Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Meqrel dili
Meqrel dili - Kartvel dillərindən biridir. Gürcüstanın qərbində yayılmışdır. 400 minə qədər daşıyıcısı vardır. İki dialektə bölünür: senak və samurzakan-zuqdid. Hallanma paradiqmində 9 hal mövcuddur. Nominativ quruluşlu dildir. Yazısız dildir.
Bejan (Meqreliya knyazı)
Bejan (gürc. ბეჟან დადიანი) — Dadianilər sülaləsindən olan Meqreliya knyazı. 1715-1728-ci illərdə hakimiyyətdə olmuşdur. 1728-ci ildə sui-qəsd nəticəsində öldürülmüşdür. == Həyatı == Bejan Meqreliya knyazı IV Georginin və Sevdia Mikeladze adlı qadının oğludur. IV Georgi 1704-cü ildə böyük oğlu Katsianı Meqreliya knyazı elan etdi. Bejanı isə kiçik qardaşı Yesenin yerinə Leçumi valisi təyin etdi. 1709-cu ildə Bejan qardaşı Katsia ilə birləşərək atası IV Georgini Abxaziyaya sürgün etdi. 1710-cu ildə IV Georgi öz səyləri ilə Meqreliyaya geri döndü və həmin ildə vəfat edən Katsianın yerinə yenidən Meqreliya taxtına oturdu. Bejan 1715-ci ildə ailədaxili münaqişələri həll etmək bəhanəsi ilə atasını öz yanına dəvət etdi.
III Vamek (Meqreliya knyazı)
III Vamek (gürc. ვამეყ III დადიანი) — Dadianilər sülaləsinin nümayəndəsi. 1658-1661-ci illərdə Meqreliya knyazı, 1661-ci ildə isə qısa müddətlik İmereti çarı kimi hakimiyyətdə olmuşdur. == Həyatı == III Vamek Dadianilər sülaləsinin Lipartiani qoluna mənsub idi. Lipartianilər irsi olaraq Meqreliya knyazlığının Salipartiano bölgəsində hakimiyyətdə olublar. III Vamek çox güman ki, Meqreliya knyazı III Georginin qızı Annanın və Lipartianilər sülaləsindən Georgi Lipartianinin oğlu olmuşdur. Onun Salipartiano bölgəsindəki hakimiyəti 1618-ci ildən başlamışdır. O, Meqreliya knyazı II Levan Dadianinin 1657-ci ildə ölümündən sonra III Liparit Dadianinin Meqreliya hakimiyyətinə gəlməsinə qarşı çıxmışdır. III Vamek İmereti çarı III Aleksandrın dəstəyini alaraq 1658-ci ildə Meqreliya taxtını ələ keçirmişdir. Bu dəstəyin qarşılığı olaraq II Levan Dadianinin xəzinəsinin çox hissəsini və İmereti çarlığı ilə sərhəddəki bölgəni III Aleksandra vermişdir.
IV Mamiya (Meqreliya knyazı)
IV Mamiya (gürc. მამია IV დადიანი) — Dadianilər sülaləsindən olan Meqreliya knyazı. 1573-1578-ci illərdə və 1582-1590-cı illərdə hakimiyyətdə olmuşdur. == Həyatı == IV Mamiya Meqreliya knyazı I Levanın oğludur. Quriya knyazı Rüstəm Quriyelinin qızı ilə evlənmişdir. Atasının ölümündən sonra taxta böyük qardaşı III Georgi çıxsa da, IV Mamiya qardaşının hakimiyətini qəbul etməmişdir. Qardaşının düşməni olan Quriya knyazı II Georginin yardımı ilə 1573-1574-cü illərdə qardaşını hakimiyyətdən salmış və Meqreliya taxtına çıxmışdır. Qardaşı III Georgi isə Abxaziyaya qaçmışdır. III Georgi abxaz-çərkəz qüvvələrinin dəstəyi ilə taxtını geri almağa çalışsa da, buna müvəffəq ola bilmədi. Əlaçsız qalan III Georgi İmereti çarı II Georgidən vasitəçilik etməsini xahiş etmişdir.
I Manuçar (Meqreliya knyazı)
I Manuçar (gürc. მანუჩარ I დადიანი ; XVI əsr – 1611) — Dadianilər sülaləsindən olan Meqreliya knyazı. 1590-1611-ci illərdə hakimiyyətdə olmuşdur. Atası Meqreliya knyazı I Levandır. 1590-cı ildə böyük qardaşı IV Mamianın ölümündən sonra Meqreliya taxtına çıxmışdır. Meqreliya knyazlığı İmereti çarlığının tərkibindəki inzibati-ərazi vahidlərindən biri olmuşdur. I Manuçarın dövründə Gürcüstanda siyasi olaraq qarışıqlıq hökm sürürdü. Bu dövrdə I Manuçar xələfləri kimi İmereti çarlığı üzərində Dadianilərin təsirini artırmağa çalışırdı. Həmçinin Gürcüstanı bütünlüklə hakimiyyəti altına almaq istəyən Kartli çarı I Simona qarşı mübarizə aparmış və ona qarşı İmereti çarı Rüstəmə dəstək vermişdir. == Həyatı == I Manuçarın taxta çıxdığı 1590-cı ildə Şərqi Gürcüstanda hökm sürən Kartli çarı I Simon İmeretidəki hakimiyyət dəyişikliyindən istifadə edərək bölgəni öz hakimiyyəti altına salmağa çalışdı.
Meqrelalay
Meqrelalay (əvvəlki adı: Minqrelsk) — Azərbaycan Respublikasının Ağdərə rayonunun Çardaqlı kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 13 oktyabr 1992-ci il tarixli, 327 saylı Qərarı ilə ləğv edilmiş Ağdərə rayonunun Minqrelsk kəndi Tərtər rayonunun inzibati tərkibinə verilmişdir. Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı ilə Tərtər rayonunun Minqrelks kəndi Meqrelalay kəndi adlandırılmışdır. 1993-cü ildən 10 noyabr 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olmuşdur. İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən imzalanmış 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq Meqrelalay kəndi Rusiya sülhməramlı qüvvələrinin nəzarətinə keçmişdir. 19 sentyabr 2023-cü ildə aparılan lokal xarakterli antiterror əməliyyatları nəticəsində Azərbaycan Respublikasının nəzarətinə qaytarılmışdır. == Tarixi == Meqrelalay kəndi əvvəllər Dağlıq Qarabağ Muxtar Vilayətində Ağdərə rayonu inzibati ərazisinə aid idi, lakin 1992-ci ildə Ağdərə rayonu ləğv edilərək ərazisi qonşu Ağdam, Tərtər və Kəlbəcər rayonları arasında bölüşdürüldü. Meqrelalay kəndi də Tərtər rayonuna birləşdirilən kəndlərdən biridir. 5 dekabr 2023-cü ildə kənd Ağdərə rayonunun tərkibinə daxil edilib.
