Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Qüdrət
Qüdrət — güclü, nüfuzlu, ədalətli olmaq. Ümumiyyətlə təsəvvür ediləcək hər bir hərəkətə qüdrət deyilir. Qüdrət, nüfuz ya bir insanın üzərində ola bilər, ya da qruplar və dövlətlər üzərində. Qüdrətin siyasi mənası isə fərdin dövlətin qanunları və orqanları qarşısında təslimiyyətidir. Bəzi sosioloqlar qüdrəti bu cür də məna edirlər: "Qüdrət bir fərdin və cəmin başqaları üzərində olan iqtidarı və gücüdür". Burdan belə bir nəticə çıxarmaq olar ki, qüdrət diktatoraluq, zalım olmaq demək deyil, qüdrət yəni güclü, nüfuzlu, ədalətli olmaqdır. Qüdrət vasitəsi ilə insanlar cəmiyyətin idarəçiliyini tənzimləyə bilirlər.
Xəzrəc
Xəzrəc – Mədinə qəbilələrindən biri. == Haqqında == İslamdan öncə onlar Mənata (büt) tapınırdılar. Onlar İslamı qəbul etdikdən sonra ənsarlardan olmuşdurlar. Bu qəbilə öncə Yəməndə onlara yaxın olan evs qəbiləsi ilə birlikdə yaşamış, sonra onların hər ikisi Yəsribə (Mədinəyə) köçmüşdürlər. Sonra bu qəbilələr arasında qarşıdurma başlamış, onilliklər boyu davam etmişdir. Bu qarşıdurmada yəhudi qəbiləsi olmuş Kaynuka xəzrəcliləri dəstəkləmişdir. Evslilərlə xəzrəclilərin sonuncu qanlı toqquşması Buas döyüşündə olmuşdur. Qüreyzə ilə Nadir adlı yəhudi və bəzi ərəb qəbilələrindən dəstək almış evslilər xəzrəclilərə qalib gələ bilmişdirlər. Ancaq, uzun illər boyu sürən qarşıdurmaların sonunda evslilər özləri də zəifləmişdirlər. Buna görə də, onlar bu qələbədən faydalana bilməmişdirlər.
Sürət
Sürət — gedilən yolun zamana nisbətinə bərabər olan kəmiyyətdir. Düsturla ifadəsi isə belədir: v = s t {\displaystyle v={\frac {s}{t}}} Burada s — düzxətli bərabərsürətli hərəkətdə gedilən yol, t — həmin yolu getmək üçün sərf olunan zaman, v — isə sürətdir. Sürət vahidləri 1 s m s a n {\displaystyle 1{\frac {sm}{san}}} (SQS sistemində), 1 m s a n {\displaystyle 1{\frac {m}{san}}} (BS sistemində) -dir. Cismin hərəkət halı təkcə sürətin qiyməti ilə deyil, həm də hərəkətin istiqaməti ilə xarakterizə olunduğundan sürət vektorial kəmiyyətdir.
Xürəl
Xürəl — Azərbaycan Respublikasının Qusar rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Kənd 1999-cu ildə yaradılmışdır. == Etimologiyası == Toponim ləzgi dilindəki xur/xür (kənd) və əl/el (üst) sözlərindən düzəlib, "kəndin üstü" mənasındadır. Kəndə bu ad başqa kəndin üst tərəfində yerləşdiyinə görə verilmişdir. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 1152 nəfər əhali yaşayır.
Bilman Qüdrət
Bilman Qüdrət, Dədə Bilman, (azərb. Nağıyev Bilman Qüdrət oğlu‎; 15 fevral 1957, Şidli, Vedi rayonu) — Azərbaycan şairi, Azərbaycan Yazıçılar Birliyinin üzvü == Həyatı == 15 fevral 1957-ci ildə Ermənistan SSR Vedibasar mahalının Şidli kəndində anadan olmuşdur. Rostov Dəmiryol İnstitutunu bitirib. Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. == Ailəsi == Ailəlidir, bir qızı, iki oğlu var. == Yaradıcılığı == Bilman Qüdrət təxəllüsü ilə yazır. "Ağrıdağ ağrısı" (1999-cu il), "Sinəmin çarpaz dağı" (2001-ci il), "Qızlar eşqə düşəndə" (2007-ci il), "Ömürdən düşən illər" (2007-ci il), "Ömrün əlli birinci baharı" (2009-cu il) kitabları işıq üzü görüb.
