Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Daşaltı
Daşaltı — Azərbaycan Respublikasının Şuşa rayonunun Daşaltı kənd inzibati ərazi dairəsində kənd. 1991-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal olunmuşdur. 2020-ci il 9 noyabrda Azərbaycan Respublikası Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. == Toponimikası == Kəndin adı "qayaaltı" mənasındadır. XIX əsrin əvvəllərində Zəngəzurun Düzəbürd kəndindən gəlmiş erməni ailələri məskən salmışlar. Ondan sonra bu kənd azərbaycanlılar arasında "Daşaltı Neress uşaqları" adlanmışdır. XIX əsrin sonlarında bu kənddən Daşaltı-Xüzərbürd və Daşaltı Küngüt kəndləri yaranmışdır. Xüzəburt kəndinin adı isə şuşalılarda "Xəzinə qalası" adlı mağaranın ermənicə adıdır. Sonra bu ad ermənicə Xtsadberd adlanmışdır. XIX əsrin sonlarına aid məlumata görə indiki Şuşa rayonunda iki Daşaltı adlı kənd vardı: Daşaltı-Künnət və Daşaltı-Xəzəbür.
Navalnı
Aleksey Anatolyeviç Navalnı (rus. Алексей Анатольевич Навальный; 4 iyun 1976, Butın[d], Moskva vilayəti, Rusiya – 16 fevral 2024[…], Xarp həbsxanası[d], Yamalo-Nenets Muxtar Dairəsi) — Rusiyada fəaliyyət göstərən Korrupsiya ilə Mübarizə Fondunun (KMF) qurucusu, müxalifət lideri, ictimai xadim, siyasi məhbus idi. == Həyatı == 1976-cı il iyunun 4-də Moskva vilayətində doğulub. Rusiya Xalqlar Dostluğu Universitetinin hüquq fakültəsini bitirib, Rusiya Hökuməti yanında Maliyyə Akademiyasında, ABŞ-nin Yel Universitetində də təhsil alıb. 2000-ci ildən ictimai-siyasi fəaliyyətlə məşğuldur. Rusiya Birləşmiş Demokrat Partiyasının ("Yabloko") müxtəlif strukturlarına rəhbərlik edib, korrupsiyaya qarşı mübarizə aparan Moskvalıları Müdafiə Komitəsinin rəhbərlərindən olub, "DA!" gənclər hərəkatının, "Xalq" hərəkatının yaradıcılarından biri və Gələcək Rusiya Partiyasının (yaxud Tərəqqi Partiyası) lideri olmuşdur. Dövlət başçısı Vladimir Putinin ən sərt əleyhdarı kimi ad çıxaran Aleksey Navalnı 2013-cü ildə 5 il, 2014-cü ildə 3 il 6 ay müddətinə şərti həbs cəzasına məhkum edilib. Dəfələrlə inzibati həbs cəzası alıb. === Zəhərlənməsi === 20 avqust 2020-ci il tarixində Navalnı Rusiyanın Tomsk şəhərindən paytaxt Moskvaya qayıdarkən qəfildən halı pisləşib. Təcili Omsk xəstəxanasına yerləşdirilən müxalifətçi komaya düşüb.
Qalaaltı
Qalaaltı — Azərbaycan Respublikasının Şabran rayonun inzibati ərazi vahidində kənd == Toponimikası == "Qalanın altında, aşağısında yerləşən kənd" mənasındadır. Yaşayış məntəqəsi V–VI əsrlərə aid Çıraqqala qalasının aşağısında, alt tərəfində bina edildiyi üçün belə adlanmışdır. İlk sakinləri yaxınlıqdakı Çalğan kəndindən çıxmış ailələr olmuşdur. Kəndin yaxınlığında müalicə əhəmiyyətli mineral su çıxır. Qalaaltı balneoloji kurortu burada yerləşir. == Coğrafiyası və iqlimi == Kənd Çıraqqala dağının yamacında, hündür ərazidə yerləşir. Kənddə məşhur sanatoriya fəaliyyət göstərir ki, onun da ərazisində müalicəvi bulaq var. == Əhalisi == Əhalisinin sayı 179 nəfərdir (2009-cu il). == Təhsil == Azərbaycan Respublikası Prezidentinin 2 fevral 2018-ci il tarixli Sərəncamı ilə Siyəzən rayonu Qalaaltı kənd 20 şagird yerlik modul tipli ibtidai məktəbin quraşdırılması üçün 180 000 manat vəsait ayrılmışdır. == İstinadlar == == Həmçinin bax == Siyəzənin bəzi insanları Qalaltının Siyəzən rayonuna aid olduqunu bildirsələrdə.Bütün məlumatlar,wkipediya,Rəsmi saytlar,eləcədə Azərbaycanın xəritəsinə nəzər saldıqda tam açıq aşkar görünür ki Qalaltı və Qalaltı hotel Şabran rayonu ərazisinə aiddi.
