Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Rövnəq Abdullayev
Rövnəq İbrahim oğlu Abdullayev (3 aprel 1965, Naxçıvan) — azərbaycanlı bürokrat, iş adamı, dövlət xadimi və idman funksioneri; 2005–2022-ci illərdə SOCAR Prezidenti vəzifəsində çalışmışdır, 2022-ci ildən isə iqtisadiyyat nazirinin müavinidir. 2005–2021-ci illərdə Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü olmuş, Azərbaycan Milli Məclisinin III, IV və V çağırış deputatı seçilmişdir. 15 il davam edən deputatlığı ərzində Abdullayev Milli Məclisin 372 sessiya iclası ərzində biri SOCAR prezidenti qismində olmaqla cəmi üç dəfə çıxış etmişdir. Parlamentdə passivliyi ilə seçilən Rövnəq Abdullayev Milli Məclisdə uzun müddətli vicdanlı fəaliyyətinə, qanun layihələrinin hazırlanmasında xüsusi əməyinə görə dönəmin parlament sədri Oqtay Əsədov tərəfindən Milli Məclisin fəxri medalı ilə təltif edilmişdir. İdman sahəsində isə 2008–2024-cü illərdə Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının, 2015–2021-ci illərdə isə Azərbaycan Cüdo Federasiyasının prezidenti olmuşdur. Rövnəq Abdullayev 16 il prezidentliyini apardığı SOCAR-ın fəaliyyətinin qeyri-şəffaf olması və Abdullayevin ailə üzvləri də daxil olmaqla, Azərbaycan elitasını dövlət xəzinəsi hesabına zəngin etməsi ilə tənqid olunmuşdur. == Həyatı == Rövnəq Abdullayev 3 aprel 1965-ci ildə Naxçıvan şəhərində anadan olub. 1982-ci ildə Azərbaycan İnşaat Mühəndisləri İnstitutuna daxil olub. 1983-cü ildə Sovet Ordusuna çağırılıb və 1985-ci ildə ordu sıralarından tərxis edilib. 1985-ci ildə V. V. Kuybışev adına İnşaat Mühəndisləri İnstitutuna transfer olunub və 1989-cu ildə həmin institutdan məzun olub.
Rövnəq Həsənli
Rövnəq Həsənzadə (3 yanvar 1975, Naxçıvan) — Redaktor, baş rejissor. Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi (2019). == Həyatı == Rövnəq Həsənzadə 1975-ci ildə Naxçıvan şəhərində anadan olub. 1991-ci ildə Naxçıvan şəhərindəki 5 saylı orta məktəbi bitirmişdir. 1991-ci ildə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunun "İnşaat" fakültəsinə qəbul olmuşdur. 1996-cı ildə Azərbaycan İnşaat Mühəndisləri Universitetinin "Sənaye və mülki tikinti" ixtisasını əla qiymətlərlə bitirmişdir. Həmçinin 1995-ci ildə Bakı Ali Mеnеcеr Kоllеcinin İnşaatçı menecment ixtisasını bitirmişdir. Ali məktəbdə oxuduğu müddətdə təhsildən ayrılmamaqla Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında səhnə quraşdırıcısı vəzifəsində çalışmışdır (30.09.1994-?). Kinoya, mədəniyyətə, musiqiyə və teatra olan güclü marağı onun Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinə qəbul olmasına səbəb olmuş və bu universiteti də bitirmişdir. Müəyyən müddət İctimai Televiziyada çalışmışdır.
Rövnəq Həsənzadə
Rövnəq Həsənzadə (3 yanvar 1975, Naxçıvan) — Redaktor, baş rejissor. Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi (2019). == Həyatı == Rövnəq Həsənzadə 1975-ci ildə Naxçıvan şəhərində anadan olub. 1991-ci ildə Naxçıvan şəhərindəki 5 saylı orta məktəbi bitirmişdir. 1991-ci ildə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunun "İnşaat" fakültəsinə qəbul olmuşdur. 1996-cı ildə Azərbaycan İnşaat Mühəndisləri Universitetinin "Sənaye və mülki tikinti" ixtisasını əla qiymətlərlə bitirmişdir. Həmçinin 1995-ci ildə Bakı Ali Mеnеcеr Kоllеcinin İnşaatçı menecment ixtisasını bitirmişdir. Ali məktəbdə oxuduğu müddətdə təhsildən ayrılmamaqla Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında səhnə quraşdırıcısı vəzifəsində çalışmışdır (30.09.1994-?). Kinoya, mədəniyyətə, musiqiyə və teatra olan güclü marağı onun Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinə qəbul olmasına səbəb olmuş və bu universiteti də bitirmişdir. Müəyyən müddət İctimai Televiziyada çalışmışdır.
