İsfəndiyar pul qazanmaq məqsədilə sevgilisi Sürəyyanı (Məlahət Abbasova) kənddə qoyub Moskvaya gedir. İllər ötür, amma İsfəndiyardan xəbər çıxmır. Bunu görən Sürəyya onun ardınca yola düşür. Rus dilini bilməyən və ömründə şəhər görməyən Sürəyya Moskvada çox çətinlik çəkir. Bununla belə o, öyrənir ki, İsfəndiyar burada bir rus qızı ilə evlənib. Onların Əli (Ülvi Məmmədov) adında 3 yaşlı uşaqları da var. Onu da öyrənir ki, arvadı ərini və uşağını atıb başqa kişiyə ərə gedib. Sürəyya İsfəndiyarın oğlu Əlini götürüb kəndlərinə qayıdır...
Sürəyya | |
---|---|
Fayl:Sürəyya (film, 1987)-2.jpg | |
Janr | dram |
Rejissor | Tofiq İsmayılov |
Ssenari müəllifi | Əkrəm Əylisli |
Baş rollarda |
Məlahət Abbasova-Sürəyya Ülvi Məmmədov-Əli Yaşar Nuri-Musa Pyotr Qlebov-Kolya dayı Tofiq Mirzəyev-Məmməd Hacı İsmayılov-Qeysər Elmira Şabanova-Bəyaz xala |
Operator | Valeri Kərimov |
Bəstəkar | Tofiq Quliyev |
Rəssam | Kamil Nəcəfzadə |
İstehsalçı | "Azərbaycanfilm" Kinostudiyası |
İlk baxış tarixi | 15 sentyabr 1987 |
Filmin növü | tammetrajlı bədii film |
Müddət | 79 dəq. |
Ölkələr | Azərbaycan SSR SSRİ |
Dil | rus dili |
İl | 1987 |
Texniki məlumatlar |
8 hissə 2160 metr 35 mm |
Rəng | rəngli |
IMDb | ID8238102 |
Kinolent insanın öz doğma torpağı qarşısında mənəvi borcundan, gənc kəndli qızının daxili aləminin böyüklüyündən danışır.
Azərbaycan filmlərinin siyahısı