Meqreliya
Sameqrelo — Qərbi Gürcüstanda vilayət.
Meqreliya knyazlığı
Meqreliya knyazlığı və ya Sameqrelo knyazlığı (gürcücə:სამეგრელოს სამთავრო) – Dadiani sülaləsi tərəfindən Gürcüstanın Meqreliya bölgəsində qurulmuş olan tarixi dövlətdir. Bəzi tarixi qaynaqlarda adı Odişi knyazlığı olaraq da keçir. XVI əsrdə yaranan knyazlıq 1867-ci ildə Rusiya imperiyası hakim dairələri tərəfindən ilhaq edilmiş və adi ərazi vahidinə çevrilmişdir. == Arxa plan == Knyazlıq XVI əsrdə Gürcüstanda gedən feodal ara çəkişmələri və çarlığın parçalanması fonunda meydana çıxmışdır. Belə ki, XV əsrin ikinci yarısında vahid Gürcüstan çarlığı parçalanmış və onun yerində müxtəlif müstəqil və yarım müstəqil knyazlıqlar, krallıqlar yaranmışdı. Belə knyazlıqlara misal olaraq, Svaneti knyazlığını, Abxaziya knyazlığını, Meqreliya knyazlığını göstərmək olar. Gürcü çarı VIII Georgiyə qarşı üsyan qaldıran Baqrat sonda qalib gəldikdən sonra onu dəstəkləyən gürcü zadəganlara, əsilzadə ailələrinə knyaz rütbələri vermiş və onların yerlərdəki qismən də olsa məhdud olan hakimiyyətlərini tanımışdı. Knyazlığn yaranması bu hadisədən sonra başlasa da, onnu tam formalaşması 1557-ci ilə təsadüf edir. İlk müstəqil knyazı isə I Levon Dadianidir. Knyazlıq hücum etməmə paktı və sonrasında Kartli kralı olan II Konstantin, Kaxetiya kralı olan Aleksandr, Samtshe knyazı II Kvarkvare tərəfindən imzalanan və Gürcüstanı 3 krallıq və 5 knyazlığa bölən razılaşma nəticəsində ortaya çıxmışdır.
Meqrellər
Meqrellər; minqrellər (meqrel მარგალეფი–>latın. marqalepi, gürc. მეგრელები–>latın. meqrelebi) — ana dili meqrel dili olan, Kartvel dil ailəsinə daxil olan xalq. SSRİ və Rusiya FR linqvisti, qafqazşünası Georgi Andreyeviç Klimovun 1986-cı ildə Moskvada nəşr etdirdiyi "Qafqaz dilçiliyinə giriş" adlı kitabında verdiyi məlumata əsasən şimali-qərbi Gürcüstanda (Gürcüstan SSR-də) yayılmış meqrel dilində təxminən 400 min nəfər danışırdı. == Mənbə == Георгий Андреевич Климов. Мегрельский язык // Языки мира: кавказские языки. М., 2001 Коряков Юрий Борисович. Атлас кавказских языков. М.: Институт языкознания РАН, 2006.
Tsotne (Meqreliya knyazı)
Tsotne (gürc. ცოტნე დადიანი) — Dadianilər sülaləsinin nümayəndəsi. Gürcüstanın tanınmış siyasi xadimlərindən biri. == Həyatı == Tsotne Xarəzmşahların və Monqol imperiyasının Gürcüstana hərbi yürüşlər təşkil etdikləri dövrlərdə fəaliyyət göstərən siyasi xadimlərdən biri idi. O, 1228-ci ildə Gürcüstan çariçası Rusudanın Xarəzmşahlara qarşı təşkil etdiyi ordunun komandanlarından biri olmuşdur. Tərəflər arasında baş tutmuş Gərni döyüşündə Gürcüstan ordusu məğlub oldu və Tiflis yenidən Xarəzmşahların əlinə keçdi. Sonraki dövrdə bölgəyə yürüşlər təşkil edən monqollar Xarəzmşahların hakimiyyətinə son qoydular və bölgə monqol hakimiyyəti altına keçdi. Çariça Rusudanın ölümündən sonra monqol hökmdarı Rusudanın oğlu VI Davidi və Rusudanın qardaşı oğlu VII Davidi Gürcüstan çarı təyin etdi. Həmçinin Gürcüstan monqol hökmdarı tərəfindən 8 tümənə (inzibati-ərazi bölgüsü) bölündü. Yeni inzibati bölgü sistemində Tsotne və Raça eristavisi Qərbi Gürcüstanın hakimi olaraq təsdiq edildilər.
Mergel
Mergel — qarışıq gil-karbonat tərkibli daşabənzər çökmə dağ süxurları. Tərkibi: 50-75% karbonat (kalsit, bəzən dolomit), 25-50% — həll olmayan çöküntülər (SiO2 + R2O3). Süxuryaradan karbonat minerallarının tərkibindən asılı olaraq, mergeller əhəng və dolomit mənşəli mergellərə bölünürlər. Adi mergellərin həll olmayan çöküntülərində silis miqdarı biryarımlıq oksidlərin miqdarından 4 dəfədən çox deyil. Nisbəti SiO2 : R2O3> 4 olan mergellər silisli mergellər qrupuna aid edilir.
Lizbirt Mergel Yatağı
Lizbirt Mergel Yatağı — Şərur rayonu ərazisində, Naxçıvan şəhərindən 30 km şimal-qərbdə, Lizbirt çayının orta axınındadır. == Haqqında == Geoloji quruluşunda Üst Tabaşirin Kampan mərtəbəsinin mergel, əhəngli mergel və gilli mergel tərkibli karbonat-terrigen süxurları iştirak edir. Yatağın tektonik quruluşunda yerli əhəmiyyət daşıyan şimal-qərb. İstiqamətli antiklinal və sinklinal qırışıqlıq qeyd olunur. Sahəsi 3,5 km2, faydalı qatın orta qalınlığı 20,5 m- dir. Mergel, bəzi əlavələr edilməklə, sement istehsalına yararlıdır. Yatağın sənaye ehtiyatı 169 milyon tondur. == Mənbə == Naxçıvan Ensiklopediyası. Bakı. 2002.