Rövşən
Rövşən — Azərbaycanda kişilərə verilən şəxsi ad və təxəllüs. Rövşən Abdullayev Rövşən Abdullayev — Azərbaycanın Milli Qəhrəmanı; Qarabağ müharibəsi şəhidi. Rövşən Abdullaoğlu — Azərbaycanlı yazıçı, filosof-şərqşünas, psixoloq. Rövşən Rzayev Rövşən Rzayev (milli qəhrəman) — Azərbaycanın milli qəhrəmanı. Rövşən Rzayev (siyasətçi) — Azərbaycan Respublikası Milli Məclisinin IV çağırış deputatı. Rövşən Muradov — Rövşən Ağayev Rövşən Ağayev (yazıçı) — dramaturq. Rövşən Ağayev (aktyor) — aktyor, rejissor assistenti. Rövşən Əliyev Rövşən Əliyev (milli qəhrəman) — Azərbaycanın Milli Qəhrəmanı; Qarabağ müharibəsi şəhidi. Rövşən Əliyev (kriminalist) — Kriminalist, Azərbaycan Respublikası Hərbi Prokuroru (1992–1993). Rövşən Hümbətəliyev — Azərbaycanlı alim Rövşən Tağıyev (iş adamı) — Ukrayna Millətlər Assambleyasının prezidenti, iş adamı Rövşən Səfərov — Azərbaycanlı idmançı.
Rövzə
Rövzə — rəvayətlərə görə, heç biri öz əcəli ilə ölməmiş şiə imamlarının və ilk növbədə İmam Əlinin və İmam Hüseynin rəşadətli həyatı və möminliyi, onların əzab-əziyyətlə öldürülməsi haqqında təhkiyədir. Rövzəxanlıq (rövzənin camaat üçün avazla oxunması) XVI əsrdən, yəni şiə ilahiyyatçısı Hatifinin (Kaşifinin) "Rövzət əş-şühəda" ("Din yolunda şəhid olanların bağçası") əsəri ərsəyə çıxdıqdan sonra başlanmışdır. Əsərdə şiəliyin dini başçılarının həyatından bəhs edilir. Bayramlarda və müxtəlif dini mərasimlər yerinə yetiriləndə, o cümlədən ramazan ayında orucluq zamanı və aşura zamanı xüsusi din xadimləri — rövzəxanlar oxuyurlar. Aşura zamanı rövzə oxunması həmçinin təziyəxanlar adlandırılmışdır, çünki o, dini təziyəni müşayət edir. Təziyəxani XVIII əsrin ortalarından başlamışdır (təziyə zamanı müntəzəm surətdə rövzə oxunması nəzərdə tutulur). Müasir şəraitdə rövzə oxunması çox vaxt siyasi hadisələr haqqında fikirlər söylənən xütbələrlə müşayiət olunur. == Mənbə == İslam (qısa məlumat kitabı). Azərbaycan Sovet Ensiklopediyasının Baş Redaksiyası. Bakı: 1989, səh.99.
Zövnə
Zövnə — Azərbaycan Respublikasının Lerik rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 8 fevral 2000-ci il tarixli, 809-IQ saylı Qərarı ilə Lerik rayonunun Osyedərə kənd inzibati ərazi vahidinin Zövnə kəndi Züvüc kənd inzibati ərazi vahidinin tərkibinə verilmişdir. == Toponimikası == Toponim olaraq "Zövnə" sözünün mənasının bəzi hallarda talış dilindən tərcümədə "su çox olan yer" kimi izah olunması yanlışdır. Belə ki, talışca Zövnə sözünün qurluşunda su anlamını ifadə edən kəlmə yoxdur. Həmçinin kəndin ərazisində su ehtiyatlarının az olması da bu cür izahın məntiqə uyğun olmadığı qənaətinə gəlməyə əsas verir. Zövnə sözü cənub bölgəsində Zuvand, Züvüc, Zövlə və Zevin kəndlərinin adlarını ifadə edən sözlərlə eyni kökdən olub "güclü", "qüvvətli" mənalarını bildirir. == Tarixi == Zövnə kəndinin çox qədim tarixi vardır. Ərazidə tapılan küp qəbirlər, daşdan yonulmuş qədim qoç heykəlləri və qəbir abidələri bunu daha dəqiq sübuta yetirir. Hindona, Lara və sair yerlərdə belə qədim qəbir abidələrinə çox rast gəlinir.Kəndin əsasının kim tərəfindən və nə zaman qoyulduğu dəqiq bilinmir. Kəndin kiçik olmasına baxmayaraq bir neçə tayfa vardır.
