Navalnı

Aleksey Anatolyeviç Navalnı (rus. Алексей Анатольевич Навальный; 4 iyun 1976[1][2], Butın[d], Moskva vilayəti[11][2]16 fevral 2024[3][4][…], Xarp həbsxanası[d], Yamalo-Nenets Muxtar Dairəsi[3]) — Rusiyada fəaliyyət göstərən Korrupsiya ilə Mübarizə Fondunun (KMF) qurucusu, müxalifət lideri, ictimai xadim, siyasi məhbus idi.[16]

Aleksey Navalnı
rus. Алексей Анатольевич Навальный
Şəxsi məlumatlar
Doğum tarixi 4 iyun 1976(1976-06-04)[1][2]
Doğum yeri
Vəfat tarixi 16 fevral 2024(2024-02-16)[3][4][…] (47 yaşında)
Vəfat yeri
Vəfat səbəbi bilinmir[12]
Partiya
  • Gələcək Rusiya Partiyası[d] (20182024)[5]
Təhsili
Fəaliyyəti siyasətçi, vəkil, aktivist
Həyat yoldaşı
  • Yuliya Navalnaya[d] (20002024)[9]
Uşaqları 2[10]
Dini şərqi ortodoks xristianlıq[13]
Elmi fəaliyyəti
Elm sahəsi siyasət[14], hüquqşünaslıq[15]

Təltifləri Qızıl Pley Düyməsi YouTube Gümüş play düyməsi
İmzanın şəkli
navalny.com
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

1976-cı il iyunun 4-də Moskva vilayətində doğulub. Rusiya Xalqlar Dostluğu Universitetinin hüquq fakültəsini bitirib, Rusiya Hökuməti yanında Maliyyə Akademiyasında, ABŞ-nin Yel Universitetində də təhsil alıb.[17]

2000-ci ildən ictimai-siyasi fəaliyyətlə məşğuldur. Rusiya Birləşmiş Demokrat Partiyasının ("Yabloko") müxtəlif strukturlarına rəhbərlik edib, korrupsiyaya qarşı mübarizə aparan Moskvalıları Müdafiə Komitəsinin rəhbərlərindən olub, "DA!" gənclər hərəkatının, "Xalq" hərəkatının yaradıcılarından biri və Gələcək Rusiya Partiyasının (yaxud Tərəqqi Partiyası) lideri olmuşdur.[17]

Dövlət başçısı Vladimir Putinin ən sərt əleyhdarı kimi ad çıxaran Aleksey Navalnı 2013-cü ildə 5 il, 2014-cü ildə 3 il 6 ay müddətinə şərti həbs cəzasına məhkum edilib. Dəfələrlə inzibati həbs cəzası alıb.[17]

Zəhərlənməsi

[redaktə | mənbəni redaktə et]

20 avqust 2020-ci il tarixində Navalnı Rusiyanın Tomsk şəhərindən paytaxt Moskvaya qayıdarkən qəfildən halı pisləşib. Təcili Omsk xəstəxanasına yerləşdirilən müxalifətçi komaya düşüb.[16] Rusiyada Navalnıya maddələr mübadiləsinin pozulması diaqnozu qoyulub. Omsk xəstəxanasının baş həkiminin müavini Anatoli Kaliniçenko bildirib ki, xəstənin orqanizmində zəhər, yaxud zəhərlənmənin əlamətləri aşkarlanmayıb. Yaxın ətrafı isə Navalnının zəhərləndiyinə inanır. Avqustun 22-də səhər saatlarında onu Almaniyanın "Charite" xəstəxanasına yerləşdirdilər.[18] Orada aparılan klinik araşdırmaların nəticələri Aleksey Navalnının xolinesteraza inhibitorları qrupundan olan bir maddə ilə zəhərləndiyini göstərir. Aleksey Navalnı süni komaya düşüb, onun vəziyyəti ağır olsa da, həyatı üçün kəskin təhlükə yoxdur. Həkimlər zəhərlənmənin ağırlıq dərəcəsinin hələ müəyyən edilmədiyini və onun siyasətçinin orqanizmində hansı izləri buraxacağını dəqiqləşdirə bilməyiblər.[19] Avqustun 28-də "Charite" klinikasının ekspertləri Rusiya müxalifəti liderinə qarşı döyüş təyinatlı zəhərləyici maddənin tətbiq edildiyi qənaətindən çıxış edərək Almaniya ordusunun Münhendə yerləşən qapalı toksikoloji və farmakoloji labartoriyasından kömək istəyiblər. Həmin laboratoriyada Almaniyanın zəhərlər və döyüş təyinatlı kimyəvi zəhərləyici maddələr üzrə ən yaxşı mütəxəssisləri işləyir. Sorğu həm də Böyük Britaniyanın Port-Daunda yerləşən, bioloji və kimyəvi silahlar üzrə araşdırma Mərkəzinə də göndərilib.[20]

