Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Ağadadaş Sürəyya
Ağadadaş Sürəyya (1850, Bakı – 1900, Bakı) — XIX əsr Azərbaycan şairi. == Həyatı == Ağadadaş Sürəyya 1850-ci ildə Bakıda doğulmuşdur. Təhsilini molla məktəbində atmışdır. "Məcməüş-şüəra" ədəbi məclisinin katibi olmuşdur. Məclisin bütün sənədləri, şairlərin oxuduğu və müzakirə etdiyi şeirlər onun evində saxlanılırmış. Sonralar itmişdir. A. Sürəyya 1900-cü ildə Bakıda vəfat etmişdir. Onun əsərlərinin az bir qismi qalmışdır.
Sürəyya (1973)
Sürəyya (1987)
== Məzmun == İsfəndiyar pul qazanmaq məqsədilə sevgilisi Sürəyyanı (Məlahət Abbasova) kənddə qoyub Moskvaya gedir. İllər ötür, amma İsfəndiyardan xəbər çıxmır. Bunu görən Sürəyya onun ardınca yola düşür. Rus dilini bilməyən və ömründə şəhər görməyən Sürəyya Moskvada çox çətinlik çəkir. Bununla belə o, öyrənir ki, İsfəndiyar burada bir rus qızı ilə evlənib. Onların Əli (Ülvi Məmmədov) adında 3 yaşlı uşaqları da var. Onu da öyrənir ki, arvadı ərini və uşağını atıb başqa kişiyə ərə gedib. Sürəyya İsfəndiyarın oğlu Əlini götürüb kəndlərinə qayıdır... Kinolent insanın öz doğma torpağı qarşısında mənəvi borcundan, gənc kəndli qızının daxili aləminin böyüklüyündən danışır. == Film haqqında == Film aktrisa Məlahət Abbasovanın kinoda ilk işidir.
Sürəyya Ayhan
Sürəyya Ayhan Kop — orta məsafədə yarışmış Türk atlet. Atasının həvəskar atlet olması və ona dəstək olması ilə 16–17 yaşında atletizmə başladı. 1992-də indiki həyat yoldaşı Yücəl Kop ilə tanış oldu. O gündən bu yana Kopun məşqçiliyində məsk edir. Məktəbi bitirdikdən sonra Qəhrəmanmaraş idman akademiyasına başlayaraq Kahramanmaraşa getdi. Universitetdə oxuduğu dövrdə idmana davam etmək və məşq etməkdə çətinliklər yaşadı. Bu dövrdə Ağsaray bələdiyyəsinin dəstəkləriylə işlərini davam etdirdi. Ağsaray bələdiyyə idman klubu xaricində MTA, Ankara və Fənərbaxça klubları adına qaçdı. 2000-ci ildə Sidneydə təşkil edilən olimpiadalarda yarım final qaçaraq Türkiyədə məşhur olmağa başladı. 2001-də dünya atletizm çempionatında 1.500 metr finalı qaçaraq Türkiyə qadın atletizmində bir ilki daha reallaşdırdı.
Sürəyya Ağaoğlu
Sürəyya Əhməd bəy qızı Ağaoğlu (1903, Şuşa – 29 dekabr 1989, İstanbul) — Türk dünyasının ilk qadın vəkili, qadın hüquqları müdafiəçilərindəndir. == Həyatı == O, 1903-cü ildə Azərbaycanın Şuşa şəhərində anadan olub. Atası tanınmış mütəfəkkir, yazıçı və siyasətçi Əhməd Ağaoğlu, anası isə Sitarə xanımdır. Beş uşaqlı ailənin böyük uşağı olan Sürəyya xanımın pedaqoq və deputat Tezər Taşkıran, mühəndis və iş adamı Abdurrahman Ağaoğlu; O, siyasətçi, yazıçı və hüquqşünas Səməd Ağaoğlu ilə həkim Gültəkin Ağaoğlunun böyük bacısıdır. Atası böyük fikir adamı, ideoloq, hüquq professoru Əhməd bəy Ağaoğlu ilə birlikdə 1910-cu ildə Türkiyəyə mühacirət etmişdir. Uşaqlıq və gənclik illəri Türkiyə milliyyətçi ocaqları və Mustafa Kamal Paşa Atatürkün yaxın dostları arasında keçmişdir. Bir neçə dəfə atası Əhməd bəy Ağaoğlu ilə birlikdə Mustafa Kamal Atatürklə şəxsən görüşmüşdür. Türkiyənin ilk qadın vəkili, Beynəlxalq Qadın Hüquqşünaslar Cəmiyyətinin ilk prezidenti olan Sürəyya Ağaoğlu İstanbul Universiteti Hüquq Fakültəsini bitirdiktən sonra ömrünün sonuna qədər vəkilliklə məşğul olmuşdur. 1950-ci ildə Alman hüquqşünas Werner Taschenbreker ilə ailə qurmuşdur. Lakin bu izdivacdan onların övladı olmamışdır.