Ramiz Rövşən
Rövşən Ramiz Məmmədəli oğlu (15 dekabr 1946, Əmircan) — şair, yazıçı, esseist, kinossenarist, tərcüməçi, Azərbaycan Yazıçılar Birliyinin üzvü (1981). Azərbaycan Respublikasının Xalq şairi (2019). == Həyatı == Ramiz Rövşən 1946-cı il dekabrın 15-də Bakının Əmircan kəndində anadan olub. Əslən Qubadlı rayonunun Teymur Müskanlı kəndindəndir. Suraxanı rayonundakı 208 N-li şəhər orta məktəbində təhsil alıb. Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsini (1964–1969), Moskva Ali Ssenari Kurslarını bitirib (1976–1978). Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında, "Mozalan" satirik kinojurnal studiyasında redaktor (1971), kinostudiyanın ssenari emalatxanasında ssenarist (1974–1975), ssenari redaksiya heyətinin üzvü (1979–1987), kinostudiyanın baş redaktoru (1987–1992), Azərbaycan Tərcümə Mərkəzinin baş redaktoru (1992–2020) işləyib. Bir neçə şeir kitabının müəllifidir. Ramiz Rövşənin ssenariləri əsasında çoxlu sayda bədii və sənədli film çəkilib. Şeir və hekayələri tərcümə edilərək bir sıra keçmiş SSRİ respublikalarında, eləcə də ABŞ-də, Almaniyada, Böyük Britaniyada, Fransada, Polşada, Bolqarıstanda, Türkiyədə və İranda çap olunub.
Rövşən Səfərov
Rövşən İlyas oğlu Səfərov (3 may 1988; Neftçala, Azərbaycan SSR) — Azərbaycanı təmsil edən cüdoçu. 2016-cı ildə XV Yay Paralimpiya Oyunlarında bürünc medala sahib olub. == Həyatı == Rövşən Səfərov 1988-ci il mayın 3-də Neftçala şəhərində anadan olub. == Karyerası == Rövşən Səfərov 2009-cu ildə Debretsen şəhərində (Macarıstan) baş tutan Avropa Çempionatlarının qalibi oldu. 2010-cu ildə isə Rövşən Səfərov Antalya şəhərində Dünya Çempionatını bürünc medalla başa vurdu. Rövşən Səfərov 2012-ci ildə London şəhərində (Birləşmiş Krallıq) baş tutan XIV Yay Paralimpiya Oyunlarında mübarizə apardı. Paralimpiadanın birinci görüşündəcə Kuba nümayəndəsi İsao Kruz Alonsoya məğlub olan Rövşən Səfərov, turnirdə mübarizəsini dayandırdı. Rövşən Səfərov 2014-cü ildə Kolorado Sprinqs şəhərində (ABŞ) Dünya Çempionatının bürünc medalına sahib oldu. 2015-ci ildə isə Odivelaş şəhərində (Portuqaliya) baş tutan Avropa Çempionatında Rövşən Səfərov, final görüşündə məğlub oldu və gümüş medala sahib olan. Rövşən Səfərov 2016-cı ildə Rio-de-Janeyro şəhərində (Braziliya) baş tutan XV Yay Paralimpiya Oyunlarında mübarizə apardı.
Rövşən Təhməzov
Rövşən Təhməzov (tam adı: Rövşən Zahid oğlu Təhməzov, 19 dekabr 1991, Sumqayıt – 8 oktyabr 2020, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Rövşən Təhməzov 19 dekabr 1991-ci ildə Sumqayıt şəhərində anadan olmuşdur. == Hərbi xidməti == Rövşən Təhməzov Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 27 sentyabr 2020-ci il tarixdən başlayan İkinci Qarabağ müharibəsi başlanan zaman könüllü olaraq döyüşlərə qatılıb və torpaqlarımızın işğaldan azad olunmasında igidlik göstərərək Tərtər-Ağdərə istiqamətində gedən döyüşlərdə qəhrəmancasına həlak olmuşdur. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Rövşən Təhməzov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Füzulinin rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Rövşən Təhməzov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi. == Təltifləri == (15. dekabr 2020) — "Vətən uğrunda" medalı (ölümündən sonra) (25.
