Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Piss Christ
Piss Christ - 1987-ci ildə ABŞ rəssam və fotoqrafı Andres Serrano tərəfindən çəkilmiş foto əsəridir. Əsərdə fotoqrafın sidiyinin içinə salınmış kiçik plastik çarmıx təsvir edilmişdir. Əsər, ABŞ hökumət agentliyi olan, məzmunu təftiş edilmədən sənət layihələrinə dəstək üçün nəzərdə tutulmuş Milli Sənət Fondunun qismən sponsorluğu ilə Cənub-Şərq Müasir İncəsənət Mərkəzi tərəfindən təşkil edilmiş “Təsviri sənətlər mükafatı”na layiq görülmüşdür. == Təsvir == Fotoda sarı mayenin dibinə çökmüş kiçik plastik çarmıx görünür. Sənətkar mayenin onun stəkana yığılmış sidiyi olduğunu bildirmişdir. Bu foto Serranonun klassik heykəl formalarının süd, qan, sidik kimi müxtəlif mayelərə salmaqla çəkdiyo xüsusi fotolar seriyasına aiddir. Əsərin tam adını sənətkar “Immersion (Piss Christ)” kimi qeyd edir. 150x100 sm ölçülü olan foto Ilfochrome nəşridir. Onun parlaqlığı və rəngləri dərin doymuşluq təsiri bağışlayır. Qızılı-çəhrayı təsvirdə kiçik şarlar gözə dəyir.
Kamil Pissarro
Kamil Jakob Pissarro (ing. Camille Pissarro; 10 iyul 1830[…], Şarlotta Amaliya, Sen-Tomas, Danimarka Qərbi Hindistanı – 13 noyabr 1903[…], Paris) — fransız boyakarı. İmpressionizmin yaradıcılarından biri. == Həyatı == Kamil Pissarro 1855–1861-ci illərdə Parisin Süis Akademiyasında oxumuşdur. Yaradıcılığına K. Koro, C. Konstebl, J. F. Millenin təsiri olmuşdur. Mənzərələrində havanın şəffaflığını və nəmliyini, yenicə yağmış yağışı, yaxud yaxınlaşan yağış havasını bütün incəliyi ilə vermişdir ("Luvesyendə poçt arabası", 1870, İmpressionizm muzeyi, Paris). İmpressionistlərin çoxundan fərqli olaraq Pissarro daha aydın və tam kompozisiya quruluşuna, forma plastikliyinə meyil etmişdir. Rəsm, akvarel, ofort və litoqrafiyaları da var. == Əsərləri == "Luvesyendə poçt arabası", 1870, İmpressionizm muzeyi, Paris "Şumlanmış torpaq", 1874, Puşkin adına Təsviri Sənət Muzeyi, Moskva "Parisdə Monmartr bulvarı", 1897, Ermitaj, Leninqrad == Qalereya == == Ədəbiyyat == ASE, VII cild, Bakı, 1983. səh.
Pissaladiera
Pissaladiera (Pissaladière) — Fransanın Nitsa bölgəsindən pitsa çeşidi. Xəmiri marqarita pitsa xəmirindən biraz qalın olur. Pitsanın üstündəki əlavələr soğan, qara zeytun, hamsi və istəyə bağlı olaraq pissalat (bir növ balıq əzməsi) olur.
Pissaladière
Pissaladiera (Pissaladière) — Fransanın Nitsa bölgəsindən pitsa çeşidi. Xəmiri marqarita pitsa xəmirindən biraz qalın olur. Pitsanın üstündəki əlavələr soğan, qara zeytun, hamsi və istəyə bağlı olaraq pissalat (bir növ balıq əzməsi) olur.
Senecio pissisii
Senecio pissisii (lat. Senecio pissisii) — mürəkkəbçiçəklilər fəsiləsinin xaçgülü cinsinə aid bitki növü.
