Əsgər marşı — azərbaycanlı müğənni Aygün Kazımovanın mahnısıdır.[1]
sinql | |||||||
Əsgər marşı | |||||||
---|---|---|---|---|---|---|---|
İfaçı | Aygün Kazımova | ||||||
Yayımlanıb | 2016 | ||||||
Janr | pop, vətənpərvərlik | ||||||
Dil | azərbaycanca | ||||||
Müddət | 04:14 | ||||||
Bəstəkar | Yaşar Baxış | ||||||
Sözlərin müəllifi | Cəlal Qurbanov | ||||||
Prodüser | Aygün Kazımova | ||||||
|
Aygün Kazımova Birinci Qarabağ Müharibəsində tibb bacısı kimi xidmət etmiş və eyni zamanda Qubadlı və Zəngilanda gedən döyüşlərdə iştirak etmişdir.[2] Aygün Kazımovanın yaradıcılığında bir çox vətənpərvərlik mahnıları mövcuddur. Misal olaraq, "Şəhidlər", "Marş İrəli", "Ah, Vətən", "Vətən Anadır", "Azərbaycan", "Azərbaycan bayrağı" mahnılarını göstərmək olar. Aygün Kazımovanın bir çox mahnıarının söz yazarı Cəlal Qurbanov bu layihədə də Aygün Kazımovaya dəstək olmuş və öz şeirini təqdim etmişdir. Mahnının musiqi və aranjimanı musiqiçi Yaşar Baxışa məxsusdur. Aygün Kazımova mahnını 13 aprel 2016-cı ildə təqdim etmişdir. Mahnını "Aprel döyüşləri" zamanı vəfat etmiş şəhidlərə həsr etmişdir.[3][4]
Mahnıya klipi rejissor Rəşad Həsənov çəkmişdir. Klip Qəbələ və Daxili İşlər Nazirliyinin tədris mərkəzində çəkilmişdir. Klip 22 avqust 2020-ci ildə təqdim edilmişdir. Klip "Tovuz döyüşləri" zamanı şəhid olmuş general-mayor Polad Həşimov, polkovnik İlqar Mirzəyevin şəhid olmasının 40-cı günündə təqdim olunmuşdur. Klip "Tovuz döyüşləri" zamanı vəfat etmiş şəhidlərimizə ithaf olunmuşdur.[5] Klipdə Aygün Kazımovanın avtomat silahdan istifadə edərkən görüntüləri də yer almışdır.
Aygün Kazımova layihəni təqdim edərkən, bu sözləri qeyd etmişdir.
Mahnını Şəmistan Əlizamanlı 2016-cı ildə eyni aranjimanda ifa edərək, təqdim etmişdir.
Ölkə | Tarix | Format(lar) | Leybl |
---|---|---|---|
Dünya miqyasında | 13 aprel 2016 | MP3 | "Aygun Music" |