Zağaltı
Zağaltı — Azərbaycan Respublikasının Laçın rayonu Qorçu kənd inzibati ərazi dairəsində kənd. 1992-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilmişdir. 2020 ci il dekabrın 1 də 28 il 6 aydan sonra Müzəffər Azərbaycan ordusu Ermənistan ordusunu darma-dağın edərək işğala son qoydu. == Tarixi == Zağaltı (Alıbəyli) kəndi Kiçik Qafqazın dağlarından biri olan Muxtökən dağ silsiləsinin cənub-şərq ətəyində,mənbəyi Buzxana,Yelligədik,Çalbayır su ayrıcından alan Qorçu çayının sağ sahilində bünövrələşən Zağaltı (Alıbəyli) kəndi Laçın rayon mərkəzindən 60 km uzaqlıq ərazidə yerləşir.Kəndimizin əsas bünövrəsi XIX-cu əsrin 60-70-ci illərində qoyulub,kəndin əsas əhalisi Zağaltı (Alıbəyli) kəndindən 30–35 km aralıda yerləşən əsası XVII-ci əsrin ortalarına gedib çıxan Qaraçanlı tayfalarından ayrılmış bir neçə tayfadan ibarətdir.Bünövrə Qaraçanlı,Pircahan kəndinin ərazisində yerləşmişdir. Bünövrə Qaraçanlıda kənd əhalisinə yer azlıq edəndə yaylaq kimi istifadə olunan indiki,Zağaltı (Alıbəyli) kəndinə gəlib məskunlaşıblar.1935-1936- ci ilərə kimi kəndimiz Alıbəyli kəndi kimi tanınmışdır ,kəndin yaşlı axsaqqalları deyərdi ki,sovet hakimiyyəti gələndən sonra bəylərə pis baxıldığından kəndimizin adın dəyişib kəndin üst tərəfi qayalıqda zağalıq olduğundan Zağaltı kəndi adlandırıblar.Kənddə 1937-1938-ci illərdə kolxozçuluq qurulub,Zağaltı (Alıbəyli) kəndinin ətrafı əkinə və biçinə görə çox yararlı yerlər idi.Kəndin cənub tərəfində Dəmirçi dağının ətəyində cavan qarışıq meşə zolağı kəndimizə xüsusi yaraşıq verirdi. Bu meşədən qırmızı palıd,adi palıd,vələs,(ulas) ağcaqyın və (cır alma,armud,2 növ yemişan,ayı gilası,toz ağacı,qaraağac,mırdarça,əzgil,zirinc,söyüd və sair.) kol bitkisi kimi 2 növ qarağat moruq,itburnu,(həmərsin)qoyungözü,tubulğa,nadir kollardan olan gərməşov,kollarından və başqa adlarda ağac və kol bitkiləri ilə zəngindir.Kənd qərbdən Oğuldərə kəndi,şimal- qərb tərəfdən qayalıqdan və kiçik təpəlikdən ,cənubdan Dəmirçi dağı ,şərqdən isə Qorçu kəndi ilə həmsərhəddir. Qışı istərsə yayl mülayim və az yağıntılı iqlimə maıik idi.Yaylaq kimi kənd sakinləri, Şır-şır,Sarıyoxuş,Divlər,Çınqılınbaşı,Cəhənnəm dərəsi və Cərgə adlı ərazilərdən istifadə edirdilər.Kəndin qabaq tərəfindəki,meşə zolağı demək olarki,qoruq sayılırdı.Kəndimizin sakinləri qış yanacağı üçün 8–10 km uzağa gedib meşə materyallarından gətirib istifadə edirdilər.Kəndimizin flora və faunası olduqca zəngin idi,yerli əhali tikinti materyalları kimi əhəng daşından və yerdən çıxan qum karxanasından müasir deyimdə mişardaşı kimi əllə asan hamarlanan göy və qonur daşlardan istifadə edilirdi.Kəndimizin əhalisi əsasən maldarlıqla məşğul olurdu,əvvəllər əkinçilikdə olubdu,sonralardan iqdisadiyyatın inkişafına görə əkinçilikdən o,qədərdə istifadə olunmurda az da olsa kalxoz üçün müəyyən qisimdə istifadə olunurdu.Kəndimizin 1 Ferşil mama məntəqəsi,1 kitabxanası və 1 mağazası var idi. Kəndimizin ərazisində olan bulaqların adları yəni yadımda qalan Navlı bulaq,Güləsərin bulağı,Zamanın bulağı,Hümbətin bulağı,Alışın bulağı,Sarı bulaq və sair. Kəndin ətrafında adi içməli sudan başqa içməli və müalicəvi əhəmiyyətli turş su və başqa mineral sular var idi.Kəndin 1 şəhidi var 4 qarabağ əlili və 30-a yaxın qarabağ veteranı varıdır.Kəndin əhalisi bu gün Azərbaycanın 16 rayon və şəhərlərində məcburi köçkün kimi məskunlaşmışdır. Şəhidlər.1.