Xristofor Pisserides
Xristofor Pisserides (yun. Χριστόφορος Αντωνίου Πισσαρίδης; ing. Christopher Antoniou Pissarides; 20 fevral 1948, Nikosiya, Nikosiya rayonu[d]) — Kiprli iqtisadçı. Əməyin iqtisadiyyatı, makroiqtisadiyyat, iqtisadi artım və iqtisadi siyasət mövzularında tədqiqatlar aparmışdır. 2010-cu ildə Qoşalaşdırma nəzəriyyəsi ilə bağlı tədqiqatlarına görə Piter Daymond və Deyl Martinsenlə birlikdə İqtisadiyyat üzrə Nobel mükafatına layiq görülmüşdür. == Həyatı == Xristofor Pisserides 20 fevral 1948-ci ildə Kiprdə anadan olub. O, Böyük Britaniyanın Essex Universitetində 1970-ci ildə bakalavr, 1971-ci ildə isə magistr dərəcəsinə yüksəlmişdir. Xristofor Pisserides 1973-cü ildə elmi rəhbəri olan Miçio Morişimanın nəzarətində doktorluq dərəcəsinə yüksəlmişdir. Hal-hazırda London İqtisadiyyat məktəbində işləyir. == Mükafatları == 2005 — İZA Əməyin İqtisadiyyatı mükafatı (ing.
BİSS
BİSS (Basic Interoperable Scrambling System; ümumiyyətlə BISS olaraq bilinər) — Avropa Yayım Birliyi tərəfindən inkişaf etdirilən bir nəşr şifrləmə sistemidir. Bu sistem inkişaf etdirilməyə əvvəl, keçici davamlı nəşrlər, peyk Xəbər keçişləri hər hansı bir şifrləmə olmadan peykə çatdırılırdı. Bu da uyğun əkibməyinlər istifadə hər kəsin nəşr məzmununu izləməsini icazə verirdi. BISS ilə nəşrlər 12 xanalı iclas açarı ilə qorunur. Bu açar həm görünüş mesajçıların (encoder), həm görünüş həll edici cihaza (decoder) girilər, və encoderdeki açar ilə decoderdeki girilmiş açar eynidirsə yayım siqnalı həll edilmiş olar. Avropa Yayım Birliyinə üzv ölkələr ümumiyyətlə bu sistemi istifadə edir. Məsələn AZTV şifrləmə tələb edən bir çox nəşrində (məsələn matç nəşri və s.) BISS şifrləmə sistemini istifadə edir.
Hiss
Duyğu – elementar psixi dərk etmə prosesi olub predmetlərin və hadisələrin ayrıca keyfiyyətlərini, həmçinin insanın öz orqanizminin vəziyyətinin beyində əksolunması və ya inikasıdır. Duyğu psixi əksolunmanın ən sadə formasıdır. Duyğuda psixikanın dərk etmə, emosional və tənzimləyici funksiyaları özünü büruzə verir. Duyğu bizi yalnız ətraf aləmlə əlaqələndirmir, dərk etmənin əsas mənbəyi sayılır, eyni zamanda psixi inkişafın əsas şərti hesab edilir. Hal-hazırda duyğunun müxtəlif növləri fərqləndirilir ki, onları da bele klasifikasiyası etmək olar: Xarici- predmetlərin, ətraf aləmin xüsusiyyətlərinin əks edilməsidir. Bu ya bu qıcıqların bizim analizatorlara bilavasitə təsiri ilə (kontakt və ya əlaqəli), ya da ki, məsafəli təsiri ilə yaranır (distant duyğu). Duyğuda predmetlərin obyektiv xüsusiyyətləri (qoxu, rəngi, temperatur və s.) və bizi qıcıqlandıran təsirlərin intensivliyi (məsələn, daha yuxarı və aşağı temperatur) əks olunur. Daxili – daxili orqanların vəziyyətini fiksə edən duyğu. Kinestetik- bədənimizin vəziyyətinin və hərəkətinin əks edilməsidir. Kontakt və ya əlaqəli duyğuya biz misal üçün dad bilməni göstərə bilərik.
Kiss
Kiss 1973-cü ildə New Yorkda qurulan Amerikalı hard rok qrupu. Makiyajları və səhnə geyimləri ilə tanınan qrup dəbdəbəli səhnə şoularıyla 1970-ci illərin ortalarında şöhrət qazanmışdır. Qrup bu günə qədər 24 qızıl val qazanmışdır. Qrupun dünya səviyyəsində albom satışları 90 milyondan üzərindədir. Qrupun ilk meydana gəlmənin adı "Sid Cup Kent" di. The Village Voice jurnalına verdikləri bir elan nəticəsində bütün gün yeni gitarist sınayan qrup, səmərəsiz bir günün bitirərkən bir ayağında qırmızı digərində narıncı ayaqqabısı olan biri içəri girdi. Heç kim ilə söhbətdən orda dayanan gitaranı əlinə alıb bangır bangır çalmağa başladı. Çaşan qrup qurucuları bu adamı dərhal qrupa daxil etdilər. Bu adam daha sonra da musiqi tarixinə Paul "Ace" Frehley olaraq keçdi. Kiss 'in "Alive" adlı albomu Amerika Konqresi tərəfindən seçilən Amerikan musiqi tarixini təmsil edən 800 albomun arasında iştirak etdi.
