşev. "Deutschland: группа Rammstein вернулась с шедевром". rg.ru (rus). Российская газета. 1 aprel 2019. 2 aprel 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 aprel 2019.
  14. "Rammstein schockt mit KZ-Video: Darf man die Nazi-Zeit für PR benutzen". www.bild.de (alman). Bild. 26 mart 2019. 5 aprel 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 aprel 2019.
  15. "Новый клип Rammstein вызвал недовольства своей тематикой". nevnov.ru (rus). Невские новости. 29 mart 2019. 29 mart 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 april 2019.
  16. Pyatniçkaya, Saşa. "В Германии возмущены клипом к новой песне группы Rammstein". www.kp.ru (rus). Комсомольская правда. 29 mart 2019. 5 aprel 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 aprel 2019.
  17. emmanuelnahshon. "This "Rammstein" clip , using the Holocaust for advertisement purposes, is shameful and uncalled for. We join the many voices calling for its immediate removal" (Tweet) (rus). 28 mart 2019. 21 aprel 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 aprel 2019.
  18. "Rammstein раскритиковали за клип с изображением нацистского концлагеря". www.interfax.ru. Interfax. 29 mart 2019. 12 aprel 2019 tarixində arxivləşdirilib.
  19. 1 2 "Клип Deutschland группы Rammstein вызвал дискуссию в Германии". www.svoboda.org (rus). Радио «Свобода». 30 mart 2019. 1 aprel 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 aprel 2019.
  20. "Рыцари, нацизм, Холокост: почему в Германии возмущены клипом Rammstein". www.bbc.com (rus). Русская служба Би-би-си. 29 mart 2019. 11 aprel 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 aprel 2019.
  21. Latışev, Aleksey. "«Провокационно? Конечно»: новый клип Rammstein на песню Deutschland вызвал скандал в Германии". russian.rt.com (rus). Russia Today. 29 mart 2019. 30 mart 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 aprel 2019.
  22. "ARIA Australian Top 40 Digital Tracks" (PDF). cdn.aria.com.au (ingilis). Australian Recording Industry Association. 8 aprel 2019. 2019-04-06 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 21 aprel 2019.
  23. "Rammstein – Deutschland". austriancharts.at (alman). Ö3 Austria Top 40. 2022-06-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 aprel 2019.
  24. "Rammstein – Deutschland". ultratop.be (holland). Ultratop 50. 2022-03-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 aprel 2019.
  25. "Rammstein – Deutschland". ultratop.be (fransız). Ultratop 50. 2023-07-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 aprel 2019.
  26. "Rammstein — Deutschland". tophit.ru (rus). Tophit. 2022-03-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 aprel 2019.
  27. "ČNS IFPI". hitparada.ifpicr.cz (cz). Hitparáda – Digital Top 100 Oficiální. 2022-07-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 aprel 2019.
  28. "Rammstein: Deutschland". www.ifpi.fi (fin). Musiikkituottajat – IFPI Finland. 2019-04-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 aprel 2019.
  29. "Le Top de la semaine : Top Singles (téléchargement + streaming) – SNEP (Week 14, 2019)". www.snepmusique.com (fransız). Syndicat National de l'Édition Phonographique. 2019-10-18 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 21 aprel 2019.
  30. "Rammstein – Deutschland". www.offiziellecharts.de (alman). GfK Entertainment Charts. 2019-04-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 aprel 2019.
  31. "Single (track) Top 40 lista". zene.slagerlistak.hu (macar). Magyar Hanglemezkiadók Szövetsége. 2019-04-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 aprel 2019.
  32. "Stream (track) Top 40 lista". zene.slagerlistak.hu (macar). Magyar Hanglemezkiadók Szövetsége. 2019-04-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 aprel 2019.
  33. "IRMA – Irish Charts". irma.ie (ingilis). Irish Recorded Music Association. 2017-08-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 aprel 2019.
  34. "Rammstein Album & Song Chart History". www.billboard.com (ingilis). Billboard. 2019-04-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 aprel 2019.
  35. "Rammstein – Deutschland". dutchcharts.nl (holland). Single Top 100. 2022-08-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 aprel 2019.
  36. "NZ Hot Singles Chart". nztop40.co.nz (ingilis). Recorded Music NZ. 8 aprel 2019. 2019-04-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 aprel 2019.
  37. "Official Scottish Singles Sales Chart Top 100". officialcharts.com (ingilis). Official Charts Company. 2019-10-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 aprel 2019.
  38. "Singles Digital Top 100 Oficiálna". www.ifpicr.cz (slovak). ČNS IFPI. 2016-01-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 aprel 2019.
  39. "Veckolista Singlar, vecka 14". sverigetopplistan.se (ingilis). Sverigetopplistan. 2019-04-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 aprel 2019.
  40. "Rammstein – Deutschland". swisscharts.com (alman). Swiss Singles Chart. 2022-04-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 aprel 2019.
  41. "Official Singles Chart Top 100". officialcharts.com (ingilis). Official Charts Company. 2019-12-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 aprel 2019.
  42. "Official Rock & Metal Singles Chart Top 40". officialcharts.com (ingilis). Official Charts Company. 2022-05-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 aprel 2019.
  43. "Rammstein Chart History (Hot Rock Songs)". billboard.com (alman). US Hot Rock Songs. 2021-07-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 aprel 2019.
  44. "Deutschland | Rammstein" (ingilis). Qobuz. 2019-04-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 aprel 2019.
  45. "Images for Rammstein – Deutschland (Vinyl)". www.discogs.com (ingilis). Discogs. 2020-09-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 aprel 2019.
  46. "Images for Rammstein – Deutschland (CD)". www.discogs.com (ingilis). Discogs. 2020-09-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 aprel 2019.
  47. "Rammstein 7" Vinyl "Deutschland"". www.rammsteinshop.us (ingilis). Rammstein. 2019-04-15 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 20 aprel 2019.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]