Rövşən Vaqifoğlu
Rövşən Vaqifoğlu — Azərbaycanlı kinorejissor. == Həyatı == 29 iyul 1975-ci ildə Bakı şəhərində anadan olmuşdur. 1983-cı ildə, Bakı şəhəri, Yasamal rayonu, 176-saylı orta məktəbə daxil olmuş, 1993-cü ildə həmin məktəbi bitirmişdir. 1996-cı ildə, "Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti"-ndə "Teatr və Kino Sənəti" fakultəsinin, Bədii Kino və Televiziya filmləri rejissoru ixtisasına qəbul olmuş, 2000-ci ildə bakolavr təhsili ilə bitirmişdir. 1993-2001-ci ilə qədər Yeni il və Novruz bayramı şənliklərini montaj rejissoru olmuşdur. Həmçinin Space tv-də olimpiadaya aid 3 seriyalı sənədli film, İnternews şirkətində 2 sənədli film, 8 film reklam roliki hazırlamışdır. 2000-ci ildə Debüt-kinotavr", 2006-cı ildə "Qizil Çıraq" kino festivallarının iştirakçısı olmuşdur."Qızıl pəri" audiovizual festivalın iştirakçısı olmuş, ən yaxsi 2019 cı ilin Tv rejissoru kimi "Qızil pəri" mükafatına layiq görülmüşdür . == Adlar və mükafatlar == 1)2001-ci ildə "Qızıl pəri" audiovizual festivalın təşəbbüskarlarından və iştirakçısı olmuş, ən yaxsi kinorejissor kimi "Qızil pəri" mükafatına layiq görülmüşdür . 2)2001-ci ildə Azərbaycan Dövlət İdman və Turizm Nazirliyi tərəfindən İlin Ən yaxşı kinorejissoru kimi Beynəlxalq diploma layiq görülmüşdür. 3)2019-cI ildə "Qızıl pəri" audiovizual festivalın iştirakçısı olmuş, ən yaxsi 2019 cı ilin Tv rejissoru kimi "Qızil pəri" mükafatına layiq görülmüşdür .
Rövşən Vəlixanov
Rövşən Aydın oğlu Vəlixanov (15 oktyabr 1994; Qaraxanlı, Tovuz rayonu — 2020; Kəlbəcər rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin Kiçik çavuşu, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Rövşən Vəlixanov 1994-cü il oktyabrın 15-də Tovuz rayonunun Qaraxanlı kəndində anadan olub. 2001–2012-ci illərdə F. Hüseynov adına Qaraxanlı kənd tam orta məktəbində təhsil alıb. Subay idi. == Hərbi xidməti == Rövşən Vəlixanov 2012–2014-cü illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. === İkinci Qarabağ müharibəsində iştirakı === Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Rövşən Vəlixanov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Murovdağın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Rövşən Vəlixanov oktyabrın 2-də Murovdağ döyüşləri zamanı itkin düşüb. Dekabrın 18-də şəhid olduğu müəyyənləşib. Tovuz rayonunun Qaraxanlı kəndində dəfn olunub.
Rövşən Xəlilov
Rövşən İbrahimxəlil oğlu Xəlilov (4 mart 1952, Qazyan, Ucar rayonu) — fizika-riyaziyyat elmləri doktoru, professor. Beynəlxalq Elektromaqnit Paramaqnit Rezonansı Cəmiyyətinin və biofizika, biokimya, bitkilərin fiziologiyası ilə bağlı dünya elmi cəmiyyətlərinin və Beynəlxalq Energetika Akademiyasının həqiqi üzvüdür. == Həyatı == Rövşən Xəlilov 4 mart 1952-ci ildə Azərbaycan Respublikası Ucar rayonunun Qəzyan kəndində anadan olmuşdur. R. Xəlilov 1969-cu ildə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Fizika fakültəsinə daxil olmuş, təhsildəki müvəffəqiyyətlərinə görə 1972-ci ildə Moskva Dövlət Universitetinə köçürülmüş və 1976-cı ildə biofizika ixtisası üzrə təhsilini orada başa çatdırmışdır. Elə həmin il o, Moskva Dövlət Universitetində məşhur sovet alimi, professor L. A. Blümenfeldin rəhbərlik etdiyi biofizika kafedrasının əyani aspiranturasına daxil olaraq böyük əzm və bacarıqla elmi-tədqiqat işlərini davam etdirmişdir. == Elmi fəaliyyəti == R. Xəlilov 1979-cu ildən Bakı Dövlət Universitetində əmək fəaliyyətinə başlayaraq assistent (1979–1984), dosent (1984–1992) vəzifələrində çalışmış və 1992-ci ildən indiyə qədər "Biofizika və molekulyar biologiya" kafedrasında professor kimi fəaliyyət göstərir. R. Xəlilov elmi tədqiqatına hələ tələbə ikən, 1973-cü ildə M. V. Lomonosov adına Moskva Dövlət Universitetinin biofizika kafedrasında ali bitkilərdə paramaqnit mərkəzlərin tədqiqi ilə başlamış və aldığı elmi nəticələri "Biofizika" jurnalında tələbə olarkən çap olunmuşdur. Tələbəlik illərindən elmi tədqiqatlara başlayan R. Xəlilov bitkilərdə fotosintez prosesinin mexanizminin biofiziki əsaslarını öyrənərkən maraqlı elmi nəticələr əldə etmişdir. O, fotosistem 2-nin quruluş və funksiyalarını Elektron Paramaqnit Rezonans üsulu ilə tədqiq edərkən, ilk dəfə olaraq fotosistem 2-nin reaksiya mərkəzi olan P 680 (kation radikal) – dən süni akseptorun iştirakı ilə EPR siqnalı almışdır. Onun bu elmi nəticələri yüksək maraq doğurduğundan nüfuzlu jurnallarda (ДАН СССР,1977, т.237, № 6) nəşr olunmuşdu.