Merrem
Blazius Merrem (alm. Blasius Merrem‎; 4 fevral 1761, Bremen – 23 fevral 1824, Marburq, Hessen) — Alman təbiətşünası, Duysburq Universiteti və Marburq Universitetlərinin professoru.
Meryel
Mafflie (fr. Maffliers) — Fransada bələdiyyə , region — İl-de-Frans, departament — Val-d’Uaz, rayon — Pontuaz, kanton — Lisl-Adam. Əhalisi — 4.376 nəfər (1999). Bələdiyyə Paris şəhərinin təxminən 27 km şimal-qərbdə, Serji belediyyənin 12 km şimal-şərqdə yerləşir.
Miqren
Miqren (fr. migraine) — başın bir (nadir hallarda hər iki) hissəsini əhatə edən güclü və əzabverici epizodik və ya daimi ağrılarla müşayiət olunan nevroloji xəstəlikdir. Bu halda başda hər hansı travma, insult, beyin şişi olmur. Miqren zamanı baş ağrıları arterial təzyiqin artması və ya kəskin azalması, qlaukoma tutmaları və ya kəllədaxili təzyiqin artması ilə əlaqədar deyil. Miqren ağır formalı birincili baş ağrısının ən geniş yayılmışnövüdür. Yayılma dərəcəsinə görə 10% kişilərdə, 22% qadınlarda müşahidə olunur. "Miqren" sözü fransız mənşəli olub, öz növbəsində yunan dilində "başın yarısı" mənasını verən ἡμικρανία (hemikraniya) sözündən götürülmüşdür. == Təsnifatı == Miqren G 43.0 Aurasız miqren (sadə miqren) G 43.1 Aura ilə gedən miqren (klassik miqren) Miqren: Baş ağrısız aura Bazilyar Ekvivalentlər Ailəvi hemiplegik Hemiplegik G 43.2 Miqrenoz status G 43.3 Ağırlaşmış miqren G 43.8 Digər miqren Oftalmoplegik miqren Retinal miqren G 43.9 Dəqiqləşdirilməmiş miqren == Növləri == Miqren xəstəliyinin 2 növü vardır: Auralı miqren; Aurasız miqren Miqren xəstəliyinin ən geniş yayılmış növü aurasız miqren tipidir. Aurasız miqren 4 saatdan 72 saata qədər davam edə bilər. Aurasız miqren zamanı ağrı fiziki və zehni aktivlik zamanı, işığa və səsə həssaslıq zamanı daha da artır.
Neqril
Neqril — Yamaykanın qərb sahillərində Neqril çayının mənsəbində yerləşən elə də böyül olmayaq turistik yaşayış məntəqəsi. 11 km-lik çimərlik xəttinə malikdir. Burada hətta yayın ən isti günləri belə ağ çimərlik qumu tam qızmır. Burada ən qədim tikili 1894-cü ilə aid mayakdır. XX əsrin 70-ci illərində çimərlik Hippilər arasında məşhur olmuşdur. Müəyyən dövrlərdə insanların sayı beş mini keçirdi. Hazırda əla inkişaf etmiş mehmanxana şəbəkəsinə malikdir. Yazda otel, bar və piyvəxanalar amerikalı məktəblilərlə dolu olur.
Petrel
Petrer (isp. Petrer) — İspaniyada yerləşən bələdiyyə. Bələdiyyə Vinalopo-Mica ərazisinin 104,26 km² hissəsini əhatə edir. 2010-cu ildə hesablamalara görə əhali 34634 nəfərə çatmışdır. Əyalət paytaxt şəhərindən 39 km uzaqlıqda yerləşir.
Merkel
Angela Merkel (alm. Angela Dorothea Merkel‎; 17 iyul 1954[…]) — Almaniya siyasətçisi və dövlət xadimi, Xristian Demokrat İttifaqının lideri (2000) və Almaniya Federativ Respublikasının Federal Kansleri (2005–2021). O, hər iki vəzifəni tutan ilk qadındır. Fiziki kimya ixtisası üzrə doktorant təhsili qazanan Merkel 1989-cu il inqilabının başladığı vaxtlarda siyasətə daxil olur və qısa müddət ərzində 1990-cı ildə ilk dəfə olaraq demokratik şəkildə seçilmiş Şərqi Almaniya Hökumətinin millət vəkili sözçüsü kimi xidmət edir. 1990-cı ildə alman torpaqlarının yenidən birləşdirilməsinin ardınca Merkel Meklenburq-Ön Pomeraniya vilayətində Stralsund – Nordvorpommern – Rügen seçki dairəsindən Bundestaqa seçilir və o zamandan Bundestaqdakı yerini qoruyur. Sonralar o, 1991-ci ildə Kansler Helmut Kol tərəfindən Qadınlar və gənclərin məsələləri üzrə Federal Nazir təyin edilib. 1994–1998-ci illərdə Ətraf mühit, Təbiəti mühafizə, Tikinti və Nüvə təhlükəsizliyi məsələləri üzrə Federal Nazir kimi fəaliyyət göstərib. XDİ/XSİ (Xristian Demokrat İttifaqı/Xristian Sosial İttifaqı) — ADP (Azad Demokratik Partiya) koalisiyası məğlub edildikdən sonra o, XDİ-nin Baş katibi seçildi. 2000-ci ildə XDİ partiya sədri Helmut Kol və onun davamçısı Volfqanq Şoyblenin devrilməsi ilə nəticələnmiş XDİ maliyyə qalmaqalından sonra Angela Merkel partiyanın lideri seçildi. 2005-ci il federal seçkilərinin ardından Angela Merkel, özünün rəhbərlik etdyi XDİ partiyası, onun Bavariyalı qardaş partiyası XSİ və Almaniya Sosial Demokrat Partiyasının daxil olduğu böyük koalisiyanın başçısı kimi Almaniyanın ilk qadın Federal Kansleri təyin edildi.