İSS
Beynəlxalq Kosmik Stansiya (BKS) (ing. International Space Station, ISS) — çoxməqsədli kosmik tədqiqatlar üçün istifadə edilən pilotlu orbital stansiyadır. BKS 23 ölkənin iştirak etdiyi birgə beynəlxalq layihədir. Bunlar Avstriya, Belçika, Braziliya, Böyük Britaniya, Almaniya, Yunanıstan, Danimarka, İrlandiya, İspaniya, İtaliya, Kanada, Lyuksemburq, Niderland, Norveç, Portuqaliya, Rusiya, ABŞ, Finlandiya, Fransa, Çexiya, İsveçrə, İsveç və Yaponiyadır. Bu orbital stansiyanın dəyəri 150 milyard dollar olmaqla tarixdəki ən bahalı layihədir. Çəkisi 450 ton, uzunluğu 73 metr, eni 109 metr, hündürlüyü 20 metr, sürəti saniyədə 7.6 km olan bu nəhəng stansiya 1998-ci ildən fəaliyyət göstərir və Yerdən 370 km hündürlükdə orbitdə fəaliyyət göstərir. Yer orbitində 1 tam dövrünü 92 dəqiqəyə başa vurur. Bu isə o deməkdir ki, 1 gün ərzində Yer ətrafında 15 dəfə dövr edir. Stansiyanın hissələri bir-bir kosmosa göndərilərək kosmonavtlar tərəfindən orada yığılmışdır. == Mənbə == Həvəskar teleskoplarda Beynəlxalq Kosmik Stansiya "Энергия" Ruysiya Kosmik Korporasiyası.
Altıncı hiss
Altıncı hiss bu mənaları ifadə edə bilər: Altıncı hiss (film, 1935) — rejissor Mikayıl Mikayılovun filmi. Altıncı hiss (film, 1999) — rejissor Nayt Şyamalanın filmi. Altıncı hiss (film, 2002) — Bakı Kamera Teatrının fəaliyyətindən bəhs edən film.
Amanda Uiss
Amanda Uiss (ing. Amanda Wyss; 24 noyabr 1960, Menhetten-Biç[d], Kaliforniya) —amerikalı film və televiziya aktrisadır. == Həyatı == Amanda Uiss 24 noyabr 1960-cı ildə Nyu-York şəhərinin Manhetten bölgəsində anadan olmuşdu. Yetkin yaşına çatdığı zaman bir sıra teatrlarda rollar ifa etməyə başlayır.. İlk seçilən rolu Qarağac küçəsində qarabasma filmində ifa etdiyi Tina rolu olur. Amanda Uiss bir sıra televiziya seriallarına çəkilmişdi. Hal-hazırda Los Ancelesdə yaşayır.
Ceyn Pirs
Ceyn Pirs (ing. Jane Means Appleton Pierce; 12 mart 1806[…] – 2 dekabr 1863[…]) - ABŞ Prezidenti Franklin Pirsin həyat yoldaşıdır. == Həyatı == New Hampshire da anadan olmuş Ceyn, atasının ölümündən sonra on üç yaşından sonra nənə və babası ilə böyüdü. 19 noyabr 1834-cü ildə iyirmi səkkiz yaşında evləndiyi bir gənc vəkil Franklin Pirs ilə tanış oldu. Cütlüyün üç uşağı var idi, lakin üçü də gənc yaşda öldü: Franklin Pirs, Kiçik (1836-cı ildə anadan olub vəfat etdi), Frank Robert Pirs (1839–1843) və Benjamin Pirs (1841–1853). Pirs Nümayəndələr Palatasının üzvü idi və 1837-ci ildə senator oldu. Vaşinqtonda həyatdan nifrət edən Jane, Pirsin senator vəzifəsindən istefa etməsini və 1842-ci ildə baş verən Nyu Hampşirə qayıtmasına məcbur etdi. 1852-ci ildə Demokratik Partiya Pirs'i prezidentliyə namizəd seçəndə həyat yoldaşı xəbəri yaxşı qəbul etmədi. Oğlu Benjamin'in ölümü eyni vaxtda baş vermişdi. Kədərdən dağıdılmış Jane Pierce, birinci xanım fəaliyyətlərindən uzaq oldu.