İsgəndərov Əliqulu Tohid oğlu 1970-ci ildə Zağaltı kəndində doğulub 1992-ci ilin iyun ayında Ağdam rayon istiqamətində gedən döyüşlərdə şəhid olub şəhidin nəşi Bərdə rayon Soğanverdilər kənd qəbirsanlığında dəfin edilib.
Balatı
Balatı - buğda unu, maya və sudan hazırlanan, xəmirin yoğrulması zamanı bütövlükdə istifadə olunan yarımfabrikatdır. Adətən balatıya duz qatılmır, çünki duz mayaların aktivliyini azaldır. Lakin elə üsullar vardır ki, balatıya duz qatılır (bu üsula görə balatıya qatılan duzun miqdarı xəmirin resepturasında nəzərdə tutulmuş duz miqdarının təxminən 1/3 hissəsi qədər olur). Bundan başqa elə üsullar da vardır ki, balatı hazırlamaq üçün duz mühitinə uyğunlaşdırılmış mayalardan istifadə edilir . Balatının tərkibindəki un və suyun miqdarından asılı olaraq müxtəlif xəmirhazırlama üsulları mövcuddur: Qatı balatı üsulu. Bu üsulda qatı balatı xəmirin hazırlanmasına sərf edilən ümumi un kütləsinin 45-55%-dən, mayadan və sudan 41-45% nəmliyində hazırlanır. Çox qatı balatı üsulu. Bu üsulda çox qatı balatı xəmirin hazırlanmasına sərf edilən ümumi un kütləsinin 60-70%-dən, mayadan və sudan 41-45% nəmliyində hazırlanır. Maye balatı üsulu. Bu üsulda çox maye balatı xəmirin hazırlanmasına sərf edilən ümumi un kütləsinin 25-35%-dən, mayadan və sudan 68-72% nəmliyində hazırlanır.
Aleksey Navalnı
Aleksey Anatolyeviç Navalnı (rus. Алексей Анатольевич Навальный; 4 iyun 1976, Butın[d], Moskva vilayəti, Rusiya – 16 fevral 2024[…], Xarp həbsxanası[d], Yamalo-Nenets Muxtar Dairəsi) — Rusiyada fəaliyyət göstərən Korrupsiya ilə Mübarizə Fondunun (KMF) qurucusu, müxalifət lideri, ictimai xadim, siyasi məhbus idi. == Həyatı == 1976-cı il iyunun 4-də Moskva vilayətində doğulub. Rusiya Xalqlar Dostluğu Universitetinin hüquq fakültəsini bitirib, Rusiya Hökuməti yanında Maliyyə Akademiyasında, ABŞ-nin Yel Universitetində də təhsil alıb. 2000-ci ildən ictimai-siyasi fəaliyyətlə məşğuldur. Rusiya Birləşmiş Demokrat Partiyasının ("Yabloko") müxtəlif strukturlarına rəhbərlik edib, korrupsiyaya qarşı mübarizə aparan Moskvalıları Müdafiə Komitəsinin rəhbərlərindən olub, "DA!" gənclər hərəkatının, "Xalq" hərəkatının yaradıcılarından biri və Gələcək Rusiya Partiyasının (yaxud Tərəqqi Partiyası) lideri olmuşdur. Dövlət başçısı Vladimir Putinin ən sərt əleyhdarı kimi ad çıxaran Aleksey Navalnı 2013-cü ildə 5 il, 2014-cü ildə 3 il 6 ay müddətinə şərti həbs cəzasına məhkum edilib. Dəfələrlə inzibati həbs cəzası alıb. === Zəhərlənməsi === 20 avqust 2020-ci il tarixində Navalnı Rusiyanın Tomsk şəhərindən paytaxt Moskvaya qayıdarkən qəfildən halı pisləşib. Təcili Omsk xəstəxanasına yerləşdirilən müxalifətçi komaya düşüb.