Həzrət Məhəmməd
Məhəmməd (ərəb. مُحمّد‎ ();; 20 aprel 571[…], Məkkə – 8 iyun 632, Mədinə) — dini, sosial, siyasi lider və islamın qurucusu. İslam təliminə əsasən, Adəm, İbrahim, Musa, İsa və digər peyğəmbərlərin monoteist təlimlərini təbliğ etmək və təsdiqləmək üçün göndərilmiş peyğəmbər. Məhəmməd islamın bütün əsas qollarında Allahın sonuncu elçisi olaraq qəbul edilir. O, həmçinin Ərəbistanı müsəlman hakimiyyəti altında birləşdirməyi bacarmışdır. Məhəmməd təqribi olaraq 570-ci ildə (Fil ili) Ərəbistan yarımadasında yerləşən Məkkə şəhərində doğulub. O, altı yaşından etibarən yetim qalmışdır. Məhəmməd babası Əbdülmütəllibin himayəsi altında böyümüşdür. Babasının ölümündən sonra isə əmisi Əbu Talibin himayəsinə keçmişdir. Məhəmməd vaxtaşırı Məkkə yaxınlığındakı Hira adlanan mağaraya gedərdi.
Həzrət Məryəm
Məryəm (həmçinin Bakirə Məryəm, Tanrının anası, Madonna və s.) — İsa Məsihin anası. Məryəm barəsində əsas mənbə - "Məryəmin doğulması haqqında kitab"dır (sonrakı adı "Kiçik Yaqubun İlkincili"). Bu kitaba görə Məryəm padşah Davud qəbiləsindən gəlir. Onun valideynləri İoakim və Annadır.
Həzrət Peyğəmbər
Məhəmməd (ərəb. مُحمّد‎ ();; 20 aprel 571[…], Məkkə – 8 iyun 632, Mədinə) — dini, sosial, siyasi lider və islamın qurucusu. İslam təliminə əsasən, Adəm, İbrahim, Musa, İsa və digər peyğəmbərlərin monoteist təlimlərini təbliğ etmək və təsdiqləmək üçün göndərilmiş peyğəmbər. Məhəmməd islamın bütün əsas qollarında Allahın sonuncu elçisi olaraq qəbul edilir. O, həmçinin Ərəbistanı müsəlman hakimiyyəti altında birləşdirməyi bacarmışdır. Məhəmməd təqribi olaraq 570-ci ildə (Fil ili) Ərəbistan yarımadasında yerləşən Məkkə şəhərində doğulub. O, altı yaşından etibarən yetim qalmışdır. Məhəmməd babası Əbdülmütəllibin himayəsi altında böyümüşdür. Babasının ölümündən sonra isə əmisi Əbu Talibin himayəsinə keçmişdir. Məhəmməd vaxtaşırı Məkkə yaxınlığındakı Hira adlanan mağaraya gedərdi.
Həzrət Urtenov
Həzrət Urtenov(1907–1955) —qaraçaylı şairi. == Həyatı == Həzrət Urtenov qaraçay poeziyasının banilərindən biridir. O, Böyük Qaraçaydakı Kart Yurd (Kart-Curt) aulunda doğulduğundan əksər əsərlərini "Həzrət Kart-Yurdlu" təxəllüsu ilə yazmışdır. Doğma aulda mədrəsədə təhsil aldıqdan sonra, elə oradaca ibtidai məktəbi rus dilində başa vurub Simferopolda Krım-Tatar Pedaqoji Texnikumunda təhsilini (1926) davam etdirib. Ərəb, rus və bir sıra türk dillərini (qumux, Krım-tatar və s.) mükəmməl bilirdi. XX əsrin 20-ci illərindən Həzrət Urtenov Krım ədəbi həyatı ilə yaxından bağlı olur. Bu bağlılıq gənc H. Urtenovun istedadanın daha da çiçəklənməsinə və inkişafına kömək etməklə, onun poetik ustalığının formalaşmasında mühüm rol oynayır. Pedaqoji Texnikumda yerliləri – qaraçay şairi Həsən Bostanov və malkar şairi Səid Şahmurzayevlə birgə təhsil alır. Adları çəkilən bu ziyalılar arasındakı dostluq ömur boyu möhkəmləndirilib və inkişaf etdirilib. Qaynar Krım mühiti, burada vətənpərvər ruhlu insanlarla ünsiyyət, iştirak etdiyi ədəbi-bədii dərnəklərdə olan istedadlı tələblərlə apardığı diskussiya və mübahisələr Həzrətin dünyagörüşünün formalaşmasına güclü təkan verir.