Franklin Pirs
Franklin Pirs (ing. Franklin Pierce, 23 noyabr 1804[…] – 8 oktyabr 1869[…], Konkord (Nyu-Hempşir)) — Amerika Birləşmiş Ştatlarının 14-cü prezidenti (1853–1857). XIX əsrdə doğulmuş ilk prezident. Onun prezidentliyi müharibənin qaçılmazlığını göstərən ictimai gərginlik və dəyişikliklər dövrünə təsadüf edir. == Erkən həyatı == ABŞ-nin 14-cü prezidenti Franklin Pirs 23 noyabr 1804-cü ildə Nyu-Hempşir ştatının Hillsboro şəhərində anadan olmuşdur. Atası bencamin Pirs inqilab generalı və ştatın qubernatoru olmuşdu. Çox da varlı olmayan Pirslər ailəsi övladlarının yaxşı təhsil almasına çalışmışlar. Franklin Pirs ilk təhsilini məşhur Bouduin kollecində almışdı.. Kolleci birirən Franklin üç il ərzində hüquq elmlərini öyrənir və 22 yaşında özəl vəkil kontorunu açır. Franklin Pirs 9 noyabr 1834-cü ildə Bouduin kollecinin keçmiş prezidentinin qızı Ceyn Minz Epltonla ailə həyatı qurur.
Hiss (müğənni)
Hiss (Röya Məmmədova; 13 iyul 1995, Bakı) — azərbaycanlı müğənni. == Həyatı və fəaliyyəti == 13 iyul 1995-ci ildə Bakıda doğulub. Üç yaşından etibarən qardaş-bacısı ilə uşaq evində (SOS Uşaq Kəndi) böyüyüb. 2013–2017-ci illərdə Azərbaycan Dövlət Neft Akademiyasıda neft-qaz mühəndisliyi ixtisası üzrə təhsil alıb. Hiss musiqi ilə maraqlanmağa 14 yaşında başlayıb. O, 15 yaşında Sən bir nəğməsən adlı musiqi yarışmasında iştirak edib. Professional sənətdə ilk mahnısı 2018-ci ildə ifa etdiyi "Mirvarilər" olub. Röya Məmmədova müğənni Röya Ayxanı nəzərdə tutaraq “ikinci Röya ola bilməz” deyə onu inandıran dostunun məsləhəti ilə səhnə adını Hiss olaraq seçib. Onun sayca beşinci treki olan "İstəmirəm" aylar ərzində Shazam Türkiyə çartında top 50-də yer alıb. Mahnıya çəkilmiş klip YouTube-da 20 milyondan çox izlənilib.
Hiss orqanları
Duyğu orqanları — insanın maddi dünya ilə kontaktı, ancaq bu beş duyğu orqanı vasitəsi ilə baş verir: Gözlər - Görmə Qulaqlar - eşitmə Dil- dad tanıma Burun - iy bilmə Dəri - toxunma Bunun xaricində istənilən duyğu maddi dünya xaricində baş verən proseslərdir. Yəni psixi proseslərin nəticəsidir.
Kiss (albom)
Kiss — L'Arc~en~Ciel qrupunun albomudur.