Müalicədən sonra Navalnı 2021-ci il yanvarın 17-də Berlin-Brandenburq hava limanından Moskvaya yola düşüb. Rusiyaya çatan kimi həbs edilib. Buna səbəb kimi Navalnının 2014-cü ildə cəzasının dayandırılaraq müvəqqəti azadlıq şərtlərini pozması göstərilib. Məhkəmə Navalnıya 3,5 il həbs cəzası vermişdi.[21] Bunun ardınca Rusiyada Aleksey Navalnının azadlığa buraxılması ilə bağlı razılaşdırılmamış etiraz aksiyaları keçirildi. Hökumət orqanları ilə razılaşdırılmayan etiraz aksiyaları əsasən paytaxt Moskva, Sankt-Peterburq, Kazan, Yekaterinburq, Novosibirsk və Krasnoyarsk şəhərlərində baş tutdu. Aksiyalar zamanı ümumilikdə 4 min nəfərdən çox etirazçı saxlanıldı.[22]

O, 16 fevral 2024-cü il tarixində Yamalo-Nenets Muxtar Dairəsində yerləşən "ИК-3 Харп" həbsxanasında öldü.[23][24][25]

2024-cü il martın 1-də siyasətçi Borisov qəbiristanlığında dəfn edilib; Dəfn mərasimi Moskvanın cənub-şərqindəki Maryinoda Allah Anasının “Kədərlərimi söndür” İkonu kilsəsində baş tutub.

  1. 1 2 Alexej Nawalny // Munzinger Personen (alm.).
  2. 1 2 3 4 Nawalny Aleksiej // (unspecified title).
  3. 1 2 3 4 ФСИН: Алексей Навальный умер в колонии (rus.). Meduza, 2024.
  4. 1 2 Russische Justiz: Oppositioneller Nawalny in Haft gestorben (alm.).
  5. 1 2 Партия Навального получила название «Россия будущего» (rus.).
  6. 1 2 Алексей Навальный. Биография Алексей Навальный. Биография (rus.). 2013.
  7. 1 2 Alexey Navalny – Maurice R. Greenberg World Fellows Program (ing.).
  8. 1 2 Алексей Навальный. Биография (rus.). 2013.
  9. 1 2 «Я очень тебя люблю». История Юлии Навальной — жены, которая не боится и верит (rus.).
  10. Алексей Навальный.
  11. 1 2 Alexei Navalny: Russia's vociferous Putin critic (brit. ing.). 2011.
  12. УФСИН России по Ямало-Ненецкому автономному округу сообщает.
  13. Навальный о государственной религии - Religo.ru :: Эксперты о религии. 2015.
  14. Putin firma la ley que le permitirá ser presidente de Rusia hasta 2036 (isp.).
  15. Record #254613339 // VIAF: 254613339 (çd.). [Dublin, Ohio]: OCLC, 2003.
  16. 1 2 apa.az. "Aleksey Navalnı komadadır, vəziyyəti ağırdır" (az.). 20 Avqust 2020. 2021-03-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 avqust 2020.
  17. 1 2 3 novator.az. "Aleksey Navalnı ağır vəziyyətdədir" (az.). 20 avqust 2020. İstifadə tarixi: 21 avqust 2020.
  18. virtualaz.org. "Navalnı bu gün Almaniyaya aparılacaq" (az.). 22 avqust. İstifadə tarixi: 22 avqust.[ölü keçid]
  19. "Charite" klinikası: Navalnını zəhərləyiblər[ölü keçid]
  20. Müxalifət liderini kimyəvi silahla zəhərləyiblər?[ölü keçid]
  21. "Aleksey Navalni Rusiyaya çatan kimi həbs edildi". 2021-12-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-02-04.
  22. "Rusiyada etiraz aksiyaları keçirildi-FOTO". 2021-12-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-02-04.
  23. Roth, Andrew. "Western leaders blame Putin for Alexei Navalny's death in Russian jail". The Guardian (ingilis). 2024-02-16. ISSN 0261-3077. 2024-02-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-02-16.
  24. "Alexei Navalny: Putin critic dies after 'feeling unwell' and 'losing unconciousness'". Sky News. 16 February 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16 February 2024.
  25. "Russian opposition leader Navalny has died, prison service says". 16 February 2024. 16 February 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16 February 2024 – www.bbc.co.uk vasitəsilə.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]