Rövşən Yerfi
Rövşən Yerfi (tam adı: Həsənli Rövşən Həsənbaba oğlu) — Azərbaycan nasiri, esseçi, publisist, Penitensiar Xidmətdə işləmiş ilk yazıçı, ədliyyə mayoru. == Həyatı == Rövşən Yerfi 1965-ci ilin aprelin 23-də Quba rayonunun Yerfi kəndində anadan olmuşdur. 1972-1982-ci illərdə orta məktəbi oxumuş, 1982-ci ildən Bakı poçtamtında (indiki “Azərpoçt”) əmək fəaliyyətinə başlamışdır. 1983-1985-ci illərdə orduda qulluq etmişdir. 1986-1992-ci illərdə Bakı Dövlət Universitetinin Kitabxanaşünaslıq-biblioqrafiya fakültəsində ali təhsil almışdır. 1991-1995-ci illərdə Səhiyyə Nazirliyinin orqanı olan "Şəfqət" qəzetində (indiki "Tibb qəzeti") ilk məsul katib, "Millət" qəzetində (1993-1994) məsul katib müavini işləmişdir. 1995-2012 -ci illərdə Ədliyyə Nazirliyi Penitensiar Xidmətin zabit əməkdaşı olmuş, müxtəlif rejimli cəzaçəkmə müəssisələrində rejim və tərbiyə işləri sahələri üzrə böyük inspektor vəzifəsində ədliyyə mayoru rütbəsinədək xidmət etmişdir. 2014-2015-ci illərdə “Hədəf nəşrləri”ndə redaktor fəaliyyəti ilə altmışdan çox kitabın hazırlanmasında (redaktə, korrektə, mətn tərtibatı) iştirak etmişdir. 2015-ci ildən milli arxiv xidməti işçisidir. 1993-cü ildə Azərbaycan Jurnalistlər Birliyinin, 2006-cı ildə isə Azərbaycan Yazıçılar Birliyinin üzvü olub.
Rövşən İbrahimov
Rövşən Hüseyn oğlu İbrahimov (20 avqust 1967, Siyəzən rayonu – 25 fevral 2019, Bakı) — Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı (18 may 2018 – 24 fevral 2019). == Həyatı == Rövşən Hüseyn oğlu İbrahimov 20 avqust 1967-ci ildə Siyəzən rayonunda anadan olub. 1991-ci ildə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunun Sənaye və mülki tikinti fakultəsini bitirərək "İnşaat mühəndisliyi" ixtisasına yiyələnmişdir. 1986–1988-ci illərdə həqiqi hərbi xidmətdə olmuşdur. Əmək fəaliyyətinə 1991-ci ildən "AZNEFT" İstehsalat Birliyinin "Xəzərdənizneftqaztikinti" trestindəiş icraçısı olaraq başlamışdır. ARDNŞ-də müxtəlif sahələr üzrə rəhbər vəzifələrdə çalışmışdır. Fevral 2011-ci ildən 18 may 2018-ci il tarixinədək ARDNŞ-də Sosial İnkişaf İdarəsinin Tikinti Departamentinin rəisi vəzifəsində işləmişdir. Azərbaycan Respublikasının neft sənayesi işçilərinin təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 19 sentyabr 2014-cü il tarixli Sərəncamına əsasən "TƏRƏQQİ" medalı ilə təltif edilmişdir. Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 18 may 2018-ci il tarixili Sərəncamı ilə Rövşən Hüseyn oğlu İbrahimov Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilib. Yeni Azərbaycan Partiyasının üzvü idi.
Rövşən İsax
Rövşən İsax (tam adı: Rövşən İsax oğlu Məmmədov; 14 avqust 1970, Kirovabad) — Azərbaycanlı rejissor, aktyor. == Həyatı == Rövşən İsax 14 avqust 1970-ci ildə Gəncədə anadan olub. M. Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun "dram teatrı və kino aktyoru" fakültəsində təhsil alıb (1988–1992). Dövlət Gənclər Teatrında (1993–1994), Dövlət Pantomim Teatrında (1994–1995) aktyor kimi, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (1993–1998) müəllim kimi çalışıb. Azərbaycan Dövlət Televiziyasında, ANS TV-də, Space TV-də rejissor kimi çalışıb. Türkiyənin Samanyolu Televiziyasının STV Azərbaycan filialında icraçı direktoru olub (1998–2001). Hazırda "Pozitiv Media"nın direktorudur. Tam və qısametrajlı bədii, habelə onlarla reklam filminin müəllifidir. Ailəlidir. Üç övladı var.
