Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Namiq Quliyev Natiq Oğlu
Namiq Natiq oğlu Quliyev (31 dekabr 2001, Sumqayıt – 28 sentyabr 2020, Füzuli rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Namiq Quliyev 2001-ci il dekabrın 31-də Sumqayıt şəhərində anadan olub.
Namiq
Namiq — Azərbaycanlı adı.
Natiq
Natiq — Azərbaycanda daha çox işlədilən kişi adı. Natiq Əliyev — Azərbaycan Respublikasının energetika naziri Natiq Əhmədov — Azərbaycanın Milli Qəhrəmanı; Xocalı soyqırımı şəhidi. Natiq Məmmədov (milli qəhrəman) — Azərbaycanın Milli Qəhrəmanı Natiq Əliyev (general-mayor) — Natiq Qəzənfəroğlu — Bəstəkar. Kino bəstəkarı. Natiq Rəsulzadə — Natiq Həsənov — Videomühəndis. Videotəminatçı. Natiq Fərzəliyev — Aktyor Natiq Qədimov — Aparıcı. Müxbir. Natiq Orucov — Xınalıqlı muğam ustası Natiq Şirinov — Azərbaycan musiqiçisi, bəstəkar. Natiq Rüstəmov — şəhid.
Nayin
Nayin — İranın İsfahan ostanının şəhərlərindən və Nayin şəhristanının mərkəzidir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 24,424 nəfər və 6,950 ailədən ibarət idi. Əhalisinin əksəriyyəti Nayin dilində danışırlar.
Şayiq
Şayiq (fars. شايق‎) — İranın Ərdəbil ostanının Səreyn şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 923 nəfər yaşayır (190 ailə).
Günel Natiq
Günel Natiq (Günel Natiq qızı Natiq; 12 mart 1980, Bakı) — azərbaycanlı yazıçı, esseist, jurnalist, Azərbaycan Jurnalistlər Birliyinin (2005) və Azərbaycan Yazıçılar Birliyinin (2016) üzvü, Prezident təqaüdçüsü (2019). == Həyatı == Günel Natiq 1980-cı il martın 12-də Bakıda ziyalı ailəsində anadan olub. 2001-ci ildə Bakı Slavyan Universitetinin rus dili və ədəbiyyatı fakültəsini bitirib. == Fəaliyyəti == === Jurnalist kimi fəaliyyəti === Azərbaycan Radiosunun tarixində ən gənc redaktor (17 yaşında) olan Günel Natiq radioya gəldiyi ilk illərdən orijinal üslubu, özünəməxsus ifadə tərzilə seçilib və öz dinləyici auditoriyasını qazanıb. Azərbaycan Radiosunda məşhur "Qərib axşamlar" verilişinin müəllifidir. AzTV-nin rəsmi jurnalında "Qərib axşamlar" haqqında xüsusi reportaj (2011) hazırlanıb. "Qərib axşamlar" ilk illərdə qaçqın və köçkünlərin həyatına dair radio hekayələr formatında efirə verilib. Sonrakı illərdə proqramın formatı dəyişməsə də, qəhrəmanları dəyişib. Azərbaycan və dünya ədəbiyyatının seçilən imzaları Günel Natiqin bələdçiliyilə fərqli rakursdan təqdim edilib. 90-cı illərdən başlayaraq "Gündoğandan-günbatana" verilişinə müəlliflik edən Günel Natiq türkçülüyün təbliğində rol oynayan silsilə proqramlar (qədim türk tarixi, etnoqrafiyası, maddi-mənəvi abidələri haqqında) hazırlayıb.