Daşaltı (Həştrud)
Daşaltı (fars. داش التي‎) — İranın Şərqi Azərbaycan ostanının Həştrud şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 53 nəfər yaşayır (15 ailə).
Daşaltı (Qoşaçay)
Daşaltı (fars. داش التي‎) — İranın Qərbi Azərbaycan ostanının Qoşaçay şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 40 nəfər yaşayır (8 ailə).
Daşaltı (Xudabəndə)
Daşaltı (fars. داشالتو‎) — İranın Zəncan ostanının Xudabəndə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 56 nəfər yaşayır (8 ailə).
Daşaltı (Şuşa)
Daşaltı — Azərbaycan Respublikasının Şuşa rayonunun Daşaltı kənd inzibati ərazi dairəsində kənd. 1991-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal olunmuşdur. 2020-ci il 9 noyabrda Azərbaycan Respublikası Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. == Toponimikası == Kəndin adı "qayaaltı" mənasındadır. XIX əsrin əvvəllərində Zəngəzurun Düzəbürd kəndindən gəlmiş erməni ailələri məskən salmışlar. Ondan sonra bu kənd azərbaycanlılar arasında "Daşaltı Neress uşaqları" adlanmışdır. XIX əsrin sonlarında bu kənddən Daşaltı-Xüzərbürd və Daşaltı Küngüt kəndləri yaranmışdır. Xüzəburt kəndinin adı isə şuşalılarda "Xəzinə qalası" adlı mağaranın ermənicə adıdır. Sonra bu ad ermənicə Xtsadberd adlanmışdır. XIX əsrin sonlarına aid məlumata görə indiki Şuşa rayonunda iki Daşaltı adlı kənd vardı: Daşaltı-Künnət və Daşaltı-Xəzəbür.
Daşaltı körpüsü
Daşaltı körpüsü — Azərbaycanın Şuşa rayonunda, Şuşa şəhərindən 1 kilometr (0.62 mil) şimal-şərqdə, Daşaltı dərəsi boyunda axan Qarqarçayın üzərində yerləşən körpü. Daşaltı dərəsinin rus sülhməramlılarının nəzarət etdikləri hissəsində yerləşir. == Tarixi == Daşaltı körpüsü 1720-ci ildə tikilmişdir. 1992-ci ildə Şuşanın işğalı ilə ermənilərin nəzarətinə keçmişdir. 2020-ci ildə Şuşanın azad edilməsindən sonra imzalanan üçtərəfli bəyanata əsasən, rus sülhməramlılarının nəzarətinə keçmişdir. Körpü indiki dövrdə də çayı keçmək üçün önəmli vasitə kimi xidmət edir. 2021-ci ildə rus sülhməramlıları körpünün təmirini həyata keçirmişdir. == Memarlığı == Körpü tağlıdır. Tağın künc hissələri yonulmuş daşlardan ibarətdir. Bundan başqa, körpünün qalan hissələri çay daşı, əhəngdaşı və əhəng məhlulu ilə üzlənmişdir.