Angela Merkel
Angela Merkel (alm. Angela Dorothea Merkel‎; 17 iyul 1954[…]) — Almaniya siyasətçisi və dövlət xadimi, Xristian Demokrat İttifaqının lideri (2000) və Almaniya Federativ Respublikasının Federal Kansleri (2005–2021). O, hər iki vəzifəni tutan ilk qadındır. Fiziki kimya ixtisası üzrə doktorant təhsili qazanan Merkel 1989-cu il inqilabının başladığı vaxtlarda siyasətə daxil olur və qısa müddət ərzində 1990-cı ildə ilk dəfə olaraq demokratik şəkildə seçilmiş Şərqi Almaniya Hökumətinin millət vəkili sözçüsü kimi xidmət edir. 1990-cı ildə alman torpaqlarının yenidən birləşdirilməsinin ardınca Merkel Meklenburq-Ön Pomeraniya vilayətində Stralsund – Nordvorpommern – Rügen seçki dairəsindən Bundestaqa seçilir və o zamandan Bundestaqdakı yerini qoruyur. Sonralar o, 1991-ci ildə Kansler Helmut Kol tərəfindən Qadınlar və gənclərin məsələləri üzrə Federal Nazir təyin edilib. 1994–1998-ci illərdə Ətraf mühit, Təbiəti mühafizə, Tikinti və Nüvə təhlükəsizliyi məsələləri üzrə Federal Nazir kimi fəaliyyət göstərib. XDİ/XSİ (Xristian Demokrat İttifaqı/Xristian Sosial İttifaqı) — ADP (Azad Demokratik Partiya) koalisiyası məğlub edildikdən sonra o, XDİ-nin Baş katibi seçildi. 2000-ci ildə XDİ partiya sədri Helmut Kol və onun davamçısı Volfqanq Şoyblenin devrilməsi ilə nəticələnmiş XDİ maliyyə qalmaqalından sonra Angela Merkel partiyanın lideri seçildi. 2005-ci il federal seçkilərinin ardından Angela Merkel, özünün rəhbərlik etdyi XDİ partiyası, onun Bavariyalı qardaş partiyası XSİ və Almaniya Sosial Demokrat Partiyasının daxil olduğu böyük koalisiyanın başçısı kimi Almaniyanın ilk qadın Federal Kansleri təyin edildi.
Mezel
Mezel (fr. Mézel, oks. Mesèu) — Fransada kommuna, Provans-Alp-Kot-d'Azur regionunda yerləşir. Departament — Yuxarı Provans Alpları. Mezel kantonuna daxildir. Kommunanın dairəsi — Din-le-Ben. INSEE kodu — 04121. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 660 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 387 nəfərdən (15–64 yaş) 284 nəfər iqtisadi fəal, 103 hərəkətsiz (fəaliyyət göstərici 73,4%, 1999-cu ildə 69,6%) idi. Fəal 284 nəfərdən 250 nəfər (134 kişi və 116 qadın) işləyir, 34 nəfər işsizdir (13 kişi və 21 qadın).
Anqela Merkel
Angela Merkel (alm. Angela Dorothea Merkel‎; 17 iyul 1954[…]) — Almaniya siyasətçisi və dövlət xadimi, Xristian Demokrat İttifaqının lideri (2000) və Almaniya Federativ Respublikasının Federal Kansleri (2005–2021). O, hər iki vəzifəni tutan ilk qadındır. Fiziki kimya ixtisası üzrə doktorant təhsili qazanan Merkel 1989-cu il inqilabının başladığı vaxtlarda siyasətə daxil olur və qısa müddət ərzində 1990-cı ildə ilk dəfə olaraq demokratik şəkildə seçilmiş Şərqi Almaniya Hökumətinin millət vəkili sözçüsü kimi xidmət edir. 1990-cı ildə alman torpaqlarının yenidən birləşdirilməsinin ardınca Merkel Meklenburq-Ön Pomeraniya vilayətində Stralsund – Nordvorpommern – Rügen seçki dairəsindən Bundestaqa seçilir və o zamandan Bundestaqdakı yerini qoruyur. Sonralar o, 1991-ci ildə Kansler Helmut Kol tərəfindən Qadınlar və gənclərin məsələləri üzrə Federal Nazir təyin edilib. 1994–1998-ci illərdə Ətraf mühit, Təbiəti mühafizə, Tikinti və Nüvə təhlükəsizliyi məsələləri üzrə Federal Nazir kimi fəaliyyət göstərib. XDİ/XSİ (Xristian Demokrat İttifaqı/Xristian Sosial İttifaqı) — ADP (Azad Demokratik Partiya) koalisiyası məğlub edildikdən sonra o, XDİ-nin Baş katibi seçildi. 2000-ci ildə XDİ partiya sədri Helmut Kol və onun davamçısı Volfqanq Şoyblenin devrilməsi ilə nəticələnmiş XDİ maliyyə qalmaqalından sonra Angela Merkel partiyanın lideri seçildi. 2005-ci il federal seçkilərinin ardından Angela Merkel, özünün rəhbərlik etdyi XDİ partiyası, onun Bavariyalı qardaş partiyası XSİ və Almaniya Sosial Demokrat Partiyasının daxil olduğu böyük koalisiyanın başçısı kimi Almaniyanın ilk qadın Federal Kansleri təyin edildi.
Bioloji reqres
Bioloji reqres — taksonun fərdlərinin miqdarca azalması və arealının kiçilməsi, nəhayət sıradan çıxması. == İstinadlar == == Ədəbiyyat == R.Ə.Əliyeva, Q.T.Mustafayev, S.R.Hacıyeva. “Ekologiyanın əsasları” (Ali məktəblər üçün dərslik). Bakı, “Bakı Universiteti” nəşriyyatı, 2006, s. 478 – 528.
Blazius Merrem
Blazius Merrem (alm. Blasius Merrem‎; 4 fevral 1761, Bremen – 23 fevral 1824, Marburq, Hessen) — Alman təbiətşünası, Duysburq Universiteti və Marburq Universitetlərinin professoru.
Mendel qanunu
Mendel qanunu — Qreqor Yohan Mendelin təcrübə və tədqiqatlarına əsaslanan orqanizmlərin irsi əlamətlərinin nəsildən-nəsilə ötürülməsi prinsiplərini izah edən klassik genetikanın əsasını təşkil edən, irsiliyin molekulyar mexanizmlərini və "təmiz qamet hipotezini" izah edən qanun. Mendel qanununun məğzi ondan ibarət idi ki, hər bir canlı orqanizm irsi əlamətləri daşıyan, hal-hazırda gen adlandırılan əsas hissəciklərə malikdirlər. Bu hissəciklər vasitəsilə irsi xasiyyət və əlamətlər nəsildən-nəsilə ötürülmüş olur. == Tarixçə == Qeyd etmək lazımdır ki, Qreqor Yohan Mendelə qədər əldə olunmuş nəticələr qanun şəklində verməmişdir. XIX əsrin ortalarında (O.Sarje, Ş Noden) dominantlıq halı haqqında ilk təsəvvürlər meydana çıxmış olur. Çox vaxt birinci nəsil hibridləri bir-birilərinə və valideynlərin biri ilə (əlamət dominantlıq təşkil etdiyi üçün) oxşar olurlar. Resessiv olan və ya üzə çıxmayan əlamətlər itməyərək hibridlərin bibr-biri ilə çarpazlaşdırılmasından yaranan nəsildə üzə çıxa bilir. C. Qoss göstərmişdir ki, öz-özünə tozlanmada ikinci nəsil hibridlərində dominant əlamətlər iki cür: parçalanan və parçalanmayan ola bilirlər. Lakin tədqiqatçıların heç biri öz müşahidələrini nəzəri cəhətdən qiymətləndirə bilməmişdirlər. Növbəti iki biologiya imtahanından kəsilən Qreqor Yohan Mendel Avqustin monastrında abbatlıq etməyə başlamışdır.