Namiq Abaslı
Namiq Zülfüqar oğlu Abaslı (12 sentyabr 1997) — Azərbaycanı təmsil edən cüdoçu. 2020-ci ildə Yaponiyanın Tokio şəhərində baş tutan XVI Yay Paralimpiya Oyunlarında bürünc medala sahib olub. == Həyatı == Namiq Abaslı 1997-ci il sentyabrın 12-də anadan olub. 2014-2018-ci illərdə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında (ADBTİA) ali təhsil alıb. == Karyerası == Namiq Abaslı 2018-ci ildə Portuqaliyada baş tutan Dünya Çempionatını yeddinci pillədə başa vurdu. Komanda turnirində isə o, bürünc medalın sahibi oldu. 2019-cu ilin may ayında Qran-Pridə bürünc medal qazanan Namiq Abaslı, həmin ilin iyul ayında İtaliyada baş tutan Avropa Çempionatında da bürünc medala sahib oldu. 2021-ci ilin may ayında isə o, Qran-Prinin qalibi oldu. 2021-ci ilin avqust ayında isə Namiq Abaslı Yaponiyada baş tutan XVI Yay Paralimpiya Oyunlarında mübarizə apardı. Namiq Abaslı Paralimpiadanın 1/4 final mərhələsi çərçivəsində İspaniya nümayəndəsi Serxio İbanez ilə üz-üzə gəldi və rəqibinə məğlub oldu (00:01).
Namiq Cırıyev
Namiq Cırıyev (4 noyabr 1980, İsmayıllı) — ilahiyyatçı, ərəbşünas == Həyatı == Namiq Zeynəddin oğlu Cırıyev 4 noyabr 1980-ci ildə İsmayıllı rayonu Qalacıq kəndində anadan olub. 1987-98-ci illərdə İsmayıllı rayonu Taryel Xanadanov adına orta məktəbdə oxuyub. 1998-99-cu illərdə Türkiyənin İzmir şəhərindəki Doqquz Eylül Universitetində İlahiyyat fakültəsində təhsil alıb. 1999-2003-cü illərdə Bakı Dövlət Universitetinin İlahiyyat fakültəsində təhsilini davam etdirib. 2003-cü ildə M.Füzuli adına Əlyazmalar İnstitutunun aspiranturasına qəbul olunub, elə həmin il institutda əmək fəaliyyətinə başlayıb. 2005-2007-ci illərdə müxtəlif mətbu orqanlarında çalışıb, 2008-ci ildən isə Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində çalışır. 100-ə yaxın elmi, publisist və tədqiqat əsərlərinin müəllifidir.
Namiq Cəlilov
Cəlilov Namiq Sərdar oğlu (18 fevral 1959, Şahbuz rayonu) — Fizika-riyaziyyat elmləri doktoru, AMEA-nın müxbir üzvü (2007) AMEA N. Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının direktoru == Həyatı == Namiq Cəlilov 1955-ci il fevralın 18-də Naxcıvan Muxtar Respublikasında anadan olmuşdur. N. S. Cəlilov əyani aspiranturanı İZMİRAN -da (Moskva vilayəti) müvəffəqiyyətlə başa vurmuş və elə orada da namizədlik dissertasiyasını astrofizika ixtisası üzrə müdafiə etmişdir (1983). 1986–2005-ci illər ərzində o İZMİRAN -da aparıcı elmi işçi vəzifəsinə qədər yüksələrək bu İnstitutda həyata keçirilmiş iki kosmik proqramın (KORONAS-İ və KORONOS-F) nəzəri proqramlarının hazırlanmasında fəal iştirak etmişdir. 2004-cü ildə İZMİRAN-da "Günəşin qlobal məxsusi rəqslərinin fiziki modelləri" mövzusunda doktorluq dissertasiyasını müdafiə edərək fizika-riyaziyyat üzrə elmlər doktoru alimlik dərəcəsini qazanmışdır. 1983–2004-cü illərdə Rusiya və Almaniyanın məşhur elm ocaqlarında (Yer maqnetizmi, İonosfer və Radio dalğaların yayılması İnstitutu (Moskva) və Potsdam Astrofizika İnstitutu) çalışmış, nəzəriyyəçi alim kimi yetişmişdir. Elmi fəaliyyətə Günəş fizikasının aktual sahəsi olan helioseysmologiyanın nəzəri problemləri ilə başlayan alim fundamental nəticələrə nail olmuşdur. O, rəqslərin radiativ udulmasını nəzərə alaraq Günəşin akustik pulsasiyasının spektrini hesablamışdır. Həmçinin Rusiya, Kanada və İspaniyadan olan alimlərlə birlikdə o neytrino fizikası sahəsində mühüm layihələrin müəllifidir. İlk dəfə N. Cəlilov tərəfindən (Rusiya və Almaniya alimləri ilə birlikdə) Günəşin diferensial fırlanması ilə bağlı olan burulğanlı qlobal rəqslərin nəzəriyyəsi irəli sürülmüşdür. 107 elmi məqalənin müəllifidir.