Həzrət İsa
İsa (ən tezi e.ə. 6 və ən geci e.ə. 4, Beytləhm, Roma imperiyası – 7 aprel 30 və ya 3 aprel 33) — İsa Məsih, Nazaretli İsa və bir çox başqa adlarla tanınan, birinci əsrdə yaşamış yəhudi təbliğçi və dini lider. O, dünyanın ən geniş yayılmış dini olan Xristianlığın əsas simasıdır. Əksər xristianlar İsanın Tanrının Oğlu və Əhdi-Ətiqə əsasən zühur etməsi gözlənilən peyğəmbər Məsih olduğuna inanırlar. Antik dövrlə məşğul olan bütün müasir elm adamları İsanın tarixən mövcud olması ilə razılaşır. İsanın həyatı haqqında məlumatlar İncillərdə, xüsusən də Əhdi-Cədiddəki dörd kanonik İncildə öz əksini tapır. Akademik araşdırmalar İncillərin tarixi etibarlılığına və onların İsanı tarixi bir şəxsiyyət olaraq nə dərəcədə düzgün əks etdirməsinə dair müxtəlif fikirlər ortaya qoyub. Səkkiz günlük ikən sünnət edilən və yetkinlik yaşına çatanda Vəftizçi Yəhya tərəfindən vəftiz olunan İsa 40 gün, 40 gecə səhrada oruc tutduqdan sonra öz xidmətinə başladı. Səyyah müəllim olduğu üçün onu adətən “ravvin” adlandırırdılar.
Həzrət Əli
Əli (tam adı: Əli ibn Əbu Talib ərəb. علي بن أﺑﻲ طالب‎; təq. 600, Məkkə, Hicaz, Ərəbistan yarımadası – 29 yanvar 661, Kufə, Rəşidi xilafəti) – Məhəmmədin əmisi oğlu, səhabəsi, Əhli-beytinin üzvü, kürəkəni. 4-cü Raşidi xəlifə. Əbu Talibin oğlu. İslamı qəbul edən ilk kişi, ikinci şəxs. Sünnilikdə Ərəb Xilafətinin və Raşidi xəlifələrin dördüncü xəlifəsi. Şiəlikdə canişini, I imam və xəlifə, II məsum. Xüsusən Şiə mənbələri başda olmaqla İslami mənbələrə görə Əli Kəbədə dünyaya gələn yeganə şəxsdir. Atası Əbu Talib, anası isə Fatimə binti Əsəddir.
Qüdrət Adişov
Qüdrət Rahim oğlu Adişov (26 iyul 1998, Ostayır, Yardımlı rayonu, Azərbaycan – 28 sentyabr 2020, Goranboy, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Qüdrət Adışov 26 iyul 1998-ci ildə Yardımlı rayonunun Ostayır kəndində anadan olmuşdur. Sonra ailəsi ilə birgə Bakı şəhərinin Zabrat qəsəbəsində məskunlaşmışdır. Orta məktəbi də yaşadığı qəsəbədə alan Qüdrət 2016-cı ildə Bakı Biznes Universitetinin iqtisadiyyat fakültəsinə daxil olmuşdur. O, həmçinin, ASAN xidmət könüllüsü olaraq çalışırdı. "FotoMən 2" və digər layihələrdə aktiv iştirak etmişdi. Qüdrət Adişov Cəfər Cabbarlının "Vəfalı Səriyyə" pyesində molla obrazını canlandırmışdı. == Hərbi xidməti == Universiteti başa vurduqdan sonra 7 iyul 2020-ci ildə həqiqi hərbi xidmətə yollanmışdır. Azərbaycan Ordusunun əsgəri olan Qüdrət Adişov 2020-ci il sentyabrın 27-dən Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsində iştirak etmişdir. Tərtər istiqamətində gedən döyüşlərdə vuruşmuşdur.
Qüdrət Adışov
Qüdrət Rahim oğlu Adişov (26 iyul 1998, Ostayır, Yardımlı rayonu, Azərbaycan – 28 sentyabr 2020, Goranboy, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Qüdrət Adışov 26 iyul 1998-ci ildə Yardımlı rayonunun Ostayır kəndində anadan olmuşdur. Sonra ailəsi ilə birgə Bakı şəhərinin Zabrat qəsəbəsində məskunlaşmışdır. Orta məktəbi də yaşadığı qəsəbədə alan Qüdrət 2016-cı ildə Bakı Biznes Universitetinin iqtisadiyyat fakültəsinə daxil olmuşdur. O, həmçinin, ASAN xidmət könüllüsü olaraq çalışırdı. "FotoMən 2" və digər layihələrdə aktiv iştirak etmişdi. Qüdrət Adişov Cəfər Cabbarlının "Vəfalı Səriyyə" pyesində molla obrazını canlandırmışdı. == Hərbi xidməti == Universiteti başa vurduqdan sonra 7 iyul 2020-ci ildə həqiqi hərbi xidmətə yollanmışdır. Azərbaycan Ordusunun əsgəri olan Qüdrət Adişov 2020-ci il sentyabrın 27-dən Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsində iştirak etmişdir. Tərtər istiqamətində gedən döyüşlərdə vuruşmuşdur.