Daşaltı əməliyyatı
Daşaltı əməliyyatı — Şuşa yaxınlığında yerləşən Daşaltı kəndinin azad edilməsi məqsədi ilə həyata keçirilən əməliyyat. 1992-ci il 25 yanvarda axşam saat 20:00-da başlanıb və yanvarın 26-da axşam saatlarında uğursuzluqla başa çatıb. Şuşa yaxınlığında yerləşən Daşaltı kəndinin azad edilməsi məqsədi ilə həyata keçirilən əməliyyata sabiq müdafiə naziri, general-mayor Tacəddin Mehdiyev özü birbaşa rəhbərlik edib. Əməliyyatda yenicə yaranmış Azərbaycan Ordusunun könüllülərdən ibarət 3 bölüyü və Şuşa şəhərinin müdafiə taborunun döyüşçüləri iştirak edib. Taktiki səhvlər, qruplar arasında rabitə əlaqəsinin olmaması, əməliyyat sirrinin yayılması və bələdçilərin xəyanəti nəticəsində Nəbilər kəndi istiqamətindən Daşaltıya daxil olan Azərbaycan taqımları düşmənin pusqusuna düşərək tamamilə məhv edilib. Kəndə daxil olmuş bir neçə taqım isə xeyli itki verərək geri çəkilə bilib. Rəsmi məlumatlara görə, Daşaltı əməliyyatında Azərbaycan Ordusu 90 nəfərdən artıq itki verib, bundan başqa onlarla əsgər hələ də itkin düşmüş sayılır. Döyüşdə ermənilər də bir neçə texnika və 80-ə yaxın canlı qüvvə itirib. == Zəmin == 1992-ci ildə yanvarın ortasına doğru Qarabağda ağır vəziyyət yaranmışdı. Erməni qoşunları öz hərbi üstünlüyündən istifadə edərək Dağlıq Qarabağda azərbaycanlılar məskunlaşan məntəqələri mühasirəyə alır və bir-birindən onları təcrid edir, sonra isə müntəzəm surətdə bu məntəqələri tutmağa başlamışdılar.
Dilaltı sinir
== İstinadlar ==
Dilaltı sümüyü
Dilaltı vəzi
Dilaltı vəzi lat. Glandula sublingualis — ağız boşluğu dibinin selikli qişasının altında lat. m. mylohyoideus üzərində yerləşmişdir. Uzunsov olub, uzunluğu 3-4 sm, eni və qalınlığı 1 sm və çəkisi 5q-dır. vəzin bir neçə axacağı vardır, bunlardan bəzisi — lat. ductus sublingualis minores ayrıca olaraq dilaltı büküşdə və bəzisi bir-birilə birləşərək — lat. ductus sublingualis major (Bartolini — BNA) adı ilə dilaltı ətciyi üzərində lat. ductus submandibularis ilə birlikdə xüsusi ağız boşluğuna açılır. Vəzifəsi şəffaf qələvi reaksiyalı, xüsusi çəkisi 1,006-1,008, tərkibində ptialin və salivin fermentlər olan ağız suyu lat.
Qaşaltı Qaraqoyunlu
Qaşaltı Qaraqoyunlu — Azərbaycan Respublikasının Naftalan şəhər inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Goranboy rayonunun Qaşaltı Qaraqoyunlu kəndi Tap Qaraqoyunlu kənd inzibati-ərazi vahidi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla Qaşaltı Qaraqoyunlu kənd inzibati-ərazi vahidi yaradılmışdır. Azərbaycan Respublikası Milli Məclisinin 14 aprel 2009-cu il tarixli, 793-IIIQ saylı Qərarı ilə Goranboy rayonunun Qaşaltı Qaraqoyunlu kənd inzibati ərazi dairəsi tərkibindəki Qaşaltı Qaraqoyunlu kəndinin ərazisindən bələdiyyə mülkiyyətində olan 26,4 ha torpaq sahəsi Naftalan şəhərinin inzibati ərazisinə verilmişdır. Azərbaycan Respublikası Milli Məclisinin 31 may 2010-cu il tarixli, 1018-IIIQ saylı Qərarı ilə Goranboy rayonunun Qaşaltı Qaraqoyunlu kənd inzibati ərazi dairəsi əhatə etdiyi ərazi vahidləri (ərazisi müvafiq olaraq 1321,1 ha və 882,7 ha təşkil edən Qaşaltı Qaraqoyunlu və Qasımbəyli kəndləri) ilə birlikdə Naftalan şəhər inzibati ərazi vahidinin tərkibinə daxil edilmişdir. == Toponimikası == Kəndin adı qaş (dağın təpəsinin bir qədər irəliyə çıxmış üstü, dağın döşü) və alt sözlərindən, həmçinin Qaraqoyunlu etnotoponimindən ibarətdir. Kəndin adı "dağ qaşının alt tərəfindəki Qaraqoyunlu kəndi" mənasındadır. == Tarixi == Kəndin yaranması haqqında bir neçə fərziyyə var. Bunlardan biri XIX əsrin ortalarında Qərbi Azərbaycanda Qaraqoyunlu adlı yerdə yaşayan bir qrup insanın bu əraziyə gələrək bir kənd qurmasından ibarətdir. == Coğrafiyası == Kənd Naftalan şəhərindən 2.3 km məsafədə, Naftalan düzü ərazisində yerləşir. İqlimi yayda isti, qışda mülayimdir.