Merkel hüceyrələri
Merkel hüceyrələri, eyni zamanda Merkel-Ranvier hüceyrələri və ya toxunma epiteliya hüceyrələri onurğalıların dərilərində yer alan xəfif təmas hissi üçün lazım olan, oval formalı mexanoreseptorlardır. İnsanların barmaq ucları kimi olduqca həssas dəridə sıx olaraq mövcuddur və somatosensor gətirici sinirlərlə sinaptik bağlantı qurarlar. Geniş yayılmasa da, bu hüceyrələr bədxassəli ola bilər, aqressiv və müalicəsi çətin dəri xərçəngi növü olan merkel hüceyrə karsinoması yarada bilər. Hər nə qədər sinir darağı (neural crest) mənşəli, olduqları bilinsə də son zamanlarda məməlilər üzərində edilən təcrübələr əslində epitel mənşəli olduqlarını göstərmişdir. == Strukturu == Merkel hüceyrələri bütün onurğalıların dərisində və selikli qişanın bəzi hissələrində mövcuddur. Məməli dərisində epidermisin bazal qatında təxmini 10 μm diametrli hüceyrələr kimi görünürlər. Həmçinin ayaqaltı səthində rete uzantıları olaraq da adlandırılan epidermis uzantılarında da mövcuddur. Əsasən sensor sinir ucları ilə əlaqələndirilir və merkel sinir ucu olaraq adlandırılırlar. Onlar yavaş uyğunluq göstərən (SA1) somatosensor sinir lifləri ilə əlaqələndirilir. Yavaş titrəşimlərə (5–15 Hz) və formal, kənar kimi dərin statik təmaslara reaksiya verirlər.
Messel karxanası
Messel karxanası (alm. Grube Messel‎) — Almaniyanın Frankfurt-Mayn şəhərindən təxminən 35 km cənub-şərqdə Messel kommunasının yaxınlığında yerləşən Eosen dövrünün (56-34 milyon il əvvəl) dəyərli fosillərinin tapıldığı yer. Şist qatlarında tapılmış erkən məməlilərin və digər canlı orqanizmlərin qalıqları çox sayda olması ilə yaxşı qorunub saxlanılır və xüsusi elmi dəyər kəsb edir. Bunun sayəsində 9 dekabr 1995-ci ildə Messel karxanası UNESCO-nun siyahısına salınmış Almaniyada yerləşən obyektlərinə daxil edilmişdi. Burada hələ də paleontologiya qazıntıları aparılır ki, bu da buraya bir çox turistləri cəlb edir. == Tarixi == 1859-cu ildən ərazi qəhvəyi kömür, sonra isə yanacaq şist hasilatı üçün karxana olaraq istifadə olunur. Paleontologiya baxımdan o, təxminən 1900-cü ildə məşhurlaşmışdı. Lakin burada tammiqyaslı elmi qazıntılar 1970-ci illərdə, sənaye inkişafı dayandırdıqdan sonra burada genişmiqyaslı elmi qazıntılar başladı. Daha sonra karxananın yerində bir zibil poliqonu qurmaq planlaşdırılsa da, bu planlar həyata keçirilmədi. 1991-ci ildə Hessen hökuməti bu ərazini elmi məqsədlər üçün satın aldı.
Meybel adası
Meybel adası — Frans-İosif Torpağına daxil olan ada. İnzibati cəhətdən Arxangelsk vilayətinin Primorski rayonu ərazisinə daxildir. Adanın dahəsi 55 km²-dir. Ada arxipelqın qərbində yerləşir.Bryus adasından 4 km cənub-şərqdə yerləşir. Bryus adasından Beyts boğazı ilə ayrılır. Bell adası ilə arasında 500 metrlik Eyr boğazı yerləşir. == Təsviri == Ada bütünlüklə bazaltdan ibarətdir. Onun maksimal hündürlüyü 356 metrdir. Onun cənub hissəsi buzdan azad bölgəyə sahibdir. Ada yumru formaya malikdir.
Qreqor Mendel
Qreqor Yohan Mendel (alm. Gregor Johann Mendel‎); (20 iyul 1822, Heinzendorf bei Odrau, Sileziya, Avstriya İmperiyası — 6 iyun 1884, Brno, Avstriya-Macarıstan) avstriya bioloq və botaniki, irsiyyət haqqındakı təsəvvürlərin inkişafında mühüm rol oynamış, genetikanın atası və İrsi əlamətlərin qanunauyğunluğunun müəllifi. == Bioqrafiya == Qreqor Yohan Mendel 20 iyul 1822-ci ildə Avstriya imperiyasının Heinzendorf bei Odrau şəhərciyində (indiki Çexiya) kəndli Anton Mendelin ailəsində doğulmuşdur. Təbiətə erkən yaşlarında maraq göstərmiş və bağbanlıq etmişdir. İki il Olmüç universitetində fəlsəfə sinifində oxuduqdan sonra, 1843-cü ildən Brnodakı Avqustin ordeninin Müqəddəs Foma monastrında Qreqor adı altında monarxlığa başlayır. 1844-1848-ci illərdə Brno ali ruhani məktəbində oxumuş və 1847-ci ildə rahib olmuşdur. Bir çox elmlərə maraq göstərərək onları öyrənmiş, bir məktəbdə yunan dilindən, hesabdan dərs demişdir. 1849-1851-ci illərdə Znoym gimnaziyasında riyaziyyatdan, latın və yunan dilinən dərslər demişdir. 1851-1853-cü ildə Vyana universitetində sitoloq Ungerin rəhbərliyi altında təbiət hadisələrini öyrənmiş, bitkilərin çalaqlaşdırılması metodları ilə maraqlanmışdir. 1854-cü ildə diplomsuz mütəxəssis olsa da Brno ali real məktəbində fizikadan və təbiətşünaslıqdan dərs demək üçün təklif almışdır.