Sürəyya Ağayeva
Sürəyya Bəşir qızı Ağayeva (10 may 1951, Bakı) — Azərbaycan alimi, AMEA akad. Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun “Heterogen kataliz” laboratoriyasının kimya üzrə elmlər doktoru, baş elmi işçisi, dosent. == Ümumi məlumatlar == Ağayeva Sürəyya Bəşir qızı 1951-ci il mayın 10-da Bakı şəhərində həkim ailəsində anadan olmuşdur. Orta təhsilini Bakının Nərimanov rayonunun 200 saylı məktəbində almış və 1973-cü ildə M.Əzizbəyov adına Azərbaycan Neft-Kimya İnstitutunun kimya-texnologiya fakültəsinin “Əsas üzvü və neft kimya sintezinin texnologiyası” ixtisası üzrə bitirmişdir. İlk əmək fəaliyyətinə institutu bitirdikdən sonra, 1974-cü ildən Azərbaycanın MEA Neft Kimya Prosesləri İnstitutunun Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, kimya elmləri doktoru, professor Bilal Ataş oğlu Dadaşovun rəhbərlik edən “Heterogen kataliz” laboratoriyasında kiçik elmi işçi vəzifəsi ilə başlamışdır və seolit katalizatorlarının sintezi və onların tədbiqi sahəsində tədqiqatlar aparılmışdır. Aspiranturanı bitirdikdən sonra, 1988-ci ildə “n-Pentanın izomerləşməsi üçün metallseolit katalizatorların işlənib hazırlanması” mövzusunda professor B.A.Dadaşovun rəhbərliyi altında namizədlik dissertasiya müdafiə edərək, kimya elmləri namizədi elmi dərəcəsini alan S.Ağayeva, 1992-ci ildə “Heterogen kataliz” laboratoriyasında böyük elmi işçi, 2002-ci ildən isə aparıcı elmi işçi, hal-hazırda isə baş elmi işçi vəzifəsində çalışır. 2004-cü ildə S.Ağayeva dosent adı verilmişdir. Elmi axtarışlarını müntəzəm olarq davam etdirən S.Ağayeva, 2010-cu ildə “Toluolun disproporsionallaşması və kiçik molekullu (C2-C5) alkanların çevrilməsi proseslərinin fəallaşdırılması üçün seliolit sistemlərinin məqsədyönlü modifikasiyası” mövzusunda doktorluq dissertasiyası müdafiə etmiş “Neft kimyası” və “Kimyəvi kinetika və kataliz” ixtisasları üzrə kimya elmləri doktoru elmi dərəcəsini almışdır. S.Ağayeva 130-dan çox elmi işlərin müəllifidir. O, bir sıra beynalxalq konqreslərin və konfrasların (Fransa, Yaponiya, Çin, Rusiya və digər) iştirakçısı olmuşdur.
Sürəyya Babayeva
Sürəyya Kərimova
Sürəyya Abbasqulu qızı Kərimova (15 fevral 1922, Qaradağlı – 2 avqust 1993) — Sosialist Əməyi Qəhrəmanı (1948), Azərbaycan SSR pambıq ustası (1957). Qəhrəman Ana (1965). == Həyatı == Sürəyya Abbasqulu qızı Kərimova 15 fevral 1922 ildə Ağdamın Qaradağlı kəndində dünyaya gəlmişdir. Sürəyya Kərimova Ağdamın Qaradağlı kəndində Telman adına kolxozda kolxozçu, manqabaşçısı, briqadir işləmişdir. Sürəyya Kərimova SSRİ Ali Sovetinin (8–9-cu çağırış), Azərbaycan SSR Ali Sovetinin (2–5-ci çağırış) deputatı, Azərbaycan Kommunist Partiyasının XXVIII-XIX qurultaylarında Mərkəzi Komitənin üzvü seçilmişdir. Ümumdünya sülh tərəfdaşları konqresində (1949, Moskva), kolxozçuların 3-cü Ümumittifaq qurultayının (1967) iştirakçısı olmuşdur. 2 dəfə "Lenin" ordeni, Qırmızı Əmək Bayrağı ordeni, "Oktyabr inqilabı" ordeni ilə təltif edilmişdir. Sürəyya Kərimovaya həsr olunan "Sürəyya" mahnısının musiqisi Səid Rüstəmova aiddir. Bu mahnıya görə Səid Rüstəmov 1952-ci ildə SSRİ Dövlət Mükafatına layiq görülmüşdür.
Sürəyya Qacar
Sürəyya xanım Sədrəddin Mirzə qızı Qovanlı-Qacar (18 aprel (1 may) 1910, Şuşa, Qafqaz canişinliyi, Rusiya imperiyası – 27 iyul 1992, Bakı) — Azərbaycan müğənnisi, Azərbaycan SSR (1954) və Ermənistan SSR xalq artisti. == Həyatı == Sürəyya Qacar 1 may 1910-cu ildə Şuşa şəhərində anadan olmuşdur. 1927 ildə Bakı Pedaqoji Texnikumunu bitirmişdi. 1927-39-cu illərdə Azərbaycan Opera və Balet Teatrının solisti olmuş, burada Leyli, Əsli, Gülnaz, Asya ("Leyli və Məcnun", "Əsli və Kərəm", "O olmasın, bu olsun", "Arşın mal alan", Ü. Hacıbəyli), Şahsənəm ("Aşıq Qərib", Z. Hacıbəyli) partiyalarında çıxış etmişdir. 1940-cı ildən Azərbaycan Dövlət Filarmoniyasında solist (fasilələrlə), 1968 ildən vokal üzrə məsləhətçi-müəllim işləmişdi. Repertuarında Azərbaycan xalq mahnıları, muğamlar, eləcə də xarici ölkə xalqlarının və bəstəkarlarının mahnıları əsas yer tutmuşdu. O, 27 iyul 1992-ci ildə vəfat edib. == Partiyaları == Leyli - Leyli və Məcnun (Üzeyir Hacıbəyov) Əsli - Əsli və Kərəm (Üzeyir Hacıbəyov) Gülnaz - O, olmasın, bu olsun (Üzeyir Hacıbəyov) Şahsənəm - Aşıq Qərib (Zülfüqar Hacıbəyov) == Mükafatları == Sürəyya xanım Qacar Azərbaycan SSR (1954 oktyabr) və Ermənistan SSRxalq artisti fəxri adını almış, iki dəfə "Şərəf nişanı" ordeni ilə təltif edilmişdi. == Ailəsi == Atası Sədrəddin Mirzə Qacar məşhur Bəhmənilər ailəsinə mənsub olmuşdur. Bəhməni ailəsi Qacarlar sülaləsinin bir tirəsi olmuş və ailənin əsasını qoyan Bəhmən Mirzə Qacar bir müddət İran Azərbaycanının valisi kimi çalışmışdır.