Namiq Dadaşov
Namiq Dadaşov Əbdül Xalıq oğlu (27 noyabr 1945, SSRİ və ya Azərbaycan – 7 oktyabr 2021) — Azərbaycan Rəssamlar İttifaqının üzvü, Respublikanın əməkdar rəssamı, ali təhsilli heykəltaraş == Həyatı == Namiq Dadaşov 27 noyabr 1945-ci il tarixində anadan olub. Azərbaycan Milli Konservatoriyasının İncəsənət Gimnaziyasının müəllimi kimi çalışıb. Mədəniyyət Nazirliyi tərəfindən sifariş olunan 15 ədəddən artıq xatirə medallarının müəllifidir. Rəssam yaradıcılığının müxtəlif dövürlərində qızıl, gümüş medallarla, o cümlədən diplomlarla təltif edilib. Rəssam bir çox Beynəlxalq sərgilərin, həmçinin fərdi və qrup sərgilərinin iştirakçısı olub. Əsərləri Gürcüstan, Hollandiya, İtaliya, İngiltərə, Türkiyə, Fransa və digər ölkələrdə sərgilənib. 7 oktyabr 2021-ci il tariixndə vəfat edib. Ailə idi, iki uşağı var. == Yaradıcılığı == 1983 Qasım bəy Zakirin qəbirüstü abidəsi — Şuşa şəh. 1984 Ü. Hacıbəyov və Bül-Bül abidə büstü — Şuşa şəh.
Namiq Hacıheydərli
Namiq Hacıheydərli (8 sentyabr 1975, Salyan rayonu – 27 aprel 2024) — Azərbaycan şairi, araşdırmaçı, Azərbaycan Yazıçılar Birliyinin üzvü (2002), AYB-nin Muğan bölməsinin yaradıcısı və ilk sədri (2008–2015). == Həyatı == Namiq Hacıheydərli 1975-ci il sentyabrın 8-də Salyan rayonunun Varlı kəndində doğulub. 1990-cı ildə Varlı kənd əsas, 1992-ci ildə Salyan rayonu Yolüstü kənd orta məktəbini bitirib və elə həmin ildə N. Tusi adına Azərbaycan Dövlət Pedaqoji Universitetinin Filologiya fakültəsinə daxil olub. Ali məktəbi 1997-ci ildə bitirib. 2024-cü il aprel ayının 27-də qəfil komaya düşdüyünə görə xəstəxanaya yerləşdirilib. Həmin gün vəfat edib. == Yaradıcılığı == 1999-cu ildə Salyanın Qaraçala ərazisini əhatə edən "Dan yeri" Ədəbi Birliyini qurub. 2000-ci ildən Dünya Gənc Türk Yazarlar Birliyinin Məclis üzvü, 2002-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. 2008-ci ildə Azərbaycan Yazıçılar Birliyinin Salyanda keçirilən təsis konfransında Muğan bölməsinin sədri seçilib. Dünya Azərbaycanlılarının I Qurultayının, Azərbaycan Gənclərinin III Forumunun, Azərbaycan Yazıçılar Birliyinin XI Qurultayının, Krımın Yalta şəhərində keçirilən XIV Türk Dünyası Gənclik Günləri və Qurultayının və digər mühüm tədbirlərin iştirakçısıdır.