Yakob Mekkel
Klemens Vilhelm Yakob Mekkel (alm. Klemens Wilhelm Jacob Meckel‎; 28 mart 1842, Köln, Prussiya – 5 iyul 1905, Qernrode[d]) – Prussiya ordusunun generalı və Rus-yapon müharibəsindən öncə Meyci hökumətinin hərbi məsləhətçisi. == Həyatı və karyerası == Yakob Mekkel 1842-ci ildə Köln şəhərində doğulmuş, 1869-cu ildə Prussiya Ordusunun Heyət Kollecini bitirmişdir. Fransa–Prussiya müharibəsində iştirak etdikdən sonra baş qərargahda fəaliyyət göstərməyə başlamışdır və Heyət Kollecində təlimçi olmuşdur. === Yaponiya === Mekkel 1885-ci ildə Meyci hökumətinin dəvəti ilə Yaponiyaya gəlmişdir. Həmin dövrdə Yaponiya hökuməti Almaniya modeli əsasında təşkilatlanmaq barədə qərar qəbul etmişdi. Mekkel Müharibə Kollecində orduya təlimlər keçmiş və baş qərargah məsləhətçisi kimi fəaliyyət göstərmişdir. Üç il sonra Almaniyaya qayıtmış və orduda müxtəlif vəzifələri tutaraq general-mayor rütbəsinə qədər yüksəlmişdir. Mekkelin yapon tələbələri arasında Rus-yapon müharibəsində əhəmiyyətli rolları olan Kodama Qentaro və Akiyama Yoşifuru kimi hərbi xadimlər olmuşdur. O, Katsura Taro və Kavakami Sorokuya ordunu müasirləşdirməkdə kömək etmişdir.
Meckel divertikulu
Meckel divertikulu — Embrionun sarı cismi ilə nazik bağırsağı birləşdirən vitellointestinal axarın bağırsağa yaxın hissəsinin tam bağlanmaması nəticəsində meydana çıxan həqiqi divertikuldur. Əksər hallarda əlamət və ağırlaşma törətmir, çox az hallarda qanaxma, perforasiya və digər ağırlaşmalara səbəb ola bilir.
Şeqren sindromu
Şeqren sindromu, quru sindrom – ən çox rast gəlinən autoimmun xəstəlikdir. İlk növbədə ağız (kserostomiya), gözyaşı (kseroftalmiya) vəzilərinin tədricən sekretor çatışmazlığı və sistem əlamətlərlə gedir. I-li və II-li olur. Anti-Ro/SS-A, və anti-La/SS-B I ŞS seroloji markerləridir. ANA (85–90%) və RF (50–60%) pozitiv olur, qızıl standard kiçik ağızsuyu vəzilərinin biopsiyasıdır. == Uşaqlarda == Şeqren sindromu uşaqlarda gözdə və ağızda quruluq, ağır diş kariyesi, parotiti olur. Qulaqyanı vəzilərin xoşxassəli residivləşən şişkinliyindən, epidemik parotitdən, limfomalar, sarkoidoz, vərəm və QİÇS – dən ayırmaq lazımdır.
Benedikt Morel
Benedikt Morel (fransızca: Bénédict, Augustin Morel; 22 noyabr 1809[…], Vyana – 30 mart 1873[…], Ruan) — 19'cu əsrdə psixiatriya nəzəriyyələrinə böyük dərəcədə təsir edən bir Fransız psixiatrı. Ruhi xəstəliyin eləcə'də zehni və psixi xəstəliklərin səbəblərini araşdırdı və irsiyyətin bu xəstəliklərə əhəmiyyəti barədə məqalələr hazırladı. == Haqqında == Benedikt Morel fransızların Avstriyaya qarşı hərbi əməliyyatları dövründə Avstriyanın paytaxdı Vyanada fransız ailəsində anadan olub. Atası bir Fransız ordusu təminatçısı idi, anasının isə kim olduğu bilinmir. 1831-ci ildə gənc ikən səyahətlərindən sonra Parisdə yerləşdi, özünü jurnalistika'da sınadı, 1839-cu ildə tibb işinə başladı. Benedikt Morelin otağ yoldaşı olduğu bir tələbə dostu Claude Bernard onu daha sonra Morelin müəllimi olan psixiatr Jean-Pierre Falret ilə tanış etdi. == Tibb elminə töhfəsi == Morel, həm elmi, həm də publisistik tərzdə məqalələr dərc edərək öz psixiatrik tədqiqatlarına başladı. 1856-cı ildə Morel St John'daki psixiatriya xəstəxanasının baş həkimi təyin edildi. Xəstələrə qarşı mütərəqqi və insani yanaşdığı qeyd olunur. 1857-ci ildə, bəzi təxminlərə görə gələcəkdə psixiatriyada irsi araşdırmaların əsasını qoyan Traité des Dégénérescences (Fransızca - Degenerasiyaların Müalicəsi) adlı əsərini nəşr etdirdi.
Datura metel
Hindistan dəlibəngi (lat. Datura metel) — bitkilər aləminin quşüzümüçiçəklilər dəstəsinin quşüzümükimilər fəsiləsinin dəlibəng cinsinə aid bitki növü. == Sinonimləri == Brugmansia waymanii Paxton Datura aegyptiaca Vis. Datura alba Rumph. ex Nees Datura alba F.Muell. Datura alba var. africana Mattei Datura bojeri Delile Datura chlorantha Hook. Datura cornucopia Pitcher & Manda Datura dubia Rich. Datura dubia Bianca ex Tod. Datura fastuosa L. Datura fastuosa var.
Divan (mebel)
Divan — oturmaq və ya uzanmaq üçün uzun, yumşaq taxt. "Divan" sözü ən azı XVI əsrdən fars dilində deyilib. Türk və ərəb dilində əvvəlcə "yazılı vərəq kağızı" və "siyahi" mənalarında işlənmişdir. Daha sonra bu sözləri hesabat kitablarında, dəftərxanalarda daha sonralar oturmaq üçün yumşaq mebelləri adlandırdılar.
Meqri armudu
Megera
Megera (q.yun. Μέγαιρα q.yun. Μέγαιρα Μέγαιρα, "paxıl") — qədim yunan mifologiyasında günahkarları təqib edib onları dəliliyə sürükləyən qan davası tanrıçalarından ən qorxulusudur . O, Erebos və Nyukty nun qızıdır. Megera həsəd və qəzəbin təcəssümü kimi tanınır. Onu başında saç əvəzinə ilanlar , əlində dişlər və qamçı saxlamış vəziyyətdə təsvir edirdilər. Təsviri mənada o, qəzəbli və qəmli bir qadındır (məsələn, fr. mégère , it. megera). Megera kəpənəyi və Megera asteroidi (464) onun şərəfinə adlandırılmışdır.
