Franklin Pirs (ing. Franklin Pierce, 23 noyabr 1804[1][2][…] – 8 oktyabr 1869[1][2][…], Konkord[3]) — Amerika Birləşmiş Ştatlarının 14-cü prezidenti (1853–1857). XIX əsrdə doğulmuş ilk prezident. Onun prezidentliyi müharibənin qaçılmazlığını göstərən ictimai gərginlik və dəyişikliklər dövrünə təsadüf edir.
Franklin Pirs | |
---|---|
ing. Franklin Pierce | |
| |
4 mart 1853 – 4 mart 1857 | |
Əvvəlki | Millard Fillmor |
Sonrakı | Ceyms Byukenen |
ABŞ nümayəndəsi[d] | |
4 mart 1833 – 4 mart 1837 | |
ABŞ senatoru[d] | |
4 mart 1837 – 4 mart 1839 | |
ABŞ senatoru[d] | |
4 mart 1839 – 4 mart 1841 | |
ABŞ senatoru[d] | |
4 mart 1841 – 28 fevral 1842 | |
Amerika Birləşmiş Ştatlarının seçilmiş prezidenti[d] | |
2 noyabr 1852 – 4 mart 1853 | |
Əvvəlki | Zakari Teylor |
Sonrakı | Ceyms Byukenen |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 23 noyabr 1804[1][2][…] |
Vəfat tarixi | 8 oktyabr 1869[1][2][…] (64 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | Sirroz |
Partiya | |
Təhsili | |
Fəaliyyəti | siyasətçi, vəkil, dövlət xadimi |
Həyat yoldaşı |
|
Uşaqları | 3 |
Dini | episkopal kilsə[d] |
Hərbi xidmət | |
Döyüşlər | |
Rütbəsi | general |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
ABŞ-nin 14-cü prezidenti Franklin Pirs 23 noyabr 1804-cü ildə Nyu-Hempşir ştatının Hillsboro şəhərində anadan olmuşdur. Atası bencamin Pirs inqilab generalı və ştatın qubernatoru olmuşdu.[4] Çox da varlı olmayan Pirslər ailəsi övladlarının yaxşı təhsil almasına çalışmışlar. Franklin Pirs ilk təhsilini məşhur Bouduin kollecində almışdı.[5]. Kolleci birirən Franklin üç il ərzində hüquq elmlərini öyrənir və 22 yaşında özəl vəkil kontorunu açır.
Franklin Pirs 9 noyabr 1834-cü ildə Bouduin kollecinin keçmiş prezidentinin qızı Ceyn Minz Epltonla ailə həyatı qurur. Epltonlarla qohumluğu Franklin Pirsin gələcək karyerasına əhəmiyyətli dərəcədə təsir göstərmişdir.[6]
Cəmi iki il vəkillik fəaliyyəti göstərən Franklin siyasətlə məşğul olmağı qərara alır və 25 yaşında Nyu-Hempşir ştatının qanunverici orqanına seçilir və tezliklə bu orqanın spikeri olur. 25 yaşlı Pirs əvvəl doğma ştatın qanunverici orqanına (tezliklə spikeri olmuşdur) seçilir. Dörd il burada göstərdiyi uğurlu fəaliyyəti onun Vaşinqtonda Nümayəndələr Palatasına seçilməsi ilə nəticələnir. 1837-ci ildə isə ştatın senatdakı iki təmsilçisindən biri olur.
Amerika tarixçiləri onu "ABŞ tarixinin ən pis prezidentləri" sırasına daxil edirlər. 1864-cü ildə qara ciyər sirrozundan vəfat etmişdir.