Qüdrət Axundov
Axundov Qüdrət Əli oğlu (1932, Ordubad, Naxçıvan MSSR – 1973) — fizika-riyaziyyat elmləri doktoru , pedaqoq, professor. == Həyatı == Qüdrət Axundov 1932-ci ildə Ordubad şəhərində anadan olmuşdur. İlk təhsilini şəhər orta məktəbində aldıqdan sonra fizika elminə olan sevgisi onu Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universitetinin) fızika-riyaziyyat fakültəsinə gətirmişdi. Tələbəlik illərindən elmi-tədqiqat işinə böyük maraq göstərən Qüdrət Axundov SSRİ EA-nın müxbir üzvü, mərhum akademik H.B.Abdullayevin rəhbərliyi altında bir sıra yarımkeçiricilərin, o cümlədən Azərbaycanda tapılan təbii qalenit kristalların fiziki xassələrinin tədqiqi ilə məşğul olmuş və 1955-ci ildə "Bəzi yarımkeçiricilərin elektrikkeçiriciliyinin və termoelektrik hərəkət qüvvəsinin tədqiqi" mövzusunda ilk elmi işini çap etdirmişdir. Universiteti bitirdikdən sonra o, AMEA-nın Fizika İnstitutunda elmi fəaliyyətə başlamışdır və laborant, kiçik elmi işçi (1955-1960) və baş elmi işçi (1960-1968) vəzifələrində çalışmış, böyük nailiyyətlər əldə etmişdir. == Elmi fəaliyyəti == Qüdrət Axundov 1969-1970 illərdə Azərbaycan MEA Fizika İnstitutunda "Nazik təbəqələr fızikası" laboratoriyasına rəhbərlik etmişdir. Alim tərəfındən respublikada ilk dəfə olaraq böyük praktiki əhəmiyyətə malik olan bir üsulla – yarımkeçiricilərdə radioaktiv izotoplar üsulu ilə diffuziya proseslərinin araşdırılmasına dair elmi-tədqiqat işləri başlanılmış və bununla selen düzləndiricilərində fiziki proseslərin xüsusiyyətləri öyrənilmişdir. Q.Axundovun elmi fəaliyyəti əsasən A3B6 tipli yarımkeçirici birləşmələrin monokristallarının alınması və tədqiqi, eləcə də onlar əsasında müxtəlif çeviricilərin hazırlanması ilə əlaqədar olmuşdur. Bu tip yarımkeçirici birləşmələr respublikada ilk dəfə olaraq Qüdrət Axundov tərəfindən hələ 1957-ci ildə sintez edilmiş və göstərilmişdir ki, həmin kristallar laylı və zəncirvari quruluşda kristallaşır. Onun rəhbərliyi altında göstərilən kristalların elektrik, optik, fotoelektrik, lüminessensiya və kontakt xassələrinin kompleks araşdırılması nəticəsində müəyyən edilmişdir ki, müxtəlif istiqamətlərdə kimyəvi rabitənin fərqlənməsi və kristal quruluşun anizotropluğu sayəsində bu kristallarda fizıki xassələrın yüksək anizotropluğu və bir sıra maraqlı, bəzən hətta qeyri-adi sayıla bilən hadisələr müşahıdə olunur.