Mergen
Mədrəs
Çennai (tam. சென்னை, ing. Chennai) — 1996-cı ilə qədər Mədrəs. Hindistanın cənubunda, Tamilnad Ştatının inzibati mərkəzi. Ölkənin dördüncü böyük şəhəri (Mumbay, Dehli və Kəlkütədən sonra), şəhər aqlomerasiyasının ölçülərinə görə isə dünyada 41-ci yerdə durur. Əsası 1639-cu ildə, Koromandel sahilində qoyulub. == Toponimika == Şəhərin köhnə adı olan Mədrəs, Mədrəspatnam kəndinin tam. மதராசப்பட்டினம, adından, Ost-İndia kompaniyası tərəfindən qoyulub. Daha bir yaşayış məntəqəsi olan Çennapatnam, Mədrəspatnamdan cənubda yerləşirdi. İki yaşayıç məntəqələri birləşəndən sonra, britaniyalılar şəhərin adını Mədrəs (tam.
Məfrəş
Fərməş — yorğan-döşəyi yığmaq üçün ağzını gözəmək məqsədilə ilgəklər tikilmiş yarım metr hündürlüyündə, 1,2 metr enində, iki metr uzunluğunda bəzəkli xalça. Fərməşə bəzi bölgələrdə məfrəş də deyilir.
Məqalə
== Esse == Məqalənin şəkillərindən biri də essedir. Esse əsasən bədii dillə, emosional təhkiyə formasında yaradılan ədəbi-tənqidi bir formadır. Esselər təhkiyə baxımında bədii üsluba yaxın olur və bəzi hallarda ifrat akademizmə istehza nişanələrinə malik olur. == Elmi məqalə == Elmi məqalələrdə mənbələrin göstərilməsi tələb edilir, lakin bəzən dissertasiya müdafiəsi ilə bağlı olmadıqda buna əməl edilmir. Məqalələrin elmi mövzusu onları buraxan jurnalların bu istiqamətdəki mövqeyi ilə bağlı olur. Nüfuzlu elmi jurnallarda buraxılan məqalələr ciddi elmi mənbə kimi qəbul olunur. == Jurnalistikada == Məqalə jurnalistikanın əsas janrlarından biridir. Məqalənin məğzini konkret faktdan daha çox geniş problemli situasiya təşkil edir. Məqalə çox vaxt problemin ümumi qoyuluşundan başlayır, ardınca mövzunun inkişafı ilə davam edir. Jurnalistin məharəti oxucuya hansısa məsələni çatdıra bilməyindədir.
Məqsəd
Məqsəd — subyektin şüurlu surətdə can atdığı real və ya ideal zirvə; prosesin hərəkət etdiyi son nəticə. == Məqsəd və vasitələr == Məqsəd və vasitələrin qarşılıqlı münasibəti məsələsi müxtəlif dövrlərdə mütəfəkkirlərin diqqət mərkəzində olmuş, bu problemə fəlsəfi, etik, siyasi nöqteyi-nəzərdən yanaşılmışdır.Mənəvi məqsədlər, onların fəaliyyətinin nəzəri təsviri, adətən şəxsiyyətlərarası münasibətlər sahəsilə məhdudlaşırdı, siyasi sahələrdə isə o, təbliğat vasitəsi kimi qəbul olunurdu. Buna görə də bu mənada siyasi məqsəd və vasitələrin tədqiqi çox mürəkkəb xarakter daşıyır. Siyasi məqsəd və vasitələr probleminin əsasını siyasət və ideologiya üzərində nəzarət təşkil edir.Bu nəzarətə isə şəxsiyyətin azadlığı səbəb olur. Siyasi məqsəd və vasitələrin qarşılıqlı münasibətləri problemi ümumi milli mənafelərin nəzərə alınması, xüsusi maraqlar üzərində nəzarət sisteminin yaradılmasının zəruriliyini nəzərdə tutur. == Mənbə == Robert F. Mager. Goal Analysis, 3rd. edition, 1997. Eliyahu M. Goldratt, Jeff Cox. The Goal: A Process of Ongoing Improvement.
Məzrəli
Məzrəli (İmişli) — Azərbaycanın İmişli rayonunda kənd. Məzrəli (Saatlı) — Azərbaycanın Saatlı rayonunda kənd.
Məğrib
Məğrib — ərəbcə qərbdə olan. Tarixi Ərəbistana nisbətən qərb Şimali Afrikada yerləşdiyindən ərəb, sonradan isə ümumiyyətlə Orta Əsr müsəlman ənənəsinə görə buralara Məğrib deyirdilər. Əsasən Əlcəzair, Mərakeş, Tunis qismən Mavritaniya Məğrib adlandırılırdı. == Region ölkələri == Hal-hazırda region 2 yerə ayrılır:Böyük və Kiçik Məğrib. Kiçik Məğribə Mərakeş,Əlcəzair,Tunis daxildir.Böyük Məğribə Kiçik Məğrib regionundakı ölkələrdən(Mərakeş,Əlcəzair,Tunis) əlavə olaraq Qərbi Səhra,Mavritaniya,Liviya daxildir.
Hegel
Georq Vilhelm Fridrix Hegel (alm. Georg Wilhelm Friedrich Hegel‎; 27 avqust 1770[…], Ştutqart, Vürtemberq qraflığı[d], Müqəddəs Roma imperiyası – 14 noyabr 1831[…], Berlin, Prussiya, Almaniya ittifaqı) — alman filosofu, obyektiv idealist, klassik alman fəlsəfəsinin nümayəndəsi. Gəncliyində radikal təfəkkür tərzi ilə fərqlənmişdir. Klassik alman fəlsəfəsi Hegelin simasında öz zirvəsinə çatır. Hegel intellektual intuisiyanı fəlsəfi biliyin ən yüksək forması olduğu haqqında Şellinqin təlimini qəbul etməmişdir. O, əksinə sübut etməyə çalışmışdır ki, vahiddən çoxluğun yaranması rasional idrakın predmeti ola bilər. Bu idrakın instrumenti məntiqi təfəkkür, əsas forması isə anlayışdır. Lakin Hegel göstərirdi ki, bu xüsusi növ məntiqi idrakdır. Onun əsasında formal məntiq deyil, dialektik məntiq durur. Hərəkətverici qüvvəsini isə ziddiyyət təşkil edir.