Sürəyya Qasımova
Qasımova Sürəyya Məcid qızı (sentyabr 1934 – 2007) — azərbaycanlı aktrisa. == Həyatı == Sürəyya Qasımova 1934-cu ilin sentyabrında qədim Tbilisi şəhərində anadan olmuşdur. Atası Məcid Qasım oğlu İbrahimov Borçalı nümayəndəliyinin Sarvan kəndindən idi. Anası Məleykə Fərəməz qızı Qasımova da əslən Sarvandan olub, varlı və imkanlı adamlardan birinin Fərəməz kişinin qızıdır. Sürəyya birinci sinfə bir il heç getməsinə baxmayaraq, 1953-cü ildə 49 nömrəli Tbilisi qadın rus orta məktəbini əla qiymətlərlə bitirib elə həmin ildə də Azərbaycan Xarici Dillər İnstitutunun alman dili fakultəsinə daxil olur. Dörd il əla qiymətlərlə oxuyan Sürəyya həm də guclu idmançı və təşkilatçı idi. Oxuduğu illərdə Bakı şəhərində keçirilən bir sıra elmi-praktik konfranslarda yaxından iştirak edib, alman və Azərbaycan ədəbiyyatının ali və orta məktəblərdə tədrisi haqqında məruzələrlə çıxış etmişdir. Sürayya hələ Tbilisidə orta məktəbdə oxuduğu vaxt 5 ilə yaxın Gürcüstan SSR-in gənclərdən ibarət yığma basketbol komandasının ən fəal oyunçusu, sonra isə kapitanı olmuşdur. Onu butun azərkeşlər "tatar balası" deyə çağırırdılar. Sürəyya xanım idmanın bu növü ilə institut illərində də məşğul olmuşdur.
Sürəyya Talıbxanbəyli
Sürəyya Talıbxan qızı Talıbxanbəyli (1899 – ?) — publisist, folklorşünas. == Həyatı == Sürəyya Talıbxan qızı 1899-cu ildə Şuşa qəzasının Qacar kəndində anadan olmuşdu. Məktəb təhsili almışdı. 1920-ci ildə ailəsi ilə bərabər Türkiyəyə mühacirət etmişdi. Orada "Azərbaycan Yurd bilgisi" dərgisində bir çox yazılar hazırlamışdı. Dayısı Hüseyn bəy Mirzəcamalov ona dəyərli məsləhətlər vermiş, doğru yola yönəltmişdi. == Mənbə == Ənvər Çingizoğlu, Qacarlar və Qacar kəndi, Bakı, "Şuşa", 2008, səh.292-293; Ənvər Çingizoğlu, Bir Qacar soyu: Talıbxanovlar, "Soy" tarixi-etnoqrafik dərgi, 2012, №4, səh.3-10.
Sürəyya İsfəndiyari
Sürəyya İsfəndiyari (fars. ثریا اسفندیاری‎; 22 iyun 1932[…], İsfahan – 26 oktyabr 2001 və ya 25 oktyabr 2001, Paris) — Məhəmməd Rza Pəhləvinin ikinci həyat yoldaşı olmuşdur.
Sürəyya Tatevyan
Sürəyya Kərim qızı Tatevyan (qızlıq soyadı: Kərimova; rus. Сурия Керимовна Татевян; 22 yanvar 1937, Bakı – 16 iyul 2015, Moskva) — rusiyalı geodeziyaçı-astronom alim, Rusiya Elmlər Akademiyası Astronomiya İnstitutunun aparıcı elmi işçisi, texnika elmləri doktoru. == Həyatı == Sürəyya 22 yanvar 1937-ci ildə Bakı şəhərində, sovet artilleriya general-leytenantı, pilotlu gəmilərin sınaq uçuşları üzrə dövlət komissiyasının sədri (1966–1991), həmçinin Sovet kosmik proqramının banilərindən biri olmuş Kərim Kərimovun ailəsində dünyaya gəlmişdir. Anası Zara Kərimova sonralar Moskvada orta məktəblərin birində kimya müəlliməsi kimi çalışıb. Onun adını ata nənəsinin şərəfinə qoyublar. Qızı dünyaya gələndə Kərim Kərimov birinci kurs tələbəsi idi. Sürəyya orta təhsilini Moskva şəhərində alıb. Sonra Moskva Geodeziya, Aerofotoqrafiya və Kartoqrafiya Mühəndisləri İnstitutunun (indiki Moskva Dövlət Geodeziya və Kartoqrafiya Universiteti) geodeziya fakültəsinə daxil olub. 1960-cı ildə astronomik-geodeziya ixtisası üzrə oranı bitirib. İnstitutu bitirdikdən sonra SSRİ Nazirlər Soveti yanında Geodeziya və Xəritəçəkmə Baş İdarəsində distribütor işləyib.