Qüdrət Həsənov
Qüdrət Səfər oğlu Həsənov (d. 20 oktyabr 1995; Qardaşkənd, Sabirabad rayonu, Azərbaycan — ö. 29 noyabr 2020; Qubadlı, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Qüdrət Həsənov 20 oktyabr 1995-ci ildə Sabirabad rayonunun Qardaşkənd kəndində anadan olub. 2002-ci ildə Sabirabad rayonu Rəsul Əhmədov adına Nəsimi kənd tam orta məktəbinin birinci sinfinə daxil olub, 2011-ci ildə həmin məktəbi bitirdikdən sonra Bakı İdarəetmə və Texnologiya Kollecinə daxil olub. 2014-ci ildə kolleci bitirib və həmin ildə də həqiqi hərbi xidmətə yollanıb. 2016-cı ildə ATEF şirkətlər qrupunda işləməyə başlayıb. Uşaq vaxtından idmana böyük marağı olub və karate idman növü ilə məşğul olub. Ailəli idi. == İkinci Qarabağ müharibəsində iştirakı == 2020-ci il sentyabrın 27-də Azərbaycan və Ermənistan arasında başlanan İkinci Qarabağ müharibəsinin ilk günlərindən döyüşlərdə iştirak etmişdir.
Qüdrət Həsənquliyev
Qüdrət Müzəffər oğlu Həsənquliyev (29 yanvar 1965, Əbrəqunis, Culfa rayonu) — siyasətçi, Azərbaycan Respublikası Milli Məclisinin II, III, IV, V və VI çağırış deputatı, Milli Məclisin Hüquq Siyasəti və Dövlət Quruculuğu Komitəsinin sədr müavini, Ədalət, Hüquq, Demokratiya Partiyasının keçmiş adı ilə Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının qurucusu və hazırkı sədri, 2003-cü, 2008-ci, 2013-cü, 2018-ci və 2024-cü illərdə Azərbaycan Respublikası prezidenti seçkilərində prezidentliyə namizəd, Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının üzvü (2000–2003). == Həyatı == Qüdrət Həsənquliyev 29 yanvar 1965-ci ildə Naxçıvan Muxtar Respublikasının Culfa rayonunda Əbrəqunus kəndində anadan olub. 1992-ci ildə Bakı Dövlət Universiteti Hüquq fakültəsini fərqlənmə diplomu ilə bitirib. Bakı şəhər Nəsimi rayon prokurorluğunda müstəntiq, Azərbaycan Respublikası Dövlət Katibinin köməkçisi, Asiya Universitetinin baş müəllimi vəzifələrində çalışıb. Evlidir, 2 övladı vardır. == Siyasi fəaliyyəti == === Erkən fəaliyyəti === 4 iyun Gəncə qiyamının ardınca Azərbaycan Xalq Cəbhəsi sədri, Azərbaycan Respublikasının Prezidenti Əbülfəz Elçibəypaytaxtı tərk edərək doğulduğu Kələki kəndinə getmişdir. Çevrilişin lideri Surət Hüseynov Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri Heydər Əliyev ilə ittifaq yaratmışdır. Heydər Əliyev 15 iyun 1993-cü ildə Azərbaycan Respublikası Ali Sovetinin sədri seçilmişdir. 21 iyun 1993-cü il tarixində Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikasının Prezidenti Əbülfəz Elçibəyə müraciət edərək onu öz işinə geri çağırmışdır. 24 iyun 1993-cü il tarixində isə Əbülfəz Elçibəy fəaliyyətini icra edə bilmədiyi üçün prezidentin səlahiyyətləri müvəqqəti olaraq Heydər Əliyevə ötürülmüşdür.
Qüdrət Kəlbəliyev
Qüdrət Kəlbəliyev (Kəlbəliyev Qüdrət İsfəndiyar oğlu; 13 noyabr 1946, Naxçıvan) — texnika elmləri doktoru, professor, AMEA-nın müxbir üzvü (2001). == Həyatı == Qüdrət Kəlbəliyev 13 noyabr 1946-cı ildə Naxçıvan şəhərində anadan olub. == Elmi fəaliyyətı == Dispers sistemlərdə hidrodinamika, kütlə və istilik mübadiləsi, kimya proseslərin modelləşdirilməsi, intensivləşdirilməsi və yeni texnologiyaların, apparat tərtibatının işlənib hazırlanması. Suspenziyalarda və emulsiyalarda fiziki –kimya və kütlə mübadiləsi proseslərinin (koaquliyasiya, birləşmə, ayrılma və parcalanma) modelləşdirilməsi və texnologi proseslərdə tədbiqi. Q.Kəlbəliyev 220 elmi əsərin, 8 müəlliflik şəhadətnaməsi və patentin 4 monoqrafiyanın müəllifidir. Onun rəhbərliyi ilə 1 elmlər doktoru, 4 fəlsəfə doktoru yetişdirilib. == Pedaqoji fəaliyyəti == Türkiyə Cümhuriyyəti, Malatya şəhəri, İnönü Universiteti, Kimya mühəndisliyi fakültəsi, 1999–2006 illər == Mükafatları == Şöhrət ordeni — 2015. 75 illik yubileyi münasibətilə AMEA Rəyasət Heyətinin Fəxri fərmanı ilə təltif edilmişdir. == Elmi əsərləri == Келбалиев Г.И., Расулов С.Р., Гидродинамика и массоперенос в дисперсных средах. Санкт–Петербург: ХимИздат, 2014.