Namiq Hacıyev
== Siyahı ==
Namiq Hüseynov
Hüseynov Namiq Tahir oğlu — Azərbaycan jurnalisti. == Həyatı == 30 yanvar 1984-cü ildə Bakı şəhərində anadan olub. 2000-ci ildə Bakı Özəl Türk Liseyini, 2004-cü ildə isə Bakı Dövlət Universitetini "iqtisadi kibernetika" ixtisası üzrə bitirib. 2006-cı ildən ANS şirkətlər qrupuna daxil olan ANS TV-nin xəbərlər xidmətində çalışıb. ANS-də işlədiyi müddət ərzində "Salam Azərbaycan", "Xəbərçi", "İç xəbər" və "Düzbucaq" proqramlarının həm müxbiri, həm aparıcısı, həm də redaktoru olub. Sumqayıt şəhərinin 60 illiyi ilə bağlı "60 yaşında cavan", Azərbaycanda televiziyanın yaranma tarixi ilə bağlı "Dövlət güzgüsü", milli mətbuatın yaranma tarixi ilə bağlı "Əkilənlər və biçilənlər" adlı sənədli filmləri çəkib. Səhhətində yaranmış problemlərlə əlaqədar 31 mart 2012-ci il tarixində telekanalı tərk edib. Bir müddət Azərbaycanda pulsuz paylanan qəzet olmuş New Baku Post (qəzet) inin iqtisadiyyat üzrə müxbiri, Fins.az - maliyyə xəbər portalının redaktoru olub. Hal-hazırda "Report" İnformasiya Agentliyi nin iqtisadiyyat şöbəsinin redaktorudur. Ailəlidir, bir qızı, bir oğlu var.
Namiq Həsənov
Namiq Həsənov (siyasətçi) — Naxçıvan MR Ali Məclisinin sabiq sədri. Namiq Həsənov (futbolçu) — Azərbaycanlı futbolçu. Namiq Həsənov (əsgər, 1991) — Vətən müharibəsi şəhidi.
Namiq Kamal
Namik Kamal (türk. Namık Kemal) (21 dekabr 1840, Təkirdağ — 2 dekabr 1888, Xios) — Türkiyə şairi, jurnalist, nasir, tərcüməçi və ictimai xadim. Tənzimat ədəbiyyatının əsas nümayəndələrindən biri. "Gənc osmanlılar" cəmiyyətinin yaradıcılarından və rəhbərlərindən biri. Dərc etdiyi qəzetlər ("Azadlıq", London, 1863-1870; "Təlimat", İstanbul, 1872-1873) Türkiyədə konstitusion fikirlərin yayılmasında böyük rol oynamışdır. 1876-cı il ilk türk konstitusiya layihəsinin hazırlanmasında iştirak etmişdir. Mədəniyyətdə Avropa istiqamətinin tərəfdarı olmuşdur. 1865-ci ildə İbrahim Şinasinin mühacirətindən sonra "Təsviri əfkar" ("Tasviri efkar") qəzetini nəşr etməya başlamışdır. Namik Kamal türk romanının banilərindəndir. "Əli bəyin sərgüzəştləri" (1876), "Cəzmi" (1880) kimi romanlar onun qələminə aiddir.