Ərəb
Ərəblər — Afrika və Asiya qitələrində kompakt şəkildə yaşayan , dünyanın ən böyük xalqlarından biri. Səudiyyə Ərəbistanında, Suriyada, İordaniyada, İraqda, Yəməndə, Omanda, Misirdə, Sudanda (əhalisinin 1/2-ni təşkil edirlər), Əlcəzairdə, Liviyada, Tunisdə və s. əhalinin əksəriyyətini təşkil edirlər. Dünyada sayları təxminən 354.503 milyon nəfərdir. Hazırda dünyada 21 müstəqil ərəb dövləti var. Ərəblər ana dilləri ərəbcə olan, başlıca Ərəb yarımadası və şimali Afrikada yerləşmiş olan sami xalqdır. Aralıq dənizinin cənubunda Afrikada Böyük Səhra və Sudana, şərqində İraqa və Ərəb yarımadasına qədər uzanan bir coğrafiyada yaşayırlar. Əhalisinin əksəriyyəti ərəblərdən ibarət olan və ərəbcə danışılan ölkələr ərəb ölkələri olaraq adlanırlar. Bu ölkələrdə, ərəbcədən əlavə olaraq Şimali Afrikada bərbərcə, İraqda kürdcə və türkməncə, Cənubi Ərəbistanda isə müxtəlif yerli dillər danışılır. == Ərəblərin soyu == İbrahim peyğəmbərin İsmayıl və İshaq adında iki oğulu olmuşdur.
Sürəyya (film, 1973)
== Məzmun == Film iki dəfə Sosialist Əməyi Qəhrəmanı, Ağdam rayonundakı Telman Adına Kolxozun manqabaşçısı, məşhur pambıq ustası Sürəyya Kərimovaya həsr edilmişdir. Filmdə onun fəaliyyəti hərtərəfli əks olunmuşdur: həm çoxuşaqlı anadır, həm də adlı-sanlı pambıqçı-qəhrəmandır. == Filmin heyəti == === Film üzərində işləyənlər === Rejissor: Zeynəb Kazımova Ssenari müəllifi: Fəraməz Səfiyev Səs operatoru: Şamil Kərimov == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 235-258.
Sürəyya (film, 1987)
== Məzmun == İsfəndiyar pul qazanmaq məqsədilə sevgilisi Sürəyyanı (Məlahət Abbasova) kənddə qoyub Moskvaya gedir. İllər ötür, amma İsfəndiyardan xəbər çıxmır. Bunu görən Sürəyya onun ardınca yola düşür. Rus dilini bilməyən və ömründə şəhər görməyən Sürəyya Moskvada çox çətinlik çəkir. Bununla belə o, öyrənir ki, İsfəndiyar burada bir rus qızı ilə evlənib. Onların Əli (Ülvi Məmmədov) adında 3 yaşlı uşaqları da var. Onu da öyrənir ki, arvadı ərini və uşağını atıb başqa kişiyə ərə gedib. Sürəyya İsfəndiyarın oğlu Əlini götürüb kəndlərinə qayıdır... Kinolent insanın öz doğma torpağı qarşısında mənəvi borcundan, gənc kəndli qızının daxili aləminin böyüklüyündən danışır. == Film haqqında == Film aktrisa Məlahət Abbasovanın kinoda ilk işidir.
Sürəyya xanım Qacar
Sürəyya xanım Sədrəddin Mirzə qızı Qovanlı-Qacar (18 aprel (1 may) 1910, Şuşa, Qafqaz canişinliyi, Rusiya imperiyası – 27 iyul 1992, Bakı) — Azərbaycan müğənnisi, Azərbaycan SSR (1954) və Ermənistan SSR xalq artisti. == Həyatı == Sürəyya Qacar 1 may 1910-cu ildə Şuşa şəhərində anadan olmuşdur. 1927 ildə Bakı Pedaqoji Texnikumunu bitirmişdi. 1927-39-cu illərdə Azərbaycan Opera və Balet Teatrının solisti olmuş, burada Leyli, Əsli, Gülnaz, Asya ("Leyli və Məcnun", "Əsli və Kərəm", "O olmasın, bu olsun", "Arşın mal alan", Ü. Hacıbəyli), Şahsənəm ("Aşıq Qərib", Z. Hacıbəyli) partiyalarında çıxış etmişdir. 1940-cı ildən Azərbaycan Dövlət Filarmoniyasında solist (fasilələrlə), 1968 ildən vokal üzrə məsləhətçi-müəllim işləmişdi. Repertuarında Azərbaycan xalq mahnıları, muğamlar, eləcə də xarici ölkə xalqlarının və bəstəkarlarının mahnıları əsas yer tutmuşdu. O, 27 iyul 1992-ci ildə vəfat edib. == Partiyaları == Leyli - Leyli və Məcnun (Üzeyir Hacıbəyov) Əsli - Əsli və Kərəm (Üzeyir Hacıbəyov) Gülnaz - O, olmasın, bu olsun (Üzeyir Hacıbəyov) Şahsənəm - Aşıq Qərib (Zülfüqar Hacıbəyov) == Mükafatları == Sürəyya xanım Qacar Azərbaycan SSR (1954 oktyabr) və Ermənistan SSRxalq artisti fəxri adını almış, iki dəfə "Şərəf nişanı" ordeni ilə təltif edilmişdi. == Ailəsi == Atası Sədrəddin Mirzə Qacar məşhur Bəhmənilər ailəsinə mənsub olmuşdur. Bəhməni ailəsi Qacarlar sülaləsinin bir tirəsi olmuş və ailənin əsasını qoyan Bəhmən Mirzə Qacar bir müddət İran Azərbaycanının valisi kimi çalışmışdır.