Qüdrət Minhacoğlu
Qüdrət Minhac oğlu Hüseynov şair. Azərbaycan Jurnalistlər Brliyinin (AJB), Azərbaycan Yazıçılar Birliyinin (AYB), “İrak Türkmen Edebiyatçı ve Yazarlar Birliği”nin (İTEYB), federasiya, muxtariyyət, cəmiyyət, dərnək və ədəbi məclislərin üzvü == Həyatı == Şair-jurnalist, yazıçı-publisist Qüdrət Minhacoğlu (Qüdrət Minhac oğlu Hüseynov) 1958-ci il fevralın 26-da Quba rayonunun Amsar kəndində doğulub. Əmək fəaliyyətinə müəllim kimi başlayıb. Quba şəhər 2 saylı və Ərməki kənd orta məktəblərində, Quba Rayon Gənc Texniklər Stansiyasında işləyib, eyni zamanda bədii yaradıcılıqla da məşğul olub. Litvanın Dukştas şəhərində Sovet İttifaqının ordu sıralarında həqiqi hərbi xidmətdə olub. O həm Qarabağ müharibəsi dövründə, həm də sonrakı illərdə cəbhəyanı bölgələrdə yaşayan mülki əhalimiz ilə və ön cəbhədəki hərbçilərimizlə çoxsaylı görüşlər keçirərək öz qələmi və sözü ilə Vətənə xidmət edib. Q.Minhacoğlu “Ürəkdən gələn sözlər”, “Sizə sözüm var”, “Yeni şeirlər”, “Son şeirlər”, “Quran Yaradanın möcüzəsidir”, “İmana çağırış”, “Həyat etüdləri”, “Hikmət çələngləri”, “Nakam ömür”, “Lətifələr –I”, “Lətifələr – II”, “Lətifələr – III”, “Könül nəğmələri”, “Bir də görüşək”, “Seçilmiş əsərləri – I cild”, “Balalara hədiyyə” kitablarının müəllifidir. Əsərləri “Turan antologiyası”nda, “Avrasya şairleri antalojisi”ndə, “Karabağ’dan, Kerkük’den Çanakkale’ye şiir seçkisi”ndə, "Şairlerden bir demet şiir seçkisi"ndə və dövri mətbuatda müntəzəm çap olunur. O, Azərbaycan Jurnalistlər Brliyinin (AJB), Azərbaycan Yazıçılar Birliyinin (AYB), “İrak Türkmen Edebiyatçı ve Yazarlar Birliği”nin (İTEYB), federasiya, muxtariyyət, cəmiyyət, dərnək və ədəbi məclislərin üzvüdür. Azərbaycanı ölkəmizdə və xaricdə keçirilən beynəlxalq səviyyəli tədbirlərdə layiqincə təmsil edir.
Qüdrət Muğanlı
Qüdrət Muğanlı (23 iyul 1941, Sabirabad – 27 oktyabr 2020) — Azərbaycan jurnalisti, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, Azərbaycan Respublikasının əməkdar jurnalisti (2005). == Həyatı == Qüdrət Məlikov Sabirabad şəhərində anadan olmuşdur. Azərbaycan Dövlət Pedoqoji İnstitutunun dil-ədəbiyyat fakültəsini və "Jurnalist Sənətkarlığı" İnstitutunu bitirmişdir. Ali siyasi təhsil almışdır. 1969-cu ildən Sumqayıt şəhərində yaşamış və "Sumqayıt" qəzeti redaksiyasında işləmişdir. Qəzetin baş redaktoru olmuşdur. Azərbaycanda ilk mətbuat orqanı olan "Əkinçi" qəzetinin naşiri Həsənbəy Məlikov (Zərdabi) nəslindən olan Qüdrət Muğanlı bir çox publisistik yazıların və oçerklərin müəllifidir. Şeirləri respublikanın dövri mətbuatında, "Sumqayıt — 50", "Bu yurdun aşılmaz dağları qala", "Sevgi məktubları", "Bizdən sizə qalan sözdür", "Bu da bir ömürdü", "Həzin nəğmələrdə yaşayan şəhər" almanax və toplularında çap olunmuşdur. "Unuda bilməzsən məni", "Səni ürəyimdə yaşadacağam" və başqa kitabların müəllifidir. Qüdrət Muğanlı Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü olmuşdur.