Namiq Musalı
Namiq Məmmədov
Namiq Məmmədov (rəssam) — Azərbaycan Rəssamlar İttifaqının üzvü, peşəkar rəssam
Namiq Məna
Namiq Həsən oğlu Əliyev (1 noyabr 1971, Sumqayıt) təxəllüsü Namiq Məna — Azərbaycan meyxanaçısı, bədihəçi şairi. AYB Qubadlı Regional Bölmənin sədri, Mədəniyyət və Turizm Nazirliyinin Sumqayıt regional idarəsinin əməkdaşı. Yeni Azərbaycan Partiyasının üzvüdür. == Həyatı == Namiq Həsən oğlu Əliyev 1 noyabr 1972-ci ildə Sumqayıt şəhərində anadan olub. Əslən Zəngəzurdandır. 28 saylı orta məktəbi bitirib. Mədəniyyət və İncəsənət universitetinin dram teatrı və kino aktyorluq fakultəsini bitirib. 10 yaşından şeir yazmağa başlayıb. Şifahi xalq ədəbiyyatının bir qolu olan bədihə (meyxana) janrı ilə fəaliyyət göstərib. Qoyma ay qardaş vətən əldən gedir, Xəzan gəlibdir, Çəmən əldən gedir.
Namiq Nəbiyev
Namiq Nəsrullayev
Namiq Nəsrulla oğlu Nəsrullayev (2 fevral 1945, Bakı – 17 yanvar 2023, Bakı) — Azərbaycan Respublikasının iqtisadiyyat naziri (1996–2001), Azərbaycan Respublikası Hesablama Palatasının ilk sədri (2001–2007). Azərbaycanın tanınmış dövlət xadimi Nəsrulla Nəsrullayevin oğludur. == Həyatı == 2 fevral 1945-ci ildə Bakı şəhərində anadan olmuş, 1962-ci ildə orta məktəbi, 1967-ci ildə fərqlənmə diplomu ilə M. Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutunun energetika fakültəsini, 1970-ci ildə M. Lomonosov adına Moskva Dövlət Universitetinin Tətbiqi riyaziyyat fakültəsini bitirmişdir. Ailəlidir, 2 övladı var. === Elmi fəaliyyəti === 1968-ci ildən Moskvada akademik Boris Nikolayeviç Petrovun rəhbərliyi ilə SSRİ Elmlər Akademiyası İdarəetmə Problemləri İnstitutunun aspiranturasında avtomatik idarəetmə və tənzimləmənin invariantlılıq nəzəriyyəsi, ekstremal tənzimləmə sistemləri üzərində işləmişdir. 1978-ci ildə bort nüvə energetikası qurğuları üzrə texnika elmləri namizədi elmi dərəcəsi almışdır. 1978–1987-ci illərdə Azərbaycan Elmlər Akademiyası Kibernetika İnstitutunun direktor müavini, "Kibernetika" XKB-nin direktoru işləmişdir. 1987-ci ildə Azərbaycan "Ulduz" Elm İstehsalat Birliyinin və "Rabitə Sistemləri" Elmi-Tədqiqat İnstitutunun direktoru təyin edilmiş, həmin vəzifələrdə 1995-ci ilədək çalışmışdır. 15 müəlliflik şəhadətnaməsi almış, 32 elmi əsəri nəşr edilmişdir. === Siyasi fəaliyyəti === 1995-ci ildən Azərbaycan Respublikası iqtisadiyyat nazirinin birinci müavini, 1996-cı ildən 2001-ci ilədək Azərbaycan Respublikasının iqtisadiyyat naziri vəzifəsində fəaliyyət göstərmişdir.
Namiq Qarayev
Namiq Qarakişi oğlu Qarayev (21 aprel 1979, Qazıqumlaq, Ucar rayonu – 21 dekabr 2020, Kəlbəcər rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin müddətdən artıq xidmət edən hərbi qulluqçusu, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Qarayev Namiq Qarakişi oğlu 21.04.1979-cu il tarixdə Ucar rayonu Qazıqumlaq kəndində anadan olub. === Təhsili === 1985–1996-cı illərdə Qazıqumlaq kənd 1 saylı orta məktəbində təhsil alıb. == Hərbi xidməti == 01.10.2020-ci il tarixdə Kəlbəcər rayonu uğrunda aparılan döyüş əməliyyatları zamanı həlak olub.