Daşaltı (Dərələyəz)
Daşaltı — keçmiş İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, sonralar keçmiş Paşalı (Əzizbəyov, Vayk) rayonunun, hazırkı Vayotsdzor mərzinin ərazisində mövcud olmuş kənd. Paşalı yaşayış məntəqəsindən 6–7 km cənubda, Arpaçayın sahilində yerləşirdi. == Etimologiyası == Toponim "dağ, qaya" mənasında işlənən "daş" sözü ilə mənsubiyyət şəkilçisi qəbul etmiş "alt" sözünün birləşməsindən əmələ gəlmişdir. == Əhalisi == Kənddə 1873-cü ildə 32 nəfər, 1886-cı ildə 37 nəfər, 1897-ci ildə 73 nəfər, 1904-cü ildə 28 nəfər, 1914-cü ildə 30 nəfər, 1916-cı ildə 24 nəfər azərbaycanlı yaşamışdır. 1918-ci ildə kəndin əhalisi erməni silahlı birləşmələrinin təcavüzünə və qırğınlarına məruz qalaraq kənddən qovulmuşdur. İndiki Ermənistanda sovet hakimiyyəti qurulduqdan sonra sağ qalan azərbaycanlılar öz doğma kəndlərinə qayıda bilmişdilər. Burada 1922-ci ildə 15 nəfər azərbaycanlı yaşamışdır. 1924–1925-ci illərdə azərbaycanlılar yenidən erməni silahlı birləşmələrinin təcavüzünə məruz qalaraq deportasiya olunmuşlar. 1926-cı ildə kənd ləğv edilmişdir. Hazırda xarabalıqları qalır.
Daşaltı (dəqiqləşdirmə)
Kəndlər Daşaltı — Şuşa rayonunda kənd. Daşaltı (Dərələyəz) — İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, sonralar keçmiş Paşalı (Əzizbəyov, Vayk) rayonu ərazisində kənd. Daşaltı (xarabalıq) (xaraba kənd) — İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasınında, indiki Ermənistanın Paşalı (Əzizbəyov, Vayk) rayonunda kənd. Daşaltı (Həştrud) — İranda kənd. Daşaltı (Xudabəndə) — İranda kənd. Daşaltı (Qoşaçay) — İranda kənd.
Alev Alatlı
Alev Alatlı (16 sentyabr 1942, Menəmən, İzmir ili – 2 fevral 2024, İstanbul) – Türkiyə yazıçısı. == Həyatı == 1944-cü ildə Fürüzan və Ərtuğrul Alatlının qızı olaraq İzmirin Menemen ilçəsində anadan olmuşdur. Atası zabitdir. İbtidai məktəbi Anakara Memar Kemal İbtidai Məktəbində başlamış, bir müddət Karakösədə oxuduqdan sonra Ərzurum Mədəniyyət Qurumu İbtidai Məktəbindən məzun olmuşdur. Anakara Namıq Kəmal Orta Məktəbini bitirdikdən atasının Yaponiyaya hərbi ateşe kimi təyin olunmasına görə liseyi Tokio şəhərindəki Yaponiya Amerika Məktəbində oxumuşdur. Burada ingilis və yapon dillərini öyrənmişdir. Orta Şərq Texniki Universitetinin statistika fakültəsinə daxil olmuş və 1963-cü ildə məzun olmuşdur. "Fullbright" təqaüdü ilə ABŞ-yə gedərək orada Vanderbilt Universitetində rifah iqtisadiyyatı və ekonometriya üzrə magistr təhsili almışdır və 1965-ci ildə universitetdən məzun olmuşdur. Daha sonra iqtisadiyyatı buraxaraq Nyu-Hempşirdə yerləşən Dartmut Kollecində fəlsəfə üzrə təhsil almış və düşüncə tarixi, ilahiyyat biliklərinə yiyələnmişdir (1968). Təhsili zamanı alman və rus dillərini də öyrənmişdir.