Rövşən İsmayılov
Rövşən İsmayılov
Rövşən Əhmədov
Rövşən Əhmədov — Azərbaycanlı futbol hakimi. == Fəaliyyəti == Futbol üzrə Azərbaycan çempionatının yüksək liqa qarşılaşmalarında 253 dəfə baş hakim olmuşdur.
Rövşən Əkbərov
Əkbərov Rövşən Telman oğlu (4 iyun 1965, Bakı) — Azərbaycanın Milli Qəhrəmanı, ehtiyatda olan general-leytenant. == Həyatı == Rövşən Əkbərov 4 iyun 1965-ci ildə Bakı şəhərində dünyaya gəlmişdir. 1972-ci ildə 42 nömrəli orta məktəbin birinci sinfinə getmiş, səkkizinci sinfə qədər burada təhsil almışdır. 1979-cu ildə C. Naxçıvanski adına hərbi məktəbə daxil olmuşdur. 1982-ci ildə təhsilini müvəffəqiyyətlə başa vuraraq Kiyev Ali Ümumqoşun Komandirləri Məktəbinə daxil olur. 1986-cı ildə təyinatla Zaqafqaziya hərbi dairəsi komandanlığının sərəncamına göndərilir. 1987-ci ildə xidmət etdiyi ordunun tərkibində Əfqanıstana göndərilir. 1988-ci ildə Zaqafqaziya Hərbi Dairəsinə dönür. 1989-cu ildə xidmət etdiyi alayda bölük komandiri vəzifəsinə təyin edilir. 1993–1995-ci illərdə hərbi hissədə bölük komandiri olmuşdur.
Rövşən Əliyev
Rövşən Əliyev (milli qəhrəman) — Azərbaycanın Milli Qəhrəmanı; Qarabağ müharibəsi şəhidi. Rövşən Əliyev (kriminalist) — Kriminalist, Azərbaycan Respublikası Hərbi Prokuroru (1992-1993). Rövşən Əliyev (əsgər, 1971) — tank mexaniki vəzifəsində çalışan Azərbaycan Silahlı Qüvvələrinin ehtiyatda olan əsgəri, Vətən müharibəsi şəhidi. Rövşən Əliyev (əsgər, 1999) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən müharibəsi şəhidi.
Rövşən Kərimduxt
Rövşən Kərimduxt (Kərimduxt Rövşən Ramazan oğlu, 24 oktyabr 1969) — Azərbaycan aktyoru, Azərbaycan Respublikasının əməkdar artisti (2018). == Həyatı == Kərimduxt Rövşən Ramazan oğlu 24 oktyabr 1969-cu ildə doğulmuşdur. 1996-cı ildə Azərbaycan Dövlət İncəsənət Universitetinin dram və kino aktyorluğu fakültəsini bitirib. Həmin ildən də Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının artist heyətinə qəbul olunmuşdur. O, teatrın səhnəsində aşağıdakı rolları oynayıb: Hüseynqulu xan ("Hökmdar və qızı" İlyas Əfəndiyev), Roma əsgəri ("Pompeyin Qafqaza yürüşü" N.Həsənzadə), Oğlan ("Şıltaq Şahzadənin nağılı" nağıl-tamaşa), Gennadi ("Şadlıq sorağında" V.Rozov), Hoqqabaz ("Mənim sevimli dəlim" Elçin), Cangüdən ("Sokratı anma gecəsi" Çingiz Aytmatov), Şəhər əhli ("Ah, Pari Paris!" Elçin), Çarçı ("Özümüzü kəsən qılınc" Bəxtiyar Vahabzadə), Cangüdənlərin rəisi ("Mənim ərim dəlidir" Elçin), 3-cü kafir ("Burla Xatun" Nəbi Xəzri), Rza bəy ("Lənkəran xanının vəziri" Mirzə Fətəli Axundov), Dimitri ("Ulduz, yaxud Ədirnə Fəthi" Cəfər Cabbarlı), Skripkaçı ("Poçt şöbəsində xəyal" Elçin), Yaqitay ("Dar ağacı" B. Vahabzadə), Aram ("Hələ 'Sevirəm' deməmişdilər" Ramiz Novruz), Qildenstern ("Hamlet" Vilyam Şekspir), Təlimçi ("Kəllə" Nazim Hikmət), Silvestr ("Skapenin kələkləri" J.Molyer), Əlvan ("Varlı qadın" Əli Əmirli), Qorxmaz ("Afət" Hüseyn Cavid), Şahmar ("Xurşidbanu Natəvan" İlyas Əfəndiyev), Oğlan ("Qatil" Elçin), Kərəm ("Dəlilər və ağıllılar" İ.Əfəndiyev), Polis nəfəri ("Mənim sevimli dəlim" Elçin), Cavanşir ("Ölüləri qəbristanlıqda basdırın" İsmayıl Şıxlı), Demetri ("Misir gecələri" səhnə redaksiyasının müəllifi Mərahim Fərzəlibəyov), Aqbuğa ("Əmir Teymur", Hüseyn Cavid), qonşu ("Generalın son əmri", Vaqif Səmədoğlu), Rodolfo ("Silindr", Eduardo de Filippo), Lyapkin-Tyapkin ("Müfəttiş", Nikolay Qoqol), Hüsaməddin ("Qətibə İnanc", Məmməd Səid Ordubadi). Aktyor "Nə gözəldir bu dünya" (qardaş) bədii filminə çəkilib. == Mükafatları == 27 may 2018-ci ildə Azərbaycanın əməkdar artisti fəxri adına layiq görülmüşdür. 