Meğri
Meğri (erm. Մեղրի) — Ermənistanın cənubundakı Sünik mərzində, İranla sərhəddə yerləşən Meğri rayonunun mərkəzi olan şəhər. 2011-ci il siyahıyaalınmasına əsasən, şəhərin əhalisi 4 580 nəfər olmuşdur. 2020-ci ilin rəsmi hesablamalarına görə isə Meğrinin əhalisi təxminən 4 500 nəfərdir. Meğri paytaxt İrəvandan 376 km, mərzin mərkəzi Qafandan isə 73 km cənubda yerləşir. == Toponimika == Toponim türk dilində "quruyan, az sulu çöl çayı olan dərə", "yüksəkliklərində aşırımı olmayan çıxılmaz dərə", "dalan kimi dərə" mənasında işlənən mukır, mukur sözünün fonetik variant olan mığrı sözü əsasında formalaşmışdır. Digər bir variant olaraq, Meğri erməni dilində "bal şəhəri" mənasını verir. == Tarixi == Şəhərin adı mənbələrdə Mığrı formasında işlənir. 1930-cu ilin sentyabrında Meğri rayonu yaradılmış və Meğri qəsəbəsi yeni yaranan rayonun mərkəzinə çevrilmişdir. 1959-cu ildə Meğriyə şəhər tipli qəsəbə statusu verilib.
Məqtə
Məqtə — klassik poeziyada qəzəlin və qəsidənin son beyti. Məqtənin səciyyəvi xüsusiyyəti burada müəllifin adının, yaxud təxəllüsünün verilməsidir: == Həmçinin bax == Qəzəl Qəsidə Beyt Mətlə == İstinadlar == == Mənbə == Elçin. Seçilmiş əsərləri. 10 cilddə. IX cild. Bakı: ÇİNAR-ÇAP, 2005, 509 səh.
Mərəş
Qəhrəmanmaraş — köhnə və xalq arasındakı adıyla Maraş Türkiyənin bir şəhəri və ən sıxlıq on səkkizinci şəhəri. 2016 etibarilə 1.112.634 əhaliyə malikdir. Qurtuluş savaşında işğala müqaviməti səbəbi ilə TBMM tərəfindən 5 Aprel 1925-ci ildə şəhərə İstiqlal Medalı verildi. Onun adı 7 fevral 1973-cü ildə Qəhrəmanmaraşa dəyişdirildi. Osmanlı səyyahı Evliya Çələbi, isə Seyahatnamesinde Maraş xalqı üçün, "Kelimatları lisan-ı Türkiyə və əksərən xalqı Türkməndir" deyər. Maraş və ətraf ərazilər, xüsusilə Oğuz, Avşar, Bayat və Beydili, əksəriyyətində isə 24 Oğuz boynu mövcuddur. Dondurma dəzgahı ilə məşhurdur. Qəhrəmanmaraşın dondurma dəzgahı dünyanın hər yerində məşhur hala gəldi və yerli firmaların qatqısı və dondurma filiallarının qatqılarıyla dünyanın bir çox şəhərində açıldı. Yaponiyadan ABŞ-yə, Avstraliyadan Dubaya qədər bir çox ölkədə şəhər və dondurma yerli firmalar tərəfindən irəli sürülür. 2012-ci ildə çıxarılan 6360 saylı qanuna görə, bir il şəhəri oldu.
Məsəl
Məsəl — şifahi xalq yaradıcılığının növlərindən biri. Məsəldə müəyyən bir həyat hadisəsi haqqında ümumiləşdirilmiş və məcazi fikir öz əksini tapır. Məsəl yığcamlığına və hikmətli məzmununa görə atalar sözünə oxşasa da, ondan fərqlənir. Atalar sözündən fərqli olaraq, məsəldə fikir bitkin olmur, yarımçıq şəkildə bildirilir, müstəqil işlənə bilmir. Həm də məsəldə didaktika elementləri atalar sözündə olduğu kimi qabarıq şəkildə nəzərə çarpmır. Buna görə də məsəldə müstəqillik funksiyası o qədər də güclü deyil. Məsəl hər hansı bir əhvalatın, yaxud hadisənin ibrətamiz yekunu, təhkimçinin fikrini qüvvətləndirmək məqamı kimi meydana çıxır. Məsələn: "Sən çaldın", "qələt yağ küpəsindədir", "dava yorğan davasıdır" məsəlləri Molla Nəsrəddin lətifələri, "çünki oldun dəyirmançı, çağır gəlsin dən Koroğlu", "ölüb Fərhad, gəlmir külüngünün səsi", "Leyliyə Məcnun gözü ilə bax", "bütövü kəsmə, paraya dəymə, doğra, doyunca ye" kimi məsəllər lətifələr, dastanlar, əfsanələr, nağıllar əsasında yaranmışdır. == İstinadlar == == Mənbə == Elçin. Seçilmiş əsərləri.
Əqrəb
Əqrəblər (lat. Scorpiones) — heyvanlar aləminin buğumayaqlılar tipinin hörümçəkkimilər sinfinə aid heyvan dəstəsi. Əqrəblərin 600-ə qədər növü məlumdur. Xarakterik nümayəndələrindən Krımda yaşayan sarı rəngli, 4 sm uzunluqda olan Krım əqrəbidir (lat. Euscorpius tauricus). Qafqazın Qara dəniz sahilində İtaliya əqrəbi (lat. Euscorpius italicus), Zaqafqaziyada və Orta Asiyada alabəzək əqrəb (lat. Buthus eureus) növləri geniş yayılmışdır. Uzunluğu 18 sm olan iri Afrika əqrəbi (lat. Pandinus imperator) tropik zonada yaşayır.
Babarəhim Məşrəb
Babarəhim Məşrəb (1657[…], Nəməngan – 1711[…], Bəlx, Bəlx vilayəti) — Özbəkistan şairi. == Həyatı == Babarəhim Məşrəb (1657–1711) məşhur cığatay şairi, doğulduğu yerdən azadfikirlilik üstündə sürgün olunmuş, dərviş kimi Orta Asiya və Hindistanı gəzmişdir. Şeirlərində əyanları, məmurları, fitnəkar dindarları ifşa etdiyi üçün divanə çağrılmışdır. Bəlx hakiminin əmri ilə edam edilmişdir. Babarəhim Məşrəbin yaradıcılığında sufilik ideyaları öz əksini tapmışdır. Şeirləri (qəzəl, müxəmməs, müsəddəs və s.) səmimiliyi, dilinin sadəliyi ilə seçilir. Rədifdən məharətlə istifadə etmişdir. "Nur mənbəyi" didaktik əsəri var. Filosof, sufi şair Babarəhim Məşrəb haqqında yazılmış qısa məlumat hər halda onun taleyi barədə müəyyən epizodları aydınlaşdırır.