Namiq Qaraçuxurlu
Namiq Qaraçuxurlu (8 noyabr 1978, Bakı) — azərbaycanlı meyxanaçı, müğənni. == Həyatı == Namiq Qaraçuxurlu 8 noyabr 1978-ci ildə Bakı şəhərində anadan olmuşdur. İlk meyxanasını 1993-cü ildə deyən meyxanaçı sonralar müəyyən səbəblərdən bir neçə il sənətinə fasilə vermişdir. 1997-ci ildə Şəhriyar adına mədəniyyət sarayında keçirilən meyxana müsabiqəsində ikinci yer tutub, laureat olmuşdur.[mənbə göstərin] Fəaliyyəti ilə o gündən mütəmadi məşğul olan meyxanaçının 1999-cu ildə ilk kaseti işıq üzü görüb. 2001-ci ildə "And içmişdik" adlı albomu çıxandan sonra meyxanaçının və meyxana sənətinin həyatında böyük rol oynayan "Rəvayət" klipi çəkilib. Klipinin təqdimatı bir vaxtlar meyxanaçının laureat olduğu Şəhriyar adına mədəniyyət sarayında konsert şəklində səsləndirib. Azərbaycanın müxtəlif bölgələrində konsert verən meyxanaçı 7900 nəfərlik tamaşaçı tutumu olan "Şəfa" stadionunda solo konsert vermişdir. Mütəmadi olaraq Hollandiya, Almaniya, İran və Rusiyanın bir çox şəhərlərində və o cümlədən paytaxt Moskvada konsert vermişdir. Uzun müddət Aygün Kazımova ilə duet oxumuşdur. Sözləri Namiq Qaraçuxurluya aid olan "Yine Tek" mahnısını Türkiyənin məşhur sənətcisi Ajda Pekkan ifa etmişdir.
Namiq Abbaslı
Namiq Zülfüqar oğlu Abaslı (12 sentyabr 1997) — Azərbaycanı təmsil edən cüdoçu. 2020-ci ildə Yaponiyanın Tokio şəhərində baş tutan XVI Yay Paralimpiya Oyunlarında bürünc medala sahib olub. == Həyatı == Namiq Abaslı 1997-ci il sentyabrın 12-də anadan olub. 2014-2018-ci illərdə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında (ADBTİA) ali təhsil alıb. == Karyerası == Namiq Abaslı 2018-ci ildə Portuqaliyada baş tutan Dünya Çempionatını yeddinci pillədə başa vurdu. Komanda turnirində isə o, bürünc medalın sahibi oldu. 2019-cu ilin may ayında Qran-Pridə bürünc medal qazanan Namiq Abaslı, həmin ilin iyul ayında İtaliyada baş tutan Avropa Çempionatında da bürünc medala sahib oldu. 2021-ci ilin may ayında isə o, Qran-Prinin qalibi oldu. 2021-ci ilin avqust ayında isə Namiq Abaslı Yaponiyada baş tutan XVI Yay Paralimpiya Oyunlarında mübarizə apardı. Namiq Abaslı Paralimpiadanın 1/4 final mərhələsi çərçivəsində İspaniya nümayəndəsi Serxio İbanez ilə üz-üzə gəldi və rəqibinə məğlub oldu (00:01).
Namiq Abbasov
Namiq Abbasov (siyasətçi) — general Namiq Abbasov (əsgər) — əsgər, I Qarabağ müharibəsinin şəhidi.