7 may 2021-ci ildə, 10 may 2022-ci ildə və 6 may 2023-cü ildə Prezident Mükafatına layiq görülmüşdür. == Filmoqrafiya == Canavar balası Yurd yeri 2 Qırmızı qar (film, 1998) Nə gözəldir bu dünya... (film, 1999) Mən sənin dayınam (film, 2001) Son arzu (film, 2003) Bir anın həqiqəti (film, 2003) Yanmış körpülər (film, 2007) Tam məxfi (film, 2004) Bizim qəribə taleyimiz (film, 2005) Bomba (film, 2005) "Moskva-Bakı" qatarı (film, 2005) Kişiləri qoruyun (film, 2006) Yoxlama (film, 2006) Bəylik dərsi (film, 2007) Biz qayıdacağıq (film, 2007) Cavad xan.
Rövşən Lənkəranski
Rövşən Rafiq oğlu Canıyev (rus. Ровшан Рафиг оглы Джаниев; 27 yanvar 1975, Lənkəran – 18 avqust 2016, İstanbul) — azərbaycanlı kriminal avtoritet, "qanuni oğru", iş adamı. 17 yaşı olarkən polis işçisi olan atası, o zaman Azərbaycanda fəaliyyət göstərən kriminal qruplaşmalardan birinin nümayəndələri tərəfindən qətlə yetirilib.1996-cı ildə məhkəmə zalında atasının qatili Canıyev ailəsinin üzvlərini ölümlə təhdid edir və zalda əyləşən Rövşən Canıyev elə məhkəmə zalındaca qatili bu sözlərinə görə güllələyərək qətlə yetirib. 2000-ci ilin iyununda Rövşən Canıyev Bakıda kriminal aləmdə şöhrət qazanmış Kəramət Məmmədovu güllələyib və ağır yaralayıb. 2001-ci ildə Sabunçu rayon məhkəməsinin qərarı ilə Canıyev cinayət məsuliyyətindən azad edilib. 2002-ci ildə barəsində cinayət işi təzələnib, lakin o istintaqdan qaçıb gizləndiyinə görə, barəsində 1 iyul 2002-ci ildə beynəlxalq axtarış elan olunub. 2003-cü ildə Sank-Peterburqdakı Mütəşəkkil Cinayətkar Dəstənin lideri Elçin Yevlaxskinin ölümündə təqsirli bilinib, lakin girov müqabilində azadlığa çıxa bilib. 2009-cu ilin dekabrın 3-də Ukraynada həbs olunaraq dekabrın 13-də Azərbaycana ekstradisiya olunub. 2010-cu ildə Bakıda qanunsuz silah saxlama maddəsi ilə haqqında cinayət işi açılıb. Dövlət ittihamçısı Canıyevin 12 il müddətinə azadlıqdan məhrum edilməsini istəsə də, məhkəmə ona 2 il 10 ay 19 gün həbs cəzası kəsib.
Rövşən Mehdiyev
Rövşən Mehdi oğlu Mehdiyev (21 fevral 2000; Suma, Ağdam rayonu, Azərbaycan — 25 oktyabr 2020; Ağdam rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Rövşən Mehdiyev 21 fevral 2000-ci ildə Ağdam rayonunun Suma kəndində Mehdi Mehdiyevin ailəsində anadan olmuşdur. Əvvəlcə, Bərdə rayonunda yerləşən Türk-Qızılay çadır şəhərciyində, sonra Ağdam rayonunun Təzəkənd qəsəbəsində məskunlaşmışdır. 2006-2017-ci illərdə Ağdam rayon 106 saylı tam orta məktəbdə təhsil almışdır. Subay idi. == Hərbi xidməti == Rövşən Mehdiyev 2018-ci ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağdam rayon üzrə Hərbi Komissarlığı tərəfindən hərbi xidmətə çağırılmışdır. Azərbaycan Silahlı Qüvvələrinin sıralarında, "N" saylı hərbi hissədə müddətli həqiqi hərbi xidmət etmişdir. 2020-ci ildən müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olmuşdur. Azərbaycan Ordusunun əsgəri olan Rövşən Mehdiyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində atıcı olaraq iştirak etmişdir. Ağdamın azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur.