Sürəyya xanım Talıbxanbəyli
Sürəyya Talıbxan qızı Talıbxanbəyli (1899 – ?) — publisist, folklorşünas. == Həyatı == Sürəyya Talıbxan qızı 1899-cu ildə Şuşa qəzasının Qacar kəndində anadan olmuşdu. Məktəb təhsili almışdı. 1920-ci ildə ailəsi ilə bərabər Türkiyəyə mühacirət etmişdi. Orada "Azərbaycan Yurd bilgisi" dərgisində bir çox yazılar hazırlamışdı. Dayısı Hüseyn bəy Mirzəcamalov ona dəyərli məsləhətlər vermiş, doğru yola yönəltmişdi. == Mənbə == Ənvər Çingizoğlu, Qacarlar və Qacar kəndi, Bakı, "Şuşa", 2008, səh.292-293; Ənvər Çingizoğlu, Bir Qacar soyu: Talıbxanovlar, "Soy" tarixi-etnoqrafik dərgi, 2012, №4, səh.3-10.
Şövkət Sürəyya Aydəmir
Şövkət Sürəyya Aydəmir (türk. Şevket Süreyya Aydemir; d. 1897, Ədirnə - ö. 25 mart 1976) — Türk yazıçısı, mütəfəkkir, iqtisadçı, tarixçi, müəllim. 1919-1920-ci illərdə Nuxada (Şəkidə) müəllimlik etmiş, 1920-ci ilin martında Nuxadan Qarabağa yola düşən 400 nəfərlik könüllülər dəstəsinin komandanı olmuş və o zaman bir xalq qəhrəmanı kimi məşhurlaşmışdı. O, həmin ilin 30 aprel tarixində XI Qızıl Ordunun Nuxaya daxil olmasını da öz gözləri ilə görmüş və bu hadisələrin hamısını daha sonralar öz əsərində ətraflı təsvir etmişdir. Şövkət Sürəyya 1920-ci il sentyabrın 1-də Bakıda öz işinə başlayan Şərq xalqlarının I qurultayında Nuxa şəhərindən göndərilmiş nümayəndə kimi iştirak edibdir. O, 1932-ci ildə Türkiyədə nəşrə başlayan "Kadro" adlı jurnalın yaradıcılarından və Kadro hərakatının rəhbərlərindən də biri idi. Yaşlaşdığı zaman, yazıçılığa girişmiş, türk tarixində əhəmiyyətli rolu olan şəxsiyyətlər barədə əsərlər yazmışdı. Öz həyatından bəhs etdiyi "Suyu arayan adam" (1959), Atatürk və İnönü dövrləri haqqında hər biri 3 cildlik "Tək adam" (1963-65) və "İkinci adam" (1966-68) adlı kitabları onu bir yazıçı kimi məşhurlaşdırdı.
Sırrı Sürəyya Öndər
Sırrı Sürəyya Öndər (7 iyul 1962, Adıyaman) — rejissor, ssenarist, prodüser, sənətçi, jurnalist və siyasətçi; Türkiyə Böyük Millət Məclisinin 24, 25, 26 və 28-ci çağırışlarının deputatı. == Həyatı == Sırrı Sürəyya Öndər 7 iyul 1962-ci ildə Adıyaman ilində anadan olub. 2007-ci ildə 18-ci Ankara Beynəlxalq Film Festivalında Milli bədii film nominasiyasında "Ən yaxşı ssenari" öldülünə, həmin ildə 14-cü Qızıl Koza Film Festivalında Milli film nominasiyasında "Ən yaxşı ssenari" ödülünə, 2009-cu ildə isə 7-ci Beynəlxalq Karaçi Film Festivalında "Ən yaxşı rejissor" öldülünə layiq görülüb. 28 fevral 2015-ci ildə Dolmabağça Memorandumuna səbəb olan Abdullah Öcalan ilə Əhməd Davudoğlu iqtidarı arasında dialoqa yardım edən HDP siyasətçilərindən ibarət nümayəndə heyətində yer alıb. 2013-cü ildə Novruz bayramı ilə bağlı tədbirdə çıxışına görə 3 noyabr 2018-ci ildə 42 ay həbs cəzası verilib və 2018-ci il noyabrın 6-da Kocaeli həbsxanasına aparılıb. 4 noyabr 2019-cu ildə Konstitusiya Məhkəməsinin bir gün əvvəl ifadə azadlığının pozulduğuna dair qərar çıxardıqdan sonra azadlığa buraxılıb. 1 uşaq atasıdır. 2011-ci ildə İstanbul ilindən, iyun 2015 və noyabr 2015-ci ildə Ankara ilindən, 2023-cü ildə isə İstanbul ilindən Türkiyə Böyük Millət Məclisinin 24, 25, 26 və 28-ci çağırışlarının deputatı seçilib.