Namiq Abdullayev
Namiq Yadulla oğlu Abdullayev (4 yanvar 1971, Bakı) — 1990-2008-ci illərdə Azərbaycan yığmasının heyətində çıxış edən sərbəst güləşçi. Namiq Abdullayev Olimpiya Oyunlarının medalına sahib olan birinci Azərbaycan idmançısıdır. 1996-cı ildə Atlanta şəhərində (ABŞ) baş tutan XXVI Yay Olimpiya Oyunlarının gümüş medalına sahib olan Namiq Abdullayev dörd il sonra, 2000-ci ildə Sidney şəhərində (Avstraliya) baş tutan XXVII Yay Olimpiya Oyunlarının isə qalibi olub. == Həyatı == == Karyerası == === 1990—1992-ci illər: SSRİ Çempionatları === Namiq Abdullayev 1990-cı ilin iyununda Buryatiyanın Ulan-Ude şəhərində baş tutan SSRİ Çempionatında mübarizə apardı və turnirin bürünc medalına sahib oldu. Bir il sonra isə Namiq Abdullayev Zaporojya şəhərində baş tutan SSRİ Çempionatında mübarizə apardı və bu səfər də turnirin bürünc medalına sahib oldu. Həmin illərdə SSRİ yığmasının "bir nömrəli üzvü" 1988-ci il Seul Olimpiadasının bürünc medalçısı Sergey Karamçakov idi. Buna görə də 20 yaşlı Namiq Abdullayev hələ Avropa və Dünya Çempionatlarında mübarizə apara bilmirdi. 90-cı illərin əvvəllərində Sovet İttifaqında baş verən siyasi proseslər nəticəsində SSRİ dağıldı. Namiq Abdullayev isə Azərbaycan bayrağı altında turnirlərdə mübarizə aparmağa başladı. Amma Azərbaycan Milli Olimpiya Komitəsi Beynəlxalq Olimpiya Komitəsinin üzvü olmadığına görə sovet idmançıları 1992-ci il Barselona Olimpiadasında Birləşmiş Komandanın (bəzi hallarda MDB) heyətində mübarizə apardı.
Qayıq
Qayıq — qədim su nəqliyyatı vasitəsi, su nəqliyyatının ən mükəmməl növü. == Tarixi == Qayıq Neolit dövründən məlumdur. İlk qayıqları qalın və uzun ağac gövdəsinin içini daş alətlərlə oyub düzəldirdilər. Qədim zamanlarda heyvan dərisindən, papirusdan və s.-dən də qayıq hazırlanırdı. Qayığın hərəkətini asanlaşdırmaq və sürətini artırmaq məqsədilə ağacın alt hissəsini yonub yastı hala salır, qabaq tərəfini isə nazildib itiləşdirirdilər. Belə qayıqlar ilk dəfə avstraliyalılar tərəfindən yaradılmışdı. E.ə. II minilliyin sonu — I minilliyin əvvəllərində dəniz və çaylarda yük daşımaq üçün avarlı və yelkənli qayıqlar hazırlanırdı. Qayıq Azərbaycanda da qədimdən məlumdur. Qobustan qayalarında içərisində adam, bəzən də burun hissəsində günəş həkk edilmiş qayıq təsvirləri Azərbaycanın qədim sakinlərinin, Azərbaycanda yaşamış tayfaların hələ e.ə.
Kələk (qayıq)
Sualtı qayıq
Sualtı qayıq — uzun müddət su altında müstəqil əməliyyatlar icra edə bilən gəmi növüdür. Su sıxışdırma həcmi 26000 t olan sualtı qayıqlara sualtı gəmilər də deyilir. Sualtı qayıqlar bir çox ölkələrin hərbi-dəniz qüvvələrinin tərkib hissəsidir. Onların üstün cəhətləri gizli olmalarıdır. Bu xassələrdən hərbdə geniş istifadə olunur. == Tarixi == İnsanların suyun altında mümkün qədər çox qalma arzuları uçmağa canatma qədər qədimdir. Ona görə də, adamlar uyğun qurğuların yaradılamsı ilə məşğul idilər. Antik dövrdən Aristotel və Plini bu haqqda xəbər verirlər. Hətta Böyük İskəndərin də Aralıq dənizində kürənin içərisində suya baş vurması haqqında məlumatar var. Bizə gəlib çatan cizgilər arasında XIII əsrdə anadan olmuş Qudo Vigevano tərəfindən işlənmiş sualtı qayıqları da var.