Rövşən Aydın oğlu Vəlixanov (15 oktyabr 1994; Qaraxanlı, Tovuz rayonu — 2020; Kəlbəcər rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin Kiçik çavuşu, İkinci Qarabağ müharibəsi şəhidi.
Rövşən Vəlixanov | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Qaraxanlı, Tovuz rayonu, Azərbaycan |
Vəfat tarixi | |
Vəfat yeri | Kəlbəcər rayonu, Azərbaycan |
Dəfn yeri | Qaraxanlı |
Vətəndaşlığı | Azərbaycan |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Qoşun növü | Quru Qoşunları |
Xidmət illəri | 2012—2014; 2020 |
Rütbəsi | Kiçik çavuş |
Döyüşlər |
İkinci Qarabağ müharibəsi • Murovdağ döyüşləri |
Rövşən Vəlixanov 1994-cü il oktyabrın 15-də Tovuz rayonunun Qaraxanlı kəndində anadan olub.[1] 2001–2012-ci illərdə F. Hüseynov adına Qaraxanlı kənd tam orta məktəbində təhsil alıb. Subay idi.
Rövşən Vəlixanov 2012–2014-cü illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub.
Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Rövşən Vəlixanov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Murovdağın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb.[2] Rövşən Vəlixanov oktyabrın 2-də Murovdağ döyüşləri zamanı itkin düşüb. Dekabrın 18-də şəhid olduğu müəyyənləşib.[3] Tovuz rayonunun Qaraxanlı kəndində dəfn olunub.