Bu məqalə sürətli silmə kriteriyalarına əsasən yaxın vaxtda silinə bilər. Göstərilmiş səbəb: Azərbaycan dilli Vikipediyada istifadəçi çoxluğunun 12 iyul 2024-cü il tarixli SNS-də əldə edilən ümumi razılığı əsasən Vətən Müharibəsi Qəhrəmanı adı alan və ya Zəfər ordeni ilə təltif edilən və ya VP:ŞEƏ və ya VP:HƏRBÇİ şərtlərini tam ödəyən şəhidlər istisna olmaqla digər məqalələr silinir. Məqalənin məzmunları tam formada Unudulmazlar, Memorial və s. plaftormalarda olduğu üçün məqalənin məzmunu itmir və Google axtarış sistemində şəhidin adı qeyd olunanda həmin mənbələr birinci sırada çıxır
Əgər səhifənin silinməsini düzgün hesab etmirsinizsə, bu barədə müzakirə səhifəsində fikrinizi bildirə bilərsiniz.
Bu məqalə sonuncu dəfə 15 saat əvvəl Grenzsoldat (müzakirə | töhfələr) tərəfindən redaktə olunub. (Yenilə) |
Qüdrət Rahim oğlu Adişov (26 iyul 1998, Ostayır, Yardımlı rayonu, Azərbaycan – 28 sentyabr 2020, Goranboy, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi.
Qüdrət Adişov | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Ostayır, Yardımlı rayonu, Azərbaycan |
Vəfat tarixi | (22 yaşında) |
Vəfat yeri | Goranboy, Azərbaycan |
Dəfn yeri | Zabrat, Sabunçu rayonu, Bakı, Azərbaycan |
Vətəndaşlığı | Azərbaycan |
Atası | Rahim Adışov |
Təhsili | Bakı Biznes Universiteti |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Qoşun növü | Quru Qoşunları |
Xidmət illəri | 2020 |
Rütbəsi | Əsgər |
Döyüşlər |
İkinci Qarabağ müharibəsi • Goranboy-Tərtər döyüşləri |
Təltifləri |
Qüdrət Adışov 26 iyul 1998-ci ildə Yardımlı rayonunun Ostayır kəndində anadan olmuşdur.[1] Sonra ailəsi ilə birgə Bakı şəhərinin Zabrat qəsəbəsində məskunlaşmışdır. Orta məktəbi də yaşadığı qəsəbədə alan Qüdrət 2016-cı ildə Bakı Biznes Universitetinin iqtisadiyyat fakültəsinə daxil olmuşdur. O, həmçinin, ASAN xidmət könüllüsü olaraq çalışırdı. "FotoMən 2" və digər layihələrdə aktiv iştirak etmişdi. Qüdrət Adişov Cəfər Cabbarlının "Vəfalı Səriyyə" pyesində molla obrazını canlandırmışdı.
Universiteti başa vurduqdan sonra 7 iyul 2020-ci ildə həqiqi hərbi xidmətə yollanmışdır.
Azərbaycan Ordusunun əsgəri olan Qüdrət Adişov 2020-ci il sentyabrın 27-dən Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsində iştirak etmişdir. Tərtər istiqamətində gedən döyüşlərdə vuruşmuşdur. 28 sentyabr 2020-ci ildə Goranboy istiqamətində gedən döyüşlərdə həlak olmuşdur. 2 oktyabr 2020-ci ildə Zabrat qəsəbəsində yerləşən Zabrat-1 qəbiristanlığında torpağa tapşırılmışdır.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Qüdrət Adişov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.[2]
Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yetirərkən şəxsi mərdlik və igidlik göstərdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Qüdrət Adişov ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edildi.[3]
Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Qüdrət Adişov ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.[4]
Azərbaycanın Ağdam rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Qüdrət Adişov ölümündən sonra "Ağdamın azad olunmasına görə" medalı ilə təltif edildi.[5]