Qüdrət Məmmədzadə
Qüdrət Tofiq oğlu Məmmədzadə (10 sentyabr 2001; Sütəmurdov, Lənkəran, Azərbaycan — 16 oktyabr 2020; Tapqaraqoyunlu, Goranboy, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Qüdrət Məmmədzadə 10 sentyabr 2001-ci ildə Lənkəranda dünyaya gəlib. == Hərbi xidmətləri == Məhərrəm İbrahimli 1 oktyabr 2019-cu ildə hərbi xidmətə çağırılıb. 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Qüdrət Məmmədzadə Talış Madagizin azad edilməsində savaşıb. 16 oktyabr 2020-ci ildə Goranboy rayonu Tapqaraqoyunlu kəndi, Kəhrilər xarabalığı istiqamətində düşmən tərəfindən odlu silahla və diğər silah növlərindən atılan mərminin partlayışı nəticəsində şəhid olub. Lənkəranda dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda qoyulmuş tapşırıqların icrası zamanı verilmiş tapşırıqları şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Qüdrət Məmmədzadə ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Qüdrət Məmmədzadə ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi. Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Qüdrət Məmmədzadə ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.
Qüdrət Nuriyev
Qüdrət Piriyev
Qüdrət Piriyev (Tam adı:Qüdrət Əliövsət oğlu Piriyev; d.19 sentyabr 1950; Ağsu r., Bəyimli k) — jurnalist, “Xalq qəzeti” Redaksiya Heyətinin üzvü, baş redaktorun birinci müavini,“Əməkdar mədəniyyət işçisi”. == Həyatı == Qüdrət Əliövsət oğlu Piriyev 1950-ci il senytabrın 19-da Ağsu rayonunun Bəyimli kəndində anadan olub. Orta məktəbi bitirdikdən sonra 1970-1972-ci illərdə ordu sıralarında xidmət edib. 1973-1978-ci illərdə Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsində (əyani) təhsil alıb. 1978-1979-cu illərdə “Azərbaycan gəncləri”, 1979-1988-ci illərdə “Bakı-Baku” qəzetləri redaksiyalarında işləyib. 1988-ci ilin aprel ayından indiyədək “Xalq qəzeti”ndə (o vaxt “Kommunist” adlanırdı) müxbir, baş müxbir, şöbə və redaksiya müdiri vəzifələrində işləyib. 2014-cü il fevralın 1-dən baş redaktorun birinci müavinidir. 27 ildir ki, fasiləsiz olaraq “Xalq qəzeti” Redaksiya Heyətinin üzvüdür. Yüzlərlə məqalənin və bir neçə kitabın müəllifi, redaktoru və tərtibçisidir. Ailəlidir.
Qüdrət Quliyev
Qüdrət Ramazan oğlu Quliyev (1955) — Azərbaycan Respublikası xarici iqtisadi əlaqələr naziri (1995-1997), Azərbaycan Respublikası Milli Məclisinin üzvü (1992-1995), Azərbaycan SSR Ali Sovetinin XII çağırış deputatı == Həyatı == Qüdrət Quliyev 1955-ci il İyul ayının 6-da Bakı şəhərində doğulubdur. Atası Ramazan Nəcəfqulu oğlu 1937-ci ildə Stalin repressiyasına məruz qalmiş dövlət məmuru, anası Xanımqız Mürşüdqulu qızı evdar qadın olubdur. Orta təhsilini Bakının Nəsimi rayonunda yerləşən 44 saylı məktəbdə alıbdır. Azərbaycan Dövlət Dillər İnstitutunu və Azərbaycan Dövlət Universitetinin hüquq fakultəsini bitiribdir. == Siyasi fəaliyyəti == Qüdrət Quliyev 18 oktyabr 1991-ci ildə III Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi Aktına imza atan parlament üzvü, dövlət xadimidir. 1981–1990-cı illərdə Bakı şəhər Nəsimi rayon partiya komitəsində (o dövrün siyasi hakimiyyət təşkilatında) ideologiya şöbəsinin təlimatçısı və müdiri; 1990–1991-ci illərdə Naxçıvanın erməni blokadasında olduğu zaman Naxçıvan Vilayət partiya komitəsinin katibi vəzifəsində çalışıbdır. Qüdrət Quliyev 1995-1997 illərdə Azərbaycan Respublikası xarici iqtisadi əlaqələr nazirinin birinci müavini və naziri vəzivəsində çalışıb. 24 iyun 1997-ci il tarixində Azərbaycan Respublikasının Ticarət Nazirliyi və Azərbaycan Respublikasının Xarici İqtisadi Əlaqələr Nazirliyi ləğv edildi və onların əvəzində Azərbaycan Respublikasının Ticarət Nazirliyi yaradıldı. 1997-ci ilin Avqustunda Przident Heydər Əliyev hakim Yeni Azərbaycan Partiyasında Qüdrət Quliyevə özünün birinci müavini və icra katibi vəzifələrini təklif etsə də, Qüdrət Quliyev bu təklifdən imtina etmişdi. 2019-cu ildən Amerika Birləşmiş Ştatlarında mühacirətdədir.