Cəbəlül-Ərəb
Cəbəl-Druz və ya Cəbəl əd-Druz (ərəb. جبل الدروز‎), rəsmi olaraq Cəbəlül-Ərəb (ərəb. جبل العرب‎) — Suriyanın сənubunda vulkan massivi. Maksimum hündündürlüyü 1,800 metrdir (Əl-Ceyna dağı). Əsasən bazaltdan ibarətdir, lava axınları ilə əhatələnmişdir. Zirvə və yamaclarında Pliosen püskürmələrinin kraterləri var. Səhra bitkiləri yayılmışdır. Bu vilayətin sakinlərinin əksəriyyəti druzlardır, həmçinin kiçikmiqyaslı müsəlman və əhəmiyyətli xristian icmaları da var. == İstinadlar == == Xarici keçidlər == Vikianbarda Cəbəl-Druz ilə əlaqəli mediafayllar var.
Çöl Ərəb
Çöl Ərəb — Azərbaycan Respublikasının Kürdəmir rayonunun inzibati ərazi vahidində kənd. Muradxan inzibati ərazi dairəsinə daxildir. == Tarixi == == Toponimikası == Çöl Ərəb oyk. Kürdəmir r-nunun Muradxan i.ə.v.-də kənd. Şirvan düzündədir. Oykonim çöl (düzənlik) və Ərəb (etnotoponim komponentlərindən düzəlib, "düzənlikdə yerləşən Ərəb kəndi" mənasındadır. Toponimin tərkibindəki birinci komponent yaşayış məntəqəsini keçmişdə bu ərazidə mövcud olmuş çoxsaylı ərəb komponentli (Ərəb Qaradağ, Ərəb Çəltikçi, Ərəb Sarvan, Ərəb Mehdibəy və b.) kəndlərdən fərqləndirməyə xidmət edir. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 526 nəfər əhali yaşayır. == İqtisadiyyatı == Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı-əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
Çöl-Ərəb
Çöl Ərəb — Azərbaycan Respublikasının Kürdəmir rayonunun inzibati ərazi vahidində kənd. Muradxan inzibati ərazi dairəsinə daxildir. == Tarixi == == Toponimikası == Çöl Ərəb oyk. Kürdəmir r-nunun Muradxan i.ə.v.-də kənd. Şirvan düzündədir. Oykonim çöl (düzənlik) və Ərəb (etnotoponim komponentlərindən düzəlib, "düzənlikdə yerləşən Ərəb kəndi" mənasındadır. Toponimin tərkibindəki birinci komponent yaşayış məntəqəsini keçmişdə bu ərazidə mövcud olmuş çoxsaylı ərəb komponentli (Ərəb Qaradağ, Ərəb Çəltikçi, Ərəb Sarvan, Ərəb Mehdibəy və b.) kəndlərdən fərqləndirməyə xidmət edir. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 526 nəfər əhali yaşayır. == İqtisadiyyatı == Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı-əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
Şəttül-Ərəb
Şəttül-Ərəb (ərəb. شط العرب‎, hərf. Ərəb axını) və ya Ərvəndrud (fars. اروندرود‎, hərf. Ərvənd çayı) — Dəclə və Fərat çaylarının İran Körfəzinə tökülməzdən əvvəl Əl-Kurna məntəqəsi yaxınlığında qovuşmaları nəticəsində yaranan çay. Uzunluğu təxminən 195 km-dir. Böyük hissəsi İraq ərazisindən axsa da, cənub hissəsi İranla İraq arasında təbii sərhəd təşkil edir. Eni dəyişkəndir, Bəsrə yaxınlığında 230 metr olub, mənsəbində 800 metrədək çatır. Çayın üzərində İranın Abadan və Xürrəmşəhr, İraqın Bəsrə kimi əhəmiyyətli sənaye və liman şəhərləri yerləşir. == Ərazi anlaşıqmazlıqları == 17 sentyabr 1980-ci ildə İraq prezidenti Səddam Hüseyn Şəttül-Ərəb çayının statusu ilə bağlı 1975-ci il Əlcəzair razılaşmasını denonsasiya edərək çayın şərq sahillərini İraq ərazisi elan edir və Əbu Musa, Böyük və Kiçik Tonb adalarının İran ordularından təmizlənməsi tələbini irəli sürür. Bu hadisə İran-İraq müharibəsinin başlanması üçün formal səbəblərdən biri olmuşdur.
Ərəb Şamilov
Ərəb Şamoyeviç Şamilov (rus. Араб Шамоевич Шамилов, kürd. Ә'рәб Шамилов), ədəbi təxəllüsü ilə Ərəbe Şamo (kürd. Erebê Şemo; 1897, Susuz ilçəsi, Qars vilayəti, Rusiya imperiyası – 1978, İrəvan) — kürd əsilli SSRİ yazıçısı. == Həyatı == Ərəb Şamoyeviç Şamilov 1897-ci ildə Rusiya imperiyasında, Qars vilayətinin Susuz kəndində anadan olmuşdur (indiki Türkiyə). O, Rusiyada vətəndaş müharibəsində iştirak etmişdir. Şamilov 1920-1921-ci illərdə Quba şəhərində "ÇK" məxfi əməliyyatlar şöbəsinə rəhbərlik etmişdir. O, 1920-ci illərdə "Zarya Vostoka", "Riya Təzə" və "Sovet Kürdüstanı" qəzetlərində jurnalist işləmişdir. Şamilov 1920-ci illərin sonlarında İshaq Maroqulovla birlikdə kürd dili üçün latın qrafikalı əlifbanı işləyib hazırlamışdır. O, 1937-ci ilin yanvarında Stalin repressiyaları zamanı həbs edilmişdir.