Bahar salatı
Fransız salatı
Kapreze salatı
Kapreze salatı (it. insalata caprese və ya sadəcə kapreze) — dilimlənmiş təzə mozzarella, pomidor və şirin reyhandan hazırlanmış, duz və zeytun yağı ilə ədavanlandırılmış sadə İtalyan salatı. Restoranlarda adətən boşqaba düzülür. Pizza Marqarita kimi, İtaliya bayrağının rənglərini: yaşıl, ağ və qırmızı rəngi özündə birləşdirir. İtaliyada adətən kontorno (qarnir) deyil, antipasto (başlanğıc) kimi verilir və günün istənilən vaxtında yeyilə bilər. Kapreze salatı kapreze yeməyinin bir formasıdır; o, həmçinin kapreze pizza, makaron və ya sendviç kimi də verilə bilər. Salatın adı İtaliyanın Kapri adasının şərəfinə qoyulub. Onun adının mənşəyi ilə bağlı iki ümumi hekayə vardır. Onun İtaliya bayrağına bir hörmətlə və ya "XX əsrdə kral ailəsinin və önəmli siyasətçilərinin tətil zamanı yemək zövqlərinin dəyişik olması ilə" bağlı olduğu güman edilir. == Növləri == Kapreze salatının növləri sırasına zeytun yağı əvəzinə italyan sousu, pesto və ya əlavə olaraq balzam sirkəsi işlədilən növləri də daxildir.
Kartof salatı
Kartof salatı — Bu yeməyin əsası kartofdur; onun tərkibində bütün növ inqrediyent var, o cümlədən bekon, soğan, pomidor, yaşıl noxud, yumurta, qarğıdalı və hətta portağallar. Salatların bütün müxtəlif növləri müxtəlif şəkildə süfrəyə verilir. Almaniyanın cənubunda kartof salatları adətən süfrəyə isti və ya hətta qaynar verilir, başqa regionlarda isə otaq hərarətində. Şimalda salatları soyuq yeməyi üstün tuturlar. Salatları müşayiət edən müxtəlif növ souslar var, o cümlədən mayonez, qaymaq, xardal, sirkə və ya vineqret sousu.
Kobb salatı
Kobb salatı — dilimlənmiş göyərti, pomidor, qovrulmuş ət, qaynadılmış toyuq əti, avokado, qaynadılmış yumurta, soğan, pendirdən hazırlanan ABŞ mətbəxinin salatı. Yeməyə bəzən qara zeytun əlavə edilir. == Tarixi == Salatın necə yaranmasını izah edən müxtəlif hekayələr mövcuddur. Deyilənə görə, 1930-cu illərdə Hollivudda Qəhvəyi Derbi restoranında bu yeməyin yeyildiyi deyilir. Çünki həmin gün bu restoranda imza günü idi. Bu yeməyə görə restoran sahibi Robert Houard Kobb mükafata layiq görülmüşdür. Hekayələr əsasında məlum olub ki, salat Kobb və ya onun şefi Paul C. Posti tərəfindən yaranıb. Əfsanəyə görə, Kobb gecə yarısına qədər yatmayıb və mətbəxdə bəzi inqredintlər ilə qarışdırdıb. Sonda Fransız sousu ilə qarışdırılıb. Başqa əfsanələrə görə, Robert Kreis başqa restoranda icraçı şefi işləmişdir.
Malaq salatı
Malaq salatı- (ispan dilkində ensalada malaquena) tipik andalus mətbəxinin (xörəyidir)yeməyidir. Bu salat bütün İspaniyada çox məşhurdur və onu tez-tez ilin yay aylarında hazırlayırlar. Malaq salatı reseptinin variantları olduqca çoxdur, amma əsas inqrediyentləri bişmiş kartof, portaxalın yumşaq hissəsi, coğan, yaşıl zeytun ibakalyau. Sallatın sosusu müxtəlif ola bilər.
Aechmea nallyi
Aechmea nallyi (lat. Aechmea nallyi) — bitkilər aləminin qırtıcçiçəklilər dəstəsinin bromeliyakimilər fəsiləsinin exmeya cinsinə aid bitki növü.
Kedjau Nabali
Kedjau Nabali (8 iyul 1990) — Ukraynalı cüdoçu. Kedjau Nabali Ukraynanı 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Kedjau Nabali birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Rio-de-Janeyroda baş tutan XXXI Yay Olimpiya Oyunlarında kişilər 90 kq çəkidə, 1/16 final mərhələsində Kubanın nümayəndəsi Eşli Qonzalez ilə üz-üzə gəldi. Həmin görüşdə İbrahim Xələf rəqibinə 0:101 hesabı ilə uduzdu.