Qüdrət Qurbanov
Qüdrət Bəylər oğlu Qurbanov — azərbaycanlı rəssam, Beynəlxalq Rəsm Fondunun üzvü, Əməkdar İncəsənət Xadimi, müasir incəsənət üzrə professor. == Həyatı == Qüdrət Qurbanov 1957-ci il yanvarın 20-də Azərbaycan Respublikasının Cəbrayıl rayonu, Dərzəli kəndində sadə ailədə dünyaya gəlmişdir. Ona qədər ailə və yaxınlarında heç kim rəssamlığa həvəs göstərməyib. Qüdrət Qurbanov isə doqquz yaşından boyaların sehrinə düşüb. Əzim Əzimzadə adına Rəssamlıq Məktəbini bitirdikdən sonra təhsilini V.İ.Surikov adına Moskva Dövlət Akademik Rəssamlıq İnstitunda davam etdirir. Qüdrət Qurbanovun Rusiya, Türkiyə, Almaniya və digər ölkələrdə 20-dən çox fərdi sərgisi keçirilib. Onun əsərləri Tretyakov qalereyası və Omsk şəhərində yerləşən Vrubel muzeyində var. Həmçinin bir çox əsərləri də şəxsi kolleksiyalarda yer alır.
Qüdrət Səlimxanov
Qüdrət Səlimxanov (tam adı: Qüdrət Əhmədbəy oğlu Səlimxanov) — 1905-ci ildə Bakı şəhərində,Fatmayı kəndində anadan olub.1981-ci ildə dünyasını dəyişib. Tibb elmləri doktoru, professor. == Həyatı == Qüdrət Əhmədbəy oğlu Səlimxanov 1905-ci ildə Bakı şəhərində, Fatmayı kəndində anadan olub. İlk təhsilini kənddə dördsiniafli ibtidai məktəbdə almışdır. Orta təhsilini Binəqədi kəndində alır. 1923-cü ildə Qüdrət Səlimxanov Azərbaycan Tibb Universitetinə daxil olur. 1928-ci ildə Azərbaycan Tibb Universitetini bitiən Qüdrət ixtisas üzrə işləmək üçün Ağdama göndərilir. İlk əmək fəaliyyətinə Ağdam rayonundan başlayır. 1930-cu ildə Tibb İnstitutunun pataloji anatomiya kafedrasında işləmk üçün dəvət olunur. 1938-ci ildə dissertasiya müdafiə edərək tibb elmləri namizədi, 1960-cı ildə doktorluq dissertasiyası müdafiə edərək tibb elmləri doktoru elmi dərəcə alır.
Turret
Turret — gəmilərdə və ya qalalarda topun maşın hissəsini və topçuları qoruyacaq şəkildə düzəldilmiş zirehli qüllə. Burada bir və ya daha çox silah ola bilər. Günümüz döyüş gəmilərində bu bölüm dönərək hərəkət edə bilməkdədir. turret quruluşu, ilk boynuna götürdüyü personalı və silaharı qoruma funksiyasının yanında, yağışlı havalarda da üstünlük təmin etməkdədir. turret qurğusu, ümumiyyətlə gəminin göyərtəsinə fiziki olaraq bağlı olmayıb; yalnız bir oyuq üzərində hərəkət edəcək şəkildə nəzərdə tutulmuşdur. Bu da, gəminin Alabora olması vəziyyətində taretin düşə biləcəyi mənasını verər. == İstinadlar == == Ədəbiyyat == Capt. S. W. Roskill, RN, HMS Warspite, Classics of Naval Literature, Naval Institute Press, 1997 ISBN 1-55750-719-8 The Nelson design was an adaption of an earlier planned battleship with two turrets before the bridge and a single one behind the bridge but in front of the aft superstructure.