Sürəyyə Babayeva
Sürəyyə Babayeva (tam adı: Sürəyyə Lətif qızı Babayeva; 1913, Qaradonlu, Cavad qəzası, Bakı quberniyası, Rusiya imperiyası – 22 yanvar 1990, Bakı, Azərbaycan SSR, SSRİ) — Qanlı Yanvar şəhidi. == Həyatı == 1913-cü ildə Cavad qəzasının Qaradonlu kəndində (İndiki İmişli rayonuna aiddir) anadan olmuşdur. Həyat yoldaşı Müxlis Böyük Vətən müharibəsində itkin düşmüşdür; bu səbəbdən, oğlu Ərzulla və qızı Mirvarini özü böyütmüşdür. Son illərdə oğlu və onun ailəsi ilə birgə Biləcəri qəsəbəsində yaşamışdır. == Qanlı Yanvar faciəsi == Yanvarın 22-də saat 17.25 dəqiqədə Biləcəri şosesində hərəkət edən hərbi zirehli maşınlardan və tanklardan buradakı binalar atəşə tutulmuş, mətbəxdə xörək hazırlayan 77 yaşlı Sürəyya Babayeva aldığı yaradan yerindəcə həlak olmuşdur. Güllə sağ gicgah nahiyəsindən girmiş və sol gicgah nahiyəsindən çıxmışdır. Bina 5 dəqiqədən çox avtomat və pulemyotlardan atəşə tutulmuş, 76-cı mənzildə yaşayan Mürsəl Əsgərov da yaralanmışdır. Mənzillərdə avtomat və pulemyot güllələrinin yeri uzun müddət qalmışdır. İmişli rayonunda dəfn edilmişdir. == Ünvan == Bakı, Biləcəri qəsəbəsi, Tbilisi şosesi, ev 1a, mənzil 29.
Sürəyyə Bəylərbəyova
Sürəyya Bəylərbəyova (tam adı:Sürəyya Səfərəli qızı Bəylərbəyova; d.3 fevral 1897, Bakı — ö.14 mart 1977, Bakı) — tərcüməçi, 1939-cu ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü. == Həyatı == S.Bəylərbəyova 1897-ci ildə fevralın 3-də müəllim ailəsində anadan olmuşdur. 5 yaşında ata-anasını itirdiyindən yazıçı S.S.Axundovun köməyi sayəsində dövlət hesabına pansionatda saxlanır. Orada olduğu müddətdə müqəddəs Anna adına Bakı qadın gimnaziyasını qızıl medalla bitirir, 1913–19-cu illərdə Bakıda III şəhər qadın rus-tatar məktəbində müəllimlik edir. 1929-cu ildə Əli Bayramov adına qadınlar klubuna üzv olmuş, burada ictimai əsasla işləmiş, həm də stenoqrafçı kursunda oxumuşdur. 1977-ci ildə martın 14-də vəfat etmişdir. == Fəaliyyəti == 1931–33-cü illərdə Bakı kino idarəsində işlər müdiri işləyərkən onu bədii tərcümə problemi cəlb edir. İlk tərcümələri A.Bartonun əsərləri olur. 1938-ci ildən Azərbaycan Dövlət Nəşriyyatında işlədiyi vaxtdan tərcüməçiliklə məşğul olmağa başlayır. Müasir Azərbaycan ədəbiyyatının fonduna daxil olan bədii əsərlərin əksəriyyətini, klassik poeziyadan və zəngin şifahi xalq ədəbiyyatından nümunələri yüksək səviyyədə hərfi tərcümə etmiş, beləliklə, bədii tərcümə ustalarına kömək etmişdir.
Camal Sürəya
Camal Sürəya (1931[…], Ərzincan, Türkiyə – 9 yanvar 1990, İstanbul, Türkiyə) — atası Kürd ve anası Zazaəsilli türk şair və yazıçı. Əsil adı Cəmalətddin Səbərdir. Camal Sürəya 1931-ci ildə Ərzincan şəhərində doğulub.1938-ci ildə Dersim Üsyanı (Dersim Qətliamı) nəticəsində ailəsi ilə birlikdə Biləcikə sürgün edilir. O yanvarın 9-u İstanbul şəhərində vəfat edib.
Ereb
Ereb (yun. Ἔρεβος; lat. Erebus, mənası zülmət, qaranlıq deməkdir.) qədim yunan mifologiyasında və Hesiod teoqoniyasına görə daimi zülməti tərənnüm edən Xaosdan sonra törənmiş ilk tanrılardan biri, Niksin qardaşı və ondan dünyaya gətirmiş olduğu Efir və Hemeranın atasıdır. Mifologiyaya görə, yeraltında qalan mağaralar və digər qaranlıqlar Erebin hökmündədir.
Cemal Süreya
Camal Sürəya (1931[…], Ərzincan, Türkiyə – 9 yanvar 1990, İstanbul, Türkiyə) — atası Kürd ve anası Zazaəsilli türk şair və yazıçı. Əsil adı Cəmalətddin Səbərdir. Camal Sürəya 1931-ci ildə Ərzincan şəhərində doğulub.1938-ci ildə Dersim Üsyanı (Dersim Qətliamı) nəticəsində ailəsi ilə birlikdə Biləcikə sürgün edilir. O yanvarın 9-u İstanbul şəhərində vəfat edib.
Suriya Ərəb Krallığı
Suriya Ərəb Krallığı (ərəb. المملكة العربية السورية‎‎) — rəsmi olaraq sadəcə dörd ay (8 mart–24 iyul 1920) mövcud olmuş, tanınmamış, qondarma dövlət. Suriya Ərəb Krallığı ərəb milliyətçiləri tərəfindən ikinci müasir ərəb dövləti (Hicaz Krallığından sonra) sayılır. Qısaömürlü krallıq Şərif Hüseynnin oğlu Feysəl ibn Hüseyn tərəfindən idarə olunurdu. Böyük Suriya (və ya Levant) torpaqlarına olan ərazi iddialarına baxmayaraq, Feysəlin hökuməti yalnız məhdud bir əraziyə hökm etmişdir və Fransa kimi Böyük Suriya fikrinə qarşı çıxan və krallığı tanımaqdan imtina edən Böyük Britaniyadan asılı idi. Krallıq Fransanın silahlı qüvvələri nə 24 iyul 1920-ci il tarixində təslim olmuşdur. == Əsaslandırma == Suriya Ərəb Krallığının yaradılmasının əsas amilləri Ərəb üsyanı və Makmahon–Hüseyn məktublaşmaları idi. Hüseyn–Makmahon məktublaşmalarına əsasən, Britaniya ərəblərin Osmanlı İmperiyasına qarşı üsyan qaldırmaqlarının əvəzində bir Ərəb Krallığı vəd edirdi. Britaniya ərəblərə bir dövlət vəd etdiyi zaman, Fransa ilə Says-Piko sazişini də imzalayırdı. Says-Piko sazişinin həyata keçirilməsi Suriya Ərəb Krallığının məhvinə gətirib çıxarırdı.
Suriya Ərəb Respublikası
Suriya (ərəb. سوریة‎) və ya rəsmi adı ilə Suriya Ərəb Respublikası (ərəb. الجمهوریة العربیة السوریة‎) — Qərbi Asiyada dövlət. Suriya Yaxın Şərqdə yerləşən ərəb dövlətidir. Şimalda Türkiyə, şərq və cənub-şərqdə İraq, cənubda İordaniya, cənub-qərbdə İsrail və Livanla həmsərhəddir. Ölkənin qərbində isə Aralıq dənizi yerləşir. Paytaxtı və ən böyük şəhəri Dəməşq, ümumi sahəsi 185,180 kvadrat kilometr, əhalisinin sayı 17 milyon nəfərdən çoxdur. Ölkənin digər böyük şəhərləri Hələb, Hüms, Laziqiyyədir. 1963-cü ildən bəri ölkə Bəəs partiyası tərəfindən idarə edilir. 1970-ci ildən bəri dövlətin başında Əsəd ailəsindən biri olmuşdur.
Suriya Ərəb Qırmızı Aypara Cəmiyyəti
Suriya Ərəb Qırmızı Aypara Cəmiyyəti (ing. Syrian Arab Red Crescent, ərəb. الهلال الأحمر العربي السوري‎ Al-Hilal al-Aḥmar al-Arabi al-Souri) — humanitar qeyri-kommersiya təşkilatıdır. Baş qərargahı Suriyanın paytaxtı Dəməşq şəhərində yerləşir. == Tarixi == Cəmiyyət 1942-ci ildə təsis edilib və 1946-cı ildə Beynəlxalq Qırmızı Xaç Komitəsi tərəfindən üzv təşkilat kimi qəbul edilmişdir. Təşkilatın bütün Suriya ərazisində 14 filialı və 75 yarım filialı var. Təşkilat Suriyadakı vətəndaş müharibəsi ilə əlaqədar olaraq öz fəaliyyətini gücləndirmişdir və müharibə zonasındakı insanları digər ərazilərə köçürməklə məşğuldur. Mühasirədə olan yerli əhalini və döyüşçüləri digər ərazilərə köçürür. Darayya şəhəri hökumət qüvvələrinin mühasirəsi altında düşəndə əsgərlər Qırmızı Aypara cəmiyyəti tərəfindən digər zonalarda yerləşdirildi.
Ərəb çaqqalqanqalı
Onopordum illyricum (lat. Onopordum illyricum) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin çaqqalqanqalı cinsinə aid bitki növü.
Ərəb ədəbiyyatı
Ərəb ədəbiyyatı (ərəb. الأدب العربي) — ana dili ərəb dili olan tayfa və xalqların ədəbi əsərlərini əhatə edir. Ərəb dili qədim zamanlardan bəri Ərəbistan yarımadasında istifadə olunan bir dildir. İslam dini ortaya çıxdıqdan sonra İspaniyadan İndoneziyaya qədər uzanan bir ərazidə 600 il ərzində yayılaraq mədəniyyət dili oldu. Türkiyədə ərəb ədəbiyyatı üzrə akademik araşdırmalar, adətən ədəbiyyat fakültələrinin ərəb dili və ədəbiyyatı bölmələrində aparılır. == Klassik ərəb ədəbiyyatı == Klassik ərəb ədəbiyyatı İslamdan əvvəlki dövrdən Abbasilər dövrünün sonuna qədər olan prosesə verilən addır. Klassik ərəb poeziyasında həcv, mədhiyyə, fəxriyyə və s. kimi mövzular ön plana çıxır. Qəsidə və recez klassik ərəb ədəbiyyatının ən çox istifadə olunan formalarıdır. == İslamdan əvvəlki dövrdə ərəb ədəbiyyatı == Cahiliyyət dövrü adı verilən İslamdan əvvəlki dövrdə ərəb ədəbiyyatında şeirin özünəməxsus yeri var idi.