Rövşən Muradov
Muradov Rövşən Təyyar oğlu (22 mart 1949, Canhəsən, DQMV – 15 avqust 1988, Qazax rayonu) — Şuşa prokuroru (1988). == Həyatı == Rövşən Muradov 22 mart 1949-cu ildə Xankəndi rayonunun Canhəsən kəndində anadan olmuşdur. Kosalar kəndi 8 illik orta məktəbi bitirmişdir. Məktəbdə bütün sahələr üzrə nümunəvi şagird olmuş, məktəb tədbirlərində və ictimai işlərdə fəal iştirak etmişdir. 1964-cü ildə Şuşa Pedaqoji Texnikumuna daxil olmuşdur. 1968-ci ildə yüksək göstərici ilə oranı bitirmişdir. Cəmilli kənd məktəbinə təyinat almış, bir neçə il orada işlədikdən sonra Azərbaycan Dövlət Universitetinin Hüquq fakültəsinə daxil olmuşdur. Universitetdə təhsilini bitirdikdən sonra bir müddət Xankəndində müstəntiq vəzifəsində çalışmışdır. 1988-ci ildə ermənilərin Dağlıq Qarabağı işğal etmək iddiaları qızışdığı dönəmdə Şuşaya prokuror təyin edilmişdir, amma icra aparatı ilə aralarında olan narazıçılıq səbəbi ilə iş yeri dəyişdirilmiş və o, Qazaxa təyinat almışdır. 1988-ci il avqustun 15-i səhər saat 6-da evdən çıxaraq Qazaxa yola düşmüş, Qazaxa çata-çatda qəzaya uğrayaraq dünyasını dəyişmişdir.
Rövşən Əsgərov
Rövşən Əsgərov (aktyor)
Rövşənəq (Ərdəbil)
Rövşənəq (fars. روشنق‎) — İranın Ərdəbil ostanının Ərdəbil şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 248 nəfər yaşayır (48 ailə).
Rivne
Rovno və ya Rivne, (ukr. Рівне, Riwne) — Ukraynada, Rovno vilayətinin mərkəzi şəhəri. Ustye çayının sahilində yerləşir. == Tanınmış şəxsləri == Yaroslav Yevdokimov (Євдокимов Ярослав Олександрович (uk.) — müğənni, bariton. Gród Rovno, Ukrayna 22.11.1946.
Ronne
Ronne (fr. Ronnet) — Fransada kommuna, Overn regionunda yerləşir. Departament — Alye. Marsiyya-an-Kombray kantonuna daxildir. Kommunanın dairəsi — Monlyuson. INSEE kodu — 03216. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 190 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə 128 yaş arasında (15–64 yaş arasında) 98 nəfər iqtisadi cəhətdən, 30 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 76,6%, 1999-cu ildə 75,2%). 98 fəal işçidən 88 nəfər (47 kişi və 41 qadın), 10 nəfər işsizdir (2 kişi və 8 qadın). 30 hərəkətsiz 10 nəfər arasında şagird və ya tələbə, 8 nəfər — təqaüdçü, 12 nəfər digər səbəblərə görə fəaliyyətsizdir.
Rover
Rover — planetin və ya başqa səma cisminin səthində hərəkət etmək üçün hazırlanmış kosmik kəşfiyyat gəmisidir.
Rovno
Rovno və ya Rivne, (ukr. Рівне, Riwne) — Ukraynada, Rovno vilayətinin mərkəzi şəhəri. Ustye çayının sahilində yerləşir. == Tanınmış şəxsləri == Yaroslav Yevdokimov (Євдокимов Ярослав Олександрович (uk.) — müğənni, bariton. Gród Rovno, Ukrayna 22.11.1946.
Marsella Rovena
Marsella Rovena (italyanca: Marcella Rovena) - İtaliya aktrisasıdır.
Rik Rosner
Rik Rosner (8 may 1941, ABŞ) — televiziya prodüseri Rikin xidməti kitabçasında striptiz rəqqası, diyircəkli konkilər üzərinə ofisiant, rəssamlar üçün naturaçı kimi qeyri-adi vəzifələrin adları var.