Miss Azərbaycan
Miss Azərbaycan Milli Gözəllik yarışması — (Miss Azerbaijan) Azərbaycanda ölkənin ən gözəl xanımını seçim məqsədi ilə keçirilən milli gözəllik müsabiqəsi. Qaliblər Azərbaycanı beynəlxalq gözəllik müsabiqələrində təmsil edirlər. Azərbaycan müstəqillik əldə etdikdən sonra ilk dəfə 1996-cı ildə keçirilib. “Miss Azerbaijan” Milli gözəllik müsabiqələri Azərbaycanda 1996-cı ildən etibarən keçirilir. “Miss Azerbaijan” müsabiqəsində iştirak etmək hər bir gözəl qız qarşısında yeni imkanlar açır. Müsabiqənin qalibləri və finalçıları beynəlxalq podiumlarda çıxış edir, televiziya verilişləri aparıcısı, özəl şirkətlərin reklam siması olur, model və yaxud foto agentlikləri, internet saytları, jurnallar və s. yaradır. Ölkəmizdə həyata keçirilən Gender siyasəti qızlarımızın bu imkanlardan sərfəli istifadə edə bilməsinə geniş imkan yaradır və “Miss Azerbaijan” Milli gözəllik müsabiqəsinin keçirilməsi bu baxımdan xüsusi əhəmiyyət kəsb edir. 2015-ci ildə keçirilən müsabiqədə oğlanlar da iştirak etdiyindən müsabiqənin adı yeniləndi. Hazırda müsabiqənin rəsmi adı “MISS & MISTER AZERBAIJAN”-dır.
Miss Dünya
Miss Dünya (ing. Miss World) — dəvam edən ən qədim gözəllik müsabiqəsidir. O, Birləşmiş Krallıqda 1951-ci ildə Erik Morley tərəfindən yaradılıb.. 2000-ci ildə vəfatından sonra Morleyin həyat yoldaşı Culiya Morley müsabiqəyə həmsədrlik edir. Miss Kainat, Miss Beynəlxalq, Miss Böyük Beynəlxalq, Miss Sözügedən və Miss Yer ilə yanaşı, 6 Böyük Gözəllik Müsabiqəsindən biridir. Mövcud Miss Dünya 8 dekabr 2018-ci ildə Çinin Sanya şəhərində mükafatlandırılmış meksikalı Vanessa Ponsedir. O, Miss Dünyanı qazanan ilk meksikalı qadındır .
Pirs 63
Pirs 63 (ing. Pier 63) ― Nyu-York şəhəri Manhetten borosunun Çelsi rayonu tərəfdə Hudzon çayı üzərində bir vaxtlar yerləşən "Delaware, Lackawanna and Western Railroad" dəmiryolu barjası. O, əvvəlcə Çelsi pirsi və Hudzon River Park yaxınlığında 23-cü küçədə yerləşirdi. Con Krevi onu 1996-cı ilin oktyabr ayında Staten-Aylenddə yaşayan istifadə olunmuş maşın alverçisindən almışdır və yedək gəmi ilə gətirmişdir. Bu barja, çayın altındaт keçən konteyner daşıyıcısı və ya tunellərin peydə olunmasından əvvəl Hudzon çayı üzərindən yük vaqonlarının daşınması üçün istifadə olunurdu. Pirs 63-ün quru tərəfi əvvəllər Baltimor və Ohayo dəmir yolları üçün malların barjadaki yük vaqonlarından yerli nəqliyyat vasitələrinə köçürüldüyü yükboşaltma stansiyası kimi istifadə olunurdu. Pier 66-dan məsul olan Con Krevi 4 fevral 2011-ci ildə vəfat etdi. Krevi, Hudzon River Parkın dostları cəmiyyətinin ən erkən üzvlərindən biri və 2010-cu ilə qədər Dostların direktorlar şurasının üzvü idi.
Pirs Brosnan
Pirs Brendan Brosnan (d. 16 may 1953) — İrlandiyalı film aktyoru. Əsasən Ceyms Bond xarakteri ilə tanınır.
Psycho-Pass
Psycho-Pass (サイコパス, Saiko Pasu, azərb. Psixopasport‎) – Production I.G studiyası tərəfindən istehsal olunmuş kiberpank və cinayət trilleri anime serialı. Rejissorları Naoyoşi Şiotani və Katsuyuki Motohiro, ssenaristi Qen Urobuçi, personaj dizayneri Akira Amano, bəstəkarı Yuqo Kannodur. Personajları səsləndirən orijinal heyətə Kana Hanazava (Akane Tsunemori), Tomokazu Seki (Şinya Koqami) və Takahiro Sakuray (Şoqo Makişima) daxildirlər. Anime serialı 12 oktyabr 2012-ci ildən 22 mart 2013-cü ilə kimi Fuji TV telekanalının NoitaminA veriliş blokunda yayımlanmışdır. 2014-cü ildə ikinci mövsümü, 2015-ci ildə anime filmi buraxılmışdır. 2019-cu ildə yığma film trilogiyası buraxılmağa başlamışdır. Üçüncü mövsümü anons edilmişdir. Anime serialında hadisələr avtoritar antiutopik gələcəkdə baş verir. Bu dünyada hər yerdə mövcud olan ictimai sensorlar fasiləsiz olaraq hər keçən vətəndaşın zehni vəziyyətini analiz edir.
Qay Pirs
Qay Pirs (tam adı: Qay Edvard Pirs, ing. Guy Edward Pearce; 5 oktyabr 1967) — ingilis əsilli avstraliyalı aktyor. O, Qonşular televiziya serialındakı Mayk Yanq rolu və Səhranın kraliçası Priskillanın macəraları (1994), Məxfi Los-Anceles (1997), Memento (2000), Qraf Monte Kristo (2002), Yol (2009), Kral Danışır! (2010), Prometey (2012) və Dəmir Adam 3 (2013) filmlərində oynaması ilə tanınır. Qay Pirs həmçinin Qanlı təklif (2005), Heyvan krallığı (2010), Qaranlıqdan qorxma və Təqib (2014) kimi filmlərdə də rol almışdır. O, "Emmi" televiziya mükafatının laureatıdır (2011). Bundan başqa o, "Qızıl Qlobus" (2012), "Ekran Aktyorları Dərnəyi" və "AACTA" mükafatlarına da namizəd olmuşdur. == Erkən illəri == Qay Pirs 5 oktyabr 1967-ci ildə İngiltərənin İli şəhərində hərbi hava qüvvələrinin sınaq-pilotunun və məktəb müəlliməsinin ailəsində anadan olub. Qayın 3 yaşı olanda ailəsi Avstraliyaya köçüb. Orada anası fermada maralların çoxaldılması ilə məşğul olub.
Rinel Pius
Tvin Piks
Tvin Piks (ing. Twin Peaks) — ilk dəfə 1990-cı ilin aprelin 8-də ABC kanalında çıxan Mark Frost və Devid Linç ABŞ serialı. Serialın ikinci mövsümü olub və o, 1991-ci ilin iyunun 10-dək yayımlamışdı. Tvin Piks dəfələrlə tarixdə ən yaxşı televiziya drammaların siyahılarda qeyd olunub.
Roman Pirs
Roman Pirs — Forsaj franşizasında Tayriz Qibsonun canlandırdığı uydurma personaj. Braynın uşaqlıq dostudur. == Həyatı == Kaliforniyanın Barstov şəhərində anadan olub, böyümüş Roman Pirs, Brayn Okannerin uşaqlıq dostudur. Xarakter etibarı ilə o, zarafatcıldır (Forsaj 5-də çərənçi, boşboğaz adlandırılır), yumoristik olsa da, lazım gəldikdə sərt də olur. Dostu Okanner polisə işə girəndə Roman ona daha az etibar etməyə başladı. Braynın işdən çıxardılmasından iki ay sonra Roman səkkiz oğurlanmış avtomobili saxladığı üçün həbs olundu. O vaxtdan bəri Roman Braynı xəbərdarlıq etməməkdə günahlandırsa da, Brayn dəfələrlə onun həbsindən xəbərsiz olduğunu söyləmişdi. Roman üç il həbs cəzasına məhkum edildikdən sonra sərbəst buraxılsa da, onun bir problemi var idi: evindən 100 metrdən çox məsafəyə çıxa bilməzdi (ona görə də treylerdə yaşayırdı). Brayn qaçaqmalçı Karter Veroneyi tutmaq üçün federallar tərəfindən işə götürüldükdə Brayn Romana Mayamidə görüşmək və əməliyyat müvəffəqiyyətli olduğu təqdirdə (Forsaj 2-də təsvir olunan bütün hadisələr) keçmiş cinayətlərinin hamısının silinməsini təklif edir. Bundan sonra Roman Las Veqasa köçdü və sonra Forsaj 5-də Hernan Reyesi qarət edən pilot komandasının bir hissəsi olaraq yenidən seçilmişdir.
Kiss Land
Kiss Land — kanadalı müğənni The Weeknd-in ilk albomu. 10 sentyabr 2013-cü ildə XO və Republic Records tərəfindən buraxılıb.
İss döyüşü
İss vuruşması — III Daranın özünün başçılıq etdiyi İran orduları ilə Makedoniyalı İsgəndərin ikinci döyüşü. Döyüş e.ə. 333-cü ildə İss şəhəri ərazisində, dənizlə dağlar arasındakı ensiz vadidə (Şimali Suriya sərhədlərində) baş verib. Bu vuruşma yunan-makedoniyalıların qələbəsi ilə nəticələnib və farslar darmadağın edilib. III Dara hərb meydanından rüsvayçılıqla qaçıb, İsgəndər isə xeyli qənimət ələ keçirib. O, şahənşahın anasını, arvadını və iki qızını da özü ilə aparıb. Bu vuruşmada farslarla birlikdə madalılar da iştirak edib. İkinci döyüş nəticəsində bütün Kiçik Asiya İsgəndərinixtiyarına keçdi. Makedoniya əleyhinə hərəkatın geniş miqyas alıb Makedoniyanın, Frakiyanın, Yunanıstanın, Kritin, Kiçik Asiyanm bir çox vilayətlərini bürüməsinə, habelə Finikiyanın və Fələstinin iri ticarət şəhərlərinin (Tir və Qazanın) güclü müqavimət göstərməsinə baxmayaraq, İsgəndər öz düşmənlərinə qalib gəlib Misirə yiyələndi və e.ə. 332/331-ci illərin qışını orada keçirdi.
İss vuruşması
İss vuruşması — III Daranın özünün başçılıq etdiyi İran orduları ilə Makedoniyalı İsgəndərin ikinci döyüşü. Döyüş e.ə. 333-cü ildə İss şəhəri ərazisində, dənizlə dağlar arasındakı ensiz vadidə (Şimali Suriya sərhədlərində) baş verib. Bu vuruşma yunan-makedoniyalıların qələbəsi ilə nəticələnib və farslar darmadağın edilib. III Dara hərb meydanından rüsvayçılıqla qaçıb, İsgəndər isə xeyli qənimət ələ keçirib. O, şahənşahın anasını, arvadını və iki qızını da özü ilə aparıb. Bu vuruşmada farslarla birlikdə madalılar da iştirak edib. İkinci döyüş nəticəsində bütün Kiçik Asiya İsgəndərinixtiyarına keçdi. Makedoniya əleyhinə hərəkatın geniş miqyas alıb Makedoniyanın, Frakiyanın, Yunanıstanın, Kritin, Kiçik Asiyanm bir çox vilayətlərini bürüməsinə, habelə Finikiyanın və Fələstinin iri ticarət şəhərlərinin (Tir və Qazanın) güclü müqavimət göstərməsinə baxmayaraq, İsgəndər öz düşmənlərinə qalib gəlib Misirə yiyələndi və e.ə. 332/331-ci illərin qışını orada keçirdi.
Altıncı hiss (dəqiqləşdirmə)
Altıncı hiss bu mənaları ifadə edə bilər: Altıncı hiss (film, 1935) — rejissor Mikayıl Mikayılovun filmi. Altıncı hiss (film, 1999) — rejissor Nayt Şyamalanın filmi. Altıncı hiss (film, 2002) — Bakı Kamera Teatrının fəaliyyətindən bəhs edən film.
Pişi
Pişi və ya baursaq – Mərkəzi Asiya, Monqolustan, Orta Şərq, türk mətbəxində qızartma xəmir yeməyi. Qırğız, qazax, türk kimi müxtəlif növləri var. == Hazırlanması == Pişinin hazırlanmasında un, su, duz və mayadan istifadə olunur. Lakin şəkər, bal, mürəbbə, yağdan da istifadə oluna bilər. Bütün ərzaqlarla hazırlanan xəmir mayalanmaya buraxılır və kündələr hazırlanır. Kündələr qızğın yayda qızardıldıqdan sonra servis edilir. Qars vilayətində saçaqlı pendirlə birlikdə süfrəyə verilir. == Rekordlar == Dünyada ən böyük pişi 20 aprel 2014-cü ildə Rusiyanın Ufa şəhərində hazırlanmışdır. Pişinin hazırlanmasında 1006 yumurtadan, 25 kiloqram şəkərdən, 70 kiloqram undan, 50 kiloqram baldan istifadə olunmuşdur, çəkisi